Məhkəmə qərarları › İş №1(071)-24/2023

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-24/2023

13.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-24/2023 13.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Hacıqabul rayonu, Nəvahi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Hacıqabul rayonu, Nəvahi kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 noyabr 2022-ci il tarixdə gecə saat 03:00 radələrində Hacıqabul rayonu Nəvahı kəndində dayısı Zərərçəkmiş şəxs məxsus “DAF” markalı ** JP *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan şüşəsini daşla sındırmaqla, avtomobilin salonuna daxil olaraq orada Zərərçəkmiş şəxs məxsus 4150 (dörd min yüz əlli) manat pulu gizli olaraq talamaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun dayısıdır. Onunla əvvəldən hər hansı bir düşmənçiliyi və ədavəti olmamışdır. Dayısı Zərərçəkmiş şəxs «Daf» markalı ** JP *** dövlət qeydiyyat qoşqulu avtomobili idarə edir. O, həmin avtomobillə sement daşımaqla məşğuldur. 15 noyabr 2022-ci il tarixdə şəxsi ehtiyaclarına görə pul lazım olmuş, lakin heç bir yerdən pul tapa bilməmişdir. Həmin günü saat 21 radələrində yaşadığı Nəvahı kəndinin mərkəzində dayanarkən dayısı Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə gəlib yaşadığı evinə getməsini görmüşdür. Dayısı Zərərçəkmiş şəxs daşıdığı yükün pulunu avtomobilində saxlamasını bildiyi üçün onun avtomobilindən oğurluq etmək qərarına gəlmişdir. 16 noyabr 2022-ci il tarixdə gecə saat 03:00 radələrində piyada Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gedib avtomobilə yaxınlaşmışdır. Ətrafda heç kimin olmadığını dəqiqləşdirəndən sonra avtomobilin qabaq sol qapısını açmaq istəmiş, lakin aça bilməyi üçün yerdən bir daş götürüb qapının şüşəsini sındırmış və avtomobilin salonuna daxil olub dayısının daim pulu qoyduğu yerib açıb oradakı pulları götürüb getmişdir. Götürdüyü pulu sayarkən məbləğinin 4150 manat olduğunu görmüşdür. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, oğurladığı pulların hamısını qaytardığını bildirdi və onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. İdarə etdiyi «Daf» markalı ** JP *** dövlət qeydiyyat qoşqulu avtomobillə sement daşımaqla məşğul olur. 15 noyabr 2022-ci il tarixdə idarə etdiyi avtomobillə Gəncə şəhərinə getmiş, orada avtomobildə olan sementi tikinti işləri aparılan yerə boşaltmış və 4300 manat pulu alıb yaşadığı Nəvahı kəndinə gəlmək məqsədi ilə yola düşmüşdür. Yolda gələrkən Kürdəmir rayonu ərazisinində 4300 manat puldan 150 manatını götürüb avtomobilə dizel yanacağı almış, qalan 4150 manatı pulu isə avtomobilin priborların aşağı hissəsindəki boş yerə qoyub yoluna davam etmişdir. Həmin günü saat 21 radələrində yaşadığı Nəvahı kəndindəki evə gəlib çatmış, avtombilini evin qarşısındakı küçədə saxlayıb evə getmişdir. 16 noyabr 2022-ci il tarixdə saat 07 radələrində avtomobilinə yaxınlaşdıqda, avtomobilin sol yan şüşəsinin sındığını və şüşənin sınmış hissələrinin yerə dağıldığını, qapını açanda şüşənin sınmış hissələrinin də salona dağıldığını və avtomobilin salonundan 4150 manat pulun oğurlandığını görmüşdür. Həmin günü Hacıqabul RPŞ-nə gedib bu barədə ərizə ilə müraciət etmişdir. Sonradan oğurluq edən şəxsin onun bacısı oğlu Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Sonda zərər çəkmiş şəxs təqsirləndirilən şəxsin ona vurulmuş maddi ziyanı tam ödədiyini, təqsirləndirilən şəxsi bağışladığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 noyabr 2022ci il tarixdə Hacıqabul rayonu Nəvahı kəndində Zərərçəkmiş şəxs «Daf» markalı ** JP *** dövlət qeydiyyat qoşqulu avtomobilindən oğurluq olması barədə zərərçəkmiş şəxsin rayon PŞ-nə ərizəsi daxil olmuşdur. Həmin ərazinin əməliyyat müvəkkili kimi oğurluq edən şəxsin tapılıb istintaq orqanına təqdim olunması barədə tərəfindən əməliyyat tədbirləri keçirilmiş, əməliyyat tədbirləri zamanı müəyyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus “DAF” markalı ** JP *** dövlət qeydiyyat nişanlı avtomobilinin salonundan 4150 manat pulu oğurlayan şəxs Hacıqabul rayonu Nəvahı kənd sakini olan və zərər çəkmiş şəxsin bacısı oğlu Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs rayon Polis Şöbəsinə dəvət olunmuş və o, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus “DAF” markalı ** JP *** dövlət qeydiyyat nişanlı avtomobilinin salonundan 4150 manat pulu oğlurlamasını səmimi etiraf etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Hacıqabul rayonu Nəvahi kəndində yerləşən evin qarşısında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus “DAF” markalı ** JP *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, oğurluq edən şəxs tərəfindən avtomobilin qabaq sol yan şüşəsi sındırılmışdır. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Əşyanın təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hal şahidlərinin iştirakları ilə 8 ədəd 500 manatlıq və 3 ədəd 50 manatlıq əskinasları müstəntiqə təqdim etmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Tanınmaya təqdim etmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 8 ədəd 500 manaqlıq, 3 ədəd 50 manaqlıq əskinaslar tanınması üçün zərər çəkmiş Zərərçəkmiş şəxs təqdim edilmiş və zərər çəkmiş şəxs həmin pul əskinaslarının ona məxsus olduğunu bildirmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxsin ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Hacıqabul rayonu Nəvahı kəndində dayısı Zərərçəkmiş şəxs məxsus “DAF” markalı ** JP *** dövlət qeydiyyat nişanlı avtomobilə necə daxil olduğunu göstərmiş, bu barədə protokol tərtib olunmuş və ifadənin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. Hacıqabul rayon Polis Şöbəsindən alınmış xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə gecə vaxtlarında Hacıqabul rayonu Nəvahı kəndində Zərərçəkmiş şəxs məxsus “DAF” markalı ** JP *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 4150 (dörd min yüz əlli) manat pulu oğurlayan şəxsi müəyyən etmək məqsədi ilə bir sıra əməliyyat tədbirləri davam etdirilmiş, əməliyyat tədbirləri zamanı oğurluğu xx.xx.2002-ci ildə Hacıqabul rayonu Nəvahı kəndində anadan olmuş, Hacıqabul rayonu Nəvahı kəndində yaşayan Təqsirləndirilən şəxs etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs rayon PŞ-nə dəvət olunmuş və o, xx.xx.2022ci il tarixdə Zərərçəkmiş şəxs məxsus “DAF” markalı ** JP *** dövlət qeydiyyat nişanlı avtomobilinin salonundan 4150 manat pulu oğlurlamasını səmimi etiraf etmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsinə və məhkum edilməsinə dair məlumatlar yoxdur. Hacıqabul rayon Nəvahi kənd İƏD-i üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan və xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, talamanın predmeti olmuş Təqsirləndirilən şəxs oğurladığı və daha sonra təqdim etdiyi 8 ədəd 500 manatlıq və 3 ədəd 50 manatlıq olmaqla, ümumilikdə 4150 manat pul iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və cinayət işinin materialları ilə tanış etmədən sonra həmin pul vəsaiti zərər çəkmiş şəxsə qaytarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddənin Qeydinin 1-ci bəndində isə göstərilir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarında izah edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəyərək onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. (CM 59.1.3, 59.2) Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilmə şəraitini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi normanın sanksiyasında nəzərdə tutulmuş ictimai işlər və islah işləri cəzasını təyin etməklə də cəzanın məqsədlərinə nail oluna bilməz. Odur ki, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Bundan başqa, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut olan 4150 manat pul vəsaitinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 9 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 54 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 8 (səkkiz ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 08:00-dək tərk etməsinə və yaşadığı Hacıqabul rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Hacıqabul rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəza çəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 4150 (dörd min yüz əlli ) manat pul vəsaitinin qanuni sahibi (zərər çəkmiş şəxs) Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 54 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ**********0000006944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar