Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-36/2023 28.03.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X12 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi – X5, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Saatlı rayonu Leninkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortaixtisas təhsilli, evli, "xxxx" ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin Saatlı Sukanal sahəsində sürücü işləyən, əvvəllər məhkum olunmamış, Saatlı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 28 noyabr 2022-ci il tarixdə saat 1330-da sürücülük vəsiqəsi olmaqla yol vərəqəsi ilə idarə etdiyi, "xxxx" ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin Saatlı Sukanal sahəsinə məxsus, QAZ-330232 markalı, **-JC-*** dövlət qeydiyyat nömrə nişanlı texniki cəhətdən saz vəziyyətdə olan avtomobillə Hacıqabul rayonu Muğan qəsəbəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissələrinin tələblərinə zidd olaraq, hərəkətə başlama, yerdəyişmə, dönmə zamanı apardığı manevri təhlükəsiz aparmalı, hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, geriyə hərəkət etməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyinin təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili geriyə doğru manevr etdirməməli və lazım gəldikdə avtomobili arxaya doğru hərəkət etdirərkən digər şəxslərin köməyindən istifadə etməli olduğu halda, bunlara əməl etməyərək geriyə doğru hərəkətdə olarkən həmin vaxt avtomobilin bort hissəsində söykənmiş vəziyyətdə olan Zərərçəkmiş şəxs üz skletinin açıq qəlpəli basılmış sınıqları, kəllə qapağı və əsası sümüklərinin açıq çox qəlpəli sınıqları, beynin yumşaq toxumasının didilib-dağılması, evukasiyası ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Azərsu ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin Saatlı Sukanal sahəsində sürücüsü işləyir. İşlədiyi Sukanal sahəsi tərəfindən 16 noyabr 2022-ci il tarixdən Hacıqabul rayonu Muğan qəsəbəsində içməli su çəkiliş işləri görülməsinə cəlb olunmuşdur. Azərsu ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin Saatlı Sukanal sahəsinə məxsus Qaz-330232 markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobil ona təhkim olunmuşdur. 28 noyabr 2022-ci il tarixdə saat 13 radələrində o, avtomobildə əyləşən vaxt iş yoldaşlarından biri zəng edərək çağırdığına görə o, avtomobili saxladığı yerdən 150 metr arxada küçəyə fəhlələr olan yerə sağ və sol güzgülərdən baxaraq geriyə hərəkət etməyə başlamışdır. Həmin vaxt o, avtomobilin arxasında heç kimi görməmişdir. Avtomobilə nəyinsə toxunduğunu eşitdiyindən avtomobili saxlayıb düşmüşdür. Yerə düşdükdən sonra avtomobilin sol yanında arxa və ön təkərlərin arasında yaşlı bir qadının avtomobilin altında qalaraq öldüyünü görmüşdür. Həmin vaxt o, avtomobili geriyə verərkən həmin şəxsi vurduğunu bilmişdir. Hadisədən dərhal sonra o, iş yoşlaşlarını hadisə yerinə çağırmış, Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Səhiyyə Nazirliyinin 103 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir az keçdikdən sonra polislər və tibb işçiləri hadisə yerinə gəlmişlər. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisənin yaranma anını hadisə baş verdikdən sonra hiss etmiş, hadisənin qarşını almaq üçün heç bir tədbir görə bilməmiş, tormoz verməmişdir. Avtomobili işə saldıqdan sonra təxminən 5-6 metr getdikdən sonra avtomobilə nəyinsə toxunduğunu eşitmişdir. Hərəkət sürəti təxmən 4-5 km/saat olmuşdur. Sonradan ona məlum olmuşdur ki, avtomobillə vurduğu şəxs Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən ölmüşdür. Sonda təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə çox peşman olduğunu, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini və zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını bildirdi və bu halları nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində bildirdi ki, 28 noyabr 2022-ci il tarixdə Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisində yolnəqliyyat hadisəsi zamanı vəfat etmiş Zərərçəkmiş şəxs onun bacısı olmuşdur. Hadisə baş verdikdən qısa müddət sonra o hadisə yerinə getmiş və bacısının avtomobilin altında qalaraq vəfat etdiyini görmüşdür. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs mərhum bacısı və onun ailəsi əvvəllər tanımamış, aralarında düşmənçilik olmamışdır. Hadisə baş verdikdən sonra təqsirləndirilən şəxs yas və dəfn mərasimlərinin xərclərinin ödənilməsində köməklik etmiş, baş vermiş hadisə görə üzrxahlıq etmişdir. Mərhum bacısının iki qızı vardır və onların hər ikisi ailəli olmaqla Bakı şəhərində yaşayırlar. Mərhumun əri illər əvvəl öldüyündən, onun ailəsinə özü baxmışdır. Bu səbəbdən mərhumun qızları ilə razılığa gələrək, istintaq vaxtı zərər çəkmiş şəxsin hüquqi varisi kimi özü tanınmışdır. Yas mərasimi zamanı mərhumun qızları da iştirak etmiş və onlar da təqsirləndirilən şəxslə barışmışlar. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, Azərsu ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyir. Azərsu ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin Saatlı Sukanal sahəsinə məxsus Qaz-330232 markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs təhkim olunmuşdur. 28 noyabr 2022-ci il tarixdə Muğan kəndində təmir tikinti sahəsinin əməkdaşları onlarla birlikdə su çəkilişinin quraşdırılması prosesində iştirak edirdilər. Həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyini avtomobil onların işlədiyi yerdən təxminən 150 metr kənarda dayanmışdı. Həmin gün təxminən saat 13 radələrində Təqsirləndirilən şəxs onlara avtomobillə adam vurduğunu bildirərək hadisə yerinə çağırmışdır. O, hadisə yerinə getdikdə Əliəkbərin avtomobili geriyə sürərkən yaşlı qadını vuraraq öldürdüyünü görmüşdür. Bir az keçdikdən sonra polislər və tibb xidmət işçiləri hadisə yerinə gələrək yerində sənədləşmə işləri aparmışlar. Şahid2 məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və ailə vəziyyəti ilə əlaqədar olaraq məhkəmə prosesində iştirak edə bilmədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin razılığı ilə məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə yol-nəqliyyat hadisəsi baş verdiyi yerə sürücü Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə Hacıqabul rayonu Muğan qəsəbəsində küçədə baş vermişdir. Yol örtüyünün eni 5 metr, örtüyün növü çınqıllı döşəmə, örtüyün vəziyyəti quru, 1 hərəkət zolağı olmuşdur, hərəkət hissəsinin eni 2,5 metrdir. Hərəkət hissəsində heç bir nişanlama xətti və və digər işarələr yoxdur. Qaz-330232 markalı, **-JC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil hadisə yerindədir. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş,sxem və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2022-ci il tarixli 1300 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 1504/K nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 15 saylı rəyində göstərilmişdir ki, mərhum Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - Burun sümüklərinin sınığı. Üz skletinin açıq qəlpəli basılmış sınıqları. Kəllə qapağı və əsası sümüklərinin açıq çox qəlpəli sınıqları. Beyinin yumşaq toxumasının didilibdağılması, evukasiyası.Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) qüvvətli təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gəlmişdir. Xəsarətlər həyatı olmaqla ölümdən bir qədər əvvəl əmələ gəlmişdir. Yuxarıda qeyd olunan xəsarətlərdən üz skletinin açıq qəlpəli basılmış sınıqları, kəllə qapağı və əsası sümüklərinin açıq çox qəlpəli sınıqları. Beyinin yumşaq toxumasının didilib-dağılması evukasiyası həyat üçün təhlükəli olan sağlamlığa agir zərər vurmanın əlamətlərinə aiddir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində kəllə qapağı və əsası sümüklərinin sınığından sonra baş vermiş beyinin yumşaq toxumasının, didilib-dağılması olmuşdur. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/3538 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “QAZ-330232” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Şirvan RQİTBŞ-si tərəfindən verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs AB 562756 saylı, B dərəcəli sürücülük vəsiqəsi xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək verilmişdir. Onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. "xxxx" ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin X7 məsul şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 51 nömrəli yol vərəqəsindən görünür ki, həmin müəssisənin balansında olan Qaz-330232 markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobil yol vərəqəsi əsasında sürücü Təqsirləndirilən şəxs təhkim olunmuşdur. Hacıqabul RPŞ-nin NH-nın məsul növbətçisi, polis mayoru Z.Yolçıyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 13:36-da AR DİN-nin 102 xidmətindən daxil olmuş məlumatda Hacıqabul rayonu, Muğan qəsəbəsi, Qala küçəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrədən zəng edərək avtomobillə adam vurması və vəfat etməsi barədə məlumat vermişdir. Saatlı rayonu İcra Hakimiyyəti başçısının Saatlı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2605 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Saatlı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, 1967-ci il təvəllüdlü həyat yoldaşı X6, 1991-ci il təvəllüdlü qızı X3 və 1994-cü il təvəllüdlü oğlu X2 ilə birlikdə yaşayır. Saatlı rayonu İcra Hakimiyyəti başçısının Saatlı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərər çəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən ibtidai istintaq zamanı təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs yas xərclərini tam şəkildə ödəmişdir. Ona qarşı heç bir şikayət və maddi tələbi yoxdur. Həmçinin, zərər çəkmiş şəxsin hüquqi varisi tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, zərər çəkmiş şəxsin hüquqi varisi Təqsirləndirilən şəxs bağışlamış, onunla barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsində qeyd edilir ki, nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Cinayət işinin materiallarından, xüsusən də məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Başqa sözlə, Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi “QAZ-330232” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobili geriyə hərəkət etdirərkən, təhlükəsiz və hərəkətin digər iştirakçılarına maneə yaratmamaq üçün, lazım gəldikdə başqa şəxslərin köməyindən istifadə etməli olduğu halda, həmin tələblərə əməl etməmiş, yol hərəkəti qaydalarını pozmuş, nəticədə idarə etdiyi avtomobillə zərər çəkmiş şəxsi vuraraq, onun ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisi, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, vurulmuş maddi ziyanı ödəyərək zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, o cümlədən cinayəti törətdikdən sonrakı davranışı (hadisə yerində qalaraq hüquq-mühafizə orqanına hadisə barədə ilkin məlumatı verməsi və s.) nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Həmçinin, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar da aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası çərçivəsində əlavə və əsas cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(071)-36/2023
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-36/2023
28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver