Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-22/2022 10.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, 25.11.1970-ci ildə Sabirabad rayonu Ələtli kəndində doğulmuş, Ukrayna Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Ukrayna Respublikası Luqansk vilayəti Teploqrask şəhəri Dukanov küçəsi 78/1-də qeydiyyatda olmaqla, Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 107-də yaşayan, 07.12.2021ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 09.12.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib saxladığı texniki cəhətdən saz və atəşə yararlı olan bir ədəd 16229 №-li silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, 16 kalibirli, TOZ-B modelli, çaxmağı, lüləsi və qundağı kustar üsulla kəsilmiş (obrez), hamar qoşa lüləli ov tüfəngini üzərində daşıyaraq gəzdirmiş, 07.12.2021-ci il tarixdə saat 17 radələrində Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Hacıqabul rayon Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman həmin odlu silah ondan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, Ukrayna Respublikası Luqan vilayəti Teploqrask şəhəri Dukanov küçəsi 78/1-də qeydiyyatda olmaqla, Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 107-də yaşayır. Hadisədən təxminən iki ay öncə yaşadığı Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsində yolun kənarında yulğun ağacının yanında bir ədəd sellofan torbanın içərisində qundağı və lüləsi kəsilmiş (obrez) silah tapmışdır. O, silahı gətirib yaşadığı evdə gizlətmişdir. O, 07.12.2021-ci il tarixdə saat 16 radələrində qundağı və lüləsi kəsilmiş (obrez) silahı yaşadığı evdən götürüb əynində olan qara rəngli qış gödəkcəsinin altında gizlətmiş və evdən çıxıb Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə gedərkən, yaşadığı evin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona üzərində qanunsuz odlu silah saxlamaqda şübhəli olduğunu bildirərək, onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Hacıqabul rayon polis şöbəsinə getmişdir. Orada Müdafiəçi ona hüquqlarını müdafiə edən vəkil kimi təyin edildikdən sonra, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanmış, şəxsi axtarış və götürmə zamanı ondan üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmamaması soruşulmuşdur. O, əynində olan qara rəngli qış gödəkcəsinin altında saxladığı bir ədəd qundağı və lüləsi kəsilmiş (obrez) odlu silahı polis əməkdaşlarına təqdim edərək, həmin silahı təxminən iki ay əvvəl Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsində yolun kənarından tapdığını bildirmişdir. Bu barədə protokol tərtib olunmuşdur. Onlar protokola imza etmişlər. Silahı özünü müdafiə etmək üçün hər ehtimala üstündə saxlamışdır. Törətdiyi əməldən peşman olmuşdur. Onun dörd övladı var, onlardan ikisi azyaşlıdır. Bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 07.12.2021-ci il tarixdə Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 107-də yaşayan Təqsirləndirilən şəxs Gəray oğlunun üzərində odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında onun və Hacıqabul RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis kapitanı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və 07.12.2021-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Gəray oğlunu Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsində yaşadığı evin yaxınlığında saxlayaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Hacıqabul rayon polis şöbəsində TB-nin təhqiqatçısı, polis mayoru Natiq Ağayev tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Natiq Ağayev tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol qoltuq altında saxladığı lüləsi və qundağı kəsilmiş ov silahı (obrez)i təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin silahı təxminən 2 ay yolun kənarından tapdığını və düşməni olduğu üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Gəray oğlundan aşkar edilərək götürülmüş 01 ədəd lüləsi və qundağı kəsilmiş ov silahı (obrez) sellofan torbaya qoyularaq Hacıqabul rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. X2 bu barədə protokol tərtib olunaraq ucadan oxunduqdan sonra o, protokolu imzalamışdır. Şahid Hacıqabul rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında Şahid1 Abasxan oğlunun ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Cinayət işində olan 07.12.2021-ci il tarixdə saat 17:39-da tərtib edilmiş protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Gəray oğlunun üzərinə baxış keçirlən zaman onun əynində olan qara rəngli qış gödəkçəsinin altından 1 ədəd lüləsi və qundağı kəsilmiş ov silahı (obrez) aşkar edilmişdir. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 07.12.2021-ci il tarixli 21/687R nömrəli məhkəmə-balistik ekspertizanın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 16229 №-li silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş 16 kalibrli TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli ov tüfəngidir, yivsiz odlu silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir (obrezdir), texniki cəhətdən sazdır və hər iki lülədən atəş üçün yararlıdır. (iş v. 32-36). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 11.12.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Hacıqabul rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli 1(071)-89/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci və 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şirvan Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 15.12.2021-cı il tarixli 1(106)-913/2021 nömrəli qərarı ilə Dövlət ittihamçısı apellyasiya protesti təmin edilmiş, Hacıqabul rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli 1(071)-89/2021 nömrəli hökmü Dövlət ittihamçısı apellyasiya protestinə əsasən dəyişdirilmiş, Təqsirləndirilən şəxs Gəray oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəray oğlunun 07.03.2021-ci il tarixdən 09.03.2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün ona təyin edilmiş cəzadan çıxmaqla üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs Gəray oğlunun barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 4-cü hissəsi tətbiq olunmaqla, ona təyin olunmuş 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azadılmışdır. Cəza çəkmə müddətinin əvvəli 15.12.2021-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Hacıqabul rayon Məhkəməsinin 09.12.2021-ci il tarixli 4(071)-71/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Gəray oğlunun barəsində 07.12.2021-ci il tarixdən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Hacıqabul rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli 1(071)-89/2021 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübut və digər iş materialları ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq 01 ədəd 16229 №-li silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngi, yivsiz odlu silah, hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyini (obrezi) əldə etmə, saxlama və gəzdirmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ailəli olması, öhdəsində dörd uşağı olmasını, onlardan ikisinin azyaşlı olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinə əsasən Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 15.12.2021-ci il tarixli 1(106)-913/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 69.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddəsinə əsasən, yeni hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı, Təqsirləndirilən şəxs qəti cəza müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla, cəza çəkmə müddətinin əvvəli 07.12.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut - Hacıqabul rayon Polis Şöbəsində maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd 16229 №-li silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngi, yivsiz odlu silah, hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyi (obrez) Azərbaycan Respublikası DİN-nin X3 Baş İdarəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 193.2, 347-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 15.12.2021-ci il tarixli 1(106)-913/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 69.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddəsinə əsasən, yeni hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın, Təqsirləndirilən şəxs qəti cəza 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 07.12.2021-ci il tarixdən hesab edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - Hacıqabul rayon Polis Şöbəsində maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd 16229 №-li silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngi, yivsiz odlu silah, hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyi (obrez) Azərbaycan Respublikası DİN-nin X3 Baş İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 saata görə 240 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 25 saata görə 150 manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-22/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-22/2022
10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver