Məhkəmə qərarları › İş №1(071)-33/2023

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-33/2023

03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-33/2023 03.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X21 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Zərər çəkmiş şəxsin hüquqi varisi – Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Kürdəmir rayonu Dəyirmanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Kürdəmir rayonu Dəyirmanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 23 noyabr 2022-ci il tarixdə saat 18:43-də sürücülük vəsiqəsi olmaqla etibarnamə ilə idarə etdiyi «VAZ 21070» markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Hacıqabul rayonu Atbulaq kəndi ərazisindən keçən 82-ci kilometrliyində Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbiləri görməli olduğu halda bunu etməmiş, həmçinin göstərilən Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələbini pozaraq maksimum icazə verilən 90 km/saat sürətdən artıq, yəni 95 km/saat sürətlə avtomobili idarə edərək ehtiyatsızlıqdan piyadalar Zərərçəkmiş şəxs1 və X6 vurmuş, nəticədə ehtiyatsızlıqdan Bəhruz Qasımovun baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, burun sümüklərinin açıq, yerinidəyişən sınığı, alt çənədə sağdan İİ-İİİ dişlərin travmatik sınması, başın alın, qaşarası nahiyələrinin və burunun sol yan səthinin əzilmiş yaralı, sağ baldırın ön səthinin səthi əzilmiş yarası kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölməsinə, Zərərçəkmiş şəxs1 isə İİ dərəcəli travmatik şokla müşayiət olunan sol bud sümüyünün yuxarı 1/3-nin qapalı, qəlpəli, yerinidəyişən sınığı, hər iki baldır sümüklərinin yuxarı 1/3-nin qapalı, yerinidəyişməyən sınıqları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 23 noyabr 2022-ci il tarixdə saat 18 radələrində etibarnamə əsasında idarə etdiyi «VAZ 21070» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yaşadığı Kürdəmir rayonundan Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman Hacıqabul rayonu Atbulaq kəndi ərazisində yolun soldan birinci hərəkət zolağı ilə saatda təxminən 95 km/saat surətlə idarə edən zaman uzaqdan iki nəfər piyadanın dəmir çəpərlərin arasından yolun solundan sağına doğru keçmək istədiklərini görmüş, ancaq həmin piyadaların onu gördüklərini və gözləyəcəklərini düşünüb hərəkətinə davam etmişdir. Piyadalara çatmağa təxminən 7-8 metr məsafə qalmış onlar dəmirlərin arasından çıxaraq onun hərəkətdə olduğu zolağa daxil olmuşlar. Onlar zolağa daxil olub onu görərək zolağın ortasında dayanmışlar. O, piyadaların dayandığını görən kimi sükanı sola döndərib tormoz verərək hadisədən yayınmaq istəsədə bunun heç bir faydası olmamış və həmin piyadaları avtomobilin qabaq hissəsilə vurmuşdur. Piyadaları vurduqdan sonra onlar zərbədən yolun sol kənarına düşmüşdür. O, dərhal avtomobili saxlayıb həmin şəxslərə yaxınlaşıb ətrafdan gələn vətəndaşların köməkliyi ilə öz avtomobilinə mindirərək Qobustan qəsəbəsindəki təcili yardıma çatdırmışdır. O, hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. Sonradan bilmişdir ki, avtomobillə vurduğu şəxslərdən biri aldığı xəsarətlərdən ölmüş, digəri isə bədən xəsarəti almışdır. Hadisənin baş verməsində piyadaların özlərinin də təqsiri olmuşdur. Sonda təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə çox peşman olduğunu, zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 və digər zərərçəkmiş şəxs X9 ilə barışıq əldə etdiyini, ona qarşı şikayət və tələblərinin olmamasını, ailəli olmasını və himayəsində iki azyaşlı uşağının olmasını bildirdi və bu halları nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, 23 noyabr 2022-ci il tarixdə Bakı-Qazax yolunun Hacıqabul rayonu Atbulaq kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş X9 onun həyat yoldaşı olmuşdur. Hadisə baş verən gün həyat yoldaşı günorta işdən gəlib yuyunduqdan sonra kənd mərkəzinə getmək üçün evdən çıxmışdır. Həmin gün axşam saatlarında həyat yoldaşını avtomobil vurduğunu və öldüyünü bilmişdir. Hadisə baş verdikdən sonra təqsirləndirilən şəxs yas və dəfn mərasimlərinin xərclərinin ödənilməsində köməklik etmiş, baş vermiş hadisəyə görə üzrxahlıq etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Zərər çəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə həmkəndlisi Bəhruzla birlikdə Atbulaq kəndi ərazisində görüşüb yemək yeyib spirtli içki qəbul etdikdən sonra siqaret almaq üçün Bakı-Qazax yolunun kənarına gəlib yolun Bakı şəhəri istiqamətinə olan hissəsinə keçmək istəmişlər. Hadisədən əvvəl çox spirtli içki qəbul etdikləri üçün hadisənin necə baş verdiyini xatırlamır. Yalnız xatırladığı yolun hərəkət hissəsinə daxil olduqdan sonra onları zərbə ilə avtomobilin vurduğu olmuşdur. Zərbədən sonra o, yerə yıxılaraq özündən getmiş, oyananda isə xəstəxanada olduğunu görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə yol-nəqliyyat hadisəsi baş verdiyi yerə sürücü Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə Hacıqabul rayonu Atbulaq kəndi ərazisindən keçən Bakı Qazax Yolunun 82-ci km-də Bakı istiqamətində yaşayış məntəqəsində baş vermişdir. Yol örtüyünün işlək hissəsi düz, quru, asfalt olmaqla, hər iki istiqamət üçün eni 11,1 metr, işlək hissəsinin eni 11,1 metr, ehtiyyat hissəsinin eni 4 metr, ayrıcı zolağının eni 3,7 metrdir. Hərəkət zolaqlarının eni 3 metr, yolun işlək hissəsinidə aşkar edilmiş nişan xətləri ağ qırıqqırıq xətt, yol qırağı sarı xətt, ehtiyyat hissəsindən sonra sağdan mağaza, soldan isə dəmir çəpər, hadisə yeri mağazanın işıqları ilə işıqlanır. Hadisə yerində «VAZ 21070» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə məxsus 13 metr tormoz izi vardır. Piyadalar həmin yerin 9 metrliyində vurulub. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş, sxem və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2022-ci il tarixli 2/29777 nömrəli protokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 106 saylı rəyində göstərilmişdir ki, mərhum X2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, burun sümüklərinin açıq, yerinidəyişən sınığı, alt çənədə sağdan İİ-İİİ dişlərin travmatik sınması, başın alın, qaşarası nahiyələrinin və burunun sol yan səthinin əzilmiş yaraları, sağ baldırın ön səthinin səthi əzilmiş yaraları, sağ baldırın ön səthinin səthi əzilmiş yarası. Göstərilən xəsarətlər həyatı olub, ölümündən az əvvəl qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. Mərhum B.F.Qasımovun ölümünə səbəb baş beyin toxumasına, onun qişalarına və mədəciklərinə qansızma ilə müşayiət olunan başın alın nahiyəsinin əzilmiş yarası və burun sümüklərinin açıq yerinidəyişmiş sınıqları olmuşdur. Mərhum B.F.Qasımovun bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni piyada qismində olarkən hərəkətdə olan minik avtomaşını vurması nəticəsində əmələ gələ bilərdilər. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum B.F.Qasımovun ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (xx.xx.2022-ci il tarixdə saat 22:20-də) 3-6 saat əvvəl baş vermişdir. Mərhum B.F.Qasımovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində – 1,8 % qatılıqda etil spirti aşkar edilmişdir. Bu da canlı şəxslərdə Orta dərəcəli alkoqol sərxoşluğu kimi qiymətləndirilir. Narkotik maddələr isə aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 916 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarətlər-İİ dərəcəli travmatik şokla müşayiət olunan sol bud sümüyünün yuxarı 1/3-nin qapalı, qəlpəli, yerdəyişən sınığı (cərrahi əməliyyatla bərpası), hər iki baldır sümüklərinin yuxarı 1/3-nin qapalı, yerinidəyişmiş sınıqları (cərrahi əməliyyatla bərpası) bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsvir hissəində göstərilən və onun tibbi yardım üçün X18 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, piyada qismində olarkən hərəkətdə olan avtomaşının vurması nəticəsində əmələ gələ bilərdilər. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/18 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «VAZ 21070» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan başqa, sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yolda icazə veriləndən artıq 95 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər xidmətindən əldə edilmiş, baş vermiş müvafiq yol nəqliyyat hadisəsinin videogörüntülərinin əks olunduğu 1 ədəd DVD diskə baxış keçirilmişdir. Keçirilmiş baxışla müəyyən edilmişdir ki, 23 noyabr 2022-ci il tarixdə saat 18:43-də Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Hacıqabul rayonu Atbulaq kəndi ərazisindən keçən 82-ci kmdə piyadalar Zərərçəkmiş şəxs1 və X1 rayonu istiqamətində yolun sağ kənarındakı səki ilə asta yerişlə hərəkət edərək gəlib yolun işlək hissəsinin kənarında dayanıb avtomobillərin keçməsini gözlədikdən sonra hərəkət edib Qazax rayonu istiqamətindən Bakı şəhəri istiqamətində olan hərəkət hissəsinə doğru keçirlər. Piyadalar Zərərçəkmiş şəxs1 və B.Qasımov yolun Qazax rayonu istiqamətində olan hərəkət zolağın keçib yol ayrıcı dəmir çəpərlərin yanında çatıb dayanaraq Bakı şəhəri istiqamətində hərəkətdə olan avtomobilləri gözlədikdən sonra yolun boşaldığını görüb dəmir çəpərlərin yanından asta yerişlə yolun sağına doğru keçmək üçün birlikdə hərəkətə başlayıb yolun hərəkət hissəsinə daxil olduqdan sonra sağdan avtomobil gəldiyini görüb sol hərəkət zolağında dayanırlar. Piyadalar Zərərçəkmiş şəxs1 və B.Qasımov dayandıqdan təxminən 1 saniyə sonra Bakı şəhəri istiqamətində hərəkətdə olan «VAZ 21070» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili tərəfindən vurulurlar. Hadisədən sonra «VAZ 21070» markalı avtomobil fırlanıb yolun soldan birinci hərəkət zolağında dayanır. Azərbaycan Respublikası DİN-nin BDYPİ - tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 016-153762-1222 nömrəli sorğuya cavab məktubundan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1999-cu i təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031ci il tarixədək etibarlı olan) BD 951609 nömrəli “BC” dərəcəli sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı bir məlumat qeydə alınmamışdır. AC 902764 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi “Vaz 21070” minik markalı, **- BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Laçın rayonu Haxnəzər kəndində qeydiyyatda olan, müvəqqəti Tərtər rayonu Evoğlu kəndində məskunlaşmış X3 adına rəsmiləşdirilmişdir. ƏN-Vİİİ 598517 nömrəli etibarnamənin surətindən görünür ki, X10 tərəfindən Təqsirləndirilən şəxs 10 ay 03 gün müddətinə xx.xx.2023-cü il tarixədək “VAZ 21070” minik markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil üzərində, qanunvericilikdə nəzərdə tutulan sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi müvafiq səlahiyyətlər verilmişdir. “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan və qəbzdən görünür ki, cinayət işi üzrə “Vaz 21070” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və qanuni sahibi Təqsirləndirilən şəxs təhvil verilmişdir. Kürdəmir rayonu İcra Hakimiyyəti başçısının Yenikənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 399 saylı arayışdan və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Səmədli X8 rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla, 2002-ci il təvəllüdlü həyat yoldaşı X11, 2021-ci il təvəllüdlü oğlu X7 və 2021-ci il təvəllüdlü qızı X13 ilə birlikdə yaşayır. Kürdəmir rayonu İcra Hakimiyyəti başçısının Yenikənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 tərəfindən istintaq orqanına ünvanlanmış xx.xx.2022-cü il tarixli və xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs 10000 manat həcmində yas və dəfn xərclərini ödəmişdir. Bu səbəbdən ona qarşı heç bir şikayət və maddi tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış notariat qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və maddi tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsində qeyd edilir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsində isə qeyd edilir ki, qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Cinayət işinin materiallarından, xüsusən də məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/18 nömrəli rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Belə ki, onun idarə etdiyi nəqliyyat vasitəsi mövcud yol şəraitinə uyğun olaraq 74,1 metr məsafədə dayanabiləcəyi halda, piyadalar vurulana qədər qət etdiyi yolu keçməyə başlayanda nəqliyyat vasitəsi piyadaları vurduğu yerdən 99,6 metr məsafədə olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs hadisə vaxtı “VAZ 21070” markalı, **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yolda icazə veriləndən artıq 95 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş, bütün bunların nəticəsində idarə etdiyi avtomobillə zərər çəkmiş şəxsləri vuraraq, birinin ölümünə, digərinin isə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisi və zərər çəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi və zərər çəkmiş şəxslə barışıq əldə etməsini və onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmamasını, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi (bir nəfərin ölməsi, bir nəfərin isə sağlamlığına az ağır zərər vurulması), onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxs və zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Həmçinin, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar da aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası çərçivəsində əlavə və əsas cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməli (CPM- 198.1.), maddi sübut kimi tanınmış avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Vaz 21070” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar