Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-28/2024 14.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Sabirabad rayonu Suqovuşan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Sabirabad rayonu Suqovuşan kəndində daimi qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib qeydiyyat şəhadətnaməsi ilə anası X4 məxsus olan və etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz C180” minik markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayıb Hacıqabul rayonu Qarasu kəndinə daşımış, 24 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Qarasu kəndində idarə etdiyi avtomobillə birlikdə saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və idarə etdiyi avtomobilə baxış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib avtomobildə saxlamaqla daşıdığı 1 ədəd kağız bükülüdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 21,74 qram miqdarda narkotik tərkibli qurudulmuş marixuana həmin avtomobilin arxa saxlanc yerində ehtiyat təkər saxlamaq üçün nəzərdə tutulmuş hissədən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, bir ilə yaxındır narkotik vasitədən istifadə edir. Əsasən “nəşə” kimi tanıdığı narkotik vasitədən istifadə edir. Fərdi əməklə məşğul olur, həmçinin sifarişlər olduqda idarə etdiyi traktorla yer şumlayıb çörək pulu qazanır. Təxminən 10 gün əvvəl idarə etdiyi traktorla yaşadığı Sabirabad rayonu Suqovuşan kəndində yerləşən çöl torpaq sahəsini şumlayarkən sahənin kənarında 1 ədəd qəhvəyi rəngli kağız bükülünün olduğunu görmüşdür. Həmin bükülü onun diqqətini cəlb etdiyi üçün yaxınlaşaraq götürmüşdür. Kağız bükülünü açıb içərisinə baxan zaman orada əvvəllər istifadə etdiyi qurudulmuş marixuana olduğunu görmüşdür. Ətrafda heç kimin olmadığını görüb tapdığı qurudulmuş qurudulmuş marixuananı istifadə etmək üçün cibinə qoymuş və sahədən uzaqlaşmışdır. Bundan sonra tapdığı narkotik vasitə qurudulmuş marixuananı qeydiyyat şəhadətnaməsi ilə anası X4 məxsus olan etibarnamə ilə idarə etdiyi “Mersedes Benz C180” minik markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamaq məqsədilə yaşadığı evin yaxınlığına avtomobil dayandırdığı yerə gəlmişdir. Sahədən taparaq üzərində saxladığı kağız bükülüdə olan qurudulmuş marixuananı avtomobilin arxa saxlanc yerində ehtiyat təkər saxlamaq üçün nəzərdə tutulmuş hissədə kağız qutunun içərisinə qoymuşdur. Daha sonra bir neçə dəfə tapdığı marixuanadan götürüb istifadə etmişdir. Son 4-5 gün ərzində Hacıqabul rayonu Qarasu kəndi ərazisində qaz xəttinin çəkilməsi ilə bağlı idarə etdiyi traktorla müvəqqəti olaraq müxtəlif işlər görmüşdür. Yaşadığı Sabirabad rayonu Suqovuşan kəndi uzaq olduğundan Hacıqabul rayonu Qarasu kəndində bacısının yaşadığı evdə gecələmişdir. 24 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində bacısının yaşadığı evdə olan zaman bacısı X3 Nəhmədova onlarla birlikdə yaşayan qaynanasının təqaüd kartını verərək kart hesabına köçürülən pulu çıxarmağı və ev üçün ərzaq almağı tapşırmışdır. O, həmin vaxt Şahid4 idarə etdiyi avtomobillə gedib gəlməyi təklif etmişdir. Elşən onunla razılaşmış və onlar idarə etdiyi “Mersedes Benz C 180” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilnə əyləşib Hacıqabul rayonu Muğan kəndində bankomatın quraşdırıldığı yerə doğru hərəkət etmişlər. Hacıqabul rayonu Qarasu kəndinin ərazisində hərəkət edən zaman mülki geyimdə olan tanımadığı şəxslərin idarə etdiyi avtomobili dayandırmasını işarə etdiklərini görmüşdür. O, avtomobili dayandıran zaman həmin mülki geyimdə olan şəxslər ona doğru yaxınlaşaraq Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə, üzərində və avtomobildə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərində şəxsi axtarış və avtomobilə baxış keçirilməsi üçün əlverişli şəraitin olmadığını görüb onlarla birlikdə polis şöbəsinə gəlməsini bildirmişlər. Polis şöbəsinə getdikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan və özünü Hacıqabul rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Mübaşir Heybətov kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində və avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona izah edib yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və vəkil X8 onun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərində aparılacaq şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmiş, bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə təhqiqatçı məlumat vermişdir. Təhqiqatçı ondan üzərində və avtomobildə qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşyanın olub-olmadığını soruşmuş, olduğu təqdirdə həmin maddələrin təhvil verməsini təklif etmişdir. O, üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın, maddənin olmadığını, lakin idarə etdiyi avtomobildə “nəşə” kimi tanıdığı qurudulmuş marixuananın olduğunu bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, lakin qadağan olunmuş hər hansı əşya, predmet aşkar edilməmişdir. Bununla əlaqədar protokol tərtib edilmiş və imzalarla həmin protokolu təsdiq etmişlər. Daha sonra ərizə ilə müraciət edərək idarə etdiyi “Mersedes Benz C 180” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə polis şöbəsinin inzibati binasının həyətində avtomobilə baxış keçirilmişdir. Baxış zamanı video çəkilişdən istifadə edilmişdir. Təhqiqatçı Mübaşir Heybətov ona avtomobildə qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa təqdim etməsini təklif etmişdir. O, avtomobilin arxa saxlanc yerində ehtiyat təkər saxlamaq üçün nəzərdə tutulmuş hissədə kağız qutunun içərisində saxladığı “nəşə” kimi tanıdığı narkotik vasitə marixuananın olduğunu bildirmişdir. Bundan sonra o, avtomobilin arxa saxlanc yerini açmış və avtomobilin arxa saxlanc yerində ehtiyat təkər saxlanılan hissəyə baxış keçirilən zaman 1 ədəd qəhvəyi rəngli kağıza bükülmüş narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş bükülü elektron tərəzidə çəkilmiş və çəkisinin 29,75 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmiş və tərəflər onu imzalamışlar. Bundan sonra təhqiqatçı həmin kütlənin nə olması və nə məqsədlə üzərində gəzdirməsi barədə ona şifahi sual vermiş, o, həmin kütlənin narkotik vasitə marixuana olduğunu, Sabirabad rayonu Suqavuşan kəndi ərazisində çöl torpaq sahəsindən tapdığını və şəxsi istifadəsi üçün avtomobilin arxa yük yerinə qoyduğunu bildirmişdir. Onuda bildirmişdir ki, avtomobildə olan sərnişin Şahid4 avtomobilindən aşkar olunmuş ona məxsus narkotik vasitədən ümumiyyətlə xəbəri olmamışdır. Həmin narkotik vasitə aşkar edildikdən sonra Şahid4 onun narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Bundan sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş və imzalarla həmin protokolu təsdiq etmişlər. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, fərdi əmək fəaliyyəti ilə məşğul olub çörək pulu qazanır. Belə ki, kənd ərazisində müxtəlif tikinti işləri görür. Təqsirləndirilən şəxs əvvəldən tanıyır. Təqsirləndirilən şəxs onun dayısıdır, aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs bir neçə gündür ki, yaşadığı Hacıqabul rayonu Qarasu kəndi ərazisində idarə etdiyi traktorla qaz xətinin çəkilməsinə kömək etdiyindən müvəqqəti olaraq onlarla birlikdə Qarasu kəndində yaşayır, arabir isə Sabirabad rayonu Suqovuşan kəndində yerləşən evinə gedir. xx.xx.2023-cü il tarixdə saat 23 saatlarında Təqsirləndirilən şəxsla birlikdə evdə olan zaman anası Sədaqət Nəhmədova onlarla birlikdə yaşayan nənəsi Quba Nəhmədovaya məxsus olan təqaüd kartını ona verərək nənəsinin təqaüdünün hesaba köçürüldüyünü buna görə də, həmin pulu çıxarıb evə lazım olan bir neçə ərzağı almağı tapşırmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxsla birlikdə idarə etdiyi “Mersedes Benz C 180” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə əyləşib Hacıqabul Muğan kəndinin mərkəzində quraşdırılmış bankomatdan pul çıxarmaq məqsədilə həmin kənd istiqamətinə doğru hərəkət etməyə başlamışlar. Yaşadığı Qarasu kəndində hərəkətdə olan zaman mülki geyimdə olan şəxslər Təqsirləndirilən şəxs avtomobili dayandırmasını işarə etmişlər. Təqsirləndirilən şəxs avtomobili dayandıran zaman həmin müki geyimdə olan şəxslər Təqsirləndirilən şəxs yaxınlaşaraq Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Onlar Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişdirlər. Bundan sonra polis əməkdaşları baxış keçirilməsi və üzərinə şəxsi axtarış aparılması üçün əlverişli şərait olmadığını görüb onlarla birlikdə Hacıqabul rayon polis şöbəsinə gəlməklərini bildirmişdirlər. Onlar Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə polis şöbəsinə gəlmişdirlər. O, polis şöbəsində bir qədər gözlədikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi minik avtomobilində narkotik vasitə olan marixuananın olduğunu öyrənmişdir. Onun Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş narkotik vasitədən xəbəri olmamış, həmçinin narkotk vasitədən heç vaxt istifadə etməmişdir. Polis əməkdaşları ona və Təqsirləndirilən şəxs yaxınlaşan zaman onlara qarşı heç bir zorakılıq hərətkərləri etməmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Abasxan oğlu ifadəsində bildirdi ki, o, Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 24 oktyabr 2023-cü il tarixdə Sabirabad rayonu Suqovuşan kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Abasqulu oğlunun qanunsuz olaraq üzərində narkotik vasitələrin üzərində saxlaması və idarə etdiyi “Mersedes Benz C 180” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. 24 oktyabr 2023-cü il tarixdə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə, eləcə də, Sabirabad rayonu Suqovuşan kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Abasqulu oğlunun əldə etdiyi narkotik vasitənin mənbəyinin ifşa edilməsi, üzərində şəxsi axtarış və idarə etdiyi avtomobildə baxış aparılması ilə əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçiriməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul Rayon Polis Şöbəsinin rəisinin əmri ilə ondan Hacıqabul RPŞ-nin İTB-nin sahə polis nəfərləri Şahid3 və Şahid2 Rəfail oğlundan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra verilən məlumata əsasən Hacıqabul rayonu Qarasu kəndi ərazisində əməliyyat tədbiri qurulmuşdur. 24 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz C 180” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə Hacıqabul rayonu Qarasu kəndində Muğan kəndi istiqamətində hərəkət etdiyini görmüşdülər. Həmin vaxt onlar Təqsirləndirilən şəxs avtomobili dayandırmasını tələb etmişlər. Təqsirləndirilən şəxs avtomobili yolun hərəkətsiz hissəsində saxlamışdır. Onlar birlikdə avtomobilə tərəf yaxılaşaraq özlərini təqdim edərək Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt avtomobilin ön hissəsində Şahid4 əyləşmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində və idarə etdiyi avtomobildə saxlamaqla daşımaqda şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs şifahi olaraq üzərində narkotik vasitə olub olmamasını soruşduqda o, hərəkətləri ilə daha da, şübhə yaratmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Hacıqabul RPŞ-nə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Mübaşir Heybətov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində vəkil X8 dəvət edilmişdir. Bundan sonra video çəkilişdən istifadə edilməklə Mübaşir Heydərov tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya maddə varsa təqdim etməsini təklif etmiş, o, üzərində hər hansı qadağan olunmuş maddə, əşya, predmet olmadığını, lakin idarə etdiyi avtomobilin arxa saxlanc yerində “nəşə” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək idarə etdiyi avtomobilə baxış aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz C 180” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa saxlanc yerində olan ehtiyat təkər üzərində saxladığı 1 ədəd qəhvəyi rəngli kağız bükülünü təqdim edərək həmin bükülünün içərisində nəşə kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin kütləni 10 gün qabaq Sabirabad rayonu Suqovuşan kəndində çöl torpaq sahəsini şumlayan zaman tapdığını və istifadə etmək məqsədilə idarə etdiyi avtomobildə saxladığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə elektron tərəzidə çəkilmiş və çəkisinin 29,75 qram olduğu müəyyən edilmişdir. Aşkar olunan narkotik vasitə zərfə qoyularaq möhürlənmiş, üzərinə imzalar edilmiş, baxış aparılması barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı Şahid3 və Şahid2 Rəfail oğlu Şahid1 Abasxan oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qadağan olunmuş əşya, maddə və predmet aşkar edilməmişdir. “Baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz C 180” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə baxış keçirilməsi zamanı avtomobilin yük yerində olan təkər saxlanılan hissədə ehtiyat hissəsi qutusunun içərisindən 1 ədəd qəhvəyi rəngli kağız bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/1008 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus avtomobildən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 21,74 qram olan maddə narkotik tərkibli çətənə bitkisindən (kannabis) kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına həmin maddənin 0,02 qramı sərf edildikdən sonra 21,72 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarının həddinin 5 qram, külli miqdarın həddinin 500 qram olması göstərilmişdir. Əməliyyat tapşırığına cavab olaraq Hacıqabul RPŞ-nin NMQ–nin baş əməliyyat müvəkkili Samid Misirxanov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı özü qəbul etmək üçün əldə edib üzərində saxlamış, həmin narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 21,72 qram qalan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Sabirabad rayon İHB-nin Kürkəndi kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Əhmədov X1 rayonu Suqovuşan kəndində arvadı X9, oğlu xx.xx.2007-ci il təvəllüdlü X7 və oğlu xx.xx.2010-cu il təvəllüdlü X5 ilə bir yerdə yaşayır. Sabirabad rayon İHB-nin Kürkəndi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuş, barəsində heç bir şikayət daxil olmamışdır. Ərazidə yaşadığı müddət ərzində özünü ictimaiyyət arasında yüksək nizam-intizamlı, qonşular arasında səmimiliyi, təvazökarlığı, yüksək mənəvi keyfiyyətləri ilə fərqlənən şəxs kimi göstərmişdir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə saat 23:00-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X6 azad edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı idarə etdiyi avtomobildə daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayan şəxslərin olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən kifayət qədər halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Sabirabad rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 26 oktyabr 2023-cü il tarixli, 7036 saylı nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş qalıq çəkisi 21,72 qram olan maddə narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (CPM 132). İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM 198.1.) Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00-dan xx.xx.2023-cü il saat 16:00 tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Sabirabad rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Sabirabad rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan – Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 21,72 qram olan maddə narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat (otuz bir manat doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-28/2024
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-28/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver