Məhkəmə qərarları › İş №1(071)-45/2023

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-45/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-45/2023 11.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X17 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər - Şirvan Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 Ağamməd oğlu və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1990-ci il tarixdə Yardımlı rayonu, Avaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1984-cü il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, ünvan 2 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1, satış məqsədi olmadan tanışı Təqsirləndirilən şəxs2 ilə birgə istifadə etmək üçün narkotik vasitə hesab edilən ümumi təmiz çəkisi 6,09 qram olan narkotik vasitə qurudulmuş marixuananı 08 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Şirvan şəhərində tanışları Teymur adlı şəxsdən hər biri 30 manat pul vəsaiti xərcləməklə əldə etmələrini qərarlaşdırdıqdan sonra, Təqsirləndirilən şəxs2 tərəfindən əldə edilmiş narkotik vasitəni Bakı-Qazax yolunun Hacıqabul rayonu, Pirsaat kəndi ərazisindən keçən hissəsində sonuncunun xahişi əsasında Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin içərisində 3,10 qram və 2,99 qram olmaqla iki ayrı-ayrı hissəyə bölmüş və qanunsuz olaraq üzərində saxlayaraq daşımış, 08 yanvar 2023-cü il tarixdə saat 12 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları ilə BDYPİ-nin YPXA-ın 7-ci tağımının 720 saylı YPXA-nın əməkdaşları ilə birgə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu ərazisində yerləşən Hacıqabul-Şirvan yolu üzərində yerləşən körpünün yaxınlığında Təqsirləndirilən şəxs2 idarə etdiyi Mersedes Benz markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə saxlanılaraq Hacıqabul polis şöbəsinə gətirilib üzərində axtarış aparılan zaman qeyd olunan narkotik vasitə Təqsirləndirilən şəxs1 əynində olan tünd boz rəngli cins şalvarın qabaq sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2, satış məqsədi olmadan tanışı Təqsirləndirilən şəxs1 ilə birgə narkotik vasitə istifadə etmələrini qərarlaşdıraraq 08 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Şirvan şəhərində tanışları Teymur adlı şəxsdən hər biri 30 manat pul vəsaiti xərcləməklə ümumilikdə 60 manata ümumi təmiz çəkisi 6,09 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə etmiş, Bakı-Qazax yolunun Hacıqabul rayonu, Pirsaat kəndi ərazisindən keçən hissəsində qanunsuz olaraq daşıyıb üzərində saxlamış, daha sonra narkotik vasitəni iki ayrı-ayrı hissəyə bölməsi və saxlaması üçün tanışı Təqsirləndirilən şəxs1 vermiş, 08 yanvar 2023-cü il tarixdə saat 12 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları ilə BDYPİ-nin YPXA-ın 7-ci tağımının 720 saylı YPXAnın əməkdaşları ilə birgə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu ərazisində yerləşən Hacıqabul-Şirvan yolu üzərində yerləşən körpünün yaxınlığında idarə etdiyi Mersedes Benz markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə saxlanılaraq Hacıqabul polis şöbəsinə gətirilib Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə sonuncunun əynində olan tünd boz rəngli cins şalvarın qabaq sol yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, əvvəllər Təqsirləndirilən şəxs2 ailəsinə məxsus avtomobil təmiri sexində çilingər işləmiş, həmin vaxtlarda da Əliyusiflə birlikdə narkotik vasitə marixuana alıb qəbul etmişdir. 08 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Əliyusif ona sms yazaraq narkotik vasitə qəbul etmək istədiyini bildirmişdir. Əliyusif bildirib ki “gəl hər ikimiz adam başı 30 manat qoyaq gedim alım gətirim”. Az müddət keçdikdən sonra Əliyusif idarə etdiyi “Mercedes” markalı **-MC-*** dövlət nömrə nişanlı avtomobillə onun yanına Sərvət şadlıq sarayının yanına gəlmişdir. O Əliyusiflə görüşüb üzərində olan 30 manat pulu Əliyusifə vermişdir. Əliyusif isə ona Teymur adlı şəxsdən marixuana alacağını demişdir. O isə Əliyusifə Teymurla münasibətinin pozulduğunu, bu səbəbdən də Əliyusifdən narkotik vasitəni götürüb qayıtmasını demiş, Əliyusif onunla razılaşmışdır. Təxminən 20 dəqiqə sonra Əliyusif geri qayıtmışdır. O, Əliyusifin avtomobilinə olduğu yerdən minmişdir. Əliyusiflə birlikdə Hacıqabul rayonu Pirsaat kənd ərazisində magistral yolda hərəkətdə olarkən Əliyusif üzərində olan kağız bükümündəki marixuananı ona verib bildirib ki, “al iki yerə böl”. O da üzərində olan siqaret qutusunun selofanını çıxardıb kağızda olan narkotikin tam yarısını bölüb özünə götürüb və qalan yarısını da Əliyusifə vermişdir. O özündə olan narkotik vasitədən xüsusi kağıza doldurmuşdur. Hacıqabul şəhər ərazisində geri qayıdarkən avtomobili arxadan YPX-nin əməkdaşları işarə verib saxlatdırmışdır. Əliyusif üzərində olan bükümü ona verib dedi ki, “saxla mən düşüb özüm məsələni həll edəcəm”. YPX-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onları Hacıqabul rayon polis şöbəsinə dəvət etmişdirlər. Polis şöbəsində olan zaman üzərində şəxsi axtarış aparılarkən əynində olan tünd boz rəngli cins şalvarın qabaq sol yan cibində gizlətdiyi bir ədəd sellofan bükümü və bir ədəd kağız kəsiyi bükümü təqdim edərək hər iki büküm içərisində marixuana olduğunu bildirmişdir. Onun üzərindən aşkar olunan marixuana zərfə qoyulmuş və ekspertizaya göndərilmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu, ailəli olduğunu və himayəsində azyaşlı uşağının olduğunu bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, uzun zamandır ki, Təqsirləndirilən şəxs1 tanıyır. Əvvəllər də Xəyalla birlikdə marixuana alıb qəbul etmişlər. Xəyal əvvəllər onların təmir sexində çilingər işləyib, hal-hazırda isə təmir sexindən çıxıb başqa yerdə işləsədə həmin vaxtdan münasibətləri qalmışdır. 08 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Xəyal onun istifadəsində olan mobil nömrəyə sms yazaraq narkotik vasitə qəbul etmək istədiyini bildirmişdir. O da Xəyala bildirib ki, “gəl hər ikimiz adam başı 30 manat qoyaq gedim alım gətirim”. Az müddət keçdikdən sonra o idarə etdiyi “Mercedes” markalı **-MC- *** dövlət nömrə nişanlı avtomobillə Xəyalın yanına Sərvət şadlıq sarayının yanına getmişdir. O Xəyalla görüşmüş və Xəyaldan 30 manat pul almışdır. O Xəyala narkotik vasitəni Teymurdan alacağını bildirmiş, lakin Xəyal Teymurla münasibətlərinin korlandığını, Teymura görünmək istəmədiyini demişdir. Sonra birlikdə Teymur adlı şəxsdən narkotik vasitə almaq üçün getmişlər, lakin Xəyal Teymura görünməmiş və yolun kənarında onun narkotik vasitəni alıb geri qayıtmasını gözləmişdir. O, Teymur adlı şəxsdən 60 manat müqabilində bir kağız bükümündə marixuana almışdır. O, Teymurun yanından qayıdıb Xəyalı avtomobilinə mindirib yola çıxmışdır. Onlar birlikdə Hacıqabul rayon ərazisində onun idarə etdiyi avtomobillə Pirsaat kənd ərazisində magistral yolda hərəkətdə olarkən üzərində olan kağız bükümündəki marixuananı Xəyala verib demişdir ki, həmin marixuananı iki yerə bölsün. Xəyal da üzərində olan siqaret qutusunun selofanını çıxardıb kağızda olan marixuananın tam yarısını bölüb özünə götürmüş və qalan yarısını da ona vermişdir. Hacıqabul şəhər ərazisində geri qayıdarkən avtomobili YPX-nin əməkdaşları işarə verib saxlatdırmışdır. O üzərində olan bükümü saxlaması üçün Xəyala vermişdir. YPX-nin əməkdaşları onlara üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək hər ikisini Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman onun üzərində şəxsi axtarış aparılmış, lakin qanunsuz hər hansı əşya aşkar olunmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu, ailəli olduğunu və himayəsində 3 azyaşlı uşağının olduğunu bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul rayon PŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023cü il tarixdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mersedes Benz” markalı **-MC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə və üzərində, həmçinin avtomobildə sərnişin kimi əyləşmiş Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Daxil olmuş məlumat əsasında o, Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti baş inspektoru Şahid2 və Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X4 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və İmanov X5 Əzimovun idarə etdiyi “Mersedes-Benz” markalı **-MC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə birlikdə onlar tərəfindən Hacıqabul rayonu ərazisində yerləşən Hacıqabul-Şirvan yolu üzərində yerləşən körpünün yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və avtomobilə baxış aparılması məqsədi ilə Hacıqabul rayon polis şöbəsinə gətirilmişdirlər. Polis şöbəsində onların hər ikisinin üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli cins şalvarın qabaq sol cibindən bir ədəd sellofan bükülüdə və bir ədəd kağız bükülüdə olan narkotik vasitə marixuanaya bənzər kütlələri təqdim etmişdir. Həmin kütlələrdən sellofan bükülüdəki kütlənin özünə və digər kağız bükümdəki kütlənin isə Təqsirləndirilən şəxs2 məxsus olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlələr qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və idarə etdiyi avtomobildə baxış aparılsa da onun üzərindən və avtomobilindən heç bir qanunsuz əşya və ya predment aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, Baş Dövlət Yol Polisi İdarəsinə tabe olan Yol-Patrul Xidməti Alayının 7-ci tağımın yol patrul xidmətinin inspektoru vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobildə və üzərində, eləcə də avtomobildə sərnişin kimi əyləşmiş Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə saxlamaları barədə baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdu. Həmin şəxslərin ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil Hacıqabul rayonu ərazisində yerləşən Hacıqabul-şirvan yolunun üzərində yerləşən körpünün yaxınlığında saxlanılmış və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərində şəxsi axtarış aparılması məqsədi ilə Hacıqabul rayon Polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olarkən hər iki şəxsin üzərində, eləcə də Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə axtarış aparılmışdır. Avtomobildən və Təqsirləndirilən şəxs2 üzərindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Lakin, Təqsirləndirilən şəxs1 üzərindən iki ədəd bükümdə narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin kütlələrdən sellofan bükülüdəki kütlənin özünə, kağız bükümdəki kütlənin isə Təqsirləndirilən şəxs2 məxsus olmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, şahid X10 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd diskdə olan videogörüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman o, əynindəki tünd boz rəngli cins şalvarının qabaq sol cibində gizlətdiyi 1 ədəd sellofan kəsiyi bükümü və 1 ədəd kağız kəsiyi bükümündə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələri təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələri 08 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Şirvan şəhər ərazisində tanışı Təqsirləndirilən şəxs2 hər biri 30 manat pul qoyaraq aldıqlarını və üzərindən aşkar edilərək götürülmüş sellofan bükümün ona, üzərində olan kağız bükümün isə Təqsirləndirilən şəxs2 məxsus olduğunu bildirmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd diskdə olan videogörüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə marixuanaya bənzər kütləni öz şəxsi istifadələri üçün aldıqlarını bildirmişdir. “Baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs2 ərizəsi əsasında onun idarə etdiyi Mercedes Benz markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobildən qanunsuz hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/22 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs1 üzərindən....” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd sellofan torbacıqda təmiz çəkisi-2,99 qram, 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi-3,10 qram, ümumi təmiz çəkisi-6,09 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qeyd edilən marixuanalar eyni tərkiblidir. Ekspertiza tədqiqatına həmin maddənin 0,04 qramı sərf edildikdən sonra, 6,05 qram qalıq qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarının 5 qram olması, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin külli miqdarın aşağı həddinin isə 500 qram olması göstərilmişdir. “Mobil telefona baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan hənin protokola əlavə edilmiş mobil telefonun ekran görüntüsündən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Redmi” markalı mobil telefonun “Whatsapp” mesajlaşma sosial şəbəkəsi proqramında Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil nömrə ilə aralarında mesajlaşmaların olması, həmin mesajların xx.xx.2023-cü il tarixdə saat 10:02 radələrində olması, mesajlaşma zamanı hər birinə 30 manat olmaqla pul qoyaraq narkotik vasitə əldə etmək istəmələri barədə yazışmalar müəyyən edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli, 342 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı kannaboidlərdən periodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli, 344 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı kannaboidlərdən periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan (raportdan) görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitəni hansı mənbədən əldə etməsini və başqa kimlərə narkotik vasitə verməsi əməliyyat yolu ilə müəyyən etmək müəyyən olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni öz istifadəsi üçün üzərində saxlaması müəyyən olunmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 6,05 qram qalan qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunmasına dair məlumat yoxdur. Şirvan ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Şirvan ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 589 saylı arayışdan və doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İmanov X9 şəhəri T.İsmayılov küçəsi bina 27Q, mənzil 10 ünvanda qeydiyyatda olmaqla yaşayır və ailə üzvləri - 2002-ci il təvəllüdlü həyat yoldaşı X8 və xx.xx.2022-ci il təvəllüdlü oğlu X13 ilə birlikdə yaşayır. Şirvan ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Şirvan ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 590 saylı arayışdan və şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, Əzimov X6 şəhəri Naxçıvan küçəsi ev 433 ünvanda qeydiyyatda olmaqla yaşayır və ailə üzvləri - 1983-cü il təvəllüdlü həyat yoldaşı X14, xx.xx.2009-cu il təvəllüdlü qızı X2, xx.xx.2011-ci il təvəllüdlü qızı Əzimzadə firuzə Əliyusif qızı və xx.xx.2014-cü il təvəllüdlü oğlu X3 ilə birlikdə yaşayır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 12:00-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X7 azad edilmişdir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 12:00-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X7 azad edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətinin protokolu və digər sənədlərlə təqsirləndirilən şəxslərin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda qurudulmuş marixuana əldə etmələri və üzərlərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bu əməlləri ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, himayəsində üç azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır (CM 59.1.4, 59.2). Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır (CM 59.1.4, 59.2). Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxslərə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, əldə edib daşıyaraq saxladıqları narkotik vasitənin şəxsi istehlak miqdarından cüzi miqdarda artıq olması, onların şəxsiyyəti, o cümlədən cəzalarını yüngülləşdirən kifayət qədər halların olması və ağırlaşdıran halların isə müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalı və onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası ən aşağı həddə təyin edilməlidir. Bu zaman onların şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə yaşayış yerlərini saat 23:00-dan saat 06:00-dək və yaşadıqları Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etmələrinə məhdudiyyət qoyulmalı, bundan başqa onların üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəylərinə əsasən təqsirləndirilən şəxslərin narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Lakin, onların ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və qalıq çəkisi 6,05 qram olan qurudulmuş mariaxuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlara dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi isə Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçilərin hər biri tərəfindən 19 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 hər birinə münasibətdə işlədikləri Şirvan Regional Vəkil Bürosunun hesabına 114 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməsinə və yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməsinə və yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 6,05 qram olan qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat (qırx doqquz manat, yetmiş dörd qəpik) pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 114 manat (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 114 manat (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar