Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-27/2024 08.05.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Hacıqabul rayonu Abdulabad kəndində yaşayan, barəsində əvvəlcə “polisin nəzarəti altına vermə”, sonra isə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, özgəsinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd, əvəzsiz olaraq talamaq, yəni oğlurlamaq üçün 16 sentyabr 2023-cü il tarixdə saat 10 radələrində X4 məxsus Hacıqabul rayonu Abdulabad kəndi ərazisində yerləşən otlaq sahəsində otlayan xırdabuynuzlu heyvanların yanına gəlib heç kimin onu görmədiyinə tam əmin olduqdan sonra 300 manat dəyərində təmiz ət çəkisi 25 kq olan bir baş dişi cinsli və 400 manat dəyərində təmiz ət çəkisi 23 kq olan bir baş erkək cinsli xırdabuynuzlu heyvanları otlaq sahəsindən oğurlamış, Zərərçəkmiş şəxs1 ümumilikdə 700 manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, özgəsinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq təkrar oğurlamaq üçün xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Hacıqabul rayonu Abdulabad kəndində onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin yanına gəlib heç kimin onu görmədiyinə tam əmin olduqdan sonra sonuncuya məxsus fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub oradan ümumilikdə 150 manat dəyərində hər birinin içində 50 ədəd 2,5 metr uzunluqda istixana üçün nəzərdə tutulmuş məftil olan dörd ədəd bağlamanı oğurlamış, daha sonra isə həmin həyətdə yerləşən fərdi yaşayış evinin giriş qapısında olan şüşəni əli ilə sındırıb həmin yerdən fərdi yaşayış evinə qanunsuz olaraq daxil olmuş, yataq otağında yerləşən dolabın içərisinə qoyulmuş qızıl-zinət əşyalarının saxlanması üçün nəzərdə tutulmuş qabdan bir ədəd 600 manat dəyərində Rusiya Federasiyasında istehsal olunmuş, 585 əyarlı, üzəri sadə formalı qaşla bəzənmiş, 7 qram çəkidə olan qızıl üzüyü, həmin otaqla yanaşı yerləşən digər otaqda olan sandığın içərisindən 2000 manat nağd pulu oğurlamış, beləliklə Zərərçəkmiş şəxs2 məxsu ümumilikdə 2750 manat dəyərində qeyd olunan əmlakları yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrar oğurlamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, heç bir yerdə işləmədiyi üçün maddi problemləri olmuşdur. Onun azyaşlı əkiz övladlarının səhhətində problemlər olduğundan onların müalicəsi üçün pula ehtiyacı olmuşdur. 16 sentyabr 2023-cü il tarixdə saat 10 radələrində yaşadığı Hacıqabul rayonu Abdulabad kəndində küçədə xırdabuynuzlu heyvanların (qoyunların) otladığını görmüş, həmin vaxt otlayan qoyunlardan ikisini oğurlayıb satmaq qərarına gəlmişdir. O, iki baş qoyunu oğurlayacağı halda qoyunların sahibinin həmin iki baş qoyunun oğurlandığını başa düşməyəcəyini və qoyunların itdiyini hesab edəcəyini fikirləşmişdir. O, küçədə onu heç kimin görmədiyinə tam əmin olub yanında erkək balası olan bir ədəd ağ rəngli dişi qoyunu sürüdən seçib tutmuş və onları digər qoyunlardan aralayıb təxminən 100 metr uzaqlıqda özünə məxsus yurd yerinə aparmışdır. O, həmin bir baş dişi qoyunu və bir baş erkək quzunu yurd yerinə saldıqdan sonra onunla ot yığımında işləyən və eyni kənddə yaşayan tanıdığı Şahid2 onda olan ***- ***-**-** mobil nömrəsinə zəng etmişdir. Onun Şahid2 zəng etməsində məqsədi ondan xırdabuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olan şəxsin tanıyıb-tanımadığı soruşmaq olmuşdur. O, Şahid2 zəng edib qoyununun olduğunu və satmaq istədiyini bildirmişdir. O, Şahid2 xırdabuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olan şəxs tanıyıb-tanımadığını soruşmuş, Şahid2 ona atası X1 rayonu Mürsəlli kəndində Zaur adlı tanışının olduğunu və həmin şəxsin xırdabuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. O, Şahid2 Zaur adlı şəxsin mobil nömrəsini ona verməsini xahiş etmişdir. O, Zaur adlı şəxslə telefon əlaqəsi yaradaraq ona qoyun satmaq istədiyini bildirmişdir. Zaur adlı şəxs ondan həmin qoyunları neçəyə satmaq istədiyini soruşduqda, o, iki baş qoyunu 300 manata satmaq istədiyini bildirmişdir. Zaur onunla görüşüb qoyunlara baxmaq istədyini bildirdikdə o, qoyunları özünə məxsus Hacıqabul rayonu Abdulabad kəndində yerləşən yurd yerində saxladığını bildirmişdir. Təxminən bir saat sonra Zaur adlı şəxs tanıdığı Şahid2la birlikdə idarə etdiyi VAZ 21074 markalı avtomobillə onun yurd yerinə gəlmişdir. Zaur qoyunlara baxıb onları hansı qiymətə satmaq istədiyini soruşduqda o, həmin qoyunları 300 manata satmaq istədiyini bildirmişdir. Zaur onunla razılaşmamış və Şahid2la birlikdə oranı tərk edib getmişdir. Bir qədər sonra Zaur ona təkrar zəng etmiş və həmin qoyunlara 260 manat pul verə biləcəyini bildirmişdir. Ona pul lazım olduğu üçün Zaurla razılaşmış və bir qədər sonra Zaur onun yurd yerinə gələrək 260 manat pul vermiş, qoyunları isə avtomobilə qoyub aparmışdır. O, əldə etdiyi 260 manat pulu yaşadığı evə qoymuşdur. Bundan sonra o, Hikmət kimi tanıdığı, lakin əsl adı X7 olan çəpər qonşusuna məxsus fərdi yaşayış evinə və həyətyanı sahəyə daxil olaraq oradan oğurluq etmək qərarına gəlmişdir. O, Şirzad Kərimovun və onun həyat yoldaşı Zərərçəkmiş şəxs2 yaşadıqları evdə olmadıqlarını bildiyi üçün 20 sentyabr 2023-cü il tarixdə saat 02 radələrində yaşadığı evdən çıxıb öz həyətindəki çəpərdən Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə daxil olmuşdur. Həyəti axtarıb oradan hər birinin içərisində 50 ədəd 2,5 metr uzunluğunda istixana üçün nəzərdə tutulmuş məftil olan dörd bağlamanı götürüb çəpərdən yaşadığı evin həyətinə atmışdır. Sonra isə o, Zərərçəkmiş şəxs2 yaşadığı evin altında olan qaraja daxil olub orada olan taxta qapının şüşəsini çıxardıb kənara qoymuş və şüşəni çıxardığı yerdən evə daxil olmuşdur. Evə daxil olduqdan sonra əvvəl zala, daha sonra pilləkəndən sağda olan otağa daxil olmuşdur. O, otaqda sağda yerləşən dolabı açmış və orada rəfində dəmirdən hazırlanmış qab görmüşdür. Qabı açıb içərisinə nəzər saldıqda orada bir ədəd qızıl üzüyün olduğunu görmüş və üzüyü götürüb həmin vaxt əynində olan şalvarın cibinə qoymuşdur. Sonra digər otaqları axtarmağa başlamış, sağdan axırıncı otağa daxil olmuş və orada sandıq görmüşdür. Sandığın içərisinə nəzər saldıqda orada 2000 manat olan nağd pulun olduğunu görmüşdür. Pulu götürüb otaqdan çıxmış və evdə başqa heç bir dəyərli əşya tapmadığı üçün evi tərk edib getmişdir. Həmin gün saat 08 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı evdən oğurladığı qızıl üzüyü satmaq üçün Sabirabad rayonuna getmiş, Sabirabad rayonunda bazarın yaxınlığında bir neçə qızıl mağazalarına girib oğurladığı qızıl üzüyü satmaq istəmişdir. Orada işləyən üzdən tanıdığı şəxs üzüyü 400 manata almağa razı olduğunu bildirmiş, o, bununla razılaşıb üzüyü 400 manata həmin şəxsə satmışdır. Bir neçə gün sonra ona məlum olmuşdur ki, Şirzad Kərimovun bacısı oğlu Şahid3 dayısı Şirzad Kərimova məxsus evdən oğurluq olması barədə və Zərərçəkmiş şəxs1 iki baş qoyunun oğurlanması barədə şikayət etmişlər. Bundan sonra polis əməkdaşları onu Hacıqabul RPŞ-nə dəvət etmişlər. Polis şöbəsində olarkən törətdiyi cinayət əməllərini etiraf etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi zorakılıq hərəkətləri edilməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənildiyini bildirdi və onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, X7 onun həyat yoldaşıdır. Şirzad Kərimov hazırda Rusiya Federasiyasındadır. O, övladları ilə birlikdə Hacıqabul rayonu Abdulabad kəndində ailə üzvləri ilə birlikdə fərdi yaşayış evində yaşayır. Onun övladları ali məktəbə daxil olduqları üçün Bakı şəhəri Nəsimi rayonunda ünvanını dəqiq xatırlamadığı yerdə kirayə ev tutmuş və 08 sentyabr 2023-cü il tarixdə yaşadığı Hacıqabul rayonu Abdulabad kəndində yerləşən fərdi yaşayış evinin qapısını bağlayaraq övladları ilə birlikdə həmin evə getmişdir. O, övladlarının yanında qalmış və 23 sentyabr 2023-cü il tarixdə yaşadığı evə nəzarət etmək üçün Hacıqabul rayonu Abdulabad kəndində yerləşən fərdi yaşayış evinə qayıtmışdır. Evə gəlib ilk növbədə yaşadığı evin həyətinə nəzər salmış, həyətə nəzər saldıqda həyətdə olan hər birinin içində 50 ədəd 2,5 metr uzunluqda istixana üçün nəzərdə tutulmuş məftil olan dörd ədəd bağlamanın yerində olmadığını aşkar etmişdir. Sonra evin altında olan qaraja daxil olmuş və orada taxta qapının şüşəsinin sınmış vəziyyətdə olduğunu görmüşdür. Yaşadığı evə daxil olub otaqlara nəzər salmış, evin zal üçün nəzərdə tutulmuş yerində sağ tərəfdə birinci otağa nəzər saldıqda otağına girişində yerləşən dolaba baxmışdır. Dolabın içinə nəzər saldıqda orada dəmir qabda olan qaşlı üzüyün yerində olmadığını aşkar etmiş, sonra isə digər otaqlara nəzər salmış və otaqlardan birində olan sandığın üstünə yığdığı döşək və yorğanların dağılmış vəziyyətdə olduğunu görmüşdür. O, sandığa nəzər saldıqda orada qoyduğu 2000 manat nağd pulun yerində olmadığını aşkar etmişdir. Yaşadığı evdən və həyətdən oğurluq olduğunu başa düşmüş və oğurluq hadisəsi barədə əri Şirzad Kərimovun bacısı oğlu Şahid3 bildirib ona oğurluq hadisəsinin haradan baş verməsi və nəyin oğurlanması barədə tam məlumat vermiş və özü Bakı şəhərinə qayıdaraq Şahid3 Hacıqabul RPŞ-nə məlumat verməsini ondan xahiş etmişdir. O, həmçinin qeyd etmişdir ki, onun yaşadığı evdən bir ədəd təxminən 600 manat dəyərində 585 əyarında sadə qaşlı qadın üzüyü, 2000 manat nağd pul və 150 manat dəyərində hər birinin içində 50 ədəd 2,5 metr uzunluqda istixana üçün nəzərdə tutulmuş məftilin olduğu dörd ədəd bağlama oğurlanmışdır. O, qadın olduğu üçün Hacıqabul RPŞ-nə özü ərizə yazmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, o, yaşadığı evin həyətyanı sahəsində xırdabuynuzlu heyvan saxlayır. Onun təsərrüfatında 9 baş qoyun vardır. Onun qoyunları otarmağa vaxtı olmadığı üçün həmin heyvanları otlamaq üçün səhər saatlarında yaşadığı evin qarşısındakı küçəyə buraxır və heyvanlar bir qədər otladıqdan sonra onları özünə məxsus həyətyanı sahəyə salır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında özünə məxsus 9 baş qoyunu yaşadığı yaşadığı evin həyətyanı sahəsinin giriş darvazasının qarşısındakı küçəyə otlamaq üçün buraxmışdır. Həmin vaxt küçədə heç kim olmamışdır. İşləri olduğu üçün həmin gün qoyunlara nəzarət edə bilməmişdir. Yalnız axşam saatlarında qoyunları həyətə saldıqda 9 baş qoyundan 1 ədəd 3 yaşlı 25 kq çəkidə dişi, 1 ədəd 1 yaşlı 23 kq çəkidə erkək qoyunun olmadığını aşkar etmişdir. O, əvvəlcə qoyunların itdiyini hesab etmiş, bir neçə gün qoyunları axtarsa da, tapa bilməmişdir. Qoyunların oğurlanmasından şübhələnmiş və Hacıqabul RPŞ-nə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsi nəticəsində ona 700 manat ziyan dəymişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxslər barışdığını və təqsirləndirilən şəxslə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasın şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, X7 onun dayısıdır. Zərərçəkmiş şəxs2 dayısının həyat yoldaşıdır. X17 Rusiya Federasiyasındadır. Zərərçəkmiş şəxs2 isə hazırda Bakı şəhərində yaşayır. 23 sentyabr 2023-cü il tarixdə dayısı Şirzad Kərimovun arvadı Zərərçəkmiş şəxs2 Hacıqabul rayonu Atbulaq kəndində yerləşən evinə nəzarət etmək üçün gəlmiş və Zərərçəkmiş şəxs2 həyətə nəzər saldıqda həyətdə olan hər birinin içində 50 ədəd 2,5 metr uzunluğunda istixana üçün nəzərdə tutulmuş məftil olan dörd bağlamanın yerində olmadığını aşkar etmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 evin altında olan qaraja daxil olmuş və orada qarajdan evə gedən taxta qapının şüşəsinin sınmış vəziyyətdə olduğunu görmüşdür. Zərərçəkmiş şəxs2 yaşadığı evə daxil olub otaqlara nəzər salan zaman evdən qızıl üzüyün və 2000 manat pulun yerində olmadığını aşkar etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 yaşadığı evdən və həyətdən oğurluq edilməsini anlamış və bu barədə ona məlumat vermişdir. Zərərçəkmiş şəxs2 Bakı şəhərinə qayıtdığı üçün baş vermiş oğurluq hadisəsi barədə Hacıqabul RPŞnə məlumat verməsini ondan xahiş etmişdir. O, xx.xx.2023-cü il tarixdə polis şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Bundan sonra polis şöbəsində araşdırma aparılmış və məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 evindən oğurluq etmiş şəxs onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxsdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Vahib oğlu ifadəsində bildirdi ki, ailəsini dolandırmaq üçün uzun müddətdir ki, mal-qara alveri ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində istifadəsində olan mobil nömrəyə tanımadığı şəxs zəng edərək özünü Müasir kimi təqdim edib Hacıqabul rayonu Abdulabad kəndində yaşadığın, iki xırdabuynuzlu heyvanı olduğunu və həmin heyvanları satmaq istədiyini bildirmişdir. O, Müasir adlı şəxsdən onun mobil nömrəsini haradan öyrəndiyini soruşduqda həmin şəxs onun mobil nömrəsini tanıdığı Şahid2 verdiyini bildirmişdir. Şahid2 uzun müddətdir tanıyır. O, özünü Müasir kimi təqdim edən şəxsdən heyvanlara harada baxa biləcəyini soruşduqda, Müasir adlı şəxs ona bunun üçün yaşadığı Hacıqabul Abdulabad kəndinə gəlməyinin lazım olduğunu bildirmişdir. Həmin gün Müasir adlı şəxsin yaşadığı Hacıqabul rayonu Abdulabad kəndinə getmək qərarına gəlmiş, əvvəlcə Şahid2 zəng edib Müasir adlı şəxsi tanıyıb-tanımadığını soruşmuş, Şahid2 ona Müasiri tanıdığını və mobil nömrəsini ona verdiyini bildirmişdir. O, Şahid2 Abdulabad kəndinə gələcəyini və ondan Müasir adlı şəxsin yaşadığı evi ona göstərməsini xahiş etmişdir. Şahid2 onunla razılaşdıqdan sonra o, idarə etdiyi VAZ 21074 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abdulabad kəndinə gəlmişdir. Hacıqabul rayonu Abdulabad kəndində Şahid2la birlikdə Müasir adlı şəxsin heyvanları saxladığı yurd yerinə gəlmiş, orada Müasir adlı şəxs ona biri dişi, biri isə erkək olmaqla iki baş qoyunu göstərmiş və həmin qoyunları 300 manata satmaq istədiyini bildirmişdir. O, baha olduğu üçün Müasirlə razılaşmamış və çıxıb getmişdir. Yolda Müasir adlı şəxs ona zəng vuraraq qoyunları 260 manata satacağını bildirmiş və o, yenidən Müasirin evinə qayıdıb həmin qoyunları 260 manata Şahid2 yanında almışdır. O, həmin qoyunları bir neçə gün həyətində saxlamış, sonra isə İmişli bazarında tanımadığı şəxsə 340 manata satmışdır. Həmin heyvanların oğurluq olmasından məlumatı olmamışdır. Heyvanları alarkən Müasir adlı şəxs qoyunların ona məxsus olduğunu və ev tikdirdiyi üçün satdığını bildirmişdir. Hətta o, Şahid2 Müasirin necə şəxs olmasını soruşmuş, Şahid2 Müasiri tanıdığını və ona inanmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır, onlar eyni kənddə yaşayırlar. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***- ***-**-** mobil nömrəsindən zəng edərək xırdabuynuzlu heyvanının olduğunu bildirib ondan heyvan alqı-satqısı ilə məşğul olan şəxs tanıyıb-tanımadığını soruşmuşdur. O, Təqsirləndirilən şəxs atası X9 adlı dostunun Sabirabad rayonu Mürsəlli kəndində heyvan alqı-satqısı ilə məşğul olduğunu bildirmiş və Zaur adlı şəxsin mobil nömrəsini Təqsirləndirilən şəxs vermişdir. Bir neçə dəqiqə sonra Zaur ona zəng edərək Təqsirləndirilən şəxs ona zəng edib iki baş xırdabuynuzlu heyvanları satmaq istədiyini və Təqsirləndirilən şəxs olan heyvanlara baxmaq üçün kəndə gələcəyini bildirmişdir. Zaur ona Təqsirləndirilən şəxs yaşadığı evin yerini göstərməsini xahiş etmişdir. O, Zaurla razılaşmış və kəndə gələndə ona xəbər verməyini bildirmişdir. Təxminən bir saat sonra Zaur ona zəng edərək kəndə gəldiyini bildirmişdir. O, Zaurla özünün yaşadığı evin yanında görüşmüş və Zaurun idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs heyvanları saxladığı yurd yerinə getmişlər. Yolda olarkən Zaur Təqsirləndirilən şəxs necə bir insan olduğunu, satdığı qoyunların oğurluq olub-olmadığını ondan soruşmuş, o, Müasirlə yaxın münasibətinin olmadığını, lakin onun oğurluq edəcəyinə inanmadığını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs yurd yerinə gəldikdə o, biri dişi, digəri isə erkək olmaqla iki baş qoyunu Zaura göstərmiş və həmin heyvanları 300 manata satmaq istədiyini bildirmişdir. Zaur deyilən qiymətlə razılaşmamış və onlar oranı tərk edərək getmişlər. Zaur onu yaşadığı evin yanında düşürtmüşdür. Bundan təxminən 15 dəqiqə sonra Zaur ona yenidən zəng edərək Təqsirləndirilən şəxsla razılaşdığını bildirmiş və onunla birlikdə gedib qoyunları götürməkdə köməklik etməsini xahiş etmişdir. O, Zaurla razılaşmış və onlar yenidən Müasirin yurd yerinə gəlmişlər. X22 Xəlilova 260 manat pul vermiş və o, iki baş qoyunu Zaurun idarə etdiyi avtomobilə qoymaqda köməklik etmişdir. Sonra Zaur onu yaşadığı evin yanına gətirmiş, özü isə çıxıb getmişdir. Təqsirləndirilən şəxs Zaura satdığı heyvanların oğurluq olmasını yalnız polis əməkdaşları onu polis şöbəsinə çağırdıqdan sonra bilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. İbtidai araşdırma zamanı Şahid4 ifadəsində bildirmişdir ki, onun Sabirabad rayonu İ.İsgəndərov küçəsində özünə məxsus qızıl mağazası var. O, 4 ilə yaxındır ki, həmin qızıl mağazasında rəsmi olaraq işləyir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində adını sonradan bildiyi Təqsirləndirilən şəxs onun işlədiyi mağazaya gələrək bir ədəd qadın üzüyünü satmaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs nə səbəbə üzüyü satmaq istədiyini soruşmuş, Təqsirləndirilən şəxs övladının xəstə olduğu üçün pul lazım olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs sənəd təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmiş, bundan sonra o, Təqsirləndirilən şəxs onu aldatmadığına tam əmin olmuşdur. O, Təqsirləndirilən şəxs üzüyü alaraq xüsusi tərəzidə çəkmiş və üzüyün 6.16 qram olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs həmin üzüyə görə 380 manat pul verməyə hazırlaşmış, lakin Təqsirləndirilən şəxs xəstəsinin olduğunu bildirib 400 manat pul verməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs xahişini nəzərə alaraq ona 400 manat pul vermişdir. Təqsirləndirilən şəxs aldığı üzüyün qramını, ölçüsünü, aldığı tarixi və kimdən aldığını alqısatqı kitabında qeyd etmişdir. Təqsirləndirilən şəxs ona qızıl üzük satmasının təsdiqi üçün imza etməsini tələb etmiş, Təqsirləndirilən şəxs imza etdikdən sonra 400 manat pulu götürərək mağazanı tərk etmişdir. Bir gün sonra o, Təqsirləndirilən şəxs aldığı üzüyü Bakı şəhərində əritmək üçün qızıl alan şəxslərə satmışdır. O, həmin üzüyün oğurluq olmasından xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs1 etdiyi müraciətə əsasən “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Hacıqabul rayonu Abdulabad kəndində yaşayış evinin yaxınlığıdır. Həmin əraziyə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Zərərçəkmiş Şahid3 etdiyi müraciətə əsasən “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Hacıqabul rayonu Abdulabad kəndində vətəndaş X2 məxsus yaşayış evidir. Həmin əraziyə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:15-dən azadlığı faktiki məhdudlaşdırılmaqla, saat 20:35-də Hacıqabul RPŞ-nin inzibati binasında şübhəli şəxs qismində tutulmuşdur. “Baxış aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, üzərində qızıl və brilliantların alqı-satqı kitabı sözləri yazılmış kitabçaya baxış keçirilərkən aşağıdakılar müəyyən edilmişdir: kitabçanın 22-ci vərəqəsində “təhvil verən şəxs” bölməsində Təqsirləndirilən şəxs adı, pasport bölməsində xxxxxxx, AA******* nömrələri yazıldığı, malın adı bölməsində üzük, ölçü vahidi bölməsində 6,96-016, sayı bölməsində 1, alış qiyməti bölməsində 400 manat sözlərinin yazılmış olduğu görünür. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrlə ona ittiham elan edilmişdir. “Tutulmuş şəxsin azad edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə müvəqqəti saxlama yerindən azad edilmiş və “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək 50 ədəd 2,5 metr uzunluğunda istixana üçün nəzərdə tutulmuş məftil olan dörd ədəd bağlama götürülmüşdür. “Əşyanın maddi sübut kimi tanınması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Zərərçəkmiş şəxs2 məxsus 50 ədəd 2,5 metr uzunluğunda istixana üçün nəzərdə tutulmuş məftil olan dörd ədəd bağlama maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrini bir daha təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Hacıqabul rayonu İHB-nın Abdulabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Hacıqabul rayonu İHB-nın Abdulabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Xəlilov X6 rayonu Abdulabad kəndində ailə üzvləri – həyat yoldaşı X8, övladları – 2018-ci il təvəllüdlü X10, 2018-ci il təvəllüdlü X11, 2022-ci il təvəllüdlü X12 ilə birlikdə yaşayır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli ********* saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların və malların 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 987,50 manat müəyyən edilir. O cümlədən: Zərərçəkmiş şəxs1 məxsus – 3 yaşlı 25 kq dişi qoyun – 170 manat Zərərçəkmiş şəxs1 məxsus – 1 yaşlı 23 kq erkək qoyun – 210 manat Zərərçəkmiş şəxs2 məxsus – 2,5 metr uzunluğunda olan istixana üçün nəzərdə tutulmuş məftil 50 ədədi – 12.5 manat Zərərçəkmiş şəxs2 məxsus – Rusiya Federasiyasında istehsal olunmuş, 585 əyarlı, üzəri sadə formalı qaşla bəzədilmiş, 7 qram çəkidə olan qızıl üzük – 595 manat Zərərçəkmiş şəxs Rəcəbova X5 RPŞ-nə ünvanladığı ərizədən görünür ki, cinayət nəticəsində ona vurulmuş maddi zərər təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 Hacıqabul RPŞ-nə ünvanladığı ərizədən görünür ki, cinayət nəticəsində ona vurulmuş maddi zərər təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Hacıqabul rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Hacıqabul RPŞ-dən daxil olmuş 3-13-78/2-5824/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Cinayət işinin materiallarından görünür ki, oğurlanmış əmlakın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən qeyd edilmiş dəyəri ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən dəyəri arasında ziddiyyət mövcuddur. Belə ki, Zərərçəkmiş şəxs1 münasibətdə oğurlanmış əmlakın dəyəri ekspert rəyində 380 manat göstərilsə də, zərər çəkmiş şəxs tərəfindən həmin əmlakın dəyəri 700 manat göstərilmişdir. Məhkəmə hesab edir ki, ekspertiza rəyində oğurlanmış xırdabuynuzlu heyvanların qiyməti müəyyən edilərkən birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan və reklam mənbələrindən istifadə edildiyinə, zərər çəkmiş şəxs isə oğurlanmış əşyanın dəyərini hər hansı rəsmi mənbələrdən istifadə etmədən təxmini qiymətləndirdiyindən, oğurlanmış xırdabuynuzlu heyvanların dəyəri müəyyən edilərkən ekspertiza rəyində göstərilən ümumi qiymət, yəni 380 manat əsas götürülməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdildiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Plenum Qərarının 17-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Plenum Qərarının 18-ci bəndinə əsasən şəxs tövsifedici əlamətlər olmadan özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Plenum Qərarının 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Plenum Qərarının 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin tamah niyyəti ilə oğurluq cinayət əməlini törətməsi özünün etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Onun qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərə dəymiş maddi zərəri tamamilə ödəməsini, yaşayış yerində müsbət xarakterizə edilməsini, himayəsində azyaşlı uşaqların olmasını, ilk dəfə məhkum olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır (59.1.4, 59.1.12, 59.1.13, 59.2). Onun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında iki növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından mövcud vəziyyətdə ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Bundan başqa, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzalarını yüngülləşdirən halların olması və cəzalarını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsaən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır İş üzrə materiallardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdən barəsində seçilmiş həbs qətimkan tədbirinin icrası başlamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan əlavə, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 baş qoyunun və 2,5 metr uzunluğunda olan istixana üçün nəzərdə tutulmuş 50 ədəd məftilin qanuni sahiblərinə qaytarılması, oğurlanmış 2000 manat pul və 595 manat dəyərində olan 7 qram çəkidə olan qızıl üzüyə münasibətdə isə zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödənilməsi nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlara dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 2 gün müddət və həbsdə saxlanıldığı 1 ay 15 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulmanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 3 ay 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından azad edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 02 baş qoyunun və 2,5 metr uzunluğunda olan istixana üçün nəzərdə tutulmuş 50 ədəd məftilin qanuni sahiblərinə qaytarılması, oğurlanmış 2000 manat pul və 595 manat dəyərində olan 7 qram çəkidə olan qızıl üzüyə münasibətdə isə zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödənilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-27/2024
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-27/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver