Məhkəmə qərarları › İş №1(071)-39/2023

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-39/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-39/2023 25.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X27 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı2, Zərər çəkmiş şəxsin hüquqi varisi – X7, Təqsirləndirilən şəxslər - X6 və Təqsirləndirilən şəxs1, Müdafiəçilər - Şirvan Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, sürücülüklə məşğul olan, Göygöl rayonu, Balçılı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə, xx.xx.1961-ci il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Hacıqabul şəhəri M.Müşviq küçəsi ev 41-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1, 11 dekabr 2022-ci il tarixdə saat 19:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni yerdəyişmə zamanı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda bunu etməmiş və idarə etdiyi “Kamaz 5410” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı, “ODAZ 9370” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu yük avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Hacıqabul rayonu Pirsaat kəndi ərazisindən keçən 103,5-ci kilometrliyində yolun sağından manevr edərək birinci hərəkət zolağına çıxıb Qazax rayonu istiqamətində hərəkətdə olan zaman arxadan eyni istiqamətdə yolun orta zolağı ilə hərəkətdə olan X3 idarə etdiyi “VAZ 21154” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq hissəsi onun yük avtomobilinin arxa sol təkər hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “VAZ 21154” markalı minik avtomobilinin sərnişini Zərərçəkmiş şəxs bədənin müxtəlif hissələrinin sıyrıq və qançırları, sağ baldırın orta 1/3 hissəsinin əzilmiş-cırılmış yarası, alın nahiyyəsinin əzilmiş-cırılmış yarası, hər iki tərəfli qabırğaların çoxsaylı sınıqları, hər iki ağ ciyərin cırılması, döş boşluğunda çoxlu miqdarda duru və laxta qan, baş beyinin epidural qansızması kimi ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarətlərindən ölməsinə, “VAZ 21154” markalı avtomobilin sürücüsü X1 sirkə kasasının və arxa kənarının, sol mil sümüyünün, tipik yerdən qapalı qəlpəli yerdəyişən sınığı, döş qəfəsində solda 4-cü və 5-ci qabırğaların sınığı, sağ qasıq oturaq sümüyünün sınığı, alt dodağın əzilmiş, sağ dizin sıyrılmış yaraları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. X6, 11 dekabr 2022-ci il tarixdə saat 19:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş və idarə etdiyi “VAZ 21154” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Hacıqabul rayonu Pirsaat kəndi ərazisindən keçən 103,5-ci kilometrliyində orta hərəkət zolağı ilə Qazax rayonu istiqamətində hərəkətdə olan zaman qarşıda eyni istiqamətdə yolun sağ zolağı ilə hərəkətdə olan Təqsirləndirilən şəxs1 idarə etdiyi «Kamaz 5410» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı, «ODA Z 9370» markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu yük avtomobilinin arxa sol təkəri ilə onun avtomobilinin qabaq hissəsi toqquşmuş, nəticədə ehtiyatsızlıqdan «VAZ 21154» markalı minik avtomobilinin sərnişini Zərərçəkmiş şəxs bədənin müxtəlif hissələrinin sıyrıq və qançırları, sağ baldırın orta 1/3 hissəsinin əzilmiş-cırılmış yarası, alın nahiyyəsinin əzilmiş-cırılmış yarası, hər iki tərəfli qabırğaların çoxsaylı sınıqları, hər iki ağ ciyərin cırılması, döş boşluğunda çoxlu miqdarda duru və laxta qan, baş beyinin epidural qansızması kimi ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarətlərindən ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X6 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə tanışı Ağabəy ona zəng vuraraq Pirsaat kəndindən onu götürməsini xahiş etmişdir. Bundan sonra o, idarə etdiyi “VAZ 21154” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə Hacıqabul rayonun Pirsaat kəndinə getmişdir. “İpək Yolu” deyilən restorandan Ağabəyi götürüb Bakı-Qazax-Gürcüstan avtomobil yoluna çıxıb Qazax rayonu istiqamətində hərəkətə başlamışdır. O, Bakı-Qazax yolu ilə biraz gedib Pirsaat kəndi ərazisində təxminən 70-80 km/saat sürətlə hərəkətdə olan zaman 55-60 metrdən yolun sağ kənar hissəsilə “Kamaz” markalı qoşqulu yük avtomobili asta surətlə hərəkət etdiyini görmüş, lakin ona fikir vermədən orta zolaqla hərəkətini davam etmişdir. Həmin yük avtomobilinə çatmasına təxminən 10-15 metr qalmış, “Kamaz” markalı yük avtomobili sola yəni, yolun hərəkət hissəsinə doğru istiqamətlənmişdir. Onu görən kimi siqnal verərək avtomobilin sürətini azaldıb ondan yayınmaq istəmiş, ancaq bunun heç bir faydası olmamış və idarə etdiyi avtomobilin qabaq hissəsi “Kamaz” markalı yük avtomobilinin arxa sol təkərinə dəymişdir. Toqquşmadan sonra xəsarət alaraq özündən getmiş, oyananda isə xəstəxanada olduğunu və bədəninin müxtəlif yerlərindən xəsarətlər aldığını görmüşdür. Sonda təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə çox peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, özünə məxsus olan “Kamaz 5410” markalı, **- BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və ona qoşulu olan “Odaz 9370” markalı, **- ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu idarə edərək həmin yük avtomobili ilə müxtəlif vaxtlarda müxtəlif yerlərə yük daşımaqla maddi tələbatını təmin edir. 10 dekabr 2022-ci il tarixdə həmin avtomobillə yük götürüb Bakı şəhərinə gəlmiş, bir gecə qaldıqdan sonra 11 dekabr 2022-ci il tarixdə Qaradağ rayonu ərazisindən mişar daşı yükləyib yenidən Göygöl rayonuna qayıtmaq istəmişdir. O, daş karxanasından çıxıb xeyli getdikdən sonra Bakı-Qazax avtomobil yoluna daxil olub Qazax şəhəri istiqamətində hərəkətinə davam etmişdir. Avtomobilin yük yerində 28 ton yük olmuşdur. O, Bakı-Qazax yolu ilə xeyli gedib Hacıqabul rayonu ərazisinə çatmış, avtomobili yolun sağdan birinci hərəkət zolağı ilə idarə edib xeyli getdikdən sonra saat təxminən 19:30 radələrində Pirsaat kəndi ərazisinə çatmışdır. Qarşıda yolun sağ kənarında avtomobili saxlayıb yolu keçərək kafedə nahar etmək üçün avtomobilin surətini tam azaldıb yolun sağ kənarına çıxarmış, qarşıda yolun sağ ehtiyyat hissəsində başqa yük avtomobilinin dayandığını görüb onun arxasında yox, qarşısına keçib qarşıda saxlamaq istəmişdir. O, bunun üçün idarə etdiyi yük avtomobilini sola istiqamətləndirib yolun hərəkət hissəsinə daxil olan zaman arxadan gələn minik avtomobili gəlib onun idarə etdiyi yük avtomobilinin arxa sol təkərinə çırpılmışdır. O, dərhal avtomobili yolun sağ kənarında saxlamış və yerə düşüb həmin minik avtomobilinə tərəf gedib ora çatanda sürücünün və sərnişinin xəsarət alaraq avtomobilin içərisində qaldıqlarını görmüşdür. Hadisə yerinə başqa adamlar toplaşıb köməklik etməyə çalışmışlar. Daha sonra hadisə yerinə Polis və FHN əməkdaşları gəlib həmin sərnişini avtomobildən çıxarıb yerə uzandırmışlar. O, hadisə yerində qalıb Polis əməkdaşlarına sənədlərini təqdim etmişdir. O, yolun sağ kənarından sola doğru istiqamətlənəndə arxadan gələn “VAZ 21154” markalı minik avtomobilini görməmişdir. Yük avtomobilini sola istiqamətləndirib saatda 10-15 km/saat surətlə hərəkət etdiyi vaxt avtomobil çəpinə olan zaman minik avtomobili gəlib yük avtomobilinin arxa sol təkərinə dəymişdir. Sonda təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə çox peşman olduğunu, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini və zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını bildirdi və bu halları nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxs onun oğludur. 11 dekabr 2022-ci il tarixdə o evdə olan zaman oğlu Vüqar zəng edərək Ağabəyin yol-nəqliyyat hadisəsi keçirdiyini və ağır xəsarətlər aldığını bildirmişdir. O, dərhal evdən çıxaraq xəstəxanaya getmiş və ora çatanda oğlunun artıq öldüyünü bilmişdir. Daha sonra oğlunu morqda müayinə etdikdən sonra təhvil alaraq dəfn etmişdir. Hadisəni törədən sürücülər Təqsirləndirilən şəxs1 və X4 əvvəllər tanımamış, aralarında düşmənçilikləri olmamışdır. Hadisə baş verdikdən sonra Təqsirləndirilən şəxs1 yas və dəfn mərasimlərinin xərclərinin ödənilməsində köməklik etmiş, baş vermiş hadisə görə üzrxahlıq etmiş, əlavə olaraq məhkəmə baxışı zamanı da 5000 manat ödəniş etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs1 ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Lakin, digər Təqsirləndirilən şəxs2 onlara dəymiş zərərdən heç bir ödəniş etməmiş, onunla barışıq əldə etməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə yol-nəqliyyat hadisəsi baş verdiyi yerə sürücü Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilmişdir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə Bakı-Qazax yolunun 103,5 km-də baş vermişdir. Yol quru, düz asfaltbeton örtüklüdür. Baxış yolun Qazax rayonu istiqamətində aparılmışdır. Yolun sağ hissəsində 4,5 metr ehtiyyat hissə, sol hissəsində dəmir çəpər vardır. Sürücü Təqsirləndirilən şəxs1 toqquşma yerini göstərdikdən sonra məlum oldu ki, o yolun sağ hissəsindən sola istiqamətlənmədən sonra 12 metr məsafə qət etmişdir. Toqquşma yeri yolun sağ hissəsindəki xətdən mərkəzə doğru 3,5 metr məsafədə baş verib. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş, sxem və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2022-ci il tarixli 1339 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs1 hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 4621/K №-li nömrəli rəyində göstərilmişdir ki, X2 götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 17 saylı rəyində göstərilmişdir ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş xəsarətlər – bədənin müxtəlif hissələrinin sıyrıq və qançırları. Sağ baldırın orta 1/3 hissəsinin əzilmiş-cırılmış yarası. Alın nahiyyəsinin əzilmiş-cırılmış yarası. Hər iki tərəfli qabırğaların çoxsaylı sınıqları. Hər iki ağ ciyərin cırılması. Döş boşluğunda çoxlu miqdarda duru və laxta qan. Baş beyinin epidural qansızması. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) qüvvətli təsirindən əmələ gəlməklə mütəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gəlmişdir. Xəsarətlər həyati olmaqla ölümündən bir qədər əmələ gəlmişdir. Yuxarıda qeyd olunan xəsarətlərdən baş beyinin epidural qansızması, hər iki tərəfli qabırğaların çoxsaylı sınıqları, hər iki ağ ciyərin cırılması, döş boşluğunda çoxlu miqdarda duru və laxta qan canlı şəxslərdə götürüldüyü kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aiddir. Sağ baldırın orta 1/3 hissəsinin əzilmiş-cırılmış, alın nahiyəsinin əzilmiş-cırılmış yarası canlı şəxslərdə götürüldüyü kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. Sıyrıq və qançırlar isə canlı şəxslərdə götürüldüyü kimi dərəcəsi təyin olunmayan xəsarətlərin əlamətlərinə aiddir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyinin epidural qansızması ilə yanaşı hemorargik şok olmuşdur. Mərhum Zərərçəkmiş şəxs ölümündən əvvəl spirtli içki və narkotik maddə qəbul etməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 33 nömrəli rəyində göstərilmişdir ki, X3 bədəni üzərində olan xəsarətlər sağ sirkə kasasının və arxa kənarının, sol mil sümüyünün, tipik yerdən qapalı qəlpəli yerdəyişən sınığı. Döş qəfəsində solda 4-cü və 5-ci qabırğaların sınığı.Sağ qasıq oturaq sümüyünün sınığı.Alt dodağın əzilmiş, sağ dizin sıyrılmış yaraları bərk küt əşya (əşyalar) təsirindən, xx.xx.2022-ci il tarixdə törəmələri mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/267 nömrəli rəyində göstərilmişdir ki, “Kamaz 5410” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı, “ODAZ 9370” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu yük avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “VAZ 21154” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 016-161002-122 nömrəli məktubdan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasına görə, sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2019-cu il tarixdə (xx.xx.2028-ci il tarixədək müddətə etibarlı olan) AC seriyalı 660270 nömrəli «BE CE» dərəcəli sürücülük vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 016-161185-122 nömrəli məktubdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X3 DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasına görə, sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək müddətə etibarlı olan) AC seriyalı 855830 nömrəli «B» dərəcəli sürücülük vəsiqəsi verilmişdir. Göygöl rayon İcra Hakimiyyəti Başçısının X22 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 939 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Göygöl rayonu Balçılı kəndində qeydiyyatda olmaqla, 1954-cü il təvəllüdlü həyat yoldaşı X16, 1984-cü il təvəllüdlü oğlu X14, 1985-ci təvəllüdlü gəlini X15, 2007-ci il təvəllüdlü nəvəsi X18, 2009-cu ui l təvəllüdlü nəvəsi X17 və 2015-ci il təvəllüdlü nəvəsi Təqsirləndirilən şəxs1 Samir oğlu ilə birlikdə yaşayır. Göygöl rayon İcra Hakimiyyəti Başçısının X22 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “Vaz 21154” markalı, **-LO-*** dövlət qeydiyyat nişanı avtomobil və “Kamaz 5410” markalı, **- BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili, “Odaz 9370” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu maddi sübut kimi tanınmış və qanuni sahiblərinə qaytarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, X6 və X9 əvvəllər məhkum olunmamışdır. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, X6 2-ci qrup əlildir və əlilliyə görə 327.22 manat pensiya alır. Zərər çəkmiş şəxsin hüquqi varisi X11 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 dəymiş ziyanın özünə aid hissəsini - 5000 manat zərəri tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxs1 ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsində qeyd edilir ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Cinayət işinin materiallarından, xüsusən də məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Yəni, Təqsirləndirilən şəxs1 hadisə vaxtı “KAMAZ 5410” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolun sağ zolağından sol solağına yerdəyişmə zamanı təhlükəsiz manevr etməli olduğu halda, həmin tələbə əməl etməmiş, yol hərəkəti qaydalarını pozmuş, nəticədə zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsində qeyd edilir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloci şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Cinayət işinin materiallarından, xüsusən də məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, sürücü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Belə ki, ekspertizanın rəyinə əsasən aparılmış hesabatlara əsasən Bəxtiyar Əskərzadənin idarə etdiyi avtomobilin təhlükənin yarandığı anda olduğu yer ilə toqquşma yeri arasında olan məsafə hər bir halda həmin avtomobilin dayanma yolundan böyük olmuşdur. Başqa sözlə desək, X6 hadisə vaxtı “VAZ 21154” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görmək imkanına malik olduğu halda, həmin tələblərə əməl etməmiş, yol hərəkəti qaydalarını pozmuş, nəticədə zərərçəkmiş şəxsin ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər X6 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özlərinin etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onların əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi zərəri ödəyərək onunla barışıq əldə etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir (CM 59.1.11, 59.1.3, 59.2). Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Həmçinin, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar da aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası çərçivəsində əlavə və əsas cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət hadisəsinin baş verməsində onun iştirakının xarakteri və dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən kifayət qədər halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs X3 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və İİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir (cm 59.2). Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X5 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət hadisəsinin baş verməsində onun iştirakının xarakteri və dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, o cümlədən hadisə nəticəsində az ağır dərəcəli bədən xəsarət alması nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət hadisəsinin baş verməsində onların iştirakının xarakteri və dərəcəsi, şəxsiyyətləri, cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlara dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 18 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 108 manat pul köçürülməlidir. Təqsirləndirilən şəxs X3 hüquqlarının müdafiəsi isə Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 17 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 102 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X6 azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. X6 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış «Kamaz 5410» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin, «ODAZ 9370» markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun və «VAZ 21154» markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs1 və X2 müştərək qaydada tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X8, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 işlədikləri Şirvan Regional Vəkil Bürosunun hesabına müvafiq olaraq 102 manat və 108 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar