Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-42/2022 12.04.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1968-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, 2-ci qrup əlil, şəkərli diabet xəstəsi, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Hacıqabul şəhəri M.F.Axundov küçəsi ev 107A-da daimi qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs «COVİD-19» tipli koronavirus infeksiyasının Azərbaycan Respublikası ərazisində yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tədbiq edildiyi dövr ərzində «COVİD-19» tipli koronavirus infeksiyasının daşıyıcısı olduğunu və həmin infeksiyanın daşıyıcısı olmaqla müalijə olunduğu müddət (07 gün) ərzində yaşadığı evi tərk etməməli olduğunu, həmin virusa başqa şəxsləri yoluxdurması üçün real təhlükə yaratdığını bildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.01.2022-ci il tarixli 28 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülməsi və təjrid olunma» Qaydalarının mənzili (evi) tərk edib karantin rejiminin tələblərini qəsdən, kobud şəkildə pozub 17.02.2022-ci il tarixdə saat 14:50 radələrində yaşadığı Hacıqabul şəhəri M.F.Axundov küçəsində yerləşən 107A nömrəli evi tərk edib insanların sıx toplaşdığı Hacıqabul şəhəri M.B.Nadim küçəsinə getməklə «COVİD-19» koronavirus tipli xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, 11.02.2022-ci il tarixdə qızı X1 Hacıqabul rayon Mərkəzi Xəstəxanasına aparıb test üsuli ilə yaxma vermişdir ki, qızının “COVİD 19” virusuna yoluxub-yoluxmadığını müəyyən etsin. Həmin vaxt o, özü də “COVİD 19” virusuna yoluxub-yoluxmadığını müəyyən etmək üçün test vermişdir. 11.02.2022-ci il tarixdə ona məxsus mobil nömrəyə sms gəlmiş və həmin “smsdə” onda “COVİD-19” virusu aşkar edilməsi və testin nəticəsinin pozitiv olması bildirilmişdir. 12.02.2022-ci il tarixdə Hacıqabul rayon Xəstəxanasında həkim işləyən doktor Aysel İbrahimova onun yaşadığı ünvana gələrək, ona müalicə yazmış və “COVİD-19” virusunun digər şəxslərə keçməsinin qarşısını almaq üçün yaxın ətrafından kənar qalmağını, 7 gün ərzində yaşadığı mənzili tərk etməməsi, tərk edəcəyi təqdirdə cinayət məsuliyyəti daşıyacağı barədə onu təlimatlandırmışdır. Bundan sonra o, müalicəni evdə etdirməyə başlamışdır. 12.02.2022-ci tarixdə Hacıqabul rayon GEM-də epidemioloq köməkçisi istifadəsində olan mobil nömrəyə zəng vuraraq məlumat vermişdir ki, onda “COVİD-19” virusu aşkar edilib və yaşadığı evdən 7 gün müddət ərzində çölə çıxmamasını, ailə üzvlərindən kənar qalmasını və heç kəslə ünsiyyətdə olmaması, yaşadığı ünvanı tərk edəcəyi təqdirdə cinayət məsuliyyəti daşıyacağı barədə onu xəbərdar etmişdir. 17.02.2022-ci il tarixdə saat 13 radələrində o, yaşadığı ünvanda olarkən onun ünvanına 2-3 polis əməkdaşı gələrək ona yaşadığı ünvanı tərk etməməsi barədə məlumatlandırdıqdan sonra 17.02.2022-ci il tarixdə saat 14-15 radələrində yaşadığı evin elektrik sayğacında pul qurtardığı üçün istifadəsində olan “Honda” markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Hacıqabul şəhər Mərkəzi poçtuna getmək üçün evdən çıxmışdır ki, Hacıqabul şəhəri M.B.Nadim küçəsində onu polis əməkldaşları saxlatdıraraq ona müalicə müddətinin tamam olmadığını və icazəsiz çölə çıxmasını irad bildirib, onun yaşadığı ünvana geri qayıtmasını tələb etdikdə sonra, polis əməkdaşları tərəfindən ona məxsus işıq kartına pul vurulub geri qaytarıldıqdan sonra o, yaşadığı ünvana geri qayıtmışdır. Törətdiyi əməldən peşman olmuşdur. Onun atası X5 2-ci qrup Qarabağ müharibəsi əlili olmasını, qardaşı X2 müharibə veteranı olmasını, qardaşı oğlu X3 2-ci Qarabağ müharibəsində iştirak etməsini və Azərbaycan Respublikası Prezidentinin 24.12.2020-ci il tarixli 2358 nömrəli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş edir. Şahid2 Cingiz oğlu məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, 2015-ci ildən Hacıqabul RPŞ-nin PPXB-nin manqa komandiri vəzifəsində işləyir. Aktiv “Covid-19” xəstəsi olan Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri M.F.Axundov küçəsi 107A nömrəli evi karantin müddəti bitənə kimi tərk etməməsi barədə xəbərdarlıq etmişlər. Hacıqabul RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid4 və Şahid3 birlikdə xidmətdə olan zaman 17.02.2022-ci il tarixdə saat 14:50 radələrində Təqsirləndirilən şəxs Hacıqabul şəhəri M.B.Nadim küçəsində istifadəsində “Honda” markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etdiyini görmüş və onu saxlatdırmışlar. Bu barədə manqa komandiri kimi ona məlumat vermişlər. O, dərhal həmin yerə yaxınlaşıb video görüntü vasitəsi ilə Təqsirləndirilən şəxs hansı səbəbdən yaşadığı ünvanı tərk etməsini soruşmuşdur. Təqsirləndirilən şəxs onlara işıq kartına pul yükləmək üçün yaşadığı ünvandan çıxıb poçta getmək istədiyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs yaşadığı ünvana getməsini tələb etmiş və ona məxsus işıq kartına pul yükləyib özünə geri qaytarılmışlar. Təqsirləndirilən şəxs onların tələbini yerinə yetirərək, öz evinə qayıtmış və karantin müddəti bitənə kimi evini tərk etməmişdir. Şahidlər Hacıqabul RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid4 və Şahid3 ibtidai istintaq zamanı ifadə verərək, Şahid2 Cingiz oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Hacıqabul rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 23.02.2022-ci il tarixli 21 №-li məktubunda qeyd edilmişdir ki, “COVİD-19” virusuna yoluxmuş Hacıqabul şəhəri M.F.Axundov küçəsi ev 107A-da yaşayan xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yoluxma barədə məlumat 12.02.2022-ci il tarixdə kompuyuter operatoru Şahid1 tərəfindən verilmişdir. Azərbaycan Respublikası İcbari X12 X8 Ərazi Bölmələrini İdarəetmə Birliyi Hacıqabul Rayon X4 Hüquqi şəxsinin 19.02.2022-ci il tarixli 347 №-li məktubunda qeyd edilmişdir ki, Hacıqabul şəhəri M.F.Axundov küçəsi ev 107A-da qeydiyyatda olan, xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 11.02.2022-ci il tarixdə “COVİD-19” virusuna görə “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsində “PZR” müayinəsi üçün yaxma vermiş və 12.02.2022-ci il tarixdə müayinənin nəticəsi pozitiv (+) olmuşdur. Xəstə 12.02.2022-ci il tarixdən Hacıqabul RMX-sı PHŞ-i tərəfindən evdə nəzarətə götürülmüşdür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən 26.02.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib. Beləliklə, Təqsirləndirilən şəxs karantin rejimini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratması, yəni Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, işdə olan rəsmi sənədlərlə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, 2-ci qrup əlil, şəkərli diabet xəstəsi olmasını, atası X5 X7 iştirak etməsini və 2-ci qrup müharibə əlili olmasını, qardaşı X2 müharibə veteranı olmasını, qardaşı oğlu X3 2-ci Qarabağ müharibəsində iştirak etməsini və Azərbaycan Respublikası Prezidentinin 24.12.2020-ci il tarixli 2358 nömrəli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsini, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, hadisə zamanı və törətdiyi cinayət hadisəsindən sonrakı davranışını, ictimai faydalı işlə məşğul olmasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun ailəsindən, cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin etməyi məqsədə uyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2.500 (iki min beş yüz) manat cərimə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 10 saata görə 60 (altmış) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-42/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-42/2022
12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver