Məhkəmə qərarları › İş №1(071)-41/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-41/2022

14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-41/2022 14.04.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1; Təqsirləndirilən şəxs2 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2; təqsirləndirilən şəxs X3 və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3; Təqsirləndirilən şəxs4 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx.xx.1978-ci ildə Şirvan (Əli-Bayramlı) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Hacıqabul şəhəri Nəsimi küçəsi ev 3 mənzil 4də qeydiyyatda olmaqla yaşayan, 23.10.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 25.10.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi; xx.xx.1977-cu ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Hacıqabul şəhəri Nəsimi küçəsi ev 3 mənzil 6-da qeydiyyatda olmaqla yaşayan, 23.10.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 25.10.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi; xx.xx.1992-ci ildə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində iki azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Hacıqabul şəhəri Nizami küçəsi ev 28-də qeydiyyatda olmaqla, Sabirabad rayonu Hacıbəbir kəndində yaşayan, 25.10.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 27.10.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - X3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri; xx.xx.1990-cı ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Hacıqabul şəhəri A.Dadaşov küçəsi ev 32-də daimi qeydiyyatda olmaqla, ünvan 5-də yaşamış, 25.10.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 27.10.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 23 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində tanışı Təqsirləndirilən şəxs2 sonuncunun yaşadığı ünvan 1 ünvanda 10 manata satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla, ümumi təmiz çəkisi 0,279 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 0,182 qram və 0,097 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, əynində olan qara rəngli qısaqol gödəkçənin sol ön cibində daşıyaraq saxlamış və 23 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri Ü.Hacıbəyov küçəsində saxlanılıb polis şöbəsinə gətirilərək üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman qeyd olunan çəkidə psixotrop maddə olan metamfetamin iki ədəd bükümdə əynində olan qara rəngli qısaqol gödəkçənin sol ön cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə tanışı Təqsirləndirilən şəxs4 22 oktyabr 2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvanın yaxınlığında 40 manata beş ədəd bükümdə ümumi təmiz çəkisi 0,638 qram olmaqla ayrı-ayrılıqda 0,108 qram, 0,120 qram, 0,131 qram, 0,182 qram, 0,097 qram çəkilərdə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edib, həmin metamfetaminin 0,182 qram və 0,097 qram olmaqla iki ədəd bükümünü 10 manata tanışı Təqsirləndirilən şəxs1 23 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı ünvan 1 ünvanda satmış, digər 0,108 qram, 0,120 qram və 0,131 qram olmaqla üç ədəd bükümlərdə psixotrop maddə olan metamfetamini satış məqsədi ilə üzərində daşıyaraq saxlamış və 23 oktyabr 2021-ci il tarixdə saat 12:50-də Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri Ü.Hacıbəyov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman 0,108 qram, 0,120 qram və 0,131 qram olmaqla üç ədəd bükümlərdə psixotrop maddə olan metamfetamin əynində olan göy rəngli cins şalvarının sağ cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs X7 tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi “3 Qardaş” adlı mağazadan oğurluq etmək qərarına gəlib, həmin məqsədlə 06 oktyabr 2021-ci il tarixdə saat 04 radələrində mağazanın yanına gələrək, giriş qapısının kilidini sındırmaqla başqa saxlanc yeri hesab olunan mağazaya qanunsuz daxil olub, mağazadakı vitrində olan bir blok 34 manat dəyərində “Vinston” markalı, bir blok 28 manat dəyərində “LD” markalı, bir blok 18 manat dəyərində “Argo” markalı siqaretləri, vitrindəki qutunun içərisində olan 45 ədəd hər biri 5 manatlıq olmaqla cəmi 225 manat dəyərində "xxxx" MMC-nin mobil telefon nömrələrinin balansını artırmaq üçün nəzərdə tutulmuş danışıq kartlarını, 30 ədəd hər biri 3 manatlıq olmaqla cəmi 90 manat dəyərində "xxxx" MMC-nin mobil telefon nömrələrinin balansını artırmaq üçün nəzərdə tutulmuş danışıq kartlarını, 40 ədəd hər biri 2 manatlıq olmaqla cəmi 80 manat dəyərində "xxxx" MMC-nin mobil telefon nömrələrinin balansını artırmaq üçün nəzərdə tutulmuş danışıq kartlarını, 53 ədəd hər biri 1 manatlıq olmaqla cəmi 53 manat dəyərində "xxxx" MMC-nin mobil telefon nömrələrinin balansını artırmaq üçün nəzərdə tutulmuş danışıq kartlarını, 15 ədəd hər biri 5 manatlıq olmaqla cəmi 75 manat dəyərində "xxxx" MMC-nin mobil telefon nömrələrinin balansını artırmaq üçün nəzərdə tutulmuş danışıq kartlarını, 20 ədəd hər biri 3 manatlıq olmaqla cəmi 60 manat dəyərində "xxxx" MMC-nin mobil telefon nömrələrinin balansını artırmaq üçün nəzərdə tutulmuş danışıq kartlarını, 35 ədəd hər biri 2 manatlıq olmaqla cəmi 70 manat dəyərində "xxxx" MMC-nin mobil telefon nömrələrinin balansını artırmaq üçün nəzərdə tutulmuş danışıq kartlarını, 30 ədəd hər biri 1 manatlıq olmaqla cəmi 30 manat dəyərində "xxxx" MMC-nin mobil telefon nömrələrinin balansını artırmaq üçün nəzərdə tutulmuş danışıq kartlarını, 12 ədəd hər biri 5 manatlıq olmaqla cəmi 60 manat dəyərində "xxxx" MMC-nin mobil telefon nömrələrinin balansını artırmaq üçün nəzərdə tutulmuş danışıq kartlarını, 20 ədəd hər biri 2 manatlıq olmaqla cəmi 40 manat dəyərində "xxxx" MMC-nin mobil telefon nömrələrinin balansını artırmaq üçün nəzərdə tutulmuş danışıq kartlarını, mağazada olan 606 manat nağd pulu gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1469 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, X7 təkrarən tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olmaqla bir qrup şəxs təşkil edərək, ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən oğurluq etməklə bağlı razılığa gəldikdən sonra, 23 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində həmin məqsədlə Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin yanına gəlib, hasardan tullanmaqla əvvəlcə evin həyətinə, oradan isə pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdən bir ədəd 180 manat dəyərində 82 dioqanallı “Samsung” markalı televizoru, bir ədəd 5 manat dəyərində televizor pultunu, bir ədəd 25 manat dəyərində “openbox” markalı rəqəmsal aparatı, bir ədəd 20 manat dəyərində qəhvəyi rəngli odealı gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 230 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda ümumi təmiz çəkisi 0,638 qram olmaqla, ayrı-ayrılıqda 0,108 qram, 0,120 qram, 0,131 qram, 0,182 qram, 0,097 qram çəkilərdə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edib, həmin metamfetaminləri beş ədəd bükümlərdə tanışı Təqsirləndirilən şəxs2 22 oktyabr 2021ci il tarixdə sonuncunun yaşadığı ünvan 1 ünvanın yaxınlığında 40 manata satmış, həmin metamfetaminlərin 0,108 qram, 0,120 qram və 0,131 qram olmaqla üç ədəd bükümü Təqsirləndirilən şəxs2 23 oktyabr 2021-ci il tarixdə saat 12:50-də saxlanılaraq Hacıqabul rayon polis şöbəsinə gətirilib üzərinə videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ cibindən, sonuncunun satdığı 0,182 qram, 0,097 qram olmaqla iki ədəd bükümdə psixotrop maddə metamfetamin isə Təqsirləndirilən şəxs1 23 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində saxlanılaraq Hacıqabul rayon polis şöbəsinə gətirilib üzərinə videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli qısaqol gödəkcənin sol ön cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs4 tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X7 ilə qabaqcadan əlbir olmaqla bir qrup şəxs təşkil edərək, ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən oğurluq etməklə bağlı razılığa gəldikdən sonra 23 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində həmin məqsədlə Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin yanına gəlib, hasardan tullanmaqla əvvəlcə evin həyətinə, oradan isə pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdən bir ədəd 180 manat dəyərində 82 dioqanallı “Samsung” markalı televizoru, bir ədəd 5 manat dəyərində televizor pultunu, bir ədəd 25 manat dəyərində “openbox” markalı rəqəmsal aparatı, bir ədəd 20 manat dəyərində qəhvəyi rəngli odealı gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 230 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istifadəçisidir. O, 23.10.2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 yaşadığı Hacıqabul şəhəri N.Dadaşov küçəsi 1 nömrəli evə gedərək, Ramildən 10 manata özü istifadə etmək məqsədilə iki büküm metamfetamin almışdır. Ramildən aldığı 2 büküm metamfetamini əynindəki qısaqol gödəkçənin sol ön cibinə qoymuşdur. Bundan sonra o, yaşadığı evə tərəf gedərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, üzərində narkotik maddə saxlamaqda şübhəli olduğunu bildirərək, onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona müdafiəçi dəvət edilmişdir. Müdafiəçinin, polis əməkdaşlarının iştirakı və videoçəklişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmamışdan əvvəl, ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olub-olmaması soruşulmuşdur. Həmin vaxt o, əynində olan gödəkçənin sol ön cibində siqaret kağızı kəsiyində 2 bükümdə olan metamfetamini təqdim edərək, həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı üzərindən aşkar edilən psixotrop maddə metamfetamini 23 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində tanışı Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs2 10 manata aldığını bildirmişdir. Sonra təqdim etdiyi içərisində narkotik vasitə metamfetamin olan büküm qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuşdur. O, protokola imza etmişdir. Ona Hacıqabul RPŞ-də heç bir fiziki və mənəvi təzyiq olunmamış, polis əməkdaşları tərəfindən hər hansı bir zorakılıq edilməmişdir. Törətdiyi əməldən peşman olmuşdur. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, 22.10.2021ci il tarixdə 5-6 ildir ki, tanıdığı, yaşadığı küçənin yuxarı hissəsində yaşayan tanışı Rəşadla görüşmüş, sonuncunun narkotik vasitə qəbul etdiyini bildiyindən narkotik vasitə olduğunu düşünmüşdür. O, Rəşada bildirmişdir ki, metamfetamin lazımdır. Rəşad demişdir ki, təşkil edə bilər. O, Rəşada 40 manat pul vermişdir. Rəşad da cibindən 8 ədəd bükümdə metamfetamin vermişdir. O, həmin bükümlərdən birini özü istifadə etmişdir. Həmin gün küçədə olan zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşmış və ağrısı olduğunu bildirmişdir. O, da 2 bükümünü 10 manata həmin adama satmışdır. 23.10.2021-ci il tarixdə saat 11 radələrində uşaqlıq dostu Təqsirləndirilən şəxs1 onlara gəlmişdir. İlkin ondan hər hansı bir narkotik vasitə olub-olmadığını soruşmuşdur. O, İlkinə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. İlkin ondan neçəyə satdığını soruşduqda, bir bükümünü 5 manata satdığını bildirmişdir. İlkin 10 manat pul vermiş və ondan 2 büküm metamfetamin almışdır. Bundan sonra onun özündə 3 büküm metamfetamin qalmışdır. Bundan təxminən iki saat sonra küçədə olan zaman polis əməkdaşlarını görmüş və özünü şübhəli apardığına görə onlar yaxınlaşıb özlərini təqdim edərək, üzərində narkotik vasitə saxlamaqda və Təqsirləndirilən şəxs1 metamfetamin satmaqda şübhəli olduğunu bildirərək, onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona müdafiəçi dəvət edilmişdir. Müdafiəçinin, polis əməkdaşlarının iştirakı və videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. Həmin vaxt o, əynində olan şalvarının sağ cibində saxladığı 3 bükümü təqdim edərək, həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu və psixotrop maddə metamfetamini 22.10.2021-ci il tarixdə saat 11 radələrində tanışı Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs4 40 manat aldığını bildirmişdir. Sonra təqdim etdiyi içərisində narkotik vasitə metamfetamin olan büküm qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuşdur. O, protokola imza etmişdir. Ona Hacıqabul RPŞ-də heç bir fiziki və mənəvi təzyiq olunmamış, polis əməkdaşları tərəfindən hər hansı bir zorakılıq edilməmişdir. Törətdiyi əməldən peşman olmuşdur. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs X7 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, 2021-ci ilin yay aylarında işləmək üçün Sabirabad rayonundan Bakı şəhərinə getmişdir. Bakıda gecələr Səbail rayonunda Bayıl qəsəbəsində yarımtikili vəziyyətdə olan istixanada qalmışdır. O, gecələr bu formada istixanada qalır, gündüzlər isə dəmir yığaraq aparıb metal qəbulu məntəqəsinə verib gəlir əldə edir, gündəlik ehtiyaclarına xərcləmişdir. O, tez-tez Səbail rayonu Ə.Qardaşları küçəsində yerləşən marketə getmiş və orada satıcı işləyən yaşlı qadından özü üçün siqaret, şəkərbura almışdır. Onun pula ehtiyacı olduğundan həmin marketdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində gecə saat 04 radələrində həmin yaşlı qadının işlədiyi marketə daxil olmaq üçün özündə olan dəmir parçasını da götürmüş və oraya getmişdir. Market onun qaldığı istixananın yaxınlığında yerləşmişdi. O, özündə olan dəmir parçası ilə marketin qıfılını sındırmış və qapını açıb içəri daxil olmuşdur. Marketdə rəfdə olan qutunun içərisindəki kontor və pulları, həmçinin soyuducunun üstündə olan qutudakı pulları götürmüşdür. Bundan başqa vitrindən təxminən 4-5 qutu “Vikeroy” markalı siqareti götürmüşdür. Həmin gün Sabirabad rayonuna yola düşmüşdür. Oğurladığı kontorları rayonda marketə öz qiymətindən 1 manat aşağı olmaqla satmışdır. Siqaretləri isə özü çəkmişdir. Əldə etdiyi pulu isə ərzaq məhsullarına xərcləmiş və gündəlik tələbatlarını ödəmişdir. Onun oğurladığı pullar təxminən 250-300 manat olmuşdur. Kontorları satdığı şəxs konturların oğurluq olduğunu bilməmişdir. O, kontorları satdığı şəxsə demişdir ki, işlədiyi işlə əlaqədar olaraq həmin kontorlar ona pulsuz verilmişdir. Həmin şəxs üçün də onun harada işlədiyi maraqlı olmadığından, ondan bu barədə heç nə soruşmamış və kontorları da hərəsinin öz qiymətindən 1 manat aşağı verdiyi üçün almışdır. Kontorların satışından ona təxminən 230-250 manat pul qalmışdır. O, həmin pulu şəxsi ehtiyaclarına ödəmişdir. Qeyd olunan cinayəti törətmək barədə qabaqcadan heç kimlə arasında razılıq olmamış və o, cinayəti təkbaşına törətmişdir. O, cəmi 4-5 qutu siqaret götürmüşdür. Zərər çəkmiş şəxsin dediyi kimi 3 blok siqaret talamamışdır. Bundan başqa, 22 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində dostu Təqsirləndirilən şəxs4 zəng edib harada olduğunu soruşduqda Rəşad ona Hacıqabul şəhərində olduğunu bildirmişdir. Rəşada görüşüb çay içməyi təklif etmişdir. O, Rəşadın yaşadığı evə gəlmişdir. Rəşadla birlikdə Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yolun kənarında yerləşən ikimərtəbəli çayxanada çay içmişlər. 23 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində Rəşadla birlikdə yaşadığı Hacıqabul şəhəri A.Dadaşov küçəsinə gəlmişlər və küçənin girişində yolun sol kənarında yerləşən evin işığının sönülü olduğunu, giriş darvazasının küçədən kilidləndiyini görüb evdə heç kim olmadığına əmin olmuşlar. Rəşad ona həmin evə oğurluq etmək üçün girməyi təklif etmiş və o da buna razı olmuşdur. Küçədə yolun sol kənarında yerləşən birinci evin giriş darvazası olmadığı üçün həmin həyətə daxil olmuşlar. Birinci Rəşad sonra isə o, hasardan aşaraq həyətə daxil olmuşlar. Həyətə baxdıqda həyətdə heç kim olmamışdır. Evin giriş qapısının solunda pəncərəni əli ilə itələdikdə pəncərə açılmışdır. Pəncərədən birinci Rəşad evə daxil olmuşdur. Sonra isə o, evə daxil olmuşdur. Rəşadla birlikdə otaqlara baxdıqda otaqlar boş olmuşdur. Evin giriş qapısından daxil olduqda soldan birinci otağın qapısı bağlı olduğu üçün həyətə düşüb həmin otağın pəncərəsində olan tülü çıxartmış və əli ilə itələyib pəncərəni açmışdır. Həmin otağa birinci o, sonra isə Rəşad daxil olmuş və otaqda “Samsung” markalı televizor, həmin televizorun pultu və “Openbox” markalı rəqəmsal aparat olduğunu görmüşlər. Həmin otağın qapısını içəridən açmışlar. Həmin otaqdan sonrakı otağa keçib çarpayının üzərində olan qəhvəyi rəngli odeyalı götürüb gətirib televizoru, pultu və rəqəmsal aparatı həmin odeyalın içərisinə qoyub bağlamışlar. Televizor olan otağın pəncərəsindən Rəşad həyətə düşmüşdür. O, odeyalın arasında olan televizor, pult və rəqəmsal aparatı Rəşada verib yenə evin mətbəxinin pəncərəsindən həyətə düşmüşdür. Rəşad hasardan boş həyətə düşmüşdür. O, odeyalın arasında oğurladıqları televizor, pult və rəqəmsal aparatı Rəşada verib hasardan aşmışdır. Birlikdə Rəşadın evinin yaxınlığına gəlib yulğun kollarının arasında odeyalı gizlətmişlər. Rəşadla birlikdə Şirvan şəhərinə getmişlər. 23 oktyabr 2021-ci il tarixdə saat 05 radələrində taksi saxladıb Bakı şəhərinə gedəcəklərini demişlər. Sürücü razı olmuş və birlikdə gəlib Rəşadın evinin qarşısında taksini saxlatmışlar. O, keçib yulğun kollarının arasından odeyalın arasında olan televizoru, pult və rəqəmsal aparatı götürüb taksinin yük yerinə qoymuşdur. Yenidən həmin yerə qayıdıb orada gizlətdiyi sarğını götürüb qayıtdıqda taksinin orada olmadığını görmüşdür. Bundan sonra o, Sabirabad rayonuna yaşadığı evə getmişdir. Oğurluq etdiyi evin kimə məxsus olmasından heç bir məlumatı yoxdur. O, Təqsirləndirilən şəxs4 ilə birlikdə oğurluq etmiş, ikisindən başqa heç kim olmamışdır. Onun Rəşadla oğurluq etməyə getməyindən heç kimin məlumatı olmamışdır və bu barədə heç kimə məlumat verməmişdir. Həmin vaxtı ətrafa baxdıqda orada heç kim olmamışdır. Oğurluq edən vaxtı orada və ətrafda heç kim olmamışdır. Onun əvvəlcədən Rəşad ilə hər hansı bir düşmənçiliyi və ədavəti olmamış, hazırda da yoxdur. Ona Hacıqabul RPŞ-də heç bir təzyiq və ya zor tətbiq edilməmişdir. Televizor, pult və rəqəmsal aparat, odeyal sahibi Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Onlar televizoru oğurlayarkən ekranı salamat olmuşdur. Ekranı kimin sındırmağını bilmir. Ailədə yeganə qazan gətirən şəxs olmasını, evli, öhdəsində iki azyaşlı uşağı olması, dəymiş maddi zərəri qismən ödəməsini nəzərə alaraq, ona yüngün cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs4 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, Hacıqabul şəhəri A.Dadaşov küçəsi ev 32-də daimi qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Müşfiqağa küçəsi ev 4-də yaşayır. O, əvvəllər Azərbaycan Respublikasının CM-nin 152 və 180-ci maddələri ilə məhkum olunmuşdur. 22 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı Hacıqabul şəhəri A.Dadaşov küçəsi 32 nömrəli evdə olan zaman Sabirabad rayonunda yaşayan tanışı X7 ona zəng etmiş və saat 20 radələrində onun yaşadığı evə gəlmişdir. O, Turalla birlikdə 23 oktyabr 2021-ci il tarixdə gecə vaxtı Zərərçəkmiş şəxs1 məxsus olan Hacıqabul şəhəri A.Dadaşov küçəsindəki evin işığının sönülü olduğunu, giriş darvazasının küçədən kilidləndiyini görüb evdə heç kim olmadığına əmin olmuşlar. O, Turalla birlikdə həmin evə oğurluq etmək üçün girmişlər. Evdən “Samsung” markalı televizoru, həmin televizorun pultunu və “Openbox” markalı rəqəmsal aparatı oğurlamışlar. Oğurladıqları əşyaları evdən götürdükləri odeyala bükmüşlər. Sonra Tural taksi saxladaraq Bakı şəhərinə gedəcəyini demişdir. Onlar oğurladıqları əşyaları taksi ilə Bakı şəhərinə aparmışlar. Taksi sürücüsü onu yaşadığı evə aparmadığı üçün “Lökbatan dairəsində” həmin taksidən düşüb başqa taksi ilə yaşadığı ünvan 5 ünvana getmişdir. 24 oktyabr 2021-ci il tarixdə isə televizor və rəqəmsal aparatı götürüb Hacıqabul şəhərinə gəlmiş və həmin televizor ilə rəqəmsal aparatı yaşadığı evin qarşısındakı yulğun kollarının arasında gizlətmişdir. Bundan başqa, onu işlədiyi Meyvəli Bazarından Qaradağ RPİ-nin 10-cu PB-nə apararaq, üstünə baxış keçirilmişdir. Onun üstündən heç nə aşkar edilməmişdir. Sonra isə onu 25.10.2021-ci il tarixdə Hacıqabul RPŞ-yə gətirmişlər. Hacıqabul RPŞ-də onun üstünə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş və axtarış aparılmışdır. Üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. O, oğurluq etməkdə özünü təqsirli bilir. Lakin narkotik maddə satmaqda təqsirli bilmir. Çünki, o, qonşusu Təqsirləndirilən şəxs2 narkotik maddə satmamışdır. Onunla aralarında ədavət və düşmənçilik yoxdur. O, xəstəliyi ilə bağlı psixotrop maddələr qəbul etsə də, Ramilə psixotrop maddə satmamışdır. Ona Hacıqabul RPŞ-də heç bir təzyiq və ya zor tətbiq edilməmişdir. Xəstə olmasını, anasının xəstəliyini, atasının vəfat etməsini nəzərə alaraq ona yüngün cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ünvan 3 fərdi yaşayış evi ona məxsusdur. O, hər gün saat 08 radələrində evdən çıxıb işə gedir və axşam saat 18 radələrində yaşadığı evə qayıdır. Sonuncu dəfə 22 oktyabr 2021-ci il tarixdə saat 16 radələrində yaşadığı evdən çıxaraq işə getmiş və həmin gün axşam saatlarında Hacıqabul rayonu Talış kəndinə atasının evinə gedib, gecəni orada qalmışdır. Növbəti gün, yəni 23 oktyabr 2021-ci il tarixdə saat 08 radələrində yaşadığı ünvan 3 fərdi yaşayış evinə gəldikdə, evin sağ kənarında yerləşən iki ədəd pəncərədəki torların və evin giriş qapısının sağında yerləşən pəncərədəki torun yerdə olduğunu və hər üç pəncərənin açıq olduğunu görmüşdür. O, evin giriş qapısını açarla açıb içəri daxil olduqda, qonaq otağında yerləşən «Samsung» markalı, plazma ekran, 82 mm diaqonallı televizorun, televizor pultunun, yanında olan «Openbuks» markalı rəqəmsal aparatın yerində olmadığını aşkar etmişdir. Evin yataq otağına keçdikdə isə çarpayının üzərindəki odeyalın yerində olmadığını görmüşdür. Həmin vaxt evinə oğurluğa girildiyini başa düşüb DİN 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Daha sonra yaşadığı evə polis əməkdaşları gəlmişlər və evinə baxış keçirmişlər. Sonra o, polis şöbəsinə getmiş və orada ərizə və izahat yazmışdır. Evindən oğurlanmış «Samsung» markalı televizorun və pultun ümumi dəyəri 500 manat, «Openbuks» markalı rəqəmsal aparatın dəyəri 35 manat, çarpayının üzərindəki odeyalın dəyəri isə 50 manat olmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 585 manat ziyan dəymişdir. İş üzrə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərildiyi kimi 230 manat maddi ziyan dəyməsi ilə razı deyildir. «Samsung» markalı televizor və pultu, «Openbuks» markalı rəqəmsal aparat və odeyal ona qaytarılsa da, telefvizorun ekpranı sınmış vəziyyətdə olduğuna görə istifadəyə yararsızdır. Odur ki, tərsirləndirilən şəxslərə qarşı şikayətçidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram vuraraq, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş zərərin əvəzinin ödənilmədiyini, üzürlü səbəblərdən məhkəməyə gələ bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, o, 2020-ci ilin may ayından ünvan 2 ünvanda yerləşən “3 Qardaş” adlı marketi icarə əsasında işlədir. Hər gün səhər 07:45-də marketi açır və axşam saat 23:45 radələrində bağlayır. 05.10.2021-ci il tarixdə saat 23:45 radələrində oğlu Seymur dükanı bağlayıb evə gəlmişdir. 06.10.2021-ci il tarixdə səhər 07:45 radələrində dükana açmaq üçün yaxınlaşdıqda görmüşdür ki, marketin qapısı açıqdır. Dükana daxil olduqda görmüşdür ki, işıqlar sönülüdür. Əvvəl elə başa düşmüşdür ki, oğlu Seymur qapını bağlamağı unutmuşdur. Buna görə də Seymura zəng etmişdir. Seymur isə bildirmişdir ki, qapını bağlamışdır. Bundan sonra başa düşmüşdür ki, marketdən oğurluq olmuş və qapıya diqqət etdikdə görmüşdür ki, qapının qıfılı sındırılmışdır. Marketdən müxtəlif kontorlar, siqaretlər və pul talanmışdır. Oğurluq zamanı marketdə vitrində olan bir blok 33 manat dəyərində “Vinston” markalı, bir blok 27 manat dəyərində “LD” markalı və bir blok 18 manat dəyərində “Argo” markalı siqaretlər talanmışdır. Bundan başqa divarda polkada qutunun içərisində olan 225 manat dəyərində 45 ədəd 5 manatlıq sim kontur, 90 manat dəyərində 30 ədəd 3 manatlıq sim kontur, 80 manat dəyərində 40 ədəd 2 manatlıq sim kontur, 53 manat dəyərində 53 ədəd 1 manatlıq sim kontur, 75 manat dəyərində 15 ədəd 5 manatlıq cin kontur, 60 manat dəyərində 20 ədəd 3 manatlıq cin kontur, 70 manat dəyərində 35 ədəd 2 manatlıq cin kontur, 30 manat dəyərində 30 ədəd 1 manatlıq cin kontur, 60 manat dəyərində 12 ədəd 5 manatlıq nar kontur, 40 manat dəyərində 20 ədəd 2 manatlıq nar kontur oğurlanmışdır. Bundan başqa polkada olan digər qutunun içərisində olan 340 manat nağd pul, soyuducunun üzərində olan qutunun içərisindəki 202 manat və onun yanında olan 24 manat nağd pul, bundan başqa çörəyin satışından qalan və ayrıca qoyduğu 40 manat nağd pul talanmışdır. 3 blokun siqaretin qiymətinin 78 manatdır, talanan kontorların ümumi məbləği 783 manat, nağd pul isə 606 manat olmuş, ona ümumilikdə 1467 manat maddi ziyan dəymişdir. Təhqiqat zamanı izahat verərkən həyəcanlı olmuşdur. Ona görə ki, ilk dəfə başına bu cür hadisə gəlmişdir. Buna görə də ola bilər ki, qiymətləri hesabladıqda səhv demişdir. Lakin hazırda dəqiq hesablamış və talanmış əmlakların növü və qiymətini ifadəsində düzgün qeyd etmişdir. 2021-ci ilin yay ayları ərzində Tural adlı şəxs dəfələrlə marketə gəlmiş və ondan şəkərbura almışdır. Hər dəfə müəyyən qədər pulu çatmamış və o, Tural adlı şəxsə güzəşt etmişdir. Hadisədən bir gün əvvəl də yəni 04.10.2021-ci il tarixdə oğlu Seymur gecə saat 03 radələrində Turalı marketin yaxınlığında oturduğunu görmüşdür. Tural ümumiyyətlə tüfeyli həyat tərzi keçirən şəxsdir. Buna görə də elə bu oğurluğu Turalın etdiyini düşünür. Talanan siqaretlər, kontor və pul onun özünə məxsus olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 əlavə ifadəsində göstərmişdir ki, iş üzrə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən qiymətlərlə razıdır və bununla bağlı heç bir etirazı yoxdur. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Hacıqabul RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkili işləyir. 23 oktyabr 2021-ci il tarixdə xidmətdə olarkən icraatına məlumat daxil olmuşdur ki, Hacıqabul şəhəri Nəsimi küçəsi ev 3 mənzil 4-də yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması ilə məşğul olur. Bu səbəbdən tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul olunmuşdur. Daha sonra həmin qərarın icra olunması ilə bağlı ondan və Hacıqabul RPŞ-nin NMQnun əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra Şahid2lə birlikdə Hacıqabul şəhəri Ü.Hacıbəyov küçəsinə getmiş və Təqsirləndirilən şəxs1 Hacıqabul RPŞ-yə dəvət etmişlər. Hacıqabul RPŞ-də Təqsirləndirilən şəxs1 Təhqiqat bölməsində vəkillərin siyahısı təqdim olun və onun seçdiyi vəkil Müdafiəçi1 dəvət edilmişdir. Vəkil Müdafiəçi1 və onların iştirakı ilə video çəkiliş vasitəsilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli qısaqol gödəkcəsinin döş cibindən iki ədəd kağız kəsiyi təqdim edərək, həmin bükümlərdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təqdim etdiyi psixotrop maddə metamfetaminləri tanışı Təqsirləndirilən şəxs2 adlı şəxsdən sonuncunun evində 10 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç bir qanunla qadağan olunmuş əşya və ya predmet, o cümlədən başqa psixotrop maddə və ya narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş iki ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. Həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs1, müdafiəçi və tərəflərindən imzalanmışdır. Bundan sonra təhqiqatçının göstərişi ilə əməliyyat tapşırığı əsasında Hacıqabul şəhəri Nəsimi küçəsi ev 3 mənzil 6-da yaşayan Təqsirləndirilən şəxs2 Hacıqabul şəhəri Ü.Hacıbəyov küçəsində saxlayaraq Hacıqabul RPŞ-yə gətirmişlər. Hacıqabul RPŞ-də Təqsirləndirilən şəxs2 vəkil Müdafiəçi2 ilə təmin edilmişdir. Vəkil Müdafiəçi2, onların iştirakı ilə video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ cibindən üç ədəd kağız büküm təqdim edərək, həmin bükümlərdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, 22 oktyabr 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs4 40 manata 8 ədəd bükümdə psixotrop maddə metamfetamin almışdır, həmin bükümlərini birini özü istifadə etmiş, iki ədədini tanımadığı şəxslərə satmış, iki ədəd bükümü 23 oktyabr 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 10 manata satmış, qalan bükümləri isə üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç bir qanunla qadağan olunmuş əşya və ya predmet, o cümlədən başqa psixotrop maddə və ya narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş üç ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. Həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs2, müdafiəçi və onlar tərəfindən imzalanmışdır. Bundan sonra icraatına daxil olmuş əməliyyat tapşırığı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri A.Dadaşov küçəsi ev 32-də qeydiyyatda olan Təqsirləndirilən şəxs4 25 oktyabr 2021-ci il tarixdə Hacıqabul şəhəri S.Vurğun küçəsində saxlayaraq Hacıqabul RPŞ-yə gətirmiş və RPŞ-nin İstintaq bölməsinə təhvil vermişlər. Daha sonra Təqsirləndirilən şəxs4 X7 ilə birlikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus olan ünvan 3 fərdi yaşayış evindən oğurluq etdikləri də məlum olmuşdur. Şahid Hacıqabul RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkili Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Şəxsi axtarış və götürmə barədə 23 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 23 oktyabr 2021-ci il tarixdə Hacıqabul rayon polis şöbəsinə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli qısaqol gödəkcənin sol ön cibindən iki ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə barədə 23 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 23 oktyabr 2021-ci il tarixdə Hacıqabul rayon polis şöbəsinə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ cibindən üç ədəd bükümlərdə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Baxış keçirilməsi haqqında 23 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 fərdi yaşayış evi Zərərçəkmiş şəxs1 məxsusdur. Baxış və götürmə aparılması haqqında 25 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 yaşadığı Hacıqabul şəhəri A.Dadaşov küçəsi 32 saylı evin qarşısında yolun digər tərəfində yulğun kolların arasından bir ədəd televizor, bir ədəd pult, bir ədəd rəqəmsal aparat və bir ədəd odeal aşkar olunaraq götürülmüşdür. İfadəsinin yerində yoxlanılması zamanı X7 ünvan 6 ünvanda yerləşən “3 Qardaş” mağazasına hansı qaydada daxil olduğunu göstərməklə istintaqa verdiyi ifadəsini hadisə yerində əyani göstərməklə təsdiq etmişdir. Aralarında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı tam təsdiq etmiş və üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminləri Təqsirləndirilən şəxs2 aldığını göstərmiş, Təqsirləndirilən şəxs2 da həmin xüsusatı təsdiq etmişdir. Aralarında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs4 üzünə qarşı tam təsdiq etmiş və üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminləri Təqsirləndirilən şəxs4 aldığını göstərmişdir. Aralarında keçirilmiş üzləşdirmə zamanı X7 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs4 isə X3 üzünə qarşı tam təsdiq etmiş və 23 oktyabr 2021-ci il tarixdə ünvan 3 fərdi yaşayış evinə birlikdə oğurluq məqsədilə daxil olduqlarını göstərmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23 oktyabr 2021-ci il tarixli 18/1072 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs1 üzərindən....” sözləri və imzalar olan kağız paketi açdıqda 02 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,182 qr, 0,097 qr, ümumi təmiz çəkisi-0,279 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri və imzalar olan kağız paketi açdıqda 03 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 0,108 qr, 0,120 qr, 0,131 qr, ümumi təmiz çəkisi - 0,359 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 yanvar 2022-ci il tarixli 9/9403 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 82 dioqanallı “Samsung” markalı televizorun 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 180 manat, televizor pultunun 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 5 manat, “openbox” markalı rəqəmsal aparatın 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 25 manat, qəhvəyi rəngli odealın 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 20 manat, malların ümumi dəyəri isə 230 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 22 fevral 2022-ci il tarixli 9/588 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 blok “Vinston” markalı siqaret 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 34 manat, 1 blok “LD” markalı siqaret 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 28 manat, 1 blok “Argo” markalı siqaret 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 18 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş daktiloskopik ekspertizasının 24 dekabr 2021-ci il tarixli 3/2031 nömrəli ekspert rəyində göstərilmişdir ki, ********* nömrəli cinayət işi ilə əlaqədar tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi, 2 saylı daktilolentin səthindəki ovuc izi, 3 saylı daktilolentin səthindəki əl-barmaq izi, 4 saylı daktilolentin səthindəki “a” və “b” əl-barmaq izləri, 5 saylı daktilolentin səthindəki papilyar naxış izi müqayisəli tədqiqat üçün yararlıdır. ********* nömrəli cinayət işi ilə əlaqədar tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs4 sağ əlinin böyük barmağından, 2 saylı daktilolentin səthindəki ovuc izi Zərərçəkmiş şəxs1 sol ovucundan, 3 saylı daktilolentin səthindəki əl-barmaq izi və 4 saylı daktilolentin səthindəki “a” və “b” əl-barmaq izləri Zərərçəkmiş şəxs1 sağ əlinin orta, sol əlinin adsız və çeçələ barmaqlarından qalmışdır. Tədqiqata təqdim edilmiş 5 saylı daktilolentin səthindəki papilyar naxış izi Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs4, X7 tərəfindən deyil, başqa şəxs tərəfindən qalmışdır. Tədqiqata təqdim edilmiş 3 saylı daktilolentin səthindəki papilyar naxış izləri, 4 saylı daktilolentin səthindəki papilyar naxış izi, 6-13 saylı daktilolentlərin səthlərindəki əl-barmaq, papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın 09 dekabr 2021-ci il tarixli 5002 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs2 İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın 16 dekabr 2021-ci il tarixli 5126 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs4 opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın 16 dekabr 2021-ci il tarixli 5138 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının 29 yanvar 2022-ci il tarixli 224 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs4 yüngül kəmağıllıq, davranış pozuntuları ilə aşkar edilir. Yoxlanılan şəxsdə müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Bu onun anlamaq imkanını kifayət qədər inkişafı ilə, praktiki həyata qarşı bələdliyi ilə, tənqidi imkanların kifayət qədər olması ilə təsdiq olunur. Buna görə də Təqsirləndirilən şəxs4 törətdiyi əmələ görə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, cinayət işi materiallarının və hazırkı psixiatrik müayinənin nəticələrinin təhlili belə nəticəyə gəlməyə imkan verir ki, Təqsirləndirilən şəxs4 müəyyən edilən yüngül kəmağıllıq, davranış pozuntuları ilə əlaqədar o, törətdiyi əməl zamanı öz məlinin faktiki xarakterini, ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs4 bu iş üzrə ifadə vermək iqtidarındadır, yəni psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətli hesab edilməlidir. Təqsirləndirilən şəxs4 əqli-intelektual imkanlarında gerilik əlamətləri, emosional iradi sferasında hövsələsizlik, emosional qeyri-sabitlik, davranışı üzərində iradi nəzarətin çatışmazlığı, dəyişkən əhval-ruhiyyəlilik müəyyən edilməklə davranış pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs4 qavrama proseslərinin normadan bir qədər aşağı olduğu, təfəkkürünün konkret tipli olmaqla təhlil-tərkib prosesslərində primitivlik, proqnozlaşdırma qabiliyyətinin zəif çıxış etməsi, mühakimələrində səthilik, maraq dairəsinin məhdud olması, mücərrəd anlayışları dərk etməkdə çətinlik çəkməsi, yaddaş proseslərində unutqanlıq, ixtiyari yaddaşın tam həcmdə olmaması və sair aşkar olunmaqla əqli inkişafında gerilik əlamətləri müəyyən edilir. Təqsirləndirilən şəxs4 qərarın təsviri hisəssində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs4 cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, affekt halında olmamışdır. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 05.11.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, X7 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 09.11.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Hüseynov X5 rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli 1(071)-75/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hacıqabul rayon Məhkəməsinin 24.12.2021-ci il tarixli 7(071)-36/2021 nömrəli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs2 Hacıqabul rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli 1(071)-75/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 05.11.2021-ci il tarixə çəkilməmiş qalan 02 il 04 ay 22 gün hissəsi 1 (bir) il azaldılmışdır. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 09.11.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Həsənov X6 rayon Məhkəməsinin 28.10.2013-cü il tarixli 1(071)-52/2013 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.07.2015-ci il tarixli 1(101)-510/2015 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 05 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən Hacıqabul rayon Məhkəməsinin 28.10.2013-cü il tarixli 1(071)- 52/2013 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152-ci maddəsinə əsasən təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 ay 14 gün hissəsi, yeni höum üzrə təyin edilən cəzaya qismən birləşdirilmiş, qəti olaraq 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 14.07.2020-ci il tarixli qərarı ilə 01 ay 01 gün vaxtından əvvəl şərti azad edilmiş və 14.08.2020-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs4 Hacıqabul rayon Məhkəməsinin 28.10.2013-cü il tarixli 1(071)-52/2013 nömrəli hökmü və Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.07.2015-ci il tarixli 1(101)-510/2015 nömrəli hökmü ilə yaranmış məhkumluqları ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 10.11.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Hacıqabul rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli 1(071)-126/2017 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 06.09.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, təqsirləndirilən şəxslərin özlərinin ifadələri, zərər çəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, eləcə də maddi sübutlar, iş materialinda olan DVD diskə əlavə edilmiş audio və video yazı və işdəki digər sənədlərlə Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, daşıma cinayətini, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma cinayətini, X3 qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək təkrarən yaşayış sahəsinə və başqa saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini, Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini və qanunsuz olaraq psixotrop maddəni əldə etmə və satma cinayətini törətmələri tamamilə sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi; Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi; X3 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri; Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə tövsif edilmişdir və onlar ittiham olunduqları maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxs4 özünü Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə təqsirli bilməməsini və Təqsirləndirilən şəxs2 metamfetamin satmadığına dair məhkəmə iclasında ifadəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşıyır və onun məsuliyyətdən kənarda qalmaq niyyəti güddüyünü təsdiq edir. Çünki, məhkəmə iclasında polis əməkdaşları və Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxsin üzünə qarşı onun Təqsirləndirilən şəxs2 narkotik vasitə olan metamfetamin satdığını söyləmişlər. X7 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib, ifadəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 işlətdiyi mağazadan oğurladığı malların dəyərinin daha az olmasını göstərsə də, məhkəmə qeyd edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır və iş materialları ilə tam təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti səmimi etiraf etməsini və əməlindən peşman olmasını cəza yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti səmimi etiraf etməsini və əməlindən peşman olmasını, evli olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Hacıqabul rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli 1(071)-75/2021 nömrəli hökmü ilə yaranmış məhkumluğu Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, X3 törətdiyi cinayəti qismən etiraf etməsini və əməlindən peşman olmasını, evli, öhdəsində iki azyaşlı uşağı olmasını, dəymiş zərərin qismən ödənilməsini cəza yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə X3 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs4 törətdiyi cinayəti qismən etiraf etməsini və əməlindən peşman olmasını, dəymiş zərərin qismən ödənilməsini, onun xəstəliyini cəza yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin residivi təhlükəli sayılır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli 23.10.2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-in 67.1-ci hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Hacıqabul rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli 1(071)-75/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən təyin olunmuş 02 il 05 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 23.10.2021-ci il tarixə çəkilməmiş qalan hissəsi, yəni 01 il 04 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 08 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, yeni hökm üzrə təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli və ona qəti cəza azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli 23.10.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. X3 cəza çəkmə müddətinin əvvəli 25.10.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. X3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs4 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilən cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli 25.10.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,388 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Samsung” markalı televizor, bir ədəd televizor pultu, bir ədəd “Openbox” markalı rəqəmsal aparat, bir ədəd qəhvəyi rəngli odealın sahibi - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın (zədələnmiş “Samsung” markalı televizorun dəyərinin) ödənilməsi ilə bağlı X4 və Təqsirləndirilən şəxs4 qarşı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın ödənilməsi ilə bağlı X4 qarşı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə aparılmış məhkəmə trasoloji və əmtəəşünaslıq ekspertizalarının dəyəri 61,29 manat, 50 manat və 50 manat olmaqla, cəmi 161,29 manat pul X7 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertizası tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkillərə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia veriliməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli 23.10.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Hacıqabul rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli 1(071)-75/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən təyin olunmuş 02 il 05 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının (Hacıqabul rayon Məhkəməsinin 24.12.2021-ci il tarixli 7(071)-36/2021 nömrəli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs2 Hacıqabul rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli 1(071)-75/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 05.11.2021-ci il tarixə çəkilməmiş qalan 02 il 04 ay 22 gün hissəsi 1 (bir) il azaldılmışdır) 23.10.2021-ci il tarixə çəkilməmiş qalan hissəsi, yəni 01 il 04 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 08 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, yeni hökm üzrə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin. Qəti olaraq Təqsirləndirilən şəxs2 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəza çəkmə müddətinin əvvəli 23.10.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. X7 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli 25.10.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq Təqsirləndirilən şəxs4 05 (beş) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 25.10.2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,388 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Samsung” markalı televizor, bir ədəd televizor pultu, bir ədəd “Openbox” markalı rəqəmsal aparat, bir ədəd qəhvəyi rəngli odealın sahibi - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın (zədələnmiş “Samsung” markalı televizorun dəyərinin) ödənilməsi ilə bağlı X4 və Təqsirləndirilən şəxs4 qarşı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın ödənilməsi ilə bağlı X4 qarşı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə aparılmış məhkəmə trasoloji və əmtəəşünaslıq ekspertizalarının dəyəri 61,29 manat, 50 manat və 50 manat olmaqla, cəmi 161,29 (yüz altmış bir manat iyirmi doqquz qəpik) manat pul X7 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 saata görə 210 (iki yüz) manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. X3 dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 məhkəməyədək icraat zamanı iştirak etdiyi 70 saata görə 420 (dörd yüz iyirmi) manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 manat olmaqla, cəmi 540 (beş yüz qırx) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi3 "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs4 dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 məhkəməyədək icraat zamanı iştirak etdiyi 70 saata görə 420 (dörd yüz iyirmi) manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 manat olmaqla, cəmi 540 (beş yüz qırx) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar