Məhkəmə qərarları › İş №1(071)-30/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-30/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-30/2025 27.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri H.Həmidov küçəsinə daşımış, 26 sentyabr 2024-cü il tarixdə saat 11 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri H.Həmidov küçəsində yerləşən “köhnə poliklinika” deyilən istifadəsiz binanın həyətində saxlanılaraq üzərində yoxlama aparılarkən 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,312 qram olan ağımtıl rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər Cinayət Məcəlləsinin 181.1, 234.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. O, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. 25 sentyabr 2024-cü il tarixdə saat 18 radələrində o, Hacıqabul şəhəri H.Həmidov küçəsində yerləşən "köhnə poliklinika" deyilən istifadəsiz binanın yaxınlığından keçən zaman yerdə bir ədəd balaca politelen kəsiyi bükümünün olduğunu görmüşdür. Həmin politelen kəsiyi bükümü onun diqqətini çəkdiyi üçün onu yerdən götürüb içərisinə baxmış və orada kağız kəsiyi bükümünün olduğunu görmüşdür. O, kağız kəsiyi bükümünün içərisinə baxan zaman orada psixotrop maddə olan metamfetamin olduğunu görmüş və özü psixotrop maddələrin istifadəçisi olduğu üçün kağız kəsiyi bükümünün içərisindəki psixotrop maddəni dərhal tanımışdır. O, ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra psixotrop maddəni əynində olan göy rəngli cins şalvarın qabaq sağ kiçik cibinə qoymuşdur. Həmin vaxtdan sonra o, üzərində olan psixotrop maddədən istifadə etməmişdir. 26 sentyabr 2024-cü il tarixdə, saat 10 radələrində o, yaşadığı evdən çıxıb öz işləri ilə əlaqədar olaraq getməyə hazırlaşmış və 25 sentyabr 2024-cü il tarixdə tapdığı və göy rəngli cins şalvarın qabaq sağ kiçik cibində olan psixotrop maddəni istifadə etmək qərarına gəlmişdir. Belə ki, o, psixotrop maddə olan metamfetamini şpris vasitəsi ilə damarına inyeksiya etməklə qəbul edir. O, yaşadığı evdə bir müddət öncə xəstə olduğu zaman aldığı təzə şpirisi götürüb həmin vaxt əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibinə qoymuş və yaşadığı evdən çıxıb getmişdir. O, psixotrop maddəni istifadə etmək üçün limon duzundan istifadə edir. Bu məqsədlə o, Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerləşən bazara getmiş və limon duzu almışdır. Həmin limon duzu çox olduğundan o, onun bir qismini balaca politelen kəsiyinə tökmüş və əynində olan göy rəngli cins şalvarın qabaq sol cibinə qoymuşdur. Bundan sonra o, psixotrop maddəni istifadə edən zaman onu heç kimin görməməsi üçün Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerləşən "köhnə poliklinika" deyilən istifadəsiz binanın həyətinə getmişdir. O, Hacıqabul şəhəri H.Həmidov küçəsində yerləşən "köhnə poliklinika" deyilən istifadəsiz binanın həyətində olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Onlar onun qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirmiş, bundan sonra polis əməkdaşları onun üzərində yoxlama aparılacağını ona bildirib hüquq və vəzifələrini ona elan etmişlər. Özünü Hacıqabul rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 kimi təqdim edən polis əməkdaşı onun üzərində aparılacaq yoxlama zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra əməliyyatçı onun üzərinə yoxlama keçirməyə başlamış və əynində olan göy rəngli cins şalvarın qabaq sol yan cibində saxladığı içərisində limon duzu olan bir ədəd polietilen kəsiyi bükümünü aşkar edərək götürmüşdür. Əməliyyatçı tərəfindən həmin polietilen kəsiyi bükümünə baxış keçirilmiş və polietilen kəsiyi bükümünün içərisində ağımtıl rəngli kristal formada limon duzunun olduğu aşkar olunmuşdur. O, polis əməkdaşlarına həmin polietilen bükümün içərsində olan maddənin limon duzu olduğunu bildirəndə polis əməkdaşları həmin polietilen kəsiyinin içərisində dəqiq nəyin olmasını ekspertiza təyin olunduqdan sonra bilinəcəyini bildirmişlər. Əməliyyatçı Şahid1 tərəfindən üzərindən aşkar olunaraq götürülmüş içərisində limon duzu olan bir ədəd polietilen kəsiyi bükümü elektron tərəzidə çəkilmiş və çəkisinin 2,91 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmiş və tərəflərindən üzərinə imzalar edilmişdir. Bundan sonra əməliyyatçı onun üzərinə yoxlama keçirməyə davam etdirmiş və əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibində saxladığı şpirisi aşkar edərək götürmüşdür. Sonra əməliyyatçı onun üzərinə yoxlama keçirməyi davam etdirmiş və əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan kiçik cibində saxladığı içərisində psixotrop maddə metamfetamin olan bir ədəd kağız kəsiyi bükümünü aşkar edərək götürmüşdür. Əməliyyatçı tərəfindən həmin kağız kəsiyi bükümünə baxış keçirilmiş və kağız kəsiyi bükümünün içərisindən ağımtıl rəngli kristal formada psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Bundan sonra əməliyyatçı Şahid1 tərəfindən üzərindən aşkar olunaraq götürülmüş içərisində psixotrop maddə metamfetamin olan bir ədəd kağız kəsiyi bükümü elektron tərəzidə çəkilmiş və çəkisinin 0,22 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmiş və tərəflərindən üzərinə imzalar edilmişdir. Bundan sonra onun üzərində yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra onu polis şöbəsinə dəvət etmişlər. Onlar birlikdə polis şöbəsinə gəldikdən sonra üzərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Bundan sonra polis geyimində olan və özünü Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Taryel Səfərov kimi təqdim edən şəxsin xidməti otağına daxil olmuşlar. O, ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. O, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Vəkil X4 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərindən yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, müdafiəçinin və onun iştirakı ilə üzərindən aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərində tərəflərindən imzalar edilmişdir. Üzərində yoxlama aparılan zaman, habelə polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq hərəkətləri edilməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək barəsində ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Hacıqabul rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 sentyabr 2024-cü il tarixdə Hacıqabul şəhəri, D.Ağamalıyev küçəsi, ev 10-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Hacıqabul rayonu ərazisində narkotik vasitələri qanunsuz olaraq üzərində saxlaması və istifadə etməsi ilə bağlı ona əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanması, üzərinə müvafiq qaydada yoxlama keçirilməsi və Hacıqabul rayon polis şöbəsinə gətirilməsi ilə əlaqədar "təxirə salınmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında" tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul rayon polis şöbəsinin rəhbərliyinin əmri əsasında onun rəhbərliyi ilə qrup üzvü kimi onun, Hacıqabul rayon polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Hacıqabul rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 daxil olduğu əməliyyat qrupu yaradılmışdır. 26 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində onlar Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerləşən "köhnə poliklinika" deyilən istifadəsiz binanın həyətində saxlamış, Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman qaçmağa cəhd göstərdiyi üçün onlar ona xüsusi vasitə (qandal) tətbiq etmişlər. Onlar Təqsirləndirilən şəxs Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılacağını bildirib hüquq və vəzifələrini ona elan etmişdir. O, həmçinin Təqsirləndirilən şəxs onun üzərində aparılacaq yoxlama zamanı video-çəkilişdən istifadə olunacağını bildirmiş, bundan sonra o, Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirməyə başlamış və Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın qabaq sol yan cibində saxladığı içərisində psixotrop maddə metamfetaminə bənzər bir ədəd polietilen kəsiyi bükümünü aşkar edərək götürmüşdür. Onun tərəfindən həmin polietilen kəsiyi bükümünə baxış keçirimiş və polietilen kəsiyi bükümünün içərisindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər bir ədəd polietilen kəsiyi bükümü onun tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 2,91 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 80 saylı möhürü ilə möhürlənmiş və tərəflərindən üzərinə imzalar edilmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərində yoxlama aparmağa davam etmiş və Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibində saxladığı bir ədəd təzə, istifadə edilməmiş şpris aşkar edərək götürmüşdür. Sonra o, Təqsirləndirilən şəxs üzərində yoxlama aparmağa davam etmiş və Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan kiçik cibində saxladığı içərisində psixotrop maddə metamfetaminə bənzər bir ədəd kağız kəsiyi bükümünü aşkar edərək götürmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər bir ədəd kağız kəsiyi bükümü onun tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 0,22 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 80 saylı möhürü ilə möhürlənmiş və tərəflərindən üzərinə imzalar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə onun tərəfindən yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs barəsində prosessual sənədləşdirilmə aparılması məqsədi ilə onlar Təqsirləndirilən şəxs Hacıqabul rayon polis şöbəsinə dəvət etmiş, onlar birlikdə polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Bundan sonra onlar birlikdə X5un xidməti otağına gəlmiş, X5 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini Təqsirləndirilən şəxs elan edib bu barədə yazılı bildiriş vermişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş, müdafiəçi qismində Şirvan Regional Vəkillər bürosunun vəkili X4 dəvət olunmuşdur. X5 Təqsirləndirilən şəxs üzərindən yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçinin və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan və qablaşdırılan əşyaya X5 tərəfindən yenidən baxış keçirimiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 80 saylı möhürü ilə möhürlənmiş və üzərində tərəflərindən imzalar edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, şahidlər Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şəbhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 26 sentyabr 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın qabaq sol cibindən 1 ədəd selofan bükülü içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərək çəkisinin 2,91 qram olduğu müəyyən edilmişdir. Sonra yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibindən bir ədəd şpris, sağ kiçik cibindən isə bir ədəd kağız büküm aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,22 qram olduğu müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd selofan bükümdə içərisində 2,91 qram, qabaq sağ cibindən 1 ədəd inyeksiya üçün şpris, qabaq sağ kiçik cibindən 1 ədəd kağız büküm içərisində metamfetaminə bənzər çəkisi 0,22 qram olan maddənin qablaşdırıldığı 1 ədəd zərf təkrar açılaraq orada olan metamfetaminə bənzər kütləyə baxış keçirildi. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/831 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi – 0,312 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd bükümdə təmiz çəkisi – 5,079 qram olan ağımtıl rəngli maddə narkotik vasitə və psixotrop maddələrə aid deyildir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İİ siyahısının 67-ci bəndində metamfetamin adlı psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7067 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 0,212 qram qalan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmışdır. Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Taryel Səfərov tərəfindən tərtib edilmiş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:00-dan etibarən faktiki azadlığı məhdudlaşdırılmış, həmin tarixdə saat 12:45-də Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında tutulmuşdur. Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi İbrahim Qəhrəmanov tərəfindən qəbul edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Nəcəfov X2 şəhəri D.Ağamalıyev küçəsi ev 10 ünvanında qeydiyyatdadır. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X8 tərəfindən verilmiş 18-1-41/2-845/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Nəcəfov X2 rayon mərkəzi xəstəxanasının narkoloji kabinetində qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə cavabdan və məhkəmə hökmünün və qərarının surətindən görünür ki, Nəcəfov X3 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhər Nizami rayon məhkəməsinin qərarı ilə 18 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət əməli törədilərkən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli və xx.xx.2022ci il tarixli hökmlərinə əsasən təqsirli bilindiyi cinayət əməllərinə görə məhkumluqlar ödənilməmişdir. Bu səbəbdən hazırki, cinayət əməli törədilərkən təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivinin olması məlum olur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixtorop maddə metamfetamin əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, törətdiyi cinayət əməlini etiraf etməsini Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hall kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti, əvvəllər iki dəfə cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq islah olunmadan yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,212 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 27 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 0,212 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat (otuz bir manat doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 15 (on beş) saata görə 90 (doxsan) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********) Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar