Məhkəmə qərarları › İş №1(071)-43/2023

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-43/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-43/2023 25.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X27 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı2, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər – Şirvan Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 Ağamməd oğlunun, Müdafiəçi1 və Müdafiəçi3 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, işləməyən, Tərtər rayonu Hacıqərvənd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, ünvan 3də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx.xx.1984-cü il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan Massivi 1, məhəllə 163-də qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, 14 yanvar 2023-cü il tarixdə saat 02:00-da Təqsirləndirilən şəxs2 idarə etdiyi «Toyota Prius» markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu, Atbulaq kəndinə gələrək, həmin kənddə yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətində olan və saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq, orada olan hər birinin dəyəri 250 manat olmaqla, cəmi 500 manat dəyərində iki baş xırdabuynuzlu qoyunu və dəyəri 300 manat olan bir baş xırdabuynuzlu erkək qoyunu gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 800 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, 16 yanvar 2023-cü il tarixdə saat 03:00-da Təqsirləndirilən şəxs2 idarə etdiyi «Toyota Prius» markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu, Muğan qəsəbəsinə gələrək, həmin qəsəbədə yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq, tövlədə olan hər birinin dəyəri 250 manat olmaqla, cəmi 1000 manat dəyərində dörd baş xırdabuynuzlu qoyunu, dəyəri 300 manat olan bir baş xırdabuynuzlu erkək toğlunu, dəyəri 70 manat olan xırdabuynuzlu quzunu gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1370 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 15 yanvar 2023-cü il tarixdən 16 yanvar 2023-cü il tarixə keçən gecə saat 03:00 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi «Toyota Prius» markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu, Muğan qəsəbəsinə gələrək, həmin qəsəbədə yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq, tövlədə olan hər birinin dəyəri 250 manat olmaqla, cəmi 1000 manat dəyərində dörd baş xırdabuynuzlu qoyunu, dəyəri 300 manat olan bir baş xırdabuynuzlu erkək toğlunu və dəyəri 70 manat olan bir baş xırdabuynuzlu quzunu gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1370 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 14 yanvar 2023-cü il tarixdə saat 02:00-da idarə etdiyi «Toyota Prius» markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu, Atbulaq kəndinə gəlmiş, Təqsirləndirilən şəxs1 həmin kənddə yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətində olan və saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq, tövlədə olan hər birinin dəyəri 250 manat olmaqla cəmi 500 manat dəyərində iki baş xırdabuynuzlu qoyunu, dəyəri 300 manat olan bir baş xırdabuynuzlu erkək toğlunu gizli talayıb, Təqsirləndirilən şəxs2 idarə etdiyi «Toyota Prius» markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindirərək aparmışlar, bununla da Təqsirləndirilən şəxs2 zərər çəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 800 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 16 yanvar 2023-cü il tarixdə saat 03:00-da idarə etdiyi «Toyota Prius» markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu, Muğan qəsəbəsinə gəlmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həmin qəsəbədə yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq, tövlədə olan hər birinin dəyəri 250 manat olmaqla, cəmi 1000 manat dəyərində dörd baş xırdabuynuzlu qoyunu, dəyəri 300 manat olan bir baş xırdabuynuzlu erkək toğlunu və dəyəri 70 manat olan bir baş xırdabuynuzlu quzunu gizli talayıb, Təqsirləndirilən şəxs2 idarə etdiyi «Toyota Prius» markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindirərək aparmışlar, bununla da Təqsirləndirilən şəxs2 zərər çəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1370 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tanıyır və onların hər ikisi ilə əvvəldən münasibəti vardır. xx.xx.2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs2 Bakı şəhərində Neftçilər metrosunun yanında dayanıb müştəri gözlədiyini görüb Orxana yaxınlaşmışdır. O, Orxana xx.xx.2023cü il tarixdə onunla işinin olduğunu bildirəndə Orxan Beylaqan rayonuna gedəcəyini bildirmişdir. Həmin vaxt o, Orxana tək gedəcəyi təqdirdə onunla getmək istədiyini bildirmişdir. Orxan bir nəfər sərnişinin olduğunu qeyd edib onunla getməsinə etirazının olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində o, və bir nəfər tanımadığı sərnişin qadınla birlikdə Orxanın idarə etdiyi «Toyota Prius» markalı, **-GA-*** dövlət nömrə nişanlı avtomobil ilə Beylaqan rayonuna getmişlər. Həmin günü saat 23 radələrində onlar Beylaqan rayonuna çatmış, sərnişin qismində əyləşmiş qadın düşmüş və o, Orxanla birlikdə Bakı şəhərinə qayıtmağa başlamışlar. Həmin günü saat 20:30 radələrində Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində avtomobilin yanacağı qutardığı üçün Orxan avtomobili yaxınlıqda yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinə sürmüş, yanacaq doldurandan sonra o, ac olduğunu bildirib Orxandan yaxınlıqda yerləşən mağazaya sürməyini xahiş etmişdir. Orxan avtomobili yaxınlıqda yerləşən mağazanın qarşısına sürmüş, onlar orada təxminən iki saat dayanıb yemək yemiş və o, Orxana orada çox dayanmamalarını bildirib irəli sürməyini xahiş etmişdir. Həmin vaxt o, yolun kənarında fərdi yaşayış evlərinin olduğuna fikir vermiş və həmin fərdi yaşayış evlərinin həyətində xırda buynuzlu heyvanların olmasını güman edib oğurlamaq qərarına gəlmişdir. Orxan avtomobili bir qədər irəlidə saxlayandan sonra o, Orxana onu avtomobildə gözləməsini bildirib avtomobildən düşüb getmişdir. O, avtomobildən düşəndən sonra yaxınlıqda yerləşən dayanacağın arxasında olan fərdi yaşayış evlərinə tərəf getmişdir. O, orada fərdi yaşayış evlərinin həyət yanı sahələrinə çəpərin üstündən baxmağa başlamış, yaxınlıqda olan fərdi yaşayış evinin həyətinin çəpərinin dəmir tordan və alçaq olması səbəbindən o, həyətə nəzər salmış və həyətdə xırda buynuzlu heyvanların olduğunu görmüşdür. O, çəpərin üstündən həyətə daxil olub oradan heyvanların olduğu yerə girmiş və üç baş xırda buynuzlu qoyunları bir-bir tutub həyətdə tapdığı iplə ayaqlarını bağlamışdır. Sonra o, geri qayıdıb avtomobilə əyləşmiş və Orxana dayanacağın arxasında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində xırda buynuzlu heyvanların olduğunu bildirmişdir. O, Orxana həmin heyvanları oğurlamaq istədiyini qeyd edib heyvanların ayaqlarını bağladığını bildirmişdir. Orxan ona etiraz etmək istəyəndə o, Orxana yalnız avtomobili ora sürməyini, onun heç bir iş görməyəcəyini, narahat olmamağını, bütün işi özünün görəcəyini bildirmişdir. Bundan sonra Orxan avtomobili həmin fərdi yaşayış evinin yanına sürmüş, o, avtomobildən düşüb həyətə daxil olmuş və qoyunları dəmir tordan hazırlanmış çəpərin üstündən keçirib Orxanın idarə etdiyi avtomobilə yığmışdır. Bundan sonra o və Orxan Bakı şəhərinə yola düşmüşlər. Yolda o, tanıdığı Seyun adlı tanışına zəng etmiş və ona pay verilmiş qoyunları satmaq istədiyini ona bildirmişdir. Seyun ona qoyunları alacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə onlar saat təxminən 05:30 radələrində Bakı şəhərinə çatmış və o, Orxana avtomobili Binəqədi rayonunda yerləşən bazara sürməyini xahiş etmişdir. Orxan avtomobili həmin yerə sürmüş və o, orada oğurladığı üç baş xırda buynuzlu heyvanları Seyun adlı şəxsə 350 manata satmışdır. O, heyvanları satandan sonra Orxanın avtomobilinə əyləşmiş və heyvanları 350 manata satdığını bildirmişdir. Orxan ona maddi problemlərinin olduğunu bildirəndə o, aldığı pulun 250 manatını Orxana vermişdir. O, pulu Orxana verəndə gələn dəfə onun artıq pul götürəcəyini qeyd etmişdir. Orxan onunla razılaşmış və onu Sabuçu rayonunda yerləşən bazarın yanında düşürmüşdür. Həmin günü saat 19 radələrində o, Orxana zəng etmiş və onunla görüşmək istədiyini bildirmişdir. Təxminən bir saat sonra o, Orxanla “Neftçilər” metrosunun yanında görüşmüş, Orxana yenə də getmək lazım olacağını bildirəndə Orxan ona yanacağının olmadığını qeyd etmişdir. O, Orxana yanacaq alacağını və xx.xx.2023-cü il tarixdə təkrar Hacıqabul rayon istiqamətində gedib oradan qoyun oğurlayacaqlarını təklif etmişdir. Orxan onunla razılaşmış və onlar Orxanla xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində Sabunçu rayonunda yerləşən bazarın yanında görüşmüşlər. Görüşəndən sonra o, yanacaq almaq üçün borc pul tapmağa çalışsa da tapa bilməmiş və Orxandan evdən pul götürməsini xahiş etmişdir. Orxan yaşadığı evə qayıtmış və pul götürəndən sonra onlar getmək qərarına gəlmişlər. O, yolda Orxana bir nəfər də götürmək lazım olduğunu bildirib tanışı Təqsirləndirilən şəxs3 Orxanın mobil nömrəsi ilə zəng etmişdir. Rəşad ona yaşadığı evdə olduğunu bildirəndən sonra o, Orxanla birlikdə Rəşadın yaşadığı evə getmişlər. Orada o, Rəşada heyvan oğurlamaq istədiklərini və onlarla birlikdə getməyini bildirəndə Rəşad onunla razılaşmış və onlar Orxanın idarə etdiyi avtomobil ilə yola çıxmışlar. Onlar avtomobillə Hacıqabul rayonu, Muğan kəndi ərazisində hərəkətdə olarkən o, Orxana avtomobili saxlamasını bildirmişdir. Orxan avtomobili yolun kənarında saxlamışdır. O, Rəşadla birlikdə avtomobildən düşmüş və yaxınlıqda olan fərdi yaşayış evlərinə tərəf getmişlər. Orxan isə avtomobilini oradan sürüb bir qədər irəlidə yolun kənarında saxlayıb onları gözləmişdir. O, Rəşadla birlikdə fərdi yaşayış evlərinin darvazasının qarşısına xırda buynuzlu heyvanların izlərini görmək üçün gəzməyə başlamış, bir qədər gəzdikdən sonra fərdi yaşayış evlərindən birinin yanında dayanmış və o, həmin fərdi yaşayış evinin həyətində heyvan saxlanıldığını başa düşüb Rəşada küçədə dayanmasını bildirmişdir. O, çəpərdən evin həyətinə daxil olmuş, həyətə daxil olduqdan sonra o, həyətdə olan tövləyə girmiş və tövlənin küçəyə açılan qapısını içəridən açmışdır. O, qapını açandan sonra Rəşada tövləyə girib qoyunları tutmağa kömək etməsini bildirmişdir. Rəşad tövləyə girmiş və onunla birlikdə qoyunları tutmağa başlamışdır. O və Rəşad 4 baş qoyunu, 1 baş qoçu və 1 baş quzunu tutub tövlədə tapdıqları iplə ayaqlarını bağlamış və bundan sonra onlar tövlədən çıxıb Orxanın yanına getmişlər. Onlar Orxanın yolun kənarında dayandığını görüb ona yaxınlaşaraq avtomobilinə əyləşmiş və qoyunların olduğu fərdi yaşayış evinə tərəf sürməyini bildirmişlər. Orxan avtomobili həmin yerə sürəndən sonra o və Rəşad qoyunları tövlədən çıxarıb avtomobilə yığmağa başlamışdır. Həmin vaxt Rəşadın alın nahiyyəsi avtomobilin qapsına dəymiş və qanamağa başlamışdır. O, heyvanları avtomobilə yığandan sonra onlar oranı tərk edib Bakı şəhərinə yola düşmüşlər. Yolda Orxan ona yolun kənarında onları gözləyən zaman polis əməkdaşlarının onu yoxladığını bildirmişdir. O, Orxana artıq gec olduğunu və narahat olmamasını bildirmişdir. Sonra onlar Bakı şəhərinə gələndə o, yolda yenə də tanışı Seyuna zəng edib ona rayondan qoyun pay verildiyini və satmaq istədiyini bildirmişdir. Seyun ona həmin qoyunları alacağını bildirib onunla Mehdiabad qəsəbəsində görüşməsini bildirmişdir. X20 qəsəbəsində görüşmüş və o, 6 baş qoyunu 900 manata satmışdır. O, həmin 900 manat pulun 100 manatını Rəşada vermiş, Rəşad ona pulun az olduğunu bildirəndə o, maddi problemlərinin olduğunu bildirmişdir. Bundan sonra onlar oradan uzaqlaşıb Bakı şəhəri, Bakıxanov qəsəbəsinə yerləşən avtoyuma məntəqəsinə gəlmiş, Orxanın avtomobili yuyulandan sonra onlar oranı tərk edib getmişlər. O, Orxana Bakıxanov qəsəbəsində yerləşən “Aygün city” ticarət mərkəzinin qarşısında kimyəvi təmizləməyə paltarlarını verəcəyini bildirib avtomobili saxlamasını xahiş etmişdir. Orxan avtomobili orada saxlamış və o, paltarlarını götürüb avtomobildən düşərək oradan uzaqlaşmışdır. O, paltarlarını kimyəvi təmizləmə yerinə verib qayıdan zaman Orxanın və Rəşadın orada olmadıqlarını görmüşdür. O, dəfələrlə Orxanla əlaqə saxlamaq istəmiş, lakin bu mümkün olmamışdır. O, sonradan Orxanın və Rəşadın tutulduğunu öyrənmişdir. O, qorxduğu üçün polis şöbəsinə gələ bilməmiş və mümkün qədər gizlənməyə çalışmışdır. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində o, Bakı şəhəri, Xətai rayon ərazisinin yaxınlığında olan zaman polis əməkdaşları onu saxlayıb Hacıqabul rayon PŞ-nə gətirmişlər. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənildiyini bildirdi və onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəldən tanıyır. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində o, yaşadığı evdə olan zaman Fuad ona zəng edərək Orxanla birlikdə olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. O, Fuadla razılaşmış və onları yaşadığı evdə gözləyəcəyini bildirmişdir. Təxminən 10-15 dəqiqə sonra Fuad və Orxan onun yaşadığı evə Orxanın idarə etdiyi «Toyota Prius» markalı avtomobil ilə gəlmişlər. Onlar görüşən zaman Fuad ona bir yerdə Kurdəmir rayonu istiqamətində hərəkət edib yolüstü kəndlərdən qoyun oğurlamaq istədiyini bildirmişdir. Fuad onunla və Orxanla birlikdə getməsini, oğurlanan qoyunlar satıldıqdan sonra ona da pul verəcəyini bildirmişdir. Onun pula ehtiyacı olduğu üçün o, Fuadla razılaşmışdır. Bundan sonra o Fuad ilə birlikdə Orxanın idarə etdiyi avtomobil ilə Kürdəmir rayonu istiqamətinə getmişlər. Həmin günü saat 16:30 radələrində onlar Hacıqabul rayonuna gəlmişdir. Hava işıqlı olduğu üçün Orxan idarə etdiyi avtomobili Nəvahi kəndinin yaxınlığında yerləşən kafenin qarşısında saxlamışdır. Onlar avtomobildə əyləşib havanın qaranlıqlaşmasını gözləməyə başlamışlar. Onlar orada bir neçə saat gözləmiş və gecə saat 01 radələrində Kürdəmir rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Onlar avtomobillə Hacıqabul rayonu, Muğan kəndi ərazisində hərəkətdə olarkən Fuad Orxana avtomobili saxlamasını bildirmişdir. Orxan avtomobili yolun kənarında saxlamış və o, Fuadla birlikdə avtomobildən düşmüşlər. Fuad və o, avtomobildən uzaqlaşıb fərdi yaşayış evlərinin olduğu yerə tərəf hərəkət etməyə başlamışdır. Fuad fərdi yaşayış evlərinin darvazalarının açıq olub-olmamasını yoxlayaraq darvazaların qarşısında yerə işıq salaraq heyvanlara aid izləri axtarmağa başlamışdır. O, Fuadla bir neçə fərdi yaşayış evinin darvazasının qarşısından keçəndən sonra Fuad bir darvazanın qarşısında dayanmış və həmin fərdi yaşayış evinin həyətində xırda buynuzlu heyvanların saxlanıldığını bildirmişdir. Sonra Fuad həmin fərdi yaşayış evinin həyət yanı sahəsini əhatə edən mişar daşlarından inşa olunmuş çəpərdən həyətə tullanmış, tullanan zaman Fuad ona orada dayanıb ətrafa baxmasını bildirmişdir. Fuad həyətə tullanandan sonra gəlib həyətdə yerləşən tövlənin bir laylı dəmir qapısını içəridən açmış, ona tövləyə girməsini və orada olan qoyunların ayaqlarını bağlamağa kömək etməsini bildirmişdir. O, tövləyə daxil olmuş və orada çox sayda xırda buynuzlu və iri buynuzlu heyvanların olduğunu görmüşdür. Fuad tövlənin pəncərəsindən asılmış ağ rəngli ipləri götürmüş və qoyunları tutmağa başlamışdır. Fuad qoyunu tutduqdan sonra o, qoyunların ayaqlarını bağlamışdır. Fuad ümumilikdə 4 baş qoyun və 2 baş quzunu tutmuş, onlar qoyunların ayaqlarını bağlayandan sonra qoyunları tövlədə qoyaraq Orxanın yanına getmişlər. Bir qədər sonra Orxan, Fuad və o, avtomobil ilə qoyunların olduğu tovlənin qapsının qarşısına gəlmişlər. O, Fuadla birlikdə 4 baş qoyunu və 2 baş quzunu Orxanın idarə etdiyi avtomobilə qoymuşlar. O, qoyunları avtomobilə yığan zaman alın nahiyyəsi avtomobilin qapısına dəymiş və alnı qanamışdır. Bundan sonra onlar avtomobilə əyləşib oradan uzaqlaşmış və Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad qəsəbəsinə gəlmişlər. Onlar Bakıya gələrkən Fuad yolda bir nəfər onun tanımadığı şəxsə zəng etmiş və rayondan qoyun gətirdiyini bildirmişdir. Onlar həmin şəxslə Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad qəsəbəsinə görüşmüşlər. Həmin şəxs onlara yaxınlıqda yerləşən fərdi yaşayış evinə getmələrini və orada qoyunları boşaltmalarını bildirmişdir. Orxan onlarla birlikdə idarə etdiyi avtomobili həmin şəxsin idarə etdiyi avtomobilin arxası ilə sürmüş, bir qədər irəlidə bir fərdi yaşayış evinin qarşısında saxlamışdır. Fuad avtomobildən düşəndən sonra həmin şəxslə birlikdə avtomobildə olan 4 baş qoyunu və 2 baş quzunu düşürdüb fərdi yaşayış evinin həyətinə qoymuşlar. Həmin vaxt o və Orxan avtomobildə Fuadı gözləmişlər. Bir qədər sonra Fuad gəlmiş və onlara qoyunları 850 manata satdığını bildirib ona 100 manat pul vermişdir. O, Fuada nə səbəbə ona az pul verdiyini soruşanda Fuad ona ehtiyacının olduğunu və gələn səfər əvəzini çıxacağını bildirmişdir. X34 oradan getmələrini bildirmişdir. Onlar oradan uzaqlaşıb Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən avtoyuma məntəqəsinə gəlmiş və Orxanın avtomobili yuyulandan sonra onlar oranı tərk edib getmişlər. Fuad Orxana kimyəvi təmizləməyə paltarlarını verəcəyini bildirib avtomobili saxlamasını xahiş etmiş, Orxan avtomobili saxlamış və Fuad paltarları götürüb avtomobildən düşüb uzaqlaşmışdır. Bu zaman polis əməkdaşları onlara yaxınlaşmış və onu Orxanla birlikdə Hacıqabul rayon Polis Şöbəsinə gətirmişlər. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənildiyini, ailəli olmaqla himayəsində üç azyaşlı uşaqlarının olduğunu bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, 2016-cı ildən Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 uzun müddətdir tanıyır. xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində onun Beylaqan rayonuna müştəri aparmaq üçün sifarişi var idi. xx.xx.2023-cü il tarixdə o, Bakı şəhərində Neftçilər metrosunun yanında dayanıb müştəri gözləyən zaman Fuad ona yaxınlaşmış və ona xx.xx.2023-cü il tarixdə onunla işi olduğunu bildirmiş, o isə Fuada Beylaqan rayonuna gedəcəyini demişdir. Həmin vaxt Fuad ona tək gedəcəyi təqdirdə onunla getmək istədiyini bildirdi. O, bir nəfər sərnişinin olduğunu qeyd edib onunla getməsinə etirazının olmadığını bildirdi. xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində o, Fuad və bir nəfər qadın sərnişin ilə birlikdə Beylaqan rayonuna getmişlər. Həmin günü saat 23 radələrində onlar Beylaqan rayonuna çatmışlar. Sərnişini düşürdükdən sonra o və Fuad Bakı şəhərinə qayıtmaq üçün yola çıxmışlar. Həmin günü saat 20:30 radələrində Hacıqabul rayonu, Atbulaq kəndinin ərazisində avtomobilin yanacağı qutardığını hiss edib orada yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinə sürmüşdür. O, yanacaq doldurandan sonra bir qədər yol getdikdən sonra Fuad avtomobildən düşmüş və yolun kənarında olan dayanacağın arxasında olan fərdi yaşayış evlərinə tərəf getmişdir. Bir qədər sonra Fuad geri qayıdıb avtomobilə əyləşdi və ona dayanacağın arxasında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində xırda buynuzlu heyvanların olduğunu bildirdi. Fuad ona həmin xırda buynuzlu heyvanların bir neçəsini oğurlamaq istədiyini bildirdi. O, Fuada etirazını bildirəndə Fuad ona narahat olmamasını, bütün işi özünün görəcəyini, onun isə yalnız avtomobildə onu gözləməsini bildirdi. Bundan sonra Fuad avtomobildən düşüb həmin fərdi yaşayış evinə tərəf getmişdir. Təxminən bir-iki saatdan sonra Fuad avtomobilə qayıtmış və ona həmin yerə avtomobilini sürməsini bildirmişdir. Orada Fuad üç baş xırda buynuzlu heyvanları ayağı bağlı vəziyyətdə onun idarə etdiyi avtomobilə qoymuşdur. Sonra onlar həmin yeri tərk edib getmişlər. Onlar Bakı şəhərinə qayıtdıqda Fuad yolda onun tanımadığı şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb rayondan heyvan gətirdiyini bildirmişdir. Həmin günü onlar saat təxminən 05:30 radələrində Bakı şəhərinə çatmışlar. Fuad ona Binəqədi rayonunda yerləşən bazara sürməsini bildirmişdir. O, həmin yerə avtomobili sürmüşdür. Orada Fuad bir nəfər şəxslə görüşmüş və qoyunları ona satmışdır. Fuad qoyunları düşürdükdən sonra avtomobilə qayıdaraq ona qoyunları 350 manat satdığını bildirmişdir. Həmin puldan Fuad ona 10 manat avtomobili yumaq üçün vermiş, 240 manat isə ona satdığı qoyunların pulundan vermişdir. Fuad ona yenə də onun üçün getmək lazım olduğunu bildirib ona pulu çox verdiyini qeyd etdi. Lakin, o Fuada etirazını bildirib bir daha onunla getməyəcəyini demişdir. Sonra o, Fuadı Sabunçu rayonunda yerləşən bazarın yanında düşürmüşdür. Fuad düşən zaman ona zəng edəcəyini və getmək lazım olduğunu bildirmişdir. O, Fuadla razılaşmamış və işlərinin olduğunu bildirib çıxıb getmişdir. Bir qədər sonra Fuad ona zəng etməyə başlamış, o isə Fuadın zənglərinə cavab verməmişdir. Həmin günü saat 19 radələrində o, Fuadın zənginə cavab vermiş və Fuad onunla görüşmək istədiyini bildirmişdir. Həmin günü saat 20 radələrində o, Fuadla Neftçilər metrosunun yanında görüşmüşdür. Fuad ona getmək lazım olduğunu bildirəndə o Fuada yanacaq vurmasını bildirmişdir. Fuad ona pulunun olmadığını, xx.xx.2023-cü il tarixdə pul götürüb saat 13 radələrində onunla getmək lazım olduğunu bildirdi. Mən Fuada bunun axırıncı dəfə olduğunu bildirib onunla razılaşdım. xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində mən Fuadla Sabunçu rayonunda yerləşən bazarın yanında görüşdüm. O, Fuada yanacaq doldurmaq üçün pulunun olub-olmadığını soruşanda Fuad ona Binəqədi rayonunda yerləşən bazardan pul götürəcəyini bildirmişdir. Onlar həmin yerə getmişlər. Lakin Fuadın axtardığı adam orada olmadığı üçün Fuad ona pul tapmasını bildirmişdir. O, yaşadığı evə gəlib 70 manat pul götürmüşdür. Bundan sonra Fuad ona bir nəfərdə lazım olduğunu bildirib Təqsirləndirilən şəxs3 zəng etmişdir. Telefon danışığından sonra o, Fuadla birlikdə Rəşadın yaşadığı evə getmişlər. X35 heyvan oğurlamaq istədiyini və onlarla birlikdə getməsini bildirəndə Rəşad razılaşmışdır. Onlar onun idarə etdiyi avtomobil ilə Kürdəmir rayon istiqamətində yola çıxmışlar. Hacıqabul rayon ərazisindən keçib bir qədər irəlidə hərəkət edən zaman Fuad ona dönüb qayıtmasını bildirdi. Geri qayıdıb Hacıqabul rayonu Muğan kəndi ərazisində hərəkətdə olarkən Fuad ona avtomobili saxlamasını bildirmişdir. O, avtomobili yolun kənarında saxlamış və Fuad Rəşadla avtomobildən düşüb fərdi yaşayış evlərinin olduğu yerə tərəf getmiş, o isə avtomobili yolun kənarında saxlamışdır. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb nə etdiyini soruşmüş, o isə polislərə yük gətirdiyini bildirəndən sonra onlar uzaqlaşıb getmişlər. Təxminən 03:00 radələrində Fuad və Rəşad onun olduğu yerə gəlib avtomobilə əyləşdilər. O, Fuada polis əməkdaşlarının onu yoxladıqlarını bildirəndə Fuad ona qorxmamasını bildirmişdir. Sonra Fuad ona fərdi yaşayış evlərinin olduğu yerə sürməsini bildirdi. O, avtomobili ora sürmüş və avtomobildən düşməmişdir. Fuad Rəşadla birlikdə tövlədən 4 baş qoyunu və 2 baş quzunu onun avtomobilinə qoymuşlar. Bundan sonra onlar avtomobil ilə oradan uzaqlaşıb Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad qəsəbəsinə getmişlər. Onlar yolda gedərkən Fuad yolda bir nəfər şəxsə zəng etmiş və rayondan qoyun gətirdiyini bildirmişdir. Onlar həmin şəxslə Mehdiabad qəsəbəsinə görüşmüş və həmin şəxsin göstərdiyi fərdi yaşayış evinin qarşısına avtomobili sürərək avtomobildə olan 4 baş qoyunu və 2 baş quzunu həmin evin həyətinə düşürmüşlər. Bir qədər sonra Fuad avtomobilə əyləşərək, qoyunları 850 manata satdığını bildirib, Rəşada 100 manat pul vermişdir. Onlar oradan uzaqlaşıb Bakı şəhəri, Bakıxanov qəsəbəsinə yerləşən avtoyuma məntəqəsinə getmiş və avtomobili yumuşlar. Fuad ona Bakıxanov qəsəbəsində yerləşən “Aygün city” ticarət mərkəzinin qarşısında kimyəvi təmizləməyə paltarlarını verəcəyini bildirib avtomobili saxlamasını xahiş etmiş və həmin yerdə paltarlarını götürüb avtomobildən düşüb getmişdir. Bu zaman polis əməkdaşları onlara yaxınlaşmış və onu Rəşadla birlikdə Hacıqabul rayon Polis Şöbəsinə gətirmişlər. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənildiyini, ailəli olmaqla himayəsində iki azyaşlı uşaqlarının olduğunu bildirdi və onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, onun özünə məxsus 23 baş xırda buynuzlu və 4 baş iri buynuzlu heyvanları var. O, həmin heyvanlara özü qulluq edib otarır və həyətində yerləşən tövlədə saxlayır. Tövlənin həm həyətə, həm də küçəyə açılan dəmir qapısı vardır və həmin dəmir qapı sıyırma dəmir cəftə ilə bağlanır. Eyni zamanda küçədən çıxanda da həmin dəmir qapı siyirmə cəftə ilə bağlanır. xx.xx.2023-cü il tarixdə ona məxsus heyvanlar həyətində olmuşdur və saat 21 radələrində o, heyvanlarını tövləyə salmışdır. O, xırda buynuzlu heyvanlar ilə iri buynuzlu heyvanlarını tövlənin içərisində olan ayrı-ayrı otaqlarda saxlayır. xx.xx.2023-cü il tarixdə səhər saat 07 radələrində o, heyvanlarını tövlədən çıxartmaq istəyən zaman xırda buynuzlu heyvanların tövləsində heyvanların sayının az olduğunu görmüş və qoyunları sayan zaman 6 baş qoyunun orada olmadığını müəyyən etmişdir. O, tövlənin küçə tərəfə olan qapısına baxan zaman cəftənin içəri tərəfdən açıq olduğunu, qapının isə bağlı olduğunu görmüşdür. Bundan sonra o, həmin 6 baş qoyunun oğurlandığını başa düşmüş və bu barədə polisə məlumat vermişdir və polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Sonda zərər çəkmiş şəxs oğurlanmış qoyunların onlara qaytarıldığını və bununla da ona dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Zərər çəkmiş şəxs ifadəsində bildirmişdir ki, onun özünə məxsus 6 baş xırda buynuzlu heyvanı vardır. Ona məxsus fərdi yaşayış evinin həyətində şərait olmadığı üçün o, həmin heyvanları onunla qonşuluqda evi olan, uzun müddətdən bəri Rusiya Federasiyasında yaşayan əmisi X5 həyətində, maqistral yola yaxın olan yerdəki tövlədə saxlayır. O, özünə məxsus xırda buynuzlu heyvanları otlaq sahəsinə göndərmir. Özü həyətdə ot bağlamaları ilə bəsləyir. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində o, heyvanların olduğu yerə getmiş və heyvanlara ot vermişdir. Həmin vaxt o, 6 baş qoyunun 3 başının orada olmadığını görmüşdür. O, yağış yağdığı və tövlənin açıq olduğu üçün qoyunların naməlum istiqamətdə gedərək itdiyini düşünmüş, iki gün ərzində yaxınlıqda olan fermaları axtarıb soraqlaşsa da, lakin o, özünə məxsus heyvanları tapa bilməmiş və ona məxsus 3 baş qoyunun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə keçən gecə naməlum şəxslər tərəfindən oğurlandığını başa düşmüşdür. Bundan sonra o, Hacıqabul rayon Polis Şöbəsinə müraciət edərək bu barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində Bakı-Qazax avtomobil yolunun kənarında yaşayan Zərərçəkmiş şəxs2 məxsus həmin ünvanda yerləşən evinin həyətyanı sahəsindən 3 baş xırda buynuzlu heyvan və xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Muğan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətyani sahəsində yerləşən tövlədən 6 baş xırda buynuzlu heyvan oğurlanmışdır. Həmin xırda buynuzlu heyvanların Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən oğurlandığı müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs3 şübhəli şəxs kimi tutulmuş, lakin Təqsirləndirilən şəxs1 yerini müəyyən etmək mümkün olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 yerinin müəyyən edilməsi məqsədilə ona Hacıqabul rayon PŞ-nin İstintaq bölməsindən əməliyyat tapşırığı daxil olmuşdur. Bundan sonra həmin əməliyyat tapşırığı əsasında Təqsirləndirilən şəxs1 yeri müəyyən olunaraq xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Xətai rayonunda saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə şahid qismində dindirilmiş X1 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən bazarda ət dükanında qəssab işləyir. Təqsirləndirilən şəxs1 tanıyır, lakin onun Fuadla yaxın münasibəti yoxdur. O, qəssab işlədiyi üçün hər gün saat 05:00-da artıq ət dükanını açıb işləməyə başlayır. xx.xx.2023-cü il tarixdə saat təxminən 05:30 radələrində onun ***-***-**-** mobil nömrəsinə Fuad zəng edərək üç baş xırda buynuzlu heyvanlarının olduğunu və satmaq istədiyini bildirmişdir. O, Fuada dükanda olduğunu bildirmiş, bir qədər sonra Fuad onun işlədiyi dükana “Toyota Prius” markalı, **- GA-*** dövlət nömrə nişanlı avtomobillə gəlmiş və Fuad ona yaxınlaşıb gəldiyi avtomobildə üç baş xırda buynuzlu qoyunun olduğunu bildirmişdir. O, avtomobilə yaxınlaşıb qoyunlara baxmış və Fuada qoyunları hardan əldə etdiyini soruşmudur. Fuad ona kirayə pulunu verə bilmədiyi üçün qaynatasının ona rayondan qoyunları pay göndərdiyini və kirayə pulunu ödəməsi üçün satdığını bildirmişdir. O, qoyunların səliqəli şəkildə avtomobilə qoyulduğunu və ayaqlarının bağlı olduğunu görüb onların oğurluq olmasından şübhələnməmişdir. O, Fuaddan qoyunların qiymətini soruşmuş, Fuad ona üç baş qoyunu 600 manata satmaq istədiyini bildirmişdir. O, qoyunlara baxıb Fuada yalnız 450 manat pul verəcəyimi təklif etmiş, Fuad onunla razılaşmış və həmin üç baş qoyunu ona 450 manata satmışdır. O, qoyunları alandan sonra Fuad gəldiyi avtomobil ilə oradan uzaqlaşıb getmişdir. İki gündən sonra, yəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Fuad yenə ona zəng edərək sürücülük vəsiqəsinin cərməsi olduğu üçün qaynatasının ona 6 baş xırda buynuzlu heyvan göndərdiyini və heyvanları satıb cərməsini ödəmək istədiyini bildirmişdir. O, yenə də Fuada inanmış və dükanda olduğunu bildirmişdir. Bir qədər sonra Fuad onun işlədiyi dükana yenə də “Toyota Prius” markalı, **-GA-*** dövlət nömrə nişanlı avtomobillə gəlmiş, o, avtomobildə qoyunların olduğunu görüb onlara nəzər salmış və Fuaddan qiymətini soruşmuşdur. Fuad 6 baş qoyun üçün 1100 manat pul istəmiş, o, Fuada qoyunları baha satdığını və ona yalnız 900 manat pul verəcəyini bildirmişdir. Fuad onunla razılaşandan sonra o, Fuada avtomobildə olan qoyunları onun yaşadığı evə aparmaq lazım olduğunu bildirmişdir. Fuad onunla razılaşmış və qoyunları gəldiyi avtomobil ilə onun yaşadığı Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə aparmışdır. O, isə özünə məxsus “Mersedes-Bens 190” markalı avtomobil ilə yaşadığı evə getmişdir. O, Fuadın gəldiyi avtomobildə olan 6 baş qoyunu yaşadığı evin həyətinə yığmış, Fuada 900 manat pul vermiş və bundan sonra Fuad gəldiyi avtomobil ilə oranı tərk edib getmişdir. Həmin günü təxmini üç saat sonra polis əməkdaşları gəlmiş və Fuadın ona satdığı 6 baş qoyunun oğurluq olduğunu bildirmişlər. O, bunu biləndən sonra 6 baş qoyunun həyətində olduğu yeri göstərib polis əməkdaşlarına təhvil vermişdir. O, həmçinin qeyd etmişdir ki, Fuadın ona xx.xx.2023-cü il tarixdə satdığı 3 baş qoyunun və xx.xx.2023cü il tarixdə satdığı 6 baş qoyunun oğurluq olduğunu bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Hacıqabul rayonu Muğan qəsəbəsində həyətyani sahəsində yerləşən tövləyə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Seyhun Haqverdiyevin iştirakı ilə 6 baş xırda buynuzlu heyvanlar Bakı şəhəri Abşeron rayonu Mehdiabad qəsəbəsində fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədən aşkar edilərək götürülmüşdür. Götürmə zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim edilən 4 baş dişi qoyun, 1 baş quzu və 1 baş erkən qoçu rənglərindən və xarici əlamətlərindən tanıyaraq ona məxsus olduğunu bildirmişdir. Qeyd edilən xırdabuynuzlu heyvanlar qəbzə imza edilməklə Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus Hacıqabul rayonu Atbulaq kəndində fərdi yaşayış evinin həyətində olan tövləyə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-11/2-1357/2023 nömrəli məktubunda Hacıqabul rayonu Muğan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus 6 baş xırda buynuzlu heyvanların oğurlanması faktı əsasında hadisə yerindən götürülmüş 7 ədəd qan nümunəsində aparılmış müqayisəli molekulyar-genetik tədqiqat nəticəsində həmin 7 ədəd qan nümunəsinin Təqsirləndirilən şəxs3 məxsus olduğu göstərilmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bayramov X3 rayonu, Atbulaq kəndi ərazisində zərər çəkmiş Zərərçəkmiş şəxs2 və Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisində zərər çəkmiş Zərərçəkmiş şəxs1 məxsus xırdabuynuzlu heyvanları hansı qaydada oğurladıqlarını hadisə yerində əyani şəkildə göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Məmmədov X4 rayonu Muğan qəsəbəsi ərazisində zərər çəkmiş Zərərçəkmiş şəxs1 məxsus xırdabuynuzlu heyvanları hansı qaydada oğurladıqlarını hadisə yerində əyani şəkildə göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Həsənov X10 rayonu, Atbulaq kəndi ərazisində zərər çəkmiş Zərərçəkmiş şəxs2 və Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisində zərər çəkmiş Zərərçəkmiş şəxs1 məxsus xırdabuynuzlu heyvanları oğurlayarkən idarə etdiyi “Toyota Prius” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq gözlədiyi yerləri, oğurlanmış xırda buynuzlu heyvanları avtomobilə yığdığı yerləri hadisə yerində əyani şəkildə göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1064 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir. Zərərçəkmiş şəxs1 məxsus xırda buynuzlu heyvanlar: 4 baş 1 yaş yarımlıq 20 kq-lıq qoyunun 1000,00 (4 baş x 250 manat) manat 1 baş 1 yaş yarımlıq 22 kq-lıq erkək toğlu 300 manat; 1 baş 3 aylıq 7 kq-lıq quzu 70 manat; Zərərçəkmiş şəxs2 məxsus xırdabuynuzlu heyvanlar: 2 baş 2 yaşlı 20 kq-lıq qoyun 500,00( 2 baş x 250 manat)manat; 1 baş 2 yaşlı 22 kq-lıq erkək toğlu 300,00 manat; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən və məhkəmə aktlarının surətindən görünür ki, Bayramov X11 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 02 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Tərtər rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarına əsasən Goranboy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 8 ay 18 günü 4 ay 9 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəza çəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Bundan başqa o, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 09 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 02 ay 06 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 əvvəlki məhkumluğu ödənilmiş olsa da, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən və məhkəmə aktının surətindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 152-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Lakin, Azərbaycan Respublikası CM-in 83.3.3cü onun həmin hökm üzrə yaranmış məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. Tərtər rayonu İcra Hakimiyyəti başçısının Hacıqərvənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 95 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Tərtər rayonu Hacıqərvənd kəndində qeydiyyatda olmaqla, 1948-ci il təvəllüdlü atası X6 və 1654-cü il təvəllüdlü anası X13 ilə birlikdə yaşamışdır. Tərtər rayonu İcra Hakimiyyəti başçısının Hacıqərvənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Maştağa qəsəbə İnzibati İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-18-5/2-1642/2023 saylı arayışdan və doğum haqqında şəhadətnamələrindən surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda 1983-cü il təvəllüdlü həyat yoldaşı X18, uşaqları - 2015-ci il təvəllüdlü X19 və 2018-ci il təvəllüdlü X33 ilə birlikdə yaşayır. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Pirşağı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 3 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda arvadı 1995-ci il təvəllüdlü X7, uşaqları – 2014-cü il təvəllüdlü X8, 2015-ci il təvəllüdlü X15 və 2016-cı il təvəllüdlü X16 ilə birlikdə yaşayır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmiş, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən ibtidai istintaq orqanına verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərərin tam ödənilmişdir. Bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə isnad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin qərarda həmçinin qeyd edilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslərin tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olaraq oğurluq cinayət əməllərini törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 əməli isə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Onların qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır; 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Onun əməlində cinayətin residivinin olması isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. (CM 61.1.1) Məhkəmə, X9 himayəsində üç azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır (CM 59.1.4). Onun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərər çəkmiş Zərərçəkmiş şəxs2 dəymiş maddi zərəri ödəməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır (59.1.4, 59.2). Onun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında iki növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə Təqsirləndirilən şəxs1 həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi iki epizoddan ibarət cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin törədilməsində iştirakının xarakteri və dərəcəsi, şəxsiyyətinin mənfi xarakterizə olunması, məsuliyyətini yüngülləşdirən halların müəyyən edilməməsi və məsuliyyəti ağırlaşdıran hal kimi əməlində cinayətin residivinin olması nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Məhkəmənin qənaətinə görə, digər təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından mövcud vəziyyətdə onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Belə ki, Təqsirləndirilən şəxs3 bir epizod üzrə oğurluq cinayət əməlinin törədilməsində iştirak etmiş və həmin cinayət nəticəsində oğurlanmış əşyalar (xırdabuynuzlu heyvanlar) zərər çəkmiş şəxsə geri qaytarılmış, cinayətin ictimai-təhlükəli nəticəsi aradan qaldırılmışdır. Bundan başqa, təqsirləndirilən şəxs ailəli olmaqla, himayəsində üç azyaşlı uşağı vardır və onun məhkumluğu yoxdur. Belə olan vəziyyətdə Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halın olması və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi yuxarı həddə yaxın həddə azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Digər Təqsirləndirilən şəxs2 isə iki epizod üzrə oğurluq cinayət əməlinin törədilməsində iştirak etmiş və hər iki epizod üzrə cinayət əməlləri törədilərkən onun rolu hadisə yerindən oğurlanmış əşyaları (xırda buynuzlu heyvanları) idarə etdiyi avtomobil ilə aparmaq olmuşdur. Bununla yanaşı, zərər çəkmiş Zərərçəkmiş şəxs1 məxsus oğurlanmış əşyalar ona qaytarılmış, digər zərər çəkmiş Zərərçəkmiş şəxs2 dəymiş maddi zərər isə Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmiş, bununla da hər iki epizod üzrə cinayətin ictimai təhlükəli nəticələri aradan qaldırılmışdır. Bundan başqa, təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur, ilk dəfədir cinayət məsuliyyətinə cəlb edilir, ailəli olmaqla himayəsində iki azyaşlı uşaqları vardır. Belə olan vəziyyətdə Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin törədilməsində iştirakının xarakteri və dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi yuxarı həddə azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi həbsdə saxlanılmış, Təqsirləndirilən şəxs2 isə həmin müddət ərzində həbsdə və ev dustalığında olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin həbsdə və ev dustalığında saxlanıldığı 04 ay 09 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, onlara təyin ediləcək cəzadan çıxılmalıdır. Bundan başqa, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlara dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 14 saat, Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 14 saat, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 12 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi3 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 84 manat, Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 84 manat və Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 72 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 4 ay 9 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 8 ay 18 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs3 Cümşüd oğlunun üzərində qəti olaraq 2 (iki) il 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı 4 ay 9 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 8 ay 18 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək, hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 Ağamməd oğlunun işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 72 manat, Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 84 manat və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi3 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 84 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan edildiyi andan (Təqsirləndirilən şəxs1 münasibətdə isə ona təqdim edildiyi andan) 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X32

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar