Məhkəmə qərarları › İş №1(071)-33/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-33/2022

29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-33/2022 29.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1980-cı ildə Ermənistan Respublikası Qafan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində dörd azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Zəngilan rayonundan məcburi köçkün, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu Mincivan qəsəbəsi Nəsimi küçəsi ev 99-də qeydiyyatda olmaqla, Hacıqabul rayonu 101 evlik məcburi köçkün qəsəbəsi ev 54-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs «COVİD-19» tipli koronavirus infeksiyasının Azərbaycan Respublikası ərazisində yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tədbiq edildiyi dövr ərzində «COVİD-19» tipli koronavirus infeksiyasının daşıyıcısı olduğunu və həmin infeksiyanın daşıyıcısı olmaqla müalicə olunduğu müddət (07 gün) ərzində yaşadığı evi tərk etməməli olduğunu, həmin virusa başqa şəxsləri yoluxdurması üçün real təhlükə yaratdığını bildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 22 yanvar tarixli 28 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülməsi və təcrid olunma» Qaydalarının mənzili (evi) tərk edib 13 dekabr 2021-ci il tarixdə saat 10 radələrində karantin rejiminin tələblərini qəsdən, kobud şəkildə pozub yaşadığı Hacıqabul rayonu 101 evlik məcburi köçkün qəsəbəsi 54 №-li evi tərk edib usta kimi işləmək üçün X2 yaşadığı Hacıqabul rayonu Nəvahı qəsəbəsindəki evinin həyətinə gedib saat 12 radələrində yaşadığı ünvana qayıtmaqla «COVİD-19» koronavirus tipli xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, «COVİD 19» virusuna yoluxub-yoluxmadığını müəyyən etmək məqsədi ilə 08.12.2021-ci il tarixdə Şirvan şəhər Mərkəzi Xəstəxanasında test üsuli ilə yaxma vermiş, 10.12.2021-ci tarixdə Hacıqabul rayon GEMin əməkdaşı onunla telefon əlaqəsi yaradaraq onda «COVİD 19» virusu aşkar edilməsini, yaşadığı evdən çölə çıxmamasını, ev şəraitində «COVİD 19» virusunadan müalicə almasını bildirmişdir. Bununla bağlı həkim tərəfindən müayinə olunmuşdur. 13 dekabr 2021-ci il tarixdə yaşadığı evdə azuqə almağa pulu olmadığı üçün məcburiyyət qarşısında qalıb Hacıqabul rayonu Nəvahı qəsəbəsində yaşayan X2 şəxs evinin həyətin çölündə suvaq işinin görülməsi üçün usta kimi işləməyə getmişdir. Həmin günü saat 12 radələrində iş görən zamanı ev sahibi Elsəvər ilə Hacıqabul RPŞ-nin polis əməkdaşı Adil ona yaxınlaşaraq özünu təqdim etmiş və onun «COVİD 19» virusunun daşıyıcısı olduğunu, niyə yaşadığı evi tərk etməsini, yaşadığı evi tərk etməsinə görə məsuliyyət daşıyacağını, təcili olaraq yaşadığı evə qayıtmasını bildirmişdir. Bundan sonra o, orada dayanmayıb yaşadığı evə gəlmiş və evdə tək bir otaqda müalicəsini davam etdirmişdir. Karantin dövrü başa çatandan sonra isə Hacıqabul RPŞ-yə dəvət olunmuşdur. Törətdiyi əməldən peşman olmuşdur. Onun öhdəsində dörd azyaşlı uşağı var. Zəngilan rayonundan məcburi köçkündür. Bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Şahid X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul rayonu 101 evlik məcburi köçkün qəsəbəsi 54 №-li evdə yaşayan Təqsirləndirilən şəxs bir usta kimi tanıyır və onunla münasibəti normaldır. Yaşadığı Hacıqabul rayonu Nəvahı qəsəbəsindəki evinin həytinin hasarını suvamaq üçün 12.12.2021-ci il tarixdə Mütəllimlə telefon əlaqəsi yaradıb evinin həyətinə dəvət etmişdir. Mütəllim də səhəri günü gəlib suvaq işini görəcəyini deyib telefonu söndürmüşdür. Səhəri günü yəni 13.12.2021-ci il tarixdə səhər saat 09 radələrində o, Şirvan şəhərinə getmiş, saat 12 radələrində yaşadığı evin darvazasına çatıb Mütəllimlə arasında təxminən 4-5 metr məsafədən söhbət edən zaman Hacıqabul RPŞ-nin polis nəfəri Şahid2 gəldiyini görmüşdür. Şahid2 ara məsafəsi gözləməklə Mütəllimin «COVİD 19» virusunun daşıyıcısı olduğunu, niyə yaşadığı evi tərk etməsini, yaşadığı evi tərk etməyinə görə məsuliyyət daşıyacağını, təcili olaraq yaşadığı evə qayıtmasını bildirmişdir. Adil ondan Mütəllimin «Covid-19» virusuna yoluxub-yoluxmamağı barədə məlumatının olub-olmamasını soruşmuşdur. O, bu barədə hər hansı bir məlumatı olmadığını demişdir. Sonra isə Mütəllim öz yaşadığı evinə getmişdir. O, Mütəlləmlə yaxın təmasda olmamış və virusa yoluxmamışdır. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Hacıqabul RPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində işləyir. Hacıqabul rayonu 101 evlik məcburi köçkün qəsəbəsi 54 №-li evdə yaşayan Təqsirləndirilən şəxs Şirvan şəhər MX-na test yaxma üsulü ilə «COVİD 19» virusuna yoluxub-yoluxmamaması barədə analiz vermiş, 08 dekabr 2021-ci il tarixdə Hacıqabul rayon X1 RPŞ-nə daxil olmuş məlumat əsasında Hacıqabul rayonu 101 evlik məcburi köçkün qəsəbəsi 54 №-li evdə yaşayan Təqsirləndirilən şəxs 08.12.2021-ci il tarixdə test üsulu ilə götürülmüş yaxmanın cavabı pozitiv, yəni «COVİD 19» virusuna yoluxması aşkar edilmişdir. Təqsirləndirilən şəxs oğlunun istifadəsində olan mobil nömrəyə zəng edilərək, onda «COVİD 19» virusu aşkar edilməsi, virus aşkar olunduğuna görə də onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmasını, mənzili tərk etməməsini, evi tərk etməsi təqdirdə başqa şəxslərə virus yoluxdura biləcəyini və buna görə də ev şəraitində «COVİD 19» virusunadan müalicə alıb karantin dövr başa vurulanadək, yəni 14 gündən sonra həkimə müraciət edib, nəticəni biləndən sonra yaşadığı evi tərk edə biləcəyni, əks təqdirdə inzibati və cinayət məsuliyyəti daşıyacağını bildirmişdir. 13 dekabr 2021-ci il tarixdə saat 11:30 radələrində «COVİD 19» virusuna yoluxmuş şəxslərin evdə olub-olmadıqlarını yoxlayarkən Hacıqabul rayonu 101 evlik məcburi köçkün qəsəbəsi 54 №-li evdə yaşayan Təqsirləndirilən şəxs evdə olmadığını, onun Hacıqabul rayonu Nəvahı qəsəbəsində X2 yaşadlığı evinin küçəsində iş gördüyü barədə məlumat almışdır. Qeyd olunan ünvana gedərkən həqiqətən də Təqsirləndirilən şəxs küçədə iş görməsini, müəyyən proseduru gözləməklə Təqsirləndirilən şəxs virus daşıyıcısı olduğunu bildiyi halda, niyə evdən çıxıb başqa şəxslərə virus yoluxduracağını soruşmuş, o, da çörək pulu qazanmaq üçün işləməyə gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə qayıtmasını və müalicəsi başa vurulan vaxta kimi evdə çölə çıxmamasını deyib onu evinə yola salmışdır. Bundan sonra Hacaqabul RPŞyə gəlib Təqsirləndirilən şəxs virus daşıyıcısı olduğu dövr ərzində yaşadığı evdən çölə çıxması barədə Hacaqabul RPŞ-nin rəisinin adına raportla məruza etmişdir. Şahid3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Hacıqabul rayonu GEM-də epidemioloq mərkəzində kompyuter opreatoru vəzifəsində işləyir. 08 dekabr 2021-ci il tarixdə Hacıqabul rayonu 101 evlik məcburi köçkün qəsəbəsi 54 №-li evdə yaşayan Təqsirləndirilən şəxs Şirvan şəhər MXna test yaxma üsulü ilə «COVİD 19» virusuna yoluxub-yoluxmamaması barədə analiz vermiş, 10.12.2021-ci il tarixdə Hacıqabul rayon X1 rayon Gigiyena və Epidemiologiya mərkəzinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs oğlundan test üsulu ilə götürülmüş yaxmanın cavabı pozitiv yəni «COVİD 19» virusuna yoluxması bildirilmiş və həmin günü Təqsirləndirilən şəxs oğlu ilə telefon əlaqəsi yaradaraq onda «COVİD 19» virusu aşkar edilməsini, virus aşkar olunduğuna görə də onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmasını, mənzili tərk etməməsini, evi tərk etməsi təqdirdə başqa şəxslərə virus yoluxdura biləcəyini, ev şəraitində «COVİD 19» virusunadan müalicə alıb karantin dövrdə yəni, 14 gündən sonra həkimə müraciət edib, nəticəni biləndən sonra yaşadığı evi tərk edə biləcəyni, əks təqdirdə inzibati və cinayət məsuliyyəti daşıyacağı barədə məlumat vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Hacıqabul rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 15.12.2021-ci il tarixdə daxil olmuş 169 №-li məktubunda qeyd edilmişdir ki, Zəngilan rayonu Mincivan qəsəbəsi Nəsimi küçəsi 99 №-li evdə qeydiyyatda olan və Hacıqabul rayonu 101 evlik məcburi köçkün qəsəbəsi 54 №-li evdə yaşayan xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yoluxma barədə məlumatı 10.12.2021-ci il tarixdə kompyuter operatoru Şahid3 tərəfindən verilmişdir. Azərbaycan Respublikası İcbari X8 X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi Hacıqabul Rayon X4 Hüquqi şəxsinin 15.12.2021-ci il tarixli 171 №-li məktubunda qeyd edilmişdir ki, Zəngilan rayonu Mincivan qəsəbəsi Nəsimi küçəsi 99 №-li evdə qeydiyyatda olan və Hacıqabul rayonu 101 evlik məcburi köçkün qəsəbəsi 54 №-li evdə yaşayan xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs oğlu 08.12.2021-ci il tarixdə «Covid-19» virusuna görə «Şirvan şəhər Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsində «PZR» müayinəsindən keçmiş, 10.12.2021-ci il tarixdə müayinə nəticəsi pozitiv olmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən 26.01.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib. Beləliklə, Təqsirləndirilən şəxs karantin rejimini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratması, yəni Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, işdə olan rəsmi sənədlərlə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, evli olmasını, himayəsində dörd azyaşlı uşağı olmasını, məcburi köçkün olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, hadisə zamanı və törətdiyi cinayət hadisəsindən sonrakı davranışını, ictimai faydalı işlə məşğul olmasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun ailəsindən, cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə uyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək, yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşadığı və işlədiyi ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı və işlədiyi ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi Faiq oğluna məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar