Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-31/2024 06.03.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuana və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən metamfetamini qanunsuz olaraq əldə edib qeydiyyat şəhadətnaməsi əsasında idarə etdiyi “X11 yük” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayıb Hacıqabul rayonu Nəvahi kəndinə daşımış, 27 oktyabr 2023-ü il tarixdə saat 01 radələrində Hacıqabul rayon polis şöbəsinin və BDYPİ-nin YPXA-nın 7-ci tağımının əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Navahi kəndində yerləşən BDYPİ-nin 720 saylı stasionar postunda idarə etdiyi avtomobillə birlikdə saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və idarə etdiyi avtomobilə baxış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib idarə etdiyi “X11 yük” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşıdığı 01 ədəd selofan kəsiyi bükümündə şəxsi istehlak miqdarında, yəni təmiz çəkisi 1,78 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, şəxsi istehlak miqdarından artıq 01 ədəd kağız bükümündə təmiz çəkisi 0,497 qram və 01 ədəd selofan kəsiyi bükümündə təmiz çəkisi 0,098 qram olmaqla, ümumi təmiz çəkisi 0,595 qram xeyli miqdarda xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamin həmin avtomobilin sürücü oturacağının qarşısında olan günlük hissəsindən aşkar edilib götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, anası 2023-cü ilin iyun ayında anası rəhmətə gedəndən sonra psixi sarsıntı keçirmiş və fikirlərini dağıtmaq üçün narkotik vasitələr istifadə etməyə başlamışdır. Həmin narkotik vasitələri Sumqayıt şəhərində tanımadığı şəxslərdən müxtəlif qiymətlərə almışdır. O, qeydiyyat şəhadətnaməsi ilə atası Rakit Mustafayevə məxsus olan etibarnamə ilə idarə etdiyi “X11 yük” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri və ətraf rayonlarda yük daşımaqla, bundan əlavə istifadə edilmiş selofanları yığıb qəbul məntəqələrinə təhvil verməklə çörək pulu qazanır. Təxminən 3-4 ay bundan əvvəl istifadə edilmiş selofanları yığmaq məqsədilə Ağstafa rayonuna getmişdir. Rayon ərazisində olan zaman orada tanış olduğu əslən rayonun Poylu qəsəbəsindən olan Rəhman adlı şəxs ona əvəzsiz olaraq narkotik vasitə olan marixuana və psixotrop maddə sayılan metamfetamin vermişdir. Həmin narkotik vasitə və psixotrop maddəni idarə etdiyi avtomobilin sürücü oturacağının alt hissəsində gizlətmişdir. Bu müddət ərzində narkotik vasitə sayılan marixuanadan bir neçə dəfə istifadə etmişdir. O, Şəmkir rayonunda istifadə edilmiş selofanları istixanalardan və müxtəlif mağazalardan yığmaq qərarına gəlmişdir. Buna görə də, əvvəldən tanıdığı Şahid5 və Şahid4 ona kömək etmələri üçün Şəmkir rayonuna getməyi təklif etmiş, onlarla razılaşdıqdan sonra xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Sumqayıt şəhərindən onun idarə etdiyi “X11 yük” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə yola düşmüşlər. Şəmkir rayonunda bir neçə istixanalardan, sonda isə rayon ərazisində yerləşən Əsədoğlu adlanan marketdən istifadə edilmiş selofan torbaları Şahid5 və Şahid4 idarə etdiyi avtomobilə yüklədikdən sonra yola düşmüşlər. Hacıqabul rayonu Navahi kəndi ərazisində olan zaman idarə etdiyi avtomobildə saxladığı narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmək qərarına gəldiyi üçün yol kənarında yerləşən adını bilmədiyi restoranın qarşısında avtomobili dayandırmışdır. Həmin vaxt avtomobildə sərnişin qismində əyləşmiş Şahid5 və Şahid4 restoranın tualetinə gedəcəyini bildirib avtomobildə saxladığı içərisində marixuana və metamfetamin olan selofanı gizli şəkildə özü ilə götürmüşdür. Restoranın tualetində üzərində olan xüsusi kağızın içərisində narkotik vasitə olan marixuanadan əlavə edib həmin narkotik vasitəni çəkmişdir. Daha sonra avtomobilə geri qayıdıb üzərində olan içərisində marixuana və metamfetamin qalmış selofan torbanı gizli şəkildə sürücü oturacağının qarşısında olan günlüyün arasına qoyub avtomobili işə saldıqdan sonra yoluna davam etmişdir. Hacıqabul rayonu Navahi kəndi ərazisində yerləşən 720 saylı stasionar posta yaxınlaşdıqda yol-patrul xidmətinin əməkdaşı ona avtomobili saxlamağı işarə etmişdir. O, idarə etdiyi avtomobili saxlayan zaman yol-patrul xidmətinin əməkdaşı və 2 nəfər mülki geyimdə olan şəxslər onun əyləşdiyi sürücü tərəfə yaxınlaşmışlar. Həmin vaxt 2 nəfər mülki geyimdə olan şəxslər ona Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə, üzərində və idarə etdiyi avtomobildə daşımaqda şübhəli olduğunu bildirmişdirlər. Bundan sonra polis əməkdaşları onun üzərində şəxsi axtarış və avtomobilə baxış keçirilməsi üçün onu, Şahid5 və Şahid4 polis şöbəsinə dəvət etmişlər. Polis geyimində olan və özünü Hacıqabul rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Natiq Ağayev kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində və avtomobilində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona izah edib yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və vəkil X8 onun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərində aparılacaq şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmiş, bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə təhqiqatçı məlumat vermişdir. Təhqiqatçı ondan üzərində və idarə etdiyi avtomobildə qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşyanın olub-olmadığını soruşmuş, olduğu təqdirdə təqdim etməsini təklif etmişdir. O, üzərində hər hansı bir qadağan olunmuş maddə, predmet və əşyanın olmadığını, lakin idarə etdiyi avtomobildə marixuana və metamfetamin olduğunu bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, lakin qanunla qadağan olunan hər hansı maddə, predmet aşkar edilməmişdir. Bununla əlaqədar protokol tərtib edilmiş və o, protokolu imzalamışdır. Daha sonra ərizə ilə müraciət edərək idarə etdiyi “X11 yük” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə polis şöbəsinin inzibati binasının həyətində avtomobilə baxış keçirilmişdir. Baxış zamanı videoçəkilişdən istifadə olunmuşdur. X4 avtomobildə qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa təqdim etməsini təklif etmişdir. O, avtomobilin sürücü oturacağının qarşısında olan günlüyü təqdim edərək həmin hissədə marixuana və metamfetamin olduğunu bildirmişdir. Bundan sonra avtomobilin sürücü oturacağının qarşısında olan günlüyün arasına baxış keçirilən zaman selofan torbada olan 01 ədəd selofan bükümdə narkotik vasitə marixuana, 01 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamin və 01 ədəd selofan bükümdə olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. X9 tərəfindən onun təqdim etdiyi bükülülər elektron tərəzidə çəkilmiş və 01 ədəd selofan bükümdə olan narkotik vasitə marixuana 2,56 qram, 01 ədəd selofan bükümdə olan psixotrop maddə metamfetamin 0,19 qram və 01 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetaminin 0,72 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr zərfə qoyularaq möhürlənmiş və tərəflər onu imzalamışlar. Bundan sonra təhqiqatçı həmin kütlələrin nə olması və nə məqsədlə üzərində gəzdirməsi barədə ona şifahi sual vermiş, o, həmin kütlələrin narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, avtomobildə olan sərnişinlər Şahid5 və Şahid4 aşkar edilmiş narkotik vasitə və psixotrop maddədən xəbərlərinin olmadığını bildirmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, o, Sumqayıt şəhərində və ətraf rayonlarda işlənmiş selofan və dəmir tullantıları yığmaqla çörək pulu qazanır. Təqsirləndirilən şəxs və Şahid5 əvvəldən tanıyır, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Şahid5 onun qaynıdır. Onlar birlikdə Sumqayıt şəhəri ərazisində istifadə edilmiş selofanları yığıb qəbul məntəqələrinə və selofan alıb-satmaqla məşğul olan Təqsirləndirilən şəxs satırlar. Təxminən 6 ay bundan əvvəl Təqsirləndirilən şəxs ona və qaynı Şahid5 ətraf rayonlara idarə etdiyi “X11 yük” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedərək selofan yığmağı təklif etmişdir. O, və Şahid5 Təqsirləndirilən şəxslə razılaşmış və bir neçə dəfə ətraf rayonlara gedərək istifadə edilmiş selofanları yığıb Sumqayıt şəhərində yerləşən qəbul məntəqələrinə təhvil vermişlər. Sonuncu dəfə 26 oktyabr 2023-cü il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxslə Sumqayıt şəhərində görüşən zaman onlara Şəmkir rayonunda istixanalarda istifadə edilmiş selofan olduğunu, ona kömək etmək üçün birlikdə gedib gətirməyi təklif etmişdir. Onlar Təqsirləndirilən şəxslə razılaşıb onun idarə etdiyi “X11 yük” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonuna getmişlər. Həmin rayonda yerləşən müstəlif istixanalardan və Əsədoğlu adlanan marketdən istifadə edilmiş selofanları alıb Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə yükləyərək saat 19 radələrində Sumqayıt şəhəri istiqamətinə yola düşmüşlər. Hacıqabul rayonu Navahi kəndi ərazisində olan zaman Təqsirləndirilən şəxs tualetə getmək istədiyini bildirib adını bilmədiyi restoranın qarşısında avtomobili saxlamışdır. Təqsirləndirilən şəxs restoranın tualeti olan istiqamətə getmiş, o, və Şahid5 avtomobildə qalmışdır. Təxminən 20 dəqiqə sonra Təqsirləndirilən şəxs geri qayıdıb avtomobili işə salaraq yola davam etmişdir. Hacıqabul rayonu Navahi kəndi ərazisində yerləşən 720 saylı stasionar posta yaxınlaşdıqda yol-patrul xidmətinin əməkdaşı Təqsirləndirilən şəxs avtomobili saxlamağı işarə etmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxlayan zaman yol-patrul xidmətinin əməkdaşı və 2 nəfər mülki geyimdə olan şəxslər sürücü əyləşən tərəfə yaxınlaşmışlar. Həmin vaxt 2 nəfər mülki geyimdə olan şəxslər Təqsirləndirilən şəxs Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə, üzərində və idarə etdiyi avtomobildə daşımaqda şübhəli olduğunu bildirmişdirlər. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və avtomobilə baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs onu və Şahid5 polis şöbəsinə dəvət etmişlər. Onlar polis şöbəsinə gəlmişlər. O, və Şahid5 polis şöbəsində bir qədər gözlədikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə olan marixuana və psixotrop maddə metamfetamin aşkar olunduğunu öyrənmişlər. Onun Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitədən və psixotrop maddədən xəbəri olmamış, narkotik vasitələrdən heç vaxt istifadə etməmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki güc və zorakılıq hətəkətləri edilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Hacıqabul RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 27 oktyabr 2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində və idarə etdiyi “X11 yük” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr saxlamaqla daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. 27 oktyabr 2023-cü il tarixdə daxil olmuş məlumatın yoxlanılması məqsədilə, eləcə də, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyinin ifşa edilməsi, üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış aparılması məqsədilə əlaqədar təxirəsalınmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul rayon polis şöbəsinin rəisinin əmri ilə ondan, Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və BDYPİ-nin YPXA-nin 7-ci tağımının inspektoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 27 oktyabr 2023-cü il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “X11 yük” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə 720 saylı stasionar posta yaxınlaşarkən ondan avtomobilin saxlamasını tələb etmişlər. Avtomobil dayandıqdan sonra onlar avtomobilin Təqsirləndirilən şəxs əyləşən tərəfinə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxslə birlikdə avtomobilin ön sərnişin oturacağında Şahid5 və Şahid4 əyləşdiyini görmüşdürlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində və idarə etdiyi avtomobildə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirmişlər. Onlar Təqsirləndirilən şəxs, Şahid5 və Şahid4 polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində TBnin təhqiqatçısı Natiq Ağayev tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs kimi tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Natiq Ağayev tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərində hər hansı bir qadağan olunmuş maddə, predmet və əşyanın olmadığını, lakin idarə etdiyi avtomobildə marixuana və metamfetamin olduğunu bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, lakin qanunla qadağan olunan hər hansı maddə, predmet aşkar edilməmişdir. Bununla əlaqədar protokol tərtib edilmiş və onlar protokolu imzalamışlar. Daha sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək idarə etdiyi “X11 yük” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar müdafiəçinin iştirakı ilə polis şöbəsinin inzibati binasının həyətində avtomobilə baxış keçirmişlər. Baxış zamanı videoçəkilişdən istifadə olunmuşdur. X4 avtomobildə qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs avtomobilin sürücü oturacağının qarşısında ona günlüyü təqdim edərək həmin hissədə marixuana və metamfetamin olduğunu bildirmişdir. Bundan sonra avtomobilin sürücü oturacağının qarşısında olan günlüyün arasına baxış keçirilən zaman selofan torbada olan 01 ədəd selofan bükümdə narkotik vasitə marixuana, 01 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamin və 01 ədəd selofan bükümdə olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. X9 tərəfindən onun təqdim etdiyi bükülülər elektron tərəzidə çəkilmiş və 01 ədəd selofan bükümdə olan narkotik vasitə marixuana 2,56 qram, 01 ədəd selofan bükümdə olan psixotrop maddə metamfetamin 0,19 qram və 01 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetaminin 0,72 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr zərfə qoyularaq möhürlənmiş və tərəflər onu imzalamışlar. Bundan sonra təhqiqatçı həmin kütlələrin nə olması və nə məqsədlə üzərində gəzdirməsi barədə Təqsirləndirilən şəxs şifahi sual vermiş, o, həmin kütlələrin narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, avtomobildə olan sərnişinlər Şahid5 və Şahid4 aşkar edilmiş narkotik vasitə və psixotrop maddədən xəbərlərinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən qanunla qadağan olunmuş heç bir əşya və predmet aşkar edilməmişdir, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. “Baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “X11 yük” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin salonundan bir ədəd selofan torbanın içərisində bir ədəd selofan kəsiyi bükümündə psixotrop maddə metamfetaminə bənzər kütlə və bir ədəd kağız kəsiyi bükümündə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmişdir, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/1015-1016 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi ....” sözləri yazılmış kağız paketdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 0,497 qr, 0,098 qr, ümumi çəkisi – 0,595 qram olan maddələr xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatına həmin maddənin 0,10 qramı sərf edildikdən sonra 0,495 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İİ siyahısının 67-ci bəndində metamfetamin adlı psixotrop maddənin şəxsi istehlak miqdarının həddinin 0,15 qram, küllü miqdarın həddinin 2 qram olması göstərilmişdir. Əməliyyat tapşırığına cavab olaraq Hacıqabul RPŞ-nin NMQ–nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini özü qəbul etmək üçün əldə edib üzərində saxlamış, həmin psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin avtomobildə sərnişin qismində əyləşmiş Şahid4 və Şahid5 Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə psixotrop maddə olmasından məlumatlarının olmadığı müəyyən edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 0,495 qram qalan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Sumqayıt ŞİH-nin MKT İB-i tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır. ünvan 2 ki, Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində 2013-cü il təvəllüdlü X3, 2017-ci il təvəllüdlü X6 oğlu, 2014-cü il təvəllüdlü X2 adlı 3 uşağı var. Yaşadığı yer üzrə müsbət xarakterizə olunmuş, barəsində heç bir şikayət daxil olmamışdır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X5 azad edilmişdir. Təqsirləndirilən şəxs məxsus X11 yük” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana təmiz çəkisi 1,78 qram çəkidə, yəni şəxsi istehlak miqdarında olduğundan və bu səbəbdən cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət etmədikdən, qeyd edilən narkotik vasitənin aşkar edilməsi faktına məhkəmə tərəfindən hüquqi qiymət verilməmiş və məhkəmə iclasında araşdırılmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04” mart 2011-ci il tarixli Qərarının 3-cü bəndinə əsasən şəxsin Azərbaycan Respublikası CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Qərarın 4-cü bəndinə əsasən törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini idarə etdiyi avtomobildə daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində azyaşlı uşaqların olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən kifayət qədər halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Sumqayıt şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2023-cü il tarixli, 7473 saylı nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindiromu (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,495 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (CPM 132). İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 63,90 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM 198.1.) Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:40-dan xx.xx.2023-cü il saat 16:50 tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Sumqayıt şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Sumqayıt şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan – Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 0,495 qram psixotrop maddə metamfetamin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 63,90 manat (altmış üç manat doxsan qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-31/2024
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-31/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver