Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-27/2023 14.06.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X14 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər - Şirvan Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Salyan rayonu, Atbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Hacıqabul rayonu Atbulaq kəndində qeydiyyatda olan və yaşamış, barəsində “həbs qətimkan” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, xx.xx.1986-ci il tarixdə Salyan rayonu, Atbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Hacıqabul rayonu Atbulaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1, satış məqsədi ilə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq özündə saxladığı kustar üsulla hazırlanmış narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə saat 15 radələrində 21 manat pul vəsaiti müqabilində satmaq barədə razılaşma əldə etdikdən sonra Hacıqabul rayonu, Atbulaq kənd yerləşən “Yaşıllaşdırma” deyilən ərazidə Təqsirləndirilən şəxs2 vasitəçiliyi ilə Kürdəmir rayonu, Sığırlı kənd sakini Şahid2 qanunsuz olaraq satmış, Şahid2 xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Kürdəmir rayon PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı yaşadığı Sığırlı kənd ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ ön cibinin içərisində olan kiçik cibdən 2 ədəd kağız bükümdə 0,134 qram və 0,108 qram olmaqla, ümumilikdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,242 qram eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2, xx.xx.2022-ci il tarixdə Hacıqabul rayonu, Atbulaq kənd sakini Təqsirləndirilən şəxs1 21 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq, həmin heroinin 0,242 qramını xx.xx.2022-ci il tarixdə günorta saatlarında Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində heç bir qazanc və mənfəət əldə etmədən Kürdəmir rayonu, Sığırlı kənd sakini Şahid2 vermiş, qalan hissəsini isə özü istifadə etmiş, Şahid2 xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Sığırlı kəndində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ ön cibinin içərisində olan kiçik cibdən 2 ədəd kağız bükümdə 0,134 qram və 0,108 qram olmaqla, ümumilikdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,242 qram eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, Şahid2 Kürdəmir rayonu, Sığırlı kəndindən olan tanışı Nemət vasitəsi ilə tanımışdır. xx.xx.2022-ci il tarixdə Asəf ona zəng edərək heroin lazım olduğunu demişdir. Əmisi Təqsirləndirilən şəxs1 narkotik vasitə satdığını bildiyi üçün Asəfə narkotik vasitə tapmaqda köməklik edə biləcəyini demişdir. Bundan sonra əmisi Təqsirləndirilən şəxs1 zəng edərək Kürdəmir rayonu, Sığırlı kəndindən olan bir nəfər tanışına heroin lazım olduğunu demişdir. Rahib onunla razılaşdıqdan sonra onun kartına 20 manat heroin üçün, 1 manat isə komissiya haqqı kimi vurdurmasını demişdir. Bundan sonra o, Asəfə zəng edərək ona mesajla kart nömrəsini yollayacağını və həmin karta 20 manat heroin üçün, 1 manat isə komissiya vurmasını demiş və Asəfin nömrəsinə əmisinə məxsus kartın nömrəsini göndərmişdir. Bir qədər sonra Asəf ona zəng edərək karta pul vurduğunu və Hacıqabul rayonu, Atbulaq kəndinə gələcəyini demişdir. O isə Asəfə Atbulağa çatdıqda zəng etməsini demişdir. Asəflə danışdıqdan sonra əmisi Rahibə zəng edərək kartına pulun gəlib-gəlmədiyini soruşmuş, Rahib isə 21 manat pulun karta gəldiyini, heroini kənd ərazisində yaşıllaşdırma deyilən yerdə olan dirəyin yanına qoyacağını, oradan götürməsini tapşırmışdır. Bundan sonra o, əmisinin dediyi yerə getmiş və orada dirəyin dibindən bir ədəd sellofan bükümdə olan heroini götürmüşdür. Bir qədər sonra Asəf ona zəng edərək Atbulağa çatdığını demişdir. Bundan sonra onlar görüşmüş və üzərində olan sellofan bükümü Asəfə vermişdir. Həmin vaxt Asəf pulun göndərildiyi qəbzi ona göstəmiş, o isə Asəfə buna ehtiyacın olmadığını, özünün bu işdə heç bir qazancının olmadığını demişdir. Həmin vaxt Asəf ona heroinin bir hissəsini istifadə etmək üçün vermiş, o da bunu qəbul etmiş və heroinin az bir hissəsini Asəfdən aldıqdan sonra onun sağollaşmışdır. xx.xx.2022-ci il tarixdə Hacıqabul rayonu, Atbulaq kəndində olan zaman Kürdəmir RPŞ-nin əməkdaşlarının yaşadığı kənddə ona yaxınlaşaraq Kürdəmir RPŞ-nin İstintaq bölməsinin icraatında olan cinayət işi üzrə şübhəli olduğu üçün onu RPŞyə aparmışlar. Polis şöbəsində Asəfin xx.xx.2022-ci il tarixdə saat 20.00 radələrində narkotik vasitə ilə tutulduğunu bilmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər əmisi Rahibin kiməsə narkotik vasitə satmasında iştirak etməmiş, lakin onun narkotik vasitənin satışı ilə məşğul olmasını bilmişdir. Yalnız bir dəfə Asəfə narkotik vasitə satılmasında ona köməklik etmiş, Asəfə narkotik vasitənin satılmasında onun heç bir mənfəəti olmamış, Asəf satılan heroinin çox az hissəsini istifadə etmək üçün ona vermişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 onun qardaşı oğludur. 4169-7387-1136-47-23 nömrəli bank kartı ona məxsusdur. Həmin kartı 2022-ci ilin yanvar ayında itirmiş, sonra yeni kart almışdır. Kartı itirməmişdən əvvəl ona qohumları həmin kart vasitəsi ilə maddi imkanı zəif olduğu üçün mütəmadi olaraq pul vəsaitləri göndərmişdir. Həmin pulları çıxarmaq üçün qardaşı uşaqlarının köməyindən də istifadə etmişdir. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Orxanın onun kartının kodunu kiməsə göndərməsindən, eləcə də kiminsə onun üçün onun kartına göndərilmiş pulu çıxarmasından məlumatı olmamışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında yaşadığı Hacıqabul rayonu Atbulaq kəndində polis əməkdaşları ona yaxınlaşaraq Şahid2 heroin satdığını bildirərək onu polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsində olan zaman üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən heç bir qanunsuz əşya və narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Orxanı tutulmamışdan 2-3 ay əvvəl həmkəndlisi Nemət vasitəsi ilə tanımışdır. xx.xx.2022ci il tarixdə saat 14 radələrində Orxanın mobil nömrəsinə zəng edərək heroin lazım olduğunu demişdir. Orxan isə ona problem olmadığını, mesaj vasitəsi ilə göndərəcəyi karta 20 manat heroin üçün, 1 manat isə komissiya pulu göndərməsini demişdir. Bundan sonra Orxanın nömrəsindən mesajla onun telefonuna bank kartının nömrəsi göndərilmişdir. Sonra Sığırlı kəndində olan marketdə olan ödəmə terminalından 21 manat pulu Orxanın verdiyi kart hesabına göndərmiş və Orxana zəng edərək pulu karta göndərdiyini bildirmişdir. Orxan isə ona Hacıqabul rayonu, Atbulaq kəndinə gəlməsini demişdir. O, taksi ilə Hacıqabul rayonu, Atbulaq kəndinə getmiş və Orxana zəng edərək Atbulaq kənd məktəbi ilə üzbəüz yolun sağında düşmüşdür. Orxanı həmin yerdə görüb asfaltdan aşağıya düşüb ona tərəf getmişdir. Orxanla görüşdükdən sonra Orxan əlindəki sellofan bükümdə olan heroini ona vermişdir. O isə pulun göndərilməsinə dair qəbzi Orxana göstərmişdir. Orxan isə qəbzə ehtiyacının olmadığını demişdir. Orxana təşəkkür əlaməti olaraq ona vermiş olduğu heroinin az bir hissəsini istifadə etməsi üçün vermişdir. Bundan sonra həmin yerdən avtomagistralın yanına çıxıb, yoldan keçən avtomobillərdən biri ilə yaşadığı kəndə qayıtmışdır. Evdə olan zaman aldığı heroini iki ədəd kağız bükümdə ayrı-ayrı vaxtlarda istifadə etmək üçün bölmüşdür. Lakin, heroindən heç istifadə etməmişdir. Səhəri gün xx.xx.2022-ci il tarixdə saat 20 radələrində heroindən istifadə etmək üçün kənd ərazisinə çıxmışdır. İcra nümayəndəliyinin qarşısında olan zaman Kürdəmir RPŞ-nin əməkdaşlarının ona yaxınlaşaraq onu Kürdəmir RPŞ-yə aparmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın sağ ön cibinin içində olan kiçik cibdən 2 ədəd kağız bükümdə heroini çıxarıb təqdim etmişdir. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər Orxandan narkotik vasitə almamışdır, birinci dəfə idi ki, ondan narkotik vasitə alırdı. Pulu göndərdiyi kartın sahibi olan Orxanın əmisi Təqsirləndirilən şəxs1 tanımamışdır. Onunla bir başa hər hansı formada əlaqə saxlamamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul rayon PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 oktyabr 2022-ci il tarixdə Hacıqabul RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Faiq İmanovun Təqsirləndirilən şəxs1 narkotik vasitə satmaqda şübhəli olması və bu səbəbdə yerinin müəyyən edilərək RPŞ-yə gətirilməsi barədə əməliyyat tapşırığı daxil olmuşdur. Həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı evinin yaxınlığında saxlanılaraq RPŞ-yə gətirilmişdir. Bundan sonra rayon PŞ-nin İB-nin müstəntiqi Faiq İmanov tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət olunmuş, müdafiəçinin iştirakı və videkamera ilə çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmamsı soruşulmuş, Təqsirləndirilən şəxs1 üzərində heç bir qanunsuz əşya və ya predmet olmadığını demiş, bundan sonra onun üzərində axtarış aparılsa da heç bir qanunsuz predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Şahid2 şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ ön cibinin içərisində olan kiçik cibdən iki ədəd kağız bükümdə narkotik vasitə olan heroinə bənzər aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Şahid2 bildirmişdir ki, həmin narkotik vasitəni Hacıqabul rayonu, Atbulaq kəndində yaşayan Orxan adlı şəxsdən 15 manat pul müqabilində həmin şəxsə məxsus kart hesabına köçürməklə əldə etmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 18/669 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “..Şahid2 üzərindən aşkar olunaraq götürülmüş...” sözləri yazılmış və imzalar olan kağız paketin içərsindəki 2 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,134 qram və 0,108 qram olmaqla, ümumi çəkisi 0,242 qram olan maddələr xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddinin 0,15 qram, külli miqdarı daxil olmaqla aşağı həddi isə 2 qram olması göstərilmişdir. “Mobil telefona baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 iştirakı ilə ona məxsus “Nokia” markalı mobil telefona baxış zamanı telefonun üzərində ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus “Nar” nömrənin olması müəyyən edilmişdir. Bundan sonra telefonun mesajlar bölməsinə daxil olunmuş və mesajlara baxış keçirilmişdir. 9-cu mesajın “Orxan Atbulaq” adlı şəxs tərəfindən göndərildiyi müəyyən edilmişdir. Mesaja baxış keçirildikdə mesajda “******************...Z..R..A” yazıldığı, həmin mesajı xx.xx.2022-ci il tarixdə +**********00 saylı mobil nömrənin göndərməsi müəyyən edilmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd diskdə olan videogörüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Onun üzərində olan “Nokia” markalı mobil telefon götürülmüş və mobil telefonun üzərində ***-***-**-** saylı mobil nömrənin olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-in BİKİ-dən daxil olmuş “anten məlumatlarına dair” bir ədəd diskdən görünür ki, Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı nömrənin anten məlumatlarına əsasən o, xx.xx.2022-ci il tarixdə Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində olmuş, həmçinin ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarına əsasən Təqsirləndirilən şəxs2 da həmin tarixdə qeyd edilən ərazidə olmuşdur. Hər iki şəxsin istifadəsində olan mobil nömrələrin xx.xx.2022-ci il tarixdə olan anten məlumatlarına əsasən olduqları yer, Hacıqabul rayonu, Atbulaq kəndi və həmin yerin kordinatları üst-üstə düşür. "xxxx" ASC tərəfindən verilmiş Təqsirləndirilən şəxs1 məxsus 416973******4723 nömrəli kart hesabına dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 kart hesabına xx.xx.2022-ci il tarixdə 21 manat pul köçürülmüşdür. "xxxx" ASC tərəfindən təqdim edilmiş bir ədəd diskdə olan foto və videogörüntülərdən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs1 istifadəsində olan 416973******4723 nömrəli plastik kartdan bankomat vasitəsi ilə pul vəsaitləri çıxarmışdır. “Telefon məlumatları barədə CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus olan ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı nömrənin arasında xx.xx.2022-ci il tarixdə 4 dəfə telefon danışığı olmuş və həmin danışıq zamanı mobil nömrələrin anten dairələri Hacıqabul rayonu Atbulaq kəndi ərazisi olmuşdur. “Üzləşdirmədə dindirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir ki, onun istifadəsində olan mobil nömrəyə xx.xx.2022-ci il tarixdə zəng edib Kürdəmir rayonu, Sığırlı kəndində tanış adamın olduğunu və ona narkotik vasitə heroin lazım olduğunu bildirmiş, o isə onunla razılaşmışdır. Bundan sonra bank kartının nömrəsini onun telefonuna sms vasitəsi ilə atmış və həmin karta 21 manat pul köçürüldüyünü ona dedikdən sonra heroini Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində yaşıllaşdırma deyilən yerdə dirəyin yanına qoyduğunu demiş, sonra o, həmin narkotik vasitəni oradan götürüb Sığırlı kənd sakini Şahid2 vermişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7213 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7468 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannaboidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan (raportdan) görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroini hansı mənbədən əldə etməsi əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamış, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid2 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra 0,142 qram qalıq qalmış heroin maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 351.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzası 1 il sınaq müddəti ilə şərti tətbiq edilmişdir. Onun həmin məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Hacıqabul rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.2ci maddəsi ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Onun həmin məhkumluğu ödənilmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Atbulaq kənd İƏD tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 44 saylı arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 evli olmaqla himayəsində 3 yetkinlik yaşına çatmayan uşağı vardır. O, ailə üzvləri - 1988-ci il təvəllüdlü həyat yoldaşı X7, xx.xx.2009-cu il təvəllüdlü qızı X6, xx.xx.2010-cu il təvəllüdlü qızı X8 və xx.xx.2014-cü il təvəllüdlü oğlu X3 ilə birlikdə Hacıqabul rayonu Atbulaq kəndində yaşayır. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Atbulaq kənd İƏD tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə mənfi xarakterizə olunmuşdur. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Atbulaq kənd İƏD tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 43 saylı arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 evli olmaqla himayəsində bir yetkinlik yaşına çatmayan uşağı vardır. O, ailə üzvləri - 1978-ci il təvəllüdlü həyat yoldaşı X4 və xx.xx.2015-ci il təvəllüdlü oğlu X2 ilə birlikdə Hacıqabul rayonu Atbulaq kəndində yaşayır. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Atbulaq kənd İƏD tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə mənfi xarakterizə olunmuşdur. Hacıqabul Rayon Məhkəməsinin 4(071)-136/2022 saylı xx.xx.2022-ci il tarixli qərarınddan görünür ki, X5 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmışdır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023cü il tarixdə saat 21:30-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X1 azad edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək ifadəsində narkotik vasitənin satışı ilə məşğul olmadığını, Orxanın onun kartının kodunu kiməsə göndərməsindən, eləcə də kiminsə onun üçün onun kartına göndərilmiş pulu çıxarmasından məlumatının olmadığını bildirsə də, onun bu ifadəsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla təkzib olunur. Belə ki, cinayət işi üzrə digər Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı ifadələrində bir mənalı olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Asəf ona zəng edərək narkotik vasitə istəyən zaman o, əmisi Təqsirləndirilən şəxs1 zəng edərək bir nəfər tanışına heroin lazım olduğunu demişdir. Rahib onunla razılaşdıqdan sonra onun kartına 20 manat pulu heroin üçün, 1 manat pulu isə komissiya haqqı kimi vurdurmasını demişdir. Bundan sonra o, Asəfə zəng edərək ona mesajla Təqsirləndirilən şəxs1 kart nömrəsini göndərmişdir. Asəf deyilən məbləğdə pul vəsaitini karta göndərdikdən sonra onunla əlaqə saxlayaraq Hacıqabul rayonu, Atbulaq kəndinə gəlmişdir. Həmin vaxt o əmisi Rahibə zəng edərək kartına pulun gəlib-gəlmədiyini soruşmuş, Rahib isə ona 21 manat pulun karta gəldiyini, heroini kənd ərazisində yaşıllaşdırma deyilən yerdə olan dirəyin yanına qoyacağını, oradan götürməsini tapşırmışdır. Bundan sonra o, əmisinin dediyi yerə getmiş və orada dirəyin dibindən bir ədəd sellofan bükümdə olan heroini götürmüş və Atbulaq kəndi ərazisində Asəflə görüşərək üzərində olan sellofan bükümdə olan heroini Asəfə vermişdir. Həmin vaxt Asəf pulun göndərildiyi qəbzi ona göstərmiş, o isə Asəfə buna ehtiyacın olmadığını, özünün bu işdə heç bir qazancının olmadığını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 göndərdiyi kart hesabına 21 manat pul göndərdiyini, bundan sonra Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində Orxanla görüşərək ondan narkotik vasitə aldığını, aldığı narkotik vasitənin az bir hissəsini Orxana istifadə etməsi üçün verdiyini bildirmişdir. “Mobil telefona baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Şahid2 məxsus “Nokia” markalı mobil telefonun mesajlar bölməsinə baxış keçirildikdə mesajların birində Təqsirləndirilən şəxs1 məxsus bank hesabının nömrəsi – yəni, “******************...Z..R..A” yazılmış, həmin mesaj isə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrədən göndərilmişdir. Bundan başqa, məhkəmə istintaqında tədqiq edilmiş digər sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 məxsus olan ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı nömrənin arasında xx.xx.2022-ci il tarixdə 4 dəfə telefon danışığı olmuş və həmin danışıq zamanı mobil nömrələrin anten dairələri Hacıqabul rayonu Atbulaq kəndi ərazisi olmuşdur. Həmçinin, "xxxx" ASC tərəfindən verilmiş Təqsirləndirilən şəxs1 məxsus 416973******4723 nömrəli kart hesabına xx.xx.2022-ci il tarixdə 21 manat pul köçürülmüşdür. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs1 istifadəsində olan 416973******4723 nömrəli plastik kartdan bankomat vasitəsi ilə pul vəsaitlərini şəxsən özü məxaric etmişdir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Şahid2 narkotik vasitə almaq üçün Təqsirləndirilən şəxs2 müraciət etdikdən sonra, sonuncu əmisi Təqsirləndirilən şəxs1 zəng edərək bir nəfər tanışı üçün narkotik vasitə heroin lazım olduğunu demiş, bu zaman Təqsirləndirilən şəxs1 özünə məxsus bank kartına 21 manat pulun köçürülməsi müqabilində narkotik vasitəni sata biləcəyini bildirmiş, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 məxsus bank kartının nömrəsini Şahid2 göndərdikdən sonra, sonuncu həmin kart hesabına 21 manat pul köçürmüş və bu barədə Təqsirləndirilən şəxs2 məlumat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 pulun karta köçürülüb-köçürülmədiyini dəqiqləşdirmək üçün yenidən Təqsirləndirilən şəxs1la telefon vasitəsi ilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs1 pulun karta köçürüldüyünü təsdiq etdikdən sonra narkotik vasitəni qoyacağı yeri Təqsirləndirilən şəxs2 bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 narkotik vasitəni qoyulduğu yerdən götürərək Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində Şahid2la görüşərək narkotik vasitəni ona vermişdir. Həmin vaxt Şahid2 aldığı narkotik vasitənin az bir hissəsini istifadə etməsi üçün Təqsirləndirilən şəxs2 vermişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 narkotik vasitənin satışı ilə məşğul olmaması, Orxanın onun kartının kodunu kiməsə göndərməsindən, eləcə də kiminsə onun üçün onun kartına göndərilmiş pulu çıxarmasından məlumatı olmaması barədə verdiyi ifadələr iş üzrə tədqiq edilmiş digər mötəbər və bir-biriləri ilə uzlaşan sübutlarla ziddiyyət təşkil edir. Belə olan vəziyyətdə, məhkəmə təqsirləndirilən şəxsin bu ifadəsini mötəbər sübut kimi qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, təqsirləndirilən şəxslərə isnad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 8-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Həmin Qərarın 11-ci bəndində göstərilir ki, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. İşin faktiki halları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq özündə saxladığı narkotik vasitə heroini xx.xx.2022ci il tarixdə saat 15 radələrində Hacıqabul rayonu Atbulaq kəndində “Yaşıllaşdırma” deyilən ərazidə Təqsirləndirilən şəxs2 vasitəsi ilə Şahid2 satmış, həmin vaxt Təqsirləndirilən şəxs2 narkotik vasitənin satışından hər hansı maddi xarakterli mənfəəti olmamışdır. O, bu vasitəçiliyi hər hansı maddi mənfəət əldə etmək üçün deyil, əldə edilmiş narkotik vasitədən özünün də istehlak etmək məqsədi olduğuna görə etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin onlara isnad edilən cinayət əməllərini törətmələri məhkəmə iclasında tədqiq edilmiş özlərinin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdikləri ifadələr, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır (CM 59.1.4, 59.2). Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır (CM 59.1.4). Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə Təqsirləndirilən şəxs2 həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, əldə edib daşıyaraq saxladığı narkotik vasitənin şəxsi istehlak miqdarından cüzi miqdarda artıq olması, şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların isə müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəzanın təyin edilməsi və ya CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti tətbiq edilməsini əsaslandırmaq mümkün deyil və bu normaların tətbiq olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətinin mənfi xarakterizə olunması nəzərə alınmaqla, barəsində yalnız cinayət qanunu normasının sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəylərinə əsasən təqsirləndirilən şəxslərin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və müalicəyə ehtiyaclarının olması müəyyən olunduğundan, Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən onların barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübut kimi tanınmış 0,142 qram heroinin Şahid2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Kürdəmir rayon Məhkəməsinin 1(041)-96/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən məhv edilməsi nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlara dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən həyata keçirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi3 hər birinə münasibətdə işlədikləri Şirvan Regional Vəkil Bürosunun hesabına təqdim edilmiş hesabata uyğun olaraq pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 24 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Hacıqabul rayonun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 0,142 qram heroinin Şahid2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Kürdəmir rayon Məhkəməsinin 1(041)-96/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən məhv edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi3 və Müdafiəçi2 işlədikləri Şirvan Regional Vəkil Bürosunun hesabına hər bir müdafiəçiyə münasibətdə 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan edildiyi andan (Təqsirləndirilən şəxs1 münasibətdə isə ona təqdim edildiyi andan) 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X16
Məhkəmə qərarları › İş №1(071)-27/2023
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-27/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver