Məhkəmə qərarları › İş №1(071)-27/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-27/2022

09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-27/2022 09.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə, xx.xx.1987-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində iki azyaşlı uşağı olan, məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan 1də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16.10.2021-ci il tarixdə saat 02:30 radələrində özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan VAZ-21074 minik markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə Qazax istiqamətində 70-80 km/saat sürətlə hərəkət etdirərkən həmin yolun Hacıqabul rayonu ərazisindən keçən 103-cü kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməmiş və ehtiyatsızlıqdan yolu keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə vurmuş və sonuncu baş beynin diffuz travması, baş beyin maddəsinə qansızmalar, hər iki baldır və sağ bud sümüklərinin açıq sınıqları, sağ gicgah nahiyyəsində, ənsənin sağ yarsında kəsilmiş-deşilmiş yaralar, alında, burunda sıyrıqlar, alının sağ yarısında qançırla müşaiət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməklə Şirvan şəhər mərkəzi xəstəxanasına aparılarkən yolda ölmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 16.10.2021-ci il tarixdə saat 02:30 radələrində özünə məxsus texniki cəhətdən saz olan VAZ-21074 markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə Qazax istiqamətində yolun orta zolağı ilə saatda 70-80 km/saat sürətlə hərəkət etdirərkən Hacıqabul rayonu ərazisində yolu soldan sağa doğru yeriyib keçən piyada kişini qaranlıq olduğuna görə görməmiş və avtomobillə vurmuşdur. Sonradan məlum olmuşdur ki, həmin şəxs Ucar rayonu Qaradağlı kənd sakini Zərərçəkmiş şəxsdur. O, avtomobili sağa çəkib saxlamış və vurulan şəxsi avtomobilində olan Şahid köməkliyi ilə öz avtomobilinə qoyaraq Şirvan şəhər mərkəzi xəstəxanasına aparmışdır. Orada həkim həmin şəxsə baxıb onun öldüyünü bildirmişdir. O, xəstəxanada hadisə törətdiyini bildirmişdir. Xəstəxana işçiləri meyiti meyitxanaya yerləşdirmişlər. O, Şahid Bakı şəhərindən çıxarkən yoldan avtomobilinə götürmüşdür. O, piyadanı yolun orta zolağında vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsinə görə çox təssüflənir. Mərhum Zərərçəkmiş şəxs dəfn və yas mərasimlərində iştirak etmişlər və bütün xərcini ödəmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 ilə barışmışdır, maddi və mənəvi zərərin əvəzini ödəmişdir. X3 ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu barədə məhkəməyə ərizə göndərmişdir. Onun öhdəsində iki azyaşlı uşağı var, ailəsinə yeganə qazanc gətirən şəxsdir. Bütün bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə gəlməmişdir. X1 11.02.2022-ci il tarixdə Bakı şəhəri 16 nömrəli notariat ofisində 8İ-860 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, yol-nənliyyat hadisəsində vəfat etmiş qardaşı Zərərçəkmiş şəxs vəfatı ilə əlaqədar bildirmişdir ki, həmin hadisəni törətmiş sürücü ünvan 1 ünvanda qeydiyyyatda olan Təqsirləndirilən şəxs ona maddi və mənəvi ziyanı tam ödəmişdir. O, Təqsirləndirilən şəxs ilə barışdığı üçün ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi X3 ərizəsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, qardaşı Zərərçəkmiş şəxs 16.10.2021-ci il tarixdə Bakı şəhərindən Ucar rayonuna gedərkən Bakı- Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonu ərazisində avtomaşınla vurulması barədə məlumat almışlar. Mustafanın meyiti Şirvan ŞMX-nın meyitxanasında olmuş və orada tibbi müayinədən keçirilmişdir. Bundan sonra qardaşı Zərərçəkmiş şəxs meyitini aparıb Ucar rayonu Qaradağlı kənd qəbristanlığında dəfn etmişlər. Şahid ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, 16.10.2021-ci il tarixdə saat 02-30 radələrində VAZ-21074 markalı avtomobildə sərnişin kimi Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə Hacıqabul rayonuna gedərkən, o avtomobildə qabaqda sağda oturmuş və başı aşağı mobil telefonla məşqul olmuşdur. Sürücü avtomobili yolun sağı ilə hərəkət etdirmişdir. Birdən avtomobilə zərbə olmuş və sürücü avtomobillə piyada kişini vurduğunu demişdir. Sürücü avtomobili sağa çəkib saxlamış və vurulan şəxsi sürücü ilə birlikdə həmin avtomobilə qoyaraq Şirvan şəhər mərkəzi xəstəxanasına aparmışlar. Orada həkim həmin şəxsə baxıb onun öldüyünü bildirmişdir. Sürücü orada hadisə törətdiyi bildirmişdir. Xəstəxana işçiləri meyiti meyitxanaya yerləşdirmişlər. O, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə hadisə vaxtı sərnişin kimi tək olmuşdur. O, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə Bakı şəhərinin çıxaçağında yolda minmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 27.10.2021-ci il tarixli 42 nömrəli ekspert rəyindən (meyitin ekspertizası) görünür ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı baş beynin diffuz travması, baş beyin maddəsinə qansızmalar, hər iki baldır və sağ bud sümüklərinin açıq sınıqları, sağ gicgah nahiyyəsində, ənsənin sağ yarsında kəsilmiş-deşilmiş yaralar, alında, burunda sıyrıqlar, alının sağ yarısında qançır müəyyən edilmişdir. Həmin xəsarətlər həyatidir, iti (avtomobilin alın şüşəsi) və küt əşyanın zərbəvi təsirindən törənmiş, 16.10.2021-ci il tarixdə hərəkətdə olan VAZ-21074 markalı avtomaşının piyadanı (onu) vurması nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə bu xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik şok olmuşdur. Meyitdə baş verən ilkin meyit əlamətlərinin inkşaf dərəcəsinə əsasən ölüm meyit müayinə olunandan 6-10 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs ölümündən əvvəl spirtli içki qəbul etmişdir ki, bu da məhkəmə-kimya tədqiqatının nəticələri ilə təsdiq olunur və canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. (iş v. 27-30). Hacıqabul RMX-nın TTYS-nın 16.10.2021-ci il tarixli 840 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs spirtli içki qəbul etməmişdir, ayıqdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27.12.2021-ci il tarixli 8/3109 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən VAZ-21074 minik markalı ** XK *** qeydiyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (iş v. 47-50) Azərbaycan Respublikası BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsinin 28.10.2021-ci il tarixli 016-129756-1221 nömrəli məktubundan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 21.07.2015-ci il tarixdə (21.07.2025-cı il tarixədək etibarlı olan) AC 801454 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (iş v. 34). Azərbaycan Respublikası DİN BƏSİMİ tərəfindən 27.10.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. (İş v. 32). Beləliklə, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutlarla, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə olaraq ehtiyatsızlıq üzündən az ağır cinayət törətməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün onu xəstəxanaya aparmasını, zərər çəkmiş şəxsin hüquqi varisi barışmasını, ona dəymiş maddi və mənəvi zərərin əvəzini tam ödəməsini, zərər çəkmiş şəxsin hüquqi varisi X3 Təqsirləndirilən şəxs ilə barışmasını, ona qarşı hər hansı bir şikayəti, maddi tələbi və iddiasının olmadığına dair 11.02.2002-ci il tarixli ərizəsini, öhdəsində iki azyaşlı övladı olmasını, ictimai faydalı əməklə məşğul olmasını, müsbət xasiyyətnaməyə malik olmasını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.1.13-ci maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, bütün bunları nəzərə alaraq və xüsusilə ümümbəşəri idealları, insan hüquqları və azadlıqlarının qorunması kimi dəyərləri və insanpərvəlik ənənələrini davam etdirərək, qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə ümid edərək, cinayət-hüquq siyasətini həyata keçirərək, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, təqsirləndirilən şəxsin öz əməllərinin nəticələrini dərk edərək islah olunacağına inanaraq, humanizm və mərhəmət prinsiplərini rəhbər tutaraq, barəsində yüngülləşdirici halların olmasını, ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 2.3-cü bəndinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilən 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilməlidir. Çünki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 2.3-cü bəndinə əsasən bu Qərarın 1-ci hissəsində göstərilən şəxslərdən başqa, bu Qərarın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulan şəxslərdən başqa, ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzalardan azad edilsinlər (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-21074” minik markalı ** XK *** qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia ərizəsi verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 2.3-cü bəndinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-21074” minik markalı ** XK *** qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 məhkəmə baxışı zamanı iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1 "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar