Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-44/2022 02.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx.xx.1979-cu ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, öhdəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, Hacıqabul şəhəri Ə.Vahid küçəsi ev 77-də daimi qeydiyyatda olmaqla yaşayan, 08.11.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 10.11.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri; xx.xx.1995-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, Hacıqabul şəhəri İ.Məmmədov küçəsi ev 28-də qeydiyyatda olmaqla yaşayan, 07.04.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmaqla bir qrup şəxs təşkil edərək, Zərərçəkmiş şəxs1 məxsus olan Hacıqabul şəhəri B.İbrahimov küçəsi 8 nömrəli fərdi yaşayış evindən oğurluq etməklə bağlı razılığa gəldikdən sonra 2021-ci ilin oktyabr ayının əvvəllərində, saat 01 radələrində həmin məqsədlə Şövkət Mərciməyə məxsus fərdi yaşayış evinin yanına gəlib, aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədi ilə hasarın yanında pusquda durmuş, o isə hasardan tullanmaqla əvvəlcə evin həyətinə, oradan isə evin giriş qapısının qıfılını vintaçanla açıb, yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdən bir ədəd 80 manat dəyərində 50 litrlik aliminium materialından ibarət toy qazanını, bir ədəd 60 manat dəyərində 40 litrlik aliminium materialından ibarət toy qazanını, bir ədəd 10 manat dəyərində 5 litrlik aliminium materialından ibarət aş qazanını, iki ədəd hər birinin dəyəri 15 manat olmaqla, cəmi 30 manat dəyərində 20 litrlik aliminium materialından ibarət teşti, iki ədəd hər birinin dəyəri 18 manat olmaqla, cəmi 36 manat dəyərində 30 litrlik aliminium materialından ibarət teşti, bir ədəd 100 manat dəyərində 3x5 metr ölçüdə olan palazı, bir ədəd 30 manat dəyərində 30x150 sm olan 1,2 metr hündürlüyündə dəmir manqalı, bir ədəd 10 manat dəyərində əl ilə işləyən ət çəkən maşını, bir ədəd 25 manat dəyərində sərinləşdiricini (ventilyator), bir ədəd 30 manat dəyərində «Marquis» markalı su motorunu, bir ədəd 5 manat dəyərində diametri 35 sm olan aliminium aşsüzəni, zərər çəkmiş şəxsin qiymətləndirdiyi hər birinin dəyəri 150 manat olmaqla, cəmi 450 manat dəyərində üç ədəd xalçaları, hər metri 5 manat olmaqla, cəmi 1000 manat dəyərində 200 metr dəmir boruları, bir ədəd 200 manat dəyərində samovarı gizli talayıb, zərər çəkmiş Şövkət Mərciməyə ümumilikdə 2066 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ünvan 1 ünvanda yerləşən X3 məxsus fərdi yaşayış evinin həyətindən oğurluq etmək qərarına gəlib, 06 noyabr 2021-ci il tarixdən 07 noyabr 2021-ci il tarixə keçən gecə saat 02 radələrində həmin məqsədlə Kəmalə Qasımovaya məxsus fərdi yaşayış evinin yanına gəlib, hasardan tullanmaqla yaşayış sahəsi hesab edilən evin həyətinə qanunsuz daxil olaraq, həyətdə olan bir ədəd 160 manat dəyərində «STRİM» markalı yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedi gizli talayıb, zərər çəkmiş Kəmalə Qasımovaya həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,491 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini bir ədəd kağız kəsiyində qablaşdırılmış halda əynində olan tünd göy rəngli şalvarın qabaq sağ cibində daşıyaraq saxlamış, 08 noyabr 2021-ci il tarixdə saat 21 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri Ə.Vahid küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilərək, üzərində şəxsi axtarış aparılan zaman qeyd olunan çəkidə psixotrop maddə olan metamfetamin əynində olan tünd göy rəngli şalvarın qabaq sağ cibindən bir ədəd kağız bükümdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmaqla bir qrup şəxs təşkil edərək, Zərərçəkmiş şəxs1 məxsus Hacıqabul şəhəri B.İbrahimov küçəsi 8 saylı fərdi yaşayış evindən oğurluq etməklə bağlı razılığa gəldikdən sonra 2021-ci ilin oktyabr ayının əvvəllərində saat 01 radələrində həmin məqsədlə Şövkət Mərciməyə məxsus fərdi yaşayış evinin yanına gəlib, aralarında olan razılığa əsasən o, kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədi ilə hasarın yanında pusquda durmuş, Təqsirləndirilən şəxs1 isə hasardan tullanmaqla əvvəlcə evin həyətinə, oradan isə evin giriş qapısının qıfılını vintaçanla açıb, yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdən bir ədəd 80 manat dəyərində 50 litrlik aliminium materialından ibarət toy qazanını, bir ədəd 60 manat dəyərində 40 litrlik aliminium materialından ibarət toy qazanını, bir ədəd 10 manat dəyərində 5 litrlik aliminium materialından ibarət aş qazanını, iki ədəd hər birinin dəyəri 15 manat olmaqla cəmi 30 manat dəyərində 20 litrlik aliminium materialından ibarət teşti, iki ədəd hər birinin dəyəri 18 manat olmaqla cəmi 36 manat dəyərində 30 litrlik aliminium materialından ibarət teşti, bir ədəd 100 manat dəyərində 3x5 metr ölçüdə olan palazı, bir ədəd 30 manat dəyərində 30x150 sm olan 1,2 metr hündürlüyündə dəmir manqalı, bir ədəd 10 manat dəyərində əl ilə işləyən ət çəkən maşını, bir ədəd 25 manat dəyərində sərinləşdiricini (ventilyator), bir ədəd 30 manat dəyərində «Marquis» markalı su motorunu, bir ədəd 5 manat dəyərində diametri 35 sm olan aliminium aşsüzəni, zərər çəkmiş şəxsin qiymətləndirdiyi hər birinin dəyəri 150 manat olmaqla cəmi 450 manat dəyərində üç ədəd xalçaları, hər metri 5 manat olmaqla cəmi 1000 manat dəyərində 200 metr dəmir boruları, bir ədəd 200 manat dəyərində samovarı gizli talayıb, zərər çəkmiş Şövkət Mərciməyə ümumilikdə 2066 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qonşusudur, aralarında ədavət və düşmənçilik yoxdur. Şövkətgil Bakı şəhərində işlədiyindən evlərində gec-gec olurlar. O, Şövkətin və ailə üzvlərinin evdə olmadığını bildiyinə və pula ehtiyacı olduğuna görə 2021-ci ilin oktyabr ayının əvvəllərində axşam saat 20-21 radələrində qonşuları Zərərçəkmiş şəxs1 məxsus olan Hacıqabul şəhəri B.İbrahimov küçəsi 8 saylı fərdi yaşayış evinin hasarından keçərək, həyətinə daxil olmuşdur. O, yerdən tapdığı vintaçanla qıfılı açmışdır və evə daxil olmuşdur. Oradan 3 ədəd xalça, 2 ədəd palaz, 2 ədəd qazan oğurlayıb hasardan öz evinin həyətinə aşmış, sonra isə öz evinə qayıtmışdır. Bundan başqa heç nə oğurlamamışdır. 2 ədəd qazanı aparıb metal alan Rövşən adlı şəxsə satmışdır. Xalçanın birini Hacıqabul şəhər sakini Cavidə 25 manata satmış, digər xalçaları isə Alim adlı şəxs vasitəsilə 25 manata satmışdır. Şövkətin evindən oğurladığı əşyaları satmaqla pul əldə etmişdir. Əşyaları aparıb satmaq üçün Təqsirləndirilən şəxs2 kömək istəmişdir. Şirzadla birlikdə əşyaları aparıb satmışdır. Şirzadla birlikdə oğurluq etməmişdir. Əşyaların satışından əldə etdiyi puldan Şirzada da vermişdir. Bundan başqa 06 noyabr 2021-ci il tarixdən 07 noyabr 2021-ci il tarixə keçən gecə saat 02 radələrində X3 məxsus Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 156 nömrəli fərdi yaşayış evinin həyətindən bir ədəd yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedi oğurlamışdır. Velosipedi satmaq istəsə də, sata bilməmiş və həmin velosipedi bir neçə gün sürmüşdür. Bundan başqa, 08 noyabr 2021-ci il tarixdə saat 19 radələrində Hacıqabul şəhəri H.Həmidov küçəsi ilə gedən zaman diqqətini yerdə 1 ədəd qara rəngli kağız kəsiyi bükümü cəlb etmişdir. O, həmin 1 ədəd kağız kəsiyi bükümü açıb içərisinə baxdıqda metamfetamin olduğunu görmüşdür. O, metamfetamin özü istifadə etmək üçün bükümü əynində olan tünd göy rəngli şalvarın qabaq sağ cibinə qoymuşdur. Həmin gün tapdığı metamfetaminin bir hissəsini qəbul etmiş və yerdə qalan hissəsini sonra istifadə etmək üçün yenə əynində olan tünd göy rəngli şalvarın qabaq sağ cibinə qoymuşdur. 08 noyabr 2021-ci il tarixdə saat 21 radələrində yaşadığı Hacıqabul şəhəri Ə.Vahid küçəsi 77 nömrəli evin evin yaxınlığında olan zaman Hacıqabul rayon PŞ-nin polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirərək, onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman ona müdafiəçi dəvət edilərək, videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. Həmin vaxt o, əynində olan tünd göy rəngli şalvarın qabaq sağ cibində gizlətdiyi 1 ədəd qara rəngli kağız kəsiyi bükümü təqdim edərək, həmin kağız kəsiyi bükümün içərisində metamfetamin olduğunu və 08 noyabr 2021-ci il tarixdə saat 19 radələrində Hacıqabul şəhəri H.Həmidov küçəsində yerdən tapdığını, öz istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Xalçaları və qazanları satarkən özünə məxsus olduğunu demiş, oğurluq olduğunu bildirməmişdir. İfadəsinin yerində yoxlanılması zamanı xalçaların və palazların yerini göstərmişdir. O, Şirzaddan oğurladığı malları aparıb satmağa kömək etməsini xahiş etmişdir. Buna görə Şirzada pul verməli idi. Qeyd etdiyi əşyalardan başqa oğurluq etməmişdir, bu səbəbdən digər əşyaları oğurlamaqda özünü təqsirli bilmir. Əməlindən peşman olmuşdur. Oğurladığı velosiped zərər çəkmiş Kəmalə Qasımovaya qaytarılmışdır və Şövkət Mərciməyə məxsus xalça və palaz qaytarılmışdır. Himayəsində iki azyaşlı övladı var. Bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 126.2.4 və 234.1-ci maddələri ilə məhkum olunmuşdur. 2017-ci ildən isə narkotik vasitə qəbul edir. Təqsirləndirilən şəxs1 uzun illərdir ki, tanıyır, uşaqlıq dostudur. Aralarında düşmənçilik və ədavət yocdur, münasibətləri həmişə yaxşı olmuşdur. O, Ehtibarın qonşusu Zərərçəkmiş şəxs1 məxsus olan Hacıqabul şəhəri B.İbrahimov küçəsi 8 saylı fərdi yaşayış evindən heç bir oğurluq etməmişdir. O, uşaqlıqdan yetim böyümüş və küçələrdə yaşamışdır. Çoxlu səhvləri olmuşdur. İstintaq zamanı özünü oğurluq etməkdə təqsirli bilsə də, hazırda təqsirli bilmir. Çünki, o, Ehtibarla birlikdə oğurluq etməmişdir. Ona şans verilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Təqsirləndirilən şəxs1 qonşu kimi tanıyır, aralarında ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs2 isə tanımır. O, tez-tez ailəsi ilə birlikdə Bakı şəhərində olduğundan Hacıqabul şəhəri B.İbrahimov küçəsi 8 saylı fərdi yaşayış evinin qapısını bağlayaraq Bakı şəhərinə gedir. 20 sentyabr 2021-ci il tarixdə saat 16:00-da yaşadıqları Hacıqabul şəhəri B.İbrahimov küçəsi 8 saylı fərdi yaşayış evinin qapısını bağlayaraq Bakı şəhərinə getmişlər. Səhhəti ilə əlaqədar olaraq xeyli müddət Bakı şəhərində qalmışdır. 06 noyabr 2021-ci il tarixdə saat 14 radələrində yaşadığı evə gələrək qapını açıb içəri daxil olmuşdur. Evindən oğurluq edildiyini anlamışdır. Evindən oğurluq olması ilə bağlı DİN-nin 102 xidmətinə müraciət etmişdir. Evində konkret olaraq hansı əşyaların oğurlanmasını tam siyahılaşdırıb polisə yenidən müraciət etmişdir. Onun evindən 1 ədəd 50 lt-lik, aliminium materiallından ibarət toy qazanı, 1 ədəd 40 lt-lik, aliminium materiallından ibarət toy qazanı, 1 ədəd 5 lt-lik, aliminium materiallından ibarət aş qazanı, 2 ədəd 20 lt-lik və 2 ədəd 30 lt-lik, olmaqla 4 ədəd aliminium materiallından ibarət teşt, 1 ədəd 3x5 m palaz, 3 ədəd xalça, 1 ədəd 10 lt-lik somavar, 1 ədəd 30x150 sm olan 1.2 metr hündürlüyündə dəmir manqal, 1 ədəd əl ilə işləyən ət çəkən maşın, 1 ədəd sərinləşdirici (ventilyator), 1 ədəd su motoru, 70 lik, ölçüdə olan 200 metr uzunluğunda dəmir boru, 1 ədəd diametri 35 sm olan aliminium aşsüzən oğurlanmışdır. Ona yuxarıda sadaladıqlarından başqa maddi ziyan dəyməmişdir. Ona ümumilikdə 1000-1500 manat maddi ziyan dəymişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən qiymətlərlə razıdır, evindən oğurlanmış xalçaların hər birinin dəyəri 150 manat, dəmir borunun hər metrinin dəyəri 5 manat olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona ümumilikdə 2066 manat məbləğində maddi ziyan vurmuşlar. Oğurlanmış əşyalardan 2 ədəd xalça, 1 ədəd palaz qaytarılıb. Dəymiş zərərin 450 manatı ödənilib, 1616 manatı ödənilməyib. Zərər çəkmiş şəxs X5 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, X6 onun nəvəsidir, onlar onunla eyni ünvanda yaşayırlar. Təxminən bir il əvvəl nəvəsi Zahirə Hacıqabul şəhər bazarının ətrafında olan mağazaların birindən 500 manata bir ədəd velosiped almışdır. Həmin velosipedi hadisə gününə kimi Zahir sürmüşdür. 06 noyabr 2021-ci il tarixdə Zahir axşam saatlarında velosipedi sürüb həyətə gətirərək saxlamış və o, sonradan həmin velosipedi həyətdə evin divarına söykəmişdir. Daha sonra isə evin həyət qapısını bağlamışdır. Növbəti gün dərs günü olmadığından səhər saat 08 radələrində həyətə düşmüş, lakin velosipedin yerində olub-olmadığına fikir verməmişdir. Gün ərzində Zahir həyətə düşdükdə ondan velosipedin harada olduğunu soruşmuş, o isə velosipedi evin divarına söykədiyini demişdir. Lakin baxdıqda velosipedi qoyduğu yerdə aşkar etməmişlər. Həmin vaxt həyət qapısı açıq olduğundan düşünmüşdür ki, yəqin velosipedi oğlu Əli sürərək aparmışdır. Lakin sonradan ailə üzvləri ilə danışdıqda, velosipedin 06 noyabr 2021-ci il tarixdən 07 noyabr 2021-ci il tarixə keçən gecə oğurlandığını başa düşmüşdür. Hesab edir ki, velosipedi oğurlayan şəxs evin həyət hasarından həyətə daxil olub evin həyət qapısını açaraq velosipedi oğurlamışdır. Həmin velosipedi iki gün axtarsa da, tapa bilməmişdir. Buna görə 09 noyabr 2021-ci il tarixdə ərizə ilə Hacıqabul RPŞ-yə müraciət etmişdir. Zərər çəkmiş şəxs X5 əlavə ifadəsində təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən qiymətlə razı olduğunu, heç bir etirazının olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd «Strim» markalı qara rəngli velosiped müvafiq qaydada götürülüb zərər çəkmiş şəxs X3 qaytarılmışdır. Zərər çəkmiş şəxs X3 məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməklə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə zərər çəkmiş şəxs X2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şahid3 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, bir neçə ildir ki, Hacıqabul şəhərində dəmir və əlvan metal alqı-satqısı ilə məşğul olur. 2021-ci ilin oktyabr ayının əvvəllərində tarixi dəqiq yadında qalmayan bir gün Hacıqabul şəhər sakini kimi tanıdığı Ehtibar adlı şəxs tanımadığı bir motosikletlə bir neçə ədəd alüminium qazan, bir neçə ədəd alüminium teşt, bir ədəd samovar, bir ədəd manqal, bir ədəd ət çəkən maşın, bir ədəd dəmir boru, bir ədəd ventilyator, bir ədəd su motorunu onun yanına gətirib, həmin əşyaları satdığını bildirmişdir. Ehtibardan həmin əşyaların kimə məxsus olmasını soruşduqda, demişdir ki, həmin əşyaların evlərinindir və pula ehtiyac olduğu üçün satır. O, Ehtibarla razılaşmış və sonuncudan həmin əşyaları hazırda xatırlamadığı məbləğə almışdır. Ehtibardan həmin əşyaları aldıqdan bir neçə gün sonra həmin əşyaları Bakı şəhərində olan metal qəbulu sexlərinə satmışdır. O, Ehtibar adlı şəxsdən aldığı əşyaların oğurluq olduğunu bilməmiş, bilsəydi onları almazdı. Şahid4 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır, münasibətləri həmişə yaxşı olmuşdur, aralarında düşmənçilik və ya ədavət olmamışdır. 2021-ci ilin noyabr ayının əvvəllərində qonşusu Ehtibar ona demişdir ki, evində iki ədəd xalçası vardır, həmin xalçanı satmaqda ona köməklik göstərsin, pula ehtiyacı vardır. O da bu barədə Hacıqabul şəhər sakini Sevil adlı qadına bildirmiş və Sevil ona demişdir ki, xalçaları gətirsin baxsın. Daha sonra o, bu barədə Ehtibara bildirmiş, Ehtibar da xalçaları ona gətirmiş və o, xalçaları aparıb Sevilin evində sonuncuya göstərmişdir. Sevil xalçalara baxıb həmin xalçalara 25 manat pul verə biləcəyini demişdir. O, bu barədə Ehtibara dedikdə sonuncu razılaşmış və o, xalçaları Sevilə verib, sonuncudan 25 manat pul alıb aparıb Ehtibara vermişdir. O, xalçaların oğurluq olduğunu bilməmiş, həmçinin Ehtibar xalçaları satdığına görə ona heç bir pul verməmişdir. Şahid6 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 Hacıqabul şəhər sakini kimi tanıyır, onunla aralarında düşmənçilik və ya ədavət olmamış, hazırda da yoxdur. 2021-ci ilin oktyabr ayının əvvəllərində Ehtibar ona zəng vurub bildirmişdir ki, vəziyyəti pisdir, evində istilik yoxdur, evində bir ədəd xalçası vardır və onu satır. O, əvvəlcə Ehtibara demişdir ki, xalça almaq istəmir, lakin Ehtibar ona yenə də zəng vurub xalçanı ucuz qiymətə, yəni 50 manata verdiyini dedikdə, bildirmişdir ki, xalçanı gətirsin baxsın. Bir müddət sonra Ehtibar bir ədəd naxışlı xalça gətirmiş və o, xalçaya baxaraq Ehtibara demişdir ki, xalçaya 25 manat verər. Ehtibar da razılaşmış və o, 25 manat verib həmin xalçanı Ehtibardan almışdır. Ehtibardan həmin xalçanın kimə məxsus olduğunu soruşduqda ona bildirmişdir ki, xalça özünə məxsusdur, evinindir. Ehtibardan xalçanı aldıqdan sonra onu evində bir qədər istifadə etmişdir. 09 noyabr 2021-ci il tarixdə isə Hacıqabul RPŞ-yə çağırıldıqda, Ehtibar ona satdığı xalçanın oğurluq olduğunu öyrənmiş və həmin xalçanı polis əməkdaşlarına təqdim etmişdir. O, xalçanın oğurluq olduğunu bilməmiş, həmçinin Ehtibardan xalçadan başqa heç nə almamışdır. Şahid5 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Alim adlı şəxsi Hacıqabul şəhər sakini kimi tanıyır, onunla aralarında düşmənçilik və ya ədavət olmamış, hazırda da yoxdur. 2021-ci ilin oktyabr ayının əvvəllərində Alim adlı şəxslə rastlaşdıqda özünə təcili pul lazım olduğu üçün ucuz qiymətə xalça satdığını, evinin xalçaları olduğunu demişdir. O da xalçaları gətirməsini demişdir. Bir müddət sonra Alim yaşadığı evə iki ədəd xalça gətirmişdir. O, xalçalara baxmış, onları biri 1,5x2 metr ölçüdə olmuş, biri isə enli xalça olmuşdur. Alimlə danışıb həmin xalçaları sonuncudan 25 manata almışdır. 09 noyabr 2021-ci il tarixdə isə Hacıqabul RPŞ-yə çağırıldıqda, Alimin ona satdığı xalçaların oğurluq olduğunu öyrənmiş və həmin xalçaları polis əməkdaşlarına təqdim etmişdir. O, xalçaların oğurluq olduğunu bilməmiş, Alim ona xalçalardan başqa heç nə satmamışdır. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Hacıqabul RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 noyabr 2021-ci il tarixdə xidmətdə olarkən icraatına məlumat daxil olmuşdur ki, Hacıqabul şəhəri Ə.Vahid küçəsi ev 77-də yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması ilə məşğul olur. Bu səbəbdən tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul olunmuşdur. Daha sonra həmin qərarın icra olunması ilə bağlı o və Hacıqabul RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra Şahid2la birlikdə Hacıqabul şəhəri Ə.Vahid küçəsinə getmişlər. Həmin küçədə Təqsirləndirilən şəxs1 görmüşlər və məlumatın yoxlanması məqsədilə onu Hacıqabul RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 özünü şübhəli apararaq səs-küy salıb onlardan yayınıb getmək istəmişdir. Buna baxmayaraq onlar Təqsirləndirilən şəxs1 Hacıqabul RPŞ-yə gətirmişlər. Hacıqabul RPŞ-də olarkən Təqsirləndirilən şəxs1 Təhqiqat bölməsində vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi1 seçmişdir. Vəkil Müdafiəçi1 gəldikdən sonra isə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş və buna hər hansı bir etirazının olub olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs1 heç bir etirazı olmadığını bildirmişdir. Daha sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs1 da əynində olan tünd göy rəngli şalvarın qabaq sağ cibindən bir ədəd kağız büküm təqdim edərək, həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təqdim etdiyi psixotrop maddə metamfetamini Hacıqabul şəhəri H.Həmidov küçəsində yerdən tapmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç bir qanunla qadağan olunmuş əşya və ya predmet, o cümlədən başqa psixotrop maddə və ya narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bir ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. Həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs1, müdafiəçi və onlar protokola imza etmişlər. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamışdır. Şahid Hacıqabul RPŞ-nin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi və əlavə olaraq bildirdi ki, Zərərçəkmiş şəxs1 məxsus olan Hacıqabul şəhəri B.İbrahimov küçəsi 8 nömrəli fərdi yaşayış evindən oğurluq edilməsinə dair şikayət daxıl olmuşdur. Cinayətin üstünü açmaq üçün onlar narkomanları dəvət edib dindirmişlər. Bu zaman Təqsirləndirilən şəxs2 Rəhim oğlu bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 ilə birlikdə dəmir aparıb satmışlar. Həmin əşyaları Ehtibarın qonşusu Zərərçəkmiş şəxs1 evindən oğurlayıblar. Dəmirləri metal qəbulu sexində Rövşənə satmışlar. Xalçaları, hasarın dibinə yığılmış dəmir boruları Ehtibarın yaşadığı evin həyətinə keçirmiş, sonra isə aparıb satmışlar. Könüllü təqdim edilən əşyanın götürülməsi haqqında 09 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid6 təqdim etdiyi bir ədəd palaz sonuncudan Hacıqabul RPŞ tərəfindən müvafiq qaydada götürülmüşdür. Könüllü təqdim edilən əşyanın götürülməsi haqqında 09 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid5 təqdim etdiyi iki ədəd xalça sonuncudan Hacıqabul RPŞ tərəfindən müvafiq qaydada götürülmüşdür. Könüllü təqdim edilən əşyanın götürülməsi və baxış keçirilməsi haqqında 09 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd «Strim» markalı, qara rəngli velosiped Hacıqabul RPŞ tərəfindən müvafiq qaydada götürülmüşdür. İbtidai istintaq zamanı ifadə yerində yoxlanılarkən Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə hansı qaydada daxil olduğunu və həmin evdən oğurluğu hansı qaydada törətdiyini hadisə yerində əyani göstərməklə hadisə yerində ifadəsini bir daha təsdiq etmişdir. Əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim olunan üç ədəd xalçanı tanıyaraq, evindən oğurlanmış xalçaların məhz həmin xalçalar olduğunu bildirmişdir. Əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, X5 ona təqdim olunan bir ədəd velosipedi tanıyaraq, evinin həyətindən oğurlanmış velosipedin məhz ona təqdim olunan velosiped olduğunu bildirmişdir. İbtidai istintaq zamanı aralarında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə qarşı Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən birlikdə oğurluq etdiklərini söyləmişdir, Təqsirləndirilən şəxs2 da üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 onun üzünə qarşı dedikləri ilə tam razı olmuşdur. Şəxsi axtarış və götürmə barədə 08 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə Hacıqabul RPŞ-də şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarın qabaq sağ cibindən bir ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan Regional Bölməsinin verdiyi 09 noyabr 2021-ci il tarixli 18/1105 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri və imzalar olan kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi 0,491 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın 23 dekabr 2021-ci il tarixli 5267 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 12 yanvar 2022-ci il tarixli 9/9402 nömrəli rəyində göstərilmişdir ki, analoji malların markası, modeli, orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən 1 ədəd «STRİM» markalı, qara rəngli, yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 160 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 11 mart 2022-ci il tarixli 9/1168 nömrəli ekspert rəyində göstərilmişdir ki, analoji malların orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda qeyd edilən bir ədəd 50 litrlik aliminium materialından ibarət toy qazanının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 80 manat, bir ədəd 40 litrlik aliminium materialından ibarət toy qazanının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 60 manat, bir ədəd 5 litrlik aliminium materialından ibarət aş qazanının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 10 manat, bir ədəd 20 litrlik aliminium materialından ibarət teştin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 15 manat, bir ədəd 30 litrlik aliminium materialından ibarət teştin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 18 manat, bir ədəd 3x5 metr ölçüdə olan palazın orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 100 manat, bir ədəd 30x150 sm olan 1,2 metr hündürlüyündə dəmir manqalın orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 30 manat, bir ədəd əl ilə işləyən ət çəkən maşının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 10 manat, bir ədəd sərinləşdiricinin (ventilyator) orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 25 manat, bir ədəd «Marquis» markalı su motorunun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 30 manat, bir ədəd diametri 35 sm olan aliminium aşsüzənin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 5 manat müəyyən edilir. Ekspertiza təyini haqqında qərarda qeyd edilən 11 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr ayına olan orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən 616 manat müəyyən edilir. Digər 3 adda mallar haqqında ətraflı məlumat (markası, istehsal yeri, ölçüsü və sair) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 29.11.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmlərin surətindən görünür ki, Kərimov X4 rayon məhkəməsinin 22.08.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 08.05.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.12.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin 16.03.2017-ci il tarixli “Əfv” sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01.03.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 29.10.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Kərimov X4 rayon məhkəməsinin 22.08.2017-ci il tarixli hökmü, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.12.2013-cü il tarixli hökmü və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01.03.2018-ci il tarixli hökmü ilə yaranmış məhkumluqları ödənilməmiş və götürülməmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, təqsirləndirilən şəxslərin özlərinin ifadələri, zərər çəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, eləcə də maddi sübutlar, iş materialinda olan DVD diskə əlavə edilmiş audio və video yazı və işdəki digər sənədlərlə Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olmaqla bir qrup şəxs təşkil edərək, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini, həmçinin satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş təsiredici maddə olan 0,491 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmələri tamamilə sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri; Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və onlar ittiham olunduqları maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə iclasında özləri təqsirli bilməmələrinə dair ifadələri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxlər belə ifadə verməklə məsuliyyətdən yayınmaq niyyətini güdürlər. Onların bu ifadələri ibtidai istintaq zamanı özlərinin verdikləri etirafedici ifadələri, üzləşmədə verdikləri ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, maddi sübutlarla tamamilə təkzib edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməllərini törətdiklərini bir daha təsdiq edir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti qismən etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağı olmasını, zərər çəkmiş şəxs Kəmalə Qasımovaya vurulmuş maddi ziyanın ödənilməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin residivi təhlükəli sayılır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilən cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli 08.11.2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli 07.04.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,441 qram çəkidə narkotik vasitə olan qram psixotrop maddə olan “metamfetamin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizası tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə zərər çəkmiş şəxs X3 velosipedin qaytarılması və dəymiş maddi zərərin tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia ərizəsi verilməmişdir. Zərərçəkmiş şəxs1 vurulmuş 2.066 manat maddi ziyanın 450 manatının ödənilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs1 vurulmuş maddi zərərin qalan hissəsini ödənilməsi tələbinə dair iddia ərizəsi ilə təqsirləndirilən şəxslərə qarşı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı və məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkillərə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq Təqsirləndirilən şəxs1 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 08.11.2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,441 qram çəkidə narkotik vasitə olan qram psixotrop maddə olan “metamfetamin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 70 saata görə 420 (dörd yüz iyirmi) manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 26 saata görə 156 manat, cəmi 576 (beş yüz yetmiş altı) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1 "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli 07.04.2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat; Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi3 məhkəmə icraatı zamanı iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. İş üzrə zərər çəkmiş şəxs X3 velosipedin qaytarılması və dəymiş maddi zərərin tamamilə ödənilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs1 vurulmuş 2.066 (iki min altmış altı) manat maddi ziyanın 450 (dörd yüz əlli) manatının ödənilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs1 vurulmuş maddi zərərin qalan hissəsini ödənilməsi tələbinə dair iddia ərizəsi ilə təqsirləndirilən şəxslərə qarşı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-44/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-44/2022
02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver