Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-23/2024 08.05.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – X1, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, işsiz, Füzuli rayonu, Üçbulaq kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron City yaşayış kompleksi ev 06 mənzil 54-də yaşayan, barəsində əvvəlcə “polisin nəzarəti altına vermə”, sonra isə “həbs” qətimkan tədbiri seçilmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 tamah niyyəti ilə dələduzluq, yəni aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə “Turbo.az” internet portalında özünə məxsus olmadığı halda təsadüfi qaydada “instagram” sosial şəbəkəsindən götürdüyü dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan “Mersedes C klass” markalı avtomobili özgə şəxslərdə inam və etibar yaratmaq üçün özünə məxsus olması və 8600 manata satması barədə saxta elan yerləşdirmiş, Zərərçəkmiş şəxs həmin elanı görüb elanda olan ***-***-**-** saylı mobil telefonla əlaqə saxlayaraq avtomobilin ucuz qiymətə satılmasında və beh olaraq ona ilkin məbləğdə pul vəsaitinin göndərilməsində razılıq əldə etmiş, sonuncu bu məqsədlə 22 avqust 2023-cü il tarixdə, saat 01:03-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər prospekti 18D ünvanında yerləşən “Bolmart” marketdə quraşdırılmış “Mpay” elektron ödəmə terminalı vasitəsi ilə onun ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Mpay” elektron pul kisəsinə 210 manat, həmin tarixdə, saat 01:38-də Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında quraşdırılmış “Mpay” elektron ödəmə terminalı vasitəsi ilə onun ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Mpay” elektron pul kisəsinə 200 manat, son olaraq həmin tarixdə, saat 03:21-də Hacıqabul rayou, Nəvahi kəndində yerləşən “Tural” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalı vasitəsi ilə onun ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Mpay” elektron pul kisəsinə 1000 manat pulun köçürülməsini təmin etdikdən sonra qeyd olunan məbləğlərdə pul vəsaitini özünə məxsus olan “Mpay” elektron pul kisəsindən “Leobank”a (Unibank MPAY) məxsus son səkkiz rəqəmi 94381534 nömrəli plastik kart hesabına yönləndirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ümumilikdə 1410 (min dörd yüz on) manat pul vəsaitini aldatma və etibardan sui-istifadə etmək yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib öz ehtiyyacı üçün xərcləməklə dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X2 elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Füzuli rayonu, Üçbulaq kəndində qeydiyyatda olmasına baxmayaraq, hazırda X3, azyaşlı qızı X5 və anası X9 ilə birlikdə Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsi, “Abşeron city” yaşayış kompleksi, bina 6B, mənzil 54də kirayə tutduğu evdə yaşayır. X3 işləmir, evdar qadındır, anası X9 isə fərdi qaydada evlərdə xəstələrə baxır. O, və anası işlədikləri üçün ailəni onlar dolandırır. O, özü günü 30 manata “Mersedes Benz S320” markalı, **-FK-*** dövlət nömrə nişanlı avtomobili kirayəyə götürüb Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. Lakin onun qazancı onun kirayə yaşadığı mənzilin, həmçinin kirayə götürdüyü avtomobilin xərclərini ödəmir. Bu səbəbdən o, özünə məxsus olmayan müxtəlif markalı avtomobillərin şəkillərini Turbo.Az saytına qoyub ucuz qiymətə satmaq adı ilə elan yerləşdirmiş və elana yerləşdirdiyi müxtəlif mobil nömrələrə zəng edən şəxslərə həmin avtomobili almaq üçün beh atmalarını bildirmişdir. Həmin şəxslər onun verdiyi mobil nömrəyə yeni yaranmış mobil tətbiq vasitəsi olan “Mpay” vasitəsilə avtomobil almaq üçün müxtəlif məbləğlərdə pulu beh atmış və bundan sonra o, həmin ona beh pul atan şəxslərin onu tapa bilməmələri üçün mobil nömrəsini söndürmüşdür. O, beh pul atan şəxslərin dərhal gəlib avtomobilə baxa bilməmələri üçün həmin şəxslərin yaşadıqları yeri əvvəlcə öyrənmiş və sonra onlara avtomobilin yaşadıqları yerdən uzaq məsafədə olduğunu bildirmişdir. O, ona beh pul atan şəxslərin atdığı pulu öz bank kartına yönləndirmişdir. Özünə məxsus olmayan “Mersedes C” markalı avtomobili 8600 manata satması barədə elan, həmçinin elanda onunla əlaqə saxlamaq üçün ***-***- **-** mobil nömrəsini yerləşdirmişdir. 22 avqust 2023-cü il tarixdə adını sonradan bildiyi Zərərçəkmiş şəxs onun elanda yerləşdirdiyi ***-***-**-** mobil nömrəyə zəng edərək “Mersedes C class” markalı avtomobili almaq üçün baxmaq istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs adının Samir olduğunu bildirmiş və ondan harada yaşadığını soruşmuşdur. Zərərçəkmiş şəxs Bakı şəhərində yaşadığını bildirəndə o, Zərərçəkmiş şəxs Kürdəmir rayonu, Mollakənd kəndində yaşadığını və avtomobilə baxmaq üçün yalnız Kürdəmir rayonu, Mollakənd kəndinə gəlməsini bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs atasının xəstə olduğunu bildirib avtomobili almaq üçün onun verdiyi mobil nömrəyə beh atmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs onunla razılaşmış və xx.xx.2023-cü il tarixdə saat 01:03-də onun Zərərçəkmiş şəxs verdiyi 070-879-16- 45 mobil nömrəsindən qeydiyyatdan keçdiyi “M 10” hesabına 200 manat pul atmışdır. O, Zərərçəkmiş şəxs atasının xəstə olmasını nəzərə alıb ona əlavə olaraq pul atmasını xahiş edəndən bir qədər sonra xx.xx.2023-cü il tarixdə saat 01:38-də Zərərçəkmiş şəxs təkrar olaraq həmin nömrəyə 210 manat pul atmışdır. Bundan sonra Zərərçəkmiş şəxs avtomobilə baxmaq üçün Bakı şəhərindən Kürdəmir rayonu, Mollakənd kəndinə yollandığını bildirmişdir. Bir qədər sonra o, təkrar olaraq Zərərçəkmiş şəxsla əlaqə saxlayıb onun verdiyi mobil nömrəyə 1000 manat pul atmasını xahiş etmiş və narahat olmamasını, atdığı pulu satmaq istədiyi avtomobilin pulundan çıxacağını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs onun verdiyi ***-***-**-** mobil nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 03:21-də 1000 manat pul atmışdır. Zərərçəkmiş şəxs ona pulu atandan sonra o, Zərərçəkmiş şəxs şübhələnməməsi üçün bir daha ona pul atmasını istəməmiş və Zərərçəkmiş şəxs onunla əlaqə saxladığı mobil nömrəni söndürmüşdür. O, həmçinin qeyd etmişdir ki, o, Zərərçəkmiş şəxs etibarından sui istifadə edib ona “Mersedes C” markalı avtomobili satmaq adı ilə 1410 manat pulunu almış, Zərərçəkmiş şəxs ona göndərdiyi 1410 manat pulu o, öz adına olan 94381534 nömrəli Leo bank kartına yönəltmiş, o, Zərərçəkmiş şəxs əldə etdiyi 1410 manat pulu öz məsrəfləri üçün xərcləmişdir. Onun mobil nömrələri tez-tez dəyişdirməkdə məqsədi məsuliyyətdən yayınmaq olmuşdur. Sonda təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə dəymiş zərəri ödədiyini, onunla barışıq əldə etdiyini, onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2023-cü ilin avqust ayında özünə məxsus VAZ 21074 markalı **-SX- *** dövlət nömrə nişanlı avtomobili satıb yeni avtomobil almaq üçün 21 avqust 2023-cü il tarixdə axşam saatlarında müxtəlif saytlarda avtomobil axtarmağa başlamış, 22 avqust 2023-cü il tarixdə saat 01 radələrində o, “Turbo.az” saytında “Mersedes C klass” markalı avtomobilin 8600 manata satılması barədə elanı görmüşdür. Həmin avtomobil ucuz qiymətə satıldığından o, həmin avtomobil elanında yerləşdirilən ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamaq qərarına gəlmiş və özünə məxsus ***-***-**-** mobil nömrəsi ilə ***-***- **-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Elanı yerləşən şəxs adını Samir kimi təqdim etmiş, Samir adlı şəxs ona atası xəstə olduğu üçün avtomobili ucuz qiymətə satmaq istədiyini bildirib bu səbəbdən də elan yerləşdirdiyini qeyd etmişdir. O, avtomobili almamışdan öncə həmin “Mersedes C klass” markalı avtomobilə baxmaq istədiyini Samir adlı şəxsə bildirəndə Samir adlı şəxs ona avtomobilin hal-hazırda Kürdəmir rayonu, Mollakənd kəndində olduğunu və avtomobilə baxmaq istədiyi təqdirdə həmin ünvana gəlmək lazım olduğunu bildirmişdir. O, həmin avtomobilə baxmaq istədiyini və Kürdəmir rayonuna yola düşəcəyini Samir adlı şəxsə bildirəndə Samir adlı şəxs ona hal-hazırda həmin avtomobilin qiymətinin ucuz olması səbəbindən cox sayda müxtəlif şəxslərin avtomobili almaq istədiklərini qeyd edib ona avtomobili heç kimə satmamaq üçün 210 manat beh atmasını bildirmişdir. O, həmin avtomobili almaq qərarına gəldiyi üçün özünü Samir kimi təqdim edən şəxslə razılaşıb 22 avqust 2023-cü il tarixdə, saat 01:03-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər prospekti 18D ünvanında yerləşən “Bolmart” marketdə quraşdırılmış “Mpay” elektron ödəmə terminalı vasitəsi ilə özünü Samir kimi təqdim edən şəxsin ona verdiyi 070-879- 16-45 saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Mpay” elektron pul kisəsinə 210 manat pul atmışdır. O, pulu özünü Samir kimi təqdim edən şəxsə atandan sonra Kürdəmir rayonuna getmək qərarına gəlmiş və yola düşmək istəyən zaman özünü Samir kimi təqdim edən şəxs onunla əlaqə saxlayıb hal-hazırda atasının xəstəliyi ilə əlaqədar olaraq Kürdəmir rayon xəstəxanasında olduğunu və ona vacib pul lazım olduğunu bildirib ondan əlavə olaraq 200 manat pul atmasını bildirmişdir. O, özünü Samir kimi təqdim edən şəxsə inanıb həmin günü saat 01:38-də Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında quraşdırılmış “Mpay” elektron ödəmə terminalı vasitəsi ilə samir adlı şəxsin ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Mpay” elektron pul kisəsinə 200 manat pul atmışdır. Bundan sonra o, Kürdəmir rayonuna yola düşmüş, Kürdəmir rayonuna gedərkən özünü Samir kimi təqdim edən şəxs təkrar ona zəng edərək atasının vəziyyətinin pisləşməsini həyacanlı şəkildə bildirib ona 1000 manat pul atmasını və onun atdığı pulları avtomobilin ümumi dəyərindən çıxacağını bildirmişdir. O, yenə də heç nədən şübhələnməyib Kürdəmir rayonuna gedərkən həmin tarixdə, saat 03:21-də Hacıqabul rayou, Nəvahi kəndində yerləşən “Tural” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalı vasitəsi ilə özünü Samir kimi təqdim edən şəxsin 070-879- 16-45 saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Mpay” elektron pul kisəsinə 1000 manat pul atmışdır. O, özünü Samir kimi təqdim edən şəxsə sonuncu dəfə 1000 manat pulu atdıqdan bir qədər sonra onunla əlaqə saxlamaq istəmiş, lakin artıq özünü Samir kimi təqdim edən şəxsin mobil nömrəsinə zəng çatmamışdır. O, dəfələrlə özünü Samir kimi təqdim edən şəxsin elanda yerləşdirdiyi “Meresedes C klass” markalı avtomobilin sahibinin ***-***-**-** və 070-879-16- 45 mobil nömrələrinə zəng etsə də həmin nömrələrə zəng çatmamışdır. Bundan sonra o, Samir adlı şəxsin onun etibarından sui istifadə edib onu aldatdığını başa düşmüş və DİN-nin 102 zəng xidmətinə baş vermiş hadisə barədə məlumat vermiş, ona sonuncu dəfə pulu Hacıqabul rayon ərazisindən göndərdiyi üçün Hacıqabul rayon polis şöbəsinə yaxınlaşıb bu barədə rəsmi müraciət etməsini bildirmişlər. O, həmin günü Hacıqabul rayon polis şöbəsinə gəlib baş vermiş hadisə barədə rəsmi müraciət etmişdir. O, həmçinin qeyd etmişdir ki, Hacıqabul rayon polis şöbəsinə şikayət etdikdən sonra özünü Samir kimi təqdim edən şəxsin Təqsirləndirilən şəxs olduğu ona məlum olmuş, o, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, o, sonradan adını bildiyi Təqsirləndirilən şəxs ümumilikdə 1410 (min dörd yüz on) manat pulu “Mersedes C klass” markalı avtomobili almaq üçün beh göndərmiş, ona dəymiş maddi ziyan ödənilməmişdir. Həmin 1410 (min dörd yüz on) manat pulu o, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə göndərmiş, 1410 (min dörd yüz on) manat pulun 210 manatını saat 01:03-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər prospekti 18D ünvanında yerləşən “Bolmart” marketdə quraşdırılmış “Mpay” elektron ödəmə terminalı vasitəsi ilə, 200 manatını saat 01:38-də Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında quraşdırılmış “Mpay” elektron ödəmə terminalı vasitəsi ilə və 1000 manatını isə saat 03:21-də Hacıqabul rayou, Nəvahi kəndində yerləşən “Tural” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalı vasitəsi ilə onun ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi MPAY elektron ödəmə pul kisəsinə göndərmişdir. Bundan aldandığını biləndən sonra Samir adlı şəxsdən şikayət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi zərər tam ödənilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X1 məhkumluğu yoxdur. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış notarial qaydada təqsiq edilmiş ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxs X2 ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Zeynalabdin Məlikzadə ona dəymiş zərəri ödəmişdır. Bu səbəbdən onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan təqsirləndirilən şəxs X2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, zərər çəkmiş şəxslə barışmış, zərər çəkmiş şəxsə dəymiş zərəri ödəmişdir. Bu səbəbdən onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən X1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189- 1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə X6 оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73-1.1-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir. İş materiallarından həmçinin görünür ki, X6 оğlunun məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. İş materiallarında olan Sabirabad rayon məhkəməsinin 1(056)-54/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən X6 оğlu zərəçəkmiş şəxslər barışdığı üçün Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Sabirabad rayon məhkəməsinin qərarından görünür ki, təqsirləndirilən şəxs X6 оğlu xx.xx.2023-cü il tarixdə zərərçəkmiş X4 etibarından istifadə edərək ona qarşı dələduzluq cinayətini törətmişdir. Hazırki, iş üzrə toplanmış materillardan görünür ki, təqsirləndirilən şəxs X6 оğlu hazırki cinayət əməlini xx.xx.2023-cü il tarixdə, yəni Sabirabad rayon məhkəməsinin qərarı ilə hüquqi qiymət verilmiş cinayət əməlindən əvvəl törətmişdir. Məhkəmə hesab edir ki, X1 Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş X2 barəsində həmin Məcəllənin 73-1.1-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. X2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclasında zalında həbsdən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-23/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-23/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver