Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-31/2023 11.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X16 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Salyan rayonu, Nəvahı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Hacıqabul rayonu, Nəvahı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, xx.xx.2003-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq verilməsinə dair Şirvan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli, 2(032)- 1285/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(071)-265/2019 saylı qərarı ilə on iki gün, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli, 3(071)-233/2020 saylı qərarı ilə on doqquz gün və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 3(071)-126/2022 saylı qərarı ilə iyirimi gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək cəmi 2300 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs ilə nikahları rəsmiləşdirilməklə ailə qurmuş və ər-arvad kimi yaşamışlar. Münasibətlərindən xx.xx.2003-ci il təvəllüdlü X4 adında övladları anadan olmuşdur. Birlikdə yaşadıqları müddətlərdə bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pozulduğundan ayrılmaq qərarına gəlmişlər və həmin vaxtdan da Zərərçəkmiş şəxs uşaqla birlikdə valideyinlərinin himayəsində yaşayır. Ayrılandan sonra Zərərçəkmiş şəxs uşağı tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Şirvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən ondan qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmin qətnamə üzrə aliment borcunu vaxtında ödəmədiyinə görə Hacıqabul Rayon Məhkəməsinin qərarları ilə üç dəfə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsə də maddi imkanı kifayət qədər olmadığından ödəməli olduğu aylıq alimenti ödəməmiş və nəticədə təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək 2300 manat aliment borcu yaranmışdır. Övladına baxmalı olduğunu dərk edir, buna görədə özünü təqsirli bilir. Alimenti ödəyə bilməməsinin səbəbi maddi imkanın zəif olması olmuşdur. İstintaq zamanı həmin borcun 200 manat hissəsini, məhkəmə araşdırması zamanı isə 2100 manat hissəsini ödəməklə, aliment borcunu tamamilə ödəmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə nikahları rəsmiləşdirilməklə ailə qurmuş, birlikdə ər-arvad kimi yaşamışlar. Münasibətlərindən xx.xx.2003-ci il təvəllüdlü X4 adında övladları anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da sonradan ailəsinə və uşağına baxmadığından Təqsirləndirilən şəxs ilə ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da övladı ilə birlikdə valideyinlərinin himayəsində yaşayır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşağın saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmiş, uşağı tək başına saxlaya bilmədiyindən ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış Şirvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs aliment borclarını vaxtı-vaxtında ödəməmişdir. Buna görə o, üç dəfə inzibati qaydada həbs edilmişdir. Ona icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də, o, aliment borcunu ödəməmişdir. Təqsirləndirilən şəxs barəsində cinayət işi başlandıqdan sonra istintaq zamanı 200 manat, məhkəmə baxışı gedişində isə 600 manat və 1500 manat olmaqla, cəmi ona 2300 manat ödəniş etmişdir. Lakin, özünün hesablamalarına əsasən təqdimat verilən günə ödənilməli olan aliment borcu 2300 manat deyil, 2950 manat olmuşdur. Odur ki, qalan məbləğin ödənilməsini də Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 ifadəsində bildirdi ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1285/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla borclu Təqsirləndirilən şəxs 10 iyul 2003-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Göstərilən icra sənədi xx.xx.2018-ci il tarixdə Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Məcburi icra tədbirlərinin tətbiq olunması məqsədi ilə Təqsirləndirilən şəxs mülkiyyətində tələbin yönəldilməsinə yol verilən əmlak və gəlirlərin müəyyən edilməsi məqsədi ilə icra tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu Təqsirləndirilən şəxs yerini müəyyən etmək mümkün olmadığı üçün onun, axtarılması barədə qərar qəbul edilərək icra edilməsi Hacıqabul rayon Polis şöbəsinə göndərilmiş və onun barəsində xx.xx.2019-cu il tarixdə Polis şöbəsində axtarış işi açılmışdır. İcra sənədinin icrasının təmin olunması məqsədi Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Polis şöbəsi tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmiş, izahatı alınmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi və məhkəmə qərarını icra etmədiyi üçün borclunun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, Hacıqabul Rayon Məhkəməsinin 3(071)-265/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təqsirli bilinərək on iki gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. Bundan sonra, borcluya tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş və xəbərdarlıq edilmişdir. Təsirli icra tədbirləri nəticəsində yaranmış borcun və alimentin davamlı olaraq ödənilməsi qismən təmin olunmuşdur. Sonradan borclu alimentin mütəmadi ödənilməsini təmin etməmiş və çağırış zamanı şöbəyə gəlməmiş və yenidən xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs axtarılması barədə qərar qəbul edilərək Polis şöbəsinə göndərilmiş və xx.xx.2020-ci il tarixdə saxlanılaraq şöbəyə təhvil verilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə təqdim edilmiş, məhkəmənin 3(071)- 233/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təqsirli bilinərək on doqquz gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. xx.xx.2021-ci il tarixdə X7 yetkinlik yaşına çatdığı üçün aylıq alimentin hesablanması dayandırılmış və borclu Təqsirləndirilən şəxs 2300,00 manat aliment borcu qalmışdır. Borclu Təqsirləndirilən şəxs yenidən şöbəyə dəvət olunmasına baxmayaraq o, şöbəyə gəlməmiş və edilmiş xəbərdarlıqlara məhəl qoymayaq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs barəsində yenidən borclunun axtarılması qərar qəbul edilərək Polis şöbəsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə saxlanılaraq şöbəyə təhvil verilmişdir. X1 izahatı alınmış və yaranmış aliment borcunu ödəməsi üçün xəbərdarlıq edilmiş, icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə təqdim edilmiş və Təqsirləndirilən şəxs Məhkəmənin 3(071)-126/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iyirmi gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra tələbi icra etməsi üçün məsuliyyət elan olunmaqla yeni müddət verilmiş, yenə icra olunmamışdır. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, aliment borcunu tam ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2300 manat borcu yaranmışdır. Tələbkar Zərərçəkmiş şəxs şöbəyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. Bu səbəbdən onun barəsində cinayət işinin başlanması üçün təqdimat verilmişdir. Lakin, cinayət işi başlandıqdan sonra Təqsirləndirilən şəxs 200 manat istintaq gedişində, 600 manat və 1500 manat olmaqla, cəmi 2100 manat pulu isə məhkəmə baxışı gedişində tələbkara ödəmişdir. Bununla da o, təqdimat verilən tarixə yaranmış 2300 manat aliment borcunu tamamilə ödəmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Hacıqabul Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, şahid X6 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin 2(032)-1285/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Təqsirləndirilən şəxs 10 iyul 2003-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2018-cu il tarixli qərardan görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 1285/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” xx.xx.2018-cu il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Şirvan şəhər Məhkəməsinin 2(032)-1285/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(071)-265/2019 saylı, xx.xx.2020-ci il tarixli, 3(071)-233/2020 saylı və xx.xx.2022-ci il tarixli, 3(071)-126/2022 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək, müvafiq olaraq on iki gün, on doqquz gün və iyirimi gün müddətinə inzibati qaydada həbs edilmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. “Cinayət məsuliyyətinə cəlb olunma haqqında” xx.xx.2022-ci il tarixli təqdimatdan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 2(032)-1285/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tələbkara ödəməli olduğu 3500 manat aliment pulundan ümumilikdə 1200 manat tələbkara ödəmiş, onun 2300 manat borcu qalmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Qətimkan tədbiri seçmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin X2 filialının 08 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs iş axtaran şəxs kimi qeydiyyata olmasına baxmayaraq işlə təmin edilməsi üçün məşğulluq mərkəzinə müraciət etməmişdir. Şirvan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli, 2(032)-1285/2018 saylı qətnaməsi əsasında Hacıqabul Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci tarixli təqdimatda qeyd edilən yaranmış 2300 manat aliment borcundan istintaq müddətində xx.xx.2023-cü il tarixli qəbzlə 200,00 manat ödəniş edilmişdir. Zərər çəkmiş şəxsin nümayəndəsi tərəfindən tərtib edilmiş ərizədən və pul köçürülməsinə dair qəbzdən görünür ki, məhkəmə araşdırması dövründə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə isə 600 manat aliment borcundan ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 306.1-ci mаddəsinin qeyd hissəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan ödəniş qəbzləri ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs təqdimat verilən tarixə yaranmış 2300 manat aliment borcunun 200 manat hissəsini ibtidai istintaq dövründə, 2100 manat hissəsini (1500 manat və 600 manat olmaqla) isə məhkəmə araşdırması dövründə zərər çəkmiş Zərərçəkmiş şəxs ödəmişdir. Bununla da onun təqdimat verilən tarixədək hesablanmış ittihamda göstərilən aliment borcunu tam şəkildə ödədiyi müəyyən olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəməsi nəzərə alınmalı və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin qeyd hissəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 17 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 102 manat pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 39, 43, 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 306.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 306.1ci maddəsinin Qeyd hissəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 102 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. X17
Məhkəmə qərarları › İş №1(071)-31/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-31/2023
11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver