Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-43/2024 07.05.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər – Şirvan Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Cəbrayıl rayonu Mehdili kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, xx.xx.1987-ci il tarixdə Zəngilan rayonu Qıraq Müşlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Zəngilan rayonu Qıraq Müşlan kəndində qeydiyyatda olmaqla Xızı rayonu Türkoba kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1, özgəsinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd, əvəzsiz olaraq talamaq, yəni oğlurlamaq üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 13 radələrində etibarnamə ilə idarə etdiyi “Opel Astra” markalı **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad rayonu Nərimankənd kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin yaxınlığına gəlib aralarında olan razılaşmaya uyğun olaraq o, kənar şəxslər gəldiyi halda xəbər vermək məqsədilə avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs2 isə küçədə otlayan Zərərçəkmiş şəxs3 fərdi təsərrüfatına məxsus 200 manat dəyərində 01 baş yerli cinsə aid, ağ rəngli 5-6 aylıq, diri çəkisi təxminən 25 kiloqram erkək cinsli toğlu olan xırda buynuzlu heyvanı (qoyunu) oğurlayaraq avtomobilin yaxınlığına gətirdikdən sonra oğurlanmış 01 baş xırda buynuzlu heyvanı (qoyunu) birlikdə avtomobilin yük yerinə yerləşdirib oradan uzaqlaşmaqla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus cəmi 200 manat dəyərində yuxarıda göstərilən əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamışdır. Bundan başqa, o, özgəsinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq təkrar oğurlamaq üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində etibarnamə ilə idarə etdiyi “Opel Astra” **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad rayonu Nərimankənd kəndində yerləşən Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinin yaxınlığına gəlib aralarında olan razılaşmaya uyğun olaraq o, kənar şəxslər gəldiyi halda xəbər vermək məqsədilə avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs2 isə küçədə otlayan Zərərçəkmiş şəxs4 fərdi təsərrüfatına məxsus 390 manat dəyərində 01 baş yerli cins qara rəngli bir dəfə bala vermiş dişi cinsli diri çəkisi 45-50 kiloqram toğlu olan xırda buynuzlu heyvanı (qoyunu) oğurlayaraq avtomobilin yaxınlığına gətirdikdən sonra oğurlanmış 01 baş xırda buynuzlu heyvanı (qoyunu) birlikdə avtomobilin yük yerinə yerləşdirib oradan uzaqlaşmaqla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 məxsus cəmi 390 manat dəyərində yuxarıda göstərilən əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurlamışdır Bundan başqa, o, özgəsinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq təkrar oğurlamaq yəni gizli olaraq talamaq üçün tanışları Təqsirləndirilən şəxs2 və X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 14 radələrində etibarnamə ilə idarə etdiyi “Opel Astra” **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerlşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin yaxınlığına gəlib aralarında olan razılaşmaya uyğun olaraq o, avtomobildə gözləmiş, O.Rüstəmli isə küçədə otlayan Zərərçəkmiş şəxs2 fərdi təsərrüfatına məxsus 150 manat dəyərində 01 baş yerli cinsə aid erkək cinsindən 7-8 aylıq diri çəkisi təxminən 12-14 kiloqram olan toğlu olan xirda buynuzlu heyvanı (qoyunu) birlikdə avtomobilin yaxınlığına gətirdikdən sonra oğurlanmış 01 baş xırda buynuzlu heyvanı (qoyunu) birlikdə avtomobilin yük yerinə yerləşdirib iradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs2 Mustar oğluna məxsus cəmi 120 manat dəyərində yuxarıda göstərilən əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurlamışdır. Bundan başqa, o, özgəsinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd əvəzsiz olaraq təkrar oğurlamaq üçün tanışları Təqsirləndirilən şəxs2 və X9 ulə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 16 radələrində etibarnamə ilə idarə etdiyi “Opel Astra” **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Meyniman kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin yaxınlığına gəlib aralarında olan razılaşmaya uyğun olaraq kənar şəxslər gəldiyi halda Osman Rüstəmliyə və Təqsirləndirilən şəxs2 xəbər vermək məqsədilə avtomobildə gözləmiş, Osman Rüstəmli küçədə otlayan Zərərçəkmiş şəxs1 fərdi təsərrüfatına məxsus 415 manat dəyərində 01 baş yerli cinsə aid, erkək cinsindən, 1 yaşlı, çəkisi 50-55 kiloqram olan qoçu, Təqsirləndirilən şəxs2 isə 300 manat dəyərində 01 baş yerli cinsə aid, dişi cinsindən, 3 yaşlı, çəkisi 40-45 kiloqram olan ana qoyunu və 270 manat dəyərində 01 baş yerli cinsə aid, dişi cinsindən, 1 yaşlı, diri çəkisi 32-35 kiloqram olan toğlunu, yəni xırda buynuzlu heyvanları (qoyunları) oğurlayaraq avtomobilin yaxınlığına gətirdikdən sonra oğurlanmış 03 baş xırda buynuzlu heyvanları (qoyunları) birlikdə avtomobilin yük yerinə yerləşdirib oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs1 Mizəxan oğluna məxsus cəmi 985 manat dəyərində yuxarıda göstərilən əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurlamışdır. Təqsirləndirilən şəxs2, özgəsinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd, əvəzsiz olaraq talamaq, yəni oğlurlamaq üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs1 etibarnamə ilə idarə etdiyi “Opel Astra” markalı **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad rayonu Nərimankənd kəndində yeləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin yaxınlığına gəlib aralarında olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs1 kənar şəxslər gəldiyi halda xəbər vermək məqsədilə avtomobildə gözləmiş, o, isə küçədə otlayan Zərərçəkmiş şəxs3 fərdi təsərrüfatına məxsus 200 manat dəyərində 01 baş yerli cins ağ rəngli 5-6 aylıq diri çəkisi təxminən 25 kiloqram erkək cinsli toğlu olan xırda buynuzlu heyvanı (qoyunu) oğurlayaraq avtomobilin yaxınlığına gətirdikdən sonra oğurlanmış 01 baş xırda buynuzlu heyvanı (qoyunu) birlikdə avtomobilin yük yerinə yerləşdirib oradan uzaqlaşmaqla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus cəmi 200 manat dəyərində yuxarıda göstərilən əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamışdır. Bundan başqa, o, özgəsinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq təkrar oğurlamaq üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Təqsirləndirilən şəxs1 etibarnamə ilə idarə etdiyi “Opel Astra” **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad rayonu Nərimankənd kəndində yerləşən Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinin yaxınlığına gəlib aralarında olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs1 kənar şəxslər gəldiyi halda xəbər vermək məqsədilə avtomobildə gözləmiş, o, isə küçədə otlayan Zərərçəkmiş şəxs4 fərdi təsərrüfatına məxsus 390 manat dəyərində 01 baş yerli cins qara rəngli bir dəfə bala vermiş dişi cinsli diri çəkisi 45-50 kiloqram toğlu olan xırda buynuzlu heyvanı (qoyunu) oğurlayaraq avtomobilin yaxınlığına gətirdikdən sonra oğurlanmış 01 baş xırda buynuzlu heyvanı (qoyunu) birlikdə avtomobilin yük yerinə yerləşdirib oradan uzaqlaşmaqla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 məxsus cəmi 390 manat dəyərində yuxarıda göstərilən əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurlamışdır Bundan başqa, o, özgəsinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq təkrar oğurlamaq yəni gizli olaraq talamaq üçün tanışları Təqsirləndirilən şəxs1 və X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs1 etibarnamə ilə idarə etdiyi “Opel Astra” **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerlşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin yaxınlığına gəlib aralarında olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs1 kənar şəxslər gəldiyi halda xəbər vermək məqsədilə avtomobildə gözləmiş, O.Rüstəmli isə küçədə otlayan Zərərçəkmiş şəxs2 fərdi təsərrüfatına məxsus 150 manat dəyərində 01 baş yerli cinsə aid erkək cinsindən 7-8 aylıq diri çəkisi təxminən 12-14 kiloqram olan toğlu olan xirda buynuzlu heyvanı (qoyunu) birlikdə avtomobilin yaxınlığına gətirdikdən sonra oğurlanmış 01 baş xırda buynuzlu heyvanı (qoyunu) birlikdə avtomobilin yük yerinə yerləşdirib oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs2 Mustar oğluna məxsus cəmi 120 manat dəyərində yuxarıda göstərilən əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurlamışdır. Bundan başqa, o, özgəsinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd əvəzsiz olaraq təkrar oğurlamaq üçün tanışları Təqsirləndirilən şəxs1 və X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs1 etibarnamə ilə idarə etdiyi “Opel Astra” **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Meyniman kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin yaxınlığına gəlib aralarında olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs1 avtomobildə gözləmiş, O.Rüstəmli Zərərçəkmiş şəxs1 fərdi təsərrüfatına məxsus 415 manat dəyərində 01 baş yerli cinsə aid, erkək cinsindən, 1 yaşlı, çəkisi 50-55 kiloqram olan qoçu, o, isə 300 manat dəyərində 01 baş yerli cinsə aid, dişi cinsindən, 3 yaşlı, diri çəkisi 40-45 kiloqram olan ana qoyunu və 270 manat dəyərində 01 baş yerli cinsə aid, dişi cinsindən, 1 yaşlı diri çəkisi 32-35 kiloqram olan toğlunu, yəni xırda buynuzlu, heyvanları (qoyunları) oğurlayaraq avtomobilin yaxınlığına gətirdikdən sonra oğurlanmış xırda buynuzlu heyvanları (qoyunları) birlikdə avtomobilin yük yerinə yerləşdirib oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs1 Mizəxan oğluna məxsus cəmi 985 manat dəyərində yuxarıda göstərilən əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurlamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, Bakı şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. Tanışı Təqsirləndirilən şəxs2 məxsus “Opel Astra” **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili icarə əsasında idarə edib Bakı şəhəri ərazisində taksi kimi fəaliyyət göstərir. O, Turalla növbəli şəkildə avtomobili idarə etmişlər. Onun və Təqsirləndirilən şəxs2 borcu olduğu üçün oğurluq etmək qərarına gəlmişlər. Buna görə də, xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhərindən Sabirabad rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Gəldiyi yol kənarında heyvan görmədiyi üçün Sabirabad rayonu Nərimankənd kəndinə getmişlər. Təxminən saat 13 radələrində kəndin içərisində yolun kənarında 4-5 baş qoyun otladığını görmüşlər. O, avtomobili idarə etdiyi üçün avtomobildən düşməmiş, Təqsirləndirilən şəxs2 avtomobildən aşağı düşərək qoyunlardan birini tutub avtomobilin yük yerinə qoymuş və avtomobili sürüb irəli getmişlər. Təxminən 1 km yol getdikdən sonra yolun kənarında təxminən 20-30 baş qoyunun otladığını görmüşlər. Yenədə o, avtomobildə qalmış, Təqsirləndirilən şəxs2 avtomobildən düşərək qoyunlardan birini tutub avtomobilin yük yerinə qoymuşdur. Bundan sonra geri qayıdıb Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışlar. Yolda qoyunları harada satmağı Təqsirləndirilən şəxs2la müzakirə etmiş, sonuncu qoyun satışı ilə məşğul olan tanışının olduğunu bildirərək özünə məxsus mobil telefonla həmin şəxsə zəng etmişdir. Təqsirləndirilən şəxs2 həmin şəxslə telefonla danışdıqdan sonra Xızı rayonu Şorabad kəndində olan tanışına qoyunları satmaq üçün ora getmək lazım olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs2la razılaşmış və onlar Xızı rayonu Şorabad kəndinə getmişlər. Orada qoyunları Təqsirləndirilən şəxs2 Qeys adlı tanışına 200 manata satmış və pulu bölüb Bakı şəhərinə qayıtmışlar. Bundan sonra avtomobildə texniki nasazlıq yarandığı üçün avtomobil 2 gün ərzində ustanın yanında qalmışdır. xx.xx.20233-cü il tarixdə Bakı şəhərində Təqsirləndirilən şəxs2 digər tanışı X7 ilə danışaraq rayonlarda qoyun oğurlamağı ona təklif etmişdir. Osman onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Sumqayıt şəhərindən Osmanı götürüb Sabirabad rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Təxminən saat 14 radələrində Bakı-Qazax yolu ilə hərəkətdə olarkən sonradan adının Hacıqabul rayonu Pirsaat qəsəbəsi olduğunu bildiyi ərazidə yolun kənarında 4-5 baş qoyunun otladığını görmüşdür. O, avtomobili saxlamış, Osman avtomobildən düşüb qoyunun birini tutmuş və avtomobilin yük yerinə qoymuşdur. Bundan sonra o, avtomobili işə salıb irəli hərəkət etməyə başlamışdır. Təxminən 30 km məsafə getdikdən sonra saat 16 radələrində sonradan adının Hacıqabul rayonu Meyniman kəndi olduğunu bildiyi ərazidə yolun kənarında təxminən 10 baş qoyunun otladığını görmüşdürlər. O, yenədə avtomobili saxlamış, Tural və Osman avtomobildən düşmüşlər. Tural iki baş, Osman isə bir baş qoyunu tutub avtomobilin yük yerinə qoymuşlar. Bundan sonra onlar Bakı istiqamətinə hərəkət etməyə başlamışlar. Hacıqabul rayonu Navahi DYPnin postunda polis əməkdaşı ona saxla əmrini vermişdir. O, avtomobili saxlamış və sənədləri təqdim etmək üçün avtomobildən düşmüşdür. Bu zaman 3-4 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşmış polis əməkdaşları olduqlarını, onların oğurluq cinayətində şübhəli olduqlarını və bu səbəbdən Sabirabad RPŞ-nə getməli olduqlarını bildirmişlər. Onlar polis əməkdaşları ilə razılaşmış və Sabirabad RPŞ-nə getmişlər. Polis şöbəsində ondan avtomobildə nə olduğunu soruşulmuş, o, Tural və Osman oğurladıqları 4 baş qoyunu göstərib əməllərini etiraf etmişlər. Onlar qoyunları açıq ərazidən oğurlamışlar. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi zorakılıq hərəkətləri edilməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini bildirdi və onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, Xızı rayonu Türkoba kəndində ailə üzvləri ilə birlikdə yaşayır. X1 məxsus “Opel Astra” **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə icarə əsasında idarə edib Bakı şəhəri ərazisində taksi kimi fəaliyyət göstərir. Onun və Təqsirləndirilən şəxs1 borcu olduğu üçün oğurluq etmək qərarına gəlmişlər. Buna görə də, xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Təqsirləndirilən şəxs1lə birlikdə Bakı şəhərindən Sabirabad rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Gəldiyi yol kənarında heyvan görmədiyi üçün Sabirabad rayonu Nərimankənd kəndinə getmişlər. Təxminən saat 13 radələrində kəndin içərisində yolun kənarında 4-5 baş qoyun otladığını görmüşlər. O, avtomobildən düşərək qoyunlardan birini tutub avtomobilin yük yerinə qoymuş və avtomobili sürüb irəli getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 avtomobili idarə etdiyi üçün avtomobildən düşməmişdir. Təxminən 1 km yol getdikdən sonra yolun kənarında təxminən 20-30 baş qoyunun otladığını görmüşlər. Yenə də, Təqsirləndirilən şəxs1 avtomobildə qalmış, o, isə avtomobildən düşərək qoyunlardan birini tutub avtomobilin yük yerinə qoymuşdur. Bundan sonra geri qayıdıb Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışlar. Yolda qoyunları satmaq üçün qoyun satışı ilə məşğul olan Qeys adlı tanışına mobil telefonla zəng edərək qoyunları satmasını ona təklif etmişdir. Qeys onunla razılaşmışdır. O, Təqsirləndirilən şəxs1lə birlikdə Xızı rayonu Şorabad kəndinə gedərək qoyunları Qeys adlı tanışına 200 manata satmış və pulu bölüb Bakı şəhərinə qayıtmışlar. Bundan sonra avtomobildə texniki nasazlıq yarandığı üçün avtomobil 2 gün ərzində ustanın yanında qalmışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhərində X7 ilə danışaraq rayonlarda qoyun oğurlamağı ona təklif etmişdir. Osman onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Sumqayıt şəhərindən Osmanı götürüb Sabirabad rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Təxminən saat 14 radələrində Bakı-Qazax yolu ilə hərəkətdə olarkən sonradan adının Hacıqabul rayonu Pirsaat qəsəbəsi olduğunu bildiyi ərazidə yolun kənarında 4-5 baş qoyunun otladığını görmüşdür. Təqsirləndirilən şəxs1 avtomobili saxlamış, Osman avtomobildən düşüb qoyunun birini tutmuş və avtomobilin yük yerinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 avtomobili işə salıb irəli hərəkət etməyə başlamışdır. Təxminən 30 km məsafə getdikdən sonra saat 16 radələrində sonradan adının Hacıqabul rayonu Meyniman kəndi olduğunu bildiyi ərazidə yolun kənarında təxminən 10 baş qoyunun otladığını görmüşdürlər. Təqsirləndirilən şəxs1 yenədə avtomobili saxlamış, o, və Osman avtomobildən düşmüşlər. O, iki baş, Osman isə bir baş qoyunu tutub avtomobilin yük yerinə qoymuşlar. Bundan sonra onlar Bakı istiqamətinə hərəkət etməyə başlamışlar. Hacıqabul rayonu Navahi DYP-nin postunda polis əməkdaşı onların avtomobilinə saxla əmrini vermişdir. Təqsirləndirilən şəxs1 avtomobili saxlamış və sənədləri təqdim etmək üçün avtomobildən düşmüşdür. Bu zaman 3-4 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşmış polis əməkdaşları olduqlarını, onların oğurluq cinayətində şübhəli olduqlarını və bu səbəbdən Sabirabad RPŞ-nə getməli olduqlarını bildirmişlər. Onlar polis əməkdaşları ilə razılaşmış və Sabirabad RPŞ-nə getmişlər. Polis şöbəsində ondan avtomobildə nə olduğunu soruşulmuş, o, Ceyhun və Osman oğurladıqları 4 baş qoyunu göstərib əməllərini etiraf etmişlər. Onlar qoyunları açıq ərazidən oğurlamışlar. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi zorakılıq hərəkətləri edilməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini bildirdi və onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, o, Hacıqabul rayonu Meyniman kəndində qeydiyyatda olmaqla yaşayır. Şəxsi təsərrüfatında 3 baş iribuynuzlu və 9 baş xırdabuynuzlu heyvanlar saxlayır. 3 baş iribuynuzlu heyvanları həyətində bağlı vəziyyətdə saxlayır, 9 baş xırdabuynuzlu heyvanları isə bəzən otlamaq və su içmək üçün evinin yanında yerləşən su arxının kənarına çıxarır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində işdən evə gələn zaman 6 baş xırdabuynuzlu heyvanların evin yanındakı su arxının kənarında olmasını, lakin 3 baş xırdabuynuzlu heyvanların orada olmamasını görmüşdür. Ətrafı axtarmağa başlamış, lakin heyvanları tapa bilməmişdir. O, anlamışdır ki, 3 baş heyvan naməlum şəxslər tərəfindən oğurlanmışdır. Buna görədə Hacıqabul RPŞ-nə bu barədə ərizə ilə müraciət etmişdir. Ona məxsus 3 baş xırdabuynuzlu heyvan olan qoyunların biri yerli cinsə aid, erkək cinsindən, 1 yaşlı, diri çəkisi təxminən 50-55 kiloqram olan qoç və təxmini 350 manat dəyərində olmuşdur. Digər yerli cinsə aid, dişi cinsindən, 3 yaşlı, diri çəkisi təxminən 40-45 kiloqram olan ana qoyun və təxmini 300 manat dəyərində olmuşdur. Sonuncu isə yerli cinsə aid, dişi cinsindən, 1 yaşlı, diri çəkisi 32-35 kiloqram olan toğlu olmuş, təxmini 250 manat dəyərində olmuşdur. Həmin qoyunların oğurlanması nəticəsində ona ümumilikdə təxminən 900 manat maddi ziyan dəymişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, o, Hacıqabul rayonu Pirsaat qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Şəxsi təsərrüfatında 7 baş xırdabuynuzlu heyvanlar saxlayır. Həmin heyvanları otlamaq və su içmək üçün hər gün yaşadığı küçəyə buraxır. xx.xx.2023-cü il tarixdə həmin heyvanları otlamaq üçün yaşadığı küçəyə buraxmış, sonra öz işləri ilə məşğul olmuşdur. Təxminən saat 14 radələrində heyvanları həyətə salmaq istəyən zaman heyvanlardan 1 baş xırdabuynuzlu heyvanın olmadığını müəyyən etmişdir. Ətrafı axtarmağa başlamış, lakin heyvanı tapa bilməmişdir. O, anlamışdır ki, 1 baş heyvan naməlum şəxslər tərəfindən oğurlanmışdır. Buna görədə Hacıqabul RPŞ-nə bu barədə ərizə ilə müraciət etmişdir. Ona məxsus 1 baş xırdabuynuzlu heyvan olan qoyun yerli cinsə aid, erkək cinsindən, 7-8 aylıq, diri çəkisi təxminən 12-14 kiloqram olan toğlu olmuş və həmin qoyunun oğurlanması nəticəsində ona təxminən 150 manat maddi ziyan dəymişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, Sabirabad rayonu Nərimankənd kəndində qeydiyyatda olmaqla yaşayır. Şəxsi təsərrüfatında 53 baş xırdabuynuzlu heyvanlar saxlayır. Həmin heyvanları otlamaq və su içmək üçün hər gün yaşadığı küçəyə buraxır. xx.xx.2023-cü il tarixdə həmin heyvanları otlamaq üçün yaşadığı küçəyə buraxmış, sonra öz işləri ilə məşğul olmuşdur. Təxminən saat 12 radələrində heyvanları sayarkən onlardan birinin olmadığını görmüşdür. Ətrafı axtarmağa başlamış, lakin heyvanı tapa bilməmişdir. O, anlamışdır ki, 1 baş heyvan naməlum şəxslər tərəfindən oğurlanmışdır. Buna görədə Sabirabad RPŞ-nə bu barədə ərizə ilə müraciət etmişdir. Ona məxsus 1 baş xırdabuynuzlu heyvan olan qoyun yerli cinsə aid, erkək cinsindən, 5-6 aylıq, diri çəkisi təxminən 25 kiloqram olan toğlu olmuş və həmin qoyunun oğurlanması nəticəsində ona təxminən 200 manat maddi ziyan dəymişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs3 ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, Sabirabad rayonu Nərimankənd kəndində qeydiyyatda olmaqla yaşayır. Şəxsi təsərrüfatında 5 baş xırdabuynuzlu heyvanlar saxlayır. Həmin heyvanları otlamaq və su içmək üçün hər gün yaşadığı küçəyə buraxır. xx.xx.2023-cü il tarixdə həmin heyvanları otlamaq üçün yaşadığı küçəyə buraxmış, sonra öz işləri ilə məşğul olmuşdur. Təxminən saat 12 radələrində heyvanları sayarkən onlardan birinin olmadığını görmüşdür. Ətrafı axtarmağa başlamış, lakin heyvanı tapa bilməmişdir. O, anlamışdır ki, 1 baş heyvan naməlum şəxslər tərəfindən oğurlanmışdır. Buna görədə Sabirabad RPŞ-nə bu barədə ərizə ilə müraciət etmişdir. Ona məxsus 1 baş xırdabuynuzlu heyvan olan qoyun yerli cinsə aid, dişi cinsindən, diri çəkisi təxminən 45-50 kiloqram olan qoyun olmuş və həmin qoyunun oğurlanması nəticəsində ona təxminən 280 manat maddi ziyan dəymişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs3 ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 tanıyır. Onunla heç bir şəxsi ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs2 onun yaşadığı ünvana gəlmiş və özünə məxsus 02 baş qoyunu pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O, qoyunlara baxmış və hər qoyuna 100 manat pul verəcəyini Təqsirləndirilən şəxs2 bildirmişdir. Təqsirləndirilən şəxs2 onunla razılaşmış və 02 baş dişi qoyunları ümumilikdə 200 manat pula satmışdır. Bundan sonra qoyunların arıq olmasını görüb onları saxlamaqdan imtina etmiş, xx.xx.2023-cü il tarixdə 02 baş qoyunu Binəqədi rayonunda yerləşən heyvan bazarında tanımadığı şəxsə 240 manata satmışdır. Təqsirləndirilən şəxs2 qoyunları satarkən onların özünə məxsus olduğunu bildirmiş, həmin vaxt qoyunların oğurluq olması ona məlum olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş Zərərçəkmiş şəxs1 etdiyi müraciətə əsasən “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Hacıqabul rayonu Meyniman kəndində yolun kənarı və fərdi yaşayış evlərinin qarşısıdır. Həmin əraziyə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 etdiyi müraciətə əsasən “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Hacıqabul rayonu Pirsaat qəsəbəsində yolun kənarı və fərdi yaşayış evlərinin qarşısıdır. Həmin əraziyə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs4 etdiyi müraciətə əsasən “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Sabirabad rayonu Nərimankənd kəndində yolun kənarıdır. Həmin əraziyə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 etdiyi müraciətə əsasən “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Sabirabad rayonu Nərimankənd kəndində fərdi yaşayış evlərinin qarşısıdır. Həmin əraziyə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Əşyanın maddi sübut kimi tanınması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Zərərçəkmiş şəxs1 məxsus 03 baş qoyunlar, Zərərçəkmiş şəxs2 məxsus 01 baş qoyun maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli ********* saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 1695,00 manat müəyyən edilir. O cümlədən: Zərərçəkmiş şəxs3 məxsus – 01 baş yerli cins ağ rəngli, 5-6 aylıq, diri çəkisi təxmini 25 kiloqram olan erkək cinsli toğlu – 200 manat Zərərçəkmiş şəxs4 məxsus – 01 baş yerli cins qara rəngli, bir dəfə bala vermiş, dişi cinsli diri çəkisi 45-50 kiloqram olan toğlu – 390 manat Zərərçəkmiş şəxs1 məxsus – 01 baş erkək cinsindən olmaqla diri çəkisi 50-55 kiloqram olan qoç – 415 manat Zərərçəkmiş şəxs1 məxsus- 01 baş dişi cinsli, 3 yaşlı, diri çəkisi 40-45 kiloqram olan qoyun – 300 manat Zərərçəkmiş şəxs1 M irzəxan oğluna məxsus – 01 baş dişi cinsli, 1 yaşlı , diri çəkisi təxminən 32-35 kiloqram olan toğlu – 270 manat Zərərçəkmiş şəxs2 oğluna məxsus – 01 baş yerli cinsli, 7-8 aylıq, diri çəkisi təxminən 12-14 kiloqram olan erkək cinsli toğlu – 120 manat. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 19:00-dan azadlığı faktiki məhdudlaşdırılmaqla, saat 20:00-da Hacıqabul RPŞ-nin inzibati binasında şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 19:00-dan azadlığı faktiki məhdudlaşdırılmaqla, saat 20:00-da Hacıqabul RPŞ-nin inzibati binasında şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəl verdiyi ifadəsini bir daha təsdiq edərək xx.xx.2023-cü il tarxdə saat 14 radələrində tanışları Təqsirləndirilən şəxs2 və O.Rüstəmli ilə birlikdə idarə etdiyi “Opel Astra” **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Pirsaat qəsəbəsinə gələrək yolun kənarında otlayan 4-5 baş qoyun gördüklərini, özünün avtomobildə qaldığını, O.Rüstəmlinin isə avtomobildən düşərək bir baş xırdabuynuzlu heyvanı (qoyunu) tutaraq avtomobilin yük yerinə qoyaraq oğurluq etdiklərini bildirmişdir. İfadələrin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəl verdiyi ifadəsini bir daha təsdiq edərək xx.xx.2023-cü il tarxdə saat 14 radələrində tanışları O.Rüstəmli və Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncunun idarə etdiyi “Opel Astra” **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Pirsaat qəsəbəsinə gələrək yolun kənarında otlayan 4-5 baş qoyun gördüklərini, Təqsirləndirilən şəxs1 avtomobildə qaldığını, O.Rüstəmlinin isə avtomobildən düşərək bir baş xırdabuynuzlu heyvanı (qoyunu) tutaraq avtomobilin yük yerinə qoyaraq oğurluq etdiklərini bildirmişdir. İfadələrin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs2 göstərdiyi hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəl verdiyi ifadəsini bir daha təsdiq edərək xx.xx.2023-cü il tarxdə saat 16 radələrində tanışları Təqsirləndirilən şəxs2 və O.Rüstəmli ilə birlikdə idarə etdiyi “Opel Astra” **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Meyniman kəndinə gələrək yolun kənarında otlayan 10 baş qoyun gördüklərini, özünün avtomobildə qaldığını, Təqsirləndirilən şəxs2 02 baş qoyunu, O.Rüstəmlinin isə 01 baş qoyunu tutaraq avtomobilin yük yerinə qoyaraq oğurluq etdiklərini bildirmişdir. İfadələrin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəl verdiyi ifadəsini bir daha təsdiq edərək xx.xx.2023-cü il tarxdə saat 16 radələrində tanışları O.Rüstəmli və Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncunun idarə etdiyi “Opel Astra” **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Meyniman kəndinə gələrək yolun kənarında otlayan 10 baş qoyun gördüklərini, Təqsirləndirilən şəxs1 avtomobildə qaldığını, onun 02 baş qoyunu, O.Rüstəmlinin isə 01 baş qoyunu tutaraq avtomobilin yük yerinə qoyaraq oğurluq etdiklərini bildirmişdir. İfadələrin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs2 göstərdiyi hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X6 azad edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X6 azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Abşeron rayonu Mehdiabad qəsəbəsi üzrə MKİS-si tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Xızı rayon İHB-nın Şorabad qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Xızı rayonu Türkoba kəndində ailə üzvləri – həyat yoldaşı X5, övladları – X12, X13, X14 ilə birlikdə yaşayır. Xızı rayon İHB-nın Şorabad qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən istintaq orqanına təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, oğurluq cinayət əməli nəticəsində ona dəymiş maddi ziyan tam ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 Mustar oğlu tərəfindən istintaq orqanına təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, oğurluq cinayət əməli nəticəsində ona dəymiş maddi ziyan tam ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 tərəfindən istintaq orqanına təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, oğurluq cinayət əməli nəticəsində ona dəymiş maddi ziyan tam ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 tərəfindən istintaq orqanına təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, oğurluq cinayət əməli nəticəsində ona dəymiş maddi ziyan tam ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Cinayət işinin materiallarından görünür ki, oğurlanmış əmlakın zərər çəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 tərəfindən qeyd edilmiş dəyəri ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən dəyəri arasında ziddiyyət mövcuddur. Belə ki, Zərərçəkmiş şəxs1 münasibətdə oğurlanmış əmlakın dəyəri ekspert rəyində 985 manat göstərilsə də, zərər çəkmiş şəxs tərəfindən həmin əmlakın dəyəri 900 manat göstərilmiş, Zərərçəkmiş şəxs4 münasibətdə oğurlanmış əmlakın dəyəri ekspert rəyində 390 manat göstərilsə də, zərər çəkmiş şəxs tərəfindən həmin əmlakın dəyəri 280 manat göstərilmiş, Zərərçəkmiş şəxs2 münasibətdə oğurlanmış əmlakın dəyəri ekspert rəyində 120 manat göstərilsə də, zərər çəkmiş şəxs tərəfindən həmin əmlakın dəyəri 150 manat göstərilmişdir. Məhkəmə hesab edir ki, ekspertiza rəyində oğurlanmış xırdabuynuzlu heyvanların qiyməti müəyyən edilərkən birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan və reklam mənbələrindən istifadə edildiyinə, zərər çəkmiş şəxslər isə oğurlanmış əşyanın dəyərini hər hansı rəsmi mənbələrdən istifadə etmədən təxmini qiymətləndirdiklərindən, oğurlanmış xırdabuynuzlu heyvanların dəyəri müəyyən edilərkən ekspertiza rəyində göstərilən ümumi qiymət, yəni 1695 manat əsas götürülməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdildiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Plenum Qərarının 17-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Plenum Qərarının 18-ci bəndinə əsasən şəxs tövsifedici əlamətlər olmadan özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslərin tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayət əməlini törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Onların qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxslərə dəymiş maddi zərəri ödəməsini, yaşayış yerində müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır (59.1.13, 59.2). Onun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxslərə dəymiş maddi zərəri ödəməsini, himayəsində azyaşlı uşağının olmasını və yaşayış yerində müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır (59.1.4, 59.1.13, 59.2). Onun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında iki növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslər cəmiyyətdən təcrid edilmədən islah olunmaları imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından mövcud vəziyyətdə onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Bundan başqa, təqsirləndirilən şəxslərə cəza təyin edilərkən törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, şəxsiyyətləri, o cümlədən cəzalarını yüngülləşdirən halların olması və cəzalarını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitlərinə təsiri nəzərə alınmalı və onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş həddə alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Abşeron rayonunun ərazi hüdudlarını, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Xızı rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etmələrinə məhdudiyyət qoyulmalı, bundan başqa onların üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan əlavə, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 04 baş qoyunun qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlara dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 17 saat, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 17 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 işlədikləri Şirvan Regional Vəkil Bürosunun hesabına hər bir müdafiəçiyə münasibətdə 102 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 2 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulmanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Abşeron rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Abşeron rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 2 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulmanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, X2 üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Xızı rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Xızı rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 04 baş qoyunun qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 102 manat və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 102 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-43/2024
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-43/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver