Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-37/2024 26.09.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Müdafiəçilər – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə, xx.xx.1962-ci il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Hacıqabul rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 müddətinə azadlıqdan məhrum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyəti ilə tanışları X12 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunu Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində işlə təmin edəcəyi barədə yalan vəd verib onu aldadaraq həmin məqsədlə 2023-cü ilin yanvar ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan vaxtda Hacıqabul şəhəri M.F.Axundov küçəsində Zərərçəkmiş şəxs atası Şahid 8000 (səkkiz min) manat nağd pul vəsaitini Təqsirləndirilən şəxs1 vasitəsilə almış, Aslan Abbasov əldə olunan 8000 manat nağd pul vəsaitinin 3500 manat hissəsini Təqsirləndirilən şəxs1la birlikdə istintaqa məlum olmayan ödəniş terminalı vasitəsilə ona məxsus plastik kart hesabına göndərmiş, 27 yanvar 2023-cü il tarixdə istintaqa məlum olmayan vaxtda isə ilkin cinayətkar niyyətinin davamı olaraq Zərərçəkmiş şəxs tərəfindən 1000 (min) manat nağd pul vəsaitinin Hacıqabul şəhəri H.Həmidov küçəsində yerləşən ödəniş terminalı vasitəsilə özünə məxsus plastik kart hesabına göndərilməsini təmin etməklə sonuncunun ümumilikdə xeyli miqdar təşkil edən 9000 (doqquz) min manat nağd pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmək yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirib öz ehtiyacı üçün xərcləməklə Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyəti ilə tanışları X12 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunu Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində işlə təmin edəcəyi barədə yalan vəd verib onu aldadaraq həmin məqsədlə 2023-cü ilin yanvar ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan vaxtda Hacıqabul şəhəri M.F.Axundov küçəsində Zərərçəkmiş şəxs atası Şahid 8000 (səkkiz min) manat nağd pul vəsaitini almış, Aslan Abbasov əldə olunan 8000 manat nağd pul vəsaitinin 3500 manat hissəsini Təqsirləndirilən şəxs1la birlikdə istintaqa məlum olmayan ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs2 məxsus plastik kart hesabına göndərmiş, 27 yanvar 2023-cü il tarixdə istintaqa məlum olmayan vaxtda isə ilkin cinayətkar niyyətinin davamı olaraq Zərərçəkmiş şəxs tərəfindən 1000 (min) manat nağd pul vəsaitinin Hacıqabul şəhəri H.Həmidov küçəsində yerləşən ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs2 məxsus plastik kart hesabına göndərilməsini təmin etməklə sonuncunun ümumilikdə xeyli miqdar təşkil edən 9000 (doqquz) min manat nağd pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmək yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirib öz ehtiyacı üçün xərcləməklə Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1 və X6 tanıyır. Onlarla heç bir şəxsi ədavəti və ya düşmənçiliyi yoxdur. Aslan Abbasovu uzun illərdir ki, tanıyır. Təqsirləndirilən şəxs1 isə onunla Aslan Abbasov tanış etmişdir. 2023-cü ilin yanvar ayında Aslan Abbasov ona bir nəfər şəxs olmasını, onu FHN-ə işə düzəltmək lazım olduğunu və bunu bacara bilib-bilməyəcəyini soruşmuşdur. O da, Aslana həmin şəxsi FHN-ə işə düzəldə biləcəyini və bu işi 5000 manat pula həll edəcəyini bildirmişdir. Lakin, Aslan ona 4500 manat verəcəyini bildirmişdir. Bir neçə gün sonra 2023-cü ilin yanvar aynın əvvəllərində Aslan və Səxavət birlikdə olduqları zaman ona məxsus olan və Kapital Bank ASC tərəfindən verilmiş 4169 7385 1254 7682 saylı karta 3500 manat pul göndərmişdirlər. Bundan sonra o, Zərərçəkmiş şəxsla və Təqsirləndirilən şəxs1la Bakı şəhərində Xətai rayonunda yerləşən FHN-nin Yanğından Mühafizə İdarəsinin qarşısında yerləşən Neptun marketin yanında görüşmüşdürlər. Həmin vaxtı o, oraya Mersedes Benz markalı özünə məxsus avtomobillə getmiş və onlar avtomobilə əyləşmişlər. O, Zərərçəkmiş şəxs orada görüşən zaman özünün tərtib etdiyi siyahını verib gedib həmin arayışları almasını bildirmiş və əlavə olaraq Oktayın gətirdiyi özünə adi olan sənədlərin sürətlərini almışdır. Həmin siyahıda sağlamlıq haqqında, yaşayış yerindən və sairə arayışların adı var idi. Həmin vaxtı Zərərçəkmiş şəxs öz istifadəsində olan +994 99 *** ** ** saylı telefon nömrəni vermiş və onunla həmin nömrə ilə əlaqə saxlamasını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 avtomobillə aparıb Nərimanov rayonunda yerləşən metro stansiyasının yanında düşürtmüşdür. Zərərçəkmiş şəxsla telefonla əlaqə saxlamışdır. Zərərçəkmiş şəxs siyahıda olan sənədləri topladıqdan sonra təkrar Oktayla bir neçə gündən sonra Bakı şəhərində Xətai rayonunda yerləşən FHN-nin Yanğından Mühafizə İdarəsinin qarşısında yerləşən Neptun marketin yanında görüşmüşlər və həmin arayışları Oktaydan təhvil almışdır. Bundan sonra Zərərçəkmiş şəxs FHN-nin hospitalına gedib tibbi komisiyyadan keçməsini bildirmişdir. Oktayda gedib hospitalda tibbi komisiyyadan keçdikdən sonra gətirib sənədləri ona təhvil vermişdir. Bir neçə gün keçdikdən sonra Oktaya whatsap vasitəsilə yazıb işinin alınmadığını və əlavə 1000 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ona məxsus olan Kapital Bank ASC tərəfindən verilmiş 4169 7385 1254 7682 saylı kartın şəkilini göndərmiş və Zərərçəkmiş şəxs onun kartına 27 yanvar 2023-cü il tarixdə 1000 manat pul göndərmişdir. Bundan sonra Oktaya ərizə forması göndərmiş və həmin ərizə formasını yazıb Oktaya məxsus olan hərbi bileti ilə birlikdə gətirib ona verməsini bildirmişdir. Oktayla təkrar Bakı şəhərində Xətai rayonunda yerləşən FHN-nin Yanğından Mühafizə İdarəsinin qarşısında yerləşən Neptun marketin yanında görüşmüşlər və hərbi biletini, ərizə formasını ondan təhvil almışdır. Bundan sonra ondan əldə etdiyi 4500 manat pulu şəxsi ehtiyaclarım üçün xərcləmiş və Zərərçəkmiş şəxs onunla hər dəfə telefon əlaqəsi saxladıqda işini düzələcəyini, tələsməməsini bildirmişdir. Oktaydan pulu əldə etməyinin məqsədi Oktayı işə düzəltmək deyil, onun pulunu ələ keçirmək və şəxsi ehtiyacları üçün xərcləmək olmuşdur. İfadəsinin sonunda təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyini, onunla barışdığını bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs tanıyır. Onunla heç bir şəxsi ədavəti və ya düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs onun qonşusu Şahid oğludur. Onun Oktayla heç bir iş barədə danışığı olmamışdır. 2023-cü ilin mart ayında söhbət əsnasında qonşusu Şahid ona övladı Oktayı işə düzəltmək üçün xahiş etmişdir. O, X9 Nazirliyində işləyən tanışı olduğunu və tanışından bu barədə maraqlanacağını demişdir. Buna görə də, əvvəllər 17 saylı cəzaçəkmə müəssisində cəza çəkərkən tanış olduğu X7 məxsus ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək Aslan Abbasovdan bu barədə xahiş etmişdir. Aslan onu işi düzəldə biləcəyini bildirmiş və buna görə 10000 manat pul istəmişdir. O, bu barədə Ağarəhimlə danışmış və sonuncu buna öz razılığını bildirmişdir. Şahid bildirmişdir ki, 6000 manat pul məbləğini əvvəlcədən, yerdə qalan 4000 manat məbləği isə oğlu işə başladıqdan sonra verəcək. Bu söhbətlər əsnasında X14 Ağarəhim dəfələrlə öz aralarında telefonla danışaraq məsələni müzakirə etmişlər. Aslan Abbasov Şahid təklifi ilə razılaşmışdır. Buna görə də, Şahid ona sonradan zəng edərək Kapital Bankdan kredit götürdüyünü və pulu vermək istədiyini bildirmişdir. 2023-cü ilin yanvar ayının əvvəllərində yaşadığı ünvan 3 ünvanının qarşısında küçədə Şahidla görüşmüş və Ağarəhim ona 6000 manat pul vermişdir. Həmin pullar 60 ədəd 100 manatlıq pul əskinazları olmuşdur. O, pulu sayıb Şahid təhvil almışdır. Pulu aldığı günün səhəri o, Ağarəhimin oğlu Oktayla birlikdə Bakı şəhərinə Sabunçu rayonu ərazisində Aslanla görüşmək üçün getmişdirlər. Aslan ondan pulu almış və yanında Bakı şəhərində Sabunçu rayonu ərazisində Təqsirləndirilən şəxs2 məxsus kart hesabına elektron ödəmə aparatından göndərmişdir. Həmin vaxtı Oktay onların yanında olmuş, lakin pulun göndərilməsinin şahidi olmamışdır. Bundan sonra Hacıqabul rayonuna geri qayıtmışdır. Bir neçə gün keçdikdən sonra Oktay ona zəng edərək, Kənan adlı şəxsin Oktaya zəng etdiyini və görüşmək üçün dəvət etdiyini bildirmişdir. Oktayla birlikdə yenidən Bakı şəhərinə getmişdirlər. Təqsirləndirilən şəxs2 özünə məxsus olan qara rəngli dəqiq markasını xatırlamadığı xarici avtomobillə Bakı şəhəri Xətai rayonunda yerləşən FHN-nin Yanğından Mühafizə idarəsinin inzibati binasının qarşısında Neptun marketin yanında gəlib onlarla görüşmüşdür. Onların Kənanın avtomobilində işin şərtləri barədə danışmışlar. Kənana Oktayın sənədlərini göstərmişlər və Kənan sənədlərə baxıb onları qəbul etmişdir. Həmin sənədlərin içərisində Oktayın şəxsiyyət vəsiqəsi və orta təhsil haqqında attestat və sairə olmuşdur. Bundan sonra Kənan idarədən tanımadığı adama zəng etmiş və həmin şəxs idarənin içərisinə daxil olaraq blank götürməsini tapşırmışdır. Onlar idarəyə daxil olmuş və orada onlara blank vermişlər. Həmin blankda göstərilən sənədləri toplamağın vacib olduğunu Kənan onlara demişdir. Sonra onlar Hacıqabul şəhərinə qayıtmışdırlar. Bundan sonra Oktay blankda göstərilən arayışları və sənədləri toplamağa başlamışdır. Oktay və Ağarəhim Kənana məxsus mobil telefonla danışıb sənədləri ona Bakı şəhərində vermişlər. Sonradan ona məlum olub ki, Təqsirləndirilən şəxs2 Oktaydan əlavə 1000 manat pul almışdır. Bundan sonra Oktay onun maddi problemlərinin olduğunu və işin həll edilməsindən imtina etdiyini və Təqsirləndirilən şəxs2 verilmiş məbləğin geri qaytarılmasının istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 zəng edərək bu barədə məlumat vermiş, Kənan imtina ərizəsi yazıldıqdan sonra sənədlərin və pulların götürülməsinin mümkün olduğunu bildirmişdir. Bundan sonra Oktay gedib imtina ərizəsini yazmamış və bu barədə polisə şikayət etmişdir. Onun həmin işin düzəlməsində heç bir maddi marağı olmamış, sadəcə olaraq Şahid oğlu Oktay işə çıxdıqdan sonra ona qonaqlıq verəcəyini vəd etmişdir. O, Şahid aldığı 6000 manat pulu Bakı şəhərində X7 vermiş, Aslan isə onun yanımda pulu elektron ödəmə aparatından Təqsirləndirilən şəxs2 məxsus karta göndərmişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs özü Təqsirləndirilən şəxs2 məxsus karta 1000 manat pul göndərmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödənildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindi bildirdi ki, ünvan 4 ünvanda yaşayır. Təqsirləndirilən şəxs1 onun qonşusudur. Təqsirləndirilən şəxs1la heç bir şəxsi ədavəti və ya düşmənçiliyi yoxdur. xx.xx.2022-ci il tarixdə atası Şahid qardaşını evləndirmək üçün Kapital Bankdan kredit götürmüşdür. O, həmin vaxtlarda Bakı şəhərində ofsiant (xidmətçi) işləmişdir. 2023-cü ilin yanvar aynın əvvəllərində qardaşına nişan mərasimi etdikdən sonra atası Şahid onu işə düzəltmək istədiyini bildirmiş, o, atası ilə razılaşmışdır. Atası Şahid qardaşına nişan etdiyini və kredit puldan əlində pul qaldığını, işə düzəltmək üçün həmin puldan istifadə edə biləcəyini ona bildirmişdir. Bundan sonra atası Şahid qonşusu Təqsirləndirilən şəxs1 onu işə düzəltmək üçün xahiş etmişdir. Təqsirləndirilən şəxs1 isə onun üçün iş düzəltməyə görə 10000 manat ümumilikdə pul istəmişdir. Atası Təqsirləndirilən şəxs1la razılaşmış və 2023-cü ilin yanvar ayının ortalarında öz yaşadığı küçədə Təqsirləndirilən şəxs1 ilkin olaraq 8000 manat pul vermişdir. Əldə edilmiş razılığıa əsasən yerdə qalan 2000 manatı işə düzəldikdən sonra verəcəkmiş. Təqsirləndirilən şəxs1 ona zəng edərək Bakı şəhərində Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin qarşısında Səxavəti gözləməyini bildirmişdir. O, həmin yerə gedərək Səxavəti gözləmiş, Səxavət ora gəlmiş və işin düzələcəyini bildirmişdir. Bundan sonra onlar idarəyə daxil olmuşlar. Orada bir qədər gözlədikdən sonra Təqsirləndirilən şəxs1 qapıda dayanan işçilərə yaxınlaşıb Təqsirləndirilən şəxs2 həmin idarədə işləyib işləmədiyini soruşmuşdur. Orada qapıda dayanan işçilər isə həmin idarədə Təqsirləndirilən şəxs2 adından adamın işləmədiyini və onları aldatdıqlarını, hər gün bir neçə nəfərin gəlib həmin Təqsirləndirilən şəxs2 axtardığını bildirmişdirlər. Bundan sonra Təqsirləndirilən şəxs1 ona narahat olmamağını və onları heç kimin aldada bilməcəyini bildirmişdir. Bir qədər keçdikdən sonra onlar idarədən çıxmış və orada olan Neptun marketin yanında Təqsirləndirilən şəxs2la görüşmüşdürlər. Bundan sonra Kənan ona onu işə düzəldəcəyini və narahat olmamağını bildirmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs2 ora Mersedes Benz markalı qara rəngli dövlət qeydiyyat nişanın xatırlamadığı avtomobillə gəlmişdir. Bundan sonra onu aparıb Gənclik metrosunun yanında düşürtmüş və Səxavətlə ikisi uzaqlaşıb getmişlər. Bundan sonra Kənana məxsus telefon nömrəsinə şəxsiyyət vəsiqəsinin şəkillərin atmış və Kənan ona bir neçə sənədlərin toplamasını tapşırmışdır. Bütün sənədləri Təqsirləndirilən şəxs2 Bakı şəhərində Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin yanında yerləşən Neptun marketin yanında vermişdir. Bundan sonra Kənan ona 055 *** ** ** saylı telefon nömrəsini verib, həmin şəxsin tibbi-komisiyyadan keçmək üçün ona kömək edəcəyini və həmin şəxslə əlaqə saxlağını qeyd etmişdir. O, həmin şəxslə əlaqə saxlamış və həmin şəxs ona adının İsmayıl olmasını bildirmişdir. Bakı şəhərində 20 Yanvar adlanan ərazidə Fövqalədə Hallar Nazirliyinin hospitalında İsmayıl adlı həmin şəxslə görüşmüşdür. İsmayıl ona bir kağıza qol çəkdirmiş və bir qədər söhbət etmişlər. İsmayıl bir neçə dəfə içəri girərək çıxmış və onu 1 saata qədər gözlətmişdir. Sonra İsmayıl ona hər şeyi özü həll edəcəyini bildirmiş və getməyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 zəng edərək, İsmayılın dediklərini Kənana demişdir. Kənan ona narahat olmamağını bildirmişdir. İsmayılın ona verdiyi həmin kağızı gətirib Kənana vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 ona işinin dayandığını bildirmişdir. O, bunun səbəbin soruşduqda Təqsirləndirilən şəxs2 1000 manat pulun verməyin lazım olduğunu bildirmişdir. O, Kənanın ona göndərdiyi Kapital Banka məxsus olan 4169 7385 1254 7682 üzərində seriyası olan Kapital Bank kartına 27 yanvar 2023-cü il tarixdə Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerləşən bazarın yanındakı million aparatları olan yerdən 1000 manat pul göndərmişdir. Bundan sonra Kənan ona məktub sürətinin şəkilini göndərmişdir və X10 adına həmin məktubu yazıb hərbi biletlə birlikdə Kənana təqdim etməyini demişdir. Bir neçə gün sonra hərbi bileti və həmin məktubu gətirməsini bildirmişdir. Bu barədə Təqsirləndirilən şəxs1 deyib və Səxavət də, problem olmamasını və aparıb sənədləri verməsini demişdir. O, Kənanla yenə eyni yerdə görüşmüş və ona hərbi biletini və həmin yazdığı məktubu vermişdir. Bundan sonra dəfələrlə zəng eləmiş və Təqsirləndirilən şəxs2 ona özü xəbər edəcəyini bildirmişdir. Hər dəfə müxtəlif bəhanələrlə onu gözlətmişdir. Kənan bir neçə dəfə idman komisiyyasından keçmə adı ilə onu çağırıb sonra başqa vaxta qaldığını demişdir. O, bir neçə ay gözləmiş və aldadıldığını bilib bu barədə polisə müraciət etmişdir. İfadəsinin sonunda zərərçəkmiş şəxs ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun oğlu, Təqsirləndirilən şəxs1 isə onun qonşusudur. Təqsirləndirilən şəxs1la heç bir şəxsi ədavəti və ya düşmənçiliyi yoxdur. Əksinə münasibətləri həmişə normal olmuşdur. 2023-cü ilin yanvar ayında oğlunu nişanlamaq üçün Kapital Bankdan kreditə pul götürmüşdür. Oğlu Fuadı nişanladıqdan sonra həmin puldan əlində bir qədər qalmışdır. Həmin pulla da, oğlu Oktayı işə düzəltmək niyyətində olmuşdur. Həmin ərəfələrdə qonşusu Təqsirləndirilən şəxs1la bu barədə söhbət etmişdir. Səxavət ona maraqlanıb xəbər edəcəyini bildirmişdir. Sonradan Səxavət bir tanışının olmasını və FHNdə işə düzəltmək üçün 10000 manat pul lazım olduğunu ona demişdir. O, bu barədə oğlu Oktaya bildirmiş, oğlu həmin vaxt Bakı şəhərində işləmişdir. Oktay razıhq verdikdən sonra 2023-cü ilin yanvar ayının əvvəllərində yaşadığı evin həyətyanı sahəsinə giriş üçün olan qapının qarşısında Təqsirləndirilən şəxs1la görüşüb ona 8000 manat pulu əlbəəl vermişdir. Sonra Təqsirləndirilən şəxs1 Bakı şəhərinə Oktayla görüşüb məsələni həll etmək üçün getmişdir. Orada Təqsirləndirilən şəxs1 Oktayı Təqsirləndirilən şəxs2 adlı şəxslə tanış etmişdir. Təqsirləndirilən şəxs2 Oktaya sənədləri toplamasını bildirib və sənədlərin siyahısını vermişdir. Bir qədər keçdikdən sonra isə Zərərçəkmiş şəxs əlavə 1000 manat pul istəmişdir. Oktayda həmin 1000 manat pulu Təqsirləndirilən şəxs2 məxsus karta göndərmişdir. İşin alınmadığını gördükdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Oktay dəfələrlə pulu geri istəsə də, onlar pulu qaytarmamış və işin düzələcəyini bildirmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus ümumilikdə xeyli miqdar təşkil edən 10000 (on min) manat nağd pul vəsaitinin Təqsirləndirilən şəxs1 tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi faktına görə sonuncu barəsində Hacıqabul rayon polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Röyal Məmmədov tərəfindən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmaqla hüquq və vəzifələri izah edilmişdir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 15:40-da azadlığı faktiki olaraq məhdudlaşdırılmış, həmin gün saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir. Hacıqabul rayon məhkəməsinin 4(071)-108/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Hacıqabul rayon İHB-nin Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Səmədov X3 şəhəri M.F.Axundov küçəsi ev 35 saylı ünvanda yaşayır. Hacıqabul rayon İHB-nin Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Səmədov X3 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələrinə əsasən 02 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddətinin sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 dəfələrlə cinayət məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələrinə əsasən 04 il 10 ay 23 gün müddətinə azadlıqdan məhrum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. “Məcburi gətirilmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 istintaq hərəkətlərinin yerinə yetirilməsi üçün məcburi olaraq Hacıqabul RPŞ-nə gətirilməsi qət edilmişdir. Zərərçəkmiş şəxs Rəhimov X5 RPŞ-nə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Göyçay rayon İHB-nin Göyçay şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 7 ünvanda yaşamır. Göyçay “Şəhər Təsərrüfat Birliyi” tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi – həyat yoldaşı X4, övladları – 2013-cü il təvəllüdlü X11 və 2016-cı il təvəllüdlü X2 ibarətdir. Göyçay “Şəhər Təsərrüfat Birliyi” tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1232/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə zalından həbs edilmişdir. Zərərçəkmiş şəxs Rəhimov X5 RPŞ-nə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini, onlardan heç bir şikayət tələbinin olmamasını bildirmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə ittiham elan edilmiş və təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddələrlə ittiham elan edilmişdir. ABB-na məxsus BPM**********08 saylı xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 qardaşı X8 tərəfindən X1 hesabına 1150 manat ödəniş edilmişdir. Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alaraq hesab edir ki, Zərərçəkmiş şəxs dəymiş ziyan, yəni 9000 (doqquz min) manat pula münasibətdə payları bərabər şəkildə bölünməlidir, yəni təqsirləndirilən şəxslərin hər birinə münasibətdə 4500 (dörd min beş yüz) manat məbləğdə müəyyən edilməlidir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı olan məbləğ başa düşülür. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 9000 (doqquz min) manat ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmələri tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu əməlləri ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmiş, eyni zamanda, dəymiş ziyanın ona düşən pay hissəsinin iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Qeyd edilən halla əlaqədar Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməli və ona münasibətdə iş üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Lakin, Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən Təqsirləndirilən şəxs2 barəsində verilmiş tələbnamədən görünür ki, o, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3 və Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73- 2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 artıq bir dəfə cinayət məsuliyyətindən azad edilmişdir. Odur ki, onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlətə ödəniş ediləcəyi təqdirdə də, yenidən zərərçəkmiş şəxslə barışmaqla əlaqədar cinayət məsuliyyətindən azad edilməsi mümkün deyil. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.1-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi. 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması. 60.1. Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 16-cı bəndinə əsasən birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə (məsələn, CM-nin 120.2.1- 120.2.12-ci, 126.2.1-126.2.5, 126.3-cü maddələri) ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələrinə əsasən 04 il 10 ay 23 gün müddətinə azadlıqdan məhrum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayə Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinin tələblərinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilməli, lakin təyin olunacaq cəza Cinayət Məcəlləsinin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox olmamalı, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində həbs qətimkan tədbiri seçilməlidir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə hər hansı qətimkan tədbiri tətbiq edilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 35 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 210 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-286/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələrinə əsasən 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs2 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 04 (dörd) gün və xx.xx.2023-cü il tarixdə tutulduğu 1 (bir) gün müddət bir günə bir gün hesabı ilə cəmi 01 (bir) ay 07 (yeddi) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 04 il 10 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 13 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 tərəfindən cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Cinayət işi üzrə ekspertiza xərcinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəməsini, ziyanın ona düşmüş pay üzrə hissəsinin iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınmaqla Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində iş üzrə icraata xitam verilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Redmi” markalı telefona baxış keçirilməsinə dair xx.xx.2023-cü il tarixli protokol və ona əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 210 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-37/2024
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-37/2024
26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver