Məhkəmə qərarları › İş №1(071)-41/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-41/2025

05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-41/2025 05.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxs və mülki cavabdeh – Təqsirləndirilən şəxs və müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1971-ci ildə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan hal-hazırda barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzində işlədiyini bildirib qulluq mövqeyindən istifadə etməklə sonuncunun qardaşı qızı Bahar adlı şəxsi işlədiyi mərkəzdə dezinfektor vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 2019-cu ildə istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda sonuncunun həmin vaxt yaşadığı ünvan 2 ünvanda 5500 (beş min beş yüz) manat nağd pul vəsaitini şəxsən əldə etməklə, zərərçəkmiş şəxsə məxsus xeyli miqdar təşkil edən 5500 (beş min beş yüz) manat nağd pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq təkrar öz mülkiyyətinə keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzində işlədiyini bildirib qulluq mövqeyindən istifadə etməklə sonuncunu işlədiyi mərkəzdə baş təlimatçı vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2023-cü ilin fevral ayının sonları istintaqa dəqiq məlum olmayan vaxtda Hacıqabul şəhərində yerləşən Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzinin inzibati binasında 2900 (iki min doqquz yüz) manat nağd pul vəsaitini şəxsən əldə etməklə, zərərçəkmiş şəxsə məxsus 2900 (iki min doqquz yüz) manat nağd pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmək yolu ilə ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq təkrar öz mülkiyyətinə keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Hacıqabul rayon Gigiyena və Epidemiologiya Mərkəzində işlədiyini bildirib qulluq mövqeyindən istifadə etməklə sonuncunun qardaşı oğlu Şahid1 işlədiyi mərkəzdə işlə təmin edəcəyinə dair yalan vəd verib aldadaraq 29 avqust 2023-cü ildə istintaqa dəqiq məlum olmayan vaxtda Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində kirayədə yaşadığı mənzildə 2000 (iki min) manat nağd pul vəsaitini şəxsən əldə etməklə, zərərçəkmiş şəxsə məxsus 2000 (iki min) manat nağd pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq təkrar öz mülkiyyətinə keçirmək niyyəti ilə X2 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzində işlədiyini bildirib qulluq mövqeyindən istifadə etməklə sonuncunu işlədiyi mərkəzdə təlimatçı-dezinfektor vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 16 avqust 2024-cü il tarixdə, saat 13 radələrində Hacıqabul şəhərində yerləşən Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzinin inzibati binasında 3000 (üç min) manat nağd pul vəsaitini şəxsən əldə etməklə, zərərçəkmiş şəxsə məxsus 3000 (üç min) manat nağd pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq təkrar öz mülkiyyətinə keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzində işlədiyini bildirib qulluq mövqeyindən istifadə etməklə sonuncunu işlədiyi mərkəzdə təlimatçı vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2024-cü ilin avqust ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Hacıqabul şəhərində yerləşən Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzinin yaxınlığında 1300 (min üç yüz) manat nağd pul vəsaitini şəxsən əldə etməklə, zərərçəkmiş şəxsə məxsus 1300 (min üç yüz) manat nağd pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib təkrar dələduzluq etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olumuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs1 Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzində birlikdə işlədikləri üçün əvvəldən tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Belə ki, Sonaxanım 1991-ci il tarixdən 2019-cu il tarixədək, Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzində əvvəlcə dezinfektor, daha sonra təlimatçı vəzifəsində işləmişdir. 2019-cu il tarixdən təqaüdə çıxmışdır. Sonaxanımla münasibətləri daim yaxşı olmuşdur. Qəbul edir ki, Sonaxanımdan 2019-cu ildə 5500 manat pul götürmüş, həmin vəsaitin 2000 manatını onun qohumunu Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzinə işə düzəltmək adı altında aldadaraq, qalan hissəsini isə borc niyyəti ilə almışdır. Hazırda Sonaxanımla barışmış və ona olan borcunu tam şəkildə ödəmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs2 münasibətdə bildirmişdir ki, onu Hacıqabul şəhər sakini olduğundan əvvəldən tanıyır, aralarında əvvəllər heç bir ədavət və ya düşmənçilik olmamışdır. 2023-cü ilin fevral ayında Cavidin mərkəzə gəlməsini görmüş, Cavidi tanıdığı üçün ona yaxınlaşıb nə üçün gəldiyini soruşmuşdur. Cavid ona uzun müddətdir ki, işsiz olduğunu, mərkəzə işə düzəlmək istədiyini bildirmişdir. O, Caviddən mobil nömrəsini götürərək, əlaqə saxlayacağını bildirmişdir. Ertəsi gün istifadəsində olan mobil telefonla “Whatsapp” vasitəsi ilə Cavidə zəng edərək, onu Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzində baş təlimatçı vəzifəsinə təyin etdirə biləcəyini, lakin xərcinin çıxacağını bildirmişdir. Bunu deməkdə məqsədi xəstəliyi ilə bağlı pula ehtiyacı olduğundan pulu ələ keçirib müalicəsinə sərf etmək olmuşdur. Həmin vaxt Cavid onunla razılaşmışdır. Bundan sonra Cavidlə Hacıqabul şəhərində görüşmüşlər. O, Cavidə Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzində baş təlimatçı vəzifəsinə işə düzəlməyi müqabilində 3000 (üç min) manat pula ehtiyac olacağını bildirmişdir. Cavid, onunla razılaşmışdır. O, Cavidə 2023-cü ilin mart ayında maaş kartını ad günü hədiyyəsi olaraq ona təqdim edəcəyini vəd etmişdir. Cavid, onun verdiyi vədə həm də, Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzində işləməyinə inanıb, həmin gün, yəni 2023-cü ilin fevral ayında 2900 manat pulu vermişdir. Bundan sonra o, Cavidə xəbər edəcəyini bildirmişdir. Bir neçə dəfə Cavid onunla əlaqə saxlayıb işinin nə yerdə qaldığını soruşmuş o, isə hər dəfəsində işin düzəldiyini sadəcə olaraq bir-iki kiçik məsələlərin qaldığını bildirmişdir. 2024-cü ilin noyabr ayının əvvəlləri Cavid işinin nə yerdə qalması ilə bağlı bir neçə dəfə onunla telefon əlaqəsi saxlamışdır. O, bu dəfə də işin düzəlməyinə az qaldığını və səbrli olmağını bildirmişdir. Lakin, Cavid onun Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzində tutduğu vəzifədən azad edildiyini öyrəndiyindən ona zəng edərək, pulunu qaytarmasını istəmişdir. Lakin, pulu öz ehtiyacları üçün xərclədiyindən Cavidə yalan danışaraq pulu verməkdən yayınmışdır. Daha sonra öyrənmişdir ki, Cavid onun barəsində Hacıqabul rayon Polis Şöbəsinə müraciət etmişdir. O, həmçinin ifadəsində Zərərçəkmiş şəxs2 dəymiş zərəri tam şəkildə ödəməsini və onunla barışmasını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs3 münasibətdə bildirmişdir ki, onu 3 ilə yaxındır ki, tanıyır. Belə ki, onun oğlu X1 təxminən 3 ilə yaxındır ki, Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzində işləmişdir. 2023cü ilin avqust ayında Elnarə söhbət əsnasında qardaşı oğlu Şahid1 işsiz olduğunu, harasa işə düzəldə bilib-bilməyəcəyini ondan soruşduqda o, yalandan Elnarəyə bunun mümkün olduğunu və 2000 manat pulun müqabilində onun qohumunu işlədiyi Hacıqabul Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzində işə düzəldəcəyini vəd vermiş, lakin konkret olaraq nə işinə düzəldəcəyi barədə deməmişdir. Həmin vaxtlar onun maddi cəhətdən sıxıtısı olduğundan belə addım atmağa qərarlaşmışdır. 2023-cü ilin avqust ayının 29-da Elnarə onun kirayə yaşadığı evə tək gəlmişdir. O, Elnarəni qarşılamış, evdə tək olmuşdur. Mənzildə Elnarə ona 2000 manat pul vermiş, oda həmin pulu götürmüş və qardaşı oğlu Məhəmmədəlinin 2023-cü ilin oktyabr ayının sonuna qədər işə qəbul olunacağının vədini vermişdir. Buna baxmayaraq o, 2000 manat pulu öz xeyrinə xərcləmişdir. Sonradan isə Məhəmmədəlinin işə düzəlməməsini görüb, Elnarə ondan şübhələnmiş və pulu geri tələb etməyə başlamışdır. Oda Elnarəyə pulu hissə-hissə qaytaracağını demişdir. 2024-cü ilin may-iyun aylarında Elnarə ilə Şirvan şəhərində görüşüb ümumilikdə 1100 manat pulu əlbəəl geri qaytarmış, lakin 900 manat pulu isə qaytara bilməmişdir. Sonradan isə həmin 900 manat pulu verə bilməmişdir. O, qeyd etdiyi vəzifədə işləyərkən onun işə düzəltmək kimi səlahiyyəti olmamışdır. Bu işdə ona heç köməklik etməmiş və o bu barədə heç kimə, rəhbərinə də bir söz deməmişdir. Məhəmmədəlinin iş yerinə gəlməyi ilə işçilərə ailəvi dostu olduğunu demişdir. O, həmin puldan başqa Elnarədən başqa heç bir sənəd və yaxud maddi nemət almamışdır. Həmin puldan da qeyd etdiyi kimi heç kimə verməmişdir. Hazırda Elnarəyə verməli olduğu 900 manat puluda qaytarmış və vurduğu zərəri tamamilə ödəmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs4 münasibətdə bildirmişdir ki, Zərərçəkmiş şəxs4 əvvəldən tanımamış, aralarında əvvəllər heç bir ədavət və ya düşmənçilik olmamışdır. Bir gün işdə olan zaman Zərərçəkmiş şəxs4 Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzində işə düzəlmək istədiyini öyrənmişdir. Bu səbəbdən Rahilənin istifadəsində olan mobil nömrəni taparaq onunla əlaqə saxlamışdır. Rahilə ilə əlaqə saxlamaqda məqsədi onu işə düzəltmək adı pulunu əldə edib şəxsi pul ehtiyaclarını qarşılamaqdır. Bunun üçün Rahilə ilə əlaqə saxlayaraq onu Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzində dezinfetor vəzifəsinə işə düzəldə biləcəyini bildirmiş və Rahiləni işlədiyi mərkəzdə görüşməyə dəvət etmişdir. 2023cü ilin avqust ayının ortaları Rahilə anası Qızqayıd ilə birlikdə işlədiyi mərkəzə gələrək, onunla mərkəzin həyətində görüşmüşlər. O, Rahiləyə dezinfetor vəzifəsinə işə düzəlməyin qarşılığında 3000 manat xərcinin çıxacağını bildirmişdir. Rahilə həmin vaxt onunla razılaşmış və 1 gün içərisində 3000 manat pulu ona verəcəyini bildirmişdir. Ertəsi gün Rahilə anası Qızqayıdla birlikdə işlədiyi mərkəzə gəlib onunla görüşmüş və ona əlbəəl 3000 manat pul vermişdir. O, həmin pulu aldıqdan sonra Rahiləyə növbəti ayın 1-dən işə düzələcəyini vəd etmiş və ondan xəbər gözləməsini bildirmişdir. Rahilədən aldığı 3000 manat pulu öz şəxsi xərclərinə istifadə etmişdir. Bu müddət ərzində Rahiləni işə düzəltmək üçün hər hansı iş görməmiş və hər hansı şəxslə əlaqə saxlamamışdır. Hər dəfə Rahilə onunla əlaqə saxlayaraq işinin nə yerdə qaldığını soruşur və o, hər dəfəsində Rahiləyə səbrli olmasını bildirmişdir. Bu hal təxminən 2024-cü ilin iyul ayına qədər davam etmişdir. 2024-cü ilin iyul ayında Rahilə onunla əlaqə saxlayaraq onu aldatdığını anladığını, pulunu geri qaytarmasını istəmişdir. Lakin, o maddi imkanı yaxşı olmadığı üçün Rahiləyə aldığı 3000 manat pulu geri qaytara bilməyəcəyini bildirmişdir. Bundan sonra Rahilə onun barəsində aidiyyəti orqanlara şikayət etmişdir. Hazırda 2024-cü ilin sentyabr ayında Rahilədən aldığı 3000 manat pulu ödəmiş, ona dəymiş ziyanı tamamilə aradan qaldırmışdır. Buna baxmayaraq Rəhilə ondan həmin vəsait üçün ödədiyi kredit faizlərini tələb edir, bunun üçün onra qarşı qaldırılmış mülki iddia tələbini qismən etiraf edir və gələcəkdə hissə-hissə 431 manat iddia tələbini ödəməyə hazırdır. Mülki iddia ilə bağlı razılaşmaqla zərərçəkmiş şəxs Rəhilə Vəliyeva ilə barışmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs5 münasibətdə bildirmişdir ki, onu əvvəldən tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Təxminən 2024-cü ilin avqust ayının əvvəlləri Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzində işdə olan zaman Zərərçəkmiş şəxs5 mərkəzə gəldiyini görmüşdür. Amiddən nə üçün mərkəzə gəldiyini soruşduqda, ona mərkəzdə təlimatçı vəzifəsinə işə düzəlmək istədiyi üçün gəldiyini bildirmişdir. Həmin vaxt Amidə yalan vəd verərək, onu Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzində təlimatçı vəzifəsinə işə düzəldə biləcəyini bildirmişdir. Amid onunla razılaşmışdır. Bundan sonra o, Amiddən mobil nömrəsini istəmiş və ona xəbər edəcəyini bildirmişdir. Həmin hadisədən bir neçə gün keçdikdən sonra o, Amidə “Whatsapp” vasitəsi ilə zəng edərək, mərkəzdə olduğunu və otağına gəlməyini istəmişdir. Amid, onunla həmin gün Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzində xidməti otağında görüşmüşdür. Həmin vaxt otağda heç kim olmamışdır. O, Amidə Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzində təlimatçı vəzifəsinə işə düzəldə biləcəyini və qarşılığında ondan 1300 (min üç yüz) manat pul alacağını bildirmişdir. Amid onunla razılaşmış və həmin gün Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzinin yaxınlığında onunla görüşüb, 1300 manat pulu əlbəəl ona vermişdir. Həmin vaxt yanlarında hər hansı şəxs olmamışdır. Bundan sonra o, Amidə xəbər edəcəyini bildirmişdir. 2024-cü ilin noyabr ayının əvvəlləri işinin nə yerdə qalması ilə bağlı bir neçə dəfə Amid “Whatsapp” vasitəsi ilə onunla əlaqə saxlamışdır. O, Amidə hər dəfəsində işinin düzəlməyinə az qaldığını və səbrli olmağını bildirmişdir. Amid onun Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzində tutduğu vəzifədən azad edildiyini öyrəndikdən sonra ona zəng edərək, pulunu qaytarmasını istəmişdir. Lakin, o Amidə hər dəfəsində müxtəlif bəhanələr gətirərək, pulu qaytarmaqdan yayınmışdır. Çünki, bu müddət ərzində Amidi işə düzəltmək üçün hər hansı iş görməmişdir. Amiddə onu aldatdığını anladığı üçün DİN-nin “102” xidmətinə və Hacıqabul rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonda Təqsirləndirilən şəxs ifadəsində bütün zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 münasibətdə 431 manat məbləğində kredit borcu üzrə mülki iddia tələbini qəbul etdiyini və gələcəkdə ödəmək niyyətində olduğunu, əvvəllər məhkumluğunun olmamasını bildirərək son sözündə barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, 1991-ci il tarixdən 2019-cu ilin iyun ayına qədər Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzində əvvəl dezinfektor, daha sonra isə təlimatçı vəzifəsində işləmişdir. 29 il həmin mərkəzdə işlədikdən sonra təqaüdə çıxmışdır. Həmin idarədə operator vəzifəsində işləyən Təqsirləndirilən şəxs isə həmin mərkəzdə tanımış, aralarında həmişə yaxşı münasibət olmuş, heç bir düşmənçilikləri olmamışdır. 2018-ci il tarixdə dəqiqə yadında qalmayan vaxtda Zərifədən hazırda Türkiyə Respublikasında yaşayan qardaşı qızı Baharı Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzində dezinfektor vəzifəsinə işə düzəltməyini istəmişdir. Zərifə ona düzəldəcəyinin sözünü verərək, ondan işə düzəlməyin müqabilində 5500 (beş min beş yüz) manat pul istəmişdir. O, Baharı uşaq vaxtlarından böyütdüyü üçün həmin pulu özündən vermək qərarına gəlmişdir. Beləliklə, həmin gün Zərifə ilə əlaqə saxlayaraq pulun hazır olduğunu və gəlib pulu götürə biləcəyini bildirmişdir. Zərifə əvvəllər ünvan 3 ünvanında yerləşən yaşadığı evə gələrək, ondan əlbəəl 5500 (beş min beş yüz) manat pulu almışdır. Bir müddət keçdikdən sonra qardaşı qızı Bahar Türkiyə Respublikasına köçmək və orada yaşamaq qərarına gəldiyi üçün ailəsi ilə birlikdə köçüb Türkiyə Respublikasına getmişdir. O da artıq Baharın gəlməyəcəyini anladığı üçün Zərifədən Baharı işə düzəltmək üçün verdiyi 5500 (beş min beş yüz) manat pulu geri qaytarmasını istəmişdir. Zərifə hər dəfə pulu qaytaracağını bildirsə də, həmin pulu geri qaytarmaqdan yayınmışdır. Hazırda Zərifə ondan aldığı 5500 (beş min beş yüz) manat pulu geri qaytarmış, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsinə etirazı yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs təxminən 3 ilə yaxındır ki, tanıyır. Belə ki, onun oğlu X1 təxminən 3 ilə yaxındır ki, Hacıqabul GEM-də işləyir və Zərifə adlı qadın da orada işləyirdi. 2023-cü ilin avqust ayında Zərifə ilə söhbət əsnasında ona bildirmişdir ki, qardaşı oğlu Şahid1 işsizdir, onu işə düzəldə biləcəyəni soruşduqda Zərifə ona bu işlərin asan olduğunu, 2000 manat pulun müqabilində işlədiyi Hacıqabul GEM-də işə düzəldəcəyini demiş, lakin konkret olaraq nə işinə düzəldəcəyi barədə deməmişdir. Zərifə onda özünə qarşı inam yaratmış, oda Zərifəyə inanmışdır. Oda qardaşı oğluna köməklik etmək məqsədi ilə 2000 manat pul düzəltmiş və Zərifənin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, onunla harada görüşə biləcəklərini və 2000 manat pulu düzəltdiyini demişdir. Zərifə ona Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən binada, kirayə yaşadığı evdə görüşə biləcəklərini söyləmişdir. Oda 2023-cü ilin avqust ayının 29-da Zərifənin ona deməsinə görə kirayə yaşadığı evinə tək getmişdir. Zərifə də evdə tək olmuşdur. O, Zərifəyə yaşadığı evdə 2000 manat pul vermişdir, Zərifə ondan 2000 manat pulu almış və qardaşı oğlu Məhəmmədəlini 2023-cü ilin oktyabr ayının sonuna qədər işə qəbul olunacağını vəd vermişdir. 2023-cü ilin oktyabr ayının sonunda Zərifə ilə əlaqə saxlayıb, işin nə yerdə olduğunu soruşduqda ona yaxın zamanlarda Məhəmmədəlinin işinin alınacağını bildirmişdir. Bu minvalla Zərifə onları aldatmışdır. 2024-cü ilin fevral ayında Zərifə ona zəng edib qardaşı oğlu Məhəmmədəlinin artıq işə qəbul olunduğunu söyləmişdir. Məhəmmədəlini Hacıqabul GEM-ə çağırmışdır. Məhəmmədəli fevral ayında həmin yerə getmişdir. Hər gün orada 1-2 saat olmuş, Zərifə orada yalandan nəyəsə Məhəmmədəliyə imza çəkdirmiş, sonradan o, Zərifədən Məhəmmədəlinin maaş kartı olubolmamasını soruşduqda ona maaşı yazıldığını və gələn ay maaş kartının gələcəyini söyləmişdir. Sonradan isə Zərifənin onlara yalan deməsini bilmişdir. Belə ki, Məhəmmədəli maaş almamışdır. Məhəmmədəlinin Hacıqabul GEM-ə gedib gəldiyini orada olan iş yoldaşları bilərdi. O, aldadıldığını başa düşmüş, Zərifəyə verdiyi 2000 manat pulu tələb etdikdə ona həmin pulu hissə-hissə qaytaracağını bildirmişdir. 2024-cü ilin may-iyun aylarında Zərifə onunla Şirvan şəhərində görüşüb ümumilikdə 1100 manat pulu geri qaytarmış, lakin 900 manat pulu isə qaytarmamışdır. Sonradan o, həmin 900 manat pulu Zərifədən tələb etdikdə pulu verməkdən imtina etmişdir. O, bu barədə əvvəl Azərbaycan Respublikası DİN-in 102 xidmətinə, sonra Şirvan şəhər PŞ-nə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsinə etirazı yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs əvvəldən tanımamış, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 2023-cü ilin yaz aylarında Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzində vakant vəzifələrin olduğunu eşitmiş, buna görə də, həmin mərkəzdə işləmək üçün müraciət etmək qərarına gəlmişdir. Həmin mərkəzə yaxınlaşdıqda tanımadığı şəxslər ona kadrlar şöbəsində işləyən Təqsirləndirilən şəxs işə götürmə məsələlərinə baxdığını, hazırda işdə olmadığını bildirmişlər. O, bundan sonra çıxıb getmişdir. 16 avqust 2023-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs mobil nömrəsini taparaq onunla əlaqə saxlamış və mərkəzə gəlməyini bildirmişdir. O, anası Şahid5 ilə birlikdə Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzinə getmişdir. Həmin mərkəzdə Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Zərifə onları otağına dəvət etmişdir. Zərifə ondan nə üçün mərkəzə gəldiyini soruşduqda, o işə düzəlmək istədiyini bildirmişdir. Zərifə ona təlimatçı-dezinfektor vəzifəsinin vakant olduğunu onu həmin vəzifəyə işə götürə biləcəyini bildirmişdir. Daha sonra ondan 1 saat içində 3000 (üç min) manat pul gətirməsini istəmişdir. O, həmin vaxt o qədər pulu olmadığını bildirdikdə, Zərifə hardan olursa olsun tapıb gətirməsini istəmişdir. O, mərkəzdən çıxdıqdan sonra, özünə məxsus qızıllarını lombarda girov qoyaraq pul götürmək qərarına gəlmişdir. Bunun üçün Şirvan şəhərində yerləşən “Güvənli” adlı lombard yerinə gedərək, qızıllarını girov qoymuş və 3000 (üç min) manat pul götürmüşdür. Təxminən 1 saatdan sonra, yəni saat 13 radələrində yenidən Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzinə Zərifənin yanına anası ilə birlikdə getmişdir. O, anası Şahid5 yanında 3000 (üç min) manat pulu Zərifənin xidməti otağında sayaraq Zərifəyə vermişdir. Həmin vaxt Zərifə ona bildirmişdir ki, gələn aydan işə başlayacaqdır. 2023-cü ilin avqust ayının sonları Zərifə ilə əlaqə saxlayaraq işinin nə yerdə olduğunu soruşmuşdur. Zərifə ona növbəti ayın 1-dən işə başlayacağını əminliklə bildirmişdir. 1 sentyabr 2023-cü il tarixdə Zərifə ilə əlaqə saxladıqda, ona sentyabr ayının 15-i işə başlayacağını bildirmişdir. Bu məqsədlə Zərifə ilə bir neçə dəfə əlaqə saxlasa da, bundan başqa Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzinə Zərifə ilə görüşməyə getsə də, Zərifə hər dəfəsində ona müxtəlif bəhanələr gətirərək, ya növbəti ayın 1-dən, ya da növbəti ayın 15dən işə başlayacağını bildirirdi. Təxminən 6 aydan sonra o, anlamışdır ki, Zərifə onu işə düzəltmək adı ilə aldadır. Bundan sonra Zərifədən pulunu geri istədikdə, yenidən ona müxtəlif bəhanələr gətirərək, pulu verməkdən yayınmışdır. Hazırda Zərifə ona dəymiş 3000 (üç min) manat maddi ziyanı ödəsə də, təqsirləndirilən şəxs tərəfindən 3000 manatın faiz məbləği, yəni 431 manat ödənilmədən qalmışdır. Odur ki, mülki iddia ərizəsi əsasında ödənilməmiş qalan 431 manat faiz məbləğinin Təqsirləndirilən şəxs tutularaq ona verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyə verdiyi ifadəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Hacıqabul şəhər sakini olduğundan əvvəldən tanıyır, aralarında əvvəllər heç bir ədavət və ya düşmənçilik olmamışdır. O, uzun müddətdir ki, işsiz olduğundan bir çox yerə müraciət etmiş, lakin ali təhsili olmadığından işə düzəlməkdə çətinlik çəkmişdir. Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzinə işə düzəlmək məqsədi ilə getmişdir. Həmin mərkəzdə Təqsirləndirilən şəxs görüb həmsöhbət olmuşdur. Söhbət əsnasında o, Zərifəyə Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzinə işə düzəlmək istədiyini, lakin kimə müraciət edəcəyini bilmədiyini bildirmişdir. Zərifə ona Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzində operator işlədiyini, onuda həmin mərkəzə işə düzəldə biləcəyini, lakin xərcinin çıxacağını bildirmişdir. O, Zərifə ilə razılaşmışdır. Bundan sonra Zərifə ondan mobil nömrəsini istəmiş və ona xəbər edəcəyini bildirmişdir. Həmin hadisədən bir neçə gün keçdikdən sonra Zərifə ona “Whatsapp” vasitəsi ilə zəng edərək, mərkəzdə olduğunu və otağına gəlməyini istəmişdir. O, Zərifə ilə həmin gün Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzində Zərifənin otağında görüşmüşdür. Həmin vaxt otağda heç kim olmamışdır. Zərifə onu Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzində təlimatçı vəzifəsinə işə düzəldə biləcəyini və qarşılığında ondan 1300 (min üç yüz) manat pul alacağını bildirmişdir. O, Zərifə ilə razılaşmış və həmin gün Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzinin yaxınlığında Zərifə ilə görüşüb, 1300 manat pulu əlbəəl ona vermişdir. Bundan sonra, Zərifə ona xəbər edəcəyini bildirmişdir. Həmin vaxtdan sonra Zərifədən xəbər gözləmişdir. 2024-cü ilin noyabr ayının əvvəlləri işinin nə yerdə qalması ilə bağlı bir neçə dəfə Zərifə ilə “Whatsapp” vasitəsi ilə əlaqə saxlamışdır. Zərifə hər dəfəsində işinin düzəlməyinə az qaldığını və səbrli olmağını bildirirdi. Daha sonra öyrənmişdir ki, Zərifəni Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzində tutduğu vəzifədən azad ediblər. Bu səbəbdən Zərifəyə zəng edərək, pulunu qaytarmasını bildirmişdir. Lakin, Zərifə ona hər dəfəsində müxtəlif bəhanələr gətirərək, pulu verməkdən yayınmışdır. O da Zərifəyə dediklərinin bir əhəmiyyəti qalmadığını və Zərifənin işə düzəltmək adı ilə onu aldatdığını anladığı üçün bu barədə ərizə ilə Hacıqabul rayon Polis Şöbəsinə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Kredit faizi ilə bağlı mülki iddia tələbinə münasibətdə isə təmin edilməsini xahis edir və Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsinə etirazı yoxdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında məhkəməyə təqdim etdiyi ərizəsi cinayət prosesi tərəflərinin mülahizələri dinlənildikdən sonra elan edilmiş və müəyyən edilmişdir ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsinə etirazı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 1991-ci il tarixdən Hacıqabul GEM-də təsərrüfat müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onunla birlikdə 13 avqust 2024-cü il tarixədək kompüter üzrə operator vəzifəsində işləmişdir. Sonradan vəzifəsindən azad olunmuşdur. Zərifə işlədiyi müddətdə onunla eyni otaqda əyləşmişdir. Onunla birlikdə işləmiş Mirhəsən Ağazadənin yanında tarixi dəqiq yadında qalmayan vaxtda qohumu Məhəmmədəlini işlədiyi idarədə və Zərifənin yanında işlədiyi otaqda təxminən iki-üç dəfə görmüş, Zərifədən Məhəmmədəlinin niyə görə gəldiyini soruşmamış maraqlanmamışdır. Sonradan bilmişdir ki, Zərifə Məhəmmədəlini işə düzəltmək üçün pul almışdır. Rəsmi olaraq Məhəmmədəli Hacıqabul GEM-də işləməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, xx.xx.1992-ci il tarixdən Hacıqabul rayon Gigiyena və Epidemiologiya mərkəzində mühasib vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun işlədiyi yerdə xx.xx.2024-cü il tarixədək kompüter üzrə operator vəzifəsində işləmişdir. Sonradan həmin tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən öz xahişi ilə vəzifəsindən azad edilmişdir. Zərifə işlədiyi müddətdə onunla eyni otaqda əyləşmişdir. O, Məhəmmədəlini onunla bir yerdə işləmiş Mirhəsən Ağazadənin yanında idarənin həyətində təxminən 2-3 dəfə görmüşdür. Lakin, idarədə Zərifənin yanında görməmişdir. Məhəmmədəli barədə Zərifədən soruşduqda yaxşı uşaq olduğunu, onu işə götürəcəyini demişdir. Lakin, Məhəmmədəli idarənin həyətinə gəlsə də, rəsmi olaraq Hacıqabul GEMdə işləməmiş və adına heç bir əmək haqqı kartı açılmamışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq Şahid3 və Şahid1 məhkəmə iclaslarına gəlməmiş, onların ibtidai istintaq zamanı verdikləri ifadələri cinayət prosesi tərəflərinin mülahizələri dinlənildikdən sonra elan edilmişdir. Müdafiə tərəfinin şahid ifadəsinin sübut kimi qəbul edilməsinə etirazı daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxləri və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması şahidlərin ifadələri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “cinayət işinin başlanması barədə” xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi X4 qərarı ilə Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə başlanmışdır. İş materiallarında olan “axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri ərazisində yeri müəyyən edilərək tutulmuş və Şirvan şəhər PŞ-nin İB-yə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan “cinayət işinin icraata qəbul edilməsi, bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsinə dair” xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsindən, həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə elan olunmuş ittihamın məzmununa əlavə və dəyişiklik edilərək, o, həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşayır. Yaşadığı yer üzrə nümayəndəliyə onun barəsində müsbət rəy daxil olmuşdur. İş materiallarında olan “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X8 verilmiş 29 dekabr 2024-cü il tarixli, 18-1-41/2-1107-2024 saylı məktubdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X10 konsultativ-poliklinika şöbəsinin psixoloji kabinetində qeydiyyatda deyildir və heç bir xəstəliklə əlaqədar müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışmışdır. Belə ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayət və tələbi olmamaqla, onun barəsində yüngül cəza təyin edilməsinə etiraz etmir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən müəyyən edilir ki, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs ilə barışmışdır. Belə ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayət və tələbi olmamaqla, onun barəsində yüngül cəza təyin edilməsinə etiraz etmir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmışdır. Belə ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayət və tələbi olmamaqla, onun barəsində yüngül cəza təyin edilməsinə etiraz etmir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən müəyyən edilir ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə barışmışdır. Belə ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayət və tələbi olmamaqla, onun barəsində yüngül cəza təyin edilməsinə etiraz etmir. İş materiallarından müəyyən edilir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 xx.xx.2025-ci il tarixində “cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təqirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurduğu maddi ziyana görə 1287,33 manat məbləğində faiz borcu və iddianın baxılması üçün ödənilmiş 33 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1320,33 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə baxış iclası zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 eyni tarixli iddianı dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək təqirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs hazırki faiz borcunun 431 manat olduğunu qeyd etmişdir. Ərizəsinin nəzərə alınması və 431 manat məbləğindəki faiz borcunun təqirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən müəyyən edilir ki, təqirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4n iddia tələbini qəbul edərək 431 manat məbləğindəki faiz borcunun ondan alınaraq Zərərçəkmiş şəxs4 verilməsinə etiraz etməmişdir. Məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 3-cü bəndinə əsasən Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Həmin Məcəllənin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 35-ci bəndinə əsasən dələduzluğun təkrar törədilməsi məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir. Həmin Qərarın 3-cü bəndinə əsasən dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin Qərarın 23-cü bəndinə əsasən dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CMnin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanın tam ödənilməsini, əvvəllər məhkumluğunun olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında iki növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından mövcud vəziyyətdə onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Bundan başqa, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalı və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəyə əsasən zzadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəyə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52- 1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir (m.15.5-1); azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır (51-2.1); azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir (51-3.1). Eyni zamanda qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən Cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. Cinayət Prosessual Məcəlləsinin 39-cu maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir: 39.1.1. cinayət hadisəsi olmadıqda; 39.1.2. əməldə cinayət tərkibi olmadıqda; 39.1.3. cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə); 39.1.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda onu törətmiş şəxs cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqda (həmin şəxsə qarşı tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi zəruri olan hallar istisna edilməklə); 39.1.5. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə); 39.1.6. şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda; 39.1.7. şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda; 39.1.8. zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə); 39.1.9. zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə); 39.1.10. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdikdə (bu şəxslərə qarşı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi halları istisna olunmaqla); 39.1.11. cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda; 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2-ci maddəyə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1. bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə; 44.2.1-1. bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə; 44.2.2. bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə; 44.2.3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda — təqsirləndirilən şəxsə cəza təyin etməklə; 44.2.4. bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 42-ci bəndinə əsasən CPM-in 39.1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi və CPM-in 39.1.5ci maddəsində nəzərdə tutulmuş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ölməsi kimi cinayət təqibini istisna edən hallar olduqda və müdafiə tərəfi bəraətverici sayılmayan həmin əsaslarla cinayət təqibinə xitam verilməsinə razı olmadıqda, məhkəmə cinayət-prosessual qanunun 44.2.1 və 44.2.1-1-ci maddələrinə müvafiq olaraq məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə (ölmüş təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş şəxsə) cəza təyin etməməklə ittiham hökmü çıxarır. Bu halda hökmün nəticəvi hissəsində şəxsin CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinməsi haqqında qərardan sonra ona CPM-in 39.1.3-cü maddəsinə və yaxud 39.1.5-ci maddəsinə müvafiq olaraq cəzanın təyin edilməməsi haqqında qərar əksini tapmalıdır. Həmin Qərarın 44-cü bəndinə əsasən CPM-in 39.1.3, 39.1.5 və 39.1.12-ci maddələrində qeyd edilən hallarda müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığı olduqda, məhkəmə CPM-in 43.3-cü və ya 43.3-1-ci maddələrinə müvafiq olaraq cinayət-prosessual qanunun müvafiq olaraq 39.1.3 və 39.1.12-ci maddələrində və ya 39.1.5-ci maddəsində nəzərdə tutulmuş əsaslarla cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə icraatı materialları məhkəmənin müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığının olub-olmaması məsələsini araşdırdığını əks etdirməli, o cümlədən razılığın verilməsi haqqında ərizə cinayət işinə əlavə edilməli, məhkəmə iclas protokolunda isə müvafiq qeyd aparılmalıdır. Cinayət işinin materillarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2 qarşı törədilmiş dələduzluq əməlini 2023-cü il tarixində törədilmişdir. Hazırda həmin əmələ münasibətdə Cinayət Məcəlləsinin 75.1-ci maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdir. Təqsirləndirilən şəxs həmin epizod üzrə özünü tam təqsirli bilərək müddət keçməsi əsası ilə cinayət təqibinə xtam verilməsinə etirazının olmadığını bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin epizod, Təqsirləndirilən şəxs verilmiş ittihamdan xaric edilməli və həmin hissədə cinayət təqibinə xitam verilməlidir. Həmçinin, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd edilən cinayət əməllərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Hacıqabul rayon Gigiyena və Epidemiologiya Mərkəzində operator vəzifəsində işləyərkən qulluq mövqeyinə əsasən ona göstərilən etimaddan istifadə etməklə törətmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əsas cəza kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə yanaşı, əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 43.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növləri həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. 46.3-cü maddəyə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə əsas cəza təyin olunmaqla, yanaşı ona CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə əlavə olaraq dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum olma cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulduğu 1 (bir) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, onun üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Hacıqabul rayonun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, məhkəmə iş üzrə mülki iddiaçı qismində tanınmış Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş iddia tələbini cinayət işi üzrə toplanmış sübutlar əsasında araşdırıb hesab edir ki, mülki iddia və ona əlavə edilmiş dəqiqləşdirmə əsaslı olmaqla təmin edilməlidir. Belə ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 xx.xx.2025-ci il tarixində təqsirləndirilən şəxsə (mülki cavabdehə) qarşı mülki iddia ərizəsi verərək, təqirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurduğu maddi ziyana görə 1287,33 manat məbləğində faiz borcu və iddianın baxılması üçün ödənilmiş 33 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1320,33 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə baxış iclası zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 eyni tarixli iddianı dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək təqirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs hazırki faiz borcunun 431 manat olduğunu qeyd etmişdir. Ərizəsinin nəzərə alınması və 431 manat məbləğindəki faiz borcunun təqirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2-ci maddətyə əsasən Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. 183.2. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. 183.3. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. 183.4. Cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddia təmin edilərək təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 431 (dörd yüz otuz bir) manat pul vəsaiti Zərərçəkmiş şəxs4 xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulduğu 1 (bir) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın, onun üzərində qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Hacıqabul rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Zərərçəkmiş şəxs2 qarşı törədilmiş dələduzluq faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin epizod Təqsirləndirilən şəxs verilmiş ittihamdan çıxılsın və həmin hissədə cinayət təqibinə xitam verilsin. Azadlığın məhdudlaşdırılması növündə əsas cəzaya münasibətdə cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 431 (dörd yüz otuz bir) manat pul vəsaiti Zərərçəkmiş şəxs4 xeyrinə tutulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar