Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-34/2022 29.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.2003-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Masazır qəsəbəsi “Qurtuluş 93” yaşayış massivi bina 1E mənzil 20-də daimi qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə 07.11.2021-ci il tarixdən 08.11.2021-ci il tarixinə keçən gecə saat 04 radələrində Bakı- Qazax magistral avtomobil yolunun kənarında Hacıqabul rayonu Qızılburun kəndi ərazisində Hacıqabul rayonu Qızılburun kəndində yaşayan Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi saxlanc yeri hesab olunan “Dadlı market” adlı mağazaya, həmin mağazanın plastik materialdan olan qapısını təpiklə vurub qırmaqla qanunsuz daxil olaraq, mağazadan zərər çəkmiş şəxsin qiymətləndirdiyi - hər biri 1 manat 80 qəpik olmaqla cəmi 9 manat dəyərində 5 ədəd «Maccofee» içkilərini, 70 manat məbləğində dəmir və 40 manat kağız nağd pulları, 1 ədəd 16 manat dəyərində «Qrafinka» adlı araq, 2 ədəd hər biri 18 manat olmaqla cəmi 36 manat dəyərində «Xortisa» arağını, 2 ədəd hər biri 12 manat olmaqla cəmi 24 manat dəyərində viski içkisini, 3 ədəd hər biri 15 manat olmaqla 45 manat dəyərində 1 litrlik «Maroşa» araqlarını, 1 ədəd 400 manat dəyərində «LG» markalı kompyuterin sistem blokunu, 50 ədəd hər biri 2 manat 60 qəpik olmaqla cəmi 130 manat dəyərində «Pall Mall» siqaretini, 120 ədəd hər biri 4 manat olmaqla cəmi 480 manat dəyərində «Sobranie» siqaretini, 60 ədəd hər biri 3 manat 50 qəpik olmaqla cəmi 210 manat dəyərində «Vinston» siqaretini, 45 ədəd hər biri 3 manat 50 qəpik olmaqla cəmi 157 manat 50 qəpik dəyərində «LD» siqaretini, 10 ədəd hər biri 1 manatlıq olmaqla cəmi 10 manat dəyərində «Azercell» danışıq kartları, 10 ədəd hər biri 2 manatlıq olmaqla cəmi 20 manat dəyərində «Azercell» danışıq kartları, 10 ədəd hər biri 1 manatlıq olmaqla cəmi 10 manat dəyərində «Bakcell» danışıq kartları, 10 ədəd hər biri 2 manatlıq olmaqla cəmi 20 manat dəyərində «Bakcell» danışıq kartları, 8 ədəd hər biri 2 manatlıq olmaqla cəmi 16 manat dəyərində «Nar» danışıq kartları, 2 qutu hər biri 2 manat olmaqla cəmi 4 manat dəyərində «Azərçay» çayları, ekspertiza rəyi ilə qiymətləri müəyyən edilmiş 1 qutu 9 manat 60 qəpik dəyərində «Dirol» saqqızını, 110 ədəd hər biri 3 manat 60 qəpik olmaqla cəmi 396 manat dəyərində «Kent» markalı siqareti, 50 ədəd hər biri 60 qəpik olmaqla cəmi 30 manat dəyərində alışqanı, hər biri 2 manat 10 qəpik olmaqla cəmi 84 manat dəyərində 40 ədəd «Mamedoff» spirtli enerji içkiləri, 48 ədəd hər biri 1 manat 70 qəpik olmaqla cəmi 81 manat 60 qəpik dəyərində «Stick» çipsləri, 34 ədəd hər biri 1 manat 80 qəpik olmaqla cəmi 61 manat 20 qəpik dəyərində «Vkus schastya» vaflilərini gizli olaraq talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2359,90 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, 06.11.2021ci il tarixdə saat 22 radələrində sürücülük vəsiqəsi olduğu üçün Bakı şəhərində yerləşən adını bilmədiyi avtomobil icarəsi şirkətindən KİA Forte markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobili 2 günlük icarəyə götürüb, həmin şirkətə 150 manat pul ödəmişdir. Bundan sonra 07.11.2021-ci il tarixdə saat 00.00 radələrində avtomobil ilə Füzuli rayonuna getməyi qərarlaşdırmış və Füzuli rayonu istiqamətində hərəkətə başlamışdır. 07.11.2021-ci il tarixdə saat 06 radələrində Füzuli rayonuna çatmışdır. Orada olan uzaq qohumugildə qalmış və 07.11.2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri istiqamətində hərəkətə başlamışdır. Saatlı rayonu ərazisində tanımadığı bir yerdə qərar vermişdir ki, avtomobili saxlayıb yolun kənarında olan mağazadan oğurluq etsin. O, yolun kənarındakı mağazaya yaxınlaşmış, mağazanın yanında ət mağazası da olmuşdur. Qapını çiyni ilə itələyib qırmış və qapıdan içəri daxil olmuşdur. Yolu uzun olduğu üçün mağazaya daxil olub 25 ədəd «Full» enerji içkisini, 1 ədəd markasını bilmədiyim arağı, 1 ədəd plastmas qabda yağı, 10 ədəd markasını bilmədiyi peçenye, 5 ədəd «Torra» adlı çipsi, 1 ədəd mal əti konservisi, 2 qutu «Davidoff» siqaretini götürüb mağazanı tərk etmişdir. O, mağazaya daxil olan zaman mağazada heç kim olmamış və içərinin işığı yanıq vəziyyətdə olmuşdur. Sonra tez avtomobilə əyləşib sürüb oradan uzaqlaşmışdır. Hacıqabul rayonu ərazisində isə Qızılburun kəndində Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman tualetdən istifadə etmək üçün yolun kənarındakı mağazanın yanında avtomobili saxlamışdır. Orada işini gördükdən sonra çıxanda fikirləşmişdir ki, həmin mağazaya da daxil olub oğurluq etsin. Avtomobili sürüb bir qədər mağazadan uzaqda saxlamışdır. Avtomobili dayanacağın yanında saxlamış və piyada mağazaya yaxınlaşmışdır. O, mağazanın qapısını üzərində olan şurup açanla açmağa çalışmış, lakin qapı açılmadığı üçün təpiklə qapını qırmış və içəri daxil olmuşdur. Bundan sonra içəridə əlinə keçən bütün məhsullardan götürməyə başlamışdır. Belə ki, o, mağazadan 2 qutu «Mamedoff» spirtli enerji içkisini, siqaretlər, araqlar, saqqız, viski, alışqan, qəpik pul və kağız pul, kontur kartları, çipsi, vafli oğurlayıb mağazadan çıxmışdır. Çıxan zaman isə kompyuterin sistem blokunu da götürmüşdür ki, video görüntüləri məhv etsin. Daha sonra o, avtomobilə əyləşib sürüb oradan uzaqlaşmışdır. Kompyuterin sistem blokunu isə yolda hərəkətdə olanda avtomobildən yolun kənarına atmışdır. Sonra birbaşa yaşadığı Abşeron rayonunda yerləşən “Qurtuluş 93” qəsəbəsinə getmişdir. Təxminən saat 06.00 radələrində yaşadığı ünvana çatmışdır. Oğurladığı mallar avtomobildə qalmışdır. Sonra təxminən saat 11 radələrində oğurladığı malları Sumqayıt şəhərində aparmış və orada tanımadığı mağazalara satmağa başlamışdır. Hazırda xatırlamadığı mağazalara xatırlamadığı malları satmışdır. Sonda isə tanıdığı Şəhla adlı mağaza işlədən bir qadının yanına getmişdir. Şəhlanın işlətdiyi mağazanın adı “Rəşad” market olmuşdur. O, Şəhlaya 48 ədəd çipsi, 34 ədəd vafli, 10 ədəd peçenye, 13 qutu Kent siqaretini ümumilikdə 420 manata satmışdır. Həmin vaxt Şəhla ona 350 manat pul vermiş və qalan pulu sonra gəlib götürməyini xahiş etmişdir. O, da razılaşmışdır. Şəhla ondan həmin malları haradan əldə etdiyini soruşduqda, demişdir ki, həmin malları ona tanışı pul əvəzində vermiş və buna görə onları satır. Bundan sonra Bakı şəhər ərazisində bir qədər gəzib pulları xərcləmiş və yaşadığı ünvana qayıtmışdır. Bundan sonra isə Hacıqabul RPŞ-nin əməkdaşları gəlib onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına avtomobildə oğurladığı malların qaldığını demiş, buna görə avtomobil də Hacıqabul rayonuna gətirilmişdir. O, oğurluqları tək etmiş, yanında heç kim olmamışdır. Şəhladan başqa mal satdığı şəxsləri tanımır, hazırda həmin mağazaların yerini xatırlamır. Oğurluq edən zaman onu heç kim görməmişdir. O, əvvəllər oğurluq etməmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir zorakılıq edilməmişdir. Zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tamamilə ödəmişdir. Törətdiyi əməldən peşmandır. Bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs 18.03.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, ibtidai istintaq zamanı ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tamamilə ödənildiyini, onun Təqsirləndirilən şəxs qarşı heç bir iddia tələbi və şikayəti olmadığını bildirmişdir. Üzürlü səbəblərdən məhkəməyə gələ bilməyəcəyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs ərizəsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, o, ailəsinə məxsus Hacıqabul rayonu Qızılburun kəndi ərazisində Bakı-Qazax magistral yolunun kənarında obyekt var. O, həmin obyekti mağaza və restoran kimi işlədir. Mağazanın adı «Dadlı market»dir. Həmin mağazada satıcı kimi də özü işləyir. Mağazanı hər gün səhər saat 08 radələrində açır və axşam saat 22 radələrinədək işlədir. Mağazanın giriş qapısı plastik materialdandır və kilidlə bağlanır. 07 noyabr 2021-ci il tarixdə saat 21 radələrində mağazanı açarla bağlayıb yaşadığı evə getmişdir. 08 noyabr 2021-ci il tarixdə saat 07 radələrində yaşadığı evdən çıxıb mağazanı açmaq üçün mağazanın qarşısına gəlmiş və görmüşdür ki, mağazanın qapısı aralı vəziyyətdədir. O, qapıya yaxınlaşdıqda görmüşdür ki, qapıya güc tətbiq edilməklə qapının kilidi qırılmış və içəri daxil olunmuşdur. O, mağazaya daxil olmuş və mağazaya naməlum şəxsin və ya şəxslərin daxil olaraq mağazadan oğurluq etmələrini aşkar etmişdir. O, dərhal DİN 102 xidmətinə zəng edərək mağazadan oğurluq olması barədə məlumat vermişdir. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirmişlər. Sonra o, mağazanı yoxlamış və müəyyən etmişdir ki, mağazadan hər biri 1 manat 80 qəpik dəyərində olan 5 ədəd «Maccofee» içkiləri, 70 manat məbləğində dəmir, 40 manat kağız nağd pullar, 1 ədəd 16 manat dəyərində «Qrafinka» adlı araq, 2 ədəd hər biri 18 manat olan «Xortisa» arağı, 2 ədəd hər biri 12 manat olan viski içkisi, 3 ədəd hər biri 15 manat olan 1 litrlik «Maroşa» arağı, 1 qutu 18 manat dəyərində «Dirol» saqqızı, 1 ədəd 400 manat dəyərində «LG» markalı kompyuterin sistem bloku, 50 ədəd hər biri 2 manat 60 qəpik olan «Pall Mall» siqareti, 120 ədəd hər biri 4 manat olan «Sobranie» siqareti, 110 ədəd hər biri 3 manat 70 qəpik olan «Kent» siqareti, 60 ədəd hər biri 3 manat 50 qəpik olan «Vinston» siqareti, 45 ədəd hər biri 3 manat 50 qəpik olan «LD» siqareti, 50 ədəd ümumi dəyəri 30 manat olan alışqan, 10 ədəd 1 manatlıq «Azercell» danışıq kartları, 10 ədəd 2 manatlıq «Azercell» danışıq kartları, 10 ədəd 1 manatlıq «Bakcell» danışıq kartları, 10 ədəd 2 manatlıq «Bakcell» danışıq kartları, 8 ədəd 2 manatlıq «Nar» danışıq kartları, hər biri 2 manat 80 qəpik olan 40 ədəd «Mamedoff» spirtli enerji içkiləri, 2 qutu hər biri 2 manat olan «Azərçay» çayları, 48 ədəd hər biri 2 manat olan «Stick» çipsləri, 34 ədəd hər biri 2 manat olan «Vkus schastya» vafliləri oğurlanmışdır. Oğurluq nəticəsində ona 2438,50 manat ziyan dəymişdir. Şahid X3 idtidai isitintaq zamanı ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır, sonuncu əvvəllər onun yaşadığı məhəllədə yaşamış, onunla aralarında düşmənçilik və ya ədavət olmamışdır. O, rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi qaydada sahibkarlıqla məşğul olur, Sumqayıt şəhərində evinin yaxınlığında mağaza işlədir, mağazanın adı «Rəşad market»dir. 08 noyabr 2021-ci il tarixdə saat 11 radələrində mağazada olarkən tanıdığı Təqsirləndirilən şəxs ağ rəngli markasını bilmədiyi avtomobillə gəlmiş və mağazaya daxil olub satdıq bəzi malların olduğunu, həmin malları almağını xahiş etmişdir. Mallara baxdıqda orada spirtli enerji içkiləri, vafli, peçenye, siqaretlər və sair mallar olduğunu görmüşdür. O, Nihaddən həmin malları haradan əldə etdiyini soruşduqda, Nahid demişdir ki, bir nəfər tanışı pul əvəzinə ona vermişdir. Nihadla razılaşdıqdan sonra o, 48 ədəd «Stick» markalı çipsləri, 34 ədəd «Vkus schastya» adlı vafliləri, 10 ədəd «Today» adlı şirniyatları, 7 ədəd «Kent 1», 6 ədəd «Kent 4» markalı siqaretləri cəmi 420 manata almışdır. Həmin vaxt Nihada 350 manat pul vermiş və demişdir ki, qalan pulu sonra gəlib götürər. Bundan sonra Nihad çıxıb getmişdir. 09 noyabr 2021-ci il tarixdə mağazasına polis əməkdaşları gəldikdə isə o, Nihadın ona satdığı malların oğurluq olduğunu öyrənmiş və həmin malları polis əməkdaşlarına təqdim etmişdir. Həmin malların oğurluq olduğunu bilməmiş, Nihad ona bu barədə heç bir söz deməmişdir. Nihad həmin malların pul əvəzi verildiyini demişdir. Baxış keçirilməsi və götürmə 08 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, 08 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi Kia Forte markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobildən 40 ədəd «Mamedoff» spirtli enerji içkiləri, 1 ədəd 5 litrlik «Yurdum» yağı, 2 ədəd «Azerçay» çayları, 5 ədəd «Torra» çipsləri, 1 ədəd «Supersun» mal əti konservi, 19 ədəd alışqan, 9 ədəd dirol saqqızı, 3 ədəd «Sobranie» siqareti, 1 ədəd «Davudoff» siqareti aşkar olunaraq götürülmüşdür. Baxış keçirilməsi və götürmə 09 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, 09 noyabr 2021-ci il tarixdə X2 təqdim etdiyi 48 ədəd “Sticks” çipsləri, 34 ədəd “vkus schastya” vafliləri, 10 ədəd “today” şirniyyatları, 7 ədəd «Kent 1» siqareti, 6 ədəd «Kent 4» siqaretləri sonuncudan götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 fevral 2022ci il tarixli 9/904 nömrəli ekspert rəyindən müəyyən edilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş «Mamedoff» markalı spirtli enerji içkisinin 1 ədədinin 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti 2 manat 10 qəpik, «Torro» yazısı olan çipsinin 1 ədədinin 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti 1 manat 40 qəpik, Mr.pepper markalı sarıkökün 1 ədədinin 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti 45 qəpik, «Yurdum» markalı 5 litr tutumlu günəbaxan yağının 1 ədədinin 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti 19 manat 70 qəpik, «Dirol» markalı saqqızın 1 ədədinin 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti 40 qəpik, alışqanın 1 ədədinin 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti 60 qəpik, üzərində «Sport» yazısı olan peçenyenin 1 ədədinin 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti 70 qəpik, üzərində «Today» yazısı olan peçenyenin 1 ədədinin 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti 2 manat, üzərində «vkus scastya» yazısı olan vaflinin 1 ədədinin 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti 1 manat 80 qəpik, üzərində «Today» yazısı olan keksin 1 ədədinin 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti 45 qəpik, «Kent» markalı siqaretin 1 ədədinin 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti 3 manat 60 qəpik, Üzərində «Sticks» yazısı olan çipsin 1 ədədinin 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti 1 manat 70 qəpik təşkil edir. (i.v.109-112). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 15.11.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxsin və şahidin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs başqa saxlanc yerinə - mağazaya qanunsuz daxil olaraq tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla maddi ziyan vurması, yəni oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, tələbə olmasını, zərər çəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmamasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə bütün bunları nəzərə alaraq və xüsusilə ümümbəşəri idealları, insan hüquqları və azadlıqlarının qorunması kimi dəyərləri və insanpərvəlik ənənələrini davam etdirərək, qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə ümid edərək, cinayət-hüquq siyasətini həyata keçirərək, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, təqsirləndirilən şəxsin öz əməllərinin nəticələrini dərk edərək islah olunacağına inanaraq, humanizm və mərhəmət prinsiplərini rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan yüngülləşdirici halların olması, ağırlaşdırıcı halların olmaması nəzərə alınaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Abşeron rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən imzalanmış qəbzdən müəyyən edilir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus mağazadan oğurlanmış mallardan aşkar olunmuş - 40 ədəd «Mamedoff» spirtli enerji içkiləri, 2 ədəd «Azerçay» çayları, 19 ədəd alışqan, 9 ədəd dirol saqqızı, 3 ədəd «Sobranie» siqareti, 48 ədəd “Sticks” çipsləri, 34 ədəd “vkus schastya” vafliləri, 7 ədəd «Kent 1» siqareti, 6 ədəd «Kent 4» siqaretləri Hacıqabul RPŞ-nin İB-nin müstəntiqi Ayxan İsgəndərlidən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil almışdır. Zərərçəkmiş şəxs bununla bağlı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 10.11.2021-ci il tarixli ərizə ilə Hacıqabul RPŞ-yə müraciət edərək bildirmişdir ki, ona məxsus olan mağazadan oğurluq edilməsi nəticəsində dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ona tam ödənilmişdir. Ərizəsinin nəzərə alınmasını xahiş edir. (iş v.54) Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 10.11.2021-ci il tarixdən 11.11.2021-ci il tarixə kimi olan 01 (bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, 02 (iki) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Abşeron rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi Faiq oğluna məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 saata görə 210 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-34/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-34/2022
29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver