Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-28/2022 15.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Hacıqabul rayonu İİ Udullu Bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1959-cu ildə Şamaxı rayonu 2-ci Udulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada avtobus sürücüsü işləyən, məhkumluğu olmayan, Hacıqabul rayonu 2-ci Udulu kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin may aylarında Hacıqabul rayonu İİ-ci Udullu Bələdiyyəsinə məxsus kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi (örüş kateqoriyalı torpaq sahəsi) 0,33 ha torpaq sahəsini qanuni əsas və müvafiq icazə hüququ olmadan ətrafını dəmir torla hasarlayıb özbaşına tutmuş, mülkiyyətçinin razılığı olmadan şumlayıb orada nar cubuqları əkib becərməklə həmin torpaq sahəsi üzərində qanula müəyyən edilmiş mülkiyyət hüququnu pozmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 188-cü maddəsi ilə elan olunmuş ittihamda qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, Hacıqabul rayonu İİ Udullu kəndində daimi qeydiyyatda olmaqla yaşayır. Özünə məxsus olan avtobusla fərdi qaydada sərnişin dayır və ailəsinin maddi təminatını ödəyir. 2021-ci ilin may ayının əvvəllərində nar mövsümü ilə əlaqədar olaraq həyətyani sahə götürüb nar ağacları əkmək məqsədi ilə Hacıqabul rayonu İİ Udullu bələdiyyəsinə müraciət etmişdir. İİ-ci Udullu Bələdiyyəsi ona həyətyanı torpaq sahəsi vermək üçün boş torpaq sahəsi olmadığını bildirmişdir. O, İİ Udullu kəndi ərazisində, çayın sahilində, dədə-baba torpaq sahəsinin olduğunu və gedib həmin ərazini hasarlayacağını bələdiyyəyə bildirmişdir. Həmin vaxtı o, İİ Udullu kəndi ərazisində, çayın sahilində 0,33 ha torpaq sahəsini dəmir torla hasara almış və əraziyə 100 ədəd kiçik nar çubuğı əkmişdir. Həmin nar çubuqlarından 7 ədədi bitmiş, qalan 93 çubuq isə qurumuşdur. 18.06.2021-ci il tarixdə həmkəndlisi Şahid3 pay torpaq sahəsi onun hasara aldığı yerdən arxa hissədə yerləşdiyi üçün ondan yol istəmişdir. O, Ramizə avtomobil getməsi üçün 3 metr enində yol vermişdir. Lakin Ramiz ondan malqara aparmaq üçün əlavə yol istədikdə o, buna razı olmamışdır. 30.06.2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinin və Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin Şirvan Layihə Tədqiqat İdarəsinin əməkdaşları əraziyə gəlib baxış keçirildikdə ona məlum olmuşdur ki, Ramiz ondan şikayət edib. Bundan sonra ona məlum olmuşdur ki, dəmir torla hasarladığı və nar çubuqları əkdiyi ərazi İİ-ci Udullu Bələdiyyəsinin balansında olan örüş və otlaq sahəsidir. O, bu torpaq sahəsinin örüş yeri olmasını bilməmişdir. Əgər bilsəydi, ərazini hasara almazdır. Hazırda torpaq sahəsində olan metal toru söküş və torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmaqla, Hacıqabul rayon İİ-ci Udullu kənd Bələdiyyəsinə təhvil verilmişdir. Törətdiyi əməldən peşman olmuşdur. Onun ailəli olmasını, 63 yaşı olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs Hacıqabul rayon İİ Udullu kənd Bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, Hacıqabul rayonu İİ Udullu kəndində qeydiyyatda olmaqla yaşayır. 2015-ci ildən Hacıqabul rayon İİ Udullu kənd Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Şahid3 və Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Onun Qurban və Ramiz ilə arasında heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2021-ci ilin may ayında Təqsirləndirilən şəxs Hacıqabul rayonu İİ Udullu kəndi ərazisində yerləşən İİ-ci Udullu Bələdiyyəsinin mülkiyyətində olan 0,33 ha torpaq sahəsini dəmir torla hasara alıb, qeyd olunan torpaq sahəsinə nar kolları əkmişdir. 18.06.2021-ci il tarixdə Ramiz və Qurban arasında yol səbəbindən mübahisə olmuş və bu səbəbdən Şahid3 torpaq sahəsini zəbt etməsi barədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İqtisadiyyat yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 193 çağrı mərkəzinə məlumat vermişdir. 30.07.2021-ci il tarixdə günorta saatlarında Azərbaycan Respublikasının İqtisadiyyat yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları qeyd edilən əraziyə gəlib sənədləşmə işləri aparıb akt tərtib etdikdən sonra oda həmin akta imza etmişdir. Hazıırda Təqsirləndirilən şəxs torpaq sahəsini əvvəlki vəziyyətinə qaytarmış və bələdiyyənin istifadəsinə və sahibliyinə vermişdir. Hacıqabul rayon İİ Udullu kənd Bələdiyyəsinin Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və iddia tələbi yoxdur. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ƏMDX-nin Şirvan ərazi şöbəsinin baş məsləhətçi-müfəttiş işləyir. Hacıqabul rayon İİ Udulu kəndində daimi qeydiyyatda olmaqla yaşayan Şahid3 Azərbaycan Respublikasının İqtisadiyyat yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 193 çağrı mərkəzinə daxil olmuş 18.06.2021-ci il tarixli müraciəti ilə əlaqədar olaraq 30.06.2021-ci il tarixdə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin Şirvan Layihə Tədqiqat İdarəsində texnik vəzifəsində işləyən Şahid2, ƏMDX-nin Şirvan ərazi şöbəsinin aparıcı məsləhətçimüfəttişi X2, İİ Udulu Bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs Əmrah oğlu, Hacıqabul rayonu İİ Udulu kəndində daimi qeydiyyatda olmala yaşayan Şahid4 iştirakı ilə ərazidə araşdırma işləri aparmışlar. Araşdırma işləri TEKUİS proqramında istifadə edərək, ərazinin kordinatlarını dəqiqləşdirilərək araşdırılmış və qeyd olunan ərazinin baza xəritə materiallarında bələdiyyənin ehtiyat fondu torpaqlarında örüş sahəsi olduğu məlum olmuşdur. Qeyd edilən kordinatlarda torpaqdan istifadə ilə bağlı Təqsirləndirilən şəxs mülkiyyət, icarə və istifadəyə dair heç bir hüquqi sənədi olmadığı müəyyən olunmuş və eyni zamanda xəritə materilları ilə müqayisə edilərək, qeyd olunan ərazidə baza xəritə materillarına əsasən heç bir hüquq müəyyən edici sənədin qeydiyyatı aşkar edilməmişdir. Bundan əlavə olaraq torpaqdan istifadəyə dair Təqsirləndirilən şəxs heç bir sənəd təqdim etməmişdir. Bunun torpaq qanunverciliyinin tələblərinə uyğun olmadığını vətəndaş Təqsirləndirilən şəxs izah etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs İİ Udulu bələdiyyəsinin EFT örüş sahəsində heç bir hüquqi sənədi olmadan 0,33 ha torpaq sahəsini zəbt edərək, metal məftillə hasara aldığı və nar cubuqları əkməsini müəyyən etmişlər. Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə verdi. Şahid3 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, o, Hacıqabul rayonu 2-ci Udullu kəndində daimi qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs onunla həmkəndli olmaqla yanaşı qonşudur. Onunla arasında heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. O, Hacıqabul rayonu 2-ci Udullu kəndində 70 sot pay torpaq sahəsində nar ağacları əkmiş, yerdə qalan 80 sot yerdə isə arpa əkmişdir. Onun torpaq sahəsinin yanında həmkəndlisi Təqsirləndirilən şəxs özünə məxsus 0,33 ha torpaq sahəsini dəmir torla hasara alaraq həmin əraziyə nar cubuqları əkmişdir. Qurban həmin ərazini hasarlayaraq, onun öz torpaq sahəsinə getməsi üçün ona gediş-gəliş yolu vermədiyinə görə, aralarında narazılıq olmuş və razılığa gələ bilməmişlər. Bu səbəbdən o, 18.06.2021-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 193 çağrı mərkəzinə şikayət etmişdir. 30.06.2021-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları, ƏMDX-nin Şirvan ərazi şöbəsinin, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin Şirvan Layihə Tədqiqat İdarəsinin əməkdaşları, Bələdiyyənin və həyat yoldaşı Aygün Rufullayevin iştirakı ilə həmin əraziyə baxış keçirilərək akt tərtib edilmişdir. Həmin vaxdı o, işdə olduğu üçün orada iştirak edə bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 08.07.2021-ci il tarixli **********45 №-li məktubla Diaxili İşlər Nazirliyinə müraciət edərək bildirmişdir ki, Hacıqabul rayonu ikinci Udullu bələdiyyəsinin mülkiyyətində aid torpaq sahələrinin qanunsuz istifadə edilməsi barədə kənd sakini Şahid3 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 193 Çağrı Mərkəzinə daxil olmuş 18.06.2021-ci il tarixli müraciətində qaldırlan məsələ Şirvan ərazi şöbəsinin işçiləri tərəfindən araşdırlarkən kənd sakini Təqsirləndirilən şəxs tərəfindən bələdiyyə mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı 0,33 hektar torpaq sahəsinin metal torla hasarlanaraq nar bağının salındığı müəyyən edilmişdir. Torpaq qanunvericiliyinin tələbləri pozulduğuna görə toplanmış materiallar müvafiq tədbir görülməsi üçün DİN-nə göndərilmişdir. Azərbaycan Respublikası Hacıqabul rayon ikinci Udullu bələdiyyəsinin 24.08.2021-ci il tarixli 64 №-li məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs zəbt etdiyi ərazi Hacıqabul rayon ikinci Udullu bələdiyyəsinin kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə (örüş kateqoriyalı torpaq sahəsi) aiddir. Torpaq Məcəlləsinin 12-ci maddəsinin 3-cü bəndinə əsasən kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 04.12.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan rəsmi sənədlərlə Təqsirləndirilən şəxs 2021-ci ilin may aylarında Hacıqabul rayonu İİ Udullu Bələdiyyəsinə məxsus kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi (örüş kateqoriyalı torpaq sahəsi) 0,33 ha torpaq sahəsini qanuni əsas və müvafiq icazə hüququ olmadan ətrafını dəmir torla hasarlayıb özbaşına tutmuş, mülkiyyətçinin razılığı olmadan şumlayıb orada nar cubuqları əkib becərməklə bələdiyyənin həmin torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ailəli olmasını, sürücülük etməklə fərdi qaydada əməklə məşğul olmasını, aidə yeganə qazanc gətirən şəxs olmasını, 63 yaşı olmasını, torpaq sahəsini boşaldaraq bələdiyyəyə təhvil verməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmadığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməyi məqsədə müvafiq hesab edir. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hacıqabul rayonu İİ Udullu Bələdiyyəsinə məxsus kənd təsərrüfatlı təyinatlı (örüş kateqoriyalı torpaq sahəsi) 0,33 ha torpaq sahəsinin mülkiyyətçisi Hacıqabul rayonu İİ Udullu Bələdiyyəsinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin, ona 06 (altı) ay sınaq müddəti təyin edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya idarəsinə (şöbəsinə) həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən yaşayış yeri üzrə probasiya idarəsinə (şöbəsinə) məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hacıqabul rayonu İİ Udullu Bələdiyyəsinə məxsus kənd təsərrüfatlı təyinatlı (örüş kateqoriyalı torpaq sahəsi) 0,33 ha torpaq sahəsinin mülkiyyətçisi Hacıqabul rayonu İİ Udullu Bələdiyyəsinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 saata görə 180 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 manat olmaqla, cəmi 300 (üç yüz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-28/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-28/2022
15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver