Məhkəmə qərarları › İş №1(071)-29/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-29/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-29/2023 22.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X13 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6, X11 və onun vəkili Müdafiəçi iştirakları ilə, X2 X11 və X6 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətə dair materiala məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyənetdi: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X4 Hacıqabul rayon Məhkəməsinə və Şirvan Apellyasiya Məhkəməsinə onun barəsində təqdim etdiyi məlumatların böhtan xarakterli hesab edilməsini, X4 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə tövsif edilməsini, ona vurduqları mənəvi zərərlə əlaqədar X7 40000 manat, X3 isə 65000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli 50 saylı əmrlə Hacıqabul rayon İcra Hakimiyyəti başçısı aparatı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə aparıcı məsləhətçipsixoloqu vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə vəzifə funksiyanın icrası ilə əlaqədar heç bir tənbeh tədbirlərinə məruz qalmamışdır. 2020-ci il aprel ayının 28 də (həmin tarix dövlət idarələrində işləyənlərin işə çıxmasının məhdudlaşdırıldığı xüsusi karantin dövrünə düşməsinə baxmayaraq) icra hakimiyyəti başçısının köməkçisi Kərimov Afiq saat 18-00 da onu kabinetinə çağırdı. Dedi ki, Azətbaycan Respublikası Prezidentinin icra hakimiyyəti başçısına Əsasnamə ilə verdiyi səlahiyyətlərdən biri yeni təyin olunmuş icra hakimiyyəti başçısının bütün aparat işçilərindən istefa ərizəsi almaqdır. Bundan sonra kimin istefasını qəbul etmək, kimi işdə saxlamaq icra hakimiyyəti başçısının səlahiyyətindədir. X9 Prezidentin Sərəncamı ilə dekabr 2019-cu ildə vəzifəyə təyin olunub, lakin səndən istefa ərizəsi almaq unudulub, odur ki, indi başçının verdiyi tapşırığı yerinə yetirib işdən çıxmaq barədə ərizə yazmalısan. A.Kərimov onun heç bir etirazını qəbul etməyib təkidlə dediyinə israrlı qaldı. Hətta ərizənin məzmununu da ona diktə etdi: “28 aprel 2020- ci il tarixdən işdən azad olunması barədə” ərizəni təzyiq altında yazıb verəndən sonra iş otağına qayıdıb köməkçidən ərizəni geri istəmişdir. Köməkçi dedi ki, artıq ərizən başçının dərkənarı ilə ümumi şöbədədir. Artıq ərizəni yazdığı vaxtdan 10 dəqiqə keçmişdi. Ümumi şöbəyə getmişdir. Şöbə müdiri ona dedi ki, gecikmisən, icra hakimiyyəti başçısı işdən çıxarılmağın barədə əmrə qol çəkib və əmr kitaba işlənib. Ertəsi gün bu məsələ ilə əlaqədar hüquqşünasla məsləhətləşəndə ona dedi ki , köməkçi səni aldadıb, artıq 5 aydır işləyən İH başçısı səni həm de-fakto, həm də de-yure olaraq tanıdığından istefa bəhanəsi ilə səndən işdən çıxmaq barədə ərizə tələb edilməsi qanunsuzdur. Odur ki, elə həmin ertəsi gün valideynləri ilə birlikdə İcra Hakimiyyətinə getmişdir. A.Kərimova demişdir ki, “siz məni aldatmısınız, valideynim atam Rüstəm müəllimin qəbuluna düşmək istəyir, xahiş edirəm məruzə edin ki, atamla məni qəbul etsin”. Köməkçinin isə cavabı bu oldu ki, “aldadırdım, aldanmayaydın, Rüstəm müəllim mənə tapşırıb ki, bax gör harda boş iş yeri var, o qızı yerbəyer eylə” Əlavə bildirdi ki, İH başçısı bu məsələ ilə əlaqədar sizi qəbul etmək istəmir. Köməkçinin ona qarşı bu hərəkəti o vaxtdan başlayaraq şüurunda kəskin mənəvi psixi reaksiyaya səbəb olmaqla indiyə qədər davam edən mənəvi sarsıntılarına səbəb olmuşdur. Əvvəla nə ailədə, nə də qohum-tanış içərisində köməkçinin qanunsuz əməli ilə aldadılmağını izah edib özümə bağışlaya bilmir. İkincisi isə, 2018-ci ildə Hacıqabul rayon İH-nin göndərişi ilə imtahan verib, Azərbaycan Respublikası Prezidenti yanında X1 dövlət və bələdiyyəsi fakültəsinə “regional idarəetmə” ixtisası üzrə magistr dərəcəsi almaq üçün qəbul olunaraq müvəffəqiyyətlə bitirmişdir. Köməkçi A.Kərimovun ona qarşı qanunsuz əməli ilə erkən gənclik dövründən Dövlətə və İqtidara sədaqətini ortaya qoyan gənc bir qız üçün bundan da ağır mənəvi sarsıntı ola bilməz. İH başçısının köməkçisi tərəfindən aldadılaraq güya başçının tapşırığı ilə ərizə yazmağa vadar edildikdən sonra köməkçinin ona qarşı qanunsuzluğunu bilərək əsəb sarsıntısı keçirmiş, şəhərdə onu tanıyanlara hərəkətinin məntiqini izah edə bilmir. A. Kərimovun ona qarşı qanunsuz hərəkəti nəticəsində işini itirməsini özünə qarşı ən böyük ölçüyəgəlməz mənəvi zərbə hesab edir. Bütün bunlarla əlaqədar Hacıqabul rayon İcra Hakimiyyəti başçısının köməkçisi A.Kərimovun ona qarşı törətdiyi mənəvi zərəri 40.000 (qırx min) manat dəyərləndirir. Qanunsuz işdən çıxarılmasının mülki məhkəmə icraatı zamanı ona böhtanı və ikinci mənəvi zərəri rayon İH aparatının əməkdaşı X6 törətmişdir. Belə ki, o məhkəməyə göndərdiyi və özünün imzaladığı, hələ məhkəməyə qədər məzmununun icra hakimiyyətində bir neçə nəfərə məlum olduğu və məhkəmədə elan etdiyi məktubunda onun hərəkətlərinin cəmiyyət arasında dedi-qodulara səbəb olduğunu, rayonun bir sıra idarə və təşkilatlarının rəhbərləri ilə kobud rəftarını göstərməklə şərəf və ləyaqətini gənc qız olaraq alçatmışdır. S.Əsgərovun Hacıqabul “cəmiyyət arasında mənim barədə dedi-qoduların olmasını” göstərməsini və bunu sübut edək heç bir şahid - sənəd və i.a təqdim edə bilmədiyi vəziyyətdə gənc subay qıza qarşı belə bir iftiranə “dövriyyəyə buraxmasını” şəxsiyyətinə qarşı ölçüyə gəlməz mənəvi zərbə kimi onu mənəvi sarsıntılara məruz qoyaraq bu gün də cəmiyyətdə bir neçə adama sızan və təbii ki, yayılan, barəsində olan “dedi-qodu” əfsanəsini unuda bilmir. S.Əsgərovun subay gənc qıza “dedi-qodu” damğası ilə vurduğu mənəvi zərəri 65.000 (altmış beş min ) manat hesab edir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X5 şikayətin məzmununa uyğun çıxış edərək, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6, X11 və sonuncunun vəkili Müdafiəçi hər biri ayrı-ayrılıqda xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini xahiş eti. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, məhkəmə əvvəla qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət X6 və X11 barəsində tərtib edilsə də, şikayətdə Sirac Əsgərova münasibətdə ondan mənəvi zərərin əvəzinin ödənilməsi ilə yanaşı, həm də əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə tövsif edilməsi qeyd edilmiş, Afiq Kərimova münasibətdə isə onun xüsusi ittiham qaydasında təqib edilməli olan hər hansı əməli törətməsi göstərilməmiş, şikayətdə yalnız şikayət vermiş şəxsin işdən çıxarılması ilə əlaqədar Afiq Kərimovun hərəkətlərinin ona mənəvi zərər vurduğu qeyd edilərək, həmin şəxsdən mənəvi zərərin əvəzinin ödənilməsi tələb edilmiş, Afiq Kərimovun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı xahiş şikayətdə göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.5 və 302.1.3-cü maddələrinin tələblərinə görə xüsusi ittiham qaydasında şikayətdə cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş göstərilməlidir. Əks halda, məhkəmə məhkəmə baxışının keçirilməsindən imtina edir və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Böhtan” adlanan 147.1-ci maddəsində böhtan, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya internet informasiya ehtiyatında yayılması kimi göstərilmişdir. Yuxarıda qeyd edildiyi kimi, xüsusi ittiham qaydasında şikayətdə X8 xüsusi ittiham qaydasında təqib edilməli olan hər hansı əməli törətməsi göstərilməmiş, onun cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilməmişdir. Şikayətdə yalnız X4 əməlində Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin əlamətlərinin olduğu qeyd edilərək, onun cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir. Məhkəmə isə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 xüsusi ittiham qaydasında şikayətdə göstərilən əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin dispozisiyasından görünür ki, bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün cinayət tərkibinin subyektiv cəhətinin məcburi elementi kimi birbaşa qəsdin olması zəruridir. Yəni təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları, eləcə də onun şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaydığını dərk etməli və bunu arzu etməlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, qanunvericilik mülki məsuliyyətə səbəb olan böhtanla cinayət məsuliyyəti yaradan böhtanı bir-birindən fərqləndirmək üçün cinayətin törədilmə üsulunu cinayət tərkibinin zəruri əlaməti kimi CM-nin 147-ci maddəsinə daxil etmişdir. Belə ki, göstərilən cinayət əməli qanunda göstərilən dörd üsulla – yəni, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar, eləcə də şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaltma kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaqla törədildikdə cinayət məsuliyyətinə səbəb ola bilər. Qeyd edilən əməl bu cür üsullardan biri ilə törədikmədikdə isə cinayət məsuliyyəti istisna edilir. Xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunundan görünür ki, Turanə İmanova şikayətində Sirac Əsgərovun onu kütləvi əsərdə, kütləvi informasiya vasitəsində, kütləvi çıxışda və ya internet informasiya ehtiyatında deyil, məhkəmədə baxılan mülki işlə əlaqədar iddia ərizəsinə etiraz formasında məhkəməyə təqdim edilmiş sənəddə ona böhtan atdığını bildirməklə, həmin şəxsin onun şərəf və ləyaqətini ləkələdiyini qeyd etmiş və Sirac Əsgərovun məhz bu əməlinin Cinayət Məcələsinin 147.1-ci maddəsi ilə tövsif edilməsini xahiş etmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, Sirac Əsgərovun xüsusi ittiham qaydasında şikayət verilmiş əməlində cinayətin əlamətləri olmadığından, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 302.1.3, 302.1.6, 302.2.3, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 X11 və X6 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar