Məhkəmə qərarları › İş №1(071)-25/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-25/2022

03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-25/2022 03.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1-də daimi qeydiyyatda olmaqla yaşayan, 17.11.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 19.11.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 14.11.2021-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs məxsus Hacıqabul şəhəri Bağ evləri yaşayış massivində yerləşən fərdi yaşayış evinin həyətinə, oradan isə evin həyətində yerləşən başqa saxlanc yeri hesab edilməklə məişət əşyaları saxlanılan əl damına qanunsuz daxil olaraq, həmin əl damında olan zərər çəkmiş şəxsə məxsus 120 manat dəyərində bir ədəd «Mainstay 5800» markalı yanacaqla işləyən odun doğrayan mişarı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 120 (bir yüz iyirmi) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ayrıayrılıqda təmiz çəkiləri - 0,300 qram və 0,476 qram, ümumi təmiz çəkisi 0,776 qram olan eyni tərkibli narkotik vasitə olan heroini əldə edib iki ədəd kağız kəsiyi bükümündə qablaşdırılmış halda əynində olan göy rəngli cins şalvarının qabaq sağ cibində daşıyaraq saxlamış, 17 noyabr 2021-ci il tarixdə saat 20 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri “Bakı dairəsi” adlanan ərazidə yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Hacıqabul RPŞ-yə gətirilib üzərində video çəkilişlə şəxsi axtarış aparılan zaman 0,300 qram və 0,476 qram çəkilərdə eyni tərkibli narkotik vasitə heroinlər əynində olan göy rəngli cins şalvarının qabaq sağ cibindən iki ədəd bükümdə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, 2017-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O, 2015-ci ildən narkotik vasitə qəbul edir, son vaxtlar isə narkotik vasitə heroindən istifadə edir. Rəsmi olaraq heç yerdə işəməmiş, evlərin həyətlərində fəhlə işləyərək ailəsinin maddi təminatını ödəyir. Son zamanlar maddi cəhətdən sıxıntıları olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Buna görə 12 noyabr 2021-ci il tarixdə saat 09 radələrində Hacıqabul rayon ərazisindən keçən Bakı-Qazax yolunun kənarında olan zaman Hacıqabul şəhər sakini kimi tanıdığı Vüsal ona həyətlərində iş görməyi təklif etmişdir. 12 noyabr 2021-ci il tarixdə Vüsal onu Bakı-Qazax yolunun sağ kənarında yerləşən evinə aparmış və orada əl damının qapısını düzəltdirmişdir. Vüsal həyətdə odun doğramaq üçün əl damında yerləşən odun doğrayan maşını işə salmaq üçün ona vermişdir. O, odun doğrayan maşını işə salmış və sonra söndürmüşdür. Vüsal əl damının qapısını düzəltməyin müqabilində ona 10 manat pul vermişdir. Sonra o, çıxıb öz yaşadığı evə getmişdir. Vüsal odun doğrayan maşını əl damına qoyduğu yeri gördüyü üçün həmin odun doğrayan maşını oğurlamaq qərarına gəlmişdir. 14 noyabr 2021-ci il tarixdə saat 19 radələrində Vüsalın yaşadığı evin aşağı hissəsindən, yəni dəmir yol xətti keçən hissədən həyətə giriş qapısından həyətə daxil olub odun doğrayan maşın olan əl damına gəlmişdir. Ətrafa baxdıqda həyətdə heç kim olmamışdır. O, əl damının qapısını açıb, orada olan odun doğrayan maşını oğurlayıb yenə gəldiyi yerdən, yəni həyətin aşağı hisəsindən qapıdan çıxıb öz yaşadığı evə gəlmişdir. Oğurladığı odun doğrayan maşını həyətdə gizlətmişdir. Həmin günü yəni, 14 noyabr 2021-ci il tarixdə saat 20 radələrində ünvan 1 ünvanda yerləşən yaşadığı evin qarşısında olan zaman tanışı küçədən keçdikdə Rahibə onda satdıq odun doğrayan maşın olduğunu, həmin odun doğrayan maşını 40 manat pul müqabilində satdığını bildirmişdir. Rahib həyətə keçmiş və odun doğrayan maşına baxmışdır. Rahibə odun doğrayan maşın özünə məxsus olduğunu bildirmişdir. Rahib ona 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq və 2 ədəd 5 manatlıq pul əskinasları olmaqla cəmisi 40 manat pul verib odun doğrayan maşını almış və özü ilə götürüb aparmışdır. Bundan başqa, 17.11.2021-ci il tarixdə saat 17 radələrində Hacıqabul şəhəri V.Talıbov küçəsi ilə gedən zaman diqqətini yerdə 2 ədəd kağız kəsiyi bükümləri cəlb etmişdir. O, həmin 2 ədəd kağız kəsiyi bükümlərini açıb içərisinə baxdıqda narkotik vasitə heroin olduğunu görmüşdür. Bundan sonra o, heroin olan kağız kəsiyi bükümlərini istifadə etmək məqsədi ilə götürüb əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibinə qoymuşdur. 17.11.2021-ci il tarixdə saat 20 radələrində Hacıqabul şəhəri “Bakı dairəsi” adlanan ərazidə yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığında olan zaman Hacıqabul rayon PŞ-nin polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman ona müdafiəçi dəvət edilərək videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. Həmin vaxt o, əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibində gizlətdiyi 2 ədəd kağız kəsiyi bükümlərini təqdim edərək, içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Üzərindən aşkar edilən narkotik vasitə heroini 17 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Hacıqabul şəhəri V.Talıbov küçəsində yerdən tapmış və özü istifadəsi üçün üstündə saxlamışdır. O, həmçinin polis əməkdaşlarına Vüsalın həyətindən odun doğrayan maşın oğurladığını və Rahibə satdığını bildirmişdir. Hazırda odun doğrayan maşın Vüsala qaytarılmışdır. O, törətdiyi əməllərdən peşmandır. Himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs 17.02.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, oğurlanmış odun doğrayan maşının ona qaytarıldığını, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs ərizəsini nəzərə alaraq, işə onun iştirakı olmadan axılmasını mümkün hesab edir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili işləyir. 17.11.2021-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlayır. O, məlumatın yoxlanılması məqsədilə təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmişdir. Qərarın icra olunması ilə bağlı ondan və Hacıqabul RPŞnin NMQ-nun əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. O, Şahid2lə birlikdə məlumatın yoxlanılması məqsədilə Hacıqabul şəhəri «Bakı dairəsi» adlanan ərazidəki yanacaq doldurma məntəqəsinin yanına getmişlər. Həmin yerdə əməliyyat tədbirləri keçirərkən Təqsirləndirilən şəxs görmüş və yaxınlaşaraq özlərini təqdim edərək, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin gəzdirməsi ilə bağlı məlumat daxil olduğunu bildirib, onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının qabaq sağ cibindən iki ədəd kağız kəsiyi bükümündə qablaşdırılmış halda narkotik vasitə heroinə bənzər maddələri təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrin narkotik vasitə heroin olduğunu, onları yaşadığı küçədə yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığıını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinlər götürülərək qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar protokola imza etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı heç bir məlumat əldə olunmamışdır. Şahid Hacıqabul RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Cinayət işində olan 17 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibindən iki ədəd kağız kəsiyi bükümündə narkotik vasitə heroinə bənzər maddələr aşkar olunaraq götürülmüş və həmin narkotik vasitənin aşkar olunmasını özündə əks etdirən 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş 18 noyabr 2021-ci il tarixli 18/1136 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketi açdıqda 02 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,300 qram və 0,476 qram, ümumi təmiz çəkisi 0,776 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. (i.v. 56- 59). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın 09.12.2021-ci il tarixli 4992 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.148-149). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2022-ci il tarixli 9/161 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd “Mainstay 5800” markalı yanacaqla işləyən odun doğrayan mişarın istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin noyabr ayına orta bazar qiyməti təxminən 120 manat müəyyən edilir. (iş v. 119-120) Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 20.11.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Hacıqabul rayon Məhkəməsinin 28.12.2017-cü il tarixli 1(071)-129/2017 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 04.01.2019-cu il tarixli 7(003)-15/2019 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 15 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Məhkumluğu ödənilmişdir, Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən məhkumluğu olmayan şəxs hesab edilir. (iş v. 129-133, 135-136). Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübutlar, digər iş materialları ilə Təqsirləndirilən şəxs başqa saxlanc yeri hesab edilməklə məişət əşyaları saxlanılan əl damına qanunsuz daxil olaraq, həmin əl damında olan zərər çəkmiş şəxsə məxsus 120 manat dəyərində bir ədəd «Mainstay 5800» markalı yanacaqla işləyən odun doğrayan mişarı gizli olaraq talamaqla oğurluq cinayətini, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,300 qram və 0,476 qram, ümumi təmiz çəkisi 0,776 qram olan eyni tərkibli narkotik vasitə olan heroini əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, evli olmasını, himayəsində iki uşağı olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını, iş üzrə maddi sübut olan bir ədəd «Mainstay 5800» markalı yanacaqla işləyən odun doğrayan mişarın Zərərçəkmiş şəxs qaytarılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilən cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli 17.11.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 0,676 qram olan narkotik vasitə “heroin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd «Mainstay 5800» markalı yanacaqla işləyən odun doğrayan mişarın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81,95 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 17.11.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 0,676 qram olan narkotik vasitə “heroin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “Mainstay 5800” markalı yanacaqla işləyən odun doğrayan mişarın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81,95 (səksən bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 saata görə 210 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar