Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-43/2022 24.05.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, öhdəsində iki azyaşlı uşağı olan, ali təhsilli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, məhkum olunmayan, Abşeron rayonu Xırdalan şəhəri Masazır şossesinin şimalında qeydiyyatda olmaqla, Abşeron rayonu Xırdalan şəhəri Kənd Xırdalan 20 Yanvar küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, 19.02.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə vahid niyyətlə qeyrisini təhrik etmişdir. Belə ki, o, 6 mart 2013-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmış (VÖEN **********), hüquqi ünvanı Abşeron rayonu Xırdalan şəhəri Masazır şossesinin şimalı olmaqla, faktiki olaraq ünvan 2 ünvanda fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid1 2013cü ildə satın aldığı Şirvan şəhəri H.Z.Tağıyev küçəsindəki 22 saylı evin 1 saylı mənzilində qeydiyyatda olan X4 və digər şəxslərin mənzildən qeydiyyatdan çıxarılması tələbi üzrə qarşılıqlı iddia ərizəsi ilə müraciətinə dair 2(32)-518/2013 saylı mülki iş üzrə Şirvan şəhər Məhkəməsinin 18 noyabr 2013-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən sonra, tərəflər arasında apelyasiya və kassasiya instansiya məhkəmələrində davam edən məhkəmə mübahisələri zamanı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 noyabr 2016-cı il tarixli qərarı ilə X4 və digər şəxslərin qeyd olunan mənzildən qeydiyyatdan çıxarılmalarına dair hissədə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2014-cü il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmasından sonra, qeyd edilən məhkəmədə və digər instansiyada mülki işə baxılması zamanı onun xeyrinə yekun qərar çıxarılmasında köməklik göstərilməsinə dair 2017-ci ilin yanvar ayında Şahid1 özünə müraciəti ilə əlaqədar həmin ayın ortalarında direktoru olduğu "xxxx" MMC-nin fəaliyyət göstərdiyi ünvan 2 ünvanda yerləşən ofisində Şahid1 ilə görüşləri zamanı sonuncuya guya özünün məhkəmə sistemində yüksək vəzifədə işləyən şəxslərlə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək müvafiq məhkəmə instansiyalarında Şahid1 xeyrinə yekun qərar çıxarılmasını təmin etmək imkanına malik olmasını yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu məhkəmənin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirməklə görəcəyi işlə bağlı özünə inam yaradaraq, Şahid1 ilə razılaşmaqla sövdələşib, həmin adla 2017-ci ilin yanvar ayında ünvan 2 ünvanda yerləşən ofisində 2.000 (iki min) manat, 2017-ci ilin yanvar ayında qeyd edilən yerdə 3.800 (üç min səkkiz yüz) manat pul vəsaitini Şahid1 alıb, bundan sonra, həmin mülki iş üzrə qəbul edilmiş Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2017-ci il tarixli qətnaməsi Şahid1 xeyrinə olmadığından sonuncunun bununla bağlı həmin ərəfədə özünə müraciəti ilə əlaqədar ona həmin qətnamədən kassasiya şikayəti verilməsini və özünün Azərbaycan Respublikası Ali Məhkəməsində işləyən səlahiyyətli vəzifəli şəxs olan tanışı vasitəsilə həmin məsələni onun xeyrinə həll edəcəyini yalandan bildirib, bunun üçün rüşvət qismində verilməsindən ötrü əlavə 1.200 (bir min iki yüz) manat pul vəsaitinin də verilməsinin zəruri olmasını, həmin pulun üzərinə özünün əvvəlcədən ondan aldığı pul vəsaitindən də əlavə edərək, guya qeyd edilən vəzifəli şəxsə verəcəyini Şahid1 bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə, 2017-ci ilin yay aylarında Bakı-Ələt-Qazax-Gürcüstan avtomagistralının üzərində - Hacıqabul rayonu ərazisində yerləşən “Qədir Xum” adlı restoranda 1.200 (bir min iki yüz) manat pul vəsaitini Şahid1 alıb, əldə etdiyi ümumilikdə 7.000 manat pul vəsaitini özünün şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus cəmi 7.000 (yeddi min) manat pul vəsaitini ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təhrik etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, 2000-2008-ci illərdə DİN-nin Abşeron rayon polis idarəsinin İTB-də sahə inspektoru və həmin bölmənin baş inspektoru vəzifəsində işləmişdir. Sonradan nümayəndə kimi fəaliyyət göstərməyə başlamışdır. 2014-cü ildən hazırkı vaxta kimi "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. İş fəaliyyəti məhkəməyə qədər mülki işlərin hazırlanması, məhkəmə dövründə də zəruri ərizələrin hazırlanması və digər sübutların toplanması, vətəndaşı öz hesabına vəkillə təmin etməkdən ibarət olmuşdur. Belə ki, hüquqi yardımla bağlı müraciət edən şəxslərdən əldə olunan gəlirdən həmin şəxslərin işləri ilə bağlı məhkəmələrdə iştirak etmək üçün onları vəkillə təmin etmişdir. Onun Şahid1 ilə tanışlığı sonuncunun təxminən 2016-2017-cı illərdə onun xidmət göstərdiyi "xxxx" MMC-nin ofisinə yaxınlaşaraq mülki işi ilə bağlı hüquqi yardıma ehtiyacının olmasını bildirməsi ilə başlamışdır. İradənin ona təqim etdiyi sənədlər ilə tanış olduqdan sonra həmin mülki işdə perspektiv olduğunu görərək sonuncuya yardım edəcəyinə razılıq vermişdir. Bundan sonra, o, İradə ilə “tapşırıq” müqaviləsi bağlamış və müqavilənin şərtinə əsasən 2000 manat pul almışdır. Bundan sonra o, vəkil olmadığı üçün nümayəndə kimi Şahid1 Şirvan Şəhər Məhkəməsində, Şirvan Apellyasiya Məhkəməsində və vəkil Fərid Sadıqov vasitəsilə Ali Məhkəmədə hüquqi yardım göstərmişdir. 2000 manat puldan vəkil Fərid Sadıqova işdə vəkil kimi iştirak etməsi üçün müqavilənin bağlanmasına müəyyən məbləğdə pul vermişdir. Göstərilən hüquqi yardım nəticəsində Ali Məhkəmədə keçirilən hər iki iclasın sonunda Şahid1 xeyrinə qərar çıxarılmışdır. O, hüquqi yardım göstərilməsi üçün Şahid1 əvvəlcə 2.000 manat, daha sonra isə məhkəmə araşdırmaları bir ildən artıq davam etdiyinə görə 3.000 manat olmaqla, cəmi 5.000 manat almışdır. 2018-ci ildə Ali Məhkəmədə keçirilən sonuncu iclasda vətəndaş Şahid1 üçün ayırdığı vəkil Fərid Sadıqov ilə şəxsən onun özü həmin məhkəmə zalında olmuşlar. İclas başlamamış Şahid1 onlara səslənərək, onu müdafiə etməmələrini və onları digər vəkil ilə əvəz etmələrini xahiş etmişdir. Bundan sonra iclas digər adını sonradan bildiyi Şahid6 iştirakı ilə aparılmış və Şahid1 xeyrinə qərar çıxarılmaqla məhkəmə çəkişmələrinə yekun vurulmuşdur. Şahid1 əvvəlki Ali Məhkəmə prosesində onun iştirak etmədiyindən narazı qalmışdır. Onun ofisinə gələrək ödədiyi vəsaiti və əlavə olaraq 2.000 manat olmaqla, cəmi 7.000 manat pul qaytarmağı tələb etmişdir. O, Şahid1 izah etməyə çalışmışdır ki, onun tərtib etdiyi kassasiya şikayəti əsasında işə baxılmış və vəkillə müqavilə bağlamaqla xidmət haqqı ödəməklə uzun müddət onun işi ilə məşğul olmuş, buna xeyli əmək xərcləmişdir və nəticədə mübahisənin Şahid1 xeyrinə həll edilməsinə nail olmuşdur. Bu səbəbdən ona pul qaytarmalı deyildir. O, “Qədir-Xum” restoranında Şahid1 ilə görüşsə də, orada İrada Qəhrəmanova ona 1.200 manat pul verməmişdir, kənd məhsullarından ibarət sovqat vermişdir. Şahid1 zaman keçdikcə şikayətində daha da aqressivləşərək ondan əvvəllər 5000 manat, hazırda isə 7000 manat pul tələb etmişdir. Sonuncu bunu faiz ilə aldığı borcun böyüməsi ilə əsaslandırmışdır. Şahid1 ondan şikayət etmişdir. İstintaq zamanı o, öz nüfuzuna xələl gəlməməsi üçün məcbur olub Şahid1 ona verdiyi 5.000 manatı və əlavə olaraq 2.000 manat olmaqla, cəmi 7000 manat pulu Şahid1 vermişdir. Bundan sonra İradə Qəhrəmanov sakitləşmişdir. İstintaq zamanı ona təqdim edilən həmin səs yazısına qulaq asmış və uzun müddət keçdiyindən həmin danışıqların konkret məzmununu xatırlamır. Səs yazısında olan səs ona və Rövşən adlı şəxsə aiddir. O, yalnız Rövşəndən işin halları, təyin olunma vaxtı ilə maraqlanmışdır. Lakin Şahid1 işi ilə bağlı Rövlşənlə danışığının hansı məzmunda olmasını dəqiq xatırlamır. O, əvvələr Ali Məhkəmədə keçirilən məhkəmə iclaslarında iştirak etdiyinə görə məhkəmə nəzarətçisi Şahid4 və digər məhkəmə nəzarətçilərini və mühafizəçiləri şəxsən tanıyaraq, onlarla yaxşı münasibəti olmuşdur. Onlardan da yalnız işin vaxtı, hansı hakimdə olması ilə bağlı məlumatlar almışdır. Lakin hər hansı pul məbləği danışılmamış, pul verilməmişdir. O, özünü Azərbaycan Respublikası CM-in 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli bilmir. Çünki, o, üzərinə götürdüyü öhdəliyini yerinə yetirmiş və Şahid1 pulunu ələ keçirmək niyyəti və ona qarşı dələduzluq etmək niyyəti olmamışdır. Özünü Azərbaycan Respublikası CM-in 32.4,312.1-ci maddəsi ilə təqsirli bilir. O, Şahid4 ona Şahid1 işinin müsbət həll edilməsinə köməklik etməsini xahiş etmişdir. Lakin Şahid4 ona bu işi həll edə bilməyəcəyini bildirməmiş və münasibətləri yaxşı olduğuna görə ona yox deyə bilməmişdir. Törətdiiyi əməldən peşmandır. Evli, öhdəsində iki azyaşlı uşağı olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, dəymiş maddi zərəri tamamilə ödəməsini nəzərə alaraq, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Şirvan şəhəri H.Əliyev küçəsi 22 saylı evin 1 nömrəli məzilini 06.10.2008-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X1 almış və öz mülkiyyətinə keçirmişdir. Bəsdi Həmidova evi ailə üzvlərinin razılığı ilə ona satsa da, sonradan evdən çıxmaq istəməmişlər. Bu səbəbdən o, X5 və ailə üzvlərinin onun mənzilindən çıxarılmaları üçün iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə onun xeyrinə qərar çıxartsa da, qarşı tərəf apelyasiya şikayəti verdiyi üçün iş Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bu zaman o, işinin peşəkarı olan vəkil axtarmağa başlamışdır. Televiziya kanallarının birində "xxxx" MMC-nin direktoru kimi gördüyü Təqsirləndirilən şəxs tanıyaraq, sonuncunun Bakı şəhərində fəaliyyət göstərdiyi ofisinə gedərək onunla tanış olmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs işi barədə məlumat verərək, bu işdə onu müdafiə etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə qərarlarına baxaraq onun haqlı olduğunu bildirmişdir və məhkəmə sistemində vəzifəli tanışları olduğunu, onun xeyrinə qərar çıxarılmasını təmin edə biləcəyini demişdir. Hətta bu işin Ali Məhkəməyə qədər uzana biləcəyini də demişdir. İlkin mərhələdə o, 21 yanvar 2017-ci ildə Təqsirləndirilən şəxs etibarnamə verərək bütün məhkəmə proseslərində onu təmsil etməsinə razılıq vermişdir. Təqsirləndirilən şəxs ondan ilkin olaraq Şirvan Apellyasiya Məhkəməsində xeyrinə qərar çıxarılmasından ötrü 2000 manat pul istəmiş, 2000 manatın bir hissəsin özünə, qalanı bir hissəsinin isə məhkəmənin vəzifəli şəxslərinə çatacağını demişdir. O, Təqsirləndirilən şəxs 2.000 manat pulu sonuncunun xidmət göstərdiyi Bakı şəhəri Nizami küçəsi “tarqovı” adlanan yerindəki ofisində bacısı oğlu Şahid5 yanında əlbəəl sayaraq vermişdir. Bundan sonra yenidən Təqsirləndirilən şəxs ondan 2017-ci ilin yanvar ayında məhkəmə sistemində vəzifəli şəxslərə verməsi adı ilə 3.800 manat pul istəmişdir. O, Təqsirləndirilən şəxs ofisində tanışı Şahid2 yanında 3.800 manat pulu əlbəəl formada Təqsirləndirilən şəxs özünə vermişdir. Şirvan Apelyasiya Məhkəməsində proseslər başlamasına baxmayaraq Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə işinin olmasını bildirməklə həmin proseslərdə iştirakdan yayınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin çıxardığı qərar onu qane etməmişdir. O, bu barədə Təqsirləndirilən şəxs bildirmişdir. Təqsirləndirilən şəxs ona Ali Məhkəmədə vəzifəli tanışlarının olduğunu bildirmiş və onu bir daha inandırmışdır ki, işin sonu Ali Məhkəmədə yekunlaşır və ondan aldığı pulun 5000 manatı Ali Məhkəmənin vəzifəli şəxslərinə çatacaq və əlavə olaraq ondan pul tələb etmişdir. Bundan təxminən bir müddət sonra Ali Məhkəmədən adına çağırış məktubu gəlmiş, bundan sonra Tağı onunla əlaqə saxlayaraq, işin yekunlaşması və müsbət qərarın çıxarılması üçün əlavə pul lazım olduğunu demişdir. O, bir daha inanıb yerdə qalan 1200 manat pulu Hacıqabul rayonu ərazisində yerləşən “Qədirxum” adlı restoranda tanışı Şahid3 yanında əlbəəl sayaraq Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra çıxan qərardan qarşı tərəf yenə də şikayət vermiş, o, işin məhkəmədə uzandığını görüb, Təqsirləndirilən şəxs iradını bildirmiş və şikayət edəcəyini demişdir. Təqsirləndirilən şəxs işini Ali Məhkəmənin əməkdaşı olan Rövşən adlı şəxslə həll edəcəyi barədə onu inandırmaq üçün həmin şəxslə aralarında olan səs yazısını göndərmişdir. Lakin buna baxmayaraq məhkəmə prosesləri uzanmışdır. Təxminən 2018-ci ildə Ali Məhkəmədə onun mülki işinə baxılarkən orada müəyyən olunmuşdur ki, onun vəkili Təqsirləndirilən şəxs deyil, X17 olmuşdur. O, bunu prosesdə bilərək, işə baxılmasının dayandırılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs yanına gedərək, bu barədə ondan soruşduqda sonuncu onu acılamışdır. Bundan sonra Ali Məhkəmədə olan zaman Şahid6 adlı vəkil ilə təsadüfən tanış olmuş, həmin şəxsə işində vəkil kimi iştirak etməsini xahiş etmiş və sonuncu da onun təklifini müsbət qiymətləndirərək buna razılıq vermişdir. Müqavilə bağladıqdan sonra Şahid6 onun vəkili kimi məhkəmə prosesində çıxış etmiş, bundan sonra məhkəmədə xeyrinə qərar çıxarılaraq evdə olan kənar şəxslər oradan çıxarılmışdır. Onun Təqsirləndirilən şəxs ilə telefon danışıqları olduqda o, həmin danışıqları qeyd etmiş, lakin sonradan bir qismi silindiyi üçün həmin səslərdən yalnız birini, yəni Təqsirləndirilən şəxs işini Ali Məhkəmənin əməkdaşı olan Rövşən adlı şəxslə həll edəcəyi barədə onu inandırmaq üçün göndərdiyi səs yazısını saxlayaraq, SD diskə köçürməklə istintaqa təqdim etmişdir. Həmin danışıqda da Rövşənlə Təqsirləndirilən şəxs arasında onun işi ilə bağlı danışmışlar, Rövşən adlı şəxs ondan işin həlli müqabilində 5 dənə tələb etmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona danışıqları zamanı bildirmişdir ki, 2000 manatın bir hissəsi onun özünə və qalanı məhkəmənin vəzifəli şəxslərinə, 5000 manat isə işi icra edən hakimlərə çatacaqdır. Bununla da Təqsirləndirilən şəxs ona həmin səs yazısını atmış, o da həmin səsə inanıb sonrakı məbləğdə pulları vermişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs ondan aldığı ümumilikdə 7.000 manat pulu bözünə qaytarmışdır. Onun hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Şahid2 Nəsrulla qızı məhkəmə iclasında ifadə verərək bildirdi ki, tanışı Şahid1 ilə söhbəti zamanı sonuncu bilmişdir ki, mülki işinə Təqsirləndirilən şəxs adlı vəkil çıxır. O, da boşandığı üçün alimentini ala bilməməsi ilə bağlı Təqsirləndirilən şəxs məsləhət almaq istədiyini bildirmişdir. Bu məqsədlə o, Şahid1 ilə birlikdə sonuncuun işi ilə bağlı 2017-ci ilin əvvəlində Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami küçəsində yerləşən “Tarqovu” adlanan yerdəki ofisinə getmişdir. O, alimentlə bağlı Tağı ilə danışmış, sonuncu ona müəyyən məsləhətlər vermiş, lakin hüquqi yardımla bağlı məbləğ çox olduğundan razılaşmamışdır. Bu zaman Şahid1 onun yanında 3800 manat pulu əlbəəl sayaraq öz işi ilə bağlı Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs da həmin pulu onun və İradənin yanında sayaraq götürmüş və işin aqibəti barədə narahat olmamasını bildirmişdir. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs tanışı Şahid1 mülki işi ilə bağlı aldadaraq pulunu ələ keçirmişdir. Şahid3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, tanışı Şahid1 ilə söhbəti zamanı bilmişdir ki, o mülki işini Təqsirləndirilən şəxs adlı vəkili vasitəsi ilə icra edir. Şahid1 ilə birlikdə sonuncunun işi ilə bağlı 2017-ci ilin yay aylarında Təqsirləndirilən şəxs ilə Hacıqabul rayonunda “Qədirxum” restoranında görüşmüşlər, o da Təqsirləndirilən şəxs müəyyən hüquqi məsləhətlər almışdır. Bu zaman Şahid1 onun yanında 1200 manat pulu əlbəəl sayaraq işi ilə bağlı Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs da həmin pulu onun və İradənin yanında sayaraq götürmüş və işin aqibəti barədə narahat olmamasını bildirmişdir. Həmin vaxt İradə puldan başqa Tağıya kənd məhsullarından sovqat da vermişdir. Şahid6 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Şahid1 ilə tanışlığı 2018-ci ilin aprel ayında sonuncunun mülki işi ilə bağlı Ali Məhkəmədə olmuşdur. Belə ki, Şahid1 məhkəmə proseslərinin birində onu görmüş, prosesdən sonra ona yaxınlaşaraq mülki işinə Ali Məhkəmədə baxıldığını, əvvəlki işinə vəkil kimi qoşulmuş Təqsirləndirilən şəxs tərəfindən ondan pul alınaraq mülki işlərində uduzduğunu əsas gətirməklə sonuncuya həmin işində vəkil kimi yardım etməsini xahiş etmişdir. Bu məqsədlə o, Şahid1 ilə müqavilə bağlayaraq sonuncunun mülki işini, yəni İradənin alqı-satqı müqaviləsi ilə aldığı mənzildən cavabdehlərin çıxarılmasına dair kassasiya şikayətinə qarşı hüquqılarını o, müdafiə etmiş və yekunda sonuncunun xeyrinə 27 aprel 2018-ci il tarixli, 2(102)-2769/2018 nömrəli Ali Məhkəmənin qərarı çıxarılmışdır. Bundan sonra da həmin cavabdehlərin mənzildən çıxarılması təmin edilmişdir. Sonradan İradə ilə işlə bağlı əlaqəsi olmasa da tanış kimi bir neçə dəfə telefonla danışmışlar. Şahid1 mülki işindəki xeyrinə olan yekun qərarın çıxarılmasında Təqsirləndirilən şəxs iştirakı deyil onun iştirakı olmuş və bu da məhkəmə qərarlarında öz əksini tapmışdır. Şahid7 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Şahid1 2017-ci ilin yay aylarında ondan 200 manat borca pul almış, sonradan həmin pulu qaytarmışdır. Təqsirləndirilən şəxs adlı şəxsi tanımamışdır. Şahid8 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Şahid1 2017-ci ilin qış aylarında ondan 3800 manat borca pul almış, sonradan həmin pulu qaytarmışdır. Təqsirləndirilən şəxs adlı şəxsi tanımamışdır. Şahid4 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, 2001-ci ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul şöbəsində məsləhətçi, 2007-ci ildən Məhkəmənin İcra məmurları şöbəsində məsləhətçi vəzifəsində işləyir, dövlət qulluğunun baş müşaviridir. Nümayəndə kimi tanıdığı Təqsirləndirilən şəxsla əlaqəsi uzun müddət olmuş və sonuncu ilə bu əlaqəsi məhkəmə dövründə proseslərdə iştirak etməsi ilə bağlı olmuşdur. Belə ki, Tağı müxtəlif vaxtlarda ondan Ali Məhkəmədə olan işlərin kimdə olması, proses vaxtları və bu kimi işlərin aqibəti və prespektivi ilə bağlı maraqlanmış və o, da imkanı daxilində ona məlumat və istiqamət vermişdir. Tarixini tam xatırlamasa da, təxmin edə bilər ki, 2017-ci ildə Təqsirləndirilən şəxs xatırlamadığı mülki işlə bağlı ona telefonla zəng edərək, Şahid1 adlı qadının ev problemini ona bildirərək, işinin Ali Məhkəmədə olmasını bildirmişdir. O, həmin işin kimin icratında olması, perspektivası və bu kimi hallara dair maraqlanmışdır. O, maraqlanıb cavab bildirəcəyini Tağıya bildirmişdir. Daha sonra o, orada çalışan müxtəlif hakimlərdən bu barədə maraqlandıqda ona Şahid1 sübutlarının daha üstün olduğu bildirilmişdir. O, da bunu Təqsirləndirilən şəxs demişdir. Bundan sonra Şahid1 qeyd etdiyi mülki işi ilə bağlı onun Təqsirləndirilən şəxsla hər hansı əlaqə və görüşü olmamışdır. Tağı ona heç bir məbləğdə pul verməmiş, Tağı ilə ancaq telefon əlaqəsi saxlamışdır. Ona təqdim edilən həmin səs yazısına qulaq asmış və bu səs yazısı həqiqətən onunla Təqsirləndirilən şəxs arasında Şahid1 mülki işi ilə bağlı aralarında baş tutmuş söhbət olmuşdur. Orda olan səs yazıları Tağıya və ona aiddir. Həmin işin halları ilə bağlı Tağı ondan maraqlandıqda, o, Tağıya hüquqi məsləhət verərək istiqamət vermişdir. Səs yazısında qeyd edilən həmin sözlər onun tərəfindən Təqsirləndirilən şəxs deyilmiş, bunda məqsədi Təqsirləndirilən şəxs bu mülki işin həlli ilə bağlı özündən uzaqlaşdırmaq olmuşdur. Çünki, düşünmüşdür ki, birdən bu işdə Təqsirləndirilən şəxsla vətəndaş Şahid1 arasında neqativ söhbətlər ola bilər. Buna görə də o, Tağını özündən uzaqlaşdırmaq və yayındırmaq üçün bu kimi sözlər işlətmişdir. Təqsirləndirilən şəxsla vətəndaş Şahid1 arasında olan pul söhbəti barədə onun hər hansı məlumatı olmamışdır. Eləcə də Təqsirləndirilən şəxsn vətəndaş Şahid1 hansı vasitələrlə pul almaq və bu niyyəti həyata keçirməsi barədə də ona heç bir söz deməmişdir. Onun qeyd olunan səs yazısının hansı məqsədlə qeydə alınaraq Şahid1 göndərilməsi barədə məlumatı olmamışdır. Eləcə də, onun Şahid1 ilə Təqsirləndirilən şəxs arasında olmuş pul söhbətindən heç vaxt xəbəri olmamışdır. Əgər Təqsirləndirilən şəxs həqiqətən həmin qadından göstərilən işin müqabilində pul almışdırsa, ona bu barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxsla aralarında uzun müddətli tanışlıq olmuş, münasibətləri normal olmuş, o da sonuncuya birbaşa kömək edə bilməyəcəyini deyə bilməmiş, buna görə də dolayı yolla bu kimi sözlər istifadə edərək Tağını özündən uzaqlaşdırmışdır. Məhkəmə qərarından göründüyü kimi, mülki iş hakim Qürbət Əsgərovun icraatında olmuşdur. Lakin o, digər hakimlərin də adını ona görə çəkmişdir ki, bir daha Tağını özündən uzaqlaşdırsın, sonuncuya bir yaxın kimi bir başqa kömək edə bilməyəcəyini, bu məsələlərə qarışa bilməyəcəyini deyə bilmədiyinə görə həmin ifadələri işlətmişdir. Şahid5 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, 2017-ci ilin yanvar ayında o, Bakı şəhərində olmuş, rayonda iş olmadığına görə gəlib Bakı şəhərində işləmişdir. Şahid1 onun xalasıdır, eşitdiyinə görə Şirvan şəhərində aldığı evlə bağlı məhkəmə prosesləri olmuşdur. Xalası İradə ona zəng edərək, “Tarqovı” adlanan yerə getmək lazım olduğunu bildirmiş, o da xalası ilə birlikdə ünvan 3 ünvanına Tağı adlı vəkilin ofisinə gəlmişlər. Xalası ona bildirmişdir ki, Tağı adlı vəkil onun bu işləri ilə məşğul olacaq. Onlar Tağının ofisinə girmişlər, orada xalası Tağı ilə görüşmüş, sonuncuya 2000 manat pulu sayaraq əlbəl vermişdir. Tağı da işin aqibəti barədə narahat olmamağı bildirmişdir. Daha sonra olanlardan məlumatı olmamış, sonradan eşitmişdir ki, Tağı xalasına qarşı verdiyi vədə əməl etməmiş, dələduzluq etmişdir. Cinayət işində olan 1 ədəd CD diskə 17.11.2021-ci il tarixdə baxış keçirilmişdir. Baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs Ali Məhkəmənin icraatında olan Şahid1 ilə bağlı mülki işin onların xeyrinə həlli üçün həmin məhkəmənin İcra məmurları şöbəsində məsləhətçi vəzifəsində işləyən Şahid4 ilə danışmış, həmin danışıq 7 dəqiqə 26 saniyə davam etmişdir. Şahid4 mülki işin hansı hakimin icraatında olması, işin halları və hakimlə danışması barədə məlumat verir, Təqsirləndirilən şəxs da bu məsələni danışıb xəbər edəcəyini demiş və bu kimi məzmunda danışıq mövcuddur. (iş v. 1-cild 218-221) Cinayət işində olan "xxxx" MMC-dən daxil olmuş CD diskə 15.12.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan **********66 mobil nömrəsi ilə Şahid4 istifadəsində olan **********68 mobil nömrələri arasında 2017-ci ilin avqust ayına zəng və SMS yazışmaları mövcuddur. Həmin danışıq 24.08.2017-ci il tarixdə, 18:27:59 saat göstəricisində olmuş, 446 saniyə (7 dəq. 26 san) davam etmişdir. Həmçinin də 10/08/2017-ci il tarixdə 18:56:00 saat göstəricisində “iddiaçı - Şahid1. Cavabdeh - Həmidova Bəst İsrafil qızı. hakim Qürbət Əsgərov” məzmununda SMS yazısı mövcuddur. (iş v. 2-cild 94-98). Cinayət işində olan "xxxx" MMC-dən daxil olmuş CD diskə 08.12.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan **********66 mobil nömrəsi ilə Şahid4 istifadəsində olan **********68 mobil nömrələri arasında 2017-ci ilin avqust ayına zənglər mövcuddur, Həmin danışıq 24.08.2017-ci il tarixdə, 18:27:59 saat göstəricisində olmuş, 447 saniyə davam etmişdir. (iş v. 2-cild 51-59). Cinayət işində olan Şirvan şəhər Məhkəməsinin 18.11.2013-cü il tarixli 2(032)-518/2013 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X10 cavabdeh Şahid1 qarşı Şirvan şəhəri H.Əliyev küçəsi 22 saylı evin 1 nömrəli məzilinə dair 06.10.2008-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi vermiş, cavabdeh Şahid1 qarşılıqlı iddia ərizəsi verərək, iddiaçı X10 və ailə üzvlərinin həmin mənzildən çıxarılmasını tələb etmişdir. Şirvan şəhər Məhkəməsinin 18.11.2013-cü il tarixli 2(032)-518/2013 nömrəli qətnaməsi ilə iddiaçı X5 cavabdeh Şahid1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair ilkin iddiası və iddiaçı Şahid1 cavabdehlər X7, X8, X6, X11 və X14 qarşı ünvan 4 ünvanda yerləşən evin 1 saylı mənzilindən çıxarılması tələbi barədə qarşılıqlı iddiası rədd edilmişdir. (iş v. 1-cild 84- 88). Qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı Şahid1 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Cəbrayılov, T.Heydərov və N.Mirzəyev) 17 aprel 2014-cü il tarixli 2(106)-274/2014 nömrəli qətnaməsi ilə Şirvan Şəhər Məhkəməsinin 18 noyabr 2013-cü il tarixli qətnaməsi qismən - qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş, qarşılıqlı iddia təmin edilmiş, B.Həmidova və başqalarının ünvan 4 ünvanda yerləşən evin 1 saylı mənzilindən çıxarılmaları qət edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. (iş v. 1-cild 130-137). Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xələfov, Ə.Rüstəmov və A.Kalbalıyev) 10 noyabr 2016-cı il tarixli 2(102)-4338/2016 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 17 aprel 2014-cü il tarixli qətnaməsi qarşılıqlı iddia üzrə cavabdehlərin mənzildən çıxarılmasına dair hissədə ləğv edilmiş, həmin hissədə işə yenidən baxılmaq üçün mülki iş yeni apellyasiya baxışına qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (N.Məmmədov, Q.Kərimov və Z.Zeynalov) 10 aprel 2017-ci il tarixli 2(106)-547/2017 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şahid1 cavabdehlər A.Həmidova və başqalarına qarşı mənzildən çıxarılma tələbinin təmin edilməməsi hissəsində Şirvan Şəhər Məhkəməsinin 18 noyabr 2013-cü il tarixli 2(032)-518/2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Q.Əsgərov, Ə.Şadiyev və E.Vəliyeva) 28 avqust 2017-ci il tarixli 2(102)-5860/2017 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 10 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və yenidən baxılmaq üçün iş apellyasiya baxışına qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2901/2017 saylı, 15 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Ələsgərəli Novruzov və Etibar Camalov), qarşılıqlı iddia üzrə iddiaçı Şahid1 apellyasiya şikayəti təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin 18 noyabr 2013-cü il tarixli, 2(032)-518/2013 saylı qətnaməsi qarşılıqlı iddianın təmin olunmamasına dair hissədə ləğv edilməklə, qarşılıqlı iddia təmin edilmış, X15, X9, X16 və X12 Şirvan şəhəri H.Z.Tağıyev küçəsi 22 saylı evin 1 saylı mənzilindən çıxarılmaları qət edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27.04.2018-cı il tarixli 2(102)-2769/2018-cı il tarixli qərarı ilə qarşılıqlı iddia üzrə cavabdehlər X9, X16 və X12 birlikdə verdikləri kassasiya şikayəti təmin olunmamış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2017-ci il tarixli 2(106)-2901/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. (iş v. 1-cild 70-77). Cinayət işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin 01.12.2021-ci il tarixli məktubundan və Təqsirləndirilən şəxs təqdim etdiyi təsis sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs 6 mart 2013-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmış (VÖEN **********), hüquqi ünvanı Abşeron rayonu Xırdalan şəhəri Masazır şossesinin şimalı olan "xxxx" MMC-nin direktoru və təsisçisidir. (iş v. 2-cild 48-49, 128-134). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin fonoskopik ekspertizasının tərəfindən verilmiş 21.12.2021-ci il tarixli 4/1724-41728 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli fonoqramdakı tədqiqatı tələb olunan danışıqlarda diktorların emosional vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi, akustik fonun kəşkin şəkildə dəyişməsi və danışıqlarda ifadələr arası məntiqli rabitəninpozulması kimi montaj əlamətləri müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli fonoqramdakı tədqiqatı tələb olunan danışıqlar məzmunu təqdqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli fonoqramdakı tədqiqatı tələb olunan danışıqların tədqiqi hissədə verilmiş yazılı mübahisə “K1”kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi - Şahid4 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli fonoqramdakı tədqiqatı tələb olunan danışıqlar telefon danışığı olduğundan danışıqların qeydə alındığı akustik şəraiti müəyyən etmək mümkün olmamışdır. (iş v. 2-cild 136- 143). İstintaq zamanı Şahid1 ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 7.000 manat maddi ziyanın ona tam qaytarıldığını, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. (1-ci cild, i.v.93-96) Şahid1 tərəfindən təqdim edilən Təqsirləndirilən şəxs və Şahid4 arasında danışıqlar mövcud olan 1 ədəd CD disk, "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim edilən CD disklər müstəntiqin 18 fevral 2022-ci il tarixli qərarı ilə maddi sübut qismində tanınmışdır. Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən 02.12.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib. (2-ci cild, i.v.28). Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materiallarında olan digər sübutlarla öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını - 7.000 manat pulunu vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə vahid niyyətlə qeyrisini təhrik etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. İstintaq zamanı ifadələr arasında olan ziddiyətlə bağlı Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti keçirilmişdir. Şahid3 1200 manat pul vəsaitini Təqsirləndirilən şəxs onun yanında Şahid1 almasını üzünə qarşı bir daha bildirməklə sonuncunun törətdiyi cinayət əməllərini ifşa etmişdir. Şahid3 məhkəmə iclası zamanı da ifadəsində 1200 manat pul vəsaitini Təqsirləndirilən şəxs onun yanında Şahid1 almasını üzünə qarşı bir daha söyləmişdir. Təqsirləndirilən şəxs ifadəsində özünü müdafiə üçün gətirdiyi dəlillər, yəni Şahid1 yalnız 2.000 manat və 3.000 manat pul vəsaitini xidmət haqqı olaraq alması, məhkəmə sisteminin vəzifəli şəxslərinə verilməsi adı ilə 7000 manat pul almaması, səs yazılarının ona aid olmaması kimi göstərdikləri cinayət işinin istintaq materialları ilə, həmçinin məhkəmə iclasında özünün qismən etrafedici ifadəsi, şahidlərin ifadələri, üzləşmə protokolları, baxış protokolları, məhkəmə fonoskopik ekspertizasının rəyi və bir sıra digər istintaq hərəkətləri protokolları və sübutlarla təkzib olunmaqla, təsdiqini tapmadığından və özünü müdafiə xarakteri daşımaqla, məsuliyyətdən yayınmaq niyyətini güdür. Təqsirləndirilən şəxs Şahid1 istintaq zamanı 7.000 manat pul qaytarması halı da bir da onun Şahid1 onun mülki işinin həlli məqsədilə 7.000 manat vəsait almasını təsdiq edir. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti qismən etiraf etməsini, əməlindən peşman olmasını, evli olmasını, öhdəsində iki azyaşlı uşağı olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını, ictimai faydalı əməklə məşğul olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətnaməyə malik olmasını və vurulmuş maddi zərəri tamamilə ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, bütün bunları nəzərə alaraq və xüsusilə ümümbəşəri idealları, insan hüquqları və azadlıqlarının qorunması kimi dəyərləri və insanpərvəlik ənənələrini davam etdirərək, qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə ümid edərək, cinayət-hüquq siyasətini həyata keçirərək, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, təqsirləndirilən şəxsin öz əməllərinin nəticələrini dərk edərək islah olunacağına inanaraq, humanizm və mərhəmət prinsiplərini rəhbər tutaraq, iş üzrə cəzanı yüngülləşdirə halların olmasını, ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona, qəti olaraq cərimə cəzası təyin edilməsini qanuni, ədalətli və əsaslı hesab edir. 19 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmiş Şahid1 tərəfindən təqdim edilən Təqsirləndirilən şəxs və Şahid4 arasında danışıqlar mövcud olan 1 ədəd CD disk, "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim edilən CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən 13.10.2021-ci il tarixdə ilkin araşdırma zamanı cinayət məsuliyyətindən azad edilməsi məqsədilə dəymiş ziyanın 25%-i qismində Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabına ödənilmiş və həmin hesabda saxlanılan 1.750 manat pul Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs qaytarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 300 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə 4.000 (dörd min) manat cərimə cəzasına, Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə 5.000 (beş min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq Təqsirləndirilən şəxs 5.500 (beş min beş yüz) manat cərimə cəzası təyin edilsin. 19 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmiş Şahid1 tərəfindən təqdim edilən Təqsirləndirilən şəxs və Şahid4 arasında danışıqlar mövcud olan 1 ədəd CD disk, "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim edilən CD disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs tərəfindən 13.10.2021-ci il tarixdə ilkin araşdırma zamanı cinayət məsuliyyətindən azad edilməsi məqsədilə dəymiş ziyanın 25%-i qismində Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-də olan AZ31CTRE**********0003118 501 nömrəli depozit hesabına ödənilmiş və həmin hesabda saxlanılan 1.750 (min yeddi yüz əlli) manat pul Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 300 (üç yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-43/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-43/2022
24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver