Məhkəmə qərarları › İş №1(071)-4/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-4/2022

05.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-4/2022 05.01.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri - Şirvan Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 iştirakı ilə, xx.xx.1962-ci ildə Salyan rayonu Nəvahı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində beş nəfər ailə üzvü olan, “Azfen-100” şirkətində quraşdırıcı işləyən, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Nəvahı qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs «COVİD-19» tipli koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tədbiq edildiyi dövr ərzində «COVİD-19» tipli koronavirus infeksiyasının daşıyıcısı olduğunu və həmin infeksiyanın daşıyıcısı olmaqla müalicə olunduğu müddət (14 gün) ərzində yaşadığı Hacıqabul rayonu Nəvahı qəsəbəsindəki evini tərk etməməli olduğunu, həmin virusa başqa şəxsləri yoluxdurması üçün real təhlükə yaratdığını bildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülməsi və təcrid olunma» Qaydalarının mənzili (evi) tərk etməməsinə dair karantin rejiminin tələblərini qəsdən, kobud şəkildə pozub 16.09.2021-ci il tarixdə saat 10 radələrində yaşadığı Hacıqabul rayonu Nəvahı qəsəbəsindəki evi tərk edib insanların sıx toplaşdığı Hacıqabul rayonu Nəvahı qəsəbəsində yerləşən “Nuran” adlı aptekə gedib saat 10:20 radələrində yaşadığı ünvana qayıtmaqla «COVİD-19» koronavirus tipli xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 139- 1.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, «COVİD 19» virusuna yoluxub-yoluxmadığını müəyyən etmək məqsədi ilə 08.09.2021-ci il tarixdə Hacıqabul rayon Mərkəzi Xəstəxanısında test üsuli ilə yaxma vermiş, 08.09.2021-ci tarixdə Hacıqabul rayon GEM-in əməkdaşı onunla telefon əlaqəsi yaradaraq, onda «COVİD 19» virusu aşkar edilməsini, yaşadığı evdən çölə çıxmamasını, ev şəraitində «COVİD 19» virusundan müalicə almasını bildirmişdir. Bununla bağlı Hacıqabul rayon X3 adlı həkimə müraciət etmiş və həkim tərəfindən müayinə olunmuşdur. 16 sentyabr 2021-ci il tarixdə qəbul etdiyi dərman preparatları qurtardığına, aptek uzaqda olduğuna görə arvadı Şahid1 Feyuz qızı aptekə tək gedə bilmədiyinə görə, o, məcburiyyət qarşısında qalıb həmin günü saat 10 radələrində idarə etdiyi «Vaz-21014» markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə arvadı Şahid1 aptekə aparmış, arvadı Şahid1 avtomobildən aşağı düşüb aptekə getmişdir. O, arvadını gözləyərkən saat 10:20 radələrində avtomobildən yerə düşüb, aptekin arxasında tək dayanaraq «Bizon» adlı içki içərkən, Hacıqabul rayon PŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun «COVİD 19» virusunun daşıyıcısı olduğunu, niyə yaşadığı evi tərk etməsini, yaşadığı evi tərk etməsinə görə məsuliyyət daşıyacağını, təcili olaraq yaşadığı evə qayıtmasını bildirmişlər. O, arvadı Mehribanı gözləmədən orada dayanmayıb idarə etdiyi avtomobillə yaşadığı evə gəlmiş və evdə tək bir otaqda təcrid olunaraq müalicəsini davam etdirmişdir. Karantin dövrü başa çatandan sonra isə Hacıqabul RPŞyə dəvət olunmuş və izahatı alınmışdır. O, törətdiyi əməldən peşman olmuşdur. Himayəsində beş nəfər ailə üzvünün olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, şəkərli diabet xəstəsi olmasını, “şəkərli diabet İİ-tip, çoxsaylı ağırlaşmalarla” diaqnozu ilə 16.08.2018-ci il tarixdən Hacıqabul rayon Mərkəzi Xəstəxanası PHŞ-də endekrinoloji kabinetdə qeydiyyatda olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Hacıqabul rayonu Nəvahı qəsəbəsində yaşayan Bayramov X2 rayon MX-na test yaxma üsulü ilə «COVİD 19» virusuna yoluxubyoluxmamaması barədə analiz vermiş, 08 sentyabr 2021-ci il tarixdə Hacıqabul rayon X1 rayon PŞ-yə daxil olmuş məlumat əsasında Hacıqabul rayonu Nəvahı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs 08.09.2021-ci il tarixdə test üsulu ilə götürülmüş yaxmanın cavabı pozitiv yəni «COVİD 19» virusuna yoluxması aşkar edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə zəng edərək, onda «COVİD 19» virusu aşkar edilməsi, virus aşkar olunduğuna görə onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmasını, mənzili tərk etməməsini, evi tərk etməsi təqdirdə başqa şəxslərə virus yoluxdura biləcəyini və buna görə ev şəraitində «COVİD 19» virusundan müalicə alıb karantin dövr başa çatanadək, yəni 14 gündən sonra həkimə müraciət edib, nəticəni biləndən sonra yaşadığı evi tərk edə biləcəyni, əks təqdirdə inzibati və cinayət məsuliyyəti daşıyacağını bildirmişdir. 16 sentyabr 2021-ci il tarixdə saat 10:20 radələrində Hacıqabul rayon PŞ-nin İTB-nin sahə polis nəfəri Şahid3 ilə birlikdə Hacıqabul rayonu Nəvahı qəsəbəsində «COVİD 19» virusuna yoluxmuş şəxslərin evdə olub-olmadıqlarını yoxlayarkən Hacıqabul rayonu Nəvahı qəsəbəsində yaşayan Bayramov X2 rayonu Nəvahı qəsəbəsində olan aptekin yanına getməsi barədə məlumat almışdır. Şahid3la birlikdə qeyd olunan “Nuran” adlı aptekə gedərkən, Təqsirləndirilən şəxs aptekin arxa tərəfində dayandığını və «Bizon» adlı içki içməsini görmüş, müəyyən proseduru gözləməklə Təqsirləndirilən şəxs virus daşyıcısı olduğunu bildiyi halda, niyə evdən çıxıb başqa şəxslərə virus yoluxduracağını soruşmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evdə heç kim olmadığı üçün arvadı ilə aptekə dərman preparatları almağa gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə qayıtmasını və müalicəsi başa vurulan vaxta kimi evdə çölə çıxmamasını deyib avtomobillə onu evinə yola salmışdır. Bundan sonra o, Hacıqabul RPŞ-yə gəlib Təqsirləndirilən şəxs virus daşıyıcısı olduğu dövr ərzində yaşadığı evdən çölə çıxması barədə Hacıqabul RPŞ-nin rəisinə raportla məruza etmişdir. Şahid Hacıqabul rayon PŞ-nin PPXT-nın polis nəfəri Şahid3 məhkəmə iclasında Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Şahid4 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Hacıqabul rayonu GEM-də epidemioloq mərkəzində kompyuter opreatoru vəzifəsində işləyir. 08 sentyabr 2021-ci il tarixdə Hacıqabul rayonu Nəvahı qəsəbəsində yaşayan Bayramov X2 rayon MX-na test yaxma üsulü ilə «COVİD 19» virusuna yoluxub-yoluxmamaması barədə analiz vermiş, 08.09.2021-ci il tarixdə Hacıqabul rayon X1 rayon Gigiyena və Epidemiologiya mərkəzinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs test üsulu ilə götürülmüş yaxmanın cavabı pozitiv yəni «COVİD 19» virusuna yoluxması bildirilmiş və həmin günü Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi yaradaraq onda «COVİD 19» virusu aşkar edilməsini, virus aşkar olunduğuna görə də onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmasını, mənzili tərk etməməsini, evi tərk etməsi təqdirdə başqa şəxslərə virus yoluxdura biləcəyini, ev şəraitində «COVİD 19» virusunadan müalicə alıb karantin dövrdə yəni, 14 gündən sonra həkimə müraciət edib, nəticəni biləndən sonra yaşadığı evi tərk edə biləcəyni, əks təqdirdə inzibati və cinayət məsuliyyəti daşıyacağı barədə məlumat vermişdir. Şahid X4 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Hacıqabul rayonu X5 Hüquqi Şəxsində həkim vəzifəsində işləyir. 08 sentyabr 2021-ci il tarixdə Hacıqabul rayonu Nəvahı qəsəbəsində yaşayan Bayramov X2 rayon MX-na test yaxma üsulü ilə «COVİD 19» virusuna yoluxub-yoluxmamaması barədə analiz vermiş, 08.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs «COVİD 19» virusu aşkar edilməsi barədə xəstəxanaya məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs müayinə olunandan sonra onda simptomların yüngül olması ilə əlaqədar tərəfindən ev şəraitində mülaicə olunması barədə tibbi göstəriş yazmış, onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmasını, mənzili tərk etməməsini, evi tərk etməsi təqdirdə başqa şəxslərə virus yoluxdura biləcəyini, ev şəraitində «COVİD 19» virusunadan müalicə alıb karantin dövr də yəni, 14 gündən sonra həkimə müraciət edib, nəticəni biləndən sonra yaşadığı evi tərk edə biləcəyni, əks təqdirdə inzibati və cinayət məsuliyyəti daşıyacağı bildirmişdir. Azərbaycan Respublikası İcbari X6 Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsi “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinin 22.09.2021-ci il tarixli 330 №-li məktubunda qeyd edilmişdir ki, Hacıqabul rayonu Nəvahı qəsəbəsində qeydiyyatda olan xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 08.09.2021-ci il tarixdə «Covid- 19» virusuna görə «Hacıqabul Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsində «PZR» müayinəsindən keçmiş, 08.09.2021-ci il tarixdə müayinə nəticəsi pozitiv olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Hacıqabul rayon Gigiyena və Epidemiologiya Mərkəzindən 27.09.2021-ci il tarixdə daxil olmuş 117 №-li məktubda qeyd edilmişdir ki, Hacıqabul rayonu Nəvahı qəsəbəsində qeydiyyatda olan xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yoluxma barədə məlumatı 08.04.2021-ci il tarixdə kompyuter operatoru Şahid4 tərəfindən verilmişdir. Hacıqabul rayonu X5 Hüquqi Şəxsi tərəfindən verilmiş 23.12.2021-ci il tarixli 271 nömrəli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs “şəkərli diabet İİ-tip, çoxsaylı ağırlaşmalarla” diaqnozu ilə 16.08.2018-ci il tarixdən Hacıqabul rayon Mərkəzi Xəstəxanası PHŞ-də endekrinoloji kabinetdə qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən 03.11.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs karantin rejimini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratması, yəni Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, işdə olan rəsmi sənədlərlə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, evli olmasını, himayəsində beş nəfər ailə üzvünün olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını, şəkərli diabet xəstəsi olmasını, “şəkərli diabet İİ-tip, çoxsaylı ağırlaşmalarla” diaqnozu ilə 16.08.2018-ci il tarixdən Hacıqabul rayon Mərkəzi Xəstəxanası PHŞ-də endekrinoloji kabinetdə qeydiyyatda olmasını, ictimai faydalı əməklə məşğul olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, hadisə zamanı və törətdiyi cinayət hadisəsindən sonrakı davranışını, ictimai faydalı işlə məşğul olmasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun ailəsindən, cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin etməyi məqsədə uyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 manat; Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 manat dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2.500 (iki min beş yüz) manat cərimə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1 Faiq oğluna məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1 "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar