Məhkəmə qərarları › İş №1(071)-29/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-29/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-29/2025 27.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs Əlixuda qızının Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2009-cu il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, subay, orta məktəbdə təhsil alan, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Qızılburun kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgəsinə məxsus əmlakı informasiya texnologiyalarından istifadə etməklə elektron məlumat daşıyıcılarından tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə qohumu Zərərçəkmiş şəxs bank tərəfindən kart hesablarına pulun köçürülməsi ilə bağlı məlumat verəcəyini bildirib, həmin məqsədlə özünün istifadə etdiyi mobil telefonda sonuncuya məxsus "xxxx" ASC-nə məxsus plastik kart nömrələri ilə "Birbank" mobil tətbiqini yaradaraq həmin elektron məlumat daşıyıcılarına dair məlumatları əldə etdikdən sonra 13 iyun 2024cü il tarixdə 510307******0432 nömrəli kart hesabına 600 manat və 14 iyun 2024-cü il tarixdə 510307******8761 nömrəli kart hesabına 663,35 manat pul vəsaitlərinin köçürülməsi barədə məlumatları Zərərçəkmiş şəxs gizlətmiş, 14 iyun 2024-cü il tarixdə istintaqa dəqiq məlum olmayan vaxtda 510307******0432 nömrəli kart hesabından 100 manat, 100 manat, 100 manat və 200 manat, həmin tarixdə 510307******8761 nömrəli kart hesabından 100 manat və 400 manat olmaqla, ümumilikdə 1000 manat pul vəsaitini Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmiş "xxxx" ASC-nə məxsus olan və "Birbank" tətbiqi vasitəsilə özünün rahat istifadə etdiyi 523915******8479 nömrəli kart hesabına köçürmüş, həmin pul vəsaitinin bir hissəsini nağdlaşdırmaq məqsədilə cinayətə aidiyyəti olmayan Şahid atasının onun üçün pul göndərdiyini deyib cinayəti gizlətməklə 523915******8479 nömrəli kart hesabından 2 manat komissiya haqqı çıxılmaqla 98 manat pul vəsaitini sonuncuya məxsus 510307******0648 nömrəli kart hesabına göndərib həmin tarixdə, istintaqa məlum olmayan vaxtda Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən bankomatdan nağdlaşdırmış, 15 iyun 2024-cü il tarixdə istintaqa dəqiq məlum olmayan vaxtda 510307******0432 nömrəli kart hesabından 100 manat, həmin tarixdə 510307******8761 nömrəli kart hesabından 163 manat olmaqla ümumilikdə 263 manat pul vəsaitini yenidən 523915******8479 nömrəli kart hesabına göndərmiş, yekunda 523915******8479 nömrəli kart hesabında toplanmış ümumilikdə 1163 manat pul vəsaitini cinayəti gizlətmək məqsədilə Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmiş "xxxx" ASC-nə məxsus olan və "Birbank" tətbiqi vasitəsilə özünün rahat istifadə etdiyi 416973******2093 nömrəli kart hesabına yönəltmiş, 15 iyun 2024-cü il tarixdə istintaqa dəqiq məlum olmayan vaxtda 416973******2093 nömrəli kart hesabında olan 1163 manat pul vəsaitini təkrar 523915******8479 nömrəli kart hesabına göndərib oradan istinaqla müəyyən edilməyən vasitə ilə özünün qazanc əldə etmək məqsədilə onlayn qaydada oynadığı oyun hesabına göndərməklə zərərçəkmiş şəxsə məxsus ümumilikdə 1263 manat pul vəsaitini informasiya texnologiyalarından istifadə etməklə elektron məlumat daşıyıcısına daxil olub vahid niyyətlə əhatə olunan qəsdlə oğurlamış, yəni gizli olaraq talamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs əvvəldən tanıyır, vəfat edən əmisi Yasǝrin arvadıdır, Şahid isə həmkəndlisi olduğu üçün tanıyır, hər ikisi ilə arasında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 14 iyun 2024-cü il tarixdə günorta saatlarında Qızılburun kəndində yaşadığı evdə olan zaman Zərərçəkmiş şəxs onlara gələrək, ona məxsus olan kart hesablarını yoxlamağı ondan xahiş etmişdir. Zərərçəkmiş şəxs həm sosial yardım, həm də dörd övladı və tək analı olduğu üçün dövlət tərəfindən ona hər ay pul köçürülürdü. Oda Zərərçəkmiş şəxs istifadə etdiyi mobil telefonda birbank mobil tətbiqinin olub-olmamasını soruşmuşdur. Zəminə birbankdan başının çıxmadığını ona bildirmişdir. Beləliklə özünə məxsus olan mobil telefon vasitəsi ilə Birbank mobil tətbiqi yükləyərək Zərərçəkmiş şəxs son dörd rəqəmi 0432 və 8761 saylı kart hesablarını həmin mobil tətbiqə yükləmişdir. Birbank mobil tətbiqinə nəzər yetirmiş və görmüşdür ki, Zəminəyə məxsus hesablara 600 və 663 manat olmaqla ümumilikdə 1263 manat pul köçüb. Həmin vaxt Zərərçəkmiş şəxs pulların köçmədiyini bildirmişdir. Bunu deməkdə məqsədi həmin pulları əldə etmək olmuşdur. Belədə olmuş, Zəminə ona inanıb çıxıb getmişdir. Həmin andan sonra Zəminənin hesablarını rahat formada öz mobil telefonunda olan birbank mobil tətbiqi vasitəsi ilə idarə etməyə başlamışdır. Bundan başqa bilirmişdir ki, həmin hesablarda olan pullarla hansı həmin əməliyyatı həyata keçirsə, Zəminənin birbank mobil tətbiqi olmadığından əməliyyatlardan xəbəri olmayacaqdır. Buna görə də, elə həmin gün yəni, 14 iyun 2024-cü il tarixdə günorta vaxtlarında Zəminənin 600 manat pul köçən hesabından 3 dəfə hər birində 100 manat olmaqla, 1 dəfə isə 200 manat olmaqla ümumilikdə 500 manat pul vəsaitlərini Zəminəyə məxsus son dörd rəqəmi 8479 olan kəşbek hesabına göndərmişdir. Bundan başqa Zəminənin 663 manat pul vəsaiti köçən hesabından 100 manat və 400 manat pul vəsaitlərini Zəminǝyǝ məxsus son dörd rəqəmi 8479 olan kəşbek hesabına göndərmişdir. Bundan sonra son dörd rəqəmi 8479 olan kəşbek hesabından 100 manat pul vəsaitini nağdlaşdırmaq qərarına gəlmişdir. Buna görə də, həmin gün günorta vaxtlarında həmkəndlisi və dostu olan Şahid zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Şahidla yaşadıqları kənddə görüşdük də, Əliyə yalan danışaraq atasının ona pul göndərəcəyini, lakin ona verdiyi plastik kartın işləmədiyini buna görə də, özünə məxsus plastik kartı ona verməyini, atasının ona göndərdiyi pulu nağdlaşdırdıqdan sonra geri qaytaracağını bildirmişdir. Şahid onunla razılaşaraq son dörd rəqəmi 0648 olan plastik kartını ona vermişdir. O, elə həmin vaxt Əlinin yanından kənarlaşıb, mobil telefonuna quraşdırdığı Birbank mobil tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs məxsus olan hesablara daxil olaraq 100 manat pulu Şahid aldığı son dörd rəqəmi 0648 olan hesaba göndərmişdir. 14 iyun 2024-cü il tarixdə saat 18 radələrində Şahidla birlikdə Atbulaq kəndində yerləşən adını bilmədiyi yanacaq doldurma məntəqəsində quraşdırılmış bankomatdan pulu nağdlaşdıran zaman görmüşdür ki, köçürdüyü 100 manat pul köçürmə haqqı çıxıldıqdan sonra 98 manat qalmış və bundan sonra o, həmin 98 manat pul vəsaitini nağdlaşdırmışdır. Daha sonra son dörd rəqəmi 0648 olan plastik kartı Şahid geri vermiş və əldə etdiyi 98 manat pulu özündə saxlamışdır. Şahid isə bu barədə heç bir məlumat verməmişdir. Zəminənin 600 manat pul köçən hesabından 15 iyun 2024-cü il tarixdə 100 manat pul vəsaitlərini Zəminəyə məxsus son dörd rəqəmi 8479 olan kəşbek hesabına, həmin tarixdə Zəminənin 663 manat pul vəsaiti köçən hesabından isə 163 manat pul vəsaitini Zəminǝyǝ məxsus son dörd rəqəmi 8479 olan kəşbek hesabına göndərmişdir. 15 iyun 2024-cü il tarixdə isə iz itirmək məqsədi ilə 1163 manat pul vəsaitini Zəminəyə məxsus olan son dörd rəqəmi 2093 saylı kaşbek kart hesabına göndərmişdir. Bundan sonra Zərərçəkmiş şəxs məxsus kəş bek hesabları arasında bir neçə dəfə köçürmələr etmişdir ki, pulun haralara köçməsi tapılmasın. Bundan sonra birbank vasitəsi ilə onlayın formada ara-sıra adını kazino olaraq bildiyi, oyun zamanı seçdiyi nömrəyə fırlanan topun düşməsi nəticəsində uduş qazanılan mərc oyunlarına xərcləmək və oradan qazanc əldə etmək qərarına gəlmişdir. Oyun zamanı pul vəsaiti köçürmək istəyərkən dörd rəqəmi 2093 saylı kaşbek kart hesabından 1163 manat pul vəsaitini mərc oyunlarına köçürə bilməmişdir. Buna görə də, qərar almışdır ki, son dörd rəqəmi 2093 olan plastik kart hesabında olan 1163 manat pul vəsaitini son dörd rəqəmi 8479 olan hesaba göndərsin. Yekunda isə həmin hesabda olan 1163 manat pul vəsaitini oyun zamanı ödənişin edilməsi məqsədilə qarşısına çıxan linkə daxil olaraq hazırda xatırlamadığı M10 hesabı vasitəsilə oyun profilinə göndərmiş, həmin pul vəsaitinin hamısını oyun gedişatında uduzmuşdur. Onun, Zərərçəkmiş şəxs məxsus pulları əldə etməyi, nağdlaşdırmağı və onlayın qaydada mərc oyunlarına xərcləməyindən heç bir ailə üzvlərinin və tanışlarının məlumatı olmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödənildiyini, onunla barışdığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Hacıqabul rayonu, Qızılburun kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs əvvəldən tanıyır, həm qaynıoğlu, həm də qonşuluğunda yaşayır. Əri Yasǝr 3 ildir ki, uzun sürən xətəlikdən vəfat etmişdir. Dörd övladı və əri vəfat etdiyi üçün dövlət tərəfindən ona Kapital banka məxsus olan **********860432 və **********438761 nömrəli plastik kartlar verilmişdir. Belə ki, həmin kartlara dövlət tərəfindən sosial yardım üçün 663 manat, tək analı olduğu üçün dörd övladına və ona 600 manat pul köçürülür. Həmin pullar adətən ayın sonu köçürülür, lakin iyun ayı qurban bayramına təsadüf etdiyindən pulların iyun ayının 13-15-i aralığında kartlara köçəcəyini öyrənmişdir. Ona görə də, qonşuluğunda yaşayan qaynıoğlu Əliyə kartlarını yoxlamasını, pulların köçüb-köçməməsini öyrənməsini xahiş etmişdir. Əli ondan mobil telefonunda birbank mobil tətbiqinin olub-olmamasını soruşmuşdur. O, Əliyə birbankdan başı çıxmadığını bildirdikdə, Əlinin özünə məxsus mobil telefona daxil olduğunu və nəsə proqram yüklədiyini görmüşdür. Bundan sonra Əlinin ona məxsus olan mobil telefona kod göndərdiyini və həmin kodla öz mobil telefonunda Birbank mobil tətbiqi açdığını bilmişdir. Həmin vaxt Əli ona pulların köçmədiyini bildirmişdir. O, bir neçə gün gözlədikdən sonra kartlarını bankomatda yoxlamaq qərarına gəlmiş və Hacıqabul şəhərinə gələrək bir neçə bankomatda kartları yoxlamışdır. Kartlarda pul olmadığını gördüyü üçün Kapital bankın Hacıqabul şöbəsinə yaxınlaşaraq kartlarının yoxlanılmasını xahiş etmişdir. Kart hesablarından çıxarış edildikdən sonra öyrənmişdir ki, kartlarına 600 və 663 manat pul köçüb, lakin hissə-hissə olmaqla həmin pullar çıxarılıb. Buna görə də, 24 iyun 2024-cü il tarixdə Hacıqabul RPŞ-nǝ gələrək kart hesablarından pul çıxarılması barədə ərizə ilə müraciət etmişdir. Daha sonra polis əməkdaşlarının köməyi ilə Kapital Bakın 196 qısa nömrəsi ilə əlaqə saxlamış, xidmət göstərən bank işçisi telefon vasitəsi ilə ona aid rekvizitləri soruşduqdan sonra müəyyən olunmuşdur ki, 14 iyun 2024-cü il tarixdə 98 manat pul **********000648 saylı Kapital bank kartına köçürülüb, qalan 1163 manat pul isə onlayın mərc oyunlarına uduzulub. Bundan sonra ona tam bəlli olmuşdur ki, onun kart hesablarına köçən pullar qaynıoğlu Təqsirləndirilən şəxs tərəfindən çıxarılmışdır. Daha sonra öyrənmişdir ki, **********000648 saylı Kapital bank hesabı Hacıqabul rayonu, Qızılburun kənd sakini Şahid məxsusdur, onun qeyd etdiyi hesaba 98 manat pul qaynıoğlu Təqsirləndirilən şəxs tərəfindən köçürülüb və sonradan Təqsirləndirilən şəxs tərəfindən nağdlaşdırılmışdır. İfadəsinin sonunda zərərçəkmiş şəxs cinayət nəticəsində ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Hacıqabul rayonu, Qızılburun kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəldən tanıyır, hər ikisi ilə həmkəndlidir, aralarında heç bir ədavət və ya düşməçilik olmamışdır. Təqsirləndirilən şəxsla eyni məhəllədə yaşadıqlarından münasibətləri yaxşı olmuşdur. 14 iyun 2024-cü il tarixdə günorta vaxtlarında yaşadığı Qızılburun kəndində olan zaman Təqsirləndirilən şəxs ona zəng edərək, onunla görüşmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxsla yaşadıqları kənddə görüşmüşlər. Təqsirləndirilən şəxs ona atasının pul göndərəcəyini, lakin atasının verdiyi plastik kartın bağlı olduğunu, buna görə də, pul göndərə bilmədiyini, ona məxsus olan plastik kartı verməyi xahiş edib, atasının göndərdiyi pulu nağlaşdırdıqdan sonra onun kartını geri qaytaracağını bildirmişdir. O, Təqsirləndirilən şəxsla dost olduğu üçün onun xahişini yerə salmamış və özünə məxsus **********000648 saylı plastik kartı Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun yanında bir neçə dəqiqəliyinə ayrılıb, daha sonra geri gələrək, kart hesabına 100 manat pul gəldiyini bildirmiş və həmin pulu nağdlaşdırmaqda köməklik etməyi istəmişdir. O, Təqsirləndirilən şəxsla razılaşmış və 14 iyun 2024-cü il tarixdə saat 18 radələrində Atbulaq kəndinə getmişdir. Təqsirləndirilən şəxs ona məxsus **********000648 saylı plastik kartdan bankomat vasitəsi ilə 98 pul nağdlaşdırmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ona məxsus plastik kartdan nağdlaşdırdığı 98 manat pulu kimdən və necə əldə etməsindən heç bir məlumatı olmamış, nağdlaşdırdığı puldan ona heç bir məbləğdə pul verməmişdir. Hal-hazırda öyrəndiyi qədəri ilə Təqsirləndirilən şəxs ona məxsus kart hesabına 100 manat pulu Zərərçəkmiş şəxs hesabından göndərmiş və köçürmə haqqı çıxıldıqdan sonra hesabına köçən 98 manat pulu nağdlaşdırmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs tərəfindən Hacıqabul RPŞ-nə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş və heç bir şikayət, tələbi yoxdur. “Şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Qanuni nümayəndə Təqsirləndirilən şəxs qanuni nümayəndəsi təyin edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb edilmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin seçilməsinə” dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X2 tərəfindən verilmiş 18-1-41/2-688/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs xəstəxananın konsultativ-poliklinika şöbəsinin narkoloji və psixoloji kabinetlərində qeydiyyatda deyil. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və iş üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. “Könüllü gəlmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olduğunu bildikdən sonra xx.xx.2024-cü il tarixdə könüllü olaraq Hacıqabul RPŞ-nə gəlmişdir. “Götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özündə olan ödəniş kartı üzrə çıxarışı könüllü olaraq təqdim etmişdir. “Əşyanın maddi sübut kimi tanınması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmiş DSMF X3 növlü 510307******0432 nömrəli xx.xx.2024-cü il tarixli, DSMF X3 növlü 510307******8761 nömrəli xx.xx.2024-cü il tarixli, MC Birbank CashBack növlü 523915******8479 nömrəli xx.xx.2024-cü il tarixli, Birbank CashBack Plus növlü 416973******2093 nömrəli xx.xx.2024-cü il tarixli və Şahid adına rəsmiləşdirilmiş "X3 Salary" növlü 510307******0648 nömrəli xx.xx.2024-cü il tarixli ödəniş kartları üzrə çıxarışlar maddi sübut kimi tanınmışdır. Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Qızılburun kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Əhmədov X1 rayon Qızılburun kəndində ailə üzvləri ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Hazırda Qızılburun kənd orta məktəbində orta təhsil alır. Məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdildiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Ödəniş kartında şəxs haqqında və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı kimi qiymətləndirilməli, ondan istifadə edilməklə törədilən oğurluq cinayəti isə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir: cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması. Həmin Məcəllənin 85.4-1-ci bəndidnə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndinə əsasən yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeydolunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də, (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayancəzanın tətbiq olunmasının mümkünlüyümüzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Həmin Qərarın 15-ci bəndinə əsasən yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, qanunvericilikdə (CM-nin 85.1-ci maddəsi) bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan cəmi 4 cəza növünün (cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrum etmə) hər biri üçün qısaldılmış müddət və ya azaldılmış məbləğ nəzərdə tutulmuşdur. Ona görə də, yetkinlik yaşına çatmayanlara CM-nin 85-ci maddəsinə uyğun olaraq CM-nin Xüsusi Hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin edilərkən CM-nin 62ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin oğurluq cinayət əməlini törətməsi özünün etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Onun qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması. 59.1.14. cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi. 60.1. Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı ödəməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, yetkinlik yaşına çatmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. (59.1.2, 59.1.12, 59.1.13, 59.2). Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinin tələblərini nəzərə almaqla təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddinin 1 il olmasına baxmayaraq, Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə cəza təyin edilməli və bu halda Məcəllənin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən kifayət qədər halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, habelə şəxsin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi nəzərə alınmalı və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Məcəllənin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 60 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 5 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirmədən saxlanılsın. Cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi nəzərə alınsın. DSMF X3 növlü 510307******0432 nömrəli xx.xx.2024-cü il tarixli, DSMF X3 növlü 510307******8761 nömrəli xx.xx.2024-cü il tarixli, MC Birbank CashBack növlü 523915******8479 nömrəli xx.xx.2024-cü il tarixli, Birbank CashBack Plus növlü 416973******2093 nömrəli xx.xx.2024-cü il tarixli və Şahid adına rəsmiləşdirilmiş "X3 Salary" növlü 510307******0648 nömrəli xx.xx.2024-cü il tarixli ödəniş kartları üzrə çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 10 (on) saata görə 60 (altımış) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan edildiyi gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar