Məhkəmə qərarları › İş №1(071)-33/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-33/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-33/2025 13.03.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X6 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 01 avqust 1981-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq xeyli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri, Nəsimi Allahverdiyev küçəsinə daşımış, 28 oktyabr 2024-cü il tarixdə saat 16 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, Nəsimi Allahverdiyev küçəsində saxlanılaraq üzərində yoxlama aparılarkən 01 ədəd polietilen bükümdə şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,650 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən aşkar edilib götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Hacıqabul Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Həmid Həmidov küçəsində saxlanılmış, həmin vaxt üzərindən hər hansı qanunla qadağan edilmiş vasitə aşkar olunmamışdır. Saxlanılarkən polis əməkdaşı Şahid2 onun cibinə narkotik vasitə qoyaraq bildirmişdir ki, əgər üzərində narkotik vasitə yoxdursa da, bundan sonra olacaqdır. Həmin vaxt Eldarın yanında digər polis əməkdaşları da olmuşdur. Videoçəkiliş zamanı isə onda narkotik vasitə olmadığına dair etiraz etmişdir. Həmçinin narkotik vasitənin aşkar olunması ilə bağlı olan videoçəkiliş onun ilkin olaraq faktiki saxlanıldığı yerdən 40-50 metr kənarda aparılmış, bu zaman polis əməkdaşları digər şəxslərin yoldan keçməsinə icazə vermədiklərindən göstərdiyi xüsusatları təsdiq edə biləcək şahidlər yoxdur. Faktiki saxlanıldığı yerdən videoçəkiliş aparılan yerədək isə təxminən 3-4 dəqiqə ərzində məsafə qət etmişlər. Videoçəkiliş yekunlaşdırıldıqdan sonra rəsmiləşdirmə işlərinin aparılması üçün o, rayon polis şöbəsinə gətirilmişdir. Şöbədə əməliyyatçı “Eldar” və rəis müavini “Rüfət” adlı şəxslər tərəfindən ifadəsini dəyişərək etiraf etməsi üçün ona fiziki zor tətbiq edilmişdir. Saxlanıldıqdan 1 saat sonra şöbədə təkrarən videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş və müdafiəçinin yanında müstəntiq ona hansı məzmunda ifadə vermək lazım olduğunu izah etmişdir. Şöbədə qeyd etdiyi kimi, Rüfət və Eldar adlı polis əməkdaşları tərəfindən döyüldüyü üçün yalnız bundan sonra etirafedici ifadə verməklə tərtib edilmiş protokola imza etmişdir. Verilmiş suallara cavab olaraq, o, döyülməsi faktının saxlanıldığı xx.xx.2024-cü il tarixdə deyil, xx.xx.2024-cü il tarxdə baş verdiyini bildirmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə o, şöbəyə saxlanıldığı istintaq təcridxanasından etap olunmuşdur. Faktiki saxlanıldığı vaxtdan 1 ay müddət keçdikdən sonra narkoloji ekspertizadan keçirilmişdir. O, əvvəllər psixotrop maddə olan “metamfetamin” istifadə etmiş, öncəki məhkumluqları zamanı təqsirini etiraf etmişdir. Sonuncu dəfə isə tutulmasından 20 gün əvvəl narkotik vasitə olan “marixuana” istifadə etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında dəqiqləşdirici sual verilərkən o, ona fiziki zor tətbiq edilməsi zamanı xəsarət almadığını qeyd edərək bildirmişdir ki, Eldar və Rüfət onu şöbədə yerə yıxıb ayaqları ilə boğmağa cəhd etmişlər. Şahid2 tərəfindən ona qərəzli hərəkətlərə yol verilməsinin səbəbi olaraq bildirmişdir ki, o, cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra onun hesabına 1.300 manat sosial yardımla bağlı vəsait köçürülmüşdür. Saxlanılmamışdan bir neçə gün öncə, Şahid2 onunla küçədə rastlaşarkən həmin vəsaitin ona köçürülüb-köçürülməməsi barədə maraqlanmışdır. O, isə Şahid2 həmin pul vəsaitini almaması barədə yalan məlumat vermişdir. Hesab edir ki, Şahid2 ona böhtan atmasının səbəbi həmin pul vəsaitini verməməsi olmuşdur. Bundan başqa o, barəsində həbs qətimkan tədbiri ilə bağlı məsələyə baxılarkən məhkəmədə hakimə ona təzyiq olunması barədə hər hansı məlumat verməmişdir. Qeyd olunan faktla bağlı prokurorluq orqanında aparılan araşdırma üzrə təxminən 13-14 dekabr 2024-cü il tarixlərdə dindirilmişdir. Qeyd olunan tarixlərdə o, polis şöbəsinə etap olunmaqla, dörd gün müddətində şöbənin müvəqqəti saxlanılma yerində saxlanılmış və həmin dövrdə ibtidai istintaq yekunlaşdırılaraq iş materialları ilə tanış olması barədə sənədlərə imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul rayon X4 Mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 28 oktyabr 2024-cü il tarixdə ünvan 1-də qeydiyyatda olmaqla yaşayan xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqla daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə, eləcə də ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin ifşa edilməsi və üzərində yoxlama aparılması ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” onun tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul rayon polis şöbəsinin rəisinin əmri ilə qrup rəhbəri kimi ondan, qrup üzvü kimi Hacıqabul RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar verilən məlumata əsasən Hacıqabul şəhəri ərazisində əməliyyat tədbirini qurmuşlar. 28 oktyabr 2024-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, Nəsimi Allahverdiyev küçəsi ilə piyada şəklində hərəkətdə olmasını görmüşlər. Onlar birlikdə Təqsirləndirilən şəxs tərəf yaxınlaşaraq saxlamışlar. Bundan sonra özlərini təqdim edib, Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu, buna görə də üzərində yoxlama aparılacağını bildirib, hüquq və vəzifələri ona elan edib, yoxlama zamanı video-çəkilişdən istifadə olunacağını demişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasını istəmədiyini bildirərək bir qədər yoxlamanın aparılmasına maneə yaratmağa və qaçmağa çalışmışdır. Bu səbəbsən onlar Təqsirləndirilən şəxs qoluna qandal vurmaq məcburiyyətində qalmışlar. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində yoxlama aparmağa başlamışlar. Çəkiliş amanı ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olmadığını bildirmişdir. O, Təqsirləndirilən şəxs üzərində yoxlama aparmağa başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bir ədəd sellofan büküm aşkar olunaraq götürülmüşdür. Hazırda uzun müddət keçdiyindən kütlənin çəkisini xatırlamır. Həmin kütlə zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs həmin kütlənin nə olması və nə məqsədlə üzərində saxlamaqla daşıması barədə şifahi sual vermişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlənin ona məxsus olmadığını bildirmişdir. Bundan sonra üzərində yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı digər əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edib, birlikdə polis şöbəsinə gəldikdən sonra onun tərəfindən yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Daha sonra Hacıqabul rayon polis şöbəsinin təhqiqatçısı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçi təqdim edilmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən yoxlama zamanı aşkar olunan əşyalara müdafiəçinin iştirakı ilə video-çəkiliş aparılmaqla yenidən baxış keçirilib protokollaşdırılmışdır. Verilmiş suallara əsasən Şahid1 təqsirləndirilən şəxsin ifadəsində göstərilən xüsusatların həqiqəti əks etdirmədiyini, ona qarşı hər hansı şəxs tərəfindən fiziki zorakılıq tətbiq edilmədiyini, hətta təqsirləndirilən şəxsin onlara qarşı aktiv olaraq müqavimət göstərməsini və bu halın videoçəkilişlə öz təsdiqini tapdığını, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadənin özünümüdafiə xarakter daşımasını bildirmişdir. Bundan başqa, əməliyyat tədbiri qrupa daxil olan 3 nəfər tərəfindən həyata keçirilmişdir, videoçəkiliş isə şöbənin digər əməliyyat müvəkkili Emil Cəfərov tərəfindən həyata keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən müqavimət göstərdiyi üçün öncədən fasiləsiz olaraq videoçəkilişin aparılmasını təmin etmək mümkün olmamışdır, onun zərərsizləşdirməsi təxminən 6-7 dəqiqə çəkmiş və zərərsizləşdirilib qolları qandallandıqdan sonra videoçəkiliş başlanılmaqla üzərinə yoxlama aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 və Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 məhkəməyə verdiyi ifadəsində Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Şahid2 ifadəsinə münasibətdə Təqsirləndirilən şəxs təkidlə onun tərəfindən döyülməsini bildirmiş, lakin şahid onun göstərdiyi xüsusatların həqiqəti əks etdirmədiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli raport, əmr, protokol və qərardan müəyyən edilir ki, həmin tarixdə Hacıqabul RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 şöbənin rəisi vəzifəsini müvəqqəti icra edən Rüfət İbayevə müraciət edərək ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması üçün onun ətrafında müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Hacıqabul RPŞ-nin şöbənin rəisi vəzifəsini müvəqqəti icra edən Rüfət İbayev tərəfindən verilmiş 3-13-78/Ə481/2024 saylı əmrə əsasən əməliyyat qrupu təşkil edilmiş, qrupun tərkibinə Hacıqabul RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 daxil edilməklə, qrupa rəhbərlik əməliyyat müvəkkili Şahid1 həvalə edilmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi və keçirilmiş tədbirlər barədə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar RPŞ-nin şöbənin rəisi vəzifəsini müvəqqəti icra edən Rüfət İbayev tərəfindən təsdiq edilmişdir. Üzərində xx.xx.2024-cü il tarixli 1249 nömrəli daxil olma ştampı olan, əməliyyat müvəkkilli Şahid1 tərəfindən tərtib edilmiş raportdan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:30-da Hacıqabul şəhəri, Nəsimi Allahverdiyev küçəsində saxlanılaraq əynindəki göy rəngli şalvarın sol cibindən bir ədəd selofan bükümdə 0,70 qram çəkidə narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüş və bu barədə müvafiq sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs həmin gün RPŞ-nin TB-nin təhqiqatçısı Mübaşir Heybətov tərəfindən ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması və götürmə” barədə xx.xx.2024-cü il tarixli protokoldan müəyyən edilir ki, narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında və istifadə edilməsində şübhəli şəxs Abbasov X7 şəhəri, Nəsimi Allahverdiyev küçəsində piyada hərəkətdə olarkən saat 15:30 dəqiqədə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılan kimi dərhal təhlükəsizlik məqsədi ilə qoluna qandal vurulmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilmişdir. Təqsirləndirilən şəxs üzərini yoxlama zamanı əynində olan tünd göy rəngli cins şalvarın sol ön cibindən bir ədəd selafon büküm aşkar edilmişdir. Büküm açıldıqda içərisində qara rəngli narkotikə bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlə elektron tərəzidə çəkildikdə 0.70 qram olduğu müəyyən edilmiş və zərfə qoyularaq möhürlənmişdir. Bundan başqa hər hansı əhəmiyyət kəsb edən əşya müəyyən edilməmiş və videoçəkliş başa çatmışdır. Protokolun yekununda şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs hüquqları izah edilərkən o, bildirmişdir ki, saxlanılarkən həyəcanlı olduğundan doğru göstərməyib, üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsusdur və öz istifadəsi üçün saxlamışdır. Şübhəli şəxsin üstünün yoxlanılması və götürmə videoçəkiliş aparılmaqla DVD diskə köçürülmüş və protokola əlavə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması və götürmə” aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntünün olduğu 1 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, qeyd olunan diskdəki bir ədəd faylda əks olunmuş videogörüntünün müddəti 09 dəqiqə 50 saniyə təşkil edir. Fayl açıldıqda müşahidə edildi ki, əməliyyat müvəkkili Şahid1 tərəfindən yoxlama həyata keçirilməklə özünü və tədbirdə iştirak edən digər qrup üzvlərini təqdim edərək, saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir. Videogörüntüdən həmçinin Təqsirləndirilən şəxs qollarının arxadan qandalla bağlı vəziyyətdə olması müşahidə edilir. Əməliyyat müvəkkili saxlanılan Təqsirləndirilən şəxs hüquqlarını izah etdikdən sonra ona qarşı zorakılıq olub-olmamasını sorğu-sual edir, Təqsirləndirilən şəxs isə aqressiv şəkildə, onun sağ tərəfindən dayanmış Şahid2 tərəfindən döyülməsini bildirir. Lakin videoçəkilişdə vizual olaraq Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı xəsarət izinin olması müşahidə edilmir. Şahid1 isə saxlanılan şəxsə qeyd olunan faktla bağlı şikayət etmək hüququnun olmasını izah edir və yoxlamaya davam edir. Videogörüntünün sonrakı dəqiqələrində saxlanılan Təqsirləndirilən şəxs müqavimət göstərməklə nalayiq ifadələr işlətməsi, həmçinin özünü öldürməklə polis əməkdaşlarını təhdid etməsi, bunun əksinə olaraq polis əməkdaşları tərəfindən ona qarşı nəzakətli hərəkətlərlə tədbirin davam etdirilməsi müşahidə edilir. Videogörüntünün 03:16-cı dəqiqəsində İşAbbasovun əynində olan tünd göy rəngli cins şalvarın sol ön cibindən bir ədəd selafon büküm aşkar edilməsi görünür. Həmin vaxt Təqsirləndirilən şəxs etiraz edərək bükümün ona aid olmadığını iddia edir. Yoxlama zamanı digər qanunla qadağan edilmiş hər hansı vasitə aşkar edilmir. Büküm tərəzidə çəkilərək 0,70 qram çəkidə olması aşkar edilir, büküm zərfdə qablaşdırılb möhürlənir və əməliyyatçı tərəfindən imzalanır. Təqsirləndirilən şəxs imzalamaqdan imtina edir və özünə zərər yetirəcəyi ilə polis əməkdaşlarını təhdid edir. İş materiallarında olan “əməliyyat-axtarış tədbirlərinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan müəyyən edilir ki, 28 oktyabr 2024-cü il tarixdə saat 15:30-dan saat 15:56-dək olan müddət ərzində PŞ-nin NMQ-nun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sol qabaq cibindən aşkar olunmuş 1 ədəd sellofan bükülüdə çəkisi 0,70 qram narkotik vasitə heroinə bənzər kütlə qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin 1 ədəd sellofan bükümün içərisində olan heroinə bənzər kütlələrə baxış keçirilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində “əməliyyat-axtarış tədbirlərinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi” aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntünün olduğu 1 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. Həmçinin videogörüntüdən müəyyən edilir ki, təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və o, baxış zamanı müdafiəçisinin suallarına sərbəst şəkildə cavab verərək ona qarşı təzyiq edilmədiyini, etirazının olmadığını və aşkar edilmiş narkotik vasitə heroinin ona aid olmaqla istifadəçisi olduğunu təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş dindirmənin videogörüntüsünün əks olunduğu disk məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə sərbəst şəkildə dindirilərkən təqsirini etiraf etmişdir. Həmçinin üzərinə yoxlama tədbiri keçirilərkən etirazı və ona qarşı zorakılıq tətiq edilməsi ilə bağlı göstərdiyi xüsusatla əlaqədar müstəntiqin sualına cavab olaraq, məsuliyyətdən yayınmaq məqsədilə yoxlama zamanı ona zor tətbiq edildiyini qeyd edib təqsini etiraf etmədiyini bildirmişdir. Videogörüntüdən həmçinin onun müdafiəçisinin suallarına cavab olaraq sərbəst şəkildə təqsirini etiraf etməsi müşahidə edilir. Həmçinin videogörüntüdə vizual olaraq onun bədən səthi üzərində hər hansı xəsarət izinin olmadığı müşahidə olunur. Məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs protokoldakı imza və əlyazısının ona məxsus olduğunu təsdiq etmişdir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 29 oktyabr 2024-cü il tarixli, 18/887 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində " Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,650 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 0,05 qramı tədqiqata sərf edilmiş, faktiki olaraq təmiz çəkisi 0,600 qram qalıq qalmışdır. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair ekspert komissiyasının 15 noyabr 2024-cü il tarixli 7296 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsindən daxil olan 05 noyabr 2024-cü il tarixli, 18-1-41/2-942/2024 saylı məktuba əsasən Təqsirləndirilən şəxs konsultativ-poliklinika şöbəsində narkoloji kabinetində “F11.2 aslılıq sindromu” diaqnozu ilə xx.xx.2018-ci ildən qeydiyyatdadır, lakin psixoloji kabinetində qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının Prezident X2 ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə qeyd edilir ki, o, Hacıqabul rayonu ərazisində dərman almaq məqsədilə aptekə gedən zaman rayon polis şöbəsinin əməkdaşı Şahid2 onun üzərinə hücum etmiş, qollarını burmuş, şalvarının cibinə büküm qoyaraq küçənin ortasında hər kəsin gözü qabağında çəkiliş etməyə başlamışdır. O, buna etiraz etmiş, həmin bükümün ona məxsus olmadığını bildirmişdir. Lakin polis əməkdaşları buna məhəl qoymayaraq onu Hacıqabul RPŞ-nin inzibati binasına gətirib ona işgəncə verməklə, həmçinin yaxınlarının fotoşəkillərini göstərərək onu şantaj etmişlər. Nəticədə o, məcbur qalıb sənədlərə imza atmışdır. Odur ki, barəsində başlanılmış cinayət təqibi üzrə ədalətli məhkəmə araşdırmasının aparılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının Prezident X2 ünvanlanmış digər xx.xx.2024-cü il tarixli ərizəsində qeyd edilir ki, o, Hacıqabul RPŞ-nin 4 polis əməkdaşı onu bazarın qarşısında onu yerə yıxıb əlini-qolunu bağlamış, daha sonra üzərinə baxış keçirmişlər. Həmin vaxt onun üzərindən qanunla qadağan olunan əşya aşkar etmədikləri üçün polis əməkdaşlarından Eldar adlı şəxs onun cibinə nəisə qoymuşdur. O, polis əməkdaşlarına etiraz etmiş, lakin onlar buna məhəl qoymamışdır. Daha sonra onlar video-çəkiliş həyata keçirmiş, həmin vaxt o, videoçəkilişdə də polis əməkdaşlarına etiraz edib sənədlərə imza atmaqdan imtina etmişdir. O, polis şöbəsinə gətirilmiş, orada ona işgəncə verərək sənədlərə imza atmağa məcbur edilmişdir. Bu səbəbdən Eldar adlı polis əməkdaşı ona telefonda şəkillər göstərib şantaj etmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsində digər müraciətlərində göstərilənlərə əlavə olaraq qeyd etmişdir ki, polis şöbəsində olarkən onu Rüfət adlı rəis müavinin yanına aparmışlar, orada ona fiziki və mənəvi şiddət göstərilərək qarşısına qoyulan sənədlərə qol çəkməsini tələb etmişlər. O, sənədlərə qol çəkməkdən etiraz etdiyinə Eldar adlı polis əməkdaşı ona qarşı fiziki şiddət göstərərək onu yerə yıxmış, Rüfət adlı rəis müavini isə ayağı ilə onun başını yerə doğru sıxmışdır. Daha sonra Eldar adlı polis əməkdaşı ona oğlunun şəkilini göstərərək onu şantaj etmiş və hədə-qorxu gəlmişdir. O, övladına görə məcbur qalaraq sənədlərə imza atmışdır. O günahsız olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən Hacıqabul Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədə qeyd edilir ki, o, qanunsuz olaraq həbs edilmişdir. Belə ki, Hacıqabul rayon Polis Şöbəsində ona qarşı qanunsuz hərəkətlər edilmiş, onun üzərinə böhtan atılmışdır. Məhkəmədən ədalətli istintaq aparılmasını və ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 saylı Qərarının 25 və 26-cı bəndlərində qeyd edilir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı iş üzrə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini, onun ibtidai istintaq dövründə verdiyi ifadələri, müvafiq dövlət orqanlarında ünvanlanmış ərizələrin məzmununu, saxlanılarkən və şübhəli şəxs qismində dindirilərkən qeydə alınmış videogörüntünü, eyni zamanda həbs qətimkan tədbiri seçilərkən məhkəmə nəzarəti qaydasında işə baxılan zaman verdiyi izahatını müqayisəli şəkildə təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilməsi və üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmamasına dair ifadəsi özünümüdafiə xarakterli məlumat olmaqla həqiqəti əks etdirmir. Belə ki, tədqiq edilmiş videogörüntülərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin suallarına sərbəst şəkildə cavab olaraq narkotik vasitə aludəçisi olmasını, saxlanılmamışdan dörd ay öncə azadlığa buraxılmasını bildirməklə aşkar edilən narkotik vasitənin ona aid olduğunu etiraf etmişdir. Həmçinin ifadəsinin davamı olaraq üzərinə yoxlama keçirilərkən məsuliyyətdən yayınmaq üçün aşkar edilən bükümün ona aid olmadığını bildirmişdir. Videogörüntülərdən vizual olaraq onun bədən səthi üzərində hər hansı xəsarət izi aşkar edilmir. Eyni zamanda iş materiallarına olan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(071)-65/2024 saylı qərarının məzmunundan görünür ki, o, izahatında narkotik vasitə aludəçisi olduğunu və şəxsi istifadəsi üçün narkotik vasitə əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı qeyd olunan məhkəmə nəzarət qaydasında keçirilmiş iclasın audio yazısı səsləndirilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, həbs qətimkan tədbirinin keçirilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılarkən hakim tərəfindən dəfələrlə təqsirləndirilən şəxsə sual ünvanlanaraq üzərindən aşkar olunan narkotik vasitənin ona aid olub-olmadığı, eyni zamanda polis əməkdaşları tərəfindən təzyiqə məruz qalıb-qalmadığı soruşulmuş, bununla belə təqsirləndirilən şəxs məhkəmə iclası zamanı narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar olunan narkotik vasitənin ona aid olduğunu qəbul etmiş, habelə polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmadığını ifadəsində göstərmişdir. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində, eləcə də müvafiq orqanlara ünvanlandığı müraciətlərində Hacıqabul RPŞ-nin əməliyyat müvəkkili Şahid2 və rəis müavini Rüfət İbayev tərəfindən şöbədə döyülməsini iddia etməsinə baxmayaraq, üzərinə yoxlama keçirilməsi haqqında protokola əlavə edilmiş videogörüntüdən müşahidə edildiyi kimi, o, ilk saniyələrdən Eldar tərəfindən döyülməsini bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ziddiyyətli ifadələr verməklə onun göstərdiyi xüsusatlar iş materiallarında olan hər hansı sübutla öz təsdiqini tapmır və məhkəmə tərfindən həqiqiliyi şübhə doğurur. Göstərlənlərlə yanaşı, iş materiallarında olan xx.xx.2024-cü il tarixli məhkəmə-tibb ekspertizası rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs müayinə zamanı özü şəxsən xəsarətinin olmaması barədə məlumat vermiş və həmçinin onun bədən səthi üzərində hadisə gününə uyğun travmatik xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı müraciətinə əsasən araşdırma aparılmış və göstərilən xüsusatlar öz təsdiqini tapmadığından faktla bağlı cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmadan əməliyyat müvəkkilləri tərəfindən üzərinə yoxlama keçirilməmişdən öncə saxlanılarkən xüsusi vasitə tətbiq edilərək qollarına qandal vurulması faktı ilə bağlı qeyd edir ki, “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən xüsusi vasitələr dedikdə, dəyənəklər, əl-qolu bağlama və elektroşok vasitələri, xüsusi təyinatlı gözyaşardıcı qazlar, rezin güllələr, suatan vasitələr, nəqliyyatın məcburi dayandırma vasitələri və Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş digər xüsusi vasitələr nəzərdə tutulur. Həmin Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının bu Qanunla müəyyənləşdirilmiş qaydada və hallarda fiziki qüvvə işlətmək, habelə xüsusi vasitələr və odlu silah saxlamaq, gəzdirmək və onları tətbiq etmək hüququ vardır. Həmin Qanunun 26-cı maddəsinin 2-ci hissəsinə əsasən Polis əməkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı xüsusi vasitələri aşağıdakı hallarda tətbiq edə bilər: 1) insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə; 2) qiyam və ya kütləvi iğtişaşlar baş verdikdə; 3) girov saxlanılan şəxs və ya zəbt olunmuş binalar, tikililər, qurğular, torpaq sahələri və nəqliyyat vasitələri azad edildikdə; 4) yaşayış binalarına, habelə müəssisələrin, idarələrin, təşkilatların binalarına qrup halında basqın dəf edildikdə; 5) müqavimət göstərən və ya insan həyatı və sağlamlığı, habelə mülkiyyət əleyhinə cinayət törədən şəxs yaxalandıqda və ya qaçmağa cəhd göstərdikdə; 6) tutulan şəxs tərəfindən silahlı müqavimət göstərildikdə və ya göstərəcəyinə ehtimal etməyə kifayət qədər əsas olduqda; 7) cinayət törədilməsində şübhələndiyinə görə tutulmuş, barəsində həbs qəti-imkan tədbiri seçilmiş və ya müəyyən müddətə azadlıqdan məhrum etmə yaxud ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxsin həbsdən qaçmasının qarşısını aldıqda, habelə bu şəxsin qanunsuz azad edilməsi üçün kənar şəxslər tərəfindən güc işlədildikdə; 8) ictimai təhlükəli əməl törətmiş şəxsi tutub polisə gətirərkən onun müqavimət göstərə biləcəyi və ya qaçma ehtimalı olduqda; 9) həbs olunanları müşayiət etdikdə; 10) şəxsin təhlükəli hərəkətləri ilə özünə və ya ətrafındakılara zərər yetirə biləcəyi ehtimalı olduqda; 11) ictimai təhlükəli əməl törətmiş şəxs tutularkən onu binadan, nəqliyyat vasitəsindən çıxmağa məcbur etdikdə; 12) sürücü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsini dayandırmaq haqqında polis əməkdaşının aşkar olan dayanma tələbinə tabe olmadıqda və onun saxlanılmasına başqa imkan olmadıqda (məcburi dayandırma vasitələri). Həmin Qanunun 6-cı hissəsinə əsasən həmin qanunun tələblərinə uyğun olaraq fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tam zəruri hallarda tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarında göstərilmişdir ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” 728-İQ nömrəli Qanununda əməliyyat-axtarış tədbirinin gedişatının və nəticələrinin nə cür rəsmiləşdirilməli olması 728-İQ nömrəli Qanunda dəqiqliklə tənzimlənmədiyindən, CPM-in 446.2.9-cu maddəsi isə əməliyyat-axtarış tədbirinin gedişatında əldə edilən nəticələrin rəsmiləşdirilməsi üsullarının seçilməsini əməliyyat-axtarış tədbirinin keçirilməsinə zərurət görən (vəsatət qaldıran) əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsinin vəzifələrinə (onun səlahiyyət dairəsinə) aid etdiyindən, əməliyyat-axtarış tədbiri məhkəmə qarşısında vəsatət qaldırılmadan birbaşa əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin qərarı əsasında keçirildiyi halda da həmin qərarda əməliyyataxtarış tədbirinin həyata keçirilməsində hansı nəticələrin əldə edilməsinin güman edildiyi və bu nəticələrin hansı üsullarla rəsmiləşdiriləcəyi, başqa sözlə, əməliyyataxtarış tədbirinin gedişatına və nəticələrinə dair məlumatların müvafiq sirr təşkil edən məlumatların məxfiliyinin qorunması şərti ilə hansı sənəd şəklində ifadə olunacağı öz əksini tapmalıdır. Məsələn, əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul etmiş əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsi qərarında nəzərdə tuta bilər ki, əməliyyat-axtarış tədbirinin gedişatı və nəticələri əməliyyat-axtarış tədbirinə rəhbərlik etmiş şəxs tərəfindən tərtib edilməli olan ətraflı raportda və yaxud əməliyyat-axtarış tədbirinə rəhbərlik etmiş şəxs tərəfindən tərtib edilməli və onun, eləcə də əməliyyataxtarış tədbirində iştirak etmiş digər əməkdaşlar tərəfindən imzalanmalı olan, məzmunca bu və ya digər istintaq hərəkətlərinin protokoluna bənzəyən protokol şəklində rəsmiləşdirilsin. Hazırkı işin hallarından isə müəyyən edilir ki, Təqsirləndirilən şəxs saxlanılaraq üzərinə yoxlama keçirilən zaman nalayiq ifadələr işlətməklə müqavimət göstərməyə cəhd etmiş, eyni zamanda özünə zərər yetirəcəyi ilə bağlı polis əməkdaşlarını təhdid etmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yaranmış təhlükənin qarşısının alınması məqsədilə xüsusi vasitə olan qandalın tətbiqi mövcud şəraitə görə mütənasib olmaqla, qanunvericiliyin tələbi pozulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsi digər sübutlarla təkzib edildiyindən sübut olaraq qəbul edilə bilməz və onun xx.xx.2024-cü il tarixdə üzərindən aşkar edilmiş narkotik vasitənin ona aid olmamasına dair məlumatı inandırıcı olmamaqla, habelə polis əməkdaşları tərəfindən mənəvi və fiziki zorakılığa məruz qalması iş materiallarında olan tədqiq edilmiş digər sübutlarla və ifadələrlə təkzib edildiyindən özünümüdafiə xarakterli məlumat kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşıması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə görə narkotik hesab edilən heroin maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisi 0,650 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olm adan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərar və tutma haqqında protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və tutulma vaxtı azadlığı faktiki məhdudlaşdırıldığı vaxt, yəni xx.xx.2024-cü il saat 15:30-dan hesablanmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 4(071)-65/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəlinin 28 oktyabr 2024-cü il tarixdən hesablanması müəyyən edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(071)- 33/2025 saylı hazırlıq iclasının qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş, Hacıqabul rayon İH-nin Başçısının Hacıqabul şəhər İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1287 saylı arayışdan müəyyən edilir ki, təqsirləndirilən şəxs Abbasov X7 şəhəri, M.F.Axundov küçəsi 82 saylı ünvanda qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon İH-nin Başçısının Hacıqabul şəhər İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Hacıqabul rayon İH-nin Başçısının Hacıqabul şəhər İƏD-üzrə nümayəndəliyinə mənfi rəy daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2024-cü il tarixli tələbnamədən və müvafiq məhkəmə aktlarından görünür ki, Təqsirləndirilən şəxs 1) Hacıqabul rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 noyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir; 2) Hacıqabul rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək, 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il Amnistiya qərarının 4-cü bəndi tətbiq edilərək, cəzası 06 ay azaldılmış və cəza müddəti 01 il 03 ay azadlıqdan məhrum etmə müəyyən edilmiş, 16 iyul 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir; 3) Hacıqabul rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinib, 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, daha sonra Binəqədi rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 12 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Yuxarıda göstərilənlərdən məlum olur ki, həm Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təqsirli bilindiyi cinayət əməlinə görə məhkumluğu ödənilmədən Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə yaranmış məhkumluğu hazırki ittiham üzrə xx.xx.2024-cü il tarixdə cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin sadə residivini yaradır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəl də eyni xarakterli cinayət əməlini törətmişdir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs əvvəllər təyin olunmuş cəzalar onun islah olunmasına yetərli şəkildə təsir etməmişdir. Odur ki, məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halın olmamasını, həmçinin cəzasını ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs hazırki hökmlə ona təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı cəzaçəkmə müddətinin əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 28 oktyabr 2024cü il tarixdən hesablamalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Eyni zamanda Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bundan başqa, iş materiallarında olan məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun ərazi narkoloji dispanserdə qeydiyyata olması nəzərə alınmalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə olan 0,600 qram heroin cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. Bundan başqa, videogörüntünün olduğu 2 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. Beləliklə, maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”nda saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə olan 0,600 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış videogörüntünün olduğu 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına ona ödənilməsi üçün 25 (iyirmi beş) saata görə 150 (yüz əlli) manat pul köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Hacıqabul RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə 0,600 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına ona ödənilməsi üçün 25 (iyirmi beş) saata görə 150 (yüz əlli) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********) Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar