Məhkəmə qərarları › İş №1(071)-20/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-20/2022

24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-20/2022 24.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Tovuz rayonu Aşağı Öysüzlü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla yaşayan, 09.11.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 11.11.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs sonuncuya çatası 7.500 manat nağd pul vəsaitini Şahid1 götürüb ona çatdırmasına dair xahişinə, həmin xahişi yerinə yetirmək niyyətində olmadığı halda Zərərçəkmiş şəxs etibarını qazanmq üçün sözdə razılıq verib aldadaraq 17.10.2021-ci il tarixdə saat 14 radələrində Hacıqabul rayonu Qarasu kəndi ərazisində Şahid1 xeyli miqdar təşkil edən 7.500 manat pul vəsaitini alıb ələ keçirdikdən sonra pulu sahibi Zərərçəkmiş şəxs verməyərək, öz ehtiyacları üçün xərcləyib qaytarmamaqla, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda zərər vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində bildirdi ki, "xxxx" MMC-yə məxsus “Daewo” markalı **-TG-*** dövlət qeydiyyat nömrə nişanlı sərnişin avtobusunda sürücü köməkçisi işləmişdir. Hər reysə 40 manat zəhmət haqqı almışdır. 17.10.2021-ci il tarixdə saat 12:15 radələrində işlədiyi "xxxx" MMC-yə məxsus “Daewo” markalı **-TG-*** dövlət qeydiyyat nömrə nişanlı sərnişin avtobusunun sürücüsü Yunislə birlikdə Bakı şəhərindən Qazax rayonu 2-ci Şıxlı kəndinə doğru hərəkətə başlamışlar. Onlar "xxxx" MMC-yə məxsus “Daewo” markalı **-TG-*** dövlət qeydiyyat nömrə nişanlı sərnişin avtobusunun sürücüsü ilə birlikdə Hacıqabul rayonu Atbulaq kəndi ərazisində olan zaman **-LT-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusun sürücüsü tanıdığı Xəyal adlı şəxs ***-***-**-** saylı nömrəsindən **-TG-*** dövlət qeydiyyat nömrə nişanlı sərnişin avtobusa məxsus ***-***-**-** saylı nömrəsinə zəng vuraraq ona bildirmişdir ki, Hacıqabul rayonu Qarasu kəndində yerləşən toyuq satılan yerin yaxınlığında bir kişinin onu gözlədiyini və həmin şəxsin ona 7500 manat pul verəcəyini bildirmişdir. Bundan sonra təxminən saat 13:45 radələrində "xxxx" MMC-yə məxsus “Daewo” markalı **-TG-*** dövlət qeydiyyat nömrə nişanlı sərnişin avtobusun sürücüsü Yunislə birlikdə Hacıqabul rayonu Qarasu kəndində deyilən yerdə saxlamışlar. O, avtobusdan yerə düşüb həmin tanımadığı şəxsdən 7500 manat pulu sayaraq təhvil almış və yollarına davam edərək Qazax rayonu istiqamətində hərəkətə başlamışlar. Bundan sonra axşam saat 20:30 radələrində onlar Qazax rayonu 2-ci Şıxlı kəndində yerləşən “Qozluq” kafesinə çatmışlar. Bundan sonra onlar orada Yunis, Elnur, Bəylər adlı şəxslərlə çörək yedikdən sonra, onlar istirahət etməyə getmişlər. Bundan sonra o, “Mersedes” markalı avtomobilə əyləşib Bakı şəhərinə yola düşmüşdür. Səhər saat 05 radələrində Bakı şəhərinə çatmış və Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən 3-cü mikrorayon bazarının yanında yerləşən “Elyon” otelə gedərək 30 manat ödədikdən sonra orada gecəni qalmışdır. Bundan sonra səhər saat 11 radələrində yuxudan durub gedib bazarın yaxınlığında olan kafedə yemək sifariş etmişdir. O, yemək yedikdən sonra 13 manat hesabı ödəyib Bakı şəhəri Yasamal rayonu İnşaatçılar metrosunun yaxınlığında olan “Topaz” mərc oyunu salonuna gedərək, orada axşam saat 19 radələrinə qədər 3900 manat pul oynamış və uduzmuşdur. Bundan sonra Xutor adlanan yerə gedib gecəlik evlərin birində 5 manat verib qalmışdır. 20.10.2021-ci il tarixdə üzərində qalan 2500 manat pulu xərcləmək məqsədi ilə metronun 20 Yanvar stansiyasının yanında yerləşən “Topaz” mərc oyunu salonuna getmiş və orada 2200 manat pulu mərc oyununda uduzmuş və axşam saat 23 radələrində oradan çıxıb metronun 28 May stansiyasının yaxınlığında yerləşən adını xatırlamadığı, lakin ünvanını tanıdığı “Gecə” klubuna getmişdir. Orada üzlə tanıdığı lakin adını bilmədiyi bir qadınla istirahət etmişdir. Sonra gecə klubundan çıxaraq saat 00:30 radələrində taksiyə 6 manat verib Masazır ərazisində yerləşən “Ağ” otel adlanan yerə getmiş və orada 2-ci mərtəbədə otaq götürdükdən sonra gecəni orada qalmışdır. Beləliklə də o, Xəyala məxsus 7500 manat pulu Bakı şəhərində özü üçün xərcləmişdir. O, Hacıqabul rayonu Qarasu kəndində 7500 manat pul aldığı şəxsi tanımır. Həmin 7500 manat pulu tanıdığı Xəyal adlı şəxsə verməli idi. Xəyal adlı tanışı ona zəng vurub Hacıqabul rayonundan 7500 manat çatmalı olan pulu götürməli olduğunu və özünə çatdırmalı olduğunu dedikdə, o, həmin pulu ələ keçirib özü üçün xərcləmək qərarına gəlmişdir. Buna görə də Xəyal adlı tanışına verilməli olan 7500 manat pulu aldıqdan sonra o, gecə saatlarında Bakı şəhərinə qayıtmış və həmin pulu «Topaz» mərc oyunlarına xərcləmişdir. Fikirləşmişdir ki, bəlkə mərc oyunlarında pul udar, lakin uda bilməmişdir. O, bu əməli ilə cinayət etdiyini başa düşmüş, lakin həmin pul onda tamah yaratmışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs dəymiş 7500 manat vəsait onun qardaşı tərəfindən Zərərçəkmiş şəxs tam qaytarılmışdır. Hazırda Zərərçəkmiş şəxs ona qarşı şikayəti və tələbi yoxdur. Bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs və şahidlərə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməklə məlumat verilmişdir. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Zərərçəkmiş şəxs 22.12.2021-ci il tarixdə ərizə ilə Hacıqabul rayon X2 Bölməsinə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 7.500 manat ziyan sonuncunun valideynləri tərəfindən ona tam olaraq ödənilmişdir. Onun Təqsirləndirilən şəxs heç bir tələbi və şikayəti yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsiq edilmiş 07.02.2022-ci il tarixli 8İ-675 reyestr nömrəli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona olan borcu tam ödənilmişdir. Heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə zərərçəkmiş şəxsin ziyanın ödənilməsinə dair ərizəsini nəzərə alaraq, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri elan etməklə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, özünə məxsus sərnişin daşıma avtomobilləri vasitəsilə Bakı-Qazax-Qırmızı körpü istiqamətində sərnişin daşınması ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır, sonuncu Şahid2 idarə etdiyi «Daewoo» markalı sərnişin avtobusunda Bakı-Qazax-Qırmızı körpü istiqamətində sərnişin daşınması ilə bağlı sürücünün köməkçisi kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs işi avtobusda yüklərin və sərnişinlərin yerləşdirilməsi, Bakı şəhərindən Qazax rayonuna göndərilən pul, sənəd və digər əşyaların qəbul edilib təhvil verilməsindən ibarətdir. Təqsirləndirilən şəxslə münasibətləri həmişə yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. 17 oktyabr 2021-ci il tarixdə saat təxminən 12 radələrində Bakı şəhərindən avtobus dolu sərnişinlə Qazax şəhərinə yola düşmüşlər. Hacıqabul rayonunda ona borcu olan Şahid1 adlı şəxs ona 7500 manat pul verməli olmuşdur. Onlar Hacıqabula çatanda Şahid1 zəng edib pulu yol kənarına çıxarmasını deyəndə, Hamlet bildirmşdir ki, indi biraz kənardadır, ona görə də pulu gətirə bilməyəcəkdir, arxalarınca gələn avtobuslardan birinə verə bilər. O, razılaşmış və tanışı Təqsirləndirilən şəxs zəng edərək demişdir ki, Hacıqabul rayonunda bir nəfər vardır, ona 7500 manat pul göndərməlidir, həmin pulu həmin şəxsdən götürsün, həmin şəxsə nömrəsini verəcək. Arif də demişdir ki, narahat olmasın, pulu ona çatdıracaq. Bundan sonra Hamletə Arifin nömrəsini vermiş və demişdir ki, Ariflə pulu göndərsin. Bir neçə saat sonra həm Arif, həm də Hamlet ona zəng vuraraq 7500 manat pulun götürülməsi ilə bağlı məlumat vermişlər. Təxminən saat 20 radələrində Arif ona Ağstafa rayonu Qırlı kəndini keçib getdiklərini demişdir. O, həmin pulu Ağstafa səhərində avtovağzalda işləyən Samir adlı şəxsə verməyini desə də, Arif demişdir ki, artıq gecdir, sabah geri gayıdanda həmin pulu ona verəcəkdir. O, Arifə gələndə həmin pulu Hacıqabuldan götürməsi üçün 20 manat da pul verəcəyini bildirmişdir. Arif də onunla razılaşmışdır. Növbəti gün səhər tezdən o, məlumat almışdır ki, avtobusda köməkçi işləyən Arif onun 7500 manat pulunu götürüb qaçmışdır. Arifə zəng vursa da, telefonuna zəng çatmamışdır. Buna görə də o, Qazax RPŞ-yə müraciət etmişdir. Təqsirləndirilən şəxs ona məxsus 7500 manat pulu ona çatdıracağı ilə bağlı vəd versə də, onun pulunu ona çatdırmamış və onun pulunu ələ keçirib özü üçün xərcləmişdir. Şahid1 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs uzun illərdir ki, tanıyır. O, Zərərçəkmiş şəxs bir neçə il əvvəl avtomobil almış, lakin 7500 manat pulunu verməmişdir. 2021-ci ilin oktyabr ayında Xəyal ondan həmin 7500 manat pulu istəmişdir. O da yaxın günlərdə həmin pulu düzəldib verəcəyini demişdir. 17.10.2021-ci il tarixdə saat 10 radələrində o, Xəyala zəng vurub pulunun hazır olduğunu demişdir. Həmin gün saat 11-12 radələrində Xəyal ona zəng vurub Bakı şəhərində sərnişin avtobusu ilə yola düşdüyünü, pulu ondan götürmək istədiyini dedikdə, o, biraz kənarda olduğunu demiş və Xəyala bildirmişdir ki, arxası ilə gələn avtobusla pulu göndərə bilər. Xəyal da razılaşmış və ona demişdir ki, arxası ilə Bakı-Qazax marşrutu üzrə işləyən avtobus gələcək, həmin avtobusda Arif adlı şəxs vardır və pulu Arifə versin. O, razılaşmış və Xəyal demişdir ki, Arif adlı şəxsin mobil nömrəsini ona verəcək, onunla əlaqə saxlasın və danışıb pulu Arifə versin. Bundan sonra Xəyal ona Arif adlı şəxsin mobil telefon nömrəsini vermiş və o, gönortadan sonra həmin nömrə ilə əlaqə saxladıqda, Arif adlı şəxs ona demişdir ki, artıq yoldadırlar və Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən körpünün yanına çıxsın. O da həmin yerə getmiş və orada Daewoo markalı avtobus gəldikdə o, Arif adlı şəxsə 7500 manat pulu vermişdir ki, həmin pulu Zərərçəkmiş şəxs çatdırsın. Arif orada demişdir ki, narahat olmasın, həmin pulu Xəyala çatdıracaq. Daha sonra Arif avtobusa oturmuş və avtobus yoluna davam etmişdir. Sonra o, Xəyala zəng vurmuş və 7500 manat pulu Arifə verdiyini demişdir. Xəyal da ona minnətdarlığını bildirib onunla sağollaşmışdır. Sonradan, yəni növbəti gün Xəyal ona zəng vurub Arifin ona məxsus 7500 manat pulu götürüb qaçdığını bildirmişdir. Şahid2 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, "xxxx" MMC-yə məxsus **-TG-*** dövlət qeydiyyat nişanlı "Daewo" markalı avtomobilin sürücüsü olaraq təxminən iki ay olar ki, həmin avtobusu idarə etməyə başlamışdır. Həmin avtobusla Bakı-Qazax-Qırmızı körpü istiqamətində sərnişin daşınması ilə məşğul olurlar. Onunla birlikdə köməkçisi olaraq Tovuz rayon sakini Təqsirləndirilən şəxs fəaliyyət göstərir. Arif avtobusda yüklərin və sərnişinlərin yerləşdirilməsi, Bakıdan Qazaxa göndərilən pul, sənəd və digər əşyaları Arif özü qəbul edib təhvil verir. 17 oktyabr 2021-ci il tarixdə saat təxminən 13 radələrində Bakı şəhərindən avtobus dolu sərnişinlə Qazax şəhərinə yola düşmüşlər. Hacıqabul rayonu ərazisindən keçərkən Ağstafa rayon Qırlı kənd sakini avtobusla sərnişin daşıma ilə məşğul olan Xəyal adlı şəxs Arifə zəng edib Hacıqabul rayonu ərazisini keçdiyini və orada veriləcək pulu götürə bilmədiyini, onların həmin pulu götürüb Ağstafa rayonunda özünə təhvil verməklərini xahiş etmişdir. Arif də razılaşmış və Hacıqabul rayonu ərazisində Xəyalın dediyi şəxslə telefon əlaqəsi saxlamış və bir nəfər tanımadığı şəxslə görüşüb sonuncudan Xəyala çatacaq 7500 manat pulu sayıb təhvil almışdır. O, həmin vaxt maşın sürmüşdür. O, Arifə demişdir ki, həmin pulu ona versin, cibinə qoysun, Ağstafada Xəyala verər. O, dəfələrlə Arifə desə də, sonuncu pulu ona verməmiş və özü şəxsən Xəyala verəcəyini bildirmişdir. Onlar Hacıqabuldan yola düşmüşlər, saat 20 radələrində Ağstafa rayonuna çatmışlar. Onlar Ağstafaya çatana yaxın Arifdən Xəyala zəng edib-etməməsini soruşanda, Arif ona demişdir ki, guya Xəyal telefonu açmır. Onlar Ağstafada bayraq meydanın yanına çatanda Arif Xəyala zəng edib artıq Ağstafa rayon Qırlı kəndini keçdiyini və 7500 manat pulu sabah geriyə qayıdanda verəcəyini bildirmişdir. Xəyal da onunla razılaşmış və onlar sərnişinləri düşürüb Qırmızı Körpüyə gedib orada dayanmışlar. Gecəni gecələmək üçün orada olan evlərdən birinə getmişlər. Ariflə bir otaqda gecələməli olmuşlar. Yatmamışdan qabaq pulun özündə olduğunu görmüşdür. O, yerinə uzananda Arif demişdir ki, çölə çıxıb telefonla danışıb galəcəkdir. Sonra o, yerinə uzanmış və biraz yuxulamışdır. Yuxuya gedib təxminən saat 01 radələrində ayılmışdır. Ayılanda Arifin yerində olmadığını görmüş və sonuncunun mobil telefonuna zəng edib harada olduğunu soruşarkən, Arif yarım saata gələcəyini demişdir. Biraz keçməsinə baxmayaraq Arif gəlməmiş, o, dəfələrlə Arifin nömrəsinə zəng etsə də sonuncu onun telefonuna cavab verməmişdir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 09.11.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. (İş v. 58). Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materiallarında olan digər sübutlarla Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə Zərərçəkmiş şəxs xeyli miqdar təşkil edən 7.500 manat pulunu ələ keçirməklə, dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsini, əməlindən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsə vurduğu 7.500 manat ziyanı könüllü olaraq tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin heç bir tələbi və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, bütün bunları nəzərə alaraq və xüsusilə ümümbəşəri idealları, insan hüquqları və azadlıqlarının qorunması kimi dəyərləri və insanpərvəlik ənənələrini davam etdirərək, qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə ümid edərək, cinayət-hüquq siyasətini həyata keçirərək, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, təqsirləndirilən şəxsin öz əməllərinin nəticələrini dərk edərək islah olunacağına inanaraq, humanizm və mərhəmət prinsiplərini rəhbər tutaraq, iş üzrə cəzanı yüngülləşdirə halların olmasını, ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsini qanuni, ədalətli və əsaslı hesab edir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən 09.11.2021-ci il tarixdən 24.02.2022-ci il tarixədək müddətdə 03 (üç) ay 15 (on beş) gün müddətinə həbsdə saxlanılması nəzərə alınmaqla, Təqsirləndirilən şəxs ona təyin ediləcək cərimə cəzasından tamamilə azad edilməlidir. Azərbaycan Respublikası CPM-in 175-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. İş üzrə dəymiş 7.500 manat maddi ziyanın Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4.000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən 09.11.2021-ci il tarixdən 24.02.2022-ci il tarixədək müddətdə 03 (üç) ay 15 (on beş) gün müddətinə həbsdə saxlanılması nəzərə alınmaqla, Təqsirləndirilən şəxs ona təyin edilmiş 4.000 (dörd min) manat miqdarında cərimə cəzasından tamamilə azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə dəymiş 7.500 (yeddi min beş yüz) manat maddi ziyanın Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 saata görə 180 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 manat olmaqla, cəmi 300 (üç yüz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar