Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-29/2022 29.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Türkmənistan Respublikası Türkmənbaşı rayonu Bekdaş qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Hacıqabul şəhəri M.F.Axundov küçəsi ev 8-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 dekabr 2021-ci il tarixdə saat 19:35 radələrində avtomobili idarə etmək hüququ olmaqla özünə məxsus «Vaz-2107» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhəri İ.Qayıbov küçəsi ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət edərək hərəkət üçün təhlükənin yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunlara əməl etməyərək idarə etdiyi avtomobilin qabaq sol qənədi ilə yolu keçən piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs bədəninin müxtəlif hissələrinin sıyrığı, qançırlar, alt çənə nahiyyəsinin və sol budun əzilmiş-cırılmış yaraları, alt çənə sümüyünün açıq qəlpəli sınığı, sol bud sümüyünün açıq qəlpəli sınığı, burun sümüyünün sınığı, kəllə əsası sümüklərinin sınıqları, beyinin yumşaq toxumasına və mədəciklərinə qansızmalar ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə onun ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, «Vaz-2107» markalı 54 BG dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Avtomobili idarə etmək hüququ vardır. X2 tanımır. 01 dekabr 2021-ci il tarixdə saat 18 radələrində Hacıqabul rayon Mərkəzi Xəstəxanasının yanında olan futbol meydançasına futbol oynamaq məqsədi ilə idarə etdiyi «Vaz-2107» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə yola düşmüşdür. Həmin vaxtı yanında əmisi oğlu Şahid1 olmuşdur. Futbol oynayıb qurtarandan sonra evinə getmək məqsədi ilə saat 19:35 radələrində Hacıqabul şəhəri İ.Qayıbov küçəsi ilə avtomobilini yolun sağ hərəkət hissəsi ilə idarə edən zaman yolun sağ tərəfindən bir piyadanı yolun ortasına çıxdığını, piyadanın özünü çaşdırıb yolun hərəkət hissəsində dayanmasını görmüş, avtomobilin əyləcindən istifadə etmiş, avtomobili saxlaya bilmədiyi üçün avtomobilin sol tərəfi ilə piyadanı vurmuşdur. Piyada aldığı zərbədən yerə düşmüş, avtomobili saxlayıb Dilavərlə birlikdə vurduğu piyadanın yanına getmiş, digər tanımadığı şəxslərin köməkliyi ilə vurulan piyadanı avtomobilə mindirib Şirvan şəhər mərkəzi xəstəxanasına aparmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Hacıqabul rayon PŞ-nin əməkdaşları Şirvan şəhər xəstəxanasına gəlmiş, hadisəni polis əməkdaşlarına danışandan sonra onlar ilə birlikdə Hacıqabul rayon PŞ-nə gəlmiş, vurulan piyada Zərərçəkmiş şəxs öldüyünü bilmişdir. Hadisədən sonra mərhum Zərərçəkmiş şəxs atası Cəfərağa Cəfərovla onun valideynləri görüşmüş, üzrxahlıq etmişlər. Mərhumun dəfn və yas mərasimlərinin xərcini ödəmək və maddi köməklik etmək istəmişlər. Hazırda da zərərçəkmiş şəxsin hüquqi varisi X3 ilə barışmaq və maddi köməklik etmək niyyətindədir. Lakin zərərçəkmiş şəxsin hüquqi varisi X3 yas mərasimlərinin keçirilməsi zamanı ona heç nə lazım olmadığını və şikayətçi olmadığını bildirsə də, hazırda onunla barışmaq istəmədiyini bildirir. O, törətdiyi əməldən çox peşmandır. Hadisələrin təsadüfü axarı zamanı ehtiyatsızlıqdan bu əməli törətməsini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahimş edir. Zərər çəkmiş şəxsin hüquqi varisi X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhum Zərərçəkmiş şəxs onun doğma oğludur. 01 dekabr 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhərində olarkən ona zəng gəlmiş və oğlu Şəhriyarı Hacıqabul şəhərində avtomobil vurduğunu, Şəhriyarın xəsarət aldığı üçün Şirvan şəhər mərkəzi xəstəxanasına aparıldığını və təcili Şirvan şəhərinə gəlməsini demişlər. O, Şəhriyarın vəziyyəti ilə maraqlanarkən, vəziyyətinin ağır olduğunu öyrənmiş və Bakı şəhərindən yaşadığı Şirvan şəhərinə gəlmək üçün yola düşmüşdür. Şirvan şəhərində yaşadığı evin küçəsinə gəlib çatarkən küçədə çoxlu sayda adamların toplaşdığını və avtomobildən düşüb evin həyətinə daxil olandan sonra yol nəqliyyat hadisəsi zamanı xəsarət alan oğlu Şəhriyarın öldüyünü öyrənmişdir. Oğlu Şəhriyarın meyitini Şirvan şəhər qəbristanlığında dəfn etmişlər. Təqsirləndirilən şəxs və valideynləri onunla barışmağa, ona maddi köməklik etməyə cəhd etsələr də, o, bunu qəbul etməmiş və təqsirləndirilən şəxslə barışmamışdır. Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. 01 dekabr 2021-ci il tarixdə saat 18 radələrində Hacıqabul rayon MX-nın yanında olan futbol meydançasına futbol oynamaq məqsədi ilə Alikin idarə etdiyi «Vaz-2107» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə yola düşmüşdür. Həmin günü saat 19:30 radələrində evlərinə gəlmək məqsədi ilə Alikin idarə etdiyi avtomobilə əyləşmiş, saat 19:35 radələrində Hacıqabul şəhəri İ.Qayıbov küçəsində Alik avtomobilini yolun sağ hərəkət hissəsi ilə idarə edən zaman yolun sağ tərəfindən yolun ortasında bir piyadanın çıxdığını görmüş, Alik piyadanı görən kimi avtomobilin əyləcindən istifadə etmiş, lakin avtomobili saxlaya bilmədiyi üçün piyadanı vurmuşdur. Piyada aldığı zərbədən yolun hərəkət hissəsinə düşmüş, Aliklə piyadanın yanına getmiş və oraya gələn tanımadığı şəxslərin köməkliyi ilə vurulan piyadanı Alikin avtomobilinə mindirərək Şirvan şəhər mərkəzi xəstəxanasına aparmışlar. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Hacıqabul rayon PŞ-nin əməkdaşları Şirvan şəhər xəstəxanasına gəlmiş, Alik hadisəni polis əməkdaşlarına danışıb, onlarla birlikdə Hacıqabul rayon PŞ-nə getmiş və sonra isə piyanın, yəni Şəhriyarın öldüyünü bilmişdir. Şahid2 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, 01 dekabr 2021-ci il tarixdə saat 19:35 radələrində idarə etdiyi «Opel» markalı ** DD *** dövlət qeydiyyat nişanlı avtomobillə dostu X6 ilə birlikdə Hacıqabul şəhəri İ.Qayıbov küçəsi ilə hərəkətdə olarkən Hacıqabul rayon PŞ-nin inzibati binasının qarşısında bir neçə nəfər adamın toplaşdığını görmüş, avtomobili saxlayıb Etibarla adamların toplaşdığı yerə yaxınlaşarkən «Vaz-2107» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin piyadanı vurduğunu və piyada aldığı xəsarətdən yerə asfalt örtüyünün üzərinə uzandığını görmüşdür. Etibar, «Vaz-2107» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili sürücüsü və digər bir nəfər adını bilmədiyi cavan oğlanın köməkliyi ilə vurulan piyadanı hadisə törədən Alikin idarə etdiyi «Vaz-2107» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına mindirib Şirvan şəhər mərkəzi xəstəxanasına aparılmışlar. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Hacıqabul rayon PŞ-nin əməkdaşları Şirvan şəhər xəstəxanasına gəlmiş, sürücü Alik hadisəni polis əməkdaşlarına danışandan sonra sürücü polis əməkdaşları ilə birlikdə Hacıqabul rayon PŞ-nə getmişdir. Yol nəqliyyat hadisəsi zamanı xəsarət almış Şirvan şəhər sakini Şəhriyar adlı şəxsin aldığı bədən xəsarətlərdən vəfat etməsini bilmişdir. Şahid3 ibtidai istintaq zamanı Şahid2 Dilavər oğlunun oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişdir. Hadisə yerinə baxış zamanı müəyyən olunmuşdur ki, hadisə yeri Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Vaz-2107» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə piyada Zərərçəkmiş şəxs vurduğu yol hamar, asfalt örtüklü, quru olmaqla yaşayış məntəqəsində yerləşir. Hadisə yerinin 18 metr arxada piyadalar üçün yol nişanı vardır. Hadisə yerində yolun hərəkət hissəsinin eni 6 metrdir. Piyadanın vurulduğu nöqtə yolun sağ ehtiyat hissəsinin 2,3 metr və sol yəni səki tərəfdən 3,7 metrliyində yerləşir. Hadisə yerinə baxış zamanı asfalt örtüyünün üzərində «Vaz-2107» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobildən qalma 17,3 metr uzunluqda tormoz izi vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik Hüquqi şəxsi tərəfindən verilmiş 16.12.2021-ci il tarixli 3949/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spitrləri, barbitur turşusu tgrəmələri, alkoloidləri (həmçinin tiryək qruppu), fenotiazin, fenilkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon qruppu, 1,4 benzodiazerin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. (iş.v 52-54) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07.01.2022-ci il tarixli 8/3315 nömrəli ekspertiz rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məluamtlara əsasən «Vaz 2107» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «Vaz-2107» markalı avtomobil yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 70 km/saat sürətlə hərəkət etdirməsi şəraitində onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (iş v.56-59). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X8 şəxsi Şirvan şəhər şöbəsinin eksperti tərəfindən verilmiş 24 yanvar 2022-ci il tarixli 13 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - bədəninin müxtəlif hissələrinin sıyrığı, qançırlar, alt çənə nahiyyəsinin və sol budun əzilmiş-cırılmış yaraları, alt çənə sümüyünün açıq qəlpəli sınığı, sol bud sümüyünün açıq qəlpəli sınığı, burun sümüyünün sınığı, kəllə əsası sümüklərinin sınıqları, beyinin yumşaq toxumasına və mədəciklərinə qansızmalar vardır. Yuxarıja qeyd olunan xəsartlər küt əşyanın (əşyaların) qüvvətli təsirindən əmələ gəlməklə müxtəlif şəraitdə və o, cümlədən avtomobil qəzası zamanı avtomobil hissələrin təsirindən əmələ gəlmişdir. Xəsarətlər həyati olmaqla ölümündən az əvvəl yetirilmişdir, dərəcəsinə görə canlı şəxslərdə götürüldüyü kimi, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Onun ölümünə səbəb kəllə əsa sümüklərinin sınıqlarından sonra başbeyinin yumşaq toxumasına və mədəciklərinə qansızmalar olmuşdur. Mərhum Zərərçəkmiş şəxs ölümündən əvvəl spirtli içki qəbul etmişdir. (3996/K saylı akt). (iş v.60-65). Hacıqabul rayon Polis Şöbəsinin 18.03.2022-ci il tarixli 159-5015-1222 nömrəli məktubundan görünür ki, AE531455 nömrəli sürücülük vəsiqəsinin sahibi 03.02.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində hər hansı bir inzibati xəta və məhdudiyyət qeydə alınmamışdır. Azərbaycan Respublikası DİN BƏSİMİ tərəfindən 15.12.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. (İş v. 44). Beləliklə, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük vəsiqəsi və idarə etmə hüququ olmaqla özünə məxsus avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutlarla, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə olaraq ehtiyatsızlıq üzündən az ağır cinayət törətməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün onu xəstəxanaya aparmasını, ictimai faydalı əməklə məşğul olmasını, müsbət xasiyyətnaməyə malik olmasını, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışmağa və ona maddi köməklik etməyə cəhd etməsini, müsbət xasiyyətnaməyə malik olmasını, himayəsində təqaüd yaşına çatmış valideynlərinin olmasını, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış «Vaz-2107» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 100 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia ərizəsi verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi Faiq oğluna məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 25 saata görə 150 manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-29/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-29/2022
29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver