Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-42/2023 19.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X21 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Qubalıbaloğlan kəndində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, 06 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində nəqliyyat vasitələrini idarə etmək üçün hüququ olmadığı halda X6 məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz E200» markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Rəncbər kəndi ərazisində avtomobil yolu ilə hərəkət edən zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, avtomobili sürücülük hüququ olmadan idarə etməklə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunlara riayət etməyib, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, yolun döngəli hissəsində idarə etdiyi avtomobili qarşıdan əks hərəkət zolağı ilə «VAZ-11174» markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gələn Şahid1 hərəkət zolağına çıxarıb, sonuncunun idarə etdiyi «VAZ-11174» markalı avtomobillə toqquşaraq, ehtiyatsızlıqdan «VAZ-11174» markalı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs sağ bazunun yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya xarakterik xəsarət alması ilə nəticələnən olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə səhər saat 11 radələrində həmkəndlisi Şahid4 ilə birlikdə yaşadığı Hacıqabul rayonu, Qubalıbaloğlan kəndində yerləşən fərdi yaşayış evindən idarə etdiyi «Mercedes Benz E200» markalı **-NK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə üzü rayon istiqamətinə gedərkən, Hacıqabul rayonu, Rəncbər kəndi ərazisində sərt döngədə qarşıdan gələn “VAZ-11174” markalı **-XS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hərəkət zolağında toqquşmuşdur. Bundan sonra hadisə yerinə Hacıqabul RPŞ-nin əməkdaşları gəlib onu və idarə etdiyi avtomobili Hacıqabul rayon polis şöbəsinə gətirmişlər. Onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmuş, lakin həmin vəsiqəni 2017-ci ildə Rusiya Federasiyasında olarkən naməlum şəraitdə itirmişdir. Ona təyin edilmiş cərimə məbləğini ödəmədiyinə görə 2019-cu ildə məhkəmənin qərarı ilə onun sürücülük hüququ məhdudlaşdırılmışdır. Lakin, onun bundan uzun müddət məlumatı olmamışdır. Hadisədən sonra bilmişdir ki, onun sürücülük hüququ məhdudlaşdırılmışdır. Buna görə o, cərimə məbləğini ödəyib sürücülük hüququnun bərpa edilməsi üçün məhkəməyə müraciət etmişdir. Sonradan ona yeni sürücülük vəsiqəsi təqdim edilmişdir. Hadisə vaxtı idarə etdiyi avtomobili Türkan adlı şəxsdən almış və lakin, avtomobili adına rəsmiləşdirməmişdir. Hadisə vaxtı digər avtomobildə olan bir nəfər qadın xəsarət almışdır. Lakin, sonradan həmin qadına dəymiş zərəri ödəyərək onunla barışmışdır. Sonda təqsirləndirilən şəxs əməlindən çox peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını, onlara dəymiş zərəri ödədiyini bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Zərər çəkmiş şəxs ifadəsində bildirmişdir ki, Şahid1 onun baldızının oğludur. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Zöhrabın istifadəsində olan **-XS-*** dövlət qeydiyyat nişanlı «VAZ 11174» markalı avtomobil ilə baldızı Şahid3, qızı X7 ilə qaynı X1 yas mərasiminə getmək üçün Hacıqabul rayonu Qubalıbaloğlan kəndinə yola düşmüşlər. Saat 11 radələrində Zöhrab idarə etdiyi avtomobillə Hacıqabul rayonu Rəncbər kəndinə çatmışdır ki, üzü Qubalı- Baloğlan kənd istiqamətində hərəkətdə olarkən Rəncbər kənd yolunda sərt döngədə Zöhrabın idarə etdiyi avtomobili qarşıdan gələn Mercedes markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sol hissədən toqquşmuşdur. Bundan sonra Zöhrab avtomobili yolun sağ hissəsinə çəkmiş və təxminən 15 dəqiqə sonra hadisə yerinə TTTYSnın həkim briqadası gələrək onu, qızı Nəzakəti və baldızı Lətifəni Şirvan şəhər xəstəxanasına aparmışlar. Xəstəxanada olarkən ona ilkin tibbi yardım göstərilmiş və sağ bazu sümüyünün sınığı diaqnozu qoyularaq ambulator müalicə üçün evə buraxılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, onun istifadəsində «VAZ 11174» markalı **-XS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil vardır. xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində yaşadığı ünvandan anası Şahid3, dayısı yoldaşı Zərərçəkmiş şəxs və dayısı qızı X8 ilə birlikdə istifadəsində olan «VAZ 11174» markalı **-XS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Hacıqabul şəhərində yerləşən fərdi yaşayış evindən çıxıb Hacıqabul rayonu, Qubalıbaloğlan kəndində dünyasını dəyişmiş dayısı X1 yas mərsiminə getmək üçün yola düşmüşlər. Həmin günü saat 11 radələrində Hacıqabul rayonu, Rəncbər kənd ərazisində asfalt yolda hərəkətdə olarkən sərt döngədə qarşıdan gələn Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz E200» markalı **-NK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə sol qabaq hissədən toqquşmuşlar. Bundan sonra hadisə yerinə TTTYS-nın həkim briqadası və Hacıqabul RPŞ-nin əməkdaşları gəlmişdir. Hadisə baş verən vaxtı onun avtomobilində olan anası Şahid3, dayısı yoldaşı Zərərçəkmiş şəxs və dayısı qızı X8 olmuşdur. Onların hər biri xəsarət almışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saat 11 radələrində yaşadığı Hacıqabul rayonu, Qubalıbaloğlan kəndində yolun kənarında dayanmışdır. Həmin vaxt Kamildən idarə etdiyi avtomobillə onu götürərək Bakı-Qazax avtomobil yoluna düşürməsini xahiş etmişdir. Onlar birlikdə Kamilin idarə etdiyi “Mercedes” markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən avtomobili saatda 30 km sürətlə idarə edərək Hacıqabul rayonu, Rəncbər kəndi ərazisinə çatmışlar ki, Rəncbər kəndində döngədə, qarşıdan sonradan adını bildiyi Şahid1 idarə etdiyi “Vaz-11174” markalı, **-XS-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuşdur. Bundan sonra hadisə yerinə Hacıqabul rayon PŞ-nin əməkdaşları gəlmişdir. Hadisə vaxtı o və Kamil xəsarət almamışdır. Kamil həmin vaxt spirtli içki qəbul etməmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə şahid qismində dindirilmiş X2 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində bibisi oğlu Zöhrabın idarə etdiyi avtomobil ilə anası Zərərçəkmiş şəxs və bibisi Şahid3 ilə əmisi X1 yas mərasiminə getmək üçün Hacıqabul rayonu, Qubalıbaloğlan kəndinə yola düşmüşlər. Saat 11 radələrində Zöhrab idarə etdiyi avtomobillə Hacıqabul rayonu, Rəncbər kəndinə çatmışdır ki, üzü Qubalıbaloğlan kənd istiqamətində hərəkətdə olarkən Rəncbər kənd yolunda sərt döngədə Zöhrabın idarə etdiyi avtomobil qarşıdan gələn Mercedes markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sol hissədən toqquşmuşdur. Bundan sonra Zöhrab avtomobili yolun sağ hissəsinə çəkmiş və təxminən 15 dəqiqə sonra TTTYS-nin həkim briqadası gələrək onu, anası Güllünü və bibisi Lətifəni Şirvan şəhər Xəstəxanasına aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Hacıqabul rayonu, Rəncbər kənində Rəncbər Qubalıbaloğlan kənd yolunda Qubalıbaloğlan kəndi istiqamətində yolun sağ tərəfində baş vermişdir. Yolun hadisə baş verən hissədə yol asfalt örtüklü olmaqla döngəli və qurudur, avtomobillərin hərəkəti üçün heç bir maneə yoxdur, hava gündüz, işıqlı olmuş və duman olmamışdır. Yolun hadisə baş verən hissəsində yol bir hissəlidir, hərəkət hissələrini bir birindən ayıran hər hansı bir ayırma üçün yol nişanı yoxdur (xətt çəkilməmişdir). Yolun hadisə baş verən hissəsində hərəkət hissəsinin eni 6,6 m, Hacıqabul rayonu Rəncbər-Qubalıbaloğlan kənd yolunda, Qubalıbaloğlan kəndi istqamətində ehtiyyat hissənin eni 1,7 m və sol səkinin eni isə 2,6 metrdir. Yolun hadisə baş verdiyi hissəsinin Qubalıbaloğlan kəndi istiqamətinində yolun sağ və sol tərəfində kənd tipli tikililər vardır. Toqquşmadan əvvəl Mersedes-Benz markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil 30 km/saat sürətlə Rəncbər-Qubalıbaloğlan kənd yolunda Rəncbər kəndi istiqamətində hərəkətdə olmuşdur. Toqquşmadan əvvəl “VAZ-11174” markalı, **-XS-*** qeydiyyat nişanlı avtomobil 30 km/saat sürətlə Rəncbər- Qubalıbaloğlan kənd yolunda Qubalıbaloğlan kəndi istiqamətində hərəkətdə olmuşdur. “VAZ-11174” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil 3 nəfər sərnişin olmuş, yük olmamış, «Mercedes Benz E200» markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobildə 1 nəfər sərnişin olmuş və yük olmamışdır. Hadisədən əvvəl sürücülər Şahid1 və Təqsirləndirilən şəxs ayıq olmuşdur. Hadisədən əvvəl hər iki avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Toqquşma nöqtəsi yolun asfalt hissəsinə tökülmüş avtomaşınlardan qopmuş hissələrə və sürtünmə izlərinə əsasən müəyyən edilmişdir. Toqquşmadan sonra «Mercedes Benz E200» markalı **-NK-*** qeydiyyat nişanlı avtomobil qarşı yol istiqamətində dayanmaqla qabaq təkərindən toqquşma yerinədək olan məsafə 6,6 metr, “VAZ-11174” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağında dayanmış avtomobildən toqquşma yerinədək olan məsafə 5 metrdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2022-ci il tarixli 1080 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 274 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – sağ bazunun yerdəyişən sınığı küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2022-ci il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/2961 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Mercedes Benz E200» markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” 13 mart 2023-cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsində «Mercedes Benz E200» markalı, **-NK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil maddi sübut kimi tanınmış və sonra saxlanılması üçün faktiki sahibi Təqsirləndirilən şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(071)-42/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmişdir. Hacıqabul rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq aidiyyatı üzrə təhvil verilmişdir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizələrdən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Hacıqabul rayonu İcra Hakimiyyəti başçısının Qubalıbaloğlan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 283 saylı arayışdan görünür ki, Soltanov X10 rayonu Qubalıbaloğlan kəndində qeydiyyatda olmaqla, 1989-cu il təvəllüdlü həyat yoldaşı X11, 2007-ci il təvəllüdlü qızı X12, 2013-cü il təvəllüdlü X9 və 2015-ci il təvəllüdlü oğlu X13 ilə birlikdə yaşayır. Hacıqabul rayonu İcra Hakimiyyəti başçısının Qubalıbaloğlan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(071)-39/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair Hacıqabul rayon məhkəməsinin xx.xx.2019cu il tarixli 3(071)-39/2019 nömrəli qərarına xitam verilmişdir. Hacıqabul rayon polis şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Hacıqabul rayonu Qubalıbalaoğlan kənd sakini xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs İXP ******* saylı protokol üzrə Hacıqabul rayon Məhkəməsinin 3(071)-39/2019 saylı qərarı ilə nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmış, qərar DİN-nin BDYPİ-nin X5 yerləşdirilmiş, sürücü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsini təqdim etməmiş, qeydiyyatda olduğu ünvanda olmadığı üçün və Hacıqabul rayonu ərazisində nəqliyyat vasitəsi idarə etmədiyi üçün ondan sürücülük vəsiqəsini tələb etmək və almaq mümkün olmamışdır. Lakin xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılmasına xitam verilmiş, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun xitam olunması barədə qərar DİN-nin BDYPİ-nin X5 BDYPİ tərəfindən yerləşdirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X23 İdarəsinin Şirvan regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13- 16-7/2-34/2023 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə xx.xx.2012-ci il tarixdə “BC” dərəcəli AB seriyalı 812847 saylı, xx.xx.2022-ci il tarixdə isə itirilmiş sürücülük vəsiqəsini əvəzinə BD seriyalı 511127 saylı sürücülük vəsiqəsi verilmiş və onun adı hal hazırda sürücülük hüququndan məhrum olanların siyahısında mövcud deyil. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. Məhkəmə, ilk növbədə sübutların məcmusuna əsaslanmaqla qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə saat 11 radələrində texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz E200» markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Rəncbər kəndi ərazisində avtomobil yolu ilə hərəkət edən zaman hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, yolun döngəli hissəsində idarə etdiyi avtomobili qarşıdan əks hərəkət zolağı ilə «VAZ-11174» markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gələn Şahid1 hərəkət zolağına çıxarıb, sonuncunun idarə etdiyi «VAZ-11174» markalı avtomobillə toqquşaraq, ehtiyatsızlıqdan «VAZ-11174» markalı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs sağ bazunun yerdəyişən sınığı kimi sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya xarakterik xəsarət alması ilə nəticələnən olan yolnəqliyyat hadisəsi törətməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işdə olan ekspertiza rəyləri ilə sübuta yetirilir. Lakin, məhkəmə təqsirləndirilən şəxsin ittihamda qeyd olunduğu kimi hadisə vaxtı nəqliyyat vasitələrini idarə etmək hüququnun olmamasına dair ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşmır. Belə ki, ibtidai istintaq orqanı yol-nəqliyyat hadisəsi vaxtı təqsirləndirilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmamasına dair qənaətini onunla əsaslandırmış və buna görə də təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə tövsif etmişdir ki, hadisə baş verən ana kimi Təqsirləndirilən şəxs barəsində sürücülük hüququnun məhrum edilməsi ilə bağlı qərar qüvvədə olmuş və həmin qərara yalnız hadisədən sonra xitam verilmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs faktiki olaraq hadisə zamanı nəqliyyat vasitəsini idarə etmək üçün hüququ olmamışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarından göründüyü kimi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs kimi qiymətləndirilir. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Bu mənada həmin qərarın qanuni qüvvəyə mindiyi vaxtdan etibarən o, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab olunurdu. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 146.1-ci maddəsinə əsasən bu Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar (inzibati cərimə tənbehinə münasibətdə bu müddət beş ildir) istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. 146.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmiş şəxs inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasından boyun qaçırarsa, bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş müddətin axımı dayanır. Belə halda icra müddəti həmin şəxsin tutulduğu vaxtdan hesablanır. 145.1.3-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. 142.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlərə qərarı çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır. 152.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir. 152.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdikdə, sürücülük vəsiqəsinin alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. İnzibati xətalar qanunvericiliyinin qeyd edilən müddəalarından göründüyü kimi, inzibati cərimə növündə tənbeh istisna olmaqla, digər inzibati tənbeh tədbirlərinin, o cümlədən xüsusi hüququn (nəqliyyat vasitəsini idarə etmək hüququnun) məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsinə dair qərar qanuni qüvvəyə mindiyi gündən bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Bir illik müddətin axımı yalnız inzibati məsuliyyətə cəlb edilmiş şəxs inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasından boyun qaçırdığı halda, konkret olaraq desək nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs qərarın icra edilməsi üçün sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdiyi halda dayanır. Qərarın icrasından boyun qaçırma halı mövcud deyilsə, müddətin axımı qərarın qanuni qüvvəyə mindiyi vaxtdan etibarən ümumi qaydada davam edir. Qərarın icrası üçün müəyyən edilmiş bir illik müddət başa çatdıqda, işə baxan hakim müvafiq əsasın yarandığı andan üç gün müddətində inzibati tənbehin tətbiq edilməsinə dair qərarın icrasına xitam verilməsi məsələsinə baxmalıdır. Hazırki cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılmasına dair məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Hacıqabul rayon Polis Şöbəsinə göndərilmiş, qərar DİN-nin BDYPİ-nin X5 yerləşdirilmişdir. Lakin, qərarın qanuni qüvvəyə mindiyi vaxtdan keçən bir il ərzində qərarın icrası, yəni Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin alınması üçün heç bir real tədbir görülməmişdir. Qərarın qanuni qüvvəyə mindiyi vaxtdan etibarən keçən bir il müddət ərzində Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərardan məlumatlı olması, ondan sürücülük vəsiqəsinin tələb edilməsi, onun ünvanına bu barədə bildiriş göndərilməsi, sürücülük vəsiqəsinin alınması üçün polis şöbəsinə dəvət edilməsi və Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin təhvil verməkdən imtina etməsi cinayət işinin materiallarından görünmür, istintaq orqanı bu barədə hər hansı mötəbər sübutu iş materiallarına əlavə etməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, cinayət işinin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş verdikdən qısa müddət sonra Təqsirləndirilən şəxs onun İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə əsas olmuş xx.xx.2018-ci il tarixli, MMX ******* nömrəli protokol üzrə təyin edilmiş 10 manat cəriməni dövlət büdcəsinə ödəmiş və nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair xx.xx.2019-cu il tarixli qərarın icrasına xitam verilməsi üçün vəsatətlə məhkəməyə müraciət etmiş, məhkəmə isə xx.xx.2022-ci il tarixli qərarla onun vəsatətini təmin etmişdir. İşin həmin faktiki halları da onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs onun nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi vaxtdan keçən üç ildən artıq müddət ərzində həmin qərarın mövcudluğundan məlumatlı olmamışdır. Onun bu məsələdən yalnız yol-nəqliyyat hadisəsindən sonra xəbəri olmuş və dərhal inzibati cəriməni ödəyərək nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərarın icrasına xitam verilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Odur ki, məhkəmə işin qeyd edilən faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərarın icrasına məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə, yəni yol-nəqliyyat hadisəsinin baş verdiyi xx.xx.2022-ci il tarixdən sonra faktiki olaraq xitam verilsə də, onun həmin qərarın qanuni qüvvəyə mindiyi vaxtdan etibarən keçən bir il müddətində qərarın icrasından boyun qaçırması, yəni sürücülük vəsiqəsini təhvil verməkdən imtina etməsi halı müəyyən edilmədiyinə görə, hüquqi cəhətdən həmin qərarın icrası müddəti qərarın qanuni qüvvəyə mindiyi vaxtdan bir il sonra keçmişdir. Həmin bir illik müddət keçdikdən sonra qərar artıq icra edilə bilməyəcəyinə və İXM-in 142.1 və 145.1.3-cü maddələrinə əsasən qərarın icrasına xitam verilməli olduğuna görə, bir illik müddət keçdikdən sonra Təqsirləndirilən şəxs əslində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs kimi qiymətləndirilməlidir. Bu baxımdan qərarın qanuni qüvvəyə mindiyi vaxtdan keçən üç ildən artıq müddətdən sonra xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş verən vaxt Təqsirləndirilən şəxs hüquqi cəhətdən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs sayılmalıdır. Ona görə də məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Onun törətdiyi əməl Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır. Göstərilənlərə əsaslanaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı, iş üzrə icraata xitam verilməli, eyni zamanda Təqsirləndirilən şəxs əməlində inzibati xətanın əlamətləri olduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Hacıqabul RPŞ-nə göndərilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməli (CPM 198) və iş üzrə maddi sübut kimi tanınmış «Mercedes Benz E200» markalı, **-NK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil faktiki sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 13 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 78 manat pul köçürülməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 39, 43, 321, 346- 347, 356, 358-ci və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs əməlinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəyə mindikdən sonra aidiyyəti üzrə Hacıqabul rayon Polis Şöbəsinə göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış «Mercedes Benz E200» markalı, **-NK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin faktiki sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X4, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 78 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********) Qərardan elan olunduğu andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X22
Məhkəmə qərarları › İş №1(071)-42/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-42/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver