Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-29/2024 22.08.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1984-cü il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Şirvan şəhəri, Energetik küçəsi ev 78-də qeydiyyatda olmaqla, Şirvan şəhəri, Ü.Hacıbəyov küçəsi ev 78-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs aldadıb qulluq mövqeyindən istifadə etməklə sonuncuya məxsus əmlakı əvəzsiz və qanunsuz olaraq tamah niyyəti ilə ələ keçirmək üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə kimi Hacıqabul rayon Yaşıllaşdırma və Abadlıq işləri sahəsinin rəisi vəzifəsində işlədiyi zaman tabeçiliyində işləyən Zərərçəkmiş şəxs öz qulluq mövqeyindən istifadə edib aldatmaqla ayrı-ayrı şəxsləri işə götürmək imkanın olmasına inandırıb, sonuncunun həyat yoldaşı Şahid müdir işlədiyi idarədə xidmətçi vəzifəsinə işə düzəldəcəyi barədə yalan vəd verib, bu yolla Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək 21 iyun 2022-ci il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxslə Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən Hacıqabul rayon Yaşıllaşdırma və Abadlıq işləri sahəsinin inzibati binasının həyətyanı sahəsində görüşüb, ondan 3000 manat nağd pulu almış, beləliklə o, öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs aldatmaqla etibarından sui-istifadə edib ona 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şirvan şəhəri, Ü.Hacıbəyov küçəsi ev 78-də daimi qeydiyyatda olmaqla Abşeron rayonu, Novxanı qəsəbəsi, 2 Aprel küçəsi ev 1-də yaşayır. O 17 yanvar 2019-cu il tarixdən 07 iyul 2022-ci il tarixədək Hacıqabul rayon Yaşıllaşdırma və Abadlaşdırma İşləri sahəsində sahə rəisi vəzifəsində işləmişdir. Piriyev X2 rayon Yaşıllaşdırma və X3 sahə ustası işləyirdi. Onun Ramil ilə düşmənçiliyim və ədavətim olmamışdır. 17 iyun 2022-ci il tarixdə Ramilə yaxınlaşıb ona vacib pul lazım olduğunu, adma kredit götürüb ona verməsini xahiş etmişdir. Ramil etiraz etməmiş və birlikdə banka getmişdirlər. Ramil “Kapital” bankdan öz adma 3100 manat kredit götürüb ona vermişdir. Kreditin hər ayı 118 manat olmuşdur. O kreditin 2 ayını ödədikdən sonra imkanın olmadığı üçün kreditin qalanını ödəyə bilməmişdir. Maddi imkanın olmadığı üçün bugünədək olan müddət ərzində Ramilin pulunu ödəyə bilməmişdir. Sonda təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə dəymiş zərəri ödədiyini, onunla barışıq əldə etdiyini, onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, ünvan 1 ünvanda yaşayır. O, təxminən 2009-cu ildən Hacıqabul rayon Yaşıllaşdırma və Abadlaşdırma İşləri İdarəsində sahə ustası işləyir. 2019-cü ildən etibarən Muradov X1 rayon Yaşıllaşdırma və Abadlaşdırma İşləri İdarəsinin müdiri vəzifəsində işləyir. Həyat yoldaşı Şahid işləmədiyi üçün 2022-ci ilin iyun ayının əvvəlində Muraddan Ramiləni işə düzəltməkdə ona köməklik etməsini xahiş etmişdir. Murad ona həyat yoldaşı Ramiləni Hacıqabul rayon Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsinə xadimə kimi işə düzəldəcəyinə söz verib bunun müqabilində ondan 3000 manat pul istəmiş və işin 5-10 günə işə düzələcəyini demişdir. Murad on Hacıqabul rayon Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsinin rəisi olduğunu və işçiləri işə götürmək və işdən çıxarmaq səlahiyyətlərinin olmasını bildirmişdir. O 17 iyun 2022- ci il tarixdə şəxsi işləri üçün 3147 manat məbləğində Kapital Bankdan kredit götürmüşdür. Muradın tabeçiliyində işlədiyi üçün ona inanmışdır. 21 iyun 2022-ci il tarixdə saat 11 radələrində Hacıqabul şəhərində H.Əliyev mərkəzinin qarşısında yerləşən parkda işdə olan zaman Murad ona Ramilənin işinin düzəldiyini dedi və gətirib 3000 manat pulu verməyini bildirmişdir. Murad Hacıqabul rayon Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsində olacağını demişdir. O gedib yaşadığı evdən həmin kredit götürdüyü puldan 3000 manat pulu götürüb, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən Hacıqabul rayon Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsinin həyətinə gəlmişdir. İdarənin yanma çatanda Muradın həyətdə idarəyə yandan giriş qapısının yaxınlığında durduğunu görmüşdür. Murada yaxınlaşmış və 30 ədəd 100 manatlıq pul əskinazları olmaqla cəmisi 3000 manat pulu Murada vermişdir. Murad ona 5-10 gün müddətinə Ramiləni işə düzəldəcəyini demişdir. Murad həyat yoldaşı Ramiləni işə düzəltməmiş və 07 iyul 2022-ci il tarixdə işdən azad olunmuşdur. O dəfələrlə Muradın istifadə etdiyi ***-***-**- ** və 055-626-20- 70 saylı nömrələrinə zəng edib 3000 manat pulunu istədikdə Murad ona müxtəlif bahanələr gətirib pulu verməkdən boyun qaçırmışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Şahid bildirmişdir ki, Hacıqabul şəhəri, Koroğlu küçəsi ev 5 ünvanında yaşayır. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 2022-ci ilin iyun ayında Ramil onu işlədiyi idarəyə işə düzəldəcəyi barədə müdiri Muradla razılaşdığını bildirmişdir. Ona görə də, 21 iyun 2022-ci il tarixdə evdə olan və şəxsi işlərinə görə götürdükləri pulun üzərindən 3000 manat pulu götürüb müdiri Murada verəcəyini və həmin pulun müqabilində Muradın onu işə düzəldəcəyini bildirmişdir. Lakin sonradan Murad işdən çıxmış və onu işə götürməmişdir. Ramil Muraddan dəfələrlə pulunu istəsədə Murad pulu verməkdən boyun qaçırmışdır. Qeyd edib ki, o Təqsirləndirilən şəxs tanımır və onunla heç bir şəxsi ədavəti yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan zərər çəkmiş şəxs Piriyev X2 rayon məhkəməsinə təqdim etdiyi ərizədən görünür ki, ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilməsini və onun barəsində heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, zərər çəkmiş şəxslə barışmış, zərər çəkmiş şəxsə dəymiş zərəri ödəmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs vurulmuş zərərin iyirmi beş faizi dəyərində dövlət büdcəsinə ödəniş etmişdir. Bu səbəbdən onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73-1.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmiş və zərərin iyirmi beş faizi məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs оğlunun məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.2.3-cü mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73-1.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclasında zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün.(Şirvan Regional Vəkil Bürosunun Rabitəbank” ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) . Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-29/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-29/2024
22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver