Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-3/2024 21.11.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2laraq yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə haz;rda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 180.2.3 və 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3 və 234.1-ci maddələri ilə irəli sürülmüş ittihama görə, o, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq evin həyətində olan yarımçıq tikilidən 600 manat dəyərində müxtəlif növ əşyalar oğurlamış, habelə 30 aprel 2023-cü il tarixdə saat 18:40 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, Ə.Vahid küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərindən 1,138 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Belə ki, istintaq orqanı tərəfindən verilən ittihama görə Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgəsinin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 30 aprel 2023-cü il tarixdə saat 06 radələrində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə təhlükəsizlik kamerasının olduğunu görüb dərk edərək barıdan aşmaq yolu ilə qanunsuz daxil olaraq orada yerləşən yarımçıq tikilidən ümumi dəyəri 600 manat olan diametri 0,05 metr uzunluğu 8 metr ölçüdə dəmir boru, diametri 0,13 metr, uzunluğu 6 metr olan 6 ədəd dəmir armatur, 1,8 metr uzunluğunda dəmir reys parçası, 1 ədəd 250 manat dəyərində laqonda, uzunluğu 0,5 metr 20 ədəd tökmədəmir boru, aluminium tərkibli 100 metr və mis tərkibli 100 ölçüdə kabel, 3 ədəd bel, 3 ədəd mişar, 1 ədəd kanalizasiya qapağı, 2 ədəd çəkic, 7,5x0,5 metr ölçüdə aluminium materialından ibarət listləri açıq talayaraq zərərçəkmiş şəxsə qarşı soyğunçuluq etmişdir. Bundan başqa, o, satış məqsədi olmadan, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 1,138 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1 ədəd kağız kəsiyində qablaşdırılmış halda əynində olan qara rəngli cins şalvarın qabaq sağ cibində daşıyaraq saxlamış, 30 aprel 2023-cü il tarixdə saat 19 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, Ə.Vahid küçəsində yaşadığı evinin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Hazırkı cinayət işi aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsində baxılmış və 17 aprel 2024-cü il tarixli 1(071)-3/2024 saylı hökmlə (sədrlik edən Orxan Bayramov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasi CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 1 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə ittiham hökmü çıxarılmışdır. Eyni zamanda həmin hökmlə Təqsirləndirilən şəxs əməlində onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olmaması əsası ilə hissəvi bəraət verilmişdir. Məhkəmənin qeyd olunan hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş protest əsasında işə yenidən Şirvan Apellyasiya Məhkəməsində baxılmış və birinci instansiya məhkəməsində cinayət işinə kobud prosessual pozuntuya yol verilməklə baxılması ilə bağlı həmin məhkəmənin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(106)-548/2024 saylı qərarı ilə apellyasiya protestinə baxılmasına xitam verilməklə Hacıqabul Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 1(071)-3/2024 saylı hökmü ləğv edilmiş və cinayət işi birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışına qaytarılmışdır. Yenidən aparılmış məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs tanıyır, onunla ədavəti və düşmənçiliyi olmamışdır. Belə ki, Zərərçəkmiş şəxs uşaqlıqda onunla qonşuluqda yerləşən ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamış, daha sonra işləri ilə əlaqədar oradan köçmüş, lakin 2-3 ay müddətində arada bir həmin evə gəlib-getmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs evdə olmadığından istifadə edərək barıdan həyətyanı sahəyə daxil olmuş, oradan aluminium və mis elektrik kabelləri oğurlamışdır. Bundan sonra oğurladığı əşyaları küçələrdə “Qazel” markalı nəqliyyat vasitəsində gəzərək metal qəbul edən tanımadığı şəxsə 3,5 (üç manat, əlli qəpik) manata satmışdır. Əldə etdiyi pul vəsaitinə araq alaraq içmişdir. Hətta oğurluq edərkən içkili vəziyyətdə olduğundan öz hərəkətlərini tam dərk etməmişdir. O, həyətyanı sahədən aluminium və mis elektrik kabellərindən başqa heç bir əşya oğurlamamışdır. Aluminium məftillər isə soyuducu içliyindən ibarət dairəvi formada olmuşdur. Kamera görüntülərindən də müşahidə edildiyi kimi, o, həmin aliminium məftillərini ortadan əzib kiçik ölçü formasına salaraq, yəni özü ilə daşıması üçün rahat şəklə salıb torbanın içərisinə qoyaraq oğurlamışdır. O, Zərərçəkmiş şəxs həyətyanı sahəsinə daxil olarkən onun dəqiq olaraq evdə olmadığını əvvəlcədən bilmişdir. Həmin vaxt həyətyanı sahədə quraşdırılmış kamera barədə məlumatı olsa da, lakin kameraların işləməsindən xəbəri olmamışdır. O, Zərərçəkmiş şəxs məxsus həyətyanı sahəyə daxil olarkən və orada quraşdırılmış müşahidə kamerasına əli ilə işarə edərək salam verərkən sərxoş vəziyyətdə olmuşdur. Göstərilənlərə əsasən özünü soyğunçuluq əməli ilə bağlı hissədə təqsirli bilmir. Çünki taladığı aluminium və mis elektrik kabellərinin qiyməti 3,5 manat olmuşdur. Qeyd olunan əşyaların dəyəri isə zərərçəkmiş şəxsə 600 manat pul vəsaiti müqabilində tam şəkildə ödənilmişdir. O, zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi əşyaları, yəni boru, laqonda, mişar, bel, lyuk və s oğurlamamışdır. Çünki həmin əşyaları ağırlığına görə onun daşıması mümkün deyildir. Göstərilənlərə əsasən, ona verilmiş ittiham üzrə soyğunçuluqla bağlı hissədə bəraət verilməsini məhkəmədən xahiş etdi. Bundan başqa, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı hissədə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, xeyli müddətdir narkotik vasitələrdən istifadə edir və müvafiq maddə ilə əvvəllər məhkumluğu olmuşdur. 30 aprel 2023-cü il tarixdə saat 18 radələrində Hacıqabul şəhəri, H.Həmidov küçəsi ilə gedən zaman diqqətini yerdə bir ədəd kağız bükümü cəlb etmiş, həmin kağız bükümünü açıb içərisinə baxdıqda əvvəlcədən tanıdığı narkotik vasitə heroin olduğunu görmüş və içərisində narkotik vasitə heroin olan 1 ədəd kağız bükümünü istifadə etmək məqsədilə götürüb əynində olan qara rəngli cins şalvarın qabaq sağ cibinə qoymuşdur. Həmin gün narkotik vasitə olan heroinin bir hissəsini istifadə etmiş, qalan hissəsini isə sonra istifadə etmək üçün 1 ədəd kağız bükümündə əynində olan qara rəngli cins şalvarın qabaq sağ cibinə qoymuşdur. 30 aprel 2023-cü il tarixdə saat 18:40 radələrində Hacıqabul şəhəri, Ə.Vahid küçəsi ev 48 ünvanında yerləşən yaşadığı evin yaxınlığında olan zaman Hacıqabul RPŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, ona üzərində narkotik vasitələr saxlamaqda şübəhli olduğunu bildirib Hacıqabul RPŞ-nə dəvət etmişlər. Polis şöbəsində olan zaman ona müdafiəçi təyin edilmiş və videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması ondan soruşulmuşdur. Həmin vaxt əynində olan qara rəngli cins şalvarın qabaq sağ cibində gizlətdiyi 1 ədəd kağız kəsiyi bükümünü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra həmin narkotik vasitə qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və o, müdafiəçinin iştirakı ilə protokolu imzalamışdır. Sonda Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində daşıması ilə bağlı törətdiyi əmələ görə peşman olduğunu bildirdi və barəsində bu ittiham üzrə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, ünvan 6 ünvanında yerləşən mənzil ona məxsusdur. Həmçinin mənzilin yerləşdiyi yaşayış binasının yanında özünə məxsus həyətyanı sahəsi vardır. Həmin həyətyanı sahə dəmir lövhələrdən hazırlanmış çəpərlə əhatə olunmuşdur. Həyətdə isə taxtadan tikilmiş köməkçi tikili vardır. O, həmin köməkçi tikiliyə tikintidə istifadə edilən müxtəlif növ inşaat materialları yığmış, orada müxtəlif ölçülərdə olan dəmir parçaları, kabellər, tikinti ləvazimatları saxlamışdır. O, işi ilə əlaqədar Ucar rayonunda yaşayır, lakin mütəmadi olaraq Hacıqabul rayonuna gələrək özünəməxsus mənzilə və həyətyanı sahəyə nəzarət edir. Əvvəllər həyətyanı sahədə yerləşən tikilidə oğurluq faktları aşkar etmiş, hətta qeyd olunan faktların qonşusu Kamil tərəfindən törədilməsini ehtimal etməyə kifayət qədər əsasları olmuşdur. Bu barədə dəfələrlə Kamilin valideynlərinə də xəbərdarlıq etmişdir. Daha sonra o, oğurluq faktlarının qarşısını almaq üçün həyətyanı sahədə 6 ədəd müşahidə kamerası quraşdırmışdır. Hətta kameralar elə yerdə quraşdırılmışdır ki, küçədən keçən hər bir şəxs həmin müşahidə kamerasını görə bilir. O, xx.xx.2023-cü il tarixdə mənzilinə və həyətə nəzarət etmək məqsədilə Hacıqabul rayonuna gəlmiş və oraya nəzər saldıqda dəmir boru parçalarının, kabellərin, tikinti ləvazimatlarının oğurlandığını aşkar etmişdir. Bundan sonra quraşdırdığı nəzarət kamerasına baxmış və tanıdığı Təqsirləndirilən şəxs ona məxsus həyətə daxil olaraq oradan dəmir parçalarını oğurladığını və kameraya əli ilə işarə edərək salam verdiyini görmüşdür. Bu barədə Kamilin valideynlərinə dedikdə, sonuncular ona bildirmişlər ki, Kamil onlara onun işinə qarışmamalarını və kimə nə etdiyini özünün yaxşı bildiyini demişdir. O, Kamilin bu sözlərindən hiddətlənib dərhal Hacıqabul rayon polis şöbəsinə gələrək bu barədə şikayət etmişdir. Həmçinin qeyd etmişdir ki, oğurluq hadisələrinə görə əraziyə real vaxt rejimində daim müşahidə kameraları vasitəsilə nəzarət edir. xx.xx.2023-cü il tarixdə nəzarət üçün qoyduğu əlamətlərin dəyişdiyini hiss etdiyi üçün mənzilə gəlib tikilinin qapısının açılmasını və əşyaların oğurlanmasını aşkar etmişdir. O, sonuncu dəfə ona məxsus olan mənzilə 6 aprel 2023-cü il tarixdə getmişdir. Həmin vaxt oğurlanmış əşyalar həyətyanı sahədə olan yarımçıq tikilidə olmuşdur. Qeyd olunan tikilinin girişi dəmir qapıdan ibarət olmaqla hadisədən əvvəl qıfıl vasitəsilə bağlı vəziyyətdə olmuşdur. Lakin hadisə vaxtı qıfıl zədələnməklə açılmışdır. O, hadisə yerinə gəldikdə qapı açıq vəziyyətdə olmuşdur. Verilmiş suallara əsasən Zərərçəkmiş şəxs əlavə olaraq bildirdi ki, ona məxsus həyətyanı sahədən laqonda, dəmir parçaları, kabellər, tikinti ləvazimatları, borular, bel, mişar və başqa əşyalar qonşu kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və ona 600 manat maddi ziyan vurulmuşdur. Oğurlanmış əşyaların əlamətlərini hazırda uzun müddət keçdiyi üçün xatırlamır, ibtidai istintaq orqanına verdiyi ifadəsini təsdiq edir ki, ona məxsus həyətdən diametri 50 mm, uzunluğu 8 metr olan dəmir materialından olan boru, diametri 13 mm, uzunluğu 6 metr olan 6 ədəd dəmir armatur, uzunluğu 1,8 metr olan reys parçası, 1 ədəd 250 manat dəyərində laqonda, uzunluğu 50 sm olan 20 ədəd tökmədəmir borular, 100 metr uzunluğunda aluminium və 100 metr uzunluğunda mis tərkibli kabellər, 3 ədəd bel, 3 ədəd mişar, 1 ədəd kanalizasiya qapağı, 2 ədəd çəkic, 750x50 sm ölçüdə aluminium materialından ibarət lövhələrin oğurlanmasını təsdiq edir. Lakin qeyd olunan əşyaların mövcudluğu və əlamətləri barədə məhkəməyə hər hansı sübut təqdim edə bilmir. Məhkəmənin təşəbbüsü ilə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatı nəticəsində verilmiş xx.xx.2024-cü il tarixli 9/10093 nömrəli rəylə tanışdır, rəyə münasibətdə heç bir etirazı yoxdur və sübut olaraq qiymətləndirilməsini məhkəmənin mülahizəsinə buraxır. Hazırda isə ona dəymiş zərər tam şəkildə ödənildiyi üçün təqsirləndirilənə qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 30 aprel 2023-cü il tarixdə xidmətdə olarkən ona məlumat daxil olmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 7n Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr daşımaqla saxlayır. Bununla əlaqədar əməliyyat qrupu yaradılmış və qrupun üzvü Şahid2la birlikdə Hacıqabul şəhəri, Ə.Vahid küçəsinə getmişlər. Həmin küçədə Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmış və özlərini təqdim edərək onu RPŞyə dəvət etmişlər. Hacıqabul RPŞ-də olarkən Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübəhli şəxs kimi tutularaq ona hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmiş və vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın qabaq sağ cibində gizlətdiyi 1 ədəd siqaret kağızı bükümünü təqdim etmiş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Sonra narkotik vasitə olan heroin qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raport, əmr, protokol və qərardan müəyyən edilir ki, həmin tarixdə Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 şöbənin rəisi Məmməd Hüseynova müraciət edərək ünvan 8 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması üçün onun ətrafında müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Hacıqabul RPŞ-nin rəisi Məmməd Hüseynov tərəfindən verilmiş eyni tarixli 3-13-78/Ə-195/2023 saylı əmrə əsasən əməliyyat qrupu təşkil edilmiş, qrupun tərkibinə Hacıqabul RPŞ-nin CBA-nın əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 daxil edilməklə, qrupa rəhbərlik ƏİU rəisi Firuz Nuriyevə həvalə edilmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi və keçirilmiş tədbirlər barədə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar RPŞ-nin rəisi Məmməd Hseynov tərəfindən təsdiq edilmişdir. Üzərində xx.xx.2023-cü il tarixli 419 nömrəli daxil olma ştampı olan, əməliyyat müvəkkilli Şahid1 tərəfindən tərtib edilmiş raportdan isə müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni qanunsuz əldə edib üzərində saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:40-da Hacıqabul şəhəri Ə.Vahid küçəsində saxlanılaraq Hacıqabul RPŞ-nə gətirilmiş və həmin gün şöbənin təhqiqatçısı tərəfindən ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 aprel 2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kağız kəsiyi bükümünün içərisində narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntünün olduğu 1 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/456 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi - 1,138 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Rəyə əlavə edilmiş aktdan həmçinin görünür ki, tədqiqata sərf edildikdən sonra 1,088 qram heroin qalıq qalmışdır. İbtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 4437 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qeyd olunur ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,138 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur». Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs bu əməli, yəni onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib özündə saxlamaqla daşıması cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı ona verilmiş ittiham üzrə bu hissədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs bu əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ona verilmiş ittiham üzrə CM-nin 234.1-ci maddəsi ilə ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:40-da faktiki olaraq azadlığı məhdudlaşdırılmış, saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. Hacıqabul Rayon Məhkəməsinin 4(071)-39/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli 1(071)- 86/2023 saylı hazırlıq iclasının qərarına əsasən seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hacıqabul rayonu İcra Hakimiyyətinin MİS-i tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 280 saylı arayışdan görünür ki, Qənbərov X2 şəhəri, Ə.Vahid küçəsi ev 48 mənzil 1 ünvanında yaşayır. Hacıqabul rayonu İcra Hakimiyyətinin MİS-i tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerində mənfi xarakterizə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Qənbərov X2 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(071)-78/2018 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən təqsirli bilinərək barəsində 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Daha sonra o, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş və Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-cü il tarixli Amnistiya haqqında Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay müddətinə azaldılmış, xx.xx.2022-ci il tarixdə isə cəza müddətinin sona çatması ilə əlaqədar azadlığa buraxılmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 18.1ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə hesab ki, Qənbərov X2 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzadan azad edildikdən sonra həmin cinayət əməlinə görə məhkumluq ödənilmədən yenidən hazırki cinayət əməlini törətməsi onun əməlində cinayətin sadə residivini yaradır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, lakin Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun əməlini yüngülləşdirən hal aşkar edilmədi. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti, əvvəllər analoji cinayət törətməyə görə dəfələrlə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq əməlində sadə residiv olması nəzərə alınaraq həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı cəzaçəkmə müddətinin əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 30 aprel 2023-cü il tarixdən hesablamalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Eyni zamanda Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmçinin məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı «Qərarı»nın 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-nin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İş materiallarında olan məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İş materiallarından göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yanaşı həmin Məcəllənin 180.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Lakin, məhkəmə ibtidai istintaq orqanının gəldiyi bu qənaətlə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsin əməlinin soyğunçuluq kimi qiymətləndirilməsi əsassızdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan isə görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrindən həmin Məcəllənin 180.2.3 və 234.1-ci maddələrinə tövsif edilib ona yeni məzmunda ittiham elan edilmişdir. İbtidai istintaq orqanı onun əməlini tövsif edərkən ona əsaslanmışdır ki, Təqsirləndirilən şəxs video müşahidə funksiyalı mühafizə kameralarının qarşısında faktiki olaraq Zərərçəkmiş şəxs məxsus olan həyətyanı sahədəki tikiliyə qanunsuz, yəni heç bir icazə və hüququ olmadan daxil olub ümumi dəyəri 600 manat olan müxtəlif əşyaları talamışdır. Baş vermiş talama hadisəsi zamanı Kamil Qəmbərov təhlükəsizlik kamerasını görmüş, təhlükəsizlik kamerasına əl edərək “salam” vermiş və bununla da o, hərəkətlərinin müşahidə olunduğunu dərk edərək zərərçəkmiş şəxsə məxsus əmlakı açıq şəkildə talamışdır. Buna görə də onun əməli yaşayış sahəsinə və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə özgə əmlakını açıq talama, yəni soyğunçuluq (CM 180.2.3) kimi qiymətləndirilmişdir. Məhkəmə ibtidai istintaq orqanının bu qənaəti ilə razılaşmayaraq qeyd edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 7 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Plenumun həmin qərarındakı mövqeyə əsasən soyğunçuluq cinayəti törədilərkən təqsirkar mülkiyyətçinin və ya digər şəxslərin gözü qarşısında əmlakı talayır, yəni təqsirkarın niyyəti özgəyə məxsus əmlakı digər şəxslərin görəcəyi şəraitdə, açıq şəkildə talanmasına yönəlir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin mənzildə və həyətyanı sahədə olmadığını əvvəlcədən bilmiş və bundan istifadə edərək zərərçəkmiş şəxsə məxsus həyətyanı sahəyə qanunsuz daxil olaraq ona məxsus əşyaları tamah niyyəti ilə götürmüşdür. Çünki, təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı verdiyi ifadələrində həmin ərazidə zərərçəkmiş şəxs tərəfindən video müşahidə funksiyalı kameranın quraşdırılmasını gördüyünü etiraf etsə də, lakin kameraların işləməsi barədə məlumatının olmadığını bildirmişdir. Eyni zamanda kameralar vasitəsilə qeydə alınmış videogörüntülərdən göründüyü kimi, talama hadisəsi xx.xx.2023-cü il tarixdə günün erkən saatlarında, yəni saat 05:56-dan 06:23-dək olan zaman kəsiyində baş vermişdir. Qeyd olunan vaxtda isə insanların əsasən istirahət saatlarının olması nəzərə alınsa müşahidə kameralarının real vaxt rejimində digər şəxslər tərəfindən izlənilməsi ehtimalı məhkəməyə inandırıcı gəlmir. Həmçinin təqsirləndirilən şəxsin ifadəsindən aşkar şəkildə müəyyən edilir ki, onun hadisə vaxtı qonusu olan zərərçəkmiş şəxsin özünün və ya hər hansı digər şəxsin mənzildə, eləcə də yaşayış sahəsinin həyətyanı sahəsində olmaması barədə dəqiq informasiyası olmuşdur. İşin faktiki hallarından görünür ki, həqiqətən də, cinayət hadisəsi baş verən zaman zərərçəkmiş və ya hər hansı digər şəxslər həmin mənzildə olmamış və kimsə tərəfindən real vaxt rejimində quraşdırılmış müşahidə kamerasına nəzarət edilməmişdir. Yalnız bir müddət sonra zərərçəkmiş şəxs ona məxsus mənzildə olarkən həyətyanı sahədən oğurluq faktı baş verdiyini anladıqdan sonra müşahidə kamerasında olan görüntülərə baxmışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, özgə əmlakının gizli talamasında ifadə olunan oğurluq cinayət əməlindən fərqli olaraq, soyğunçuluq cinayət əməlinin ictimai təhlükəliliyi obyektiv cəhətdən məhz özgənin əmlakının digər şəxslərin bilavasitə gözü qarşısında, yəni təqsirkar şəxsin onun kənardan izlədiyini aşkar şəkildə dərk etdiyi, onun buna əhəmiyyət verməməklə talama niyyətini davam etdirməkdə öz əksini tapır. Göründüyü kimi, təqsirləndirilən şəxs cinayət əməlini törədərkən zərərçəkmiş və ya digər şəxslərin görəcəyi şəraitdə deyil, gizli şəkildə özgəyə məxsus əmlakı tamah niyyəti ilə talamışdır. Məhkəmə hesab edir ki, bu vəziyyətdə şəxsin əməli soyğunçuluq kimi deyil, özgə əmlakını gizli şəkildə talama kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, təqsiləndirilən şəxsə qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın məzmununa əsasən o, zərərçəkmiş şəxsə məxsus həyətyanı sahəyə daxil olaraq oradan diametri 0,05 metr uzunluğu 8 metr ölçüdə dəmir boru, diametri 0,13 metr, uzunluğu 6 metr olan 6 ədəd dəmir armatur, 1,8 metr uzunluğunda dəmir reys parçası, 1 ədəd 250 manat dəyərində laqonda, uzunluğu 0,5 metr 20 ədəd tökmədəmir boru, aluminium tərkibli 100 metr və mis tərkibli 100 ölçüdə kabel, 3 ədəd bel, 3 ədəd mişar, 1 ədəd kanalizasiya qapağı, 2 ədəd çəkic, 7,5x0,5 metr ölçüdə aluminium materialından ibarət listləri (lövhələri) talamışdır. Bununla da, zərərçəkmiş şəxsə ümumilikdə 600 manat zərər dəymişdir. Məhkəmə iş materiallarında olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, vurulmuş zərərin dəyərinin 600 (altı yüz) manat həcmində təşkil etməsi belə öz təsdiqini tapmır. Belə ki, iş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Hacıqabul şəhəri Ə.Vahid küçəsi ev 47 ünvanında yerləşən yaşayış binasının yaxınlığında olan həyətyanı sahədir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin həyətyanı sahə yaşayış binasının girişindən sağ tərəfdə və binadan təxminən 2-3 metr aralı məsafədə yerləşir. Həyət dəmir lövhələrlə çəpərlənmişdir. Həyətə giriş qapısı birlaylıdır. Həyətə daxil olduqda girişdən sol tərəfdə daşdan inşa edilmiş tikilinin, düz istiqamətdə isə taxtadan hazırlanmış köməkçi tikilinin mövcud olması müşahidə edilmişdir. Həmçinin taxtadan inşa edilmiş tikilinin qarşısında taxta parçaları ilə hasarlanmış ərazi vardır. Həmin ərazinin taxtadan olan giriş qapısının sınmış vəziyyətdə olması aşkar edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs həyətyanı sahədə olan taxta tikilinin qarşısını göstərərək ona məxsus müxtəlif ölçüdə olan dəmir parçalarının məhz oradan oğurlandığını bildirmişdir. Zərərçəkmiş şəsxin göstərdiyi yerə baxış keçirildikdə orada torpaq üzərində dəmir parçalarının olmasını təsdiq edən izlər aşkar edilmişdir. Protokola fotoşəkillər əlavə edilmişdir. Həmin fotoşəkildə öz əksini tapan bir ədəd dəmir boruya məhkəmə tərəfindən vizual qaydada nəzər yetirildikdə onun uzunluğunun kifayət qədər böyük olması müşahidə edilir. Hansı ki, adi məntiqi hesablamaya görə həmin boru həsir materialdan olan torbaya qoyularsa aşkar şəkildə onun böyüklüyü görünə bilər. Bundan başqa, ibtidai istintaq zamanı təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/4075 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 06 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri 2023-cü ilin aprel ayına nəzəri hesablama yolu ilə təxminən 208 manat olması müəyyən edilmişdir. Diametri 50 mm, uzunluğu 8 metr ölçüdə dəmir borunun – bir ədədi 6 manat; diametri 13 mm, uzunluğu 6 metr olan 6 ədəd dəmir armaturun – bir ədədi 9 manat olmaqla cəmi 54 manat; 1,8 metr uzunluğunda dəmir reys parçası – 36 manat; 3 ədəd bel – 36 manat; 1 ədəd kanalizasiya qapağı – 60 manat, 2 ədəd çəkic – 16 manat olmaqla, ümumi dəyəri 208 (iki yüz səkkiz) manat müəyyən edilir. Digər 6 adda mallar haqqında isə cinayət işi materiallarında kifayət qədər məlumat olmadığından onların qiymətləndirilməsi mümkün olmamışdır. Göründüyü kimi, talanmış malların dəyərinin müəyyən edilməsində ziddiyyət mövcud olmuşdur. Buna baxmayaraq, ibtidai istintaq orqanının “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, talanması ehtimal olunan əmlakların dəyəri zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi qiymətə istinad edilməklə ittihama daxil edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, istintaq zamanı zərərçəkmiş şəxsin ona məxsus əmlakın dəyəri ilə bağlı qeyd etdiyi qiymətləndirmə hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına istinad edilmişdir. Dolayısı ilə müvafiq qərarda ibtidai istintaq orqanı nəyə görə zərərçəkmiş şəxsin məlumatına istinad etməsini kifayət qədər mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Halbuki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxsə məxsus evin həyətində quraşdırılmış müşahidə kamerasında qeydə alınmış video görüntülərə baxış keçirilmişdir. Video görüntülərdə təqsirləndirilən şəxs tərəfindən içərisində bükülmüş şəkildə olan kabelə oxşar əşyalar olan ağ rəngli torbanın hasarın üzərindən bir əli ilə asanlıqla hasarın digər tərəfinə tulladığı aydın şəkildə görsənir. İttihamda qeyd edilən talanmış əşyaların ölçüləri və çəkiləri nəzərə alınsa həmin əşyaların bir şəxs tərəfindən həm də, video görüntüdə göründüyü kimi asanlıqla hasarın üzərindən digər tərəfə atılması mümkün deyil. Belə ki, qeyd edilən əşyalardan 8 metr ölçüdə dəmir borunun, uzunluğu 6 metr olan 6 ədəd dəmir armaturun, 1,8 metr uzunluğunda dəmir reys parçasının, 7,5x0,5 metr ölçüdə aluminium materialından ibarət listlərin, 3 ədəd belin ölçüləri kifayət qədər iridir. 1 ədəd laqonda, 20 ədəd tökmədəmir boru, 3 ədəd mişar, 1 ədəd kanalizasiya qapağı, 2 ədəd çəkicin isə uzunluq və en vahidləri kiçik olsa da, çəkiləri ağır olan əşyalardır. Təqsirləndirilən şəxs həm ibtidai araşdırma, həm də, məhkəmə istintaqı zamanı verdiyi ifadələrində zərərçəkmişə məxsus həyətyanı sahədən müxtəlif (aluminium və mis) kabellərin taladığını bildirmişdir. Video görüntüyə baxış zamanı təqsirləndirilən şəxs tərəfindən hasarın üzərindən digər tərəfə atılan torbada bükülərək yığılmış əşyaların olması görünür. Video görüntüdə həmçinin təqsirləndirilən şəxs tərəfindən özü ilə daşıdığı ağ rəngli tobaya əvvəlcə topladığı əşyaları görüntünün sonlarında boşaltması müşahidə edilir. Dolayısı ilə onun tətəfindən ağır və kifayət qədər uzunluğa malik digər əşyaların talanması görüntüdə qeydə alınmamışdır. İttiham tərəfindən isə təqsiləndirilən şəxs tərəfindən aluminium və mis kabellərdən başqa digər əşyaların talanmasını təsdiq edən hər hansı sübutlar təqdim edilməmişdir. Zərərçəkmiş şəxs də məhkəməyə buna dair sübut təqdim edə bilməmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı ilkin olaraq verdiyi xx.xx.2023-cü il tarixli, eləcə də şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində yalnız soyuducunun içliyi olan aluminium və mis kabellərin taladığını bildirmişdir. Onun şifahi qaydada verdiyi bu vəsatəti iş materiallarında olan digər sübutlarla müqayisəli şəkildə tədqiq edilmədən ibtidai istintaqı aparan müstəntiqin xx.xx.2023-cü il tarixli qərarına əsasən əsassız olaraq rədd edilmişdir. Qeyd olunur ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il Qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə məxsus yalnız aluminium və mis kabellərin talanması faktı öz təsdiqini tapmışdır, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd edilən digər əşyaların talanması isə öz təsdiqini tapmamışdır. Məhkəmənin təşəbbüsü ilə təyin edilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/10093 №-li rəyindən isə görünür ki, istifadə olunmamış elektrik kabellərinin 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 80 manat müəyyən olunur. Belə ki, Azərbaycan istehsalı, istifadə olunmamış, en kəsiyinin sahəsi 4 mm2 olan, 100 metr uzunluğunda aliminium tərkibli elektrik kabelinin qiyməti – 30 manat; Azərbaycan istehsalı, istifadə olunmamış, en kəsiyinin sahəsi 4 mm2 olan, 100 metr uzunluğunda mis tərkibli elektrik kabelinin qiyməti isə – 50 manat müəyyən olunur. Həmçinin iş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizə və teleqramdan görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin Qeydinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Göründüyü kimi, məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus həyətyanı sahəyə daxil olaraq oradan ümumi dəyəri 80 manat olan mis və aluminium elektrik kabellərini gizli olaraq talamışdır. Lakin, Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 1-ci bəndinə əsasən həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət isə əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Beləliklə, 177.2.3-cü maddəyə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq cinayətinin törədilməsinə görə məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud deyildir. Qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 39.1.2-ci maddəyə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 39.3-cü maddəyə əsasən Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. 42.1 və 42.1.2-ci maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun əməlində cinayət tərkibi olmadıqda onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsinin tərkibi olmadığından ona, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama həmin hissədə Azərbaycan Respublikası CPMnin 42.1.2-ci maddəsinə əsasən, yəni əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Qanunun qeyd edilən müddəalarını rəhbər tutaraq məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə məxsus yalnız mis və aluminium elektrik kabellərinin gizli talanması faktı sübuta yetirildiyinə görə, məhkəmə ittihamda qeyd edilən zərərçəkmiş şəxsə məxsus digər əşyaların müqəddəratına münasibət bildirməyi zəruri hesab etmir. Eyni zamanda, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsi nəzərə alınmalıdır. Bundan başqa, hazırkı cinayət işi üzrə maddi sübut və məhkəmə məsrəfləri ilə bağlı məsələni müzakirə edib məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CMnin 234.1-ci maddəsi üzrə onun üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış və hazırda Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan 1,088 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün olduğu 1 ədəd DVD disk və talama faktı ilə bağlı müşahidə kameraları vasitəsilə hadisənin görüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan 159,74 (49,74+50+60) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 40 (qırx) saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 240 manat pul köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə ona bəraət verilsin. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 1,088 qram olan narkotik vasitə heroin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 159,74 manat (yüz əlli doqquz manat yetmiş dörd qəpik) pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********) Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(071)-3/2024
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-3/2024
21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver