Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-24/2025 03.03.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2002-ci ildə Əli Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi sürücülüklə məşğul olan, Şirvan şəhəri ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 12 iyul 2024-cü il tarixdə saat 15:20 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «İsuzu MKR 55L» markalı furqon tipli **- CG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən 141-ci kilometrliyində Bakı istiqəmtində 80 km/saat sürətlə hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, hər hansı səbəbdən (yuxusuzluq, yorğunluq və sair) avtomobilin idarə olunmasında çətinlik olduğu vəziyyətdə avtomobili idarə etməməli, qarşıda baş yola çıxmaq üçün ikinci dərəcəli yolda dayanmış avtomobili nəzərə alaraq vaxtında hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafə saxlamalı, hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli, lazım gəldikdə isə idarə etdiyi avtomobili həmin avtomobilə çatmadan dayandırmalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib yorğun olduğundan avtomobili hərəkəti istiqamətindən sağa çıxararaq qarşıda baş yola çıxmaq üçün ikinci dərəcəli yolda dayanmış sürücü 1994- cü il təvəllüdlü Şahid1 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Ford Tansit 150L» markalı furqon tipli **-CV-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşdurmuş, toqquşmuş avtomobillər hərəkət edərək yolun sağ çiyinində qəza işıqları yanılı dayanmış və texniki cəhətdən saz vəziyyətdə olan sürücü 1999-cu il təvəllüdlü Şahid5 idarə etdiyi «Mercedes-Benz Viano CDİ» markalı vaqon tipli 7+1 yerli **-EG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş, daha sonra toqquşan həmin avtomobillər yolun sağ çiyinində dayanmış piyadaları vurmuş, nəticədə Təqsirləndirilən şəxs yol-hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan «Mercedes-Benz Vıano CDİ» markalı minik avtomobilinin sərnişini 1957-ci il təvəllüdlü X1 l-ll-lİl-İV-V qabırğalaran ön qoltuqaltı xətti üzrə yerdəyişən sınıqları, sol tərəfli hemitoraks xəsarətləri almaqla həyat üçün təhlükəli olan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, piyada 1995-ci il təvəllüdlü X3 said sümüyünün sınığı xəsarəti almaqla sağlamlığı uzun müddətə pozan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, BC kataqoriyalı sürücüdür. Etibarnamə əsasında «İsuzu MKR 55L» markalı furqon tipli **-CG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili idarə edir. 12 iyul 2024-cü il tarixdə həmin avtomobili idarə edərək Padarçöl kəndindən Şirvan şəhərinə yola düşmüş, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, yükü olmamışdır. Avtomobildə Şirvan şəhər sakini Cavid adlı şəxs əyləşmiş, hava günəşli və isti, yol isə quru olmuşdur. Saat 15:20 radələrində avtomobili Bakı-Qazax yolunun Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində Bakı istiqamətində sağ hərəkət zolağında 80 km/saat sürətlə hərəkət etdirərkən hava günəşli olduğundan yorulmuş, yolun genişlənmiş hissəsində avtomobilin bir anda sağa çıxdığını görmüş və texniki imkanı olmadığı üçün heç bir tədbir görə bilməmişdir. Avtomobilinin qabaq hissəsi ikinci dərəcəli yolda baş yola çıxmaq üçün gözləyən ağ rəngli «Ford Transit» markalı yük avtomobilinin qabaq sol yan hissəsinə çırpılmışdır. Toqquşmadan sonra hər iki avtomobil irəliyə doğru getmiş, onun avtomobili sol yanı üstə aşaraq yolun sağ kənarındakı ehtiyat hissədə dayanmış vəziyyətdə olan qara rəngli «Mercedes-Benz Viana» markalı minik avtomobilinin arxa sol hissəsinə dəymiş, toqquşma zamanı avtomobillər yolun kənarında dayanmış piyadaları vurmuşdur. Xəsarət alan sərnişin və piyadaları TTTY maşını ilə xəstəxanaya yola salıb hadisə yerində qalmış və hadisə yerinə baxış keçirilməsində iştirak edərək toqquşma yerini göstərmiş, hadisə yerinin baxış protokolu və sxemi ilə tanış olub hal şahidləri və yol polisi əməkdaşının iştirakı ilə imza etmişdir. Avtomobilində olan şəxsdən başqa qarşı tərəfin sürücülərini, sərnişin və piyadaları tanımır, onlarla, onların ailə üzvləri ilə heç bir qohumluq əlaqəsi və ədavəti yoxdur. Hadisə onun təqsiri ucbatından deyil, sadəcə olaraq hadisədən yayınmaq üçün texniki imkanı olmaması səbəbindən baş vermişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərlə barışmağa cəhd göstərsə də, zərərçəkmiş şəxslər yüksək məbləğdə pul tələb etmiş, onun isə maddi imkanı olmadığı üçün onlarla barışa bilməmişdir. Sonda təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə çox peşman olduğunu baş vermiş hadisədə təqsiri olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, 12 iyul 2024-cü il tarixdə Gəncə şəhərində yas məraimində iştirak etdikdən sonra nəvəsi Şahid5 idarə etdiyi «Mercedes-Benz Vıano» markalı minik avtomobili ilə Gəncə şəhərindən Bakı şəhərinə yola düşmüşlər. Yolda olarkən qızı Mətanətin halı pisləşdiyi üçün avtomobili saxlamaq məcburiyyətində qalmışlar. Nəvəsi Elif avtomobili hərəkətdə olduqları yolun sağ kənarına çıxararaq ehtiyat hissədə saxlayıb qəza işıqların yandırmışdır. Mətanətə dərman, su vermişlər. O, Mətanət və nəvəsi Hüseyn avtomobilin içərisində qalmış, uşaqlar isə yerdə avtomobilin sağ yan tərəfində dayanmışlar. Avtomobilin sağ qapısı açıq olmuş, birdən avtomobilin arxa hissəsindən zərbə ilə nə isə dəymiş, nə olduğunu soruşduqda qızı maşınlarını vurduqlarını bildirmişdir. O, çətinliklə avtomobildə qalmış, yerə düşəndə arxadan Bakı istiqamətində hərəkətdə olan «İsuzu» markalı yük avtomobilinin dayanmış «Ford» markalı avtomobillə toqquşduqdan sonra avtomobillər irəliyə doğru gələrək onların avtomobililərinin arxa hissəsinə çırpılaraq yerdə olan uşaqlara da dəydiyini, uşaqların xəsarət aldığını bilmişdir. Hadisə nəticəsində xəsarət aldıqları üçün hadisə yerinə gələn TTTY maşını ilə Şirvan ŞMX-na getmiş, onlara ilkin tibbi yardım göstərmişlər. Daha sonra Bakı şəhrində Sabunçu xəstəxanasına müraciət etmiş, rentgen müayinəsin zamanı qabırğalarının sındığını bilmişdir. Hadisə nəticəsində xəsarət almağı ilə bağlı hadisəni törədən sürücü ona baş çəkməmiş, onun sağlamlığı ilə maraqlanmamış, ona köməklik göstrməmişdir. Sürücü ilə barışmamış, sürücünün barəsində qanun çərsivəsində tədbir görülməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində videokonfrans vasitəsilə dindirilmiş X14 ifadəsində bildirdi ki, 12 iyul 2024-cü il tarixdə Gəncə şəhərində yas mərasimində iştirak etdikdən sonra nişanlısı Şahid5 idarə etdiyi «Mercedes-Benz Vıano» markalı minik avtomobili ilə Gəncə şəhərindən Bakı şəhərinə yola düşmüşlər. Hacıqabul rayonunun ərazisindən keçən Bakı-Qazax yolunda Bakı istiqamətində hərəkətdə olarkən nişanlısının xalası Mətanət xanımın qəlb çırpıntısı olduğu üçün Süzen avtomobili yolun sağ kənarındakı ehtiyat hissəyə çıxarıb saxlamış və qəza işıqlarını yandırmışdır. Mətanət xanıma dərman, su verdikdən sonra onu avtomobilin arxa salonuna keçirib əyləşdirmişlər. Mətanət xanımdan başqa anası Sərəncam və Mətanət xanımın qardaşı oğlu Hüseyn avtomobilin salonunda olmuş, o, Suzen Elif, Ezgi Su, Cəmilə, Cəmirə, Həsən isə yerdə ehtiyat hissədə dayanmışlar. Yerdə olduqları vaxt arxadan Bakı istiqamətində hərəkətdə olan «İsuzu» markalı yük avtomobili dayanmış vəziyyətdə olan «Ford Transit» markalı yük avtobilini vurduqdan sonra «Ford Transit» markalı yük avtomobili onların avtomobilinin arxa hissəsi ilə toqquşmuş, öz avtomobilləri ona dəymiş və o, yerə yıxılaraq sağ qolundan xəsarət almışdır. Hadisə yerinə gələn TTTY maşını ilə Şirvan mərkəzi şəhər xəstəxanasına getmiş, ona ilkin tibbi yardım göstərmişlər. Hadisə nəticəsində xəsarət almağı ilə bağlı hadisəni törədən sürücü ona baş çəkməmiş, onun sağlamlığı ilə maraqlanmamış, onlara köməklik göstərməmişdir. O, sürücü ilə barışmamış, sürücünün barəsində qanun çərçivəsində tədbir görülməsini xahiş edir. Məhkəmə istintaqı zamanı videokonfrans vasitəsilə şahid qismində dindirilmiş X8 zərərçəkmiş şəxs X14 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid5 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, zərərçəkmiş şəxs X14 və şahid X8 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, BC kataqoriyalı sürücüdür. Özünə məxsus «Ford Tansit 150L» markalı furqon tipli **-CV- *** dövlət qeydiyyat nişanlı ağ rəngli yük avtomobili var. 12 iyul 2024-cü il tarixdə həmin avtomobili idarə edərək Cavid adlı bir nəfər sərnişinlə Kürdəmir rayonunun Sığırlı kəndindən Hacıqabul rayonunun Muğan kəndinə yola düşmüşdür. Yükü olmamış, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən Bakı-Qazax yolunda Bakı istiqamətində hərəkətdə olarkən su almaq üçün hərəkəti istiqamətində yolun sağ kənarında yerləşən «Ovçular» mağazasına düşmüş, su alıb avtomobilə əyləşmişdir. Baş yola, yəni Bakı-Qazax yoluna çıxıb Bakı istiqamətində hərəkətini davam etdirmək üçün Quruzma yoluna çıxaraq avtomobili saxlayıb baş yolun boşalmasını gözləmişdir. Nömrəsini xatırlamadığı bir avtomobil ötüb keçmiş, ikinçi hərəkətdə olan İsuzu markalı yük avtomobili hərəkəti istiqamətində sağa, yəni onun avtomobilinə tərəf yoldan çıxıb qabaq hissəsi onun avtomobilinin sol yan hissəsinə çırpılmışdır. Toqquşmadan sonra hər iki avtomobil irəliyə doğru hərəkət edərkən «İsuzu» markalı yük avtomobili sol yanı üstə aşmış və hər iki avtomobil yolun sağ kənarındakı ehtiyat hissədə dayanmış qara rəngli «Mercedes-Benz Vıano» markalı minik avtomobilin arxa hissəsinə çırıpılmışdır. Yerdə dayanmış piyadalar və o, özü xəsarət almışlar. Xəsarət alan piyaları hadisə yerinə gələn TTTY maşını xəstəxanaya aparmış, o isə hadisə yerində iştirak edib toqquşma yerini göstərmiş, tərtib olunan hadisə yerinin baxış protokolu və sxemi ilə tanış olub imza etmişdir. Hadisə yerində iştirak etdikdən sonra müayinə olunmaq üçün Şirvan şəhər xəstəxanasına getmiş, ona ilkin tibbi yardım göstərilmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o, ankoloji xəstədir. 12 iyul 2024-cü il tarixdə Gəncə şəhərindən “X22” markalı avtomobillə Bakı şəhərinə yola düşmüşlər. Bakı-Qazax yolunun Hacıqabul rayonu Padar qəsəbəsindən keçən hissəsində onun halı pisləşdiyi üçün avtomobili saxlamaq məcburiyyətində qalmışlar. O, və anası avtomobilin içərisində olmuş, digər şəxslər isə avtomobildən yerə enmişlər. O, dərman qəbul edərkən arxa tərəfdən avtomobilə zərbə dəydiyini hiss etmiş, lakin həmin vaxt nə baş verdiyini anlamamışdır. Çətinliklə avtomobildən yerə düşmüş, Ford markalı avtomobilin onların avtomobilinə çırpıldığını görmüşdür. O, və avtomobildə sərnişin qismində olmuş şəxslər xəsarət almışlar. Ətrafda olan digər şəxslərin köməkliyi ilə TTTY avtomobili ilə Şirvan şəhər mərkəzi xətəxanasına gətirilmişdir. Orada ona ilkin tibbi yardım göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan yol-nəqliyyat hadisəsinin baş vermə yeri Bakı-Qazax yolunun Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən 141 km-dir. Hadisə yerində hərəkət hissəsi quru, hamar, düz, üfüqi olmaqla asfalt örtüklüdür. Hadisə xx.xx.2024-cü il tarixdə baş vermişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir. “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamədən görünür ki, “İsuzu NKR 55 L” markalı 01CG947 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti xx.xx.2033-cü il tarixədək Təqsirləndirilən şəxs verilmişdir. BD512771 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs B1, B, C1,C kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. “Alkaqolun qəbulu faktı və sərxoş vəziyyətini təyin edən tibbi müayinə” barədə xx.xx.2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs spirli içki qəbul etməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 291 saylı rəyindən görünür ki, X11 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ said sümüyünün sınığı. Yuxarıda qeyd olunan xəsarət küt əşyanın(əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününı xx.xx.2024-cü il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 299 saylı rəyindən görünür ki, X5 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – solda İ, İİ, İİİ, İV, V qabırğaların ön qoltuqaltı xətt üzrə yerdəyişən sınıqları, Sol tərəfli hemitoraks. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın(əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününı xx.xx.2024-cü il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X23 İdarəsindən daxil olmuş 3- 13-16/2-114-533/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/1998 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “İsuzu” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən tədqiq olunan şəraitdə “Ford Transit” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddiyyət təşkil etməməsi nəzərə alınmaqla, onun hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən tədqiq olunan şəraitdə X21 markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid5 Ahmeddemir qızının hərəkətlərinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddiyyət təşkil etməməsi nəzərə alınmaqla, onun hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X9 zərərçəkmiş şəxs qismində tanınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X15 zərərçəkmiş şəxs qismində tanınmışdır. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “İsuzu MKR 55L” markalı **-CQ-*** dövlət qeydiyyat nişanlı yük atomobili iş üzrə maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır. Şirvan şəhər İHB-nın 1 nömrəli İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri Füzuli küçəsi ev 30 ünvanında yaşayır. Şirvan şəhər İHB-nın 1 nömrəli İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçılarıyol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Cinayət işinin materiallarından, xüsusən də məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «İsuzu MKR 55L» markalı furqon tipli **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq idarə etdiyi avtomobili hərəkəti istiqamətindən sağa çıxararaq qarşıda baş yola çıxmaq üçün ikinci dərəcəli yolda dayanmış sürücü 1994-cü il təvəllüdlü Şahid1 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Ford Tansit 150L» markalı furqon tipli **-CV-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşdurmuş, toqquşmuş avtomobillər hərəkət edərək yolun sağ çiyinində qəza işıqları yanılı dayanmış və texniki cəhətdən saz vəziyyətdə olan sürücü 1999-cu il təvəllüdlü Şahid5 idarə etdiyi «Mercedes-Benz Vıano CDİ» markalı vaqon tipli 7+1 yerli **-EG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş, daha sonra toqquşan həmin avtomobillər yolun sağ çiyinində dayanmış piyadaları vurmuş, nəticədə Təqsirləndirilən şəxs yol-hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan «Mercedes-Benz Vıano CDİ» markalı minik avtomobilinin sərnişini 1957-ci il təvəllüdlü X1 l-ll-lİl-İV-V qabırğalaran ön qoltuqaltı xətti üzrə yerdəyişən sınıqları, sol tərəfli hemitoraks xəsarətləri almaqla həyat üçün təhlükəli olan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, piyada 1995-ci il təvəllüdlü X3 said sümüyünün sınığı xəsarəti almaqla sağlamlığı uzun müddətə pozan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Göründüyü kimi, sürücü Təqsirləndirilən şəxs qeyd edilən tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, o, həmin tələblərə etinasızlıq göstərməklə əməl etməyərək, yol hərəkəti qaydasını pozduğu üçün zərər çəkmiş şəxslərdən birinin az ağır, digərinin isə ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermiş və baş vermiş nəticə ilə sürücü Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması arasında birbaşa səbəbli əlaqə olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törədilmiş cinayət əməlində özünü təqsirli bilməyərək hadisədən yayınmaq üçün texniki imkanının olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən ifadələrini həqiqətə uyğun hesab etmir və ifadələri təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün irəli sürdüyü, lakin həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirir. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərər çəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir (CM 59.2). Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, hadisədən sonrakı davranışı, şəxsiyyətinin müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların isə müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut qismində tanınmış avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM- 198.1.). Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyana görə 11381,26 (on bir min üç yüz səksən bir manat iyirmi altı qəpik) manat məbləğində pulun alınaraq ona verilməsini dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 72-ci bəndinə əsasən mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Məhkəməyə verilmiş mülki iddia ərizəsində qeyd edilmişdir ki, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs1 qızına məxsus “X21” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş və avtomobil istifadəyə yararsız vəziyyətə düşmüşdür. Bununla əlaqədar Gəncə şəhərində fəaliyyət göstərən avtoservis tərəfindən arayış verilmişdir. Bundan başqa, mülki iddia ərizəsində zərərçəkmiş şəxsin qızı X2, nəvəsi Elif Süzənin, kürəkəni Ferhat Arslanın və digər qohumlarının xəsarət alması qeyd edilmişdir. Həmin şəxslər Türkiyə Respublikasında yerləşən tibbi mərkəzlərdə müalicə almışlar. Tibbi əməliyyatlara, habelə Azərbaycan Respublikasına təyyarə ilə gediş-gəliş biletlərinə ümumilikdə 2035 manat pul xərclənmişdir. Məhkəmə hesab edir ki, cinayət əməli nəticəsində “X21” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləğini müəyyən etmək məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməli və ekspert rəyi əsasında avtomobilə dəymiş ziyanın məbləği müəyyən edilməlidir. Bundan sonra avtomobilə dəymiş ziyanın məbləğinin hansı hissəsinin sığorta şirkəti tərəfindən ödənilməsi müəyyən edilməli, məbləğin yerdə qalan hissəsinə münasibətdə mülki iddia təmin edilməlidir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi məhkəmə istintaqının uzanmasına səbəb olması istisna deyil. Bundan başqa, mülki iddia ərizəsinə əlavə edilmiş tibbi müalicə və müayinələri özündə əks etdirən sənədlərin hamısı Azərbaycan dilinə tərcümə edilməmişdir. Eyni zamanda, mülki iddia məhkəməyə Zərərçəkmiş şəxs1 tərəfindən həm özünün həm də, hadisənin iştirakçısı olmuş digər şəxslərin adından verilmişdir. Lakin, Zərərçəkmiş şəxs1 digər şəxslərin nümayəndəsi olması ilə bağlı mülki iddia ərizəsinə hər hansı rəsmi sənəd əlavə edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia ərizəsinə hüquqi qiymət verilməsi məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bilər, habelə mülki iddiada qeyd edilən tələblərin hadisənin digər iştirakçısı olmuş şəxslər tərəfindən verilməsini müəyyən etmək mümkün deyil. Odur ki, zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalı, zərərçəkmiş şəxsə mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış “İsuzu MKR 55L” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə zərərçəkmiş şəxs X9 tərəfindən verilmiş müki iddia baxılmamış saxlanılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu zərərçəkmiş şəxs X7 qaytarılsın. Zərərçəkmiş şəxsə mülki iddia ilə mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-24/2025
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-24/2025
03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver