Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-32/2024 06.03.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Hacıqabul şəhəri, Ə.Vahid küçəsi ev 38, mənzil 6-da qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Cəmaləddin oğlu, məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd odlu silahı üzərində saxlayıb gəzdirməklə Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsinə daşımış, 09 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman onun qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımaqla gəzdirdiyi bir ədəd ilkin variantda zavod üsulu ilə keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli, İJB-47 modelli, çaxmaqsız hamar qoşa lüləli, qundağı və lüləsi kustar üsulla kəsilmiş, hal-hazırda lüləsinin uzunluğu 306 mm, ümumi uzunluğu 505 mm olan, öz ilkin təyinatını itirmiş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivsiz ov tüfənginin kəsiyi olan, nömrəsi silinmiş odlu silah əynində olan boz rəngli şalvarın sol ön hissəsinə kəmərə keçirdilmiş vəziyyətdə aşkar edilib götürülmüşdür. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Cəmaləddin oğlu ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 09 noyabr 2023-cü il tarixdə səhər saatlarında yaşadığı Hacıqabul şəhəri Ə.Vahid küçəsindən çıxaraq şəhər ərazisində gəzməyə başlamışdır. Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində gəzən zaman zibilxananın yaxınlığında yerdə bir ədəd qara rəngli sellofan görmüşdür. Sellofanın xarici görünüşü onun diqqətini çəkmişdir. Bu səbəbdən həmin sellofanı əlinə götürüb baxdıqda orada bir ədəd silah olduğunu görmüşdür. Silahdan xoşu gəldiyi üçün onu saxlamaq qərarına gəlmişdir. Həmin silahı əynində olan şalvarın ön hissəsinə kəmərə keçirmiş və əynində olan gödəkcənin qarşısını hər hansı şəxsin görməməsi üçün bağlamışdır. Bundan sonra yerdən tapdığı və üzərində saxladığı silahı yaşadığı evdə saxlamaq məqsədi ilə Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsindən yaşadığı Hacıqabul şəhəri Ə.Vahid küçəsinə aparmaq istəmişdr. H.Z.Tağıyev küçəsində hərəkətdə olan zaman müllki formada olan iki nəfər şəxs ona yaxınlaşaraq Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmiş və onu polis şöbəsinə aparmışlar. Polis şöbəsinə gəldikdən sonra onun üzərində axtarış aparılmışdır. Axtarış zamanı o, əynində olan şalvarın sol ön hissəsində kəmərə keçirilmiş vəziyyətdə qoyduğu, içərisində silah olan qara rəngli sellofanı çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin sellafon torba açılaraq içərisinə baxış keçirilmiş və torbanın içərisindən bir ədəd silah aşkar olunaraq götürülmüşdür. O, tapdığı silahdan istifadə etməmiş, sadəcə olaraq saxlamaq niyyəti ilə onu üzərində daşımışdır. Polis əməkdaşları ona yaxınlaşan zaman və polis şöbəsində olan zaman ona qarşı hər hansı zorakılıq tətbiq edilməmiş, tapdığı odlu silahdan hər hansı şəxsin məlumatı olmamış, bu barədə kiməsə məlumat verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Hacıqabul rayon polis şöbəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləyir. 09 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun qanunsuz olaraq üzərində odlu silah saxlaması barədə əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə 09 noyabr 2023cü il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun qanunsuz olaraq odlu silahı əldə edib üzərində gəzdirməsi, odlu silahı əldə etdiyi mənbənin ifşa edilməsi, eləcə də üzərində şəxsi axtarış keçirilməsi ilə əlaqədar qərar qəbul edilmiş və əməliyyatçı və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 11 radələrində Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi ərazisində Təqsirləndirilən şəxs piyada şəklində hərəkətdə olmasını görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs yaxınlaşıb, Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun qanunsuz olaraq üzərində odlu silah saxlamaqda şübhəli olduğunu bildirmiş və onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmiş və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya olduğunu bildirərək, əynində olan boz rəngli şalvarın sol ön hissəsində kəmərə keçirilmiş vəziyyətdə qoyduğu, içərisində silah olan qara rəngli sellofanı çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin sellafon torba açılaraq içərisinə baxış keçirilmiş və torbanın içərisindən bir ədəd silah aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş bir ədəd silah qablaşdırılaraq möhürlənmiş və şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd diskdə olan videogörüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun əynində olan boz rəngli şalvarın sol ön hissəsindən kəmərə keçirdilmiş vəziyyətdə bir sellofana bükülmüş qundağı və lüləsi kəsilmiş silah aşkar edilib götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin silahı xx.xx.2023-cü il tarixdə taparaq üzərində saxladığını bildirmişdir. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/829 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş bir ədəd nömrəsi silinmiş silah, ilkin variantda zavod üsulu ilə keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli, İJB- 47 modelli, çaxmaqsız hamar qoşa lüləli ov tüfəngi olub. Lakin, sonradan ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, hal-hazırda lüləsinin uzunluğu 306 mm, ümumi uzunluğu 505 mm olan, öz ilkin təyinatını itirmiş, 16 kalibrli çaxmaqsız, hamar qoşa lüləli, oldu yivsiz ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 30 dekabr 2023-cü il tarixli 3645 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs Cəmaləddin oğlu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Cəmaləddin oğlu hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs Cəmaləddin oğlunda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs Cəmaləddin oğlunda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs Cəmaləddin oğlunda törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi xəstəliyin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs Cəmaləddin oğlu hövsələsizlik, məsuliyyətsizlik, qıcığa qarşı həssaslıq, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Hadisə zamanı Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs Cəmaləddin oğlu hadisə vaxtı fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs Cəmaləddin oğlu hadisə zamanı emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun üzərindən aşkar edilərək götürülmüş bir ədəd nömrəsi silinmiş, 16 kalibrli, İJB-47 modelli odlu silahı haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. “Əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında” xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun üzərindən aşkar olunaraq götürülmüş 16 kalibrli çaxmaqsız, hamar qoşa lüləli, oldu yivsiz ov tüfənginin kəsiyi olan bir ədəd nömrəsi silinmiş silah və şəxsi axtarış keçirilməsini özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış, odlu silah saxlanılması üçün Hacıqabul rayon Polis şöbəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilmiş, DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və məhkəmə aktlarından görünür ki, Təqsirləndirilən şəxs Cəmaləddin oğlu əvvəllər iki dəfə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. Birinci məhkumluğu ödənilmişdir. Sonuncu dəfə o, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azadılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə yaranmış məhkumluğu ödənilmədən o, yenidən qəsdən cinayət törətdiyindən, bu hal onun əməlində cinayətin residivini yaradır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 27 may 2005-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, mülki dövriyyədən çıxarılmayan yivsiz lüləli ov tüfənginin qanunsuz hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaratmır. Lakin qadağan edilmiş, uzunluğu 800 mm-dən az olan, habelə konstruksiyası onu qatlamaq, sökmək və ya yığmaq imkanı verən və bu zaman atəş imkanının aradan qaldırmayan odlu ov silahının qanunsuz dövriyyəsi CM-nin yuxarıda qeyd edilən maddələrinin tərkibini yaradır. Bununla belə ov tüfənglərinin, o cümlədən yivsiz lüləli ov tüfənglərindən təyinatını itirən kəsilmiş tüfəngin hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaradır. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun lüləsi və qundağı kustar üsulla kəsilmiş, öz təyinatını itirmiş 16 kalibrli ov tüfəngini qanunsuz olaraq əldə etməsi və üzərində daşıyaraq gəzdirməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətinin protokolu və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halları müəyyən etmədi. Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun əməlində cinayətin residivinin olmasını isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. (CM 61.1.1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətinin mənfi xarakterizə olunması, əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, islah olunmadan yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cəmaləddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 4(071)-107/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Cəmaləddin oğlu barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Cəmaləddin oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlnılmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və Hacıqabul şəhər Polis şöbəsində saxlanılan bir ədəd 16 kalibrli, İJB-47 modelli, çaxmaqsız hamar qoşa lüləli, qundağı və lüləsi kustar üsulla kəsilmiş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivsiz ov tüfənginin kəsiyi olan, nömrəsi silinmiş odlu silah hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. (CPM 132) Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçinin işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Cəmaləddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Cəmaləddin oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Cəmaləddin oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan bir ədəd 16 kalibrli, İJB-47 modelli, çaxmaqsız hamar qoşa lüləli, qundağı və lüləsi kustar üsulla kəsilmiş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivsiz ov tüfənginin kəsiyi olan, nömrəsi silinmiş odlu silah hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi andan, təqsirləndirilən şəxsə münasibətdə isə ona təqdim olunduğu andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №1(071)-32/2024
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-32/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver