Məhkəmə qərarları › İş №1(071)-26/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-26/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-26/2025 24.04.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu A.Kunanbayev küçəsi ev 7/19 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i̇ : Təqsirləndirilən şəxs, özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyəti ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi X24 Tibbi-Sosial ekspertizası və X6 Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin Daxili nəzarət və audit şöbəsində aparıcı mütəxəssis vəzifəsində işlədiyini bildirib qulluq mövqeyindən istifadə etməklə X2 təqaüdünün bərpa edilməsini təşkil edəcəyinə dair yalan vəd verib sonuncunu aldadaraq 14 aprel 2022-ci il tarixdə istintaqa dəqiq məlum olmayan vaxtda cinayətə aidiyyəti olmayan Şahid2 vasitəsilə Bakı şəhəri, Yasamal rayonu ərazisində İxtiyar Əhmədovun arvadı X10 məxsus 1500 manat pulu aldıqdan sonra, ilkin niyyətinin davamı olaraq İxtiyar Əhmədov tərəfindən 11 iyun 2022-ci il tarixdə istintaqa məlum olmayan vaxtda X10 məxsus 300 manat pulun Kürdəmir rayonunda yerləşən “dörd yol” adlanan ərazidə olan “Bərəkət” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalı vasitəsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 4169-7388-9975-2962 nömrəli plastik bank hesabına köçürülməsini təmin etməklə Vüsalə Əhmədovaya məxsus ümumilikdə 1800 (min səkkiz-yüz) manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib qulluq mövqeyindən istifadə etməklə dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui- istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq təkrar öz mülkiyyətinə keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi X24 Tibbi-Sosial ekspertizası və X6 Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin Daxili nəzarət və audit şöbəsində aparıcı mütəxəssis vəzifəsində işlədiyini bildirib qulluq mövqeyindən istifadə etməklə onun arvadı X5 təqaüdünün bərpa edilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq 03 dekabr 2022-ci il tarixdə, saat 13:28-də 2000 manat pulun ünvan 1 ünvanında yerləşən “Neptun” supermarketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalı vasitəsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 510307******3306 nömrəli plastik bank hesabına, ilkin niyyətinin davamı olaraq həmin gün saat 16:51-də 1000 manat pulun ünvan 1 ünvanında yerləşən “Neptun” supermarketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalı vasitəsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 510307******3306 nömrəli plastik bank hesabına köçürülməsini təmin etməklə Zərərçəkmiş şəxs5 məxsus ümumilikdə 3000 (üç min) manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui- istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq təkrar öz mülkiyyətinə keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi X24 Tibbi-Sosial ekspertizası və X6 Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin Daxili nəzarət və audit şöbəsində aparıcı mütəxəssis vəzifəsində işlədiyini bildirib qulluq mövqeyindən istifadə etməklə onun qaynanası X1 təqaüdünün bərpa edilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq 25 noyabr 2022-ci il tarixdə, saat 17:10-da ilə 2000 manat pulun Yevlax rayonu, Malbinəsi kəndində yerləşən “Oba” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalı vasitəsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 510307******3306 nömrəli plastik bank hesabına, ilkin niyyətinin davamı olaraq 05 dekabr 2022-ci il tarixdə, saat 18:40-da 1000 manat pulun Yevlax rayonu, Malbinəsi kəndində yerləşən “Oba” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalı vasitəsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 510307******3306 nömrəli plastik bank hesabına köçürülməsini təmin etməklə Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 3000 (üç min) manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui- istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq təkrar öz mülkiyyətinə keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi X24 Tibbi-Sosial ekspertizası və X6 Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin Daxili nəzarət və audit şöbəsində aparıcı mütəxəssis vəzifəsində işlədiyini bildirib qulluq mövqeyindən istifadə etməklə onun qardaşı X3 təqaüdünün bərpa edilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq 13 sentyabr 2022-ci il tarixdə, saat 14:39-da 2000 manat pulun ünvan 2 ünvanında yerləşən “Orucoğlu” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalı vasitəsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 510307******3306 nömrəli plastik bank hesabına, ilkin niyyətinin davamı olaraq 2023-cü ilin yanvar ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda 2000 manat pulun ünvan 3 ünvanında yerləşən “Orucoğlu” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalı vasitəsi ilə istintaqa dəqiq məlum olmayan özünə məxsus bank hesabına köçürülməsini təmin etməklə Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 4000 (dörd min) manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui- istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq təkrar öz mülkiyyətinə keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi X24 Tibbi-Sosial ekspertizası və X6 Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin Daxili nəzarət və audit şöbəsində aparıcı mütəxəssis vəzifəsində işlədiyini bildirib qulluq mövqeyindən istifadə etməklə ona növbədənkənar əlil avtomobilinin verilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq 2023-cü ilin yanvar ayının ortalarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda 4500 manat pulun Yevlax rayonu Malbinəsi kəndində yerləşən “Oba” marketdə quraşdırılmış “eManat” elektron ödəmə terminalı vasitəsi ilə istintaqa dəqiq məlum olmayan özünə məxsus bank hesabına köçürülməsini təmin etməklə Zərərçəkmiş şəxs7 məxsus ümumilikdə 4500 (dörd min beş yüz) manat pul vəsaitini ələ keçirib qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui- istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq təkrar öz mülkiyyətinə keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi X24 Tibbi-Sosial ekspertizası və X6 Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin Daxili nəzarət və audit şöbəsində aparıcı mütəxəssis vəzifəsində işlədiyini bildirib qulluq mövqeyindən istifadə etməklə onun kəsilmiş təqaüdünün bərpa edilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq 09 mart 2023-cü il tarixdə, saat 15:46-da 2000 manat pulun Yevlax şəhərində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yevlax filialının yaxınlığında quraşdırılmış ödəmə terminalı vasitəsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 416973*****2962 nömrəli plastik bank hesabına, ilkin niyyətinin davamı olaraq 2023- cü ilin aprel ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda 2000 manat pulun Yevlax şəhərində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yevlax filialının yaxınlığında quraşdırılmış ödəmə terminalı vasitəsi ilə istintaqa dəqiq məlum olmayan özünə məxsus bank hesabına köçürülməsini təmin etməklə Zərərçəkmiş şəxs6 məxsus ümumilikdə 4000 (dörd min) manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq etmişdir. Bundan başqa o, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq təkrar öz mülkiyyətinə keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs8 onu Bakı Təhsil İdarəsində təsərrüfat şöbəsində işlə təmin edəcəyinə dair yalan vəd verib aldadaraq 22 fevral 2024-cü il tarixdə, istintaqa məlum olmayan vaxtda 5000 manat pulu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən uşaq baxçasmın yaxınlığında şəxsən aldıqdan sonra, ilkin niyyətinin davamı olaraq 10 mart 2024-cü il tarixdə, saat 16:42-da 100 manat pulun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Nəsimi küçəsində yerləşən “Oba” marketdə quraşdırılmış “mPay” elektron ödəmə terminalı vasitəsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 416973*****2962 nömrəli plastik bank hesabına köçürülməsini təmin etməklə Zərərçəkmiş şəxs8 məxsus xeyli miqdar təşkil edən ümumilikdə 5100 (beş min yüz) manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq təkrar öz mülkiyyətinə keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs1 onun oğlu Şahid1 “Socar” şirkətində sürücü kimi işlə təmin edəcəyinə dair yalan vəd verib aldadaraq 2024-cü ilin mart ayının sonlarında istintaqa məlum olmayan vaxtda 650 manat pulu Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Azadlıq Residense” yaşayış binasının qarşısında şəxsən aldıqdan sonra, ilkin niyyətinin davamı olaraq 27 mart 2024cü il tarixdə, saat 15:42-da 550 manat pulun Hacıqabul şəhəri, H.Əliyev prospektində yerləşən “Hacıqabul” marketdə quraşdırılmış “Milliön” elektron ödəmə terminalı vasitəsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 416973*****2962 nömrəli plastik bank hesabına köçürülməsini təmin etməklə Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 1200 (min iki yüz) manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib təkrar dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, 2019-cu ildən 2023-cü ilin aprel ayına qədər olan müddət ərzində qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazriliyin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X8 X32 aparacı mütəxəssis vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamdır. Onunla Hacıqabul rayon polis şöbəsinin Təhqiqat bölməsində izahat verməyə gələn zaman görüşmüşdür. Əvvəllər onunla heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs1 oğlu Şahid1 isə bir dəfə Bakı şəhərində taksidən istifadə edən zaman görmüşdür. Belə ki, Şahid1 Bakı şəhərində taksi fəaliyyəti ilə məşğuldur. 2024-cü ilin mart ayında o, şəxsi işlərilə əlaqədar olaraq taksi sifariş vermiş və həmin vaxtı Şahid1 taksi sürücüsü kimi gəlmişdir. Onun avtomobilinə əyləşdikdən sonra getdiyi ünvana qədər yolda söhbət etmiş və həmin vaxtı Şahid1 ona iş axtardığını, normal iş olsa işləmək istədiyini bildirmişdir. O, maraqlanıb bu barədə ona məlumat verəcəyini bildirmişdir. Onlar mobil telefon nömrələrini bir-birilərinə vermişlər. O, “Socar” şirkətinin tərkibində olan Neft daşları adlanan ərazidə işçi axtarıb- axtarmamaları barədə orada işləyən tanışı Namiq adlı şəxsdən soruşmuş, sonuncu həmin yerə işə qəbul üçün imtahan keçiriləcəyini ona bildirmişdir. Bundan sonra o, “Socar” şirkətinin İnsan Resursları idarəsində işləyən tanışı Asif adlı şəxsdən imtahanın vaxtını öyrənərərk Şahid1 bu barədə məlumat vermişdir. O, əvvəlcədən Şahid1 işə düzəldəcəyi halda ona şirinlik mənasında müəyyən qədər pul verməsini bildirmişdir. Buna görə də, istifadə etdiyi və adına sənədləşdirilmiş 4169 7388 9975 2962 saylı "xxxx" ASC-i tərəfindən verilmiş kartına 27 mart 2024-cü il tarixdə 550 manat pul göndərmişdir. Bundan sonra imtahan günü Şahid1 imtahanda iştirak etməmişdir. O, Şahid1 bunun səbəbini soruşanda sonuncu taksi faəliyyəti ilə məşğul olduğu üçün həmin gün yorğun olmasını və səbəbdən imtahanda iştirak etmədiyini bildirmişdir. Bundan sonra Şahid1 atası Namik Əskərli telefonda onunla mübahisə edərək pulu geri qaytarmasını tələb etmişdir. O, həmin pul məbləğinin geri qaytaracağını bildirmişdir. X35 550 manat deyil, 1200 manat pul verdiyini, pulu faizə götürdüyünü və buna görə ona 1200 manat pul ödəməli olduğunu bildirmişdir. O, Şahid1 tərəfindən pul məbləğinin süni şəkildə şişirdilməsini görmüş və pulu verməkdən imtina etmişdir. Şahid1 tərəfindən onun kartına cəmi 550 manat məbləğində pul göndərilmiş, o, isı həmin məbləğin 160 manatını Şahid1 kartına göndərmişdir. Hazırda onun Şahid1 390 manat borcu qalmışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs8la 19 fevral 2024-cü il tarixdə sonuncu müayinədə olan zaman tanış olmuşdur. Zərərçəkmiş şəxs8 mobil nömrəsini əldə etməkdə məqsədi onu işə düzəltmək adı ilə aldadaraq pulunu əldə etmək olmuşdur. Daha sonra o, Zərərçəkmiş şəxs8la əlaqə saxlayaraq Bakı şəhərində yerləşən Travmatologiya İnstitutunun yanında görüşmüşdür. O, Zərərçəkmiş şəxs8 Bakı şəhəri Baş Təhsil idarəsində təsərrüfat şöbəsində işə düzəldə biləcəyini vəd verib, bunun üçün 8000 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs8 maddi imkanının zəif olduğunu bildirərək 6000 manat pul verə biləcəyini bildirmişdir. Sonralar onlar arasındakı razılığa əsasən Zərərçəkmiş şəxs8 ona ilkin olaraq 5000 manat pul verməli, məbləğin qalan hissəsini isə işə düzələndən sonra verməli imiş. O, 22 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs8la Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən uşaq baxçasının yanında görüşmüş və Zərərçəkmiş şəxs8 ona 5000 manat pul vermişdir. O, Zərərçəkmiş şəxs8 07 mart 2024-cü il tarixədək işə düzələcəyini bildirmişdir. Bundan sonra 2024-cü ilin mart ayının əvvəlləri o, Zərərçəkmiş şəxs8la telefon əlaqə saxlayaraq işinin düzəlməsi üçün əlavə pul lazım olduğunu bildirmiş və sonuncu ona məxsus 4169- 7388-9975-2962 saylı karta 100 manat pul göndərmişdir. O, Zərərçəkmiş şəxs8 5100 manat pulu əldə etdikdən sonra onun telefon zənglərinə cavab verməmişdir. O, Baladdindən aldığı 5100 manat pulu isə ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, Kürdəmir rayonu Qarasu kənd sakini X19 tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Eləcədə Salyan rayon sakini Şahid2 tanıyır, onunla 2022ci ilin mart ayında tanış olmuşdur. O, 2019-cu ilin dekabr ayından 2023-cü ilin aprel ayına kimi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və X8 nəzarət və audit şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləmişdir. 2022-ci ilin mart ayının əvvəllərində Arzu ona telefonla zəng vurub, tanışı İxtiyar adlı şəxsin pensiyasının bərpa olunmasını ondan xahiş etmişdir. O, Arzudan həmin işin düzəlməsi üçün 2000 manat pul istəmişdir. Arzu ona həmin işin düzəlməsi müqabilində 1500 manat pul verəcəyini bildirmişdir. O, 2022-ci ilin aprel ayında İxtiyarı Bakı şəhərinə çağırmış, onu əyani komissiyadan keçirmiş, həmin gün onu yaşadığı Kürdəmir rayonuna yola salmışdır. 15 aprel 2022-cü il tarixdə Arzu ilə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Musabəyov parkında görüşmüş və Arzu ona İxtiyarın pensiyasının düzəlməsi üçün 1500 manat pul vermişdir. Bundan sonra o, Arzuya 2000 manat pula başa gəldiyini demiş və qalan pulu istəmişdir. Arzu ona məbləğin yerdə qalan hissəsini İxtiyardan almasını bildirmişdir. O, telefonla İxtiyarla danışarkən ona 2000 manata pensiyanın düzəldiyini həmin pulun 1500 manatını Arzunun verdiyini demişdir. İxtiyara əlavə olaraq ona 500 manat verməli olduğunu bildirmişdir. İxtiyar Arzunun ona bu barədə dediyini, lakin pulunun olmadığını və ona 300 manat verə biləcəyini bildirmişdir. O, İxtiyarla razılaşmışdır. Təxminən 2 ay sonra xx.xx.2022-ci ildə İxtiyar onun “Kapital Banka” aid 4169 7388 9975 2962 saylı bank kartına 300 manat göndərmişdir. Həmin pulları o, öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bir sözlə qeyd etmişdir ki, o, İxtiyarın pensiyasının bərpa olunması üçün Arzu vasitəsi ilə 1500 manat İxtiyarın özündən isə 300 manat pul almışdır. O, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs4 adlı şəxsi tanımır. O, Zərərçəkmiş şəxs4 ümumiyyətlə heç vaxt pul almayıb. Zərərçəkmiş şəxs4 onun kart hesabına 3000 manat göndərməsi həqiqətə uyğun deyil. Bundan başqa, təxminən 2022-ci ilin noyabr ayının 25-də tanıdığı İslam adlı şəxs ona zəng edərək tanışı Zərərçəkmiş şəxs5 arvadının pensiyasının dayandığını həmin pensiyasının bərpa edilməsi üçün köməklik göstərməsini xahiş etmişdir. O, 3000 manat pul müqabilində məsələni həll edəcəyinə söz vermişdir. xx.xx.2022-ci il tarixdə X45 adlı şəxsin pensiya məsələsini həll etməyi üçün onun kart hesabına 4000 manat pul göndərmişdir. Həmin pulun 1000 manatı Nazim adlı şəxsin pulu olmuşdur. O, Ənbər adlı şəxsin dayandırılmış pensiyasını bərpa etmək adı ilə İslam Məmmədovdan almış olduğu 3000 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, təxminən 2023-cü ilin yanvar ayının ortalarında İslam ona zəng edərək tanışı Zərərçəkmiş şəxs7 növbədənkənar əlil avtomobili verilməsinə köməklik göstərməsini xahiş etmişdir. O, 3500 manat pul müqabilində məsələni həll edəcəyinə söz vermişdir. 2023-cü ilin yanvar ayının ortalarında İslam Zərərçəkmiş şəxs7 adlı şəxsin növbədənkənar əlil avtomobili alması məsələsini həll etməsi üçün onun kart hesabına 3500 manat pul göndərmişdir. O, İlham adlı şəxsin növbədənkənar əlil avtomobili alması adı ilə İslam Məmmədovdan almış olduğu 3500 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir.O, Zərərçəkmiş şəxs7 4500 manat deyil, 3500 manat pul almışdır. Hazırda o, Zərərçəkmiş şəxs7 vurulmuş zərəri tam ödəmiş və onunla barışmışdır. Bundan başqa, təxminən 2022-ci ilin sentyabr ayının 13-də tanıdığı İslam adlı şəxs ona zəng edərək tanışı Zərərçəkmiş şəxs3 qardaşı Raquf adlı şəxsin pensiyasının dayandığını Raqufun pensiyasının bərpa edilməsi üçün köməklik göstərməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə X46 adlı şəxsin pensiya məsələsini həll etməsi üçün onun kart hesabına hər hansı məbləğ göndərmişdir. Hazırda bu işlə əlaqədar onun kart hesabına nə qədər məbləğ daxil olduğunu xatırlamır. O, Raquf adlı şəxsin dayandırılmış pensiyasını bərpa etmək adı ilə İslam Məmmədovdan almış olduğu hazırda xatırlamadığı pul məbləğini öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, təxminən 2023-cü ilin fevral ayının ortalarında İslam yenidən ona zəng edərək tanışı Zərərçəkmiş şəxs6 pensiyasının dayandığını Musanın pensiyasının bərpa edilməsi üçün köməklik göstərməsini xahiş etmişdir. O, 2000 manat pul müqabilində məsələni həll edəcəyinə söz vermişdir. 2023-cü ilin mart ayının ortalarında İslam Zərərçəkmiş şəxs6 pensiya məsələsini həll elməyi üçün onun kart hesabına 2000 manat pul göndərmişdir. Həmin pul məbləğini o, şəxsi ehtiyacları üçün xərcləmişdir. O, Zərərçəkmiş şəxs6 4000 manat deyil, cəmi 2000 manat pul almışdır. Onun Zərərçəkmiş şəxs6 4000 manat pul alması həqiqətə uyğun deyil. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək himayəsində azyaşlı uşaqların olmasını nəzərə almaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, ünvan 4 ünvanda yaşayır. Şahid1 onun oğludur. X50 Bakı şəhərində kirayə yaşayır və Bolt şirkətində taksi sürücüsü işləyir. Təqsirləndirilən şəxs tanımır. Onunla heç bir şəxsi münasibətləri və ya düşmənçiliyi yoxdur. 2024-cü ilin mart ayında X50 ona zəng edərək avtomobilə əyləşən sərnişinlərdən biri ilə tanış olmasını, həmin sərnişinin adının Vüsal olduğunu, əslən Neftçala rayonunda olmasını və onu “Socar” şirkətində sürücü kimi işə düzəldə biləcəyini demişdir. Nadir ona Vüsalın onu işə düzəltmək üçün 2500 manat pul istədiyini və imkan olmadığı halda pulu hissə-hissə verə biləcəklərini, işə düzələndən sonra ayda 400 manat maaşdan çıxacaqlarını bildirmişdir. X51 Neftçala rayonundan olduğunu bildirdiyi üçün Neftçala rayonunda yaşayan tanışlarından onun haqqında maraqlanmış. orada yaşayan şəxslər ona Vüsalın özünü tanımadıqlarını, lakin valideynlərinin normal və hörmətli insan olduqlarını bildirmişlər. O, bu barədə oğlu Nadirə demişdir. Vüsal Nadirə sertifkatın düzəldilməsi üçün 650 manat pul lazım olduğunu bildirmişdir. Həmin sertifkat əsasında Nadirin işə başlayacağını demişdir. Nadir ona bunu dedikdən sonra o, Nadirə həmin məbləğdə pulu göndərmişdir. Buna görə də, oğlu Nadir 2024-cü ilin mart ayının sonlarında Bakı şəhərində Vüsal ilə üzbəüz görüşüb ona əlbəəl 650 manat pul vermişdir. Bundan təxmini 2 gün sonra Vüsal özü ona ***-***-**-** saylı telefon nömrəsi ilə zəng edərək oğlunun işinin düzəldəcəyini və pulu hissə-hissə verə biləcəyini bildirmişdir. Lakin imtahanın vaxtına az qaldığını və təcili imtahana görə 550 manat pul verməli olduğunu bildirmişdir. O, 27 mart 2024-cü il tarixdə Vüsala məxsus olan 4169 7388 9975 2962 kart 550 manat pulu Hacıqabul şəhərində yerləşən Hacıqabul marketdə olan terminaldan göndərmişdir. Bundan sonra Vüsalın onları aldatdığını, pulu alandan sonra nömrəsini dəyişdiyini görmüşdür. Sonra Vüsala məxsus ***-***-**-** saylı telefon nömrəsini tapmış və əlaqə saxlamışlar. Vüsal tezliklə pulu qaytaracağını desə də, pullarını geri qaytarmamışdır. Oğlu Nadirdən 650 manat pulu Bakı şəhərində əlbəəl almış və o, Vüsala 550 manat terminal vasitəsilə Hacıqabul şəhərindən göndərmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs ona məxsus 1200 manat pulu aldadaraq ələ keçirib ona maddi ziyan vurmuşdur. Ona vurulmuş ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Zərərçəkmiş şəxs X20 məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilərkən ifadə verərək bildirmişdir ki, İxtiyar Əhmədov onun əridir. 2007-ci ildə DSMF tərəfindən İxtiyara xəstəliyi ilə bağlı pensiya təyin edilmişdir. 2021-ci ilin dekabr ayında ona verilən pensiya kəsilmişdir. Həmin pensiyanı bərpa etdirmək üçün İxtiyar ona köməklik edəcək bir şəxs axtarmışdır. 2021-ci ilin mart ayında İxtiyar kənd ərazisində Vüqar adlı həmkəndlisi ilə görüşən zaman Vüqar onun pensiyasını bərpa edə biləcəyini demişdir. Bu barədə İxtiyar evdə ona demişdir. X52 adlı şəxslə Vüqarın onu tanış etdiyini, Arzununda Vüsal adlı tanışı olduğunu, həmin şəxsin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində işlədiyini pensiyanın bərpası üçün həmin şəxsin Arzudan 2000 manat pul istədiyini, lakin onunla ilkin olaraq 1500 manata qalanını isə pensiya düzəldikdən sonraya razılaşdığını demişdir. Şahid2 İxtiyar pulu verməzdən qabaq Arzunun İxtiyardan əlavə olaraq 1500 manat borca pul istədiyini və ona həmin pulu verəcəyini demişdir. Həmin pulu 3-4 ayda qaytaracağını Arzu demişdir. 14 aprel 2022-ci il tarixdə Arzu ilə İxtiyar Kürdəmir rayonu ərazisində görüşmüş, İxtiyar 3000 manat pulu Arzuya vermişdir. Həmin pulun 1500 manatını kəsilmiş pensiyasının bərpası üçün Vüsal adlı şəxsə verməsi üçün qalan 1500 manatını isə borc kimi Arzuya vermişdir. Arzu Vüsala verilməli olan 1500 manat pulu Vüsalın özünə vermişdir. Arzu borc kimi aldığı 1500 manatı geri qaytarmışdır. Vüsal isə pensiyasını düzəltdikdən sonra qalan 500 manatı istəmişdir. Lakin İxtiyar pensiyanı 2 ay ala bilmişdir. Bu barədə İxtiyar Vüsala dedikdə Vüsal qalan 500 manatı istəmişdir. X41 aralarında 300 manata razılaşmışlar. Vüsalın bank kartına İxtiyar 11 iyun 2022-ci il tarixdə 300 manat pul göndərmişdir. Ümumilikdə pensiya bərpası üçün İxtiyar Vüsala 1800 manat pul vermişdir. Həmin pulu Vüsal alsada pensiyanı bərpa etdirə bilməmişdir. Vüsal dələduzluqla pullarını ələ keçirmişdir. Həmin pullar ona məxsusdur. O, pulları əri İxtiyar Əhmədova özü vermişdir. Zərərçəkmiş şəxs X4 rayon məhkəməsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadələri elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdirki onlar zərərçəkmiş şəxs qismində dindirilmiş X20 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, qardaşı X26 uzun müddət 2-ci qrup əlilliyi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən pensiya almışdır. Lakin 2022-ci ilin əvvəllərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qardaşı X15 əlillik dərəcəsi ləğv edilmiş və pensiyası dayandırılmışdır. Bundan sonra o, qardaşı X15 əlilliyinin bərpa edilməsi və yenidən pensiya alması üçün yollar axtarmağa başlamışdır. 2022-cü ilin sentyabr ayında müharibə yoldaşı olan əlil X12 qardaşı X15 əlilliyinin bərpa edilməsində köməklik göstərə biləcək şəxslərin olubolmaması ilə bağlı söhbət edərək, İslam Məmmədovdan ona köməklik göstərəcək şəxs tapmasını xahiş etmişdir. İslam Məmmədov ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin daxili nəzarət və audit şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyən Təqsirləndirilən şəxs ilə tanışlığının olduğunu, Təqsirləndirilən şəxsla danışa biləcəklərini demişdir. Bundan sonra onlar İslam Məmmədovun mobil telefonu ilə Təqsirləndirilən şəxsla danışmışlar. Mobil telefon danışığı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin daxili nəzarət və audit şöbəsində aparıcı mütəxəssis vəzifəsində işlədiyini, ləğv edilmiş əlilliyin bərpasının birbaşa onun səlahiyyətində olduğunu bildirərək rahatlıqla qardaşı X15 əlilliyini bərpa etdirəcəyini, qardaşı X15 adını yenidən sistemdə əlil kimi qeyd etdirəcəyi vədini verərək qardaşı X15 pensiyasının bərpa edilməsi üçün 4000 manat pul verməli olduğunu ona bildirmişdir. O, Təqsirləndirilən şəxs adlı şəxslə razılaşmış və pulu göndərmək üçün Vüsaldan bir neçə gün vaxt istəmişdir. O, bir neçə gün gün ərzində Təqsirləndirilən şəxs həqiqətən həmin vəzifədə işləyibişləməməsini araşdırmışdır. Belə ki, Bakı şəhərində yaşayan tanışlarından Təqsirləndirilən şəxs həqiqətən həmin agentlikdə işləyib-işləməməsinin öyrənilməsini xahiş etmişdir. Tanışları ona Təqsirləndirilən şəxs adlı şəxsin həmin agentlikdə işlədiyini bildirdikdən sonra o, Təqsirləndirilən şəxs tam olaraq etibar etmiş və 2022-ci ilin sentyabr ayının 13-də Yevlax şəhəri Nizami prospektində yerləşən “Orucoğlu” marketdən Təqsirləndirilən şəxs 510307******3306 nömrəli kart hesabına 2000 manat pul göndərmişdir. O, İslam Məmmədovla birlikdə Təqsirləndirilən şəxsla mobil telefonla danışaraq yerdə qalan 2000 manat pulu 2023-cü ilin yanvar ayında göndərəcəyini, onu bir neçə ay gözləməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs onunla razılaşaraq onu gözləyəcəyini bildirdiyindən o, 2023cü ilin yanvar ayında dəqiq tarixini xatırlamadığı zaman Yevlax şəhəri Nizami prospektində yerləşən “Orucoğlu” marketdən Təqsirləndirilən şəxs kart hesabına 2000 manat pul göndərmişdir. Pulu göndərdikdən sonra bir neçə dəfə Təqsirləndirilən şəxsla mobil telefonla danışmışdır. Həmin telefon danışıqları zamanı Təqsirləndirilən şəxs tezliklə qardaşının əlilliyini bərpa etdirəcəyini bildirsə də vermiş olduğu vədə əməl etməmiş və onun 4000 (dörd min) manat pulunu ələ keçirmişdir. Hazırda ona vurulmuş ziyan ödənilməmişdir, o, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, onun qayınanası X25 2-ci qrup əlilliyi ilə bağlı bir müddət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən pensiya almışdır. Lakin 2022-ci ilin əvvəllərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qayınanası X11 əlillik dərəcəsi ləğv edilmiş və pensiyası verilişi dayandırılmışdır. Həmin müddətdən sonra mən qayınanası X11 əlilliyinin bərpa edilməsi və yenidən pensiya alması üçün yollar axtarmağa başlamışdır. 2022-cü ilin noyabr ayında qohumu olan əlil X12 qayınanası X11 əlilliyinin bərpa edilməsində köməklik göstərə biləcək şəxslərin olub-olmaması ilə bağlı söhbət edərək, İslam Məmmədovdan ona köməklik göstərəcək şəxs tapmasını xahiş etmişdir. İslam Məmmədov ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X6 Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin daxili nəzarət və audit şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyən Təqsirləndirilən şəxs ilə tanışlığının olduğunu, Təqsirləndirilən şəxsla danışa biləcəklərini demişdir. Bundan sonra onlar İslam Məmmədovun mobil telefonu ilə Təqsirləndirilən şəxsla danışmışlar. Mobil telefon danışığı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin daxili nəzarət və audit şöbəsində aparıcı mütəxəssis vəzifəsində işlədiyini, ləğv edilmiş əlliyin bərpasının birbaşa onun səlahiyyətində olduğunu bildirərək rahatlıqla qayınanası X11 əlliyini bərpa etdirəcəyini, qayınanası X11 adını yenidən sistemdə əlil kimi qeyd etdirəcəyi vədini verərək qayınanası X11 pensiyasının bərpa edilməsi üçün 3000 manat pul verməli olduğunu ona bildirmişdir. O, Təqsirləndirilən şəxs adlı şəxslə razılaşmış və pulu göndərmək üçün Vüsaldan bir neçə gün vaxt istəmişdir. O, bir neçə gün ərzində Təqsirləndirilən şəxs həqiqətən həmin vəzifədə işləyib-işləməməsini araşdırmışdır. Belə ki, Bakı şəhərində yaşayan tanışlarından Təqsirləndirilən şəxs həqiqətən həmin agentlikdə işləyib-işləməməsinin öyrənilməsini xahiş etmişdir. Tanışları ona Təqsirləndirilən şəxs adlı şəxsin həmin agentlikdə işlədiyini bildirdikdən sonra o, Təqsirləndirilən şəxs tam olaraq etibar etmiş və 2022-ci ilin noyabr ayının 25-də Yevlax rayonu Malbinəsi kəndinə gedərək həmin kənddə yerləşən “Oba” marketdən Təqsirləndirilən şəxs 510307******3306 nömrəli kart hesabına 2000 manat pul göndərmişdir. O, İslam Məmmədovla birlikdə Təqsirləndirilən şəxsla mobil telefonla danışaraq yerdə qalan 1000 manat pulu tezliklə göndərəcəyini, onu bir neçə gün gözləməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs onunla razılaşaraq onu gözləyəcəyini bildirdiyindən o, 2022-ci ilin dekabr ayının 5-də yenidən Yevlax rayonu Malbinəsi kəndinə gedərək, həmin kənddə yerləşən “Oba” marketdən Təqsirləndirilən şəxs 510307******3306 nömrəli kart hesabına 1000 manat pul göndərmiş və İslam Məmmədovun mobil telefonu ilə Təqsirləndirilən şəxs zəng edərək ona öz təşəkkürlərini bildirmişdir. Pulu göndərdikdən sonra bir neçə dəfə Təqsirləndirilən şəxsla mobil telefonla danışmışdır. Həmin telefon danışıqları zamanı Təqsirləndirilən şəxs tezliklə qayınanası X11 əlilliyini bərpa etdirəcəyini bildirsə də, vermiş olduğu vədə əməl etməmiş və onun 3000 (üç min) manat pulunu ələ keçirmişdir. Hazırda ona vurulmuş ziyan ödənilməmiş, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, arvadı X28 uzun müddət 2-ci qrup əlilliyi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən pensiya almışdır. Lakin 2022-ci ilin əvvəllərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən arvadı X18 əlillik dərəcəsi ləğv edilmiş və pensiyası dayandırılmışdır. Həmin müddətdən sonra o, arvadı X18 əlilliyinin bərpa edilməsi və yenidən pensiya alması üçün yollar axtarmağa başlamışdır. 2022-cü ilin dekabr ayında qohumu olan əlil X12 arvadı X18 əlilliyinin bərpa edilməsində köməklik göstərə biləcək şəxslərin olub-olmaması ilə bağlı söhbət edərək İslam Məmmədovdan ona köməklik göstərəcək şəxs tapmasını xahiş etmişdir. İslam Məmmədov ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin daxili nəzarət və audit şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyən Təqsirləndirilən şəxs ilə tanışlığının olduğunu, Təqsirləndirilən şəxsla danışa biləcəklərini demişdir. Bundan sonra onlar İslam Məmmədovun mobil telefonu ilə Təqsirləndirilən şəxsla danışmışlar. Mobil telefon danışığı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X6 Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin daxili nəzarət və audit şöbəsində aparıcı mütəxəssis vəzifəsində işlədiyini, ləğv edilmiş əlliyin bərpasının birbaşa onun səlahiyyətində olduğunu bildirərək rahatlıqla arvadı X18 əlliyini bərpa etdirəcəyini, arvadı X18 adını yenidən sistemdə əlil kimi qeyd etdirəcəyi vədini verərək arvadı X18 pensiyasının bərpa edilməsi üçün 3000 manat pul verməli olduğunu ona bildirmişdir. O, Təqsirləndirilən şəxs adlı şəxslə razılaşmış və pulu göndərmək üçün Vüsaldan bir neçə gün vaxt istəmişdir. O, bir neçə gün gün ərzində Təqsirləndirilən şəxs həqiqətən həmin vəzifədə işləyib- işləməməsini araşdırmışdır. Belə ki, Bakı şəhərində yaşayan tanışlarından Təqsirləndirilən şəxs həqiqətən də, həmin agentlikdə işləyibişləməməsinin öyrənilməsini xahiş etmişdir. Tanışları ona Təqsirləndirilən şəxs adlı şəxsin həmin agentlikdə işlədiyini bildirdikdən sonra o, Təqsirləndirilən şəxs tam olaraq etibar etmiş və 2022-ci ilin dekabr ayının 3-də günorta saatlarında Yevlax şəhəri Yeni Yevlax küçəsində yerləşən “Neptun” supermarketdə yerləşən “milliön” vasitəsi ilə Təqsirləndirilən şəxs 510307******3306 nömrəli kart hesabına 2000 manat pul göndərmişdir. O, İslam Məmmədovla birlikdə Təqsirləndirilən şəxsla mobil telefonla danışaraq yerdə qalan 1000 manat pulu isə bir neçə saata göndərəcəyinə söz vermiş və həmin gün saat 16:50 radələrində Yevlax şəhəri Yeni Yevlax küçəsində yerləşən “Neptun” supermarketdə yerləşən “milliön” vasitəsi ilə Təqsirləndirilən şəxs 510307******3306 nömrəli kart hesabına İslam Məmmədovla birlikdə 2000 manat pul göndərmişlər. İslam Məmmədovun digər 1000 manat pulun Nazim adlı şəxsin işi ilə bağlı olduğunu bildirmişdir. Lakin o, Nazim adlı şəxsi tanımır. O, ümumilikdə 3000 manat pulu Təqsirləndirilən şəxs göndərdikdən sonra İslam Hümətovun mobil telefonu ilə Vüsal ilə danışmış və Vüsal tezliklə arvadı X18 pensiyasının bərpa etdirəcəyinə söz vermişdir. O, sonradan bir neçə dəfə Təqsirləndirilən şəxsla mobil telefonla danışmışdır. Həmin telefon danışıqları zamanı Təqsirləndirilən şəxs tezliklə arvadı X18 əlilliyini bərpa etdirəcəyini bildirsə də vermiş olduğu vədə əməl etməmiş və onun 3000 (üç min) manat pulunu ələ keçirmişdir. Hazırda ona vurulmuş ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. 2000-ci ildən 2011-ci ilədək olan müddət ərzində 2-ci dərəcəli əlilliyi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən pensiya almışdır. Lakin 2011-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onun əlillik dərəcəsi ləğv edilmiş və pensiyası dayandırılmışdır. Həmin müddətdən sonra o, əlilliyinin bərpa edilməsi və yenidən pensiya alması üçün yollar axtarmağa başlamışdır. 2023-cü ilin mart ayında tanışı olan, onunla birlikdə döyüşlərdə iştirak etmiş, onunla qonşu kənddə yaşayan əlil X12 əlilliyinin bərpa edilməsində köməklik göstərə biləcək şəxslərin olub-olmaması ilə bağlı söhbət edərək İslam Məmmədovdan ona köməklik göstərəcək şəxs tapmasını xahiş etmişdir. İslam Məmmədov ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin daxili nəzarət və audit şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyən Təqsirləndirilən şəxs ilə tanışlığının olduğunu, Təqsirləndirilən şəxsla danışa biləcəklərini demişdir. Bundan sonra onlar İslam Məmmədovun mobil telefonu ilə Təqsirləndirilən şəxsla danışmışlar. Mobil telefon danışığı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin daxili nəzarət və audit şöbəsində aparıcı mütəxəssis vəzifəsində işlədiyini, ləğv edilmiş əlliyin bərpasının birbaşa onun səlahiyyətində olduğunu bildirərək, rahatlıqla əlliyini bərpa etdirəcəyini, mənim adını yenidən sistemdə əlil kimi qeyd etdirəcəyi vədini verərək pensiyasının bərpa edilməsi üçün 4000 manat pul verməli olduğunu ona bildirmişdir. O, Təqsirləndirilən şəxs adlı şəxslə razılaşmışdır. Razılaşmalarına əsasən ilk öncə Vüsala 2000 manat, daha sonra isə 2000 manat pul verməli olmuşdur. O, ilk öncə 2023-cü ilin mart ayının 9-da Kapital bankın Yevlax şəhər filialından İslam Məmmədovla birlikdə ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs 416973*****2962 saylı kart hesabına 2000 manat pul göndərmişdir. O, ilk öncə pulu göndərdikdən sonra 2023-cü ilin aprel ayında yenidən Kapital bankın Yevlax şəhər filialından İslam Məmmədovla birlikdə ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs xatırlamadığı kart hesabına 2000 manat pul göndərmişdir. O, ümumilikdə Təqsirləndirilən şəxs 4000 manat pul göndərmişdir. O, sonradan dəfələrlə Təqsirləndirilən şəxsla mobil telefonla danışdıqda Təqsirləndirilən şəxs tezliklə işini həll edəcəyini bildirmiş, lakin vədinə əməl etməyərək onu aldatmışdır. Hazırda ona vurulmuş ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı videokonfrans vasitəsilə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, 1-ci Qarabağ müharibəsinin əlilidir. Özü üçün növbədənkənar əlil avtomobili almaq istəyirmiş. Buna görə də 2022-cü ilin sentyabr ayında müharibə yoldaşı olan əlil X12 əlil avtomobili almasına köməklik göstərə biləcək şəxslərin olub-olmaması ilə bağlı söhbət edərək, İslam Məmmədovdan ona köməklik göstərəcək şəxs tapmasını xahiş etmişdir. İslam Məmmədov ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X6 Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin daxili nəzarət və audit şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyən Təqsirləndirilən şəxs ilə tanışlığının olduğunu, Təqsirləndirilən şəxsla danışa biləcəklərini demişdir. Bundan sonra onlar İslam Məmmədovun mobil telefonu ilə Təqsirləndirilən şəxsla danışmışlar. Mobil telefon danışığı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin daxili nəzarət və audit şöbəsində aparıcı mütəxəssis vəzifəsində işlədiyini, ona növbədən kənar əlil avtomobili verdirməyin onun səlahiyyətində olduğunu bildirərək, ona növbədənkənar əlil avtomobili verdirəcəyinin vədini verərək ondan 4500 manat pul verməli olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs adlı şəxslə razılaşmış və 2023-cü ilin yanvar ayının ortalarında Yevlax rayonu Malbinəsi kəndinə gedərək İslam Məmmədovla birlikdə Təqsirləndirilən şəxsla mobil telefonla danışaraq Təqsirləndirilən şəxs kart hesabına 4500 manat pul göndərmişdir. Lakin Təqsirləndirilən şəxs ona verdiyi vədə əməl etməyərək onun 4500 manat pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs Məmmədov X23 rayon məhkəməsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı videokonfrans vasitəsilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 1993-cü ildə 1-ci Qarabağ müharibəsi iştirakçısı olmuş və müharibə əlilidir. Prezident təqaüdü alır. Bundan əlavə oğlu X7 və Kimya liseyində oxuyur. Görmə qabiliyyəti məhdud olduğu üçün onun əməliyyata ehtiyacı vardır. Əməliyyat isə Türkiyə Respublikasında olmalıdır. Bunada maddi durumu imkan vermir. Bununla bağlı bir neçə qurumlara müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişdir. xx.xx.2024-cü il tarixdə 1 saylı KTM-də müayinədə olduğu zaman tanıdığı Təqsirləndirilən şəxs ona mobil telefonla zəng edib, ona iş tapdığını və Travmatologiya İnstitutunun yanında onu gözlədiyini demişdir. O, Vüsalla dediyi yerdə görüşmüşdür. Vüsal onu Bakı Baş Təhsil idarəsində təsərrüfat şöbəsində işə düzəldəcəyini demişdir. Aylıq əmək haqqının 620 manat olacağını demişdir. Bunun üçün də, 8000 manat pul lazım olduğunu bildirmişdir. Vüsala dediyi məbləğə gücü çatmayacağını dediyi zaman Vüsal məbləği 6000 manat endirmişdir. Daha sonradan aralarında razılığa gəlmişlər ki, o, Təqsirləndirilən şəxs ilkin olaraq 5000 manat, sonradan isə, yəni işə düzəldikdən sonra bankdan kredit yolu ilə övladının müalicəsi üçün pul götürəndə əlavə olaraq 3000 manat pul verəcəkmiş. Razılığa gəlmişlər və qohumlarından, yaxın tanışlarından 5000 manat pul alıb xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxsla Binə qəbəsəsi uşaq baxçasınm yanında görüşüb, Vüsala 5000 manat pul vermişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra xx.xx.2024-cü il tarixdə onun işə çağırılacağını və sənədlərinin toplanacağını demişdir. xx.xx.2024-cü il tarixdə gün ərzində onun heç kim tərəfindən çağırılmadığını görüb, Vüsalla əlaqə saxlamışdır. Lakin, Təqsirləndirilən şəxs ona bildirmişdir ki, gün ərzində əlaqə saxlayacaqdır. xx.xx.2024-cü il tarixədək gözləmiş, lakin onu heç kim bir yerə dəvət etməmişdir. Həmin vaxtdan müalicəyə getmişdir. Mülaicədə olduğu zaman Vüsalla dəfələrlə əlaqə saxlasa da, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Müalicədə olduğu zaman Təqsirləndirilən şəxs ondan 1000 manat pul istəmiş və Vüsala məxsus karta cəmi 100 manat pul göndərmişdir. Yaxınları Təqsirləndirilən şəxs onu aldatdığını bildirmişlər. Buna görə də, o, müraciət etmək qərarına gəlmişdir. Ümumilikdə ona 5100 manat maddi ziyan dəymişdir. Hazırda ona vurulmuş ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3-cü maddələri ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmaqla hüquq və vəzifələri izah edilmişdir. “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmaqla hüquq və vəzifələri izah edilmişdir. “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X27 zərərçəkmiş şəxs qismində tanınmaqla hüquq və vəzifələri izah edilmişdir. “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmaqla hüquq və vəzifələri izah edilmişdir. “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmaqla hüquq və vəzifələri izah edilmişdir. “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmaqla hüquq və vəzifələri izah edilmişdir. “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs qismində tanınmaqla hüquq və vəzifələri izah edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu rayon məhkəməsinin 1(008)-469/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-109/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı şəhər Sabunçu rayon məhkəməsinin 1(008)-469/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ləğv edilmiş Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə iş üzrə icraata xitam verilmişdir. Bundan başqa, Yevlax RPŞ-i tərəfindən Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanılmış hazırda istintaq aparılır. Yevlax rayon məhkəməsinin 4(039)-72/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində üç ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Hacıqabul rayon məhkəməsinin 4(071)-59/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İttiham elan edilməli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2024-cü il saat 20:00-dan məhdudlaşdırılmaqla, xx.xx.2024-cü il tarixdə saat 01:30-da Yevlax RPŞ-də tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən daxil olmuş 3- 17-4/2-13668/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək X17 Nəzarət, audit, monitorinq və təhlil departamentinin Daxili nəzarət və audit şöbəsində Aparıcı mütəxəssis vəzifəsində işləmişdir. Bakı şəhər İHB-nin MKTD-nin Binəqədi rayon MKTD-nin 80 saylı MKİS-i tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında ailə üzvləri: həyat yoldaşı – X22, övladları – 2007-ci il təvəllüdlü X29, 2015-ci il təvəllüdlü X30 ilə bir yerdə yaşayır. Bakı şəhər İHB-nin MKTD-nin Binəqədi rayon MKTD-nin 80 saylı MKİS-i tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuş, barəsində heç bir şikayət daxil olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayətin törədilmə mexanizmini əks etdirən qəbzlər və bir ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 3-cü bəndinə əsasən Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Həmin Məcəllənin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 35-ci bəndinə əsasən dələduzluğun təkrar törədilməsi məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir. Həmin Qərarın 3-cü bəndinə əsasən dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin Qərarın 23-cü bəndinə əsasən dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CMnin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən Cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. Cinayət Prosessual Məcəlləsinin 39-cu maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir 39.1.1. cinayət hadisəsi olmadıqda; 39.1.2. əməldə cinayət tərkibi olmadıqda; 39.1.3. cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə); 39.1.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda onu törətmiş şəxs cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqda (həmin şəxsə qarşı tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi zəruri olan hallar istisna edilməklə); 39.1.5. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə); 39.1.6. şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda; 39.1.7. şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda; 39.1.8. zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə); 39.1.9. zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə); 39.1.10. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdikdə (bu şəxslərə qarşı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi halları istisna olunmaqla); 39.1.11. cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda; 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 44.2. Bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1. bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə; 44.2.1-1. bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə; 44.2.2. bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə; 44.2.3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda — təqsirləndirilən şəxsə cəza təyin etməklə; 44.2.4. bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 42-ci bəndinə əsasən CPM-in 39.1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi və CPM-in 39.1.5ci maddəsində nəzərdə tutulmuş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ölməsi kimi cinayət təqibini istisna edən hallar olduqda və müdafiə tərəfi bəraətverici sayılmayan həmin əsaslarla cinayət təqibinə xitam verilməsinə razı olmadıqda, məhkəmə cinayət-prosessual qanunun 44.2.1 və 44.2.1-1-ci maddələrinə müvafiq olaraq məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə (ölmüş təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş şəxsə) cəza təyin etməməklə ittiham hökmü çıxarır. Bu halda hökmün nəticəvi hissəsində şəxsin CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinməsi haqqında qərardan sonra ona CPM-in 39.1.3-cü maddəsinə və yaxud 39.1.5-ci maddəsinə müvafiq olaraq cəzanın təyin edilməməsi haqqında qərar əksini tapmalıdır. Həmin Qərarın 44-cü bəndinə əsasən CPM-in 39.1.3, 39.1.5 və 39.1.12-ci maddələrində qeyd edilən hallarda müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığı olduqda, məhkəmə CPM-in 43.3-cü və ya 43.3-1-ci maddələrinə müvafiq olaraq cinayət-prosessual qanunun müvafiq olaraq 39.1.3 və 39.1.12-ci maddələrində və ya 39.1.5-ci maddəsində nəzərdə tutulmuş əsaslarla cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə icraatı materialları məhkəmənin müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığının olub-olmaması məsələsini araşdırdığını əks etdirməli, o cümlədən razılığın verilməsi haqqında ərizə cinayət işinə əlavə edilməli, məhkəmə iclas protokolunda isə müvafiq qeyd aparılmalıdır. Cinayət işinin materillarından görünür ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən zərərçəkmiş şəxslər - X10 qarşı dələduzluq əməli 11 iyun 2022-ci il tarixdə, Zərərçəkmiş şəxs5 Allahveri oğluna qarşı 03 dekabr 2022-ci il tarixdə, Zərərçəkmiş şəxs4 qarşı 05 dekabr 2022-ci il tarixdə, Zərərçəkmiş şəxs3 qarşı 2023-cü ilin yanvar ayı ərzində, Zərərçəkmiş şəxs7 qarşı 2023-cü ilin yanvar ayı ərzində, Zərərçəkmiş şəxs6 qarşı 2023cü ilin aprel ayı ərzində törədilmişdir. Həmin əməllər müxtəlif şəxslərə qarşı törədildiyindən məhkəmə həmin əməlləri vahid niyyətlə törədilən əməllər kimi deyil, müstəqil cinayət əməlləri kimi qiymətləndirir və hər bir əmələ münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin müstəqil şəkildə tətbiq edilməsi qənaətinə gəlir. Hazırda həmin əməllərə münasibətdə Cinayət Məcəlləsinin 75.1-ci maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 Allahveri oğluna, Zərərçəkmiş şəxs7 və X16 qarşı törətdiyi cinayət əməllərini tamamilə etiraf etmiş, Zərərçəkmiş şəxs6 qarşı törətdiyi cinayət əməlini qismən etiraf etmiş, Zərərçəkmiş şəxs3 münasibətdə isə ona cinayət əməlini etiraf etsə də, əldə etdiyi pul məbləğini xatırlamadığını bildirmişdir. Zərərçəkmiş şəxs4 münasibətdə Təqsirləndirilən şəxs cinayət əməlini ümumiyyətlə etiraf etməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə razı olması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etməmişdir. Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində azyaşlı övladlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini məhkəmə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsi nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd edilən cinayət əməllərini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Daxili Nəzarət, audit, monitorinq və təhlil departamentinin Daxili nəzarət və audit şöbəsində Aparıcı mütəxəssis vəzifəsində işləyərkən qulluq mövqeyinə əsasən ona göstərilən etimaddan istifadə etməklə törətmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası təyin edilməklə yanaşı, əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 43.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növləri həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 23-cü bəndinə əsasən hökm çıxarıldığı vaxt şəxsin artıq müəyyən vəzifəni tutmaması və yaxud fəaliyyət növü ilə məşğul olmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini istisna etmir. Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Cinayət işinin materiallarından görünür ki, Yevlax rayon məhkəməsinin 4(039)- 72/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində üç ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbsin əvvəli şəxsin tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Hacıqabul rayon məhkəməsinin 4(071)-59/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs barəsin seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. 158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs oğlu tərəfindən zərərçəkmiş şəxslər - X10, Zərərçəkmiş şəxs5 Allahveri oğluna, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 qarşı törədilmiş dələduzluq əməllərinə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddətləti keçdiyinə və təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə razı olmasına dair məhkəməyə ərizə verilmədiyinə görə həmin epizodlara münasibətdə cəza təyin edilməməklə ittiham hökmü çıxarılmalıdır. Cinayət işi üzrə maddi sübut olan cinayətin törədilmə mexanizmini əks etdirən qəbzlər və bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 30 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 180 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i̇ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 25 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən 2 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında vəzifə tutması qadağan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər X10, Zərərçəkmiş şəxs5 Alahverdi oğluna, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs7 qarşı dələduzluq cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və həmin epizodlar üzrə əməllərin törədildiyi gündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddətlər keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qeyd edilən epizodlar üzrə cəza təyin edilməsin. Cinayət işi üzrə maddi sübut olan cinayətin törədilmə mexanizmini əks etdirən qəbzlər və bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 30 (otuz) saata görə 180 (yüz səksən) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar