Məhkəmə qərarları › İş №1(071)-43/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-43/2025

03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-43/2025 03.03.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1954-cü il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 24 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olmasına dair tələblərini pozaraq, ayıq vəziyyətdə xx.xx.2015-ci il tarixli AC-851763 saylı “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan qeydiyyat şəhadətnaməsi ilə X3 məxsus “Opel Astra minik” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul-Muğan avtomobil yolunun Hacıqabul şəhəri Mehdi Hüseynzadə küçəsindən keçən hissəsində Muğan qəsəbəsi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən qarşıdan əks istiqamətində öz hərəkət zolağı ilə hərəkət edən motosikletin yaxınlaşması şəraitində yolayrıcında dönmə əməliyyatı aparmaqla idarə etdiyi avtomobili sol hərəkət hissəsinə çıxararaq motosikletin sürücüsünün hərəkəti üçün təhlükə şəraiti yaratmamalı, onun hərəkətinə üstünlük verərək yol verməli və sonra dönmə əməliyyatına başlamalı, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə əks istiqamətdə öz yolu ilə gələn motosikletin təhlükəsiz keçib getməsini təmin etməli olmasına dair tələblərə əməl edib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyərək yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan onunla əks hərəkət yolunda Hacıqabul şəhərinin mərkəzinə tərəf hərəkətdə olan Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi olmadan 30 km/saat surətlə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan qeydiyyat şəhadətnaməsi olmayan motosikletlə toqquşmuş, onun ehtiyatsızlığı nəticəsində motosikletin sürücüsü Zərərçəkmiş şəxs başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ budun iç səthinin cırılmış yarası, sol körpücük sümüyü üzərinin sıyrığı, sol almacıq qövsünün yerdəyişməyən sınığı xarakterli sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirilməsi ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “Opel Astra minik” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 24 sentyabr 2024-cü il tarixdə saat 12:30 radələrində Hacıqabul şəhəri, M.Hüseynzadə küçəsi ilə Muğan istiqamətində «Orel Astra minik» markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobili 50 km\saat sürətlə idarə edib, Hacıqabul şəhəri A.Abdullayev küəsinə sola dönmək üçün avtomobilin dönmə işığını yanıdırıb sola, yəni M.Hüseynzadə küçəsindən A.Abdullayev küçəsinə dönməyə başlayandan sonra qarşı tərəfdən gələn motosiklet idarə etdiyi avtomobilinin qabaq sağ tərəfi ilə toqquşmasını və toqquşmadan sonra motosikletin sürücüsünün yerə yıxılmasını görmüşdür. Avtomobili saxlayıb aşağı düşərək motosikletin sürücüsünə yaxınlaşmış və onun xəsarət aldığını görmüşdür. Hadisə yerinə gələn təcili-tibbi yardım avtomobili ilə motosikletin sürücüsü Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. Hadisə yerinə gələn polis əməkdaşları onun iştirakı ilə hadisə yerini müayinə etmişlər. Sonda təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş zərəri ödədiyini bildirərək, onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 24 sentyabr 2024-cü il tarixdə yaşadığı evdən çıxıb çörək almaq üçün idarə etdiyi motosikletlə mağazaya getmək məqsədi ilə yola düşmüşdür. Həmin günü saat 12:30 radələrində Hacıqabul şəhəri M.Hüseynzadə küçəsi ilə Hacıqabul şəhərinin mərkəzinə tərəf hərəkətdə olan zamanı qarşıdan «Opel Astra» markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görmüş, avtomobilə çatmağa az qalmış «Opel Astra» markalı avtomobilin sürücüsü qəflətən Hacıqabul şəhəri M.Hüseynzadə küçəsindən A.Abdullayev küçəsinə dönməsini görmüş, avtomobillə toqquşmamasından və hadisənin qarşısını almaq məqsədi ilə M.Hüseynzadə küçəsindən A.Abdullayev küçəsinə dönmüş, lakin həmin avtomobil hərəkətini saxlamayaraq M.Hüseynzadə küçəsi ilə A.Abdullayev küçəsinin kəsişməsində idarə etdiyi motosikleti avtomobilin qabaq sağ tərəfi ilə toqquşmuşdur. Toqquşma nəticəsində xəsarət almışdır. Hadisə yerinə gələn təcili-tibbi yardım avtomobili ilə Şirvan şəhər mərkəzi xəstəxanası aparılmışdır. Sonda zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş zərərin ödənildiyini bildirdiyi və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid məhkəməyədək icraat dövründə şahid qismində ifadə verərək bildirmişdir ki, Hacıqabul rayon PŞ-nin DYPB-nin, YPX-nin inispektoru vəzifəsində işləyir. 24 sentyabr 2024-cü il tarixdə Hacıqabul şəhəri M.Hüseynzadə küçəsində xidmətdə olmuşdur. Həmin günü saat 12:30 radələrində Hacıqabul şəhəri M.Hüseynzadə küçəsi ilə A.Abdullayev küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsinin baş verməsi barədə rayon PŞ-nin növbətçi hissəsindən məlumat almışdır. Baş vermiş yol nəqliyyat hadisə yerinə gedərkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Orel Astra minik» markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobili Hacıqabul şəhəri, M.Hüseynzadə küçəsindən A.Abdullayev küçəsinə dönməyə başlayandan sonra qarşı tərəfdən hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi dövlət qeydiyyat nişanı və texniki şəhadətnaməsi olmayan motosikletlə toqquşmuş, nəticədə motosikletin sürücüsü Zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hadisə yeri sürücü Təqsirləndirilən şəxs iştirakı ilə müayinə edilmiş və bu barədə tərtib olunmuş protokola imza etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 344 nömrəli rəyindən görünür ki, X5 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-sol dirsək sümüyünün çıxıntısının yerdəyişmiş sınığı. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2022-ci il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Hacıqabul şəhəri M.Hüseynzadə küçəsi ilə A.Abdullayev küçəsinin kəsişməsidir. Yolun hərəkət hissəsi düz, quru və asfalt örtüklüdür. Hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 3,5 metrdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olması müəyyən edilmişdir. ƏN İİİ 813442 nömrəli etibarnamədən görünür ki, X6 ona məxsus “Opel Astra” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək və digər səlahiyyətləri Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 378 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – başın təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası. Sağ budun iç səthinin cırılmış yarası. Sol körpücük sümüyü üzərinin sıyrığı. Sol almacıq qövsünün yerdəyişməyən sınığı. Yuxarıda qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2024-cü il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. X7 Qeydiyyat şöbəsindən alınmış xx.xx.2024-cü il tarixli 3-13-16-7/2-8879 saylı məktubdan görünür ki, Şirvan regional qeydyyat-imtahan və texniki şöbəsi tərəfindən Təqsirləndirilən şəxs AC 851763 nömrəli «B» katoqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Adı çəkilən şəxsə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 12 dekabr 2024-cü il tarixli, 8/2842 nömrəli rəyindən məlum olur ki, “Opel Astra” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqnda» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən motosikletin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Sürücü Zərərçəkmiş şəxs motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqnda» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Əliyev X1 şəhəri M.F.Axundov küçəsi ev 27 ünvanında qeydiyyatdadır. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan motosiklet maddi sübut kimi tanınmışdır Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs notaril qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncunun ona dəymiş zərəri ödədiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 77-ci maddəsinin 4-cü hissəsinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışdığından və onlara dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı, barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Əliyev X4 Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 ilə hüquqi yardımla bağlı müqavilə bağlamışdır. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 39, 43, 186, 321, 346-347, 356, 358-ci və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi tətbiq edilməklə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci mаddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs əməlinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəyə mindikdən sonra aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə göndərilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Opel Astra minik” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin və dövlət qeydiyyatı olmayan motosikletin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar