Məhkəmə qərarları › İş №1(071)-4/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-4/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-4/2024 17.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X8 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs Cəlal qızının, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Müdafiəçilər – Şirvan Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, işləməyən, Hacıqabul şəhəri, M.Müşfiq küçəsi ev 31-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, xx.xx.1972-ci il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işləməyən, Hacıqabul şəhəri, M.S.Ordubadi küçəsi ev 13-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1970-ci il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Hacıqabul şəhəri, M.Müşfiq küçəsi ev 108-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1, satış məqsədi olmadan məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi çəkisi 1,723 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini bir ədəd kağız kəsiyində qablaşdırılmış halda əynində olan qara rəngli şalvarının qabaq sağ cibində daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, H.Həmidov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs Cəlal qızına məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə, hasardan aşmaqla keçib, həyətdə olan yaşayış sahəsi hesab edilən yardımçı tikiliyə, həmin tikilinin qıfılını sındırmaqla qanunsuz daxil olub, tikilidən zərər çəkmiş şəxsə məxsus 100 metr uzunluğunda iki jilalı mis tərkibli elektrik naqilini, 6 ədəd 2 metrlik dəmir boruları, 100 metr uzunluğunda bir jilalı mis tərkibli elektrik naqili, 1 ədəd böyük çətir və 2 ədəd balaca çətir, 5 ədəd balta, 2 ədəd böyük və 5 ədəd balaca çəkic, 6 ədəd qaz açarı, 6 ədəd mişar, qutuda olan vintləri, 3 kiloqram plastik və 50 ədəd dəmir boru birləşdiriciləri, 10 kiloqram 100-lük mismarları, 3 kiloqram yanmış məftili, 12 ədəd vintaçanı, 1 ədəd təzə ocaqlığı, 3 ədəd plastik vannanı, 4 ədəd böyük aliminium vannanı, 6 ədəd böyük qazanı, 2 ədəd kabab bişirmək üçün olan setkanı, 1 ədəd dəmir manqalı, 6 ədəd padnosu, 2 ədəd böyük və 2 ədəd balaca olmaqla 4 ədəd aşsüzəni, 4 ədəd böyük təkərli çantanı, 3 ədəd plastik və 3 ədəd dəmir olmaqla böyük vedrələri, 25 ədəd patronu (lampa taxmaq üçün), 100 metr jilka ipi, 2 ədəd 2 gözlü, 2 ədəd 1 gözlü ağır elektrik sobalarını, 3 ədəd elektrik qızdırıcını, 40 metr rezin borunu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs Cəlal qızına məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə, hasardan aşmaqla keçib, həyətdə olan yaşayış sahəsi hesab edilən yardımçı tikiliyə, həmin tikilinin qıfılını sındırmaqla qanunsuz daxil olub, tikilidən zərər çəkmiş şəxsə məxsus 100 metr uzunluğunda iki jilalı mis tərkibli elektrik naqilini, 6 ədəd 2 metrlik dəmir boruları, 100 metr uzunluğunda bir jilalı mis tərkibli elektrik naqili, 1 ədəd böyük çətir və 2 ədəd balaca çətir, 5 ədəd balta, 2 ədəd böyük və 5 ədəd balaca çəkic, 6 ədəd qaz açarı, 6 ədəd mişar, qutuda olan vintləri, 3 kiloqram plastik və 50 ədəd dəmir boru birləşdiriciləri, 10 kiloqram 100-lük mismarları, 3 kiloqram yanmış məftili, 12 ədəd vintaçanı, 1 ədəd təzə ocaqlığı, 3 ədəd plastik vannanı, 4 ədəd böyük aliminium vannanı, 6 ədəd böyük qazanı, 2 ədəd kabab bişirmək üçün olan setkanı, 1 ədəd dəmir manqalı, 6 ədəd padnosu, 2 ədəd böyük və 2 ədəd balaca olmaqla 4 ədəd aşsüzəni, 4 ədəd böyük təkərli çantanı, 3 ədəd plastik və 3 ədəd dəmir olmaqla böyük vedrələri, 25 ədəd patronu (lampa taxmaq üçün), 100 metr jilka ipi, 2 ədəd 2 gözlü, 2 ədəd 1 gözlü ağır elektrik sobalarını, 3 ədəd elektrik qızdırıcını, 40 metr rezin borunu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs Cəlal qızına məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə, hasardan aşmaqla keçib, həyətdə olan yaşayış sahəsi hesab edilən yardımçı tikiliyə, həmin tikilinin qıfılını sındırmaqla qanunsuz daxil olub, tikilidən zərər çəkmiş şəxsə məxsus 100 metr uzunluğunda iki jilalı mis tərkibli elektrik naqilini, 6 ədəd 2 metrlik dəmir boruları, 100 metr uzunluğunda bir jilalı mis tərkibli elektrik naqili, 1 ədəd böyük çətir və 2 ədəd balaca çətir, 5 ədəd balta, 2 ədəd böyük və 5 ədəd balaca çəkic, 6 ədəd qaz açarı, 6 ədəd mişar, qutuda olan vintləri, 3 kiloqram plastik və 50 ədəd dəmir boru birləşdiriciləri, 10 kiloqram 100-lük mismarları, 3 kiloqram yanmış məftili, 12 ədəd vintaçanı, 1 ədəd təzə ocaqlığı, 3 ədəd plastik vannanı, 4 ədəd böyük aliminium vannanı, 6 ədəd böyük qazanı, 2 ədəd kabab bişirmək üçün olan setkanı, 1 ədəd dəmir manqalı, 6 ədəd padnosu, 2 ədəd böyük və 2 ədəd balaca olmaqla 4 ədəd aşsüzəni, 4 ədəd böyük təkərli çantanı, 3 ədəd plastik və 3 ədəd dəmir olmaqla böyük vedrələri, 25 ədəd patronu (lampa taxmaq üçün), 100 metr jilka ipi, 2 ədəd 2 gözlü, 2 ədəd 1 gözlü ağır elektrik sobalarını, 3 ədəd elektrik qızdırıcını, 40 metr rezin borunu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 оnа elаn edilmiş ittihаmlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 1995-ci ildən narkotik vasitədən istifadə edir. Buna görə bir neçə dəfə məhkum olunmuşdur. Bu səbəbdən narkotik vasitənin əldə edilməsi ittihamı ilə bağlı hissəni qəbul edir və özünü təqsirli bilir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Hacıqabul şəhəri, M.Müşviq küçəsi ilə gedən zaman diqqətini yerdə 1 ədəd kağız kəsiyi büküm cəlb etmişdir. O, həmin 1 ədəd kağız kəsiyi bükümü açıb içərisinə baxdıqda heroin olduğunu görmüş və götürüb cibinə qoymuşdur. Həmin günü saat 14 radələrində Hacıqabul şəhəri, H.Həmidov küçəsində olan zaman polis əməkdaşları onu tutub Hacıqabul rayon polis şöbəsinə gətirmiş və orada üzərindən heroin aşkar edilmişdir. Oğurluq ittihamı ilə bağlı hissədə isə özünü təqsirli bilmir. Belə ki, zərər çəkmiş Zərərçəkmiş şəxs Cəlal qızı onun dayısı qızıdır. Zərərçəkmiş şəxs ilə hər hansı bir düşmənçilik və ya ədavəti olmamışdır. Rəna Hacıqabul şəhəri M.P.Vaqif küçəsi ev 56-da qeydiyyatda olsa da daha çox Bakı şəhərində yaşayır. Arada bir rayondakı evinə gələrək baş çəkir. Rənanın evindən baş vermiş oğurluq hadisəsini o törətməmişdir. Hacıqabul rayon polis şöbəsində işgəncələrə məruz qaldığı və külli miqdarda narkotik vasitə əldə etməsi hədəsi olunduğuna görə məcbur olub istintaq zamanı xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs Cəlal qızına məxsus Hacıqabul şəhəri, M.P.Vaqif küçəsində fərdi yaşayış evinin həyətində olan yardımçı tikilidən umumilikdə 2000 manat dəyərində olan əşyaları tanışları Zakir və Kamillə oğurladıqları barədə ifadə vermişdir. Halbuki, həmin oğurluq hadisənin onunla heç bir əlaqəsi yoxdur. Bu barədə istintaq orqanı heç bir sübut əldə etməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, zərər çəkmiş Zərərçəkmiş şəxs Cəlal qızını tanımır. Onun evindən olan oğurluq hadisəsindən xəbəri olmamışdır. Rənanın evindən baş vermiş oğurluq hadisəsini o törətməmişdir. Hacıqabul rayon polis şöbəsində işgəncələrə məruz qaldığı üçün məcbur olub xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs Cəlal qızına məxsus fərdi yaşayış evinin həyətində olan yardımçı tikilidə olan əşyaları tanışları Zakir və Zöhrabla birlikdə oğurladıqları barədə istintaq zamanı ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs Cəlal qızını tanıyır. Onunla həm qohumluq, həm də qonşuluq münasibəti var. Onunla hər hansı bir düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. O, əvvəllər də Rənanın və ya onun anasının xahişi əsasında onların evlərində xırda təmir işləri görmüşdür. Rənanın evindən olan oğurluq hadisəsindən xəbəri olmamışdır. Rənanın evində baş vermiş oğurluq hadisəsini o törətməmişdir. Hacıqabul rayon polis şöbəsində fiziki işgəncələrə məruz qaldığı üçün məcbur olub Zərərçəkmiş şəxs Cəlal qızına məxsus fərdi yaşayış evinin həyətində olan yardımçı tikilidən tanışları Kamil və Zöhrab ilə birlikdə oğurluq etmələri barədə ifadə vermişdir. Zərərçəkmiş şəxs Cəlal qızı ölkə hüdudlarından kənarda Türkiyə Respublikasında olduğundan (elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş sərhəd məlumatından görünür ki, sonuncu dəfə o, xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasına getmişdir), zərər çəkmiş şəxsin watsapp sosial şəbəkə proqramı ilə onlayn qaydada məhkəmə iclasında iştirakı təmin edilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Cəlal qızı ifadəsində bildirdi ki, anası və qızı ilə birlikdə Bakı şəhərində yaşasalar da, əslində Hacıqabul şəhəri M.P.Vaqif küçəsi ev 56-da qeydiyyatdadırlar. xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən yaşadığı Hacıqabul şəhərinə gəlmişdir. Evə gəldikdə evin həyətində yerləşən yardımçı tikiliyə baxdıqda oranın dağıdıldığını görmüş və oğurluq olmasını aşkar etmişdir. Səhəri gün bu barədə polisə müraciət etmişdir. Polis əməkdaşları gələrək baxış keçirmişlər. Onun yaşadığı evin həyətində yerləşən həyətyanı sahədən pəncərəni sındırmaq yolu ilə daxil olunaraq oradan oğurluq olmuşdur. Oradan 100 metr uzunluğunda iki jilalı mis tərkibli elektrik naqili, 6 ədəd 2 metrlik dəmir borular, 100 metr uzunluğunda bir jilalı mis tərkibli elektrik naqili, 1 ədəd böyük çətir və 2 ədəd balaca çətir, 5 ədəd balta, 2 ədəd böyük və 5 ədəd balaca çəkic, 6 ədəd qaz açarı, 6 ədəd mişar, qutuda olan vintləri, 3 kiloqram plastik və 50 ədəd dəmir boru birləşdiriciləri, 10 kiloqram 100-lük mismarları, 3 kiloqram yanmış məftili, 12 ədəd vintaçanı, 1 ədəd təzə ocaqlığı, 3 ədəd plastik vanna, 4 ədəd böyük aliminium vanna, 6 ədəd böyük qazanı, 2 ədəd kabab bişirmək üçün olan setka, 1 ədəd dəmir manqal, 6 ədəd padnos, 2 ədəd böyük və 2 ədəd balaca olmaqla 4 ədəd aşsüzən, 4 ədəd böyük təkərli çanta, 3 ədəd plastik və 3 ədəd dəmir olmaqla böyük vedrələr, 25 ədəd patron (lampa taxmaq üçün), 100 metr jilka ip, 2 ədəd 2 gözlü, 2 ədəd 1 gözlü ağır elektrik sobaları, 3 ədəd elektrik qızdırıcı, 40 metr rezin boru olmaqla, ümumi dəyəri 2000 manat olan əşyalar oğurlanmışdır. Oğurluq hadisəsinin kimin tərəfindən törədildiyini dəqiq bilmir. Bugünədək ona vurulmuş maddi zərər ödənilməmişdir. Sonda zərər çəkmiş şəxs ona verilən suala cavab olaraq bildirdi ki, oğurluq hadisəsi zamanı ona dəymiş maddi ziyan ödənilməsə də, onun təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və həmin gün saat 14:00-da Təqsirləndirilən şəxs1 Hacıqabul şəhəri, H.Həmidov küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 şalvarının qabaq sağ cibində gizlətdiyi bir ədəd kağız kəsiyi bükümü təqdim edərək, bükülünün içərisində heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitə olan heroinə oxşar maddə poçt zərfinə qoyularaq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın qabaq sağ cibindən bir ədəd kağız bükümünü təqdim edərək içərisində heroin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə Hacıqabul şəhəri M.Müşviq küçəsində yerdən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/158 nömrəli rəyindən görünür ki: tədqiqata təqdim edilmiş üzərində: “... Təqsirləndirilən şəxs1 üzərindən....” sözləri yazılmış 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 1,723 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatına həmin maddənin 0,05 qramı sərf edildikdən sonra, 1,673 qram qalıq qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddinin 0,15 qram, külli miqdarı daxil olmaqla aşağı həddi isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1137 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan (raportdan) görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə heroini haradan və kimdən əldə etməsini əməliiyat yolu ilə müəyyən etmək olmamışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanda yerləşir. Hadisə yerinə zərər çəkmiş şəxsin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı zərər çəkmiş şəxs həyətində olan yardımçı tikilidə təmir tikinti əşyalarının, elektrik naqillərinin oğurlandığı yeri göstərmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan (raportdan) görünür ki, Hacıqabul şəhəri M.P.Vaqif küçəsi ev 56-da qeydiyyatda olan Zərərçəkmiş şəxs Cəlal qızına məxsus Hacıqabul şəhərində qeyd edilən ünvanda yerləşən evinə son 1 ay gəlmədiyi müddət ərzində evin həyətində olan yardımçı tikilidən naməlum şəxs(lər) tərəfindən pəncərəni açma yolu ilə oraya daxil olaraq müxtəlif təmir- tikinti əşyalarınının oğurlayan şəxsin şəxsiyyətini müəyyən etmək məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törədən şəxsin Hacıqabul şəhəri M.Müşfiq küçəsi ev 31-də yaşayan Təqsirləndirilən şəxs1, M.S.Ordubadi küçəsi ev 13-də yaşayan Təqsirləndirilən şəxs2 və M.Müşfiq küçəsi ev 108-də yaşayan Təqsirləndirilən şəxs3 olması müəyyən edilmişdir. “Təqdim etmə və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 2 ünvanında həyətdə yerləşən yardımçı tikilidən oğurladığı əşyaların bir qismi (elektrik naqilləri) onun tərəfindən təhqiqata təqdim edilmişdir. Götürmə zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/4076 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 17 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri 2023-cü ilin aprel ayına nəzəri hesablama yolu ilə təxminən 542,50 manat müəyyən edilir. Məhkəmə-trasoloji ekspertizasının 14 iyun 2023-cü il tarixli 3/880 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1,2 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri, 3 saylı daktiolentin səthindəki ovuc izi müqayisəli tədqiqat üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs3 sol əlinin böyük barmağından qalmışdır. Tədqiqata təqdim edilmiş 2 saylı daktilolentin səthindəki əl barmaq izi, 3 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs3 tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qalmışdır. Tədqiqata təqdim edilmiş 4,5,6 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. “Əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 1,673 qram qalan narkotik vasitə heroin, şəxsi axtarışın keçirilməsini özündə əks etdirən bir ədəd DVD disk, eləcə də Təqsirləndirilən şəxs1 təqdim etdiyi elektrik naqilləri maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən və məhkəmə aktlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər beş dəfə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. Sonuncu dəfə o, Şirvan şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmışdır. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 əvvəlki məhkumluqları ödənilmiş olsa da, Şirvan şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən və məhkəmə aktının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər beş dəfə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. Onun əvvəlki məhkumluqları ödənilmişdir. Sonuncu dəfə o, Hacıqabul rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 il 9 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırki iş üzrə cinayət əməli həmin hökmdən əvvəl törədildiyindən, onun əməlində cinayətin residivi yaranmır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. Hacıqabul rayonu İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 255 saylı arayışdan görünür ki, Həşimov X4 şəhəri, M.Müşfiq küçəsi ev 31-də qeydiyyatda olmaqla yaşamışdır. Hacıqabul rayonu İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 638 saylı arayışdan görünür ki, Əsədov X6 şəhəri, M.S.Ordubadi küçəsi ev 13-də qeydiyyatda olmaqla yaşamışdır. Hacıqabul rayonu İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 637 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Hacıqabul şəhəri, M.Müşviq küçəsi ev 108-də qeydiyyatda olmaqla yaşamışdır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X5 azad edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 4(071)-35/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 4(071)-63/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən onun həbsdə saxlanılma müddəti 2 ay müddətinə uzadılmışdır. Hacıqabul Rayon Məhkəməsinin 4(071)-36/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmiş, onun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 4(106)-48/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(071)-36/2023 saylı qərarı apellyasiya protestinə əsasən ləğv edilmiş, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Hacıqabul Rayon prokurorunun təqdimatı təmin olunmuş, Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, onun xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək iki gün müddət ərzində tutulması nəzərə alınmaqla, həbsdə saxlanılma müddəti qəti olaraq 2 ay 28 gün həddində müəyyən olunmuş, həbsetmənin əvvəli Təqsirləndirilən şəxs2 tutulduğu vaxtdan hesablanaraq, Təqsirləndirilən şəxs2 həbsə alınması üçün barəsində axtarış elan edilmişdir. Hacıqabul rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(106)-48/2023 saylı qərarına əsasən barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsə alınması üçün barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs2 ətrafında Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, xx.xx.2023-cü il tarixdə saxlanılaraq rayon polis şöbəsinin MSY-nə təhvil verilmişdir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 4(071)-34/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs3 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmiş, onun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər hər biri ayrı-ayrılıqda oğurluq cinayət əməlinin törədilməsi ilə bağlı ittiham üzrə özlərini təqsirli bilməyərək, ifadələrində polis şöbəsində fiziki zorakılığa və işgəncələrə məruz qaldıqları üçün həmin cinayəti törətmələrini qəbul etdiklərini, əslində zərər çəkmiş şəxsə məxsus əşyaların onlar tərəfindən oğurlanmadığını bildirmişlər. Təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdiyi ifadələr ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdikləri ifadələr arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən oğurluq ittihamı ilə bağlı ifadələrində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanıyır, onlarla aralarında ədavət və düşmənçilikləri yoxdur. Zərərçəkmiş şəxs Cəlal qızını tanıyır, sonuncu onun dayısı qızıdır, onunla aralarında heç bir ədavət və düşmənçilikləri yoxdur. Rəna Hacıqabul şəhəri M.P.Vaqif küçəsi ev 56-da qeydiyyatda olsa da daha çox Bakı şəhərində yaşayır. Arada bir rayondakı evinə gələrək baş çəkir. Rənanın yaşadığı evin həyətində yerləşən anbarda xeyli sayda material vardır. Orada materialın olduğunu görsə də eyni zamanda tanışı Zakir də orada material olduğunu görüb ona demişdir. xx.xx.2023-cü il tarixdə Zakir və Kamillə bir yerdə olan zaman dayısı qızının evindən oğurluq etmək barədə qərara gəlmişlər. Həmin evin həyətində yerləşən yardımçı tikilidən oğurluq edərək oradan materialları oğurlayıb sataraq qazanc əldə etməyi düşünmüşlər. O, düşünmüşdür ki, dayısı qızı oradan oğurluq olduğunu bilməyəcək. xx.xx.2023-cü il tarixdə axşam saat 20 radələrində Zakir və Kamil Rənagilin evinin yaxınlığında görüşmüşlər. Onlar barıdan aşaraq içəri daxil olmuşlar. Evin həyətində yerləşən otağın dəmir qapısının üzərində olan balaca kilidi sındıraraq içəriyə daxil olmuşlar. Orada bir ədəd çətir, yerdə olan kabelləri, dəmir boruları, plastik boru birləşdiricilərini, qabda olan vintləri, baltaları, mişarları, çəkicləri, qaz açarlarını götürərək oradan çıxmışlar. Bundan sonra həmin əşyaları onların yaşadıqları evin arxa tərəfində yerləşən dərədə gizlətmişlər. Həmin mis kabelləri yandıraraq təmiz mis əldə edib satmaq istəmişdir. Digər əşyaları küçələrinə motosikletlə gələn metal yığana satmışdır. Əldə etdiyi pulu isə Zakir və Kamillə bölərək xərcləmişdir. xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon polis şöbəsinin əməkdaşları onu rayon polis şöbəsinə dəvət etmişlər. Ona rayon polis şöbəsində təhqiqatçı tərəfindən izahatı alınarkən Rəna İsrafilovanın yaşadığı evin həyətində yerləşən anbara kimin daxil olması barədə sual verilmişdir. O da həmin evin həyətində yerləşən anbara onunla birlikdə Zakirin və Kamilin daxil olduğunu bildirmişdir. Bundan sonra oğurladıqları kabeldən də bir hissəsinin qaldığını və həmin kabeli təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra təhqiqatçının iştirakı ilə həmin kabel ondan götürülmüşdür. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə oğurluq etmişlər. Üçündən başqa heç kim olmamışdır. Onun Kamil və Zakirlə oğurluq etməyə getməyindən heç kimin məlumatı olmamışdır və bu barədə heç kimə məlumat verməmişdir. Oğurluq etdikdə ətrafda baxdıqda orada heç kim olmamış, oğurluq edən vaxtı orada və ətrafda heç kim olmamışdır. Oğurluq nəticəsində əldə etdiyi əmlakı satdığı şəxs motosikletlə mütəmadi olaraq küçələri gəzərək metal yığan şəxsdir. Həmin şəxsin özünü tanımasa da görsə tanıyar. Həmin əşyalar müqabilində 45 manat pul əldə etmiş, həmin 45 manat pulu isə üçü aralarında bölmüşlər. Ona Hacıqabul RPŞ-də heç bir təziq və ya zor tətbiq edilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 da həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tanıyır. Onlarla aralarında ədavət və düşmənçilikləri yoxdur. Zərərçəkmiş şəxs Cəlal qızını tanıyır. Onunla aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. Rəna Hacıqabul şəhəri M.P.Vaqif küçəsi ev 56-da qeydiyyatda olsa da daha çox Bakı şəhərində yaşayır. Arada bir rayondakı evinə gələrək baş çəkir. Rənanın yaşadığı evin həyətində yerləşən anbarda xeyli sayda material vardır. Orada materialın olduğunu Zöhrab ona demişdir. xx.xx.2023-cü il tarixdə o, Zakir və Zöhrabla bir yerdə olan zaman həmin evdən oğurluq etmək barədə qərara gəlmişlər. Həmin evin həyətində yerləşən yardımçı tikilidən oğurluq edərək oradan materialları oğurlayıb sataraq qazanc əldə etməyi düşünmüşlər. Zöhrab demişdir ki, hər şey onluqdur. xx.xx.2023-cü il tarixdə axşam saat 20 radələrində o, Zakir və Zöhrab Rənagilin evinin yaxınlığında görüşmüşlər. Onlar barıdan aşaraq içəri daxil olmuşlar. Evin həyətində yerləşən otağın dəmir qapısının üzərində olan balaca kilidi sındıraraq içəriyə daxil olmuşlar. Orada bir ədəd çətir, yerdə olan kabelləri, dəmir boruları, plastik boru birləşdiricilərini, qabda olan vintləri, baltaları, mişarları, çəkicləri, qaz açarlarını götürərək oradan çıxmışlar. Bundan sonra həmin əşyaları onların yaşadıqları evin arxa tərəfində yerləşən dərədə gizlətmişlər. Həmin mis kabelləri yandıraraq təmiz mis əldə edib satmaq istəmişlər. Digər əşyaları Zöhrab satmış və onlara pul vermişdir. xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon polis şöbəsinin əməkdaşları onu rayon polis şöbəsinə dəvət etmişlər. Ona rayon polis şöbəsində təhqiqatçı tərəfindən izahatı alınarkən Rəna İsrafilovanın yaşadığı evin həyətində yerləşən anbara kimin daxil olması barədə sual verilmişdir. O da həmin evin həyətində yerləşən anbara onunla birlikdə Zakirin və Zöhrabın daxil olduğunu bildirmişdir. Zakir Qərəmanovla və Təqsirləndirilən şəxs1la birlikdə oğurluq etmişlər, üçündən başqa heç kim olmamışdır. Onun Zakir və Zöhrabla oğurluq etməyə getməyindən heç kimin məlumatı olmamışdır və bu barədə heç kimə məlumat verməmişdir. Həmin vaxtı ətrafda baxdıqda orada heç kim olmamış, oğurluq edən vaxtı orada və ətrafda heç kim olmamışdır. Oğurladıqları malları Zöhrab satmışdır. Həmin əşyaların satılması müqabilində Zöhrab ona 15 manat pul vermişdir. Ona Hacıqabul RPŞ-də heç bir təziq və ya zor tətbiq edilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 da həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. Onlarla aralarında ədavət və düşmənçilikləri yoxdur. Zərərçəkmiş şəxs Cəlal qızını tanıyır, onunla aralarında heç bir ədavət və düşmənçilikləri yoxdur. Rəna Hacıqabul şəhəri M.P.Vaqif küçəsi ev 56-da qeydiyyatda olsa da daha çox Bakı şəhərində yaşayır. Arada bir rayondakı evinə gələrək baş çəkir. Rənanın yaşadığı evin həyətində yerləşən anbarda xeyli sayda material vardır. Orada materialın olduğunu Zöhrab ona demişdir. Bundan başqa o, həmin materialları orada görmüşdür. xx.xx.2023-cü il tarixdə o, Kamil və Zöhrabla bir yerdə olan zaman həmin evdən oğurluq etmək barədə qərara gəlmişlər. Həmin evin həyətində yerləşən yardımçı tikilidən oğurluq edərək oradan materialları oğurlayıb sataraq qazanc əldə etməyi düşünmüşlər. Zöhrab demişdir ki, hər şey onluqdur. xx.xx.2023-cü il tarixdə axşam saat 20 radələrində Kamil və Zöhrab Rənagilin evinin yaxınlığında görüşmüşlər. Onlar barıdan aşaraq içəri daxil olmuşlar. Evin həyətində yerləşən otağın dəmir qapısının üzərində olan balaca kilidi sındıraraq içəriyə daxil olmuşlar. Orada bir ədəd çətir, yerdə olan kabelləri, dəmir boruları, plastik boru birləşdiricilərini, qabda olan vintləri, baltaları, mişarları, çəkicləri, qaz açarlarını götürərək oradan çıxmışlar. Bundan sonra həmin əşyaları onların yaşadıqları evin arxa tərəfində yerləşən dərədə gizlətmişlər. Həmin mis kabelləri yandıraraq təmiz mis əldə edib satmaq istəmişlər. Digər əşyaları Zöhrab satmış və onlara pul vermişdir. xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon polis şöbəsinin əməkdaşları onu rayon polis şöbəsinə dəvət etmişlər. Ona rayon polis şöbəsində təhqiqatçı tərəfindən izahatı alınarkən Rəna İsrafilovanın yaşadığı evin həyətində yerləşən anbara kimin daxil olması barədə sual verilmişdir. O da həmin evin həyətində yerləşən anbara onunla birlikdə Kamilin və Zöhrabın daxil olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2la və Təqsirləndirilən şəxs1la birlikdə oğurluq etmişlər, üçündən başqa heç kim olmamışdır. Onun Kamil və Zöhrabla oğurluq etməyə getməyindən heç kimin məlumatı olmamışdır və bu barədə heç kimə məlumat verməmişdir. Oğurluq edən vaxtı orada və ətrafda heç kim olmamışdır. Oğurladıqları malları Zöhrab satmışdır. Həmin əşyaların satılması müqabilində Zöhrab ona 15 manat pul vermişdir. Ona Hacıqabul RPŞ-də heç bir təziq və ya zor tətbiq edilməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı zərər çəkmiş şəxsə məxsus əşyaları oğurlamaqla bağlı qabaqcadan qərar qəbul etmələri, oğurluq əməlini hansı qaydada törətmələri, hansı əşyaların oğurlanması və oğurlanmış əşyaların bir hissəsinin satılaraq pul vəsaiti əldə etmələri barədə daha səmimi və təfərruatlı ifadələr vermişlər. Həmçinin, oğurlanmış elektrik naqillərinin bir hissəsinin sonradan Təqsirləndirilən şəxs1 tərəfindən istintaq orqanına təqdim edilməsi və hadisə yerindən Təqsirləndirilən şəxs3 barmaq izlərinin aşkar edilməsi halları da cinayət hadisəsinin təqsirləndirilən şəxslər tərəfindən törədilməsini təsdiq edir. Bundan əlavə, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, məhkəmə iclasında təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar vəsatətlərə ayrı-ayrılıqda baxılarkən, təqsirləndirilən şəxslər törətdikləri oğurluq cinayət əməlini etiraf edərək əməllərindən peşman olduqlarını bildirmişlər. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs oğurluq cinayət əməlini törətməmələri, polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmaları barədə fikirlər səsləndirməmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. İşin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxslərin oğurluq cinayət əməli ilə bağlı polis əməkdaşları tərəfindən tutularkən fiziki və ya psixi zorakılığa məruz qalmaları məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxslər ibtidai araşdırma dövründə bütün izahat və ifadələrində, eləcə də barələrində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə məhkəmə iclasında baxılarkən verdikləri izahatlarında törətdikləri əməli etiraf etmişlər. Təqsirləndirilən şəxslər ibtidai araşdırma dövründə onlara qarşı zorakılıq olunması barədə məsələ irəli sürməmiş, bu barədə hər hansı formada prokurora və ya məhkəməyə şikayət verməmişlər. Belə olan vəziyyətdə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdiyi ifadələri tədqiq edilmiş digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdiyi ifadələrini cinayət məsuliyyətini yüngülləşdirmək və ya cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, təqsirləndirilən şəxslərə isnad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. CM-nin 34.2ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin qərarda həmçinin qeyd edilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər özlərini təqsirli bilməsə də, məhkəmə iclasında tədqiq edilmiş özlərinin ibtidai istintaq zamanı verdiyi ifadələr, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxslərin yaşayış sahəsinə qanunsuz daxil olaraq zərər çəkmiş şəxsə məxsus 2000 manat dəyərində olan əşyaları gizli olaraq talamaları, bundan başqa Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Onların qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır; 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Onun əməlində cinayətin residivinin olması isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. (CM 61.1.1) Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır (CM 59.2). Onun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında iki növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə Təqsirləndirilən şəxs1 həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin əməlində cinayətin residivi mövcuddur və hazırki vəziyyətdə onun cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətinin mənfi səciyyələnməsi, əvvəllər dəfələrlə cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, islah olunmadan yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CMin 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əziyyət çəkməsi və müalicəyə ehtiyacının olması müəyyən olunduğundan, Azərbaycan Respublikası CM-in 93.1.2 və 93- 1.2-ci maddələrinə əsasən onun barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətinin mənfi səciyyələnməsi, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmaqla, ona həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən həmin cəza Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti cəza təyin edilməli, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmənin qənaətinə görə, digər Təqsirləndirilən şəxs3 isə cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından mövcud vəziyyətdə ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Belə ki, Təqsirləndirilən şəxs3 əllidən artıq yaşı var və bu vaxtadək o, cinayət məsuliyyətinə cəlb edilib məhkum olunmamışdır. O, ilk dəfədir az ağır cinayətin törədilməsinə görə məsuliyyətə cəlb olunur. Belə olan vəziyyətdə iddia etmək olmaz ki, CMin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədlərinə nail olmaq üçün o, mütləq qaydada cəmiyyətdən təcrid olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halın olması və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalı və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi yuxarı həddə azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə cəzanın məqsədlərinə nail oluna bilər. Bundan başqa, məhkəmə qeyd edir ki, cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş qalıq çəkisi 1,673 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, elektrik naqilləri zərər çəkmiş şəxsə qaytarılmalı, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertiza tədqiqatının dəyəri olan 49,74 manat pul Təqsirləndirilən şəxs1, məhkəmə-əmtəəşünaslıq və məhkəmə-trasoloji ekspertizalarının dəyəri olan 111,29 manat (50+61,29) pul isə təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlara dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 30 saat, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 30 saat, Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 31 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 180 manat, Müdafiəçi3 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 180 manat və Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 186 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu iki gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən həmin cəza Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(071)-59/2023 nömrəli hökmü ilə ona təyin edilmiş 1 il 9 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs2 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu iki gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını umumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 2 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 1,673 qram olan narkotik vasitə heroin məhv edilsin, elektrik naqilləri isə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsn Cəlal qızına qaytarılsın, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertiza tədqiqatının dəyəri olan 49,74 manat pul Təqsirləndirilən şəxs1, məhkəmə-əmtəəşünaslıq və məhkəmə-trassoloji ekspertiza tədqiqatlarının dəyəri olan 111,29 manat pul isə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 180 manat, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi3 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 180 manat və təqsirləndirilən şəxs X1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 186 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan edildiyi andan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə onlara təqdim edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar