Məhkəmə qərarları › İş №1(071)-2/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-2/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-2/2025 16.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Masallı rayonu Bədalan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsin 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi sürücülüklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu Bədalan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1, 264cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdə saat 13:50 radələrində “Yol hərəkəti haqqında” Azərbaycn Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməyərək Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququnu təsdiq edən sürücülük vəsiqəsi olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Srem Trailor” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu “İveco Magirus” markalı yəhərli dartıcı tipli **-JE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən 142-ci kilometrliyində Bakı istiqamətində 70 km/saat sürətlə hərəkət etdirərkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, qarşıda sağ ehtiyat hissə ilə piyadanın avtomobillə eyni istiqamətdə hərəkət etməsini nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobillə piyada arasında təhlükəsiz yan məsafəsini təmin etməli, avotmobili ehtiyat hissəyə çıxartmamalı, hərəkətdə olan piyadanın yanında təhlükəsiz yan məsafəsi saxlamaqla keçib getməli və hərəkət təhlükəsizliyini təmin etməli, bununla da, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyərək avtomobilin idarə olunması üçün lazımi əməliyyatları vaxtında və düzgün yerinə yetirməyib avtomobilin qabaq sağ yan hissəsi ilə piyada 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs vurmuş, nəticədə onun tərəfindən yol hərəkət qaydasının pozulması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol dirək sümüyünün proksimal ucunun açıq, qəlpəli, yerdəyişən sınığı, sol mil sümüyünün başının çıxığı, alının və sifətin əzilmiş-sıyrılmış yaraları, sol dirsək çıxıntısının sınığı xəsarətləri almaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olduğundan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmiş “Yol hərəkəti haqqında” Azərbaycn Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əməl etməyərək hadisədən sonra zərərçəkmiş şəxsə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1, 264-cü maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Masallı rayonu Bədalan kəndində yaşayır. Onun “B” kateqoriyalı sürücülük vəsiqəsi var. 28 aprel 2023-cü il tarixdə saat 21:30 radələrində fərdi qaydada işlədiyi Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Abşeron Logistika” mərkəzində 20 ton çəkidə taxta və armatur yüklərini sifariş əsasında “İveco Magirus” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu yük avtomobili ilə Şəmkir rayonuna aparmışdır. xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində həmin yükləri boşaldıb Bakı şəhərinə qayıtmağa başlamışdır. Bakı-Qazax-Gürcüstan yolu ilə saat 13:30 radələrində yolun Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən hissəsinə çatmışdır. Həmin vaxt avtomobildə tək olmuş, hava günəşli olmuş, idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. O, yolun sağ zolağı ilə Bakı şəhəri istiqamətində 70 km/saat sürətlə hərəkətdə olmuşdur. Hərəkətdə olarkən sükan arxasında ani anda yuxuya getmiş və həmin vaxt avtomobildən taqqıltı səsi eşitmişdir. Səsdən yuxudan ayılmış və təxminən 100-150 metr məsafə qət etdikdən sonra avtomobili yolun kənarında saxlamışdır. O, avtomobilin təkərinin cırıldığını zənn etmişdir. Avtomobili saxladıqdan sonra yerə düşərək avtomobilin ətrafında gəzərək təkərləri yoxlamışdır. Avtomobili yoxlayarkən sağ tərəfdə təkərin üst hissəsində plastik detalın qırıldığını görmüş və gələn səsin həmin plastikin qırılması nəticəsində yarandığını zənn etmişdir. Bundan sonra yoluna davam etmişdir. Bir qədər getdikdən sonra avtomobilin sahibi Rəşad adlı şəxs onun istifadəsində olan mobil telefona zəng edərək Hacıqabul rayonu Qarasu kəndi ərazisində idarə etdiyi avotmobillə piyadanı vurduğunu bildirmişdir. Bundan sonra o, idarə etdiyi avotmobillə hərəkətinə davam etmişdir. Bakı şəhəri Ələt qəsəbəsi ərazisində yolpatrul xidmətinin əməkdaşları onun idarə etdiyi avtomobili saxlamasını tələb etmişlər. O, avtomobili saxladıqdan sonra yol-patrul xidmətinin əməkdaşları Hacıqabul rayonu Qarasu kəndi ərazisində piyadanı vurduğunu ona bildirmişlər. O, həmin ərazidə heç bir piyadını vurmadığını bildirmişdir. Bundan sonra yol-patrul xidmətinin əməkdaşları ilə birlikdə həmin ərazidə quraşdırılmış müşahidə kamerası tərəfindən qeydə alınmış görüntülərə baxmışlar. Bundan sonra ona məlum olmuşdur ki, Hacıqabul rayonu Qarasu kəndi ərazisində avtomobildən gələn taqqıltı səsi həmin piyadanın vurulması nəticəsində yaranmışdır. İdarə etdiyi avtomobil ona məxsus deyil, o, həmin avtomobili əvvəllər idarə etməmişdir. Sadəcə olaraq avtomobilin sahibi Şahid xəstələndiyi üçün onun xahişi ilə taxta və dəmir məmulatlarını Şəmkir rayonu Dəllər qəsəbəsinə aparmışdır. Hadisədən sonra Şirvan şəhər xətəxanasına gedərək vurduğu piyadanın Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. Hazırda zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs piyadanı vurmasından məlumatı olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Hacıqabul rayonu Qarasu kəndində ailəsi ilə birlikdə yaşayır. 29 aprel 2023-cü il tarixdə saat 13:50 radələrində yaşadığı Hacıqabul rayonu Qarasu kəndində yerləşən evindən çıxıb Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun sağ ehtiyat hissəsi ilə Bakı şəhəri istiqamətinə piyada şəkildə iş yerinə getmişdir. O, yolun sağ kənarı ilə piyada gedən zaman sonradan adını bildiyi sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “İveco Magirus” tipli yük avtomobili ilə onun sol tərəfindən vurmuşdur. Avtomobilin təsirindən o, yolun qırağındakı dərəyə düşmüşdür. Həmin vaxt huşunu itirdiyi üçün sonradan baş verənləri xatırlamır. Huşu özünə gəldikdə Şirvan şəhər xəstəxanasında olduğunu bilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, onunla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı videokonfrans vasitəsilə şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, fərdi qaydada sürücülüklə məşğul olur. “İveco Magirus” markalı yəhərli dartıcı tipli **-JE-*** dövlət qeydiyyat nişanlı, “Srem Trailor” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobil "xxxx" MMC-nə məxsusdur. O, həmin avtomobili icarəyə götürmüş və yol vərəqəsi əsasında idarə etmişdir. Rusiya Federasiyasından gələn taxta və dəmir məmulatlarını sifariş əsasında ünvana çatdırmaqla məşğul olur. Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. O, 10 ilə yaxındır “Abşeron Logistika” mərkəzində sürücülüklə məşğul olur. 28 aprel 2023-cü il tarixdə o, Şəmkir rayonu Dəllər qəsəbəsinə aparmaq üçün “İveco Magirus” markalı yəhərli dartıcı tipli **-JE-*** dövlət qeydiyyat nişanlı, “Srem Trailor” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobilə 20 ton yük vurmuşdur. Lakin, həmin vaxt qəfləti şəkildə səhhətində narahatlıq yaranmış və o, Təqsirləndirilən şəxs həmin yükü Şəmkir rayonu Dəllər qəsəbəsinə aparmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmış və avtomobili idarə edərək Şəmkir rayonu Dəllər qəsəbəsinə aparmışdır. 29 aprel 2023-cü il tarixdə saat təxminən 15:30 radələrində polis əməkdaşları ona məxsus olan mobil telefona zəng edərək **-JE-*** dövlət qeydiyyat nişanlı, “Srem Trailor” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobillə Hacıqabul rayonu Qarasu kəndi ərazisində piyada vurulduğunu bildirmişlər. O, təcili olaraq Təqsirləndirilən şəxs məxsus mobil telefona zəng edərək onun piyadanı vurmasını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yolda heç bir piyadanı vurmadığını bildirmişdir. Telefon danışığı zamanı Təqsirləndirilən şəxs danışığından ona məlum olmuşdur ki, sonuncu piyadanı vurmasından xəbərsizdir. Sonradan polis əməkdaşları avtomobilin sağ təkərinin üst hissəsində olan plastik detalın qırıntılarının hadisə baş verən yerdən aşkar etdiklərini ona bildirmişlər. Şahid sözlərinə görə Təqsirləndirilən şəxs avtomobili təhvil alarkən avtomobilin həmin hissəsində heç bir qırıntının olmadığını əvvəlcədən bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, DİNnin BDYP-nin YPX-də xidmət edir. 29 aprel 2023-cü il tarixdə Hacıqabul rayonu Qarasu kəndi ərazisində “İveco Magirus” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobilinin piyadanı vurması ilə bağlı məlumat daxil olmuşdur. Tərəfimizdən dərhal həmin yük avtomobilinin yeri dəqiqləşdirilmişdir. Ələt qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi “İveco Magirus” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobili saxlanılmışdır. Təqsirləndirilən şəxs və avtomobilin sənədlərinə baxış keçirilərkən sənədlərin qaydasında olmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman Hacıqabul rayonu Qarasu kəndi ərazisində idarə etdiyi avtomobillə qəza törədərək yolun sağ ehtiyat hissəsi ilə hərəkət edən piyadanı vurması barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs hadisədən xəbərsiz olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs Hacıqabul rayonu Nəvahi kəndində yerləşən YPX-nin stasionar postuna dəvət edərək kamera görüntülərini təqdim etmişlər. Məhkəmə istintaqı zamanı X4 şahid X2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan yol-nəqliyyat hadisəsinin baş vermə yeri Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonu Qarasu kəndindən keçən 142-ci kilometrliyidir. Hadisə yerdində hərəkət hissəsi quru, hamar, düz üfüqi olmaqla asfalt örtüklüdür. Hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 7,5 metrdir. Hərəkət zolaqlarını ağ rəngli qırıq xətlər ayırır. Hərəkət hissəsinin sol kənarında 2 metr enində ayrıca zolaq, yolun sağ kənarında isə 4 metr enində asfalt örtüklü ayrıca yol vardır. Hadisə baş verən yerdə sürət həddi 90 km/saatdır. Hadisə gündüz vaxtı baş vermişdir. Piyada yolun sağ ehtiyat hissəsində yolun sağ kənarından 0,5 metr ehtiyat hissədə vurulmuşdur. Baxış zamanı hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir. “AC 016861 nömrəli sürücülük vəsiqəsindən” görünür ki, Təqsirləndirilən şəxs B kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 12 yanvar 2023-cü il tarixli 02 nömrəli İcarə Müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən “İveco Magirus” tipli **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şahid icarəyə verilmişdir. Alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən müayinə barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs spirtli içki qəbul etməmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğlu Masallı rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək əmək haqqı məbləğinin 15 faizi tutulmaqla 11 ay 21 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1354 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “İveco Magirus” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 152 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol dirsək sümüyünün proksimal ucunun açıq, qəlpəli, yerdəyişən sınığı. Sol mil sümüyünün başının çıxıqı. Alının və sifətin əzilmiş-sıyrılmış yaraları. Sol dirsək çıxıntısının sınığı. Qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. “Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 263-1.1, 264-cü maddələrinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1, 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ilə ittiham elan edilmişdir. Hacıqabul RPŞ-nin 3-13-78/2-15181/2023 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, barəsində axtarış işi açılmış Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21:50 radələrində Masallı rayonu Bədalan kəndi ərazisində tutulmuşdur. Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 13:00-da MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Hacıqabul rayon məhkəməsinin 1(071)-7/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hacıqabul RPŞ-nin 3-13-78/2-1685/2024 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:00-da tutulmuşdur. Masallı rayonu İHB-nın Bədəlan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Bakı şəhər Nərimanov rayon məhkəməsinin 1(005)265/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 400 (dörd) yüz saat ictimai işlər növündə cəza təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 2 gün müddət, həbsdə saxlamanın bir günü ictimai işlərin 8 saatına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 384 (üç yüz səksən dörd saat) saat müddətə ictimai işlər cəzası saxlanılmışdır. Masallı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 2-2333/24-62-16 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhər Nərimanov rayon məhkəməsinin 1(005)-265/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 384 saat ictimai işlər növündə cəzaya məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs ictimai işlər növündə cəzanı icra etməkdən qərəzli şəkildə boyun qaşırmış, məhkumun yerini müəyyən etmək mümkün olmadığı üçün Masallı Rayon Prokurorluğunun təqdimatı əsasında Masallı rayon məhkəməsi məhkum Təqsirləndirilən şəxs 7 gün müddətinə tutulması barəsində qərar qəbul edilmişdir. 384 saat ictimai işlər növündə olan cəza Təqsirləndirilən şəxs tərəfindən icra edilməmişdir. Zərərçəkmiş şəxs ilə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şəkayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Cinayət işinin materiallarından, xüsusən də məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/1354 saylı rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə piyada Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına az ağır xəsarət yetirmiş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə münasibətdə qeyd edilməlidir ki, məhkəmə iclası zamanı yol-nəqliyyat hadisəsinin videogörüntüsünə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Srem Trailor” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu “İveco Magirus” markalı yəhərli dartıcı tipli **-JE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən avtomobili qəflətən yolun sağ, yəni hərəkətsiz hissəsinə döndərərək saxlayır. Bundan sonra avtomobildən düşərək onun ətrafında gəzərək təkərlərə və digər gözlə görünən ehtiyat hissələrinə baxış keçirir. Həmin vaxt təqsirləndirilən şəxs tərəfindən idarə edilən avtomobildən təxminən 20-30 metr məsafədə arxada ağ rəngli avtomobil saxlamışdır. Bundan başqa, məhkəmə iclası zamanı videokonfrans vasitəsilə ifadə vermiş Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs avtomobilin qabaq sağ təkərinin üst hissəsində olan plastik detalın qırılmadığını əvvəlcədən bilmişdir. Məhkəmə iclası zamanı ifadə vermiş şahidlər X4 və X2 eyniməzmunlu ifadələr verərək bildirmişlər ki, Təqsirləndirilən şəxs piyadanın vurması ilə bağlı məlumat verərkən o, təəccüblənmiş və heç bir piyadanı vurmadığını bildirmişdir. Şahidlərin sözlərinə görə avtomobilin qabaq sağ təkərinin üst hissəsində olan plastik detalın qırıntıları sonradan hadisə yerindən aşkar edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə hərəkətdə olarkən piyada Zərərçəkmiş şəxs vurduqdan sonra ərazidə müşahidə kamerasının fəaliyyət göstərdiyini ehtimal edərək məsuliyyətdən yayınmaq məqsədilə avtomobili yolun hərəkətsiz hissəsində saxlayaraq avtomobilin təkərlərinə və digər gözlə görünən ehtiyat hissələrinə baxış keçirmiş, avtomobilin sağ təkərinin üst hisssəsində olan plastik detalın qırılmasını və həmin vaxt arxada, yaxın məsafədə digər avtomobilin saxladığını görmüş, lakin bütün bunlara baxmayaraq piyadanı vurmasından xəbərsiz olması görüntüsü yaradaraq hadisə yerindən qaçmışdır. Bundan sonra yol-patrul xidmətinin əməkdaşları tərəfindən ona piyadanın vurulması məlumatı verilərkən yenədə məsuliyyətdən yayınmaq məqsədilə hadisədən xəbərsiz olması görüntüsü yaratmışdır. Göründüyü kimi, sürücü Təqsirləndirilən şəxs qeyd edilən tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, o, həmin tələblərə etinasızlıq göstərməklə əməl etməyərək, yol hərəkəti qaydasını pozduğu üçün zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi baş vermiş və baş vermiş nəticə ilə sürücü Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması arasında birbaşa səbəbli əlaqə olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs yolnəqliyyat hadisəsi baş verdikdən sonra yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Lakin, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1, 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1, 264-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir (CM 59.1.12, 59.1.13, 59.2). Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1, 264-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, hadisədən sonrakı davranışı, şəxsiyyətinin müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların isə müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası aşağı həddə təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanılmalı, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 1(005)-265/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 400 saat ictimai işlər növündə cəza ictimai işlərin səkkiz saatının azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulması nəzərə alınmaqla, 1 (bir) ay 20 (iyirmi) gün müddət Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki təyin edilmiş cəzaya qismən birləşdirilməli, həbsdə saxlanıldığı və tutulduğu 3 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməli, təyin ediləcək əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2) və cəza çəkmə müddətinin başlanğıcı onun həbsə alındığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut qismində tanınmış avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 50 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 300 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 2 (iki) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, Cinayət Məcəlləsinin 66.2ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 1 (bir) il 7 (yeddi) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 1(005)-265/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 400 saat ictimai işlər növündə cəza ictimai işlərin səkkiz saatının azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulması nəzərə alınmaqla, 1 (bir) ay 20 (iyirmi) gün müddət Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki təyin edilmiş 1 (bir) il 10 (on) ay müddətinə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs 1 (bir) il 7 (yeddi) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu üç gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi bir gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış “Srem Trailor” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu “İveco Magirus” markalı yəhərli dartıcı tipli **-JE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 50 (əlli) saata görə 300 (üç yüz) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA**********0944325691, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********). Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar