Məhkəmə qərarları › İş №1(071)-38/2023

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-38/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-38/2023 25.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X9 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı2, Zərər çəkmiş şəxsin hüquqi varisi – X1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X4 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ADY QSC-nin 16 saylı Hacıqabul yol sahəsində keçid növbətçisi işləmiş, ünvan 1-də qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmiş və yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, о, 03 yanvar 2023-cü il tarixdə saat 22 radələrində sürücülük hüququ olmaqla idarə etdiyi özünə məxsus VAZ-21074 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Muğan-Abdulabad yolunun 07-ci kilometrliyində, Meyniman kəndi ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı- 30 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində) tələblərinə zidd olaraq 60-70 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili icazə verilən sürətlə idarə etməli, yolun sağ çiynində hərəkətdə olan piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli, piyadanın yolun sağ çiynində olduğu vəziyyətdə avtomobili yolun sağ çiyninə çıxartmamalı olduğu halda bunlara əməl etməyərək, avtomobillə Abdulabad kəndi istiqamətində hərəkətdə olarkən həmin vaxt yolun sağ ehtiyat hissəsi ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs Gülhüseyin oğluna kəllə qapağı və əsası sümüyünün sınığı, beynin yumşaq toxumasına eləcədə mədəciklərinə qansızmalar ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, nəticədə ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs Gülhüseyin oğlu hadisə yerində ölmüş, bundan sonra Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən zərər çəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkənin həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli və sonra hadisə yerinə qayıtmalı olduğu halda bunları etməyərək hadisə yerindən qaçmışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, VAZ 21074 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. İşdən kənar vaxtlarda həmin avtomobil ilə sərnişin daşımaqla məşğul olur. Mərhum Zərərçəkmiş şəxs Gülhüseyin oğlunu heç vaxt tanımamışdır. xx.xx.2023-cü il tarixdə axşam saat 20:45 radələrində ona məxsus VAZ 21074 minik markalı ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxıb Hacıqabul rayonu Talış kəndində rəhmətə getmiş yeznəsi Vüsalgilin ünvanına gedirdi. Həmin vaxtı o, avtomobildə tək olmuşdur. Saat təxminən 21:15 radələrində o, Hacıqabul rayonu Meyniman kəndi ərazisində yerləşən yol ilə 60-70 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin vaxtı hava qismən çiskinli və asfalt nəm idi. Qəfildən avtomobilinin ön sağ tərəfinə nəyinsə dəydini görüb avtomobili ani tormozlama edərək saxlamışdır. Bundan sonra avtomobildən düşmüş və avtomobilinin sağ ön farasının və ön alın şüşəsinin sındığını görmüşdür. Avtomobilinə nəyin dəydiyini müəyyən etmək üçün istifadəsində olan mobil telefonun fanarından istifadə edərək ətrafa baxmağa başlamışdır. Lakin, havanın qaranlıq olmasından o, ətrafda hər hansı bir şey görməmişdir. Avtomobildə olan izlərə baxmış və fikirləşmişdir ki, avtomobil ilə yolu keçən hər hansı bir heyvanı vurmuş və vurduğu heyvan ölmədən yolun sağ tərəfində olan kolluğa girərək qaçıb getmişdir. Bu səbəbdən hadisə yerində qalmamışdır. Bundan sonra Talış kəndinə avtomobili əzildiyi üçün getmək istəmədiyindən, avtomobilinə minərək geriyə dönüb Hacıqabul şəhərinə yaşadığı ünvana qayıtmışdır. xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində ona polis əməkdaşları zəng edərək avtomobil ilə birlikdə polis şöbəsinə çağırmışlar. Polis şöbəsində ona xx.xx.2023-cü il tarixdə saat 22 radələrində avtomobili ilə Zərərçəkmiş şəxs Gülhüseyin oğlunu vuraraq öldürməsini bildirmişlər. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu, baş vermiş hadisəyə görə zərər çəkmiş şəxsin ailəsindən üzr istədiyini, zərər çəkmiş şəxsin ailəsinə maddi yardım edildiyini, ailəli olduğunu və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun əri olmuşdur. O, Bəxtiyar ilə 1999-cu ildə ailə həyatı qurmuşdur. Zərərçəkmiş şəxs оğlu usta kimi evlərin təmiri ilə məşğul olaraq ailəsini dolandırırdı. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxsla ikisi də evdən çıxıb işə gedən zaman danışmışdırlar. Həmin gün axşam saat 20 radələrində Bəxtiyar ona zəng edərək işdən çıxıb evə gələcəyini bildirmişdir. O isə Bəxtiyara gec olmasını və bir də kəndə gəlməməsini, istədiyi halda gedib xalasıgildə qala biləcəyini və ordan səhər çıxıb işə getməsinin məsləhətli olmasını bildirmişdir. Bundan sonra isə Bəxtiyarla heç bir əlaqə saxlamamışdır. Axşam təkrar zəng edəndə isə Bəxtiyarın telefonuna zəng çatmamışdır. O, fikirləşmişdir ki, Bəxtiyarın telefonunun enerjisi bitmiş və buna görə telefonu sönmüşdür. Evə gəlmədiyi üçün Bəxtiyarın xalasıgilə getdiyini düşünüb həmin geceni yatmışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 07.30 radələrində yenidən durub işə getmişdir. İşdə olan zaman isə əri Zərərçəkmiş şəxs maşın vurması nəticəsində vəfat etdiyini öyrənmişdir. Bundan sonra mərhum ərinin meyiti ekspertizadan keçirilmiş və onlara təhvil verilmişdir. Onlar isə mərhumu dəfn etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs Gülhüseyin oğlu onun atası olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Hacıqabul rayonu Meyniman kəndində yerləşən icarəyə işlətdiyi marketdə oturub telefonda kinoya baxırdı. Həmin vaxtı çöldən nəsə tappıltı səsi gəldiyini eşitmişdir. Əvvəlcə səsə heç bir reaksiya verməmişdir. Təxminən bir neçə dəqiqə sonra çölə çıxmışdır. Çölə çıxanda ağ rəngli Vaz 2107 markalı avtomobilin kafenin qarşısından geriyə fırlanıb Hacıqabul rayonu Muğan qəsəbəsi istiqamətinə getdiyini görmüşdür. Sürücünün hərəkətləri ona şübhəli gəldiyinə görə avtomobilin dövlət qeydiyyat nişanına diqqətlə baxmış və sonra rəqəmlərinin 051 olmasını yadında saxlamışdır. Avtomobil getdikdən sonra səsin gəldiyi istiqamətdə telefonunun işığı ilə yolun ətrafına baxmış, lakin heç bir şey görməmişdir. Həmin avtomobilin hansısa heyvan vurmasını düşünüb marketə geri qayıtmışdır. Saat təxminən 22 radələrində marketi bağlayıb evinə getmişdir. xx.xx.2023-cü il tarixdə isə saat 08 radələrində yenidən kafeyə işə getmişdir. Bir müddət sonra həmkəndlisi Şahid2 Şahbala oğlu atası Zərərçəkmiş şəxs yolun kənarında olan meyidini görmüş və onlara və polisə xəbər vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahbala oğlu ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxs onun qonşusu olmuşdur. Onların münasibətləri həmişə normal olmuşdur. xx.xx.2023-cü il tarixdə səhər saat 08 radələrində Hacıqabul rayonu, Meyniman kəndində yaşadığı evdən özünə məxsus heyvanları çıxararaq otarmaq üçün otlaq sahəsinə aparmışdır. Evdən yenicə çıxmışdır ki, torpaq sahəsinin üzərində bir tay ayaqqabı görmüşdür. Bundan sonra ətrafa baxmış və görmüşdür ki, yolun kənarın yulğun ağacının yanında yerdə bir nəfər şəxs var. Dərhal oraya yaxınlaşmış və görmüşdür ki, orada Zərərçəkmiş şəxs meyidi var. Həmin vaxt hava şaxtalı olduğu üçün onun meyidini şaxta vurmuşdur. O, dərhal polisə və Bəxtiyarın qardaşını Əliyara zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşarı və ekspertlər gəlmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hacıqabul RPŞ-nin NH-nin məsul növbətçisi, polis mayoru Səhhət Nadirov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 08:22-də Hacıqabul rayonu, Meyniman kənd sakini Şahid2 Şahbala oğlu istifadəsində olan mobil telefon nömrəsi ilə DİN 102 xidmətinə zəng edərək yolun kənarında kişi meyidinin olması barədə məlumat vermişdir. Avtomobil vurmasını ehtimal edir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən yol-nəqliyyat hadisəsi 03 yanvar 2023-cü il tarixdə saat 22 radələrində, sutkanın axşam vaxtı baş vermişdir. Hadisə Hacıqabul rayonu Muğan-Abdulabad yolunun 07-ci kilometrliyində Hacıqabul rayonu Meyniman kəndi ərazisində yolun sağ tərəfində baş vermişdir. Həmin yol quru və düz olmaqla asfalt örtüklüdür. Yolun sağ ehtiyat hissəsi 4,20 metr və sol ehtiyat hissəsi isə 2,40 metrdir. Yolun eni 6 metrdir. Piyadanın avtomobil ilə vurulduğu yerdən, əni toqquşma nöqtəsindən meyidə olan məsafə 25,30 metrdir. Meyidin olduğu yer ilə asfalt arasında məsafə 5,10 metrdir. Yolun sağ ehtiyat hissəsində toqquşma nöqtəsinə nəzərən 7,20 metr məsafədə torpaq üzərində tormozlama izi vardır. Toqquşma nöqtəsindən asfalta olan məsafə 1,20 metr, ehtiyyat hissəsinin sağ kənarına isə olan məsafə 1,30 metrdir. Yolda iki istiqamət üçün nəzərdə tutulmuş bir hərəkət zolağı vardır. Toqquşma yerinin ətrafında piyada Zərərçəkmiş şəxs aid ayaqqabının tək tayı, avtomobildən qırılıb tökülmüş rəngli hissəciklər və büferin qırılmış hissəsi vardır. Hadisə yerində hərəkət üsulu nizamlanmayandır. Abdulabad kəndi istiqamətindən Muğan kəndi istiqamətinə 1.12.2, 1.21 və 3.24 yol nişanları olduğundan hadisə yeri həmin nişanların təsir zonasıdır. “Baxış keçirilməsi və götürülmə barədə” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21074” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı müəyyən edilmişdir ki, avtomobilin ön alın şüşəsi, ön sağ farasının şüşəsi sınmış haldadır. Avtomobilin ön buferinin sağ tərəfi qırılıb qopmuşdur və yerində yoxdur. Avtomobilin əzilmiş və sınmış hissələrinin yaxınlığında, yəni ban ilə ön alın şüşəsinin birləşdiyi yerdə və matorxana örtüyünün üzərində rənglərin qopub tökülməsi müşahidə olunur. Avtomobilin alın şüşəsi ilə banın birləşdiyi hissədə dəmir hissənin deformasiyaya məruz qaldığı aşkar olundu. AC 852536 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə 10 il müddətinə (xx.xx.2028-ci il tarixədək) BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. AD 438621 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Vaz 21074 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs mülkiyyətindədir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 01 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs Gülhüseyin oğlunun müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - alın nahiyyəsinin sıyrığı, sol bazunun aşağı 1/3 hissəsinin iç səthinin sıyrığı, sol budun arxa səthinin sıyrığı, hər iki diz oynağının ön səthlərinin sıyrıqları, başın ənsə nahiyyəsinin əzilmiş-cırılmış yaraları, sağ bazu oynağının üst səthinin cırılmış yarası, kəllə qapağı və əsası sümüyünün sınığı, beynin yumşaq toxumasına eləcədə mədəciklərinə qansızmalar. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) qüvvətli təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gəlmişdir. Xəsarətlər həyatı olmaqla ölümdən bir qədər əvvəl əmələ gəlmişdir. Yuxarıda qeyd olunan xəsarətlərdən kəllə qapağı və əsası sümüyünün sınığı, beynin yumşaq toxumasına eləcədə mədəciklərinə qansızmalar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. Sağ bazu oynağının üst səthinin cırılmış yarası canlı şəxslərdə götürüldüyü kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. Sol budun arxa səthinin sıyrığı, hər iki diz oynağının ön səthlərinin sıyrıqlarıcanlı şəxslərdə götürüldüyü kimi sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmayan xəsarətlərin əlamətlərinə aiddir. Mərhum Zərərçəkmiş şəxs Gülhüseyin oğlunun ölümünə səbəb başın küt travması nəticəsində kəllə qapağı və əsası sümüklərinin sınığından sonra baş vermiş beyinin yumşaq toxumasına və eləcə də mədəciklərinə qansızmalar olmuşdur. Mərhum Zərərçəkmiş şəxs Gülhüseyin oğlu ölümündən əvvəl spirtli içki və narkotik maddə qəbul etməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 04 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müayinə zamanı xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə gününə uyğun hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmamışdır. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/439 nömrəli rəyindən görünür ki, təqdim olunmuş məlumatlara əsasən VAZ-21074 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. -Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 30 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 60-70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. -Mövcud metodikanın tələblərinə əsasən piyadalar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadaların hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onların hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-ci il tarixli, 74/k nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və o, yol-nəqliyyat hadisəsi törətdiyi yeri əyani olaraq göstərmişdir. Əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavab məktubundan (raportdan) görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21074 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobildə hadisə zamanı sərnişinlərin və hadisəni görən şahidlərin olubolmamasını əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə hadisə zamanı sərnişinlərin olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunmasına dair məlumat yoxdur. Hacıqabul şəhər İnzibati Ərazi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan, nikah haqqında şəhadətnamədən və Hacıqabul rayon MRX PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X8 adlı iki azyaşlı uşağı vardır. xx.xx.2019-cu il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixində Hacıqabul RMX PHŞ-nin Nevroloji kabinetində müayinədə olmuş və “İnkişaf etaplarının ləngiməsi, nitq inkişafının spesifik pozulması” diaqnozu qoyulmuşdur. Hacıqabul Rayon Məhkəməsinin 4(071)-01/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Zərər çəkmiş şəxsin hüquqi varisi X2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, onun ailəsinə dəymiş maddi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslə aralarında barışıq vardır. Ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İV hissəsi yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “Təcili tibbi yardım” maşını çağırmaq, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda, onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlmək vəzifələri qoyur. “Yol hərəkəti haqqında” Qanunun qeyd olunan müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarla da üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikası 29 aprel 1997-ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış “Yol hərəkəti haqqında” Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Bu Konvensiyanın 31-ci maddəsi yol-nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol-nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol-nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, mənası universal xarakter daşıyan CM-in 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması da onu öz şəxsiyyəti barədə məlumatları bu və ya digər vasitə ilə zərərçəkmiş şəxsə (tərəfə) çatdırmaq öhdəliyindən azad etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ifadəsində hadisə törətdiyi zaman idarə etdiyi avtomobilin bir heyvana dəydiyini düşündüyünü, bu səbəbdən də hadisə yerində qalmadığını bildirmişdir. Lakin, təqsirləndirilən şəxsin ifadəsinin bu hissəsi iş materialları ilə ziddiyyət təşkil edir. Belə ki, təqsirləndirilən şəxsin hadisə vaxtı idarə etdiyi avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, avtomobilin qabaq alın şüşəsinin yarısı zədələnmişdir. Hadisəni törədən təqsirləndirilən şəxsin bu vəziyyətdə avtomobilin nəyi vurmasını görməməsi mümkünsüz görünür. Onun idarə etdiyi avtomobil ilə zərər çəkmiş şəxsi vurduqdan sonra, zərər çəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün onu avtomobilinə qoyaraq xəstəxanaya aparmaması, yol-nəqliyyat hadisəsindən sonra heç bir xəsarət almadığı halda, hadisə yerində qalmaması, hadisə haqqında hüquqmühafizə orqanlarına məlumat verməməsi, həmin orqanın əməkdaşlarının gəlməsini gözləmədən hadisə yerindən getməsi onun əməlində CM-nin 264-cü maddəsinin tərkibini yaratmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar həqiqətə uyğun deyil və ifadənin həmin hissəsi məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs qeyd olunan maddələrlə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəllərində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə maddi zərəri ödəyərək onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, cinayət nəticəsində ona dəymiş maddi zərəri könüllü olaraq aradan qaldırmış və zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələb yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar da aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirici hallar Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə həmin Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona əsas cəza növü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin mənasına uyğun olaraq şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə CMnin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə, Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti cəza təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcələsinin 264-cü maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar qismən toplanaraq, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 manat (səksən beş manat) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Hökmdən elan edildiyi andan, təqsirləndirilən şəxsə münasibətdə isə ona təqdim olunduğu andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar