Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-28/2023 06.03.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X4 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1995-cı ildə Qazax rayonu Canallı kəndinda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi sürüjü işləyən, Qazax rayonu, Janallı kəndində qeydiyyatda olan, Şirvan şəhəri, Leytenant İbrahimov küçəsi ev 1-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 18 noyabr 2022-ci il tarixdə saat 23 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş və idarə etdiyi «Toyota Prius» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən 87-ci kilometrliyində Qazax rayonu istiqamətində hərəkətdə olan zaman piyada X2 vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs sol tərəfli alın-təpə sümüklərinin basılmış sınıqları, kəllədaxili epidural hematoma, sol alın payının dərialtı hematoması, sağ dirsək oynağının ön səthinin əzilmiş-jırılmış yarası, sağ pəncə üzərinin sıyrığı, sol diz oynağının yan səthinin sıyrığı kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, O, xx.xx.2022-ci il tarixdə idarə etdiyi «Toyota Prius» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Şirvan şəhərinə getmək üçün Bakı-Qazax-Gürcüstan avtomobil yoluna çıxıb Qazax şəhəri istiqamətində hərəkətə başlamışdır. Hərəkətdə olarkən avtomobil texniki cəhətdən saz olmuşdur. O, Bakı-Qazax yolu ilə avtomobili saatda 80-90 km/saat surətlə idarə edərək saat 23 radələrində Hacıqabul rayonu ərazisinə çatmışdır. Avtomobili yolun soldan birinci hərəkət zolağı ilə saatda 80 km/saat surətlə idarə edən zaman təxminən 20-30 metrdən bir nəfər piyada kişinin yolu sağa doğru keçdiyini görmüşdür. Bu zaman sükanı sağa döndərib tormoz vermişdir. Həmin piyada kişi də sağa tərəf qaçdığı üçün avtomobilin qabaq hissəsi piyadaya dəymişdir. O, dərhal avtomobili saxlayıb həmin piyadaya doğru gedib onu yerdən qaldırıb öz avtomobilinə qoyub xəstəxanaya aparmışdır. Daha sonra özü hadisə yerinə qayıtmış, hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. Hadisənin baş verməsində yalnız onun deyil, zərər çəkmiş şəxsin də təqsiri olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxs bu barədə notariusda təstiq olunmuş ərizə təqdim etmişdir. Sonda təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş zərəri ödədiyini bildirərək, onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi elan edilməklə tədqiq edilmişdir. Zərər çəkmiş şəxs ifadəsində bildirmişdir ki, 18 noyabr 2022-ci il tarixdə Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir və həmin hadisə nəticəsində ağır bədən xəsarəti almışdır. Həmin gündən sonra xeyli xəstəxanada yatmış və çoxlu müalicələr almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 343 nömrəli rəyindən görünür ki, tibbi müayinə zamanı Zərərçəkmiş şəxs sol tərəfli alın-təpə sümüklərinin basılmış sınıqları, kəllədaxili epidural hematoma, sol alın payının dərialtı hematoması, sağ dirsək oynağının ön səthinin əzilmiş-çırılmış yarası, sağ pəncə üzərinin sıyrığı, sol diz oynağının yan səthinin sıyrığı xəsarətləri müəyyən edilmiş, həmin xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 13 dekabr 2022-ci il tarixli, 8/3345 nömrəli rəyindən məlum olur ki, «Toyota Prius» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə Zərərçəkmiş şəxs alkoqol sərxoşluq vəziyyətində olması müəyyən edilmişdir. BDYPİ Qİİ-dən alınmış xx.xx.2022-ci il tarixli 016-158582-1222 №-li məktubla müəyyən edilmişdir ki, DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin kompyuter uçot bazasında xx.xx.1995ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə AB seriyalı 546129 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Adı çəkilən şəxsə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2022-ci il tarixdə tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixlə 1(032)-249/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri 1 saylı notarial kontorunda təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını, ona dəymiş zərərin Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1-1 və ya 263.1-1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 39, 43, 321, 346-347, 356, 358-ci və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və onun barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X1, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********) hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(071)-28/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-28/2023
06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver