Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-37/2023 18.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X10 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Hacıqabul şəhəri, Ə.Vahid küçəsi 100 №-li evdə qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə dələduzluq, yəni aldatma və ya etibardan suiistifadə etmək yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə "xxxx" QSC-də mühəndis vəzifəsində işlədiyi vaxt ərzində 21 noyabr 2021-ci il tarixdə qaz xəttinin çəklişi adı ilə Hacıqabul rayonu Talış kəndində Zərərçəkmiş şəxs5 1200 (min iki iki yüz) manat pul vəsaitini aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə dələduzluq, yəni aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə "xxxx" QSC-də mühəndis vəzifəsində işlədiyi vaxt ərzində xx.xx.2022-ci il tarixdə qaz xəttinin çəklişi adı ilə Hacıqabul rayonu Nəvahı qəsəbəsində Zərərçəkmiş şəxs3 540 (beş yüz qırx) manat pul vəsaitini aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə dələduzluq, yəni aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə "xxxx" QSC-də mühəndis vəzifəsində işlədiyi vaxt ərzində 2022-ci ilin may ayının 07-dən 20-nə kimi olan müddət ərzində Hacıqabul şəhərində qaz xəttinin çəklişi adı ilə Hacıqabul şəhərində X1 2200 (iki min iki yüz) manat pul vəsaitini aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2016-cı ildən “X8” QSC-də rəsmi əmək müqaviləsi ilə mühəndis vəzifəsində işləmiş və həmin şirkətin Hacıqabul rayonu üzrə nümayədəsi olmuşdur. İş vəzifəsi fərdi yaşayış evlərinin və qeyri yaşayış sahələrinin lahiyələndirilməsi, həmçinin qaz sayğacların quraşdırılması olmuşdur. 2021-ci ilin noyabr ayında Hacıqabul rayonunun Talış kəndində yaşayan X5 fərdi yaşayış evinə qaz çəkdirmək məqsədi ilə Rəsulun əmisi oğlu kimi özünü təqdim edən Şahid4 "xxxx" İB-nin Hacıqabul rayon şöbəsinin inzibati binasında yerləşən xidməti otağına yaxınlaşaraq qaz çəkdirmək islədiyini bildirmiş, ona Talış kəndinə gələcəyini deyib onu yola salmışdır. 21 noyabr 2021-ci il tarixdə çəkiləcək qaz xətlərin lahiyəsini hazırlamaq məqsədi ilə Talış kəndinə R.Qasımovun evinə getmiş, orada müəyyən edilmiş hesablama işlərini apardıqdan sonra qaz xəttinin çəkilməsi üçün ödəniləcək məbləğin 1200 manat olduğunu bildirmiş və həmin məbləğdə pulu X3 almış, qaz xətlərinin çəkilməsini təmin etmiş, lahiyənin hazırlanaraq abonent kodunun verilməsi üçün olan məbləğin pulunu verməyərək,pulu şəxsi ehtiyacları üçün istifadə etmişdir. Bundan əlavə 05 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 "xxxx"İB-nin Hacıqabul rayon şöbəsinə yaxınlaşaraq qaz xətti çəkdirmək istədiyini bildirmişdir. Bundan təxminən 2 gün sonra Hacıqabul rayonu Kolanı kəndidə yerləşən Zərərçəkmiş şəxs1 fərdi yaşayış evinə baxış keçirmiş,onun qaz xəttini çəkdirmək üçün ödəyəcəyi məbləği 500 manat olmasını bildirmiş, səhəri günü yəni xx.xx.2022-ci il tarixdə öz xidməti iş otağında Zərərçəkmiş şəxs1la görüşmüş və və ondan görüləcək işin müqabilində 500 manat pul almışdır. Bundan sonra həmin ərazidə bütün işlər görülmüş və Zərərçəkmiş şəxs1 yaşayış evinə qaz xətləri tam şəkildə çəkilmiş, lakin lahiyənin dəyəri və abonent kodunu almaq məqsədilə ödənilməli olan 262 manat pulu ödəməyərək şəxsi ehtiyacları üçün istifadə etmişdir. Bundan sonra təxminən 2022-ci ilin fevral ayının əvvəllərində Hacıqabul rayonu Nəvahı qəsəbə sakini Zərərçəkmiş şəxs2 “Asan Xidmətə” ərizə ilə müraciət edərək yeni tikdirdiyi fərdi yaşayış evinə qaz xətti çəkdirmək istədiyini bildirmiş və oradan aldığı “Texniki Şərt” ilə ona müraciət etmişdir. Elsevərin Nəvahi qəsəbəsində yaşadığı ünvana getmiş, Elsəvər qohumu Zərərçəkmiş şəxs4 qaz xətti çəkdirmək istədiyini və onunda xərclərini hesablayaraq deməsini xahiş etmişdir. Elsəvər Qocayev və Zərərçəkmiş şəxs4 yeni tikilmiş fərdi yaşayış evlərinə baxış keçirmiş və görüləcək işin müqabilində hər birinin 450 manat pul ödəməli olacaqlarını demişdir. Həmin gün yəni, 12 fevral 2022-ci il tarixdə Hacıqabul rayonu Nəvahı qəsəbəsində Zərərçəkmiş şəxs2 450 manat, Zərərçəkmiş şəxs4 isə 300 manat pulu almış, Zərərçəkmiş şəxs4 qalan 150 manat pulu isə işləri yekunlaşdırdıqdan sonra verəcəyini bildirmişdir. Elsevərin verdiyi 450 manat və Mehmanın verdiyi 300 manat, ümumilikdə 750 manat pulu şəxsi ehtiyacları üçün xərclədiyindən vəd etdiyi işləri icra etməmişdir. Bundan başqa 10 mart 2022-ci il tarixdə Hacıqabul rayonu Nəvahi qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs3 "xxxx" İB-nin inzibati binasında ona müraciət edərək qaz çəkdirmək istədiyini bildirmişdir. 15 mart 2022ci il tarixdə Zərərçəkmiş şəxs3 yaşadığı evinə lahiyə hazırlamaq üçün baxış keçirdikdən sonra ona görüləcək iş üçün 540 manat pul ödənilməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 də razı olmuş, həmin günü Hacıqabul şəhərində iş yerində xidməti otağında görüşdüm Zərərçəkmiş şəxs3 ona 540 manat pul vermişdir. Zərərçəkmiş şəxs3 fərdi yaşayış evinə əsas xətdən qaz xətti çəkilmiş, lakin, Zərərçəkmiş şəxs3 evin həyətinin hansı formada olacağını bilmədiyindən sayğaca 20 metr məsafə qalmış, qaz xəttinin çəklişi saxlanılmış, Zərərçəkmiş şəxs3 ona verdiyi 540 manat pulun 355 manatını şəxsi ehtiyacları üçün xərclədiyindən işi başa çatdıra bilməmişdir. Bundan əlavə 2022-ci ilin təxminən may ayında Hacıqabul şəhər sakini X4 «Asan Xidmətə» ərizə ilə müraciət edərək yeni tikdirdiyi qeyri yaşayış sahəsinə qaz xətti çəkdirmək istədiyini bildirmiş və oradan aldığı “Texniki Şərt” ilə ona müraciət etmişdir. Həmin gün Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən B.Binyətovun yeni tikilən şirniyyat sexinə yaxınlaşaraq görüləcək işləri qeyd edərək qaz xəttinin çəkilməsi üçün ödəniləcək məbləği hesablamış və 2200 manat pul ödəməli olduğunu B.Binyətova bildirmişdir. B.Binyətov razılaşandan sonra o, 2022-ci ilin may ayının 07-dən 20-nə kimi olan müddət ərzində Hacıqabul şəhərində xidməti otağında 2200 manat pulu almışdır. Bundan sonra B.Bünyətovun tikdirdiyi qeyri yaşayış sahəsinə qaz xətti çəkilərək sayğac quraşdırılmış, lakin həmin tikili yeni olduğundan və orada qaz avadanlıqları olmadığından xətlər qoşulmamışdır. Bundan sonra may ayında könüllü olaraq işdən çıxdığından həmin xətti baş xəttə qoşa bilməmiş, 114 manat dəyərində olan “Üçlük” üçün ödənilmiş məbləği şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonda təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərə dəymiş zərəri ödədiyini, onlarla barışıq əldə etdiyini, zərər çəkmiş şəxslərə dəymiş zərərin 25 faizi məbləğində dövlət büdcəsinə vəsait ödədiyini bildirərək, onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 05 yanvar 2022-ci il tarixdə Hacıqabul şəhərində "xxxx" İB-nin inzibati binasına gələrək Ramil adlı şəxslə görüşüb yaşadığı Hacıqabul rayonu Kolanı kəndindəki oğlunun evinə qaz çəkdirmək istədiyini bildirmiş,Ramil ondan evin və qaz xəttinin yerlərini soruşub hesablama aparandan sonra 500 manat pul ödənilməli olduğunu bildirmişdir. 08 yavnvar 2022-ci il tarixdə Hacıqabul şəhərində "xxxx" İB-nin inzibati binasına gələrək Ramil ilə görüşüb 500 manat pulu ona verib getmişdir. Təxminən 2022-ci ilin aprel ayında bir nəfər şəxs gəlib qaz xətti ilə ev arasında olan məsafəni ölçüb, qaz borusandan evə gəlmək üçün çıxış qoyub çıxıb gedmişdir. Ramil ilə əlaqə saxlamış, onun gəlmədiyini görüb, Ramil tərəfindən aldadıldığını bilib şikayət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi zərər tam ödənilmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 15 fevral 2022ci il tarixdə Nəvahı qəsəbəsində yeni tikdirdiyi evə qaz çəkdirmək üçün Hacıqabul şəhərində yerləşən "xxxx" ASC-nin Ramil adlı şəxsə yaxınlaşaraq bu barədə məlumat vermiş, Ramil də ev barədə bəzi məlumatları öyrənib hesablama aparandan sonra istifadə ediləcək material üçün 540 manat pul istəmiş, həmin vaxtı üzərində pul olduğundan 540 manat pulu Ramilə vermişdir. Ramil də 1 ay müddətində sənədlərin hazır olacağını və qaz xəttini çəkəcəyini bildirmişdir. 2 gündən sonra 2 nəfər işçi gəlib qaz xəttini yarımçıq çəkərək, evə 20 metr qalmış olan hissəni çəkməyərək çıxıb getmişlər. Ramil ilə əlaqə saxlasa da o, fərqli bəhanələr uyduraraq sənədlərin hazır olmadığını, hər dəfə bir həftədən sonra həll edəcəyini bildirərək onu aldatmağa başlamışdır. Ramil tərəfindən aldadıldığını bilib şikayət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi zərər tam ödənilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, 2022-ci ilin aprel-may aylarında Sabirabad rayonunda «Asan Xidmət»ə müraciət edərək tikdirdiyi şirniyyat evinə qaz xətti çəkdirmək üçün ərizə vermişdir. Orada Hacıqabul rayon Qaz idarəsindən əlaqə saxlanacağı barədə məlumat verilmişdir. Bir neçə gündən sonra Hacıqabul şəhər sakini tanıdığı Ramil adlı şəxs şirniyyat evinə baxış keçirərərk qaz xətlərini xərclərini hesablayaraq 2200 manat olacağını və həmin məbləğ ödənildikdən sonra işlərə başlaya biləcəyini bildirmişdir. 07 may 2022-ci il tarixdə Ramilin xidməti otağında 700 manat pulu ona vermiş, bir həftə sonra Ramil ilə yenidən onun xidməti iş otağınıda görüşərək 700 manat pulu yenə də ona vermiş, bir həftə sonra 800 manat pulu Ramilə verilməsi məqsədi ilə onun yanında qaynaqçı işləyən Fuad adlı şəxsə vermişdir. Ramil sonradan onu aldadaraq qaz xəttini çəkməmişdir. Bundan sonra Ramildən şikayət etmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Zərər çəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı evə qaz xətti çəkdirmək məqsədi ilə əri Zakirin əmisi oğlu Qasımov X6 şəhərində yerləşən qaz idarəsinə getmişdir. 21 noyabr 2021-ci il tarixdə qaz xəttini çəkən adını sonradan bildiyi Ramil adlı şəxs Babək ilə onun evinə gəlib baxış keçirmiş, Ramil qaz xəttinin çəkiləcəyini üçün 1200 manat pul istəmiş, yaşadığı evdən özünə məxsus 1200 pulu Şahid4 yanında Ramilə vermişdir. 15 gün sonra Ramilin göndərdiyi əməkdaşlar qaz xətinin çəkilməsinə başlamışlar. 2022-ci il iyun ayında qaz idarəsinin əməkdaşları evə yaxınlaşaraq sayğacın sənədləri olmadığından qaz xətinin kəsiləcəyini bildirmişlər.Maraqlanarkən sayğacının sənədlərinin olmadığını və dövlət rüsumunun ödənilmədiyini bilmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, ona dəymiş maddi zərər tam ödənilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində bildirdi ki, 2021-ci ilin noyabr ayında əmisi Zakirin oğlu Rəsul yaşadığı evə qaz çəkdirmək istədiyini, lakin Rusiya Federasiyasına gedəcəyi üçün, buna vaxtı olmayacağını, ona köməklik göstəməmi xahiş etmiş, Rəsulun evinə qaz xətti çəkdirmək məqsədi ilə Hacıqabul şəhərində yerləşən qaz idarəsinə gəlmiş, orada Ramil ilə görüşüb qaz çəkilişi barədə söhbət etmiş Ramil də gəlib baxacağını demişdir. 21 noyabr 2021-ci il tarixdə Ramil Talış kəndinə gələrək Rəsulun evinə baxıb hesablama aparandan sonra 1200 manat pul istəmiş, Rəsulun arvadı Zərərçəkmiş şəxs5 özünə məxsus olan 1200 manat pul gətirib onun yanında Ramilə vermiş, Ramil də çıxıb getmiş, sonra isə qaz xətti çəkilmişdir. 2022-ci il iyun ayında qaz idarəsinin əməkdaşları Rəsulun evinə yaxınlaşaraq sayğacın sənədləri olmadığı üçün qaz xətini kəsmişlər. Maraqlanarkən sayğacının sənədlərinin olmadığını və dövlət rüsumunun ödənilmədiyi məlum olmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş digər ittihamlara əsasən o, özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə "xxxx" QSC-də mühəndis vəzifəsində işlədiyi vaxt ərzində 08 yanvar 2022-ci il tarixdə Hacıqabul şəhərində ayında qaz xəttinin çəklişi adı ilə Hacıqabul rayonu Talış kənd sakini Zərərçəkmiş şəxs1 500 (beş yüz) manat pul vəsaitini, xx.xx.2022-ci il tarixdə qaz xəttinin çəklişi adı ilə Hacıqabul rayonu Nəvahı qəsəbəsində Zərərçəkmiş şəxs2 450 (dörd yüz əlli) manat pul vəsaitini və xx.xx.2022-ci il tarixdə qaz xəttinin çəklişi adı ilə Hacıqabul rayonu Nəvahı qəsəbəsində Zərərçəkmiş şəxs4 300 (üç yüz) manat pul vəsaitini aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib zərərçəkmiş şəxslərə ziyan vurmaqla dələduzluq etmişdir. Lakin, məhkəmə istintaqı zamanı Dövlət ittihamçısı1 çıxış edərək, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 qarşı törədilmiş əməllər ilə bağlı hissələrdə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan imtina etdiyini bildirmiş, cinayət işi üzrə icraata həmin hissələrdə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Beləliklə, məhkəmə hesab edir ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan qismən – yəni zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 qarşı törədilmiş əməllər ilə bağlı hissələrdə imtina etdiyindən, cinayət işi üzrə icraata həmin epizodlarla bağlı hissədə xitam verilməlidir. Bundan başqa, iş materiallarında olan zərər çəkmiş şəxslər X4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 tərəfindən ayrı-ayrılıqda məhkəməyə ünvanlanmış ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbləri yoxdur, onlara dəymiş zərər tam şəkildə ödənilmişdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 640 nömrəli və 4560 nömrəli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər X4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 qarşı törədilmiş dələduzluq əməlləri üzrə onlara vurulmuş ümumi zərərin (3940 manat) 25 faizi miqdarında, yəni 985 manat pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən aldatma və etibardan sui-istifadə etmək yolu ilə zərər çəkmiş şəxslər X4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 qarşı dələduzluq cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarında olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə barışmış, sonuncu zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmişdir. Eyni zamanda təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs ilk dəfədir cinayət məsuliyyətinə cəlb olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək onlarla barışması, həmçinin dəymiş zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınmalı və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 22 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 132 manat pul köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan qismən – yəni, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 qarşı törədilmiş əməllər ilə bağlı hissələrdə imtina etdiyindən, cinayət işi üzrə icraata həmin epizodlarla bağlı hissədə xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 122 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X12
Məhkəmə qərarları › İş №1(071)-37/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-37/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver