Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-21/2022 22.04.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1965-ci ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Qubadlı şəhəri Fizuli küçəsi ev 6-da qeydiyyatda olmaqla, Sumqayıt şəhəri 5-ci mikrorayon ev 14 mənzil 50-də yaşayan, 13.11.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 15.11.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri; xx.xx.1981-ci ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində bir azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri Binəqədi rayonu Geoloji Kəşfiyyat İdarəsinin yataqxanasında yaşayan, 13.11.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 15.11.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayətini törətmək qərarına gəlib, bu məqsədlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 30 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs məxsus olan Hacıqabul rayonu Atbulaq kəndində yerləşən “Araz Star” mağazasından hər birinin dəyəri 4,2 manat olan 355 ml tutumlu 8 ədəd “Redbul” enerji içkisi, hər birinin dəyəri 8,5 manat olan 5 ədəd “Nivea” markalı gel, hər birinin dəyəri 55 manat olan 3 ədəd 1 litr tutumlu “Jack Daniels” markalı viski, hər birinin dəyəri 28 manat olan 5 ədəd üzqırxan ülgüc, hər birinin dəyəri 14 manat olan 7 ədəd arko üz kremi, dəyəri 14 manat olan 1 ədəd 460 qr tutumlu “Balparmak” markalı balı gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs 493,10 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,659 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini 1 ədəd kağız kəsiyində qablaşdırılmış halda əynində olan qara rəngli şalvarın sağ cibində daşıyaraq saxlamış, 13 noyabr 2021-ci il tarixdə saat 12 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Nəvahi kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayətini törətmək qərarına gəlib, bu məqsədlə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 30 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs məxsus olan Hacıqabul rayonu Atbulaq kəndində yerləşən “Araz Star” mağazasından hər birinin dəyəri 4,2 manat olan 355 ml tutumlu 8 ədəd “Redbul” enerji içkisi, hər birinin dəyəri 8,5 manat olan 5 ədəd “Nivea” markalı gel, hər birinin dəyəri 55 manat olan 3 ədəd 1 litr tutumlu “Jack Daniels” markalı viski, hər birinin dəyəri 28 manat olan 5 ədəd üzqırxan ülgüc, hər birinin dəyəri 14 manat olan 7 ədəd arko üz kremi, dəyəri 14 manat olan 1 ədəd 460 qr tutumlu “Balparmak” markalı balı gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs 493,10 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,527 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini 1 ədəd kağız kəsiyində qablaşdırılmış halda əynində olan qara rəngli qış gödəkçəsinin sol cibində daşıyaraq saxlamış, 13 noyabr 2021-ci il tarixdə saat 12 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Nəvahi kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun yaxın qohumudur. 30 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhərindən çıxaraq doğulduqları Qubadlı rayonundakı evlərini ziyarət etmək üçün yola çıxmışlar. 30 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində Hacıqabul rayonu Atbulaq kəndində yerləşən “Araz-Star” marketindən alış-veriş etmişlər. Həmin vaxt mağazada satıcının məşğul olduğunu görüb vitrində olan üzqırxan ülgüc, 3 ədəd redbul, 2 ədəd üz qırxmaq üçün köpük, bal oğurlayaraq gödəkçəsinin içərisinə yığmışdır, Təqsirləndirilən şəxs2 isə “Jack Daniels” markalı viski içkisini götürmüş və gödəkçəsinin içərisinə qoymuşdur. Onlar oğurladıqları əşyaların pulunu ödəməmiş və mağazadan çıxıb getmişlər. Sabirabad rayonuna çatanda onlara zəng gəlmiş və bildirmişlər ki, icazə sənədləri olmadığına görə onları Qubadlıya buraxmayacaqlar. Bu səbəbdən onlar Bakı şəhərinə, oradan da o, Sumqayıt şəhərinə qayıtmışdır. Namidarla razılaşmışlar ki, 13 noyabr 2021-ci il tarixdə səhər saatlarında birlikdə oğlu Şahid3 məxsus “Renault Tondar” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qubadlıya getsinlər. O, Hacıqabul rayonu Atbulaq kəndində yerləşən “Araz-Star” marketin yanında avtomobili saxlatdırmışdır. Avtomobildən düşüb siqaret almış və geri qayıtmışdır. Bu zaman satıcı onu tanımış və polisə məlumat vermişdir. Nəvahi DYP postunda onların avtomobilini DYP əməkdaşı saxlatmışdır. Oğlunun sənədlərini yoxlamışlar. Onları da DYP postuna dəvət etmişlər. Bir qədər sonra polis əməkdaşları gəlib onları Hacıqabul RPŞ-yə aparmışlar. Orada polis əməkdaşı Şahid1 ona və Təqsirləndirilən şəxs2 kağıza bükülmüş metamfetamin vermiş və bildirmişdir ki, metamfetaminin onlara məxsus olduğunu desinlər. Əgər metamfetaminin onlara məxsus olmasını bildirməsələr, oğlunu da tutacaqlar. Bu səbəbdən o və Namidar polis əməkdaşı Şahid1 təklifi ilə razılaşaraq, onun verdiyi metamfetamini ciblərinə qoymuşlar. Bundan sonra onlara müdafəçi verilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkmliş edilməklə onun üzərində axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. Həmin vaxt o, əynində olan qara rəngli şalvarının sağ cibində saxladığı 1 ədəd kağız kəsiyi bükümü təqdim edərək, içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Üzərindən aşkar edilən psixotrop maddə metamfetamini 13 noyabr 2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhərində yaşadığı küçədə yerdən tapdığını bildirmişdir. Müdafiəçinin metamfetamini ona Şahid1 verməsindən məlumatı olmamışdır. O, həmin vaxt və sonradan bu barədə müdafiəçisinə heç nə deməmişdir. Üzərində axtarış aparılarkən aşkar olunan metamfetaminin ona məxsus olduğunu və Sumqayıt şəhərində yerdən tapdığını bildirsə də, əslində həmin maddə ona məxsus olmamışdır. Bu maddəni polis əməkdaşı Şahid1 Hacıqabul RPŞ-də ona vermişdir. Bu səbəbdən CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilmir. O, taksi sürücüsü kimi onları aparan oğlunun da məsuliyyətə cəlb edilməsindən ehtiyat etdiyinə görə, metamfetaminin ona məxsus olduğunu bildirmişdir. Polis şöbəsində onlara qarşı hər hansı bir zor tətbiq edilməmişdir. Oğlurluq cinayətini etdiyinə görə peşman olmuşdur. Oğurladıqları əşyaları Qubadlı rayonunda xidmətdə olan əsgərlərə vermək istəmişlər. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 234-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, əvvəllər məhkum olunmuşdur. Təqsirləndirilən şəxs1 tanıyır, sonuncu ilə ədavət və düşmənçilikləri yoxdur. O, Qubadlı rayonu Xınalıq kəndində daimi qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Geoloji Kəşfiyyat İdarəsinin yataqxanasında yaşayır. O, xeyli müddətdir ki, narkotik vasitə və psixotrop maddə olan metamfetamin qəbul edir. Buna görə də məhkum olunmuşdur. 30 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhərindən Qubadlı rayonuna getmək üçün yola çıxmışlar. Hacıqabul rayonu Atbulaq kəndində yerləşən “Araz-Star” marketindən oğurluq etmək qərarına gəlib Təqsirləndirilən şəxs1 ilə birlikdə mağazaya daxil olmuşlar. Satıcının məşğul olduğunu görüb vitrində viski oğurlayaraq gödəkçəsinin altında gizlətmişdir. Təqsirləndirilən şəxs1 isə vitrində olan üzqırxan ülgüc, 3 ədəd redbul, 2 ədəd üz qırxmaq üçün köpük, bal oğurlayaraq gödəkçəsinin içərisinə yığmışdır. Bundan sonra onlar çölə çıxmışlar. Onlar oğurladıqları əşyaları əsgərlərə vermək istəmişlər. Həmin vaxt onları mağazadan alış-veriş etməyə pulları olsa da, onlar əşyaları oğurlamaq qərarına gəlmiş və oğurlamışlar. Onlar Qubadlı rayonu istiqamətində yola düşmüşlər. Sabirabad rayonuna çatanda onlara zəng gəlmiş və icazə sənədləri olmadığına görə Qubadlı rayonuna buraxılmayacaqları bildirilmişdir. Bundan sonra onlar Bakı şəhərinə qayıtmışlar. İmamverdi ilə razılaşmışlar ki, 13 noyabr tarixdə səhər saatlarında birlikdə İmamverdinin oğluna məxsus avtomobillə Qubadlıya getsinlər. 13 noyabr 2021-ci il tarixdə səhər saatlarında birlikdə İmamverdinin oğlu Möhübbətə məxsus “Renault Tondar” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qubadlıya getmək üçün yola çıxmışlar. İmamverdi Hacıqabul rayonu Atbulaq kəndində yerləşən “Araz-Star” marketin yanında avtomobili saxlatdırmışdır. Avtomobildən düşüb siqaret almış və geri qayıtmışdır. Bu zaman mağazanın satıcısı İmamverdini tanımış və polisə məlumat vermişdir. Nəvahi DYP postunda onların avtomobilini DYP əməkdaşı saxlatmışdır. Onları DYP postuna dəvət etmişlər. Bir qədər sonra polis əməkdaşları gəlib onları Hacıqabul RPŞ-yə aparmışlar. DYP postunda onların üstünü axtarmışlar, heç nə aşkar edilməmişdir. Hacıqabul RPŞdə polis əməkdaşı Şahid1 ona və İmamverdiyə kağıza bükülmüş metamfetamin vermiş və bildirmişdir ki, metamfetaminin onlara məxsus olduğunu desinlər. Əgər metamfetaminin onlara məxsus olmasını bildirməsələr, İmamverdinin oğlunu da tutacaqlar. Bu səbəbdən o və İmamverdi polis əməkdaşı Şahid1 təklifi ilə razılaşaraq, onun verdiyi metamfetamini ciblərinə qoymuşlar. Bundan sonra onlara müdafəçi verilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkmliş edilməklə onun üzərində axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. Həmin vaxt o, əynində olan əynində olan qara rəngli qış gödəkçəsinin sol cibində saxladığı 1 ədəd kağız kəsiyi bükümü təqdim edərək, içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Üzərindən aşkar edilən psixotrop maddə metamfetamini 13 noyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhərində yaşadığı küçədə yerdən tapdığını bildirmişdir. Müdafiəçinin metamfetamini ona Şahid1 verməsindən məlumatı olmamışdır. O, həmin vaxt və sonradan bu barədə müdafiəçisinə heç nə deməmişdir. Üzərində axtarış aparılarkən aşkar olunan metamfetaminin ona məxsus olduğunu və Bakı şəhərində yerdən tapdığını bildirsə də, əslində həmin maddə ona məxsus olmamışdır. Bu maddəni polis əməkdaşı Şahid1 Hacıqabul RPŞ-də ona vermişdir. Bu səbəbdən CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilmir. İmamverdinin taksi sürücüsü kimi onları aparan oğlunun da məsuliyyətə cəlb edilməsindən ehtiyat etdiyinə görə, metamfetaminin ona məxsus olduğunu bildirmişdir. Polis şöbəsində onlara qarşı hər hansı bir zor tətbiq edilməmişdir. Oğlurluq cinayətini etdiyinə görə peşman olmuşdur. Oğurladıqları əşyaları Qubadlı rayonunda xidmətdə olan əsgərlərə vermək istəmişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməklə məlumat verilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək bildirmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona vaurulmuş zərər ödənilmişdir. İşə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Hacıqabul rayonu Atbulaq kəndində daimi qeydiyyatda olmaqla yaşayır. Həmin kənddə ona məxsus mağaza var. 2020-ci il tarixdən mağazadan Araz marketlər sistemi ilə işləyir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Onlarla aralarında ədavət və düşmənçilikləri olmamışdır. O, mağazada quraşdırılmış təhlükəsizlik kameralarına hər ay baxış keçirir. Kameralara baxış keçirməkdə məqsədi mağazadan oğurluq olub-olmamasını müəyyən etmək olmuşdur. 13.11.2021-ci il tarixdə kameraya baxış keçirərkən 30.10.2021-ci il tarixdə saat 11:25-də 2 nəfər şəxsin mağazaya daxil olaraq mağazadan hər birinin dəyəri 4,2 manat olan 8 ədəd “redbul” enerji içkisi, hər birinin dəyəri 8,56 manat olan 5 ədəd gel, hər birinin dəyəri 60 manat olan 3 ədəd İD viski, hər birinin dəyəri 28 manat olan 5 ədəd üzqırxan, hər birinin dəyəri 14,45 manat olan 7 ədəd arko üz kremi, dəyəri 14,7 manat olan 1 ədəd balın oğurlanmasını müəyyən etmişdir. Bundan sonra oğurlanmış malların siyahısını və qiymətlərini dəqiqləşdirib rayon polis şöbəsinə müraciət etmişdir. Hadisə baş verən zaman o mağazada olmamışdır. Satıcılar isə oğurluq olmasını görməmişlər. Sonradan o, mağazada təhlükəsizlik kameralarına baxdıqda oğurluq olmasını görmüşdür. Ona ümumilikdə 512,25 manat maddi ziyan dəymişdir. Əlavə dindirilən zaman o, ifadəsində göstərmişdir ki, 11 yanvar 2022-ci il tarixli 9/9102 nömrəli ekspert rəyi ilə razıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona məxsus malları oğurlamaqla ona 493,10 manat maddi ziyan vurmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona dəymiş 493,10 manat ziyanın ödənilməsi barədə ibtidai istintaq zamanı 19.01.2022-ci il tarixdə yazılı ərizə vermişdir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Hacıqabul RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 noyabr 2021-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Qubadlı rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq üzərlərində narkotik vasitələr gəzdirməklə məşğul olurlar və hazırda Nəvahi kəndi ərazisindədirlər. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə təxirəsalınmadan əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş və həmin qərarın icra olunması ilə bağlı o, və Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra isə məlumatın yoxlanılması məqsədi ilə Şahid2la birlikdə Hacıqabul rayonu Nəvahi kəndi ərazisinə getmişlər. Nəvahi kəndi ərazisində Bakı-Qazax yolunun kənarında Nəvahi DYP postunda Şahid3 məxsus “Renault Tondar” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmışdır. Onlar Nəvahi DYP postunda avtomobilin sərnişinlər olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxınlaşmış və özlərini təqdim edərək, barələrində daxil olmuş məlumatın yoxlanılması məqsədilə onları Hacıqabul RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlarla razılaşmış və birlikdə Hacıqabul RPŞ-yə gəlmişlər. Hacıqabul RPŞ-də raportla rəhbərliyə müraciət olunmuş və həmin raport üzrə araşdırma aparılması və saxlanılan şəxslərin üzərlərinə şəxsi axtarış keçirilməsi təhqiqatçı Mübaşir Heybətova həvalə olunmuşdur. Təhqiqat bölməsində ilk öncə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiəsi üçün vəkil təqdim edildikdən sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarının sağ cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümü çıxarıb təqdim edərək, həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu və həmin metamfetamini Sumqayıt şəhərində yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş, sonra isə protokol tərtib olunmuş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiəsi üçün vəkil təqdim edildikdən sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkcəsinin sol cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümü çıxarıb təqdim edərək, həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu və həmin metamfetamini tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş, sonra isə protokol tərtib olunmuş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin tərəfindən keçirilən axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 30 oktyabr 2021-ci il tarixdə Hacıqabul rayonu Atbulaq kəndində yerləşən mağazadan da oğurluq etmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmaları barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrində göstərdikləri kimi, o, onlara psixotrop maddə metamfetamin verməmiş və onları İmamverdinin oğlunu da tutacağı ilə hədələməmişdir. İmamverdinin oğlu Möhübbət taksi sürücüsü olduğunu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştəri kimi apardığını, onların üzərində narkotik maddə gəzdirməsi və mağazadan oğurluq etmələri barədə heç bir məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçilərinin, təhqiqatçının və onların iştirakı ilə videoçəkiliş zamanı özləri etiraf edərək, onlardan aşkar olunan psixotrop maddə metamfetaminin özlərinə məxsus olduğunu bildirmişlər. O, həmin şəxslərə hər hansı bir hədə-qorxu gəlməmiş və onlara psixotrop maddə metamfetamin verməmişdir. Əgər belə bir hal olsaydı, indiyə kimi onun bu hərəkəti ilə bağlı şikayət etmiş olardılar. Hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məsuliyyətdən yayınmaq üçün onun barəsində belə bir böhtan xarakterli yalan ifadə verirlər. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul RPŞ-nin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi vəzifəsində işləyir. Onun xidməti ərazisində yerləşən Hacıqabul rayonu Atbulaq kəndində Zərərçəkmiş şəxs məxsus olan mağazadan 30.10.2021-ci il tarixdə saat 11:25-də 2 nəfər şəxsin oğurluq etmələrinə dair ərizə daxil olmuşdur. 13.11.2021-ci il tarixdə Hacıqabul RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Nəvahi DYP postundan Şahid3 məxsus “Renault Tondar” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişinləri olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Hacıqabul RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlarla birlikdə Hacıqabul RPŞ-yə gəlmişlər. Hacıqabul RPŞ-də saxlanılan şəxslərin üzərlərinə şəxsi axtarış keçirilməsi təhqiqatçı Mübaşir Heybətova həvalə olunmuşdur. Təhqiqat bölməsində ilk öncə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiəsi üçün vəkil təqdim edildikdən sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarının sağ cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümü çıxarıb təqdim edərək, həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu və həmin metamfetamini yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş maddə təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş, sonra isə protokol tərtib olunmuş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiəsi üçün vəkil təqdim edildikdən sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkcəsinin sol cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümü çıxarıb təqdim edərək, həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu və həmin metamfetamini tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş maddə təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş, sonra isə protokol tərtib olunmuş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin tərəfindən keçirilən axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 30 oktyabr 2021-ci il tarixdə Hacıqabul rayonu Atbulaq kəndində yerləşən mağazadan da oğurluq etmişlər. Şahid1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 psixotrop maddə metamfetamin verməmiş və onları İmamverdinin oğlunu da tutacağı ilə hədələməmişdir. İmamverdinin oğlu Möhübbət taksi sürücüsü olduğunu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştəri kimi apardığını, onların üzərində narkotik maddə gəzdirməsi və mağazadan oğurluq etmələri barədə heç bir məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçilərinin, təhqiqatçının və onların iştirakı ilə videoçəkiliş zamanı özləri etiraf edərək, onlardan aşkar olunan psixotrop maddə metamfetaminin özlərinə məxsus olduğunu bildirmişlər. Hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məsuliyyətdən yayınmaq üçün polis əməkdaşı Şahid1 barəsində belə bir yalan ifadə verirlər. Polis şöbəsində və şöbəyə gətirilən zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir qanunsuz hərəkət olunmamışdır. Şahid3 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun atasıdır. Təqsirləndirilən şəxs2 isə atasının dostudur. Namidar da Qubadlıdandır. O, 13.11.2021-ci il tarixdə atası İmamverdi ilə Namidarı Qubadlı rayonuna aparmağa razılaşmışdır. Onlar əvvəlcə Füzuli rayonuna getməli, sonra isə keçə bilsələr Qubadlıya getməli idilər. Onunla 130 manata danışmışlar. Fikirləri belə olmuşdur ki, Qubadlıdan balıq götürüb Sabirabad rayonunda satsınlar və onun yol pulunu versinlər. 13.11.2021-ci il tarixdə səhər saatlarında idarə etdiyi “Renault Tondar” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıtdan çıxmışlar. Günorta saatlarında avtomobili Hacıqabul rayonu Nəvahi kəndi ərazisində saxlamışdır. Həmin vaxt bir neçə polis əməkdaşı onlara yaxınlaşmışdır. Atası və Namidarla nə isə söhbət etdikdən sonra, onları Hacıqabul rayon Polis şöbəsinə dəvət etmişlər. Atası İmamverdi və Namidar polis işçiləri ilə getmişdir. O, da onların arxasınca getmişdir ki, görsün nə işdir. Sonradan bilmişdir ki, üzərlərində narkotik vasitə tutulmuş, həmçinin bir neçə gün əvvəl Hacıqabul rayonu Atbulaq kəndində Araz- Star supermarketdən nə isə oğurlamışlar. 30.10.2021-ci il tarixdə də atası və Namidarı Sabirabad rayonuna aparanda Hacıqabul rayonu Atbulaq kəndində Araz Star supermarketə düşmüşlər. Sonra geri qayıdanda Viski, üz qırxan və başqa bir neçə əşya almışlar. Lakin bilməmişdir ki, həmin şeyləri oğurlamışlar. O, taksi kimi fəaliyyət göstərir, kim pulunu verir, onu da müştəri kimi daşıyır. Həmçinin atası İmamverdi və Namidarı da müştəri kimi istədikləri yerə aparmışdır. Onun atası İmamverdi və dostu Namidarın oğurluq etməsi və qanunsuz olaraq üzərlərində narkotik vasitə daşımaları barədə qabaqcadan heç bir məlumatı olmamışdır. 13 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarının sağ cibindən 1 ədəd kağız kəsiyinində psixotrop maddə olan metamfetaminə bənzər maddəni təqdim etmiş və həmin psixotrop maddə olan metamfetamini yerdən tapdığını bildirmişdir. 13 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol cibindən 1 ədəd kağız kəsiyinində psixotrop maddə olan metamfetaminə bənzər maddəni təqdim etmiş və həmin psixotrop maddə olan metamfetamini yerdən tapdığını bildirmişdir. Götürmə aparılması haqqında 13 noyabr 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd içərisində videogörüntü olan disk sonuncudan müvafiq qaydada götürülmüşdür. Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 07-ci saniyədən başlayaraq əynində qara papaq, qolunda qara palto olan şəxsin mağazanın içərisində vitrində olan üzqırxan, bal, redbul, gel və kremlərin, bundan başqa digər şəxsin isə digər vitrindən viskiləri oğurlaması müəyyən olunmuşdur. Sorğu zamanı Hacıqabul rayonu Atbulaq kəndində yerləşən Araz-star marketin təhlükəsizlik kamerları tərəfindən qeyd olunmuş videogörüntünün əks olunduğu diskdə görüntülənən mağazadan oğurluq edən şəxslərin, yəni əynində qara papaq və qara palto olan şəxsin Təqsirləndirilən şəxs1 olması digər şəxsin isə Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 13.11.2021-ci il tarixli 18/1121 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs1 üzərindən....” sözləri və imzalar olan kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi - 0,659 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 13.11.2021-ci il tarixli 18/1122 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs2 üzərindən....” sözləri və imzalar olan kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi - 0,527 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın 23 dekabr 2021-ci il tarixli 5256 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın 23 dekabr 2021-ci il tarixli 5257 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloci dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11 yanvar 2022-ci il tarixli 9/9102 nömrəli ekspert rəyində göstərilmişdir ki, analoji malların markası, modeli, orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların 2021-ci ilin oktyabr ayına olan orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən 493,10 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri aşağıdakı kimidir: - 355 ml tutumlu «Redbull» enerci içkisisinin bir ədədi 4,20 manat; «Nivea» markalı gelin bir ədədinin qiyməti 8,50 manat; 1 lt tutumlu «Cack Daniels» viskinin bir ədədinin qiyməti 55 manat; üzqırxan ülgücün bir ədədinin qiyməti 28 manat; 460 qr «Balparmak» markalı balın bir ədədinin qiyməti 14 manat; arko üz kreminin bir ədədinin qiyməti 14 manatdır. Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən 07.12.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29 noyabr 2005-ci il tarixli A- 1051/2005 nömrəli hökümü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Abşeron rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli 1(012)-270/2017 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 11.04.2019-cu il tarixli qərarı ilə 01 ay 12 gün vaxtından əvvəl şərti azad olunmuş, 24.05.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkumulu ödənilmişdir, Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən 08.12.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Azərbaycan Respublikası CM-nin 120, 177, 181-ci maddələri ilə məhkum olunmaqla sonuncu dəfə Abşeron rayon məhkəməsinin 11.07.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 16.02.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumulu ödənilmişdir, Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən məhkumluğu olmayan şəxs hesab edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinin qismən etirafedici ifadələri, şahidlərin ifadələri, zərər çəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi və eləcə də maddi sübutlar, DVD diskdə olan video görüntülər, iş materialinda olan digər sənədlərlə onların qabaqcadan əlbir olan bir qrup şəxs halında mağazadan oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayətini, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, Təqsirləndirilən şəxs1 çəkisi 0,659 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini, Təqsirləndirilən şəxs2 çəkisi 0,527 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əldə edib saxlamaq cinayətini törətmələri tamamilə sübuta yetirildi. Onların əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və onların həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilməmələrini və onların üzərindən aşkar olunmuş metamfetamini polis əməkdaşı Şahid1 onlara verməsinə, metamfetaminin onlara məxsus olmasını bildirməsələr, İmamverdinin oğlu Möhübbətin də tutulacağına dair onlara hədə-qorxu gəlməsinə dair məhkəmə iclasında ifadələrində göstərdikləri xüsusatlar özünü müdafiə xarakteri daşıyır və onların məsuliyyətdən kənarda qalmaq niyyəti güddüyünü təsdiq edir. Çünki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özləri 13.11.2021-ci il tarixdə onların üzərinə müdafiəçinin iştirakı və video çəkiliş vasitəsilə baxış zamanı onlardan aşkar olunan metamfetaminin onlara məxsus olduğunu etiraf etmiş, həmçinin ibtidai istintaq zamanı verdikləri sərbəst izahat və ifadələrində də metamfetaminin onlara məxsus olduğunu bildirmişlər. Polis əməkdaşı olan Şahid1 onlara qarşı qanunsuz hərəkət etməsində dair nə müdafiçilərinə, nə ibtidai araşdırmaya rəhbərliyi həyat keçirən prokurora, nə də məhkəmə nəzarətini həyat keçirən məhkəməyə bu barədə hər hansı bir şikayət və ya müraciət etməmişlər. Məhkəmə iclasında polis əməkdaşları təqsirləndirilən şəxslərin üzünə qarşı onların psixotrop maddə olan metamfetamini üzərlərində saxlamalarını və daşımalarını söyləmişlər. Polis əməkdaşı olan Şahid1 təqsirləndirilən şəxsləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı qanunsuz hərəkət etməsi, həmçinin onlara metamfetamin verməsi öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin CM-nin 234.1-ci maddəsi ilə onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməmələrinə dair ifadələri özünü müdafiə xarakteri daşıyır və iş materialları ilə tam təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə zərər çəkmiş şəxsə dəymiş zərərin əvəzinin ödənilməsini və zərərçəkmiş şəxsin şikayəti və tələbinin olmamısını təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilən cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli 13.11.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 0,609 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 0,477 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95+49,74+50=131,69 manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkillərə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq Təqsirləndirilən şəxs1 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 13.11.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 0,609 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq Təqsirləndirilən şəxs2 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 13.11.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 0,477 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95+49,74+50=131,69 (yüz otuz bir manat altmış doqquz qəpik) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1 Faiq oğluna məhkəməyədək icraat zamanı iştirak etdiyi 45 saata görə 270 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 30 saata görə 180 manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1 "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 45 saata görə 270 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 30 saata görə 180 manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat dövlət büdcəsi dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-21/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-21/2022
22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver