Məhkəmə qərarları › İş №1(071)-3/2022

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-3/2022

28.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-3/2022 28.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxs Hacıqabul rayonu Abdulabad bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçiləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə, xx.xx.1939-cu il ildə Sabirabad rayonu Kolanı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, 2002-2007-ci illər ərzində Hacıqabul rayonu Kolanı (indiki Abdulabad) kənd bələdiyyəsinin sədri vəzifəsində işləmiş, hazırda işləməyən, təqaüdçü, Hacıqabul rayonu Kolanı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 309.1 və 313-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmış, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2002-ci ildən 2007-ci ilədək olan müddət ərzində Hacıqabul rayonu Kolanı kənd bələdiyyəsinin (hazırkı Abdulabad bələdiyyəsi) sədri vəzifəsində işləyərkən, bələdiyyə üzvlərinin 24.09.2000-ci il tarixli 09 saylı iclasının qərarı ilə təsdiq edilmiş «Hacıqabul rayon X3»nə əsasən əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, təsdiq edilmək, baxılmaq üçün təqdim edilən büdcə, plan, proqram və qərar layihələrinin hazırlanması, bələdiyyənin qəbul etdiyi qərarların yerinə yetirilməsi, bələdiyyənin qanunla müəyyən edilmiş səlahiyyətlərinin təşkili, bələdiyyə mülkiyyəti və bələdiyyənin istifadəsinə verilmiş başqa mülkiyyətin idarə edilməsi, bələdiyyə əmlakının texniki inventarizasiyasının aparılması və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə, yəni Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1-3-cü bəndlərinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq, bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək, bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək, öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək kimi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyənin səlahiyyətləri üzrə, habelə, həmin Qanunun 3.0.3-cü bəndinə əsasən, torpaqların xüsusi mülkiyyətə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə zidd olaraq özünüidarənin kollegiallıq prinsiplərinə zidd olaraq, habelə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli Qanununun 16-cı maddəsinə əsasən bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olduğu və bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına, habelə Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «X4»nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq, bələdiyyə iclaslarını keçirmədən, bələdiyyə üzvlərinin məlumatı olmadan, bələdiyyə üzvlərinin yetərsayı təmin edilmədən 2003-2005-ci illər ərzində Hacıqabul rayonu, Kolanı kənd bələdiyyəsinin (hazırkı Abdulabad bələdiyyəsi) inzibati ərazisindən torpaq sahələrinin öz ailə üzvlərinin və yaxınlarının adına uzun müddətli icarəsini rəsmiləşdirib həmin torpaq sahələrindən öz şəxsi məqsədlərinə uyğun istifadə etmək məqsədilə həmin bələdiyyənin Hacıqabul rayonu, Kolanı kəndində yerləşən inzibati binasında vəzifəli şəxs kimi tamah niyyətilə guya keçirilən bələdiyyə iclaslarında torpaq sahələrinin icarəyə verilməsinə dair rəsmi sənəd olan iclas protokollarının və qərarlarının məzmununa guya həmin protokolların və qərarların bələdiyyə iclasında bələdiyyə üzvlərinin iştirakı ilə, yaxud hər iclasda yetərsay təmin edilməklə kollegial qaydada keçirilən iclas nəticəsində qəbul edilməsinə dair bilə-bilə yalan məlumatlar daxil etməklə imzalayıb, bələdiyyənin rəsmi dairəvi möhürü ilə təsdiq edərək, həmin bələdiyyə iclas protokolları və qərarları əsasında, o cümlədən, bələdiyyə iclası protokolu olmadan 23.03.2003-cü il tarixli, 03 nömrəli qərarla bələdiyyə mülkiyyətində olan 100 ha örüş sahəsinin 99 il müddətə arvadı X1, eyni niyyətlə, bələdiyyə iclası protokolu olmadan 25.03.2004-cü il tarixli, 09 nömrəli qərarla bələdiyyə mülkiyyətində olan 84 ha örüş sahəsinin 50 il müddətə arvadı X1 adına təsis etməklə faktiki olaraq özünün idarəçiliyində olan “Fuad” Kəndli fermer təsərrüfatının, eyni niyyətlə, 08.06.2004-cü il tarixli, 07 nömrəli bələdiyyə iclası protokolu və 15.09.2004-cü il tarixli, 10 nömrəli qərarla bələdiyyə mülkiyyətində olan 13,7 ha örüş sahəsinin 60 il müddətə qızı Təranə Dəmirovanın, eyni niyyətlə, 20.02.2005-ci il tarixli, 02 nömrəli bələdiyyə iclası protokolu və 20.02.2005-ci il tarixli, 02 nömrəli qərarla bələdiyyə mülkiyyətində olan 80 ha örüş sahəsinin 30 il müddətə arvadı X1, eyni niyyətlə, bələdiyyə iclası protokolu olmadan 20.02.2005-ci il tarixli, 02 nömrəli qərarla 30 ha örüş sahəsinin 45 il müddətə kürəkəni Şahid7, eyni niyyətlə, 25.09.2005-ci il tarixli, 03 nömrəli bələdiyyə iclası protokolu və 25.09.2005-ci il tarixli, 03 nömrəli qərarla 130 ha örüş sahəsinin 39 il müddətə qızı Təranə Dəmirovanın, ümumilikdə 437,7 ha torpaq sahəsinin özünün qeyd edilən ailə üzvlərinin adlarına icarəyə verilməsini bələdiyyə üzrə rəsmiləşdirdikdən sonra, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qızı X5 icarəsinə verilmiş 130 ha torpaq sahəsi üzrə 10.08.2018-ci il tarixli, ********** nömrəli və 13,7 ha torpaq sahəsi üzrə 17.08.2020-ci il tarixli, ********** nömrəli, kürəkəni Şahid7 icarəsinə verilmiş 30 ha torpaq sahəsi üzrə 13.08.2018-ci il tarixli, ********** nömrəli, arvadı X1 icarəsinə verilmiş 80 ha torpaq sahəsi üzrə 13.08.2018-ci il tarixli, ********** nömrəli və sonuncunun təsisçisi olduğu “Fuad” KFT-na icarəyə verilmiş 84 ha torpaq sahəsi üzrə 10.08.2018-ci il tarixli, ********** nömrəli icarə hüquqlarının qeydiyyatına dair çıxarışların alınmasına nail olub, həmin torpaq sahəsindən qeyd edilən müddət ərzində bələdiyyə məqsədlərindən kənar bilavasitə özünün şəxsi məqsədlərinə uyğun şəkildə istifadə etmiş, habelə Sabirabad “Asan xidmət” mərkəzinin notariat kontorunda, cəmi 4 alqı-satqı müqaviləsi əsasında müvafiq olaraq 02.09.2018-ci il tarixdə yuxarıda qeyd olunan 84 ha və 30 ha torpaq sahələri üzərində icarə hüquqlarını Şahid6 və 01.10.2018-ci il tarixdə 130 ha və 80 ha torpaq sahələri üzərində icarə hüquqlarını X8, cəmi 324 ha üzrə satılmasını həyata keçirib, 113,7 ha torpaq sahəsini isə öz istifadəsində şəxsi məqsədlərinə uyğun saxlamaqla Hacıqabul rayonu Kolanı kənd bələdiyyəsinin (hazırkı Abdulabad bələdiyyəsinin) əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşmış, vahid niyyətlə qeyd edilən rəsmi sənədlərin məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 309.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək, ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli bilərək, ittihamda nəzərdə tutulmuş əməllərin 2003-2005-ci illər ərzində törədildiyini bildirmişdir. Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən təsnifat baxımından CM-in 309.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayət, CM-in 15.2ci maddəsinə əsasən təsnifat baxımından CM-in 313-cü maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə), cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Odur ki, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü, Cinayət Məcəlləsinin 75.1.1 və 75.1.2-ci maddələrinə əsasən onun barəsində olan Azərbaycan Respublikası CM-in 309.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs Hacıqabul rayonu Abdulabad bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, Hacıqabul rayonu Abdulabad bələdiyyəsinin hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı məhkəmə iclasında rəy verərək bildirdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələri ilə ittiham olunmuş cinayət əməlləri 2003-2005-ci illər ərzində törədilsə də, hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçməmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələri ilə ittiham hökmü çıxarılmalı və ona cəza təyin edilməlidir. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməlləri tam sübuta yetirilmişdir və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 309.1 və 313-cü maddələri ilə düzgün tövsüf olunmuşdur. O, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirlidir. Lakin Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bildiyini, ittihamda nəzərdə tutulmuş əməllərin 2003-2005-ci illər ərzində törədildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, cinayətlərin törədilməsindən 17 (on yeddi) ildən artıq müddət keçdiyinə görə, yəni - cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü, Cinayət Məcəlləsinin 75.1.1 və 75.1.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-in 309.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Çünki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən təsnifat baxımından CMin 309.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayət, CM-in 15.2-ci maddəsinə əsasən təsnifat baxımından CM-in 313-cü maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə), cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs ərizəsindən (vəsatətindən) görünür ki, o, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü, Cinayət Məcəlləsinin 75.1.1 və 75.1.2-ci maddələrinə əsasən onun barəsində olan Azərbaycan Respublikası CM-in 309.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsinə razıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Təqsirləndirilən şəxs bələdiyyə iclası protokolu olmadan qəbul etdiyi 23.03.2003-cü il tarixli 03 nömrəli qərarın; 25.03.2004-cü il tarixli 09 nömrəli qərarın; 08.06.2004-cü il tarixli 07 nömrəli qərarın; 15.09.2004-cü il tarixli 10 nömrəli qərarın; 20.02.2005-ci il tarixli 02 nömrəli qərarın; 20.02.2005-ci il tarixli 02 nömrəli qərarın; 20.02.2005-ci il tarixli 02 nömrəli qərarın; 25.09.2005-ci il tarixli 03 nömrəli qərarın və 25.09.2005-ci il tarixli 03 nömrəli qərarın qəbul edildiyi vaxtlar, həmin cinayətlərin törədildiyi vaxtlar, yəni 23.03.2003-cü il; 25.03.2004-cü il; 08.06.2004-cü il; 15.09.2004cü il; 20.02.2005-ci il; 20.02.2005-ci il; 20.02.2005-ci il; 25.09.2005-ci il və 25.09.2005-ci il tarixləri cinayətin törədildiyi və başa çatdığı vaxt sayılır. Həmçinin Təqsirləndirilən şəxs 2007-ci ildən sonrakı dövrdə bələdiyyə sədri vəzifəsində işləmədiyinə, yəni vəzifəli şəxs olmadığına görə, 2007ci ildən sonrakı dövrdə CM-nin 309.1-ci maddəsində (vəzifə səlahiyyətlərini aşma) və CM-nin 313cü maddəsində (vəzifə saxtakarlığı) nəzərdə tutulmuş cinayətlərin subyekti olmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 132 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, baş ədliyyə müşaviri X10 25.10.2021-ci il tarixli qərarı ilə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş sənədlər, yəni - 2000-2009cu illər üzrə Hacıqabul rayonu Kolanı bələdiyyəsinin (hazırkı Abdulabad bələdiyyəsi) protokolların qeydiyyat kitabı, həmçinin bələdiyyə tərəfindən 23.03.2003-cü il tarixli 03 saylı qərarla bələdiyyə mülkiyyətinə aid 100 ha örüş təyinatlı torpaq sahəsi illik icarə haqqı 84 manat olmaqla 99 il müddətinə, 20.02.2005-ci il tarixli 02 saylı qərarla 80 ha örüş təyinatlı torpaq sahəsi illik icarə haqqı 94 manat olmaqla 30 il müddətinə X2, 25.03.2004-cü il tarixli 04 saylı qərarla 84 ha örüş təyinatlı torpaq sahəsi illik icarə haqqı 210 manat olmaqla 50 il müddətinə “Fuad” kəndli fermer təsərrüfatına (KFT-nın rəhbəri Balabikə İsmayılova), 15.09.2004-cü il tarixli 10 saylı qərarla 13,7 ha örüş təyinatlı torpaq sahəsi illik icarə haqqı 50 manat olmaqla 60 il müddətinə, 25.09.2005-ci il tarixli 03 saylı qərarla 130 ha örüş təyinatlı torpaq sahəsi illik icarə haqqı 150 manat olmaqla 39 il müddətinə X6 və 20.02.2005-ci il tarixli 02 saylı qərarla illik icarə haqqı 10 manat olmaqla 30 ha örüş təyinatlı torpaq sahəsi 45 il müddətinə Şahid7 icarə qaydasında verilmiş sənədlər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçiyə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39, 39.1.3, 43, 43.3, 321, 321.2.1-ci və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1 və 313cü maddələri ilə olan cinayət işi üzrə cinayət təqibinə, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsi; Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdiyinə görə Cinayət Məcəlləsinin 313-cü maddəsi) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən xitam verilsin və o, məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 132 (yüz otuz iki) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, baş ədliyyə müşaviri X10 25.10.2021-ci il tarixli qərarı ilə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş sənədlər, yəni - 2000-2009cu illər üzrə Hacıqabul rayonu Kolanı bələdiyyəsinin (hazırkı Abdulabad bələdiyyəsi) protokolların qeydiyyat kitabı, həmçinin bələdiyyə tərəfindən 23.03.2003-cü il tarixli 03 saylı qərarla bələdiyyə mülkiyyətinə aid 100 ha örüş təyinatlı torpaq sahəsi illik icarə haqqı 84 manat olmaqla 99 il müddətinə, 20.02.2005-ci il tarixli 02 saylı qərarla 80 ha örüş təyinatlı torpaq sahəsi illik icarə haqqı 94 manat olmaqla 30 il müddətinə X2, 25.03.2004-cü il tarixli 04 saylı qərarla 84 ha örüş təyinatlı torpaq sahəsi illik icarə haqqı 210 manat olmaqla 50 il müddətinə “Fuad” kəndli fermer təsərrüfatına (KFT-nın rəhbəri Balabikə İsmayılova), 15.09.2004-cü il tarixli 10 saylı qərarla 13,7 ha örüş təyinatlı torpaq sahəsi illik icarə haqqı 50 manat olmaqla 60 il müddətinə, 25.09.2005-ci il tarixli 03 saylı qərarla 130 ha örüş təyinatlı torpaq sahəsi illik icarə haqqı 150 manat olmaqla 39 il müddətinə X6 və 20.02.2005-ci il tarixli 02 saylı qərarla illik icarə haqqı 10 manat olmaqla 30 ha örüş təyinatlı torpaq sahəsi 45 il müddətinə Şahid7 icarə qaydasında verilmiş sənədlər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1 Faiq oğluna məhkəmə icraat zamanı iştirak etdiyi 40 saata görə 240 manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1 "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 gün müddətində Hacıqabul rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar