Məhkəmə qərarları › İş №1(071)-32/2022

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-32/2022

03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-32/2022 03.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Salyan rayonu Atbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində üç azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, Hacıqabul rayonu Atbulaq kəndində yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 07.02.2022ci il tarixdə saat 01 radələrində Hacıqabul rayonu Atbulaq kəndində yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış ailə münasibətləri zəminində qəsdən şillə və ağac parçası ilə vuraraq, sonuncuya başın ənsə nahiyyəsinin hematoması, sol dirsək oynağının arxa səthinin qançırı, gövdənin arxa səthinin qançırı, sağ almacıq nahiyyəsinin hematoması xəsarətləri ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa qəsdən yüngül zərər vurmaya aid xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurma cinayəti törətmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmənin hazırlıq iclasında özünü Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməkdə təqsirli bilərək, məhkəməyə ərizə təqdim etdi və göstərdi ki, arvadı Zərərçəkmiş şəxs ilə barışmışdır, törətdiyi əməldən peşman olmuşdur. Ona görə də, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmənin hazırlıq iclasında ərizə verərək, əri Təqsirləndirilən şəxs ilə barışdığını, onu bağışladığı, hazırda ona qarşı heç bir şikayəti və tələbi olmadığı, ona maddi ziyan vurulmadığını bildirdi. Təqsirləndirilən şəxs ilə barışmalarını nəzərə alaraq, işin icraatına xitam verilməsini xahiş etmişdir. Hacıqabul rayon MTE və PA şöbəsinin məhkəmə-tibbi ekspertizasının 07.02.2022-ci il tarixli 22 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - başın ənsə nahiyyəsinin hematoması, sol dirsək oynağının arxa səthinin qançırı, gövdənin arxa səthinin qançırı, sağ almacıq nahiyyəsinin hematoması. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitdə eyni zamanda müayinə olunanın göstərdiyi kimi, yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti hadisə gününə 07.02.2022-ci il tarixə uyğundar. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (iş v.24-25) “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsbyby 09.02.2022-ci il tarixli 271 nömrəli məktubundan görünür ki, Hacıqabul rayonu Atbulaq kəndində yaşayan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs “Hacıqabul RMX” X2 konsultativ poliklinika şöbəsinin narkoloji, vərəm və ruhi-əsəb kabinetlərində qeydiyyatda deyildirlər. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 10.02.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və məhkəmə aktından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Səbail rayon Məhkəməsinin 06.04.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan rayon Məhkəməsinin 08.06.2005-ci il tarixli 3-128/2005 nömrəli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 06.04.2004cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 06 ay 29 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbayücan Respublikası CM-nin 83-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir və məhkumluğu olmayan şəxs hesab edilir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü özünü Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməkdə təqsirli bilərək, zərərçəkmiş şəxslə barışması və barəsində olan sadələşdirilmiş material üzrə icraatına xitam verilməsinə dair 03.03.2022-ci il tarixli ərizəsini və Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasına, ona qarşı heç bir şikayəti və tələbi olmadığına, ona maddi zərər dəymədiyinə, sadələşdirilmiş material üzrə icraatına xitam verilməsinə dair 03.03.2022-ci il tarixli ərizəsini nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsi məqsədə uyğundur. Çünki, Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-in 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73- 1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Azərbaycan Respublikası CPM-in 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Azərbaycan Respublikası CPM-in 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qətimkan tədbiri seçilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 40, 175, 299, 300 və 305ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 73-cü maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Hacıqabul rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar