Məhkəmə qərarları › İş №1(071)-41/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-41/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-41/2024 12.09.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, "xxxx" MMC-nin X13 Filialının nümayəndəsi və rəisi X4 Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-cı il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2də “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgəsinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd, əvəzsiz olaraq oğurlamaq üçün xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs1 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yanına gələrək heç kimin onu görmədiyinə tam əmin olub evin ətrafına çəkilmiş daş hasardan aşmaqla həyətyanı sahəsinə qanunsuz daxil olduqdan sonra fərdi yaşayış evinin açıq olan pəncərəsindən evə qanunsuz olaraq daxil olmuş, evin birinci mərtəbəsində yerləşən yataq otağından 01 ədəd 20 manat dəyərində evi 1,8 metr, uzunluğu 1,9 metr olan aluminium materialdan hazırlanmış listi, 01 ədəd 45 manat dəyərində 07 litr su tutumuna malik latun materialdan hazırlanmış somavarı, həmin otaqla bitişik olan digər yataq otağından 04 ədəd bir manat nominallı pul əskinaslarını, 01 ədəd 30 manat dəyərində əl fanarını, evin giriş qapısı ilə üzbəüz olan digər yataq otağında yerləşən geyim dolabının içərisindən 01 ədəd 85 manat dəyərində qəhvəyi rəngli “Monkking” markalı çamadanı, həmin çamadanın içərisindəki 01 ədədi 25 manat olmaqla 05 ədəd ümumi dəyəri 125 manat olan cins şalvarları, həmin otaqda olan şüşəli dolabın içərisindən 01 ədəd 40 manat dəyərində Nokia 6303 markalı mobil telefonu, 01 ədəd 50 manat dəyərində Samsung Galaxy J1 mini markalı mobil telefonu, 01 ədəd 500 manat dəyərində X21 A9+ markalı planşeti, 01 ədəd 20 manat dəyərində yaşıl rəngli təsbehi, yataq otağına bitişik mətbəxdə divara yığılmış mətbəx mebellərinin içərisindən bir ədəd 30 manat dəyərində hər birinin sayı 06 ədəd olan yemək qaşığı, bıçaq və çəngəldən ibarət dəsti, 02 ədəd ümumi dəyəri 16 manat olan diametri 27 sm, dərinliyi isə 10 sm sarı rəngli qabları, 02 ədəd ümumi dəyəri 10 manat olan diametri 25 sm, dərinliyi 10 sm şəffaf rəngli plastik qabları, 01 ədəd 30 manat dəyərində biri digərinin içərisinə yığılan 07 ədəd qazanlardan ibarət qazan dəstini, 01 ədəd 13,8 manat dəyərində çay dəmləmək üçün nəzərdə tutulan çayniki, 17 ədəd ümumi dəyəri 8 manat olan 200 qram su tutumuna malik stəkanları, 01 ədəd 15 manat dəyərində qoz çəkmək üçün nəzərdə tutulan mətbəx alətini, hər birinin sayı 06 ədəd olan nəlbəki və stakandan ibarət 10 manat dəyərində qəhvə içmək üçün nəzərdə tutulan sarı rəngli dəsti, 01 ədəd stəkan və 01 ədəd nəlbəkidən ibarət 4 manat dəyərində qara rəngli dəsti, 06 ədəd ümumi dəyəri 5 manat olan uzunluğu 38 sm olan şişləri, 01 ədəd 50 manat dəyərində “X19” markalı ət çəkən maşını, 01 ədəd 8 manat dəyərində çəkisi 2 kq uzun formalı düyünü, 01 ədəd 16 manat dəyərində çəkisi 2 kq olan “Supersun” markalı yağı, 02 ədəd ümumi dəyəri 12,4 manat olan “Şah” markalı quru çayları, 01 ədəd 4 manat dəyərində çəkisi 2 kq olan “Azərşəkər” markalı kəllə qəndi, 01 ədəd 4,8 manat dəyərində çəkisi 3 kq olan şəkər tozunu, 01 ədəd 50 manat dəyərində olan çörək qızdırmaq üçün nəzərdə tutulan “Eurolux” markalı tosteri, evin ikinci mərtəbəsinə qalxmaq üçün nəzərdə tutulan pilləkanın qarşısında olan 01 ədəd 170 manat dəyərində qırmızı rəngli “Samsung 1500 W” markalı tozsoranı, evin ikinci mərbəsinin giriş qapısı ilə üzbəüz yerləşən yataq otağından 01 ədəd 150 manat dəyərində 73 sm, eni 54 sm, dərinliyi 20 sm olan “Paloma” markalı qara rəngli çamadanı, 01 ədəd 35 manat dəyərində uzunluğu 60 sm, eni 43 sm, dərinliyi 20 sm olan “X14” markalı qırmızı rəngli çamadanı, 03 ədəd ümumi dəyəri 15 manat olan podnisləri, 01 ədəd 15 manat dəyərində 5 litr su tutumuna malik çaydanı, 01 ədəd 25 manat dəyərində Samsung markalı DVD playeri, həmin otaqla bitişik olan digər otaqdan 01 ədəd 50 manat dəyərində yemək süfrəsini, 04 ədədhər birinin dəyəri 15 manat olan ümumilikdə 60 manat dəyərində yemək süfrəsini, 01 ədəd 10 manat dəyərində üzərində “Tovel set” sözləri yazılmış içərisində 02 ədəd açıq mavi rəngli dəsmallar olan dəsti, 01 ədəd 3 manat dəyərində qəhvəyi rəngli dəsmalı, 02 ədəd ümumi dəyəri 6 manat olan dəsmalları, 01 ədəd 15 manat dəyərində içərisində 3 ədəd sarı rəngli dəsmalları, 01 ədəd 15 manat dəyərind əiçərisində 2 ədəd qırmızı rəngli dəsmalları, 02 ədəd ümumi dəyəri 15 manat olan mavi rəngli dəsmalları, 01 ədəd 10 manat dəyərində “Altıntac” markalı yataq dəstini, 01 ədəd 10 manat dəyərində qırmızı rəngli yataq dəstini, 01 ədəd 10 manat dəyərində göy rəngli yataq dəstini, 01 ədəd 10 manat dəyərində qarışıq rəngli yataq dəstini, 03 ədəd ümumi dəyəri 15 manat olan yaylıqları, 04 ədəd ümumi dəyəri 20 manat olan şarfları, evin həyətində yerləşən köməkçi tikilinin içərisindəki hamam otağından 02 ədəd ümumi dəyəri 10 manat olan su krantlarını, həmin tikilinin qarşısından 01 ədəd 50 manat dəyərində bir təkərli əl arabasını oğurlamış, Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 1985 manat dəyərində əmlakı yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurlamışdır. Bundan başqa, o, özgəsinə məxsus əmlakı tamah məqsədilə hüquqazidd və əvəzsiz olaraq təkrar oğurlamaq üçün 06 noyabr 2023-cü il tarixdə saat 22 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X13 Filialının Hacıqabul şöbəsinə məxsus Hacıqabul şəhəri Xəqani küçəsində yerləşən rabitə dirəyinin yanına gəlib heç kimin onu görmədiyinə əmin olduqdan sonra əlində olan kəsici əşya ilə rabitə dirəyində olan 50 metr uzunluğunda 168,5 manat dəyərində TPP50x2 tipli kabelləri, yəni dövlət və ictimai əhəmiyyətli rabitə xətlərini kəsib aparmaqla oğurlamış, beləliklə zərərçəkmiş şəxsə 168,5 manat dəyərində əmlakı təkrar oğurlamışdır. Bundan başqa, o, özgəsinə məxsus əmlakı tamah məqsədilə hüquqazidd və əvəzsiz olaraq təkrar oğurlamaq üçün 08 noyabr 2023-cü il tarixdə saat 21 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X13 Filialının Hacıqabul şöbəsinə məxsus Hacıqabul şəhəri Koroğlu küçəsində yerləşən rabitə dirəyinin yanına gəlib heç kimin onu görmədiyinə əmin olduqdan sonra əlində olan kəsici əşya ilə rabitə dirəyində olan 110 metr uzunluğunda 370,7 manat dəyərində TPP50x2 tipli kabelləri, yəni dövlət və ictimai əhəmiyyətli rabitə xətlərini kəsib aparmaqla oğurlamış, beləliklə zərərçəkmiş şəxsə 370,7 manat dəyərində əmlakı təkrar oğurlamışdır. Bundan başqa, o, özgəsinə məxsus əmlakı tamah məqsədilə hüquqazidd və əvəzsiz olaraq təkrar oğurlamaq üçün 12 noyabr 2023-cü il tarixdə saat 22 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X13 Filialının Hacıqabul şöbəsinə məxsus Hacıqabul şəhəri Xətai küçəsində yerləşən rabitə dirəyinin yanına gəlib heç kimin onu görmədiyinə əmin olduqdan sonra əlində olan kəsici əşya ilə rabitə dirəyində olan 100 metr uzunluğunda 337 manat dəyərində TPP50x2 tipli kabelləri, yəni dövlət və ictimai əhəmiyyətli rabitə xətlərini kəsib aparmaqla oğurlamış, beləliklə zərərçəkmiş şəxsə 370,7 manat dəyərində əmlakı təkrar oğurlamışdır. Bundan başqa, o, özgəsinə məxsus əmlakı tamah məqsədilə hüquqazidd və əvəzsiz olaraq təkrar oğurlamaq üçün 15 noyabr 2023-cü il tarixdə saat 21 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X13 Filialının Hacıqabul şöbəsinə məxsus Hacıqabul şəhəri H.Həmidov küçəsində yerləşən rabitə dirəyinin yanına gəlib heç kimin onu görmədiyinə əmin olduqdan sonra əlində olan kəsici əşya ilə rabitə dirəyində olan 50 metr uzunluğunda 168,5 manat dəyərində TPP50x2 tipli kabelləri, yəni dövlət və ictimai əhəmiyyətli rabitə xətlərini kəsib aparmaqla oğurlamış, beləliklə zərərçəkmiş şəxsə 168,5 manat dəyərində əmlakı təkrar oğurlamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs1 atasının əmisinin həyat yoldaşıdır. Zərərçəkmiş şəxs1 ilə aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs1 qohum olduğu üçün onun yaşadığı evə qohum kimi gedibgəlmiş, evdə iş görmək lazım olduqda Zərərçəkmiş şəxs1 onu çağırırmış, o, Maralın lazım olan işlərini görmüş və qarşılığında Maral ona gördüyü işin haqqını vermişdir. Zərərçəkmiş şəxs1 arabir Bakı şəhərinə uşaqlarının yanına gedirmiş. 20 oktyabr 2023-cü il tarixdə təxminən saat 13 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı evin aşağı hissəsindən keçən küçədə piyada şəkildə hərəkət etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 məxsus evin giriş qapısında kilid olduğunu görmüş və onun Bakı şəhərinə uşaqlarının yanına getdiyini anlamışdır. O, Zərərçəkmiş şəxs1 evdə olmamasından istifadə edib evdə olan əşyaları oğurlamaq qərarına gəlmişdir. O, ətrafa nəzər salıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra hasara yaxın hissədə qumun üstünə çıxaraq rahat formada hasarı aşıb həyətə daxil olmuşdur. Evin içərisində və həyətdə başqa şəxslərin olmadığına əmin olmaq üçün həyətdə nar ağaclarının arası ilə bir az gəzmişdir. Həmin vaxt evin içərisində hər hansı şəxsin olmadığına tam əmin olmuşdur. Evin arxa hissəsinə keçən zaman pəncərənin açıq olduğunu görmüş və həmin pəncərədən evə daxil olmuşdur. Otağa daxil olan zaman pəncərənin qarşı tərəfində digər pəncərənin qarşısında aluminium materialından olan listin olduğunu görmüşdür. Həmin aluminium listi evə daxil olduğu pəncərənin qarşısına qoymuşdur. Daha sonra həmin hissədə olan təxminən 7 litr su tutumuna malik samovarı götürüb aluminium listin yanına qoymuşdur. Sonra həmin otaqdan birinci mərtəbənin qonaq otağına keçmişdir. Həmin otaqdan çıxıb sağ hissədə yerləşən digər otağa daxil olmuşdur. Otağın giriş hissəsində sağ tərəfdə yerləşən taxta dolabın içərisinə baxan zaman 4 ədəd 1 manatlıq pul əskinasları və 1 ədəd əl fanarını götürüb həmin əşyaları oğurladığı digər əşyaların yanına qoymuşdur. Bundan sonra qonaq otağına geri qayıdıb evin giriş qapısı ilə üzbəüz, yəni mətbəxin yanında olan yataq otağına daxil olmuşdur. Həmin otaqda olan geyim dolabının içərisinə baxan zaman qəhvəyi rəngli çamadanın olduğunu görmüş, çamadanı açıb içərisinə baxdıqda 2 ədəd cins şalvarın olmasını müəyyən etmişdir. Həmin şalvarları çamadanla birlikdə götürmüşdür. Orada olan güzgülü dolabın içərisinə baxdıqda 01 ədəd Nokia markalı mobil telefon, 02 ədəd Samsung markalı mobil telefonların və həmin telefonların yanında 01 ədəd yaşıl rəngli təsbehin olduğunu görmüş, həmin əşyaları oğurlayaraq əlində olan qəhvəyi rəngli çamadanın içərisinə qoymuşdur. Bundan sonra mətbəxə keçmiş, orada olan mebellərin içərisində qaşıq-bıçaq dəsti olan 01 ədəd göy rəngli qabın olduğunu görmüşdür. Həmin dəsti qəhvəyi rəngli çamadana qoymuşdur. Bundan sonra həmin hissədə olan 02 ədəd sarı rəngli qabları, 02 ədəd şəffaf rəngli plastik qabları, 01 ədəd qazan dəstini, 01 ədəd çayniki, stəkanları, 01 ədəd qırmızı rəngli mətbəx ləvazimatını, 02 ədəd nəlbəki və stəkan dəstlərini, çaşkaları, şişləri əlində olan çamadana qoymuşdur. Dolabın digər hissələrinə baxdıqda ərzaq məhsulları olan düyünün, yemək bişirmək üçün nəzərdə tutulan yağın, quru çayın, kəllə qəndin, şəkər tozunun və çörək qızdırmaq üçün nəzərdə tutulan 01 ədəd tosterin və 01 ədəd ət çəkən maşının olduğunu görmüşdür. Həmin vaxt mətbəxdən tapdığı sellofana qeyd etdiyi əşyaları yığıb qəhvəyi rəngli çamadanla birlikdə oğurladığı digər əşyaların yanına qoymuşdur. Daha sonra evin ikinci mərtəbəsində yerləşən qonaq otağına daxil olaraq 03 ədəd podnisi, 01 ədəd qara və 01 ədəd qırmızı rəngli çamadanları və 01 ədəd çaydanın olduğunu görmüşdür. O, götürdüyü çamadanları açıb içərisində olan köhnə paltarları yerə boşaltmış və üstünü ədyal ilə örtmüşdür. Bunu etməkdə məqsədi götürdüyü çamadanların içərisinə sataraq pul əldə edə biləcəyi əşyalar yığmaq olmuşdur. Bundan sonra həmin yataq dəsti ilə üzbəüz yerləşən taxtadan hazırlanan əşyalar yığmaq üçün nəzərdə tutulan dolabın üstündən 01 ədəd DVD-nin və 01 ədəd tozsoran olduğunu görmüşdür. DVD-ni, tozsoranı və çaydanı götürərək evin birinci mərtəbəsinə aparıb digər oğurladığı əşyaların yanına qoymuşdur. Bundan sonra digər otağa keçmiş və orada müxtəlif ev əşyaları yığılan dolabın olduğunu görmüşdür. Həmin dolabın içərisinə baxan zaman 5 ədəd süfrə, 02 ədəd mavi rəngli, 01 ədəd qəhvəyi rəngli, 02 ədəd ağ rəngli dəsmalların, 01 ədəd sarı rəngli dəsmal dəstinin, 01 ədəd qırmızı rəngli dəsmal dəstinin, 01 ədəd mavi rəngli dəsmal dəstinin, 04 ədəd yataq dəstinin, 03 ədəd yaylıq və 04 ədəd şarfların olduğunu görüb əlində olan çamadanlara həmin əşyaları yığaraq oğurladığı əşyaların olduğu yerə gəlmişdir. Bundan sonra həmin üç ədəd çamadanları hava qaraldıqdan sonra götürmək məqsədilə evin içərisində saxlayıb, alüminium listi özü ilə götürüb pəncərədən həyətə düşmüşdür. Alüminium listi həyətdə görünməyən yerdə qoymuşdur. Bu zaman həyətdə olan hamamın qapısının açıq olduğunu görmüşdür. Hamama daxil olaraq 02 ədəd su kranını açıb götürmüşdür. Bundan sonra həyətdə olan pilləkəni götürüb hasara qoymuş və pilləkənnin köməkliyi ilə ilə alüminium listi və 2 ədəd su krantını küçədə olan qumun üzərinə tullamışdır. Daha sonra hasarı aşaraq həmin əşyaları Hacıqabul şəhəri Ə.Vahid küçəsi ev 53-də yerləşən yaşadığı evə aparıb gizlətmişdir. Həmin günü yəni, 20 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində oğurlayaraq evin içərisində yığdığı əşyaları götürmək üçün təkrar Maralın yaşadığı evin həyətinin aşağı hissəsinə gəlmişdir. Hasardan aşaraq həyətə daxil olmuş və evin arxa hissəsində olan pəncərədən evə daxil olmuşdur. Əvvəldən oğurladığı 3 ədəd çamadanları və tozsoranları götürüb həyətin aşağı hissəsində hasarın yanına qoymuşdur. Sonra oğurladığı əşyaları rahat şəkildə aparmaq üçün evin həyətinə geri qayıdıb həyətdə olan əl arabasını götürüb küçəyə çıxmışdır. Qırmızı və qəhvəyi rəngli çamadanları hasardan keçirib əl arabasına qoymuş və Hacıqabul şəhəri Ə.Vahid küçəsi ev 53 ünvanında yerləşən yaşadığı evə aparmışdır. Qara rəngli çamadan və tozsoranlar isə həyətdə qalmışdır. Sonradan gəlib onları götürmüşdür. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 evindən oğrladığı krantları, alüminium list dəmiri və əl arabasını Hacıqabul şəhərində Rövşənə məxsus olan metal qəbulu məntəqəsinə gəlmiş və həmin əşyaları adını bilmədiyi metal qəbul edən şəxsə 22 manat pul müqabilində satmışdır. Bundan təxminən 10-15 gün sonra Zərərçəkmiş şəxs1 evindən oğruladığı 2 ədəd cins şalvarı bacısının həyat yoldaşı Rövşənə geyinmək üçün vermişdir. xx.xx.2023-cü il tarixdə azyaşlı oğlu X1 evindən oğurladığı DVD-ni bacısı X3 yaşadığı evə aparmışdır. O, yaşadığı evdə olan oğurlanmış əşyaları Hacıqabul RPŞ-nə təhvil vermişdir. Bundan başqa 6 noyabr 2023-cü il tarixdə Hacıqabul şəhərində özünə iş axtarmaq üçün gəzmişdir. Hacıqabul şəhəri Xəqani küçəsi ilə piyada şəkildə hərəkətdə olan zaman həmin küçədə yeni telefon xətlərinin çəkilməsini görmüşdür. Zərərçəkmiş şəxs1 məxsus əşyaları oğurladıqdan sonra həmin hadisədən bir xəbər çıxmadığı üçün törətdiyi hadisənin bilinmədiyi qənaətinə gəlib, yeni çəkilən telefon xətlərini oğurlamaq qərarına gəlmişdir. Belə düşünmüşdür ki, yeni çəkilən kabellərin içərisində çox mis olacaq və beləliklə yaxşı pul qazanacaq. Havanın qaralmasını gözləmək və kabelləri kəsmək üçün kəlbətin götürmək məqsədilə yaşadığı evə qayıtmışdır. Evdən kəlbətini götürüb ətrafda başqa şəxslərin olmaması üçün havanın qaralmasını gözləməyə başlamışdır. Təxminən saat 22 radələrində Hacıqabul şəhəri Xəqani küçəsində kabellərin çəkildiyi hissəyə gəlmişdir. Ətrafda başqa şəxslərin olmadığına tam əmin olduqdan sonra özü ilə birlikdə götürdüyü kəlbətinlə təxminən 50 metrə yaxın kabelləri kəsib onları halqa şəklinə gətirməklə çiyninə asaraq Hacıqabul şəhərində yerləşən “rus qəbiristanlığı” adlanan yerə gəlmişdir. Orada üzərində olan alışqanla od yandıraraq oğurladığı kabelləri həmin odun üzərinə atmışdır. Kabellərin üzərində olan plastik hissə əridikdən sonra ortaya çıxan misləri yığaraq yaşadığı evə gətirmiş və satmaq üçün gizlətmişdir. Təxminən 2 gündən sonra yəni 8 noyabr 2023-cü il tarixdə kabeli oğurlamasından kimsənin xəbər tutmadığı qənaətinə gəlmişdir. Buna görə də, yaşadığı küçədən bir az uzaq olan küçələrdə kabellərin çəkilibçəkilmədiyinə baxmaq üçün əvvəlcə Koroğlu küçəsinə getmişdir. Həmin küçədə yeni kabellərin çəkildiyini görmüş, onları oğurlamaq üçün yaşadığı evə qayıtmış və havanın qaralmasını gözləmişdir. Saat təxminən 21 radələrində yaşadığı evdən çıxıb Koroğlu küçəsinə doğru piyada hərəkət etmişdir. Ətrafda onu görən hər hansı şəxslərin olmadığına əmin olduqdan sonra özü ilə götürdüyü kəlbətinlə təxminən 100 metr uzunluğunda kabeli kəsərək “rus qəbiristanlığı” adlanan yerə gəlmişdir. Orada üzərində olan alışqanla od yandıraraq oğurladığı kabelləri həmin odun üzərinə atmışdır. Kabellərin üzərində olan plastik hissə əridikdən sonra ortya çıxan misləri yığaraq yaşadığı evə gətirmiş və oğurladığı digər misin yanına qoymuşdur. 12 noyabr 2023-cü il tarixdə törətdiyi oğurluq hadisələrindən heç bir xəbər çıxmadığı və pula ehtiyacı olduğu üçün yenidən kabel oğurlamaq qərarına gəlmişdir. Həmin gün günorta radələrində Koroğlu küçəsinə yaxın yerləşən Xətai küçəsinə tərəf gəlmişdir. Həmin küçədə kabellərin çəkilməsini görmüşdür. Bundan sonra həmin küçədə kabelləri oğurlamaq qərarına gələrək yaşadığı evə getmişdir. Təxminən saat 22 radələrində yaşadığı evdən çıxıb Hacıqabul şəhəri Xətai küçəsinə doğru piyada şəkildə hərəkət etmişdir. Özü ilə birlikdə gətirdiyi kəlbətinlə təxminən 100 metrə yaxın kabelləri kəsib “rus qəbiristanlığı” adlanan yerə gəlmişdir. Orada üzərində olan alışqanla od yandıraraq oğurladığı kabelləri həmin odun üzərinə atmışdır. Kabellərin üzərində olan plastik hissə əridikdən sonra ortya çıxan misləri yığaraq yaşadığı evə gətirmiş və oğurladığı digər misin yanına qoymuşdur. Ertəsi gün oğurladığı misləri satmaq üçün Hacıqabul şəhərində yerləşən əlvan metal qəbulu məntəqəsində Rövşən adlı şəxsə satmışdır. Satdığı mislərin çəkisi təxminən 5 kiloqram olmuş, buna görə Rövşən adlı şəxs ona 45 manat pul ödəmişdir. O, əldə etdiyi pulla bir sıra xərclərini ödəmiş, qalan hissəsi ilə ərzaq alıb yaşadığı evə gətirmişdir. Bu qaydada yaxşı pul qazanacağını zənn edib və törətdiyi hadisələrdən heç kimin xəbəri olmadığı qənaətinə gələrək 15 noyabr 2023-cü il tarixdə yenidən kabel oğuralmaq qərarına gəlmişdir. Hacıqabul şəhəri H.Həmidov küçəsində olan zaman həmin küçədə kabellərin çəkilməsini görmüş və həmin küçədən kabel oğurlamaq qərarına gəlmişdir. Yaşadığı evə geri qayıdıb havanın qaralmasını gözləmişdir. Təxminən saat 21 radələrində yaşadığı evdən çıxıb H.Həmidov küçəsinə gəlmişdir. Həmin küçədə özü ilə birlikdə gətirdiyi kəlbətinlə təxminən 50 metrə yaxın kabelləri kəsərək evə gətirib gizlətmişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onun Zərərçəkmiş şəxs1 məxsus evdə oğruluq etməkdə və Hacıqabul şəhəri ərazisində kabelləri oğurlmaqda şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra o, törətdiyi əməlləri etiraf etmiş və oğurlanan əşyaları könüllü təhvil vermişdir. O, oğurluq cinayətlərini təklikdə törətmiş, bu barədə heç kimə məlumat verməmişdir. Sonda təqsirləndirilən şəxs zərərçəmiş şəxs Zərərçəkmiş şəxs1 ilə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini, törətdiyi əməldən peşman olduğunu və onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla tək yaşayır. Ona məxsus olan 2 mərtəbəli evin 1-ci mərtəbəsində 1 qonaq otağı, 3 yataq otağı və mətbəx, 2-ci mərtəbədə isə 1 qonaq otağı və 3 yataq otağı var. 02 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhərində yaşayan qızının evinə qonaq getmişdir. Bakı şəhərinə getdiyi üçün hər zaman olduğu kimi evin qapılarını, pəncərələrini və darvazanı kilidləyib yola düşmüşdür. xx.xx.2023-cü il tarixdə isə qızının dəvəti ilə Rusiya Federasiyasının Samara şəhərinə getmişdir. xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasından Bakı şəhərinə, xx.xx.2023-cü il tarixdə isə Hacıqabul şəhərində yerləşən öz yaşadığı evə qayıtmışdır. Həmin gün evdən toy paltarlarını götürüb Bakı şəhərində baş tutacaq toy məclisində iştirak etmək üçün yenidən Bakı şəhərinə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən yaşadığı evə qayıtmışdır. Həmin gün saat 16 radələrində evin həyətini gəzməyə başlamış, evin arxa hissəsində pəncərənin açıq olduğunu görmüşdür. Pəncərəni bağlamaq üçün evə daxil olmuşdur. Həmin vaxt otağın içərisində pəncərənin qarşısına qoyduğu bir ədəd 45 manat dəyərində 7 litr su tutumuna malik samovarın yerində olmadığını aşkar etmişdir. Samovarı başqa yerə qoyduğunu zənn edib həyətyanı sahəyə təmizlik işləri görmək üçün qayıtmışdır. Həmin işləri görmək üçün ona əl arabası lazım olduğundan həyətdə olan köməkçi tikilinin qarşısında saxladığı və 1 il əvvəl 50 manata aldığı 01 ədəd təkərli əl arabasını götürmək üçün həyətyanı sahədə olan tikilinin qarşısına getmişdir. Həmin vaxt əl arabasının yerində olmadığını gördüyü üçün samovarın və əl arabasının oğurlandığı qənaətinə gəlib bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olan zaman aldığı əti çəkmək qərarına gəlmişdir. Buna görə də, mətbəxə daxil olub ərzaq məhsullarını yığdığı dolaba qoyduğu ət çəkən maşınını götürmək istəmişdir. Lakin dolaba baxan zaman 01 ədəd 50 manat dəyərində “X19” markalı ət çəkən maşının yerində olmadığını və oğurlandığını görmüşdür. Bundan sonra evindən digər əşyaların oğurlanıb-oğurlanmamasını müəyyən etmək üçün bütün əşyalarını yoxlamaq qərarına gəlmişdir. İlk öncə ət çəkən maşını qoyduğu yerə baxan zaman 01 ədəd 8 manat dəyərində 2 kiloqramlıq uzun formalı düyünün, 01 ədəd 16 manat dəyərində 2 kiloqramlıq Supersun markalı yağın, 02 ədəd ümumi dəyəri 12,4 manat olan Şah markalı quru çayların, 01 ədəd dəyəri 4 manat olan 2 kiloqramlıq Azərşəkər markalı kəllə qəndin, 01 ədəd 4,7 manat dəyərində çəkisi 3 kiloqram olan şəkər tozunun və qızının ona hədiyyə olaraq aldığı dəyəri 50 manat olan 01 ədəd çörək qızdırmaq üçün nəzərdə tutulan “Eurolux” markalı tosterin yerində olmadığını aşkar etmişdir. Bundan sonra mətbəxlə üzbəüz olan otağa daxil olmuşdur. Həmin otağa daxil olan zaman girişdən sağ hissədə qoyduğu eni 1,8 metr uzunluğu isə 1,9 metr olan dəyəri 20 manat 01 ədəd alüminium materialından hazırlanmış listin yerində olmadığını aşkar etmişdir. Digər yataq otağında yerləşən dolabın içərisinə baxan zaman 4 ədəd bir manatlıq nominallı pul əskinaslarının və dəyəri 30 manat olan 1 ədəd əl fanarının yerində olmadığını görmüşdür. Bundan sonra digər yataq otağına daxil olmuş və həmin otaqda olan geyim dolabının içərisinə baxan zaman oğlu üçün aldığı hər birinin qiyməti 25 manat ümumilikdə 125 manat dəyərində olan 5 ədəd cins şalvarların içərisində olduğu 1 ədəd 85 manat dəyərində olan qəhvəyi rəngli “Monkking” markalı çamadanın yerində olmadığını aşkar etmişdir. Orada olan digər dolaba baxan zaman dəyəri 40 manat olan 1 ədəd Nokia 6303 markalı mobil telefonun, dəyəri 50 manat olan 1 ədəd Samsung Galaxy J1 markalı mobil telefonun, dəyəri 500 manat olan 1 ədəd X21 A9+ markalı planşetin, dəyəri 20 manat olan 1 ədəd yaşıl rəngli təsbehin oğurlanmasını aşkar etmişdir. Həmin otaqdan çıxıb yenidən mətbəxə baxan zaman dolablara yığdığı hər birinin sayı 6 ədəd olan yemək qaşığı, bıçaq və çəngəldən ibarət olan 1 ədəd 30 manat dəyərində dəstin, ümumi dəyəri 16 manat məbləğində olan sarı rəngli qabların, ümumi dəyəri 10 manat olan şəffaf rəngli qabların, 7 ədəd qazandan ibarət olan 30 manat dəyərində qazan dəstinin, 01 ədəd 13,8 manat dəyərində olan çayinkin, 17 ədəd 8 manat dəyərində olan stəkanların, 01 ədəd 15 manat dəyərində olan qoz çəkmək üçün nəzərdə tutulmuş mətbəx alətinin, qəhvə içmək üçün nəzərdə tutulmuş 6 ədəd nəlbəki və stəkandan ibarət 10 manat dəyərində ağ rəngli dəstin, qəhvə içmək üçün nəzərdə tutulmuş 6 ədəd nəlbəki və stəkandan ibarət 10 manat dəyərində sarı rəngli dəstin, 1 ədəd nəlbəki və 1 ədəd stəkandan ibarət 4 manat dəyərində qara rəngli dəstin, dəyəri 5 manat olan 6 ədəd şişin oğurlanmasını aşkar etmişdir. Bundan sonra pilləkanın qarşısına qoyduğu 1 ədəd 170 manat dəyərində olan tozsoranın oğurlandığını aşkar etmişdir. Bundan sonra evin 2-ci mərtəbəsində olan yataq otağından 1 ədəd 150 manat dəyərində qara rəngli “Paloma” markalı çamadanın, 1 ədəd dəyəri 35 manat olan qırmızı rəngli “X14” çamadanının, 3 ədəd ümumi dəyəri 15 manat olan podnislərin, 1 ədəd 15 manat dəyəri olan çaydanın, 1 ədəd dəyəri 25 manat olan DVD-nin oğurlanmasını aşkar etmişdir. Daha sonra həmin otağa bitişik digər yataq otağına daxil olmuş və həmin otaqdan 1 ədəd 50 manat dəyərində yemək süfrəsinin, 4 ədəd hər birinin dəyəri 15 manat olmaqla ümumilikdə 60 manat dəyərində yemək süfrələrinin, üzərində “Towel set” sözləri yazılmış içərisində 2 ədəd açıq mavi rəngli dəsmallar olan 10 manat dəyərində 1 ədəd dəsmal dəstinin, 1 ədəd 3 manat dəyərində olan qəhvəyi rəngli dəsmalın, 2 ədəd ümumi dəyəri 6 manat olan dəsmalların, 15 manat dəyərində olan dəsmal dəstinin, 1 ədəd 15 manat dəyərində olan dəsmal dəstinin, 2 ədəd ümumi dəyəri 15 manat olan mavi rəngli dəsmalların, 1 ədəd 10 manat dəyərində göy rəngli yataq dəstinin, 1 ədəd 10 manat dəyərində qarışıq rəngli yataq dəstinin, 1 ədəd 10 manat dəyərində qırmızı rəngli yataq dəstinin, 3 ədəd ümumi dəyəri 15 manat olan yaylıqların, 4 ədəd ümumi dəyəri 20 manat olan şarfların oğurlanmasını aşkar etmişdir. Bundan sonra hamam otağına baxdıqda 2 ədəd su krantının oğurlanmasını aşkar etmişdir. Sonra Hacıqabul RPŞ-nə məlumat verərək əşyalarının oğurlandığını və ümumilikdə 1985 manat maddi ziyan dəydiyini bildirmişdir. Sonda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ondan heç bir şikayət, tələbinin olmamasını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin rəisi və nümayəndəsi qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdən etibarən "xxxx" MMC-nin X13 Filialının rəisi vəzifəsində işləyir. Vəzifə səlahiyyətlərinə uyğun olaraq "xxxx" MMC-nin X13 Filialına məxsus ərazilərdə telefon və internet xətlərinin çəkilməsinə və quraşdırılmasına nəzarət edir. Hacıqabul rayonu onun nəzarət etdiyi əraziyə daxildir. Vəzifəsinin icrasına başladığı vaxtdan etibarən "xxxx" MMC-nin X13 Filialının Hacıqabul şöbəsində mantyor işləyən işçilərin verdikləri məlumata əsasən 2023-cü ilin noyabr ayının əvvəlləri Hacıqabul şəhərində yerləşən H.Həmidov küçəsindən 50 metr, Xətai küçəsindən 100 metr, Koroğlu küçəsindən 110 metr, və Xəqani küçəsindən 50 metr olmaqla ümumilikdə 310 metr uzunluğundan kabellərin naməlum şəxs tərəfindən oğurlanmışdır. "xxxx" MMC-nin X13 Filialının Hacıqabul şöbəsinin sabiq baş mühəndisi Asif Məmmədov məktubla Hacıqabul RPŞ-nə müraciət edərək qeyd olunan küçələrdən TPP tipli 50x2 ölçüdə ümumilikdə 310 metr kabellərin naməlum şəxs tərəfindən oğurlandığını və ümumilikdə 1045 manat maddi ziyan vurulduğunu bildirmişdir. O, "xxxx" MMC-nin X13 Filialının rəhbərliyi tərəfindən səlahiyyətli nümayəndə qismində təyin olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, "xxxx" MMC-nin X13 Filialının Hacıqabul şöbəsində mantyor vəzifəsində işləyir. Hacıqabul şəhərinin H.Həmidov, H.Z.Tağıyev, Ə.Vahid, C.Cabbarlı və M.Əsədov küçələrində dirəklərə quraşdırılmış abonent qutularına birləşdirilmiş kabellərin sazlığına və işlək vəziyyətdə olmasına nəzarət edir. Hazırda həmin küçələrdə telefon və internet xətləri dəyişdirilərək yeni standartlara uyğun optik kabellərlə əvəz edilmişdir. O, nəzarətində olan küçələrdə quraşdırılmış abonent qutularına həftə ərzində ən azı 1-2 dəfə nəzarət edir. 2023-cü ilin noyabr ayının əvvəlləri Hacıqabul şəhəri Xəqani küçəsində dirəklərə quraşdırılmış abonent qutularına nəzarət edən zaman vətəndaşlara məxsus xətlərin işləmədiyini aşkar etmişdir. Həmin xətlətin nə üçün işləmədiyini müəyyən etmək məqsədilə abonent dirəklərinə birləşən xətlərə baxmışdır. Həmin vaxt dirəklərdən abonent qutularına birləşən 50 metr uzunluğunda TPP 50x2 markalı kabel xəttinin kəsilərək oğurlandığını aşkar etmişdir. Bu barədə dərhal baş mühəndis Asif Həsənova məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Əkbər oğlu ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Hacıqabul şəhəri M.Əsədov küçəsində özünə məxsus əlvan metal qəbulu məntəqəsində işləyir. Qəbul məntəqəsində gün ərzində özü olur və gələn dəmirləri özü qəbul edir. 2023-cü ilin oktyabr ayının sonları 1 nəfər tanımadığı şəxsin məntəqəyə gəldiyini görmüşdür. Həmin şəxs ona yaxınlaşaraq su krantları, aluminium list və əl arabasını ona satmaq istədiyini bildirmişdir. O, həmin şəxsin kim olduğunu və həmin əşyaların haradan aldığını soruşduqda, ona adının Təqsirləndirilən şəxs olduğunu və yaşadığı evi yeni təmir etdiyini, təmirdən sonra qalan istifadə edilmiş 2 ədəd su krantlarını, 1 ədəd aluminium listi və 1 ədəd əl arabasını satmaq istədiyini bildirmişdir. O, Elşadın dediklərinə inanıb qeyd edilən əşyaları alaraq qarşılığında 22 manat pul vermişdir. 2023cü ilin noyabr ayının ortaları Təqsirləndirilən şəxs təkrar ona məxsus qəbul məntəsinə gəldiyini görmüşdür. Həmin vaxt Elşad onda mis olduğunu və satmaq istədiyini bildirmişdir. O, Elşaddan misləri hardan əldə etdiyini soruşduqda sonuncu həmin misləri evində olan köhnə kabellərdən əldə etdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs 5 kq mis alıb, əvəzində 45 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona təhvil verdiyi əşyaların oğurluq olmasından xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun keçmiş qaynıdır. O, Təqsirləndirilən şəxs bacısı Aidə İbrahimova ilə 2003-cü ildə ailə həyatı qurmuş, 2022-ci ildə hər ikisinin razılığı ilə boşanmışlar. Hazırda Hacıqabul şəhəri ərazisində ev təmiri işləri ilə məşğul olur. Təxminən 10 noyabr 2023-cü il tarixdə saat 11 radələrində Elşadla birlikdə Hacıqabul şəhərində təmir etdikləri evdən çıxıb yaşadıqları evə gəlmişlər. Təqsirləndirilən şəxs Hacıqabul şəhəri Ə.Vahid küçəsi ev 53 ünvanında yaşadığı evin qarşısında olarkən Təqsirləndirilən şəxs ona yaşadığı evdə özünə məxsus olan 2 ədəd cins şalvar olduğunu, həmin şalvarların əyninə olmadığını, ona təmir zamanı geyinmək üçün vermək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxsla razılaşmış və sonuncu ona 1 ədəd göy və 1 ədəd qara rəngli şalvar vermişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs həmin şalvarların haradan aldığını soruşmuş, Təqsirləndirilən şəxs həmin şalvarların ona pay verildiyini bildirmişdir. xx.xx.2023-cüi il tarixdə Hacıqabul RPŞ-nin əməkdaşları onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs ona verdiyi şalvarların oğurluq olduğunu bildirmişdir. Bundan sonra o, həmin şalvarları polis şöbəsinə təhvil vermişdir. Təqsirləndirilən şəxs ona verdiyi 2 ədəd şalvarın oğurluq olmasından xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun atasıdır. 2023-cü ilin noyabr ayının sonlarında yaşadığı evdə olan zaman qonaq otağında qara rəngli DVD-nin olduğunu görmüşdür. O, həmin DVD-ni qardaşının qonaqlıq görüntülərinə baxmaq üçün bibisi Şahid8 evinə aparmışdır. Ertəsi gün atası Təqsirləndirilən şəxs DVD-nin harda olmasını ondan soruşmuş, o, DVD-ni bibisi Şahid8 yaşadığı evə apardığını bildirmişdir. xx.xx.2023-cü il tarixdı polis əməkdaşları onların evinə gələn zaman həmin DVD-nin oğurluq olmasını bilmiş, bibisi N.Hzəiyeva həmin DVD-ni polis şöbəsinə təhvil vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanıdır. Baxış zamanı N.İbrəhimova yaşadığı evin arxa hissəsində yerləşən pəncərəni göstərək oradan otağa naməlum şəxsin keçib oğurluq etdiyini göstərdi. Baxış zamanı hadisə yerinin fotoşəkili çəkilmişdir. "xxxx" MMC-nin X13 Filialının Hacıqabul şöbəsindən daxil olmuş 9/270 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Hacıqabul şəhəri Xətai, Koroğlu və Xəqani küçələrindən kabellərin oğurlanması nəticəsində şöbəyə 1045 manat məbləğində ziyan dəymişdir. “zərərçəkmiş şəxs qismində tanınma haqqında” 1562 saylı xx.xx.2023-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-nin X13 Filialı zərərçəkmiş şəxs qismində tanınmışdır. “zərərçəkmiş şəxs qismində tanınma haqqında” 1577 saylı xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:50-dən azadlığı faktiki məhdudlaşdırılmaqla, saat 18:10-da Hacıqabul RPŞ-nin inzibati binasında şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb edilmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Hacıqabul rayon məhkəməsinin 4(071)114-2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Xəlil Aslanov tərəfindən tərtib edilmiş raportdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus mənzildən oğurladığı əşyaların və Hacıqabul şəhərinin müxətlif küçələrindən oğrladığı kabellərin bir qismini Hacıqabul şəhər sakini Şahid4 satması, Zərərçəkmiş şəxs1 məxsus mənzildən oğurladığı 02 ədəd cins şalvarın bacısının keçmiş əri Şahid5 pay verməsi, oğlu Şahid6 isə oğurlanmış DVD-ni bacısı Nisə İbrahimovaya məxsus yaşayış evinə aparması, qeyd edilən şəxslərin əldə etdikləri əşyaların oğurluq olmasından məlumatlarının və cinayət əməllərinin törədilməsində iştiraklarının olmadığı müəyyən edilmişdir. Hacıqabul rayon İHB-nın Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İbrahimov X6 şəhəri M.Müşviq küçəsi ev 162 ünvanında ailə üzvləri – həyat yoldaşı X5, övladları – 2005-ci il təvəllüdlü X8, 2007-ci il təvəllüdlü X9, 2008-ci il təvəllüdlü Şahid6 ilə birlikdə yaşayır. Hacıqabul rayon İHB-nın Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Zərərçəlmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən məhkəmə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət, tələbi yoxdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/9629 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotocədvəllərdə göstərilən 45 adda malların 2023-cü il noyabr ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1319 manat müəyyən olunur. Digər 04 adda mallar haqqında kifayət qədər ətraflı məlumar olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/139 saylı rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanında yerləşən evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 06 ədəd kağız parçasının üzərinə yapışdırılmış 06 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərində 01 ədəd əl barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl izi Təqsirləndirilən şəxs sol əlinin böyük barmağı ilə eynilik müəyyən edilmişdir. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə elan olunmuş ittihama əlavə və dəyişiklik edilərək o, həmin Məcəllənin 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Cinayət işinin materiallarından görünür ki, oğurlanmış əmlakın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən qeyd edilmiş dəyəri ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən dəyəri arasında ziddiyyət mövcuddur. Belə ki, Zərərçəkmiş şəxs1 tərəfindən ona məxsus mənzildən oğurlanmış əmlakın dəyəri ekspert rəyində 1319 manat göstərilsə də, zərər çəkmiş şəxs tərəfindən həmin əmlakın dəyəri 1985 manat göstərilmişdir. Məhkəmə hesab edir ki, ekspertiza rəyində mənzildən oğurlanmış əmlakın qiyməti müəyyən edilərkən birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan və reklam mənbələrindən istifadə edildiyinə, zərər çəkmiş şəxs isə oğurlanmış əşyanın dəyərini hər hansı rəsmi mənbələrdən istifadə etmədən təxmini qiymətləndirdiyindən, oğurlanmış əmlakın dəyəri müəyyən edilərkən ekspertiza rəyində göstərilən ümumi qiymət, yəni 1319 manat əsas götürülməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdildiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Plenum Qərarının 17-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Plenum Qərarının 18-ci bəndinə əsasən şəxs tövsifedici əlamətlər olmadan özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Plenum Qərarının 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Plenum Qərarının 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də, daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Məhkəmə onu da, qeyd edir ki, təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərində oğurluq həmin xətlər dövlət və ictimai əhəmiyyətli olduğu hallarda Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətləri o halda dövlət və yə ictimai əhəmiyyətli sayılır ki, həmin xətlərin mülkiyyətçisi dövlət və ya yerli özünüidarə orqanı olsun, yaxud belə xətlər xüsusi mülkiyyətdə olsa da, yerli əhalinin və ya bir çox insanın tələbatını ödəmiş olsun. Hazır ki, cinayət işində Təqsirləndirilən şəxs tərəfindən talanmış rabitə xətləri dövlətin mülkiyyətində olmuş və Hacıqabul şəhər sakinlərinin tələbatlarını ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin oğurluq cinayət əməlini törətməsi özünün etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3, 177.2.3-2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Onun qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmançılıq hissi keçirməsini, himayəsində azyaşlı uşaqların olmasını və yaşayış yerində müsbət xarakterizə edilməsini, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır (59.1.4, 59.1.14, 59.2). Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni yaşayış sahəsinə qanunsuz daxil olması, habelə təkrarən dövlət və ya ictimai əhəmiyyətli rabitə xətlərinə münasibətdə oğurluq etməsi, şəxsiyyəti nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı aşağı həddə təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Hacıqabul rayon məhkəməsinin 4(071)114-2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli barəsində tutulma tətbiq edildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan əlavə, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 15 (on beş) saata görə 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 30 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 15 (on beş) saata görə 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar