Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-31/2025 27.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan əvvəli xx.xx.2022-ci il tarixdən başlayaraq övladları xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X16 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər üşağa görə 150,00 manat olmaqla, cəmi 300,00 manat məbləğində alimentin alınaraq X5 verilməsinə dair Hacıqabul Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(071 )-68/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM- nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 10 gün müddətinə, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən isə 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2024-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün verilmiş xx.xx.2024-cü il tarixli təqdimata əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək cəmi 5527,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs X5 maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X9 ilə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, münasibətlərindən xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X19 adında iki övladları dünyaya gəlmişdir. Bir müddət münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulduğundan Zərərçəkmiş şəxs ayrılmışdır. Ayrılandan sonra Zərərçəkmiş şəxs uşaqlarla maraqlanmadığını və heç bir maddi köməklik göstərmədiyini əsas gətirərək ona qarşı boşanmaq və aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Hacıqabul Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qətnaməsinə əsasən ondan əvvəli xx.xx.2022- ci il tarixdən başlayaraq yuxarıda qeyd edilən uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər üşağa görə 150,00 manat olmaqla, cəmi 300,00 manat məbləğində alimentin alınaraq X5 verilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi Hacıqabul Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək tələbin dərhal icrası barədə bildirişlə birlikdə onun ünvanına göndərilmişdir. Bundan sonra icra məmurunun qanuni tələbini icra etmədiyindən Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək on gün müddətinə, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarına əsasən isə on beş gün müddətinə inzibati qaydada həbs edilmişdir. Daha sonra ona icra üçün yeni müddətlər təyin edilərək, icra sənədini könüllü icra etməsi tələb olunmuşdur. Həmçinin cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında rəsmi xəbərdarlıq edilsə də, maddi imkanı kifayət qədər olmadığından alimenti tam ödəməmiş və Hacıqabul Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli təqdimatına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək cəmi 5527,00 manat aliment borcu yaranmışdır. Qeyd edilən qətnamədən yuxarı instansiya məhkəməsinə şikayət etməmiş, alimentin azaldılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Əvvəllər işlədiyinə görə Məşğulluq Mərkəzinə müraciət etməmiş, sonradan təxmini 3-4 ay öncə müraciət etmiş, ona Şirvan şəhərində elektrik məktəbini oxumağı təklif edilmiş, oda imtina etmişdir. Daha sonra Salyan rayonunda qaynaqçı işi təklif edilmiş, əməkhaqqısı 950,00 manat olsada həmin işdən anlayışı olmadığına görə o işdən də imtina etmişdir. Əvvəllər 2008-ci ildən - 2022-ci ilə kimi Hacıqabul şəhərində Kaspi Petrol yanacaq doldurma məntəqəsində yanacaq dolduran operator vəzifəsində işləmiş, öz ərizəsi ilə işdən azad olunmuşdur. Hazırda Hacıqabul rayonunda yerləşən Qədir Xum restoranının avtoyuma məntəqəsində yuyucu işləyir. Hazırda zərərçəkmişlə eyni evdə yaşayır və gündəlik olaraq qida məhsulları alır və evin komunal xərclərini ödəyir. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, aliment borcunu bundan sonra vaxtıvaxtında ödəməyə çalışacağını bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, münasibətlərindən xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X19 adında iki övladları dünyaya gəlmişdir. Bir müddət münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulduğundan Təqsirləndirilən şəxs ayrılmışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqlarla maraqlanmamış və heç bir maddi köməklik göstərməmişdir. Bu səbəbdən ona qarşı boşanmaq və aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Hacıqabul Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəli xx.xx.2022- ci il tarixdən başlayaraq yuxarıda qeyd edilən uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər üşağa görə 150,00 manat olmaqla, cəmi 300,00 manat məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi Hacıqabul Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək tələbin dərhal icrası barədə bildirişlə birlikdə borclu Təqsirləndirilən şəxs ünvanına göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs bildirişləri qəbul etsə də, aliment pulunu işləməsinə və maddi imkanı olmasına baxmayaraq ödəməkdən qərəzli olaraq yayınmışdır. Bundan sonra icra məmurunun qanuni tələbini icra etmədiyindən Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək on gün müddətinə, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarına əsasən isə on beş gün müddətinə inzibati qaydada həbs edilmişdir. Daha sonra ona icra üçün yeni müddətlər təyin edilərək, icra sənədini könüllü icra etməsi tələb olunmuşdur. Həmçinin cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında rəsmi xəbərdarlıq edilsə də, işləməsinə və gəlir əldə etməsinə baxmayaraq alimenti ödəməmiş və Hacıqabul Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli təqdimatına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək cəmi 5527,00 manat aliment borcu yaranmışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs yaranmış aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda cəzalandırılmasını istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul rayon İcra Şöbəsinin icra məmuru Şahid3 ifadəsində göstərdi ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci təvəllüdlü X16 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində aliment alınaraq X5 ödənilməlidir. Göstərilən icra sənədi xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. X3 qərar və bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Məcburi icra tədbirlərinin tətbiq olunması məqsədi ilə İlqar Qəhrəmanovun mülkiyyətində tələbin yönəldilməsinə yol verilən əmlak və gəlirlərin müəyyən edilməsi məqsədi ilə icra tədbirləri həyata keçirilmiş, lakin tələbin yönəldilə biləcəyi hər hansı bir rəsmi gəlir və əmlak aşkar edilməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi və məhkəmə qərarını icra etmədiyi üçün borclu İ.Qəhrəmanov Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli qərarı ilə təqsirli bilinərək on gün və xx.xx.2024-cü il tarixli qərarı ilə on beş gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. İcra sənədinin icrasının təmin olunması məqsədi ilə Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İ.Qəhrəmanovun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İ.Qəhrəmanova tələbin icra edilməsi üçün yeni müddət verilmiş və ona bu barədə xəbərdarlıq edilmişdir. İ.Qəhrəmanovun müvafiq işlə təmin olunması üçün Azərbaycan Respublikası ƏƏSMN tabeliyində X14 X8 filialına müraciət edilmişdir. Həmin təşkilatın xx.xx.2024-cü il tarixli məktubundan məlum olmuşdur ki, onun müvafiq işlə təmin olunması məqsədi ilə filialın əməkdaşları onun telefon nömrəsi ilə əlaqə saxlamağa çalışmış, əlaqə saxlamaq mümkün olmadığından İlqar Qəhrəmanovun ünvanına məktub göndərilmişdir. X1 xx.xx.2024-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək İlqar Qəhrəmanovun aliment borcu yarandığını və onun cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. İ.Qəhrəmanov öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, aliment borcunu tam ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 5527.00 manat aliment borcu yaranmışdır. Göründüyü kimi İ.Qəhrəmanov üzərinə düşən öhdəliyi icra etməyərək, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, onun müvafiq işlə təmin olunması üçün tərəfimizdən Ərazi Məşğullaq Mərkəzinə müraciət olunmuş, bu barədə İlqar Qəhrəmanova məktub göndərilmiş, lakin İ.Qəhrəmanov məşğulluq mərkəzinə getməməklə yanaşı mərkəzin əməkdaşı tərəfindən onunla əlaqə qurulması təşəbbüsü də baş tutmamışdır. Bununlada o, dövlət adından çıxarılmış məhkəmə qərarının icrasından qərəzli şəkildə yayınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Samirə Qəhrəmanova onun qızıdır. Qızı X4 ilə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X19 adında iki övladları var. Bir müddət münasibətləri yaxşı olsa da sonradan ailəsinə baxmadı və qızı ilə münasibətləri pozuldu. Daha sonra qızı boşanmaq və aliment tələbi ilə məhkəməyə müraciət etmiş Hacıqabul Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qətnaməsinə əsasən X6 əvvəli xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X16 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər üşağa görə 150,00 manat olmaqla, cəmi 300,00 manat məbləğində alimentin alınaraq qızı X5 verilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi Hacıqabul Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək tələbin dərhal icrası barədə bildirişlə birlikdə İlqara göndərilmişdir. Bundan sonra icra məmurunun qanuni tələbini icra etmədiyindən on gün bir, on beş gün də bir həbs edilmişdir. Daha sonra icra üçün yeni müddətlər təyin edilərək, icra sənədini könüllü icra etməsi tələb olunmuşdur. Həmçinin cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında rəsmi xəbərdarlıq edilmişdir. Bütün bunlara baxmayaraq işləməsinə və gəlir əldə etməsinə baxmayaraq X12 qeyd edilən qətnamə üzrə ödəməli olduğu aylıq alimenti ödəməmiş və Hacıqabul Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli təqdimatına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək cəmi 5527,00 manat aliment borcu yaranmışdır. İlqar Qəhrəmanov işləyən adamdır. İşləyən adama hər yerdə iş var. Əgər insan acıb yemək yeyirsə, siqaret çəkirsə, əyninə pal-paltar alırsa deməli pulu var. İşləyib yetərli qədər gəlir əldə etməsinə baxmayaraq alimenti vaxtıvaxtında ödəməmişdir. İşləməsinə və yetərli qazancı olmasına baxmayaraq bilərək və qərəzli olaraq alimenti ödəməmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid2 ifadəsində bildirmişdir ki, X10 tanıyır, 5-6 il birlikdə Kaspi-Petrol MMC-də yanacaq doldurma operatoru kimi işləmişlər. Sonradan İlqar öz ərizəsi ilə işdən çıxmışdır. İ.Qəhrəmanovun evli olub ayrıldığını və iki uşağa görə aliment ödəməli olduğunu bilir. Amma alimentin onun tərəfindən ödənilməsindən məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(071)-68/2023-cü il tarixli icra vərəqəsindən görünür ki, əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X2 üçün hər ay bir uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq X5 verilməlidir. Hacıqabul rayon İcra Şöbəsinin icra məmuru Şahid4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)- 68/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. xx.xx.2023-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə ona Hacıqabul rayon Məhkəməsinin 2(071)-68/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün Təqsirləndirilən şəxs 10 (on) gün vaxt verilmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(071)-235/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(071)-34/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilmişdir. “Cinayət məsuliyyətinə cəlb olunması haqqında” xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-68/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələb icra edilmədiyinə görə Təqsirləndirilən şəxs yenidən 10 gün vaxt verilmiş və bu müddət ərzində borcun ödənilməyəcəyi halda, onun barəsində CM-nin 306.1-ci maddəsinə əsasən təqdimat tərtib edilərək Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi bildirilmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(071)-36/2023 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X14 X8 Filialı tərəfindən verilmiş 3-17-2/2-10175/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” alt sistemində işaxtaran kimi qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmış, Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlamaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş tələbnamədən görünür ki, onun məhkumluğu yoxdur. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Qətimkan tədbiri seçmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının MİS-si tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının MİS-si tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona istinad olunan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs dəfələrlə ona edilmiş xəbərdarlıqlara, məhkəmə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, bu əməli davamlı olaraq uzun müddət ərzində qərəzli olaraq həyata keçirmişdir. Çünki, onun qətnamənin icraya yönəldiyi xx.xx.2023-cü il tarixdən təqdimat verilən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində hesablanmış cəmi 5527 manat borcun yaranması məhkəmənin qərarının qərəzli olaraq icra edilməməsinə dəlalət edir. Yuxarıda qeyd edilən hallar bir daha sübut edir ki, Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törədilmiş cinayət əməlini könüllü etiraf etməsini, yaşayış yerində müsbət xarakterizə edilməsini nəzərə alaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək onun barəsində həbs qətimkan tədbiri seçilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 27 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 15 (on beş) saata görə 90 (doxsan) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-31/2025
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-31/2025
27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver