Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-45/2025 21.04.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Zərərçəkmiş şəxs1 MMC-də mühafizəçi işləmiş, məhkum olunmamış, Şirvan şəhəri T.İsmayılov küçəsi ev 25 ünvanında qeydiyyatda olmaqla ünvan 1də “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, özgəsinə məxsus əmlakı tamah məqsədilə hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün 02 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində X1 şifahi razılaşma əsasında oyun salonu kimi işlətdiyi Şahid6 məxsus Şirvan şəhəri 28 May küçəsində yerləşən “Playstation” oyun salonuna qapının kilidini açmaq yolu ilə qanunsuz olaraq daxil olub, oradan 03 ədəd hər birinin dəyəri 270 manat olmaqla, ümumilikdə 810 manat dəyərində “PS3” markalı “CECH-4203C” model, 220-240V, 50/60 Hz, Playstation oyun cihazlarını oğurlamış, beləliklə zərər çəkmiş şəxs Tünzalə Qasımovaya məxsus ümumilikdə 810 manat dəyərində yuxarıda qeyd olunan oyun cihazlarını oyun salonuna qanunsuz daxil olmaqla oğurlamış, yəni gizli olaraq talamışdır. Bundan başqa o, özgəsinə məxsus əmlakı informasiya texnologiyalarından istifadə etməklə elektron məlumat daşıyıcılarından tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq təkrar oğurlamaq, yəni gizli olaraq talamaq məqsədi ilə, 08 noyabr 2024-cü il tarixdə saat 17 radələrində tanışı Zərərçəkmiş şəxs3 yaxınlıqda yerləşən bankomata getdiyini bildirib gizli şəkildə talamaq niyyəti ilə pul vəsaitinə çatmağı asanlaşdırmaq üçün ona məxsus plastik kart hesabından pulun çıxarılmasına köməklik göstərəcəyi, yekunda bankomatdan çıxardığı pul vəsaitini ona gətirəcəyi adı ilə aldadaraq sonuncunun adına rəsmiləşdirilən "xxxx" ASC-nə məxsus 5103 0714 6547 0116 nömrəli plastik kartı və həmin kart hesabına daxil olmaq üçün istifadə olunan 4 rəqəmli pin kodu əldə etdikdən sonra, Hacıqabul rayonu, Navahı qəsəbəsində yerləşən "xxxx" ASC-nə məxsus ATM-nə yaxınlaşıb həmin plastik kartı və 4 rəqəmli pin kodu daxil edərək Zərərçəkmiş şəxs3 bank hesabından 245 manat pul vəsaitini nağdlaşdırmış, geri qayıdan zaman plastik kart hesabının bank tərəfindən bloka salınması və pulun çıxarılmasının mümkün olmaması barədə zərər çəkmiş şəxsə yalan məlumat verməklə Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 245 manat pul vəsaitini informasiya texnologiyalarından istifadə etməklə elektron məlumat daşıyıcısına daxil olub təkrar oğurlamış, yəni gizli olaraq talamışdır. Bundan başqa o, özgəsinə məxsus xeyli miqdarda əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq təkrar oğurlamaq, yəni gizli olaraq talamaq məqsədi ilə 17 noyabr 2024-cü tarixdə saat 09 radələrində Hacıqabul rayonu Navahı qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 MMC-nə məxsus metaləritmə zavodunda şərti olaraq müəyyənləşdirilən 1 saylı postda mühafizə xidmətində olan zaman cinayət əməlinin ifşa olunmasının qarşını almaq üçün onunla birlikdə xidmətdə olan və cinayətin törədilməsinə aidiyyəti olmayan Zərərçəkmiş şəxs3 rahat xidmət aparılması adı ilə aldadıb onların fəaliyyətini və ərazinin görüntüsünü qeydə alan video müşahidə kamerasını söndürükdən sonra post məntəqəsində olan zavodun anbarına məxsus açarları əldə etmiş, bir müddət sonra post məntəqəsindən bir qədər kənarda yerləşən anbara yaxınlaşıb açarlaanbarın qapısını açmaqla həmin yerə qanunsuz daxil olaraq, oradan hər biri 2500 manat olmaqla, cəmi xeyli miqdar təşkil edən 7500 manat dəyərində 44,2 kq çəkidə, 146*146*812 mm ölçüdə olan 3 ədəd mis materialından hazırlanmış gilizləri oğurlamış, nəticədə zərər çəkmiş şəxsə məxsus ümumilikdə xeyli miqdar təşkil edən 7500 manat dəyərində əmlakı anbara qanunsuz olaraq daxil olub təkrar oğurlamış, yəni gizli olaraq talamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, işsiz olduğu üçün Şirvan şəhərində icarəyə kompyuter salonu götürmək qərarına gəlmişdir. O, bununla bağlı olaraq 2024-cü ilin avqust ayında tanışlarına bu barədə soraq etmişdir. 28 avqust 2024-cü il tarixdə Şirvan şəhərində yerləşən 20 saylı tam orta məktəbin inzibati binası ilə üz-üzə olan kompyuter salonunun icarəçisi Şirvan şəhər sakini Tünzalə adlı qadının obyektdə olan 5 ədəd Playstation oyun cihazlarını 5 ədəd televizorları ilə birlikdə icarəyə verdiyini tanışları ona demişdir. O, həmin günü, yəni, 28 avqust 2024-cü il tarixdə Tünzalə xanımla görüşmüş və onunla birlikdə qeyd etdiyi obyektə gedərək oyun cihazlarına və televizorlara baxmışdır. Tünzalə xanım həmin cihazları televizorları ilə birlikdə aylıq 400 manata qanuni olaraq notariat qaydasında icarə müqaviləsi ilə verdiyini bildirmişdir. Onlar razılaşdıqdan sonra Tünzalə xanım ona bildirmişdir ki, bu gün oğlu ilə də, danışsın sonra tam razılığını verəcəkdir. Həmin günü, yəni xx.xx.2024-cü il tarixdə axşam saatlarında Tünzalə xanım ona whatsapp vasitəsi ilə yazaraq bildirmişdir ki, oğlu razıdır. Səhəri günü, yəni, xx.xx.2024-cü il tarixdə saat təxminən 11 radələrində Tünzalə xanımla o, Şirvan şəhər Notariat kantorunun qarşısında görüşmüşdür. Həmin vaxt Tünzalə xanım notariat kantoruna daxil olub çıxdıqdan sonra ona səbəbini izah etmədən razı olmadığını bildirərək oğlu ilə təkrar danışacağını və ona xəbər edəcəyini bildirmişdir. Səhəri günü, yəni 30.08 2024-cü il tarixdə saat 12 radələrinədək Tünzalə xanımdan xəbər olmadığı üçün o, ona zəng vurmuşdur. Tünzalə xanım telefona cavab vermədiyi üçün o, həmin obyektin qarşısına dostları Şirvan şəhər sakinləri İsmayıl və Cavidanla birlikdə gedərək obyektin divarından asılmış tablodan oğlu Oqtayın mobil nömrəsini götürərək zəng vurmuşdur. Oqtay ona həftənin 6-cı günü Şirvan şəhərinə gələcəyini və onun ilə söhbət edəcəyini bildirmişdir. O, əlavə olaraq bildirmişdir ki, hadisədən təxminən 2-3 ay əvvvəl dostu İsmayıldan 400 manat borc pul götürmüşdür. 11 avqust 2024-cü il tarixdə İsmayıl ondan 400 manat borc pulu qaytarmasını istəmişdir. O, İsmayıla bildirmişdir ki, hazırda pulu yoxdur. Onların arasında söhbət olarkən Cavidan da, onların yanına gəlmişdir. Söhbət zamanı Cavidan bildirmişdir ki, dayısından faizə pul götürə bilər. O, onunla razılaşmışdır. Səhəri günü ona məlum olmuşdur ki, Cavidan dayısından 400 manat faizə pul götürmüş, 20 gün ərzində qaytarmaq şərti ilə üstündə əlavə 200 manat pul ödəniləcəkdir. Həmin artıq ödəniləcək pulun ona heç bir aidiyyəti olmadığını bildirmişdir. İsmayıl isə ona söz vermişdir ki, 20 gündən sonra həmin faizi özü ödəyəcək, onun ona olan 400 manat borcunu isə o, işə düzəldikdən sonra ayda 100 manat ödəyəcəyilə razılaşmışdırlar. 01 sentyabr 2024-cü il tarixdə o, İsmayıl və Cavidanla görüşəndə Cavidan ona bildirmişdir ki, götürdüyləri faiz ödənilməlidir. Onlarla söhbət etdikdən sonra o, ayrılaraq hərə öz işinin dalınca getmişdir. Səhəri günü, yəni 02 sentyabr 2024-cü il tarixdə o, qərara gəlmişdir ki, icarəyə götürmək istədiyi Tünzalə xanıma məxsus “Playstation" oyun cihazlarından üçünü oğurlasın və onlara versin. Həmin cihazları onlar sataraq pulu ödəsinlər. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində qeyd etdiyi Tünzalə xanımın işlətdiyi obyektin qarşısına getmişdir. Kənara göz gəzdirdikdə tam əmin olmuşdur ki, onu heç kim görmür. Obyektin qapısına yaxınlaşaraq görmüşdür ki, obyektin birinci dəmir barmaqlıqdan olan qapısının kilidi açıq vəziyyətdədir. Həmin qapını açıb ikinci plastik qapıya baxdıqda görmüşdür ki, həmin qapı bağlıdır. Plastik qapını zərbəsi ilə itələyərək açmışdır. Obyektin içərisinə daxil olduqdan sonra sağ tərəfdə eyni sırada olan 3 ədəd “Playstation" oyun cihazını naqilindən ayıraraq orada olan sellofan torbaya qoyub obyektin qapısını örtərək obyektdən çıxmışdır. Oradan uzaqlaşıb İsmayılın işlədiyi Şirvan şəhəri 16 saylı məktəbin yaxınlığında yerləşən “OBA” marketin qarşısına gəlmişdir. Marketin qarşısında İsmayıla yalandan Bakı şəhərindən dostu 3 ədəd “Playstation” oyun cihazlarını ona pay göndərdiyini və Cavidana faizə götürdüyü pulun yerinə bunları ona verməsini bildirmişdir. İsmayıl həmin cihazların onda qalmasını və axşam görüşüb söhbət edəcəklərini bildirmişdir. O, həmin cihazları özündə saxlamağa ehtiyat etdiyi üçün evə gedərkən evlərinin yaxınlığında olan düzənlik ərazidə kolluqda gizlətmişdir. Həmin gün axşamı İsmayıl və Cavidanla görüşmüş və cihazları gizlətdiyi yeri onlara izah edərək məhlələrinin yaxınlığındakı kolluqda gizlətdiyini bildirmişdir. İsmayıl və Cavidan ondan həmin oyun cihazlarını niyə görə düzənlikdə gizlətdiyini soruşduqda o, onlara yalandan guya atasının qorxusundan evə aparmadığını bildirmişdir. Onlara yalandan həmin oyun cihazlarını Bakı şəhərindən dostunun pay göndərdiyini bildirmişdir. Səhəri günü saat təxminən 11 radələrində İsmayıl və Cavidan ona zəng vuraraq həmin cihazların harada olmasını soruşmuş, o, ona izah etməsinə baxmayaraq onlar başa düşməmişdir. Bundan sonra Cavidan İsmayılla birlikdə onun evinə gəlmişdirlər. Onlar birlikdə cihazları gizlətdiyi yerə getmişdirlər. Həmin yerə çatdıqda o, onlara cihazları gizlətdiyi yeri göstərmişdir. İsmayıl və Cavidan həmin cihazları götürərək çıxıb getmişdirlər. Bundan başqa 2023-cü ilin sentyabr ayından Hacıqabul şəhəri, Navahı qəsəbəsində yerləşən metaləritmə zavodunda mühafizəçi işləmişdir. 08.11,2024-cü il tarixdə onunla birlikdə işləyən Zərərçəkmiş şəxs3 məvacib kartının blokladığını bildirmiş və ona plastik kartını verərək bu məsələdə köməklik edə biləcəyini soruşmuşdur. O, Zərərçəkmiş şəxs3 bu məsələdə köməklik edəcəyini bildirərək kartı götürüb Hacıqabul rayonu, Navahı qəsəbəsində yerləşən "Nuran” adlanan marketin yaxınlığında yerləşən bankomata getmiş və orada Zərərçəkmiş şəxs3 məxsus karta yeni pin kod qoyub kartda olan Zərərçəkmiş şəxs3 məxsus 245 manat pulu çıxartmışdır. Bundan sonra o, kartı təkrar Zərərçəkmiş şəxs3 vermiş və bildirmişdir ki, kart blokludur, açmaq mümkün deyildir. Zərərçəkmiş şəxs3 onun 245 manat pulunu kartdan çıxartdığını biləndən sonra, həmin pulu qaytarıb ona vermişdir. Həmçinin o, 17.11,2024-cü il tarixdə saat 08 radələrində işlədiyi, Hacıqabul rayonu, Navahı qəsəbəsində yerləşən metaləritmə zavoduna növbəyə gəlmişdir. Onun növbəsi 17.11,2024-cü il tarixdə saat 08:00-da başlamış və xx.xx.2024-cü il tarixdə saat 08:00 da bitmişdir. 17.11,2024-cü il tarixdə saat 08 radələrində o, Zərərçəkmiş şəxs3 ilə növbəyə gəlmişdir. O, Zərərçəkmiş şəxs3 ilə növbəni həmin zavodda işləyən X2 və X3 təhvil almışdır. Həmin günü o, öz vəzifəsini yerinə yetirib metaləritmə zavodunun girişində olan postda xidmətini aparmışdır. Xidmət apardığı zaman onun maddi problemləri yadına düşmüş və onun pula ehtiyyacı olduğu üçün yalnız zavoddan oğurluq edib həmin maddi problemlərini həll etmək qərarına gəlmişdir. Təxminən 20 dəqiqə sonra Zərərçəkmiş şəxs3 xidmət apardıqları otaqda qalmış, o isə həmin vaxt zavoda işə gələn Elnur adlı şəxslə birlikdə söhbət etmiş, daha sonra isə zavodun ərazisində və inzibati binasında yanan işıqları söndürməyə getmişdir. O, işıqları söndürəndən sonra Zərərçəkmiş şəxs3 yanına gəlmişdir. O, Zərərçəkmiş şəxs3la bir qədər söhbət etmiş və Zərərçəkmiş şəxs3la söhbət edərək zavodun inzibati binasında yerləşən otaqlara gedən pilləkənin üst tərəfində yerləşən nəzarət kamerasını əli ilə çevirmişdir. O, bunu zavodun inzibati binasında yerləşən namaz otağının yanında olan nəzarət kameralarını söndürüb yandırmaq üçün nəzərdə tutulmuş keçidi söndürən zaman nəzarət kamerasının onu çəkməməsi üçün etmişdir. O, bunu edəndən sonra Zərərçəkmiş şəxs3 aralaşıb zavodun ərazisindən oğurlaya biləcəyi əşyanı küçəyə hansı qaydada çıxardacağını fikirləşərək zavodun ərazisində gəzib yer axtarmağa başlamışdır. O, zavodun ərazisində olan dəmir əritmək üçün nəzərdə tutulmuş sobanın yanındakı divarda deşiyin olduğunu görmüş və həmin deşikdən oğurlaya biləcəyi əşyanı küçəyə çıxartmağın mümkün olduğunu düşünmüşdür. Bundan sonra o, zavodun inzibati binasında namaz otağının yanına gedib orada olan nəzarət kameralarını söndürüb yandırmaq üçün nəzərdə tutulmuş keçidi söndürmüşdür. Nəticədə zavodun daxilində və çöl hissəsində olan nəzarət kameraları sönmüşdür. Bundan sonra o, zavodun ərazisində olan anbara getmişdir. O, anbarın qapısını üzərində olan açarla açmış və anbara daxil olmuşdur. Həmin vaxt onun yadına düşmüşdür ki, zavodun rəhbərliyi söhbət edən zaman anbarda olan dəmir əritmək üçün istifadə olunan misdən hazırlanmış gilizlərin hər birinin bazar qiymətinin 250 ABŞ dollar olduğunu bildirmişdir. O, anbara nəzər salmış və həmin mis gilizləri görmüşdür. O, həmin misdən hazırlanmış gilizlərdən üç ədədini götürüb bir-bir anbardan çölə çıxarmış və anbarın giriş qapısının qarşısına yığmışdır. Bundan sonra o, anbardan çıxıb anbarın giriş qapısını açarla bağlayıb açarları xidməti otaqda olan dolabın siyirməsinə qoymuşdur. Sonra o, misdən hazırlanmış gilizlərin yanına qayıtmışdır. O, gilizləri zavodun ərazisindəki dəmir əritmək üçün nəzərdə tutulmuş sobanın yanında divarda olan deşiyin yanına aparmağa başlamışdır. O, üç ədəd misdən hazırlanmış gilizləri bir-bir divarda olan deşikdən zavodun çölünə çıxartmışdır. O, misdən hazırlanmış gilizləri zavodun çölünə çıxardandan sonra zavodun giriş qapısından çölə çıxmış və gilizləri zavodun ərazisindən çıxartığı yerə getmişdir. Orada o, gilizləri zavodun mühafizə rəisinin müavini Şahid7 məxsus “Nissan Pathfinder” markalı avtomobilin arxa hissəsinə yığmış, daha sonra avtomobili idarə etmiş və zavoddan bir qədər irəlidə yerləşən fəaliyyət göstərməyən kafenin arxasında avtomobili saxlamışdır. O, orada tanıdığı Raqif adlı taksi sürücüsünə zəng edərək Hacıqabul rayonu Navahı kəndində yerləşən zavodda işlədiyini bildirib ona yükünün olduğunu bildirib həmin yerə gəlməsini xahiş etmişdir. Raqif ona gələcəyini bildirəndən sonra o, “Nissan Pathfinder” markalı avtomobili orada saxlamış və piyada zavoda qayıtmışdır. Təxminən bir saat sonra Raqif ona zəng edərək zavodun giriş qapısının yaxınlığına gəldiyini bildirmişdir. O, Raqifə onu gözləməsini bildirmiş, bir qədər sonra zavodun giriş qapısından çölə çıxmışdır və Raqifin idarə etdiyi “Chevrolet Aveo” markalı avtomobilə əyləşmiş və “Nissan Pathfinder” markalı avtomobili saxladığı yerə sürməyini bildirmişdir. Raqif idarə etdiyi avtomobili fəaliyyəti olmayan kafenin yanında “Nissan Pathfinder” markalı avtomobili saxladığı yerə sürmüşdür. Orada o, “Nissan Pathfinder" markalı avtomobilində olan üç ədəd misdən hazırlanmış gilizləri Raqifin idarə etdiyi “Chevrolet Aveo” yük yerinə yığmışdır. Sonra o, Raqifə onu yolun kənarında gözləməsini bildirmiş, özü isə ”Nissan Pathfinder” markalı avtomobili yenidən zavodun qarşısına sürüb gətirmişdir. O, avtomobilin açarlarını xidməti otaqda olan dolabın siyirməsinə qoyub zavodu tərk etmiş və Raqifin onu gözlədiyi yerə getmişdir. Orada o, Raqifin idarə etdiyi avtomobilə əyləşmiş və Şirvan şəhərinə sürməyini bildirmişdir. Yolda O, Raqiflə onun avtomobilinə yığdıqları yükü Şirvan şəhərinə aparması müqabilində 70 manata razılaşmışdırlar. Şirvan şəhərində o, Raqifə avtomobildə olan yükü T.Ələkbərov küçəsində köhnə bazar adlanan yerin yaxınlığında yerləşən Elçin adlı şəxsin işlədiyi metal qəbulu məntəqəsinə aparmaq lazım olduğunu bildirmişdir. Raqif idarə etdiyi avtomobili onun dediyi yerə sürmüşdür. Orada o, Raqifin avtomobilində olan misdən hazırlanmış gilizləri Elçinə vermişdir. Elçin həmin gilizləri tərəzi vasitəsi ilə çəkmişdir. Həmin misdən hazırlanmış gilizlərin hər biri 44 kiloqram çəkidə olduğu müəyyən olunduqdan sonra metal qəbulu məntəqəsində olan tanımadığı şəxs ona gilizlərin hər kilosuna 6 manat pul verəcəyini bildirmiş və ümumilikdə ona 790 manat pul vermişdir. O, həmin puldan 70 manatını gətirdiyi üçün aralarında olan razılığa əsasən Raqifə vermişdir. Bundan sonra Raqif onu gətirib Bakı-Ələt-Qazax maqistral yolunun Hacıqabul rayon ərazisindən keçən hissəsində Qədirxum restoranının yaxınlığında düşürtmüşdür. Raqif orada düşürtdükdən sonra o, tanımadığı avtomobillə işlədiyi zavoda qayıtmışdır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları onu Polis şöbəsinə dəvət etmiş və onun Hacıqabul rayonu, Navahı kəndində yerləşən metaləritmə zavodundan baş vermiş oğurluq hadisəsində şübhəli olduğunu bildirmişdirlər. Sonda təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş zərərin tam ödənildiyini, onlarla barışdığını, əvvəllər məhkum olunmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, təxminən 2024-cü ilin iyul ayından etibarən Şirvan şəhəri, 28 may küçəsində yerləşən obyekti icarəyə götürmüşdür. Onun X13 icarəyə götürülən obyekti Playstation oyun salonu kimi işlətmişdir. O, həmin oyun salonuna hər biri 250 manat olmaqla 05 ədəd Playstation oyun qurğuları almışdır. O, təqribən 2024-cü ilin avqust ayında X13un Bakıda işləməyə getməsi səbəbi ilə oyun salonunu işlədə bilməmişdir. O, bu səbəbdən həmin oyun cihazlarını televizorları ilə birlikdə icarəyə vermək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə Şirvan şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs onu xatırlamadığı nömrə ilə yığaraq, həmin oyun cihazlarına baxmaq istədiyini və bəyənərsə icarəyə götürəcəyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs ilə birlikdə obyektə gəlmişdirlər. Təqsirləndirilən şəxs oyun cihazlarına baxdıqdan sonra ona bəyəndiyini və icarəyə götürəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə hər bir oyun cihazının qiyməti 400 manat olmaqla icarəyə verməyi üçün razılaşmışdır. O, Təqsirləndirilən şəxs icarəyə verməsi üçün notariat qaydada icarə müqaviləsi bağlayacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə birlikdə Şirvan şəhərində yerləşən 1 saylı notariat kantoruna getmişdir. O, Təqsirləndirilən şəxs icarəni kredit müqaviləsi ilə bağlamasından şübhələnmiş və icarəyə vermədən çıxıb getmişdir. X13 xx.xx.2024-cü il tarixdə oyun salonuna getdikdə salonun qapısının açıq olmasını və 03 ədəd oyun cihazlarının naməlum şəxs tərəfindən oğurlanmasını görmüşdür. Daha sonra oğlu Oqtay DİN-nin 102 xidmətinə məlumat vermişdir. İfadəsinin sonunda zərərçəkmiş şəxs cinayət nəticəsində ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, O, 10 oktyabr 2024-cü il tarixdən etibarən "xxxx" MMC-də mühafizəçi işləmişdir. Təqsirləndirilən şəxs təqribən 2024-cü ilin oktyabr ayının əvvəlindən tanıyır. Belə ki, o, Təqsirləndirilən şəxs ilə birlikdə "xxxx" MMC-nin müqaviləsi əsasında Hacıqabul rayonu Nahavi qəsəbəsində yerləşən X11 MMC-nə məxsus metaləritmə zavodunda birlikdə mühafizəçi işləyir. Onunla arasında hər hansı düşmənçilik ədavəti yoxdur. O, Təqsirləndirilən şəxs ilə birlikdə zavodda eyni postda xidmət aparır. 08.11 2024-cü tarixdə saat 17 radələrində o, Təqsirləndirilən şəxsla işdə olan zaman sonuncu ona Hacıqabul rayonu Navahi qəsəbəsində yerləşən Nuran mağazasının qarşısında olan bankomatdan pul çıxardıb qayıdacağını bildirmiş o, isə özünə məxsus kartı Elminə verərək kart hesabında olan çıxarmasını ondan xahiş etmişdir. O, Kapital banka məxsus **********4701146 16 rəqəmli kartını Təqsirləndirilən şəxs vermiş və şifrəsinin “1998” olmasını bildirmişdir. Həmin vaxtdan təqribən 30 dəqiqə sonra Elmin gəlmiş və ona bildirmişdir ki, kart bloklanıb, pulu çıxartmaq olmur. O, xx.xx.2024-cü tarixdə saat 10:00-da Hacıqabul şəhərində yerləşən Kapital banka yaxınlaşmış və kartının blokunu açdırmaq istəyəndə, orada işləyən işçilər ona bildirmişdir ki, onun kartından xx.xx.2024-cü tarixdə Hacıqabul rayonu, Navahi qəsəbəsində yerləşən Nuran mağazasında yerləşən bankomatdan 245 manat çıxarış olmuşdur. O, bankdan çıxıb Hacıqabul RPŞ-nə gəlmiş və bununla bağlı şikayət ərizəsi yazmışdır. Sonradan onun yadına düşmüşdür ki, o, həmin vaxt kartı Elminə vermişdir. Elminin yanına getmiş və ona pulunu geri qaytarmağını bildirmişdir. Təqsirləndirilən şəxs isə maddi durumunun zəif olmasını bildirib, ondan həmin pulu qaytarmaq üçün möhlət istəmişdir. 17 noyabr 2024-cü il tarixdə saat 08:00-da o, yenidən Təqsirləndirilən şəxsla birlikdə eyni gün xidmətə başlamışdır. Həmin gün saat 11:00-da Elmin onun yanına gəlmiş və ona bildirmişdir ki, kameraları bağlayıb içəridə oturaq bizi kimsə görüb sabah danlamasın. O, Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Təqsirləndirilən şəxs təxminən həmin tarixdə saat 18 radələrində posta yaxınlaşaraq ərazidə olan xidmətlər üçün fanar aparmaq üçün postda olan NİSSAN PATHFAYDER markalı avtomobilin açarlarını götürmüşdür. Təqribən 1 saat sonra yenidən açar ilə gələrək ona Navahi qəsəbəsində yerləşən Nuran marketə su almaq üçün gedəcəyini bildirmişdir. Təqribən 30-40 dəqiqə sonra Elmin qayıtmış və onlar xidmətə davam etmişdir. 18 noyabr 2024-cü il tarixdə saat 14 radələrində o, Təqsirləndirilən şəxs ilə Şirvan şəhəri, Söyüdlü kafesinin qarşısında görüşmüş və Elmin kartından çəkdiyi 245 manatdan 150 manat pulu ona qaytarmış və onun Təqsirləndirilən şəxs olan borcu ilə birlikdə 200 manat pulunu geri qaytardığını bildirmiş və bir neçə gün sonra 45 manatıda qaytaracağını bildirmişdir. Onun Təqsirləndirilən şəxs 17 noyabr 2024-cü il tarixdə anbardan oğurluq etməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona qaytardığı 150 manat pulu oğurluğu edəndən sonra qaytarmışdır. O, Təqsirləndirilən şəxs cinayət törətməsi ilə bağlı Hacıqabul RPŞ-də məlumat almışdır. İfadəsinin sonunda zərərçəkmiş şəxs cinayət nəticəsində ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, 10 noyabr 2024-cü il tarixindən etibarən Hacıqabul rayonu Navahi qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 metaləritmə zavodunda direktor müavini vəzifəsində çalışmışdır. Zərərçəkmiş şəxs1 metal-əritmə zavodunun iki metal istehsal edən şöbəsi vardır. Onlardan biri Hacıqabul rayonu, Navahi qəsəbəsində yerləşir, digəri isə Qaradağ rayonu Puta qəsəbəsində yerləşir. O, Hacıqabul rayonu Navahi qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 metal-əritmə zavodunda fəaliyyət göstərir. O, 18 noyabr 2024-cü il tarixdə saat 09 radələrində işə gəlmiş və anbardar vəzifəsində çalışan Taleh adlı işçi ona yaxınlaşaraq, 01 saylı anbarda 03 ədəd gilizin yerində olmadığını bildirmişdir. O, anbara yenidən baxmasını və nəyin olubolmamasını yoxlaması üçün Talehə yenidən göstəriş vermişdir. Taleh təqribən 10 dəqiqə sonra onun yanına gələrək ona 03 ədəd misdən hazırlanmış gilizlərin yerində olmamasını bildirmişdir. O, Zərərçəkmiş şəxs1 metal-əritmə zavodunda mühafizə xidmətinin rəisi vəzifəsində çalışan X6 yanına çağırmış və baş vermiş hadisəni araşdırmasını tapşırmışdır. Elvin həmin tarixdə saat 13 radələrində ona yaxınlaşmış və baş vermiş hadisəni araşdırmaları üçün Hacıqabul RPŞ-nə müraciət etməsini bildirmişdir. İfadəsinin sonunda zərərçəkmiş şəxsin nümayəndəsi cinayət nəticəsində dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımır və aralarında hər hansı düşmənçilik ədavəti yoxdur. O, Şahid2 Mürsəl oğlunu təqribən 4 ildir ki, Şirvan şəhər sakini kimi tanıyır. Şahid2 Mürsəl oğlu ilə aralarında hər hansı düşmənçilik ədavətləri yoxdur. Onun Şirvan şəhərində səyyar formada əlvan metalı alıb-satması ilə bağlı məlumatı vardır. Əlavə olaraq onun adı Neman olsa da, onu ətrafında olan tanışları, dostları Mehman kimi tanımış və ona Mehman adı ilə səslənmələrini bildirmişdir. 17 noyabr 2024-cü il tarixdə saat 16 radələrində Şahid2 Mürsəl oğlu istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonundan onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng gəlmiş və Elçin ona tanışında 100 kq misi olmasını və satmaq istəməsini bildirmişdir. Daha sonra o, Şahid2 Mürsəl oğluna onun Şirvan şəhərində köhnə bazarın yaxınlığında yerləşən əlvan metal qəbulu məntəqəsinə yaxınlaşmalarını bildirmişdir. Təqribən 1 saat sonra o, əlvan metal qəbulu məntəqəsinə gedəndə Təqsirləndirilən şəxs və Şahid2 ağ rəngli “CHEVROLET” AVEO markalı avtomobil ilə orda olduğunu görmüşdür. Daha sonra o, içəriyə keçmiş və misi tərəziyə qoymuşdur. Tərəzidə ümumilikdə çəkisi 132 kq olan 03 ədəd mis ölçülmüşdür. O, Təqsirləndirilən şəxs şübhələnib ondan şəxsiyyət vəsiqəsini tələb etmiş və Elmin isə ona cavab olaraq şəxsiyyət vəsiqəsinin olmamasını bildirmişdir. O, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi olmadan misləri almayacağını bildirmişdir. Təqsirləndirilən şəxs daha sonra vəsiqəsinin maşında olduğunu ona bildirmiş və gedib maşından vəsiqəni gətirmişdir. O, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin şəklini çəkmiş və ona 790 manat pul vermişdir. Təqsirləndirilən şəxs 790 manat pulu götürüb çıxıb getmişdir. O, Şahid2 Təqsirləndirilən şəxs müştəri qismində gətirdiyindən ona çörək pulu kimi 200 manat pul vermişdir. O, daha sonra Bakı şəhərinə qayıtmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Mürsəl oğlu ifadə verərək bildirdi ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs tanımır, onunla aralarında hər hansı düşmənçilik ədavəti yoxdur. Onun işlədiyi əlvan metal qəbulu məntəqəsi Mehman kimi tanıdığı şəxsə məxsusdur. 17 noyabr 2024-cü il tarixdə saat 17 radələrində tanımadığı Təqsirləndirilən şəxs məxsus mobil nömrədən onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng gəlmiş və onun işdə olub-olmamağını soruşmuşdur. O, Təqsirləndirilən şəxs işdə olduğunu demişdir. Təqsirləndirilən şəxs ona çəkisi 100 kq yaxın mis gətirəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs Şirvan şəhərində olmasını və gəlməsini söyləmişdir. Daha Sonra o, öz istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon ilə Mehmana yığmış və ona 100 kq mis satmaq üçün adam gəldiyini bildirib və Mehmana onda misi almaq üçün pulun olmadığını bildirib əlvan metal qəbul məntəqəsinə çağırmışdır. Həmin vaxtdan 5-10 dəqiqə sonra Mehman əlvan metal qəbul məntəqəsinə gəlmişdir. Təqribən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs məntəqəyə gəlmişdir. Həmin misləri Mehman əlvan metal üçün nəzərdə tutulmuş tərəzidə ölçmüş və 03 ədəd misin ümumi çəkisi 132 kq müəyyən edilmişdir. Sonradan o, başqa əlvan metalla məşğul olmağa başlamışdır. Mehmanın həmin aldığı 03 ədəd ümumi çəkisi 132 kq olan misə nə qədər ödəniş etdiyini görməmişdir. Daha sonra Təqsirləndirilən şəxs getmişdir. Mehman isə aldığı misləri ağ rəngli “FORD” markalı avtomobilə yığdıraraq və çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid5 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Məhkəməyədək icraat dövründə zamanı şahid qismində dindirilmiş Şahid5 ifadə verərək bildirmişdir ki, heç bir yerdə işləmir. O, etibarnamə ilə idarə etdiyi “Chevrolet Aveo” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır, münasibəti vardır. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəsinə yığaraq Hacıqabul rayonu Navahi qəsəbəsində işlədiyi zavoddan onu götürməyini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs işlədiyi yeri bilmədiyini bildirmiş, Elmin isə ona ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçdiyi vhatsapp ani mesajlaşma sistemində olduğu məkanın yerini göndərmişdir. Təxminən 1 saat sonra onun göndərdiyi yerə getmişdir. O, Təqsirləndirilən şəxs zəng edərək Hacıqabul rayonu Navahi qəsəbəsində yerləşən metal əritmə zavodunun qarşısında gözlədiyini bildirmişdir. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs gəlmiş və avtomobilə əyləşmişdir. Təqsirləndirilən şəxs ona yükünün olmasını və avtomobili zavoddan bir qədər kənarda yerləşən fəaliyyət göstərməyən kafenin yanına sürməyini bildirmişdir. Təqsirləndirilən şəxs avtomobildən düşmüş və dövlət qeydiyyat nişanını xatırlamadığı “Nissan Pathfinder” markalı avtomobilə yaxınlaşmışdır. Təqsirləndirilən şəxs “Nissan Pathfinder” markalı avtomobildən 03 ədəd dəmiri götürüb idarə etdiyi avtomobilin yük yerinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs ona “Nissan Pathfinder” markalı avtomobili qarajda saxlayıb gələnə kimi onu burda gözləməsini bildirmişdir. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs gələrək ona Şirvan şəhərinə sürməyini bildirmiş və bunun qarşılığında 50 manat pul verəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs Şirvan şəhərinə gətirmişdir. Təqsirləndirilən şəxs ona avtomobili T.Ələkbərov küçəsində köhnə bazar adlanan yerin yaxınlığında Elçin adlı şəxsin işlətdiyi əlvan metal qəbulu məntəqəsinə sürməyini bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilin yük hissəsində olan 03 ədəd dəmiri məntəqəyə vermişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs yaşadığı evlərinin yanına aparmışdır. Təqsirləndirilən şəxs ona olan 20 manat borcunu və razılaşdıqları kimi 50 manat pulu vermişdir. Təqsirləndirilən şəxs onu Hacıqabul şəhəri Qədirxum restorananın qarşısına aparmağını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 03 ədəd eləmiri oğurlamışdır. Onun bu barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirdi ki, o, 2024-cü lin avqust ayının əvvəllərində dostu İsmayılın işlədiyi Şirvan şəhəri 16 saylı orta məktəbin yaxınlığında yerləşən “OBA” marketə getmişdir. Həmin vaxt İsmayıl ona bildirmişdir ki, digər dostları olan Elmin ondan bir günlük 400 manat pul borc istəmiş və İsmayılda işlədiyi marketin kassasından götürərək ona 400 manat pul vermişdir. Həmin vaxtı Elmin pulu qaytarmadığı üçün İsmayıl gərgin vəziyyətdə idi. Həmin gün Elmin saxta qəbzi İsmayıla vatçhap vasitəsi ilə göndərərək aldatmışdır ki, guya M10 hesabı ilə İsmayıla 400 manat borcunu göndərmişdir. İsmayıla pul gəlmədiyi üçün onlar M10-nun rəsmi nömrəsinə zəng vuraraq bu barədə maraqlanmışdırlar. Oradan onlara bildirilmişdir ki, həmin qəbz saxtadır. O, İsmayıla kömək etmək məqsədilə həmin gün kredit təşkilatından 500 manat pul götürərək İsmayıla vermişdir. Elmin həmin vaxtı onların yanına gəlmişdir. Onlar ona M10 -nun rəsmi nömrəsi ilə danışdığları və İsmayıla göndərdiyi qəbzi göstərərək qəbzin saxta olduğunu bildirmişdirlər. Elmin onlara bildirmişdir ki, atasının taksit kartından həmin pulu göndərmişdir, ola bilsinki serverdə problem olub, yəqin kartına qayıdar. Bundan sonra o, Elminə bildirmişdir ki, şəxsiyyət vəsiqəni gətirsin, onun qohumundan faizə pul götürsünlər İsmayıldan götürdüyü kassanın pulunu ödəsinlər. Elmin onunla razılaşaraq birlikdə evlərinə getmiş və Elmin şəxsiyyət vəsiqəsin evlərindən gətirərək ona vermişdir. Səhəri günü Elminə bildirmişdirlər ki, guya qohumundan 400 manat faizlə pul götürüb İsmayılın kassadan götürdüyü pulu yerinə qoymuşdurlar, 20 gün ərzində qohumuna 400 manatın üstündə 200 manat ödəməklə ümumilikdə 600 manat pul ödənilməlidir. Elmin onlarla razılaşaraq söz vermişdir ki, 20 gün ərzində həmin 600 manat pulu ödəyəcəkdir. Bundan sonra onlar arabir görüşərək söhbətləşirmişlər. Nəhayət 20 gün tamam olmağına bir gün qalmış, yəni xx.xx.2024-cü il tarixdə o, İsmayıl ilə birlikdə Elminlə görüşmüş və ona bildirmişdir ki, pulu vermək lazımdır. Çünki, o, yuxarıda qeyd etdiyi qeyri rəsmi kredit təşkilatından götürdüyü pulu xx.xx.2024-cü il tarixdə ödəməlidir. Elmin bildirmişdir ki, pulu tapa bilmir. Bundan sonra onlar ayrılaraq hərə öz işinin dalınca getmişdir. Həmin gündən o, müxtəlif yollar fikirləşərək vəziyyətdən çıxış yolu axtarmışdır ki, krediti ödəsin. Səhəri günü yəni xx.xx.2024-cü il tarixdə İsmayılla görüşərək qərara gəlmişdirlər ki, “Umiko” mağaza şəbəkəsindən tək şəxsiyyət vəsiqəsi ilə 360 manatlıq televizoru onun adına 24 aylıq kreditlə ödəyərək sifariş vermişdirlər. Həmin günü İsmayıl ona bildirmişdir ki, Elmin Bakı şəhərindən tanışından 3 ədəd “Playstation” oyun cihazılarını evlərinin yanında gizlətmişdir. O. bildirmişdir ki, birdən oğurluq olsa istəmir. Bundan sonra onlar televizor sifarişi ilə maraqlanmışdırlar. O, həmin televizora 24 ay ərzində ümumilikdə 488 manat pul ödəməlidir. xx.xx.2024-cü il tarixdə Şirvan şəhərində yerləşən mərkəzi poçt olan Azərpoçta gəlmişdir. Həmin televizoru o, götürərək tanışı Rəşad Mikayılova 250 manata satmışdır. Həmin pulun 127 manatını İsmayılla birlikdə kredit götürdüyü təşkilata ödəyərək müddətini uzatmışdır. Qalan puldan isə 40 manatını öz məsrəflərinə, 83 manatını isə İsmayıla borc vermiş və İsmayıl bildirmişdir ki, maaşın alanda qaytaracaqdır. xx.xx.2024-cü il tarixdə İsmayıl ona bildirmişdir ki, Elmin deyir ki, borcu ödəyə bilmir, deyir ki, gəlin həmin oyun cihazlarını götürün aparın. Həmin vaxtı maddi cəhətdən vəziyyəti pis olduğu üçün razılaşmış və İsmayılla birlikdə Elmingilin məhləsinə getmişdirlər. Elmindən həmin oyun cihazlarını haradan aldığını soruşduqda bildirmişdir ki, Bakı şəhərindən tanışı göndərmiş və həmin oyun cihazlarını borcunun yerinə verir. O, bir daha Elminə bildirmişdir ki, oğurluqdursa istəmir, Elmin yaxınlarının canına and içərək bildirmişdir ki, oğurluq deyil, sadəcə olaraq atasının qorxusundan çöldə gizlədib. Bundan sonra Elmin evdən çıxaraq oyun cihazlarını gizlətdiyi yeri onlara gösdərmişdir. Onlar İsmayıl ilə birlikdə həmin 3 ədəd oyun cihazlarını götürərək çıxıb gəlmişdirlər. Həmin oyun cihazlarını öz evinə gətirmişdir. Cihazlardan biri nasaz olduğundan fikirləşmişdir ki, ustaya aparıb düzəltdirər. xx.xx.2024-cü il tarixdə Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları onun evinə gələrək həmin oyun cihazlarının Elmin tərəfindən hansısa salondan oğurlanmasını bildirərək onları təqdim etməsini təklif etmişdirlər. O, heç bir etiraz etməyərək həmin oyun cihazlarını polislərə təqdim etmişdir. Həmin oyun cihazların oğurluq olmasından nə onun, nədə ki, İsmayılın məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunmaqla tədqiq edilmiş və məlum olmuşdur ki, o, Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı videokonfrans vasitəsilə şahid qismində dindirilmiş Şahid6 ifadə verərək bildirdi ki, Şirvan şəhərində həkim işləyir. Təxminən 15 il əvvəl bundan əvvəl Şirvan şəhər Bələdiyyəsindən Şirvan şəhəri 28 may küçəsində bir mərtəbəli qeyri-yaşayış binası tikdirmək üçün torpaq ərazisi almışdır. Həmin ərazidə son illərdə bir mərtəbəli obyekt tikdirmişdir. Həmin obyekt hazır olduqdan sonra qərar gəlmişdir ki, obyekti icarəyə versin. 2024-cü ilin iyul ayında Şirvan şəhər sakini X5 və X13 ondan xahiş etmişdirlər ki, obyekti onlara icarəyə versin. Onlar obyekti kompyuter salonu kimi işlədəcəyini bildirmişdirlər. O, onlar ilə obyektin aylıq icarəsi üçün 100 manata razılaşmışdır. O, onlar ilə şifahi şəkildə razılaşmış və heç bir müqavilə bağlamamışdır. Obyekti bir ay işlətdikdən sonra Oqtay ona bildirmişdir ki, Bakı şəhərində işə düzəlib və həmin obyekti anası işlədəcəkdir. 02 sentyabr 2024-cü il tarixdə ona bildirmişdirlər ki, obyektə naməlum şəxs daxil olub, onlara məxsus 03 ədəd Playstation oyun cihazlarını oğurlamışdır. Bundan sonra Oqtay və anası obyektdə qalan əşyaları götürərək obyekti ona təhvil vermişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadə verərək bildirdi ki, uzun müddətdir ki, Zərərçəkmiş şəxs1 metaləritmə zavodunda mühafizə rəisinin müavini vəzifəsində çalışır. Təqsirləndirilən şəxs həmin zavodunun mühafizəçisi kimi tanıyır. Onunla arasında hər hansı düşmənçilik ədavəti yoxdur, münasibəti normaldır. O, şəxsi istifadəsində olan “Nissan Pathfinder” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin zavodun gündəlik işlərinin görülməsi üçün istifadəyə vermişdir. O, bunun müqabilində aylıq olaraq 200 manat benzin pulu alır. Həmin avtomobildən metaləritmə zavodunda bütün işçilərə istifadə üçün icazə verilmişdir. Həmin icazə yalnız zavodun işində istifadə üçün verilir. O, 19 noyabr 2024-cü il tarixdə zavoda gəldikdə işçilərdən eşitmişdir ki, zavodda mühafizəçi vəzifəsində çalışan Təqsirləndirilən şəxs zavoddan 03 ədəd hər biri 44 kq olan misdən hazırlanmış gilizləri oğurlamışdır. Zavodda çalışan mühafizə xidmətinin rəisi Elvin bununla bağlı Hacıqabul rayon Polis şöbəsinə məlumat vermişdir. Ona sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs gilizləri oğurlayan zaman onun adına olan “Nissan Pathfinder” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə edərək oğurladığı gilizləri zavodun xaricinə çıxartmışdır. Zavodda görüləcək işlər avtomobilin idarəsi Təqsirləndirilən şəxsda icazə verilmişdir. Təqsirləndirilən şəxs onun avtomobilindən idarə edərək, oğurluq eləməsi barədə məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3.-1, 177.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır. “Baxış və götürülmə keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Hacıqabul rayonu Navahi qəsəbəsində yerləşən metaləritmə zavodudur. Zavod Bakı-Qazax magistral yolunun kənarında yerləşir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 MMC zərərçəkmiş şəxs qismində tanınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X5 zərərçəkmiş şəxs qismində tanınmışdır. “Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı xx.xx.2024-cü il saat 19:00-dan olmaqla, saat 19:30-da Hacıqabul RPŞ-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi qismində iştirak etmək səlahiyyəti direktor müavini Nümayəndə verilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb edilmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Hacıqabul rayon məhkəməsinin 4(071)-70/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə, yəni xx.xx.2025ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. “Əşyanın maddi sübut kimi tanınması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hər birinin dəyəri 2500 manat, çəkisi 44,2 kq, ölçüləri 146x146x812 mm olan 3 ədəd misdən hazırlanmış gilizlər maddi sübut kimi tanınaraq zərərçəkmiş şəxsin nümayəndəsinə qaytarılmışdır. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 saylı sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında daimi qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 333.3, 62-ci maddələri ilə təqsirli bilinərək barəsində 300 manat cərimə cəzası təyin edilmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri 28 may küçəsində yerləşən “playstation” oyun obyektidir. “Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 17:30-da Şirvan ŞPŞ-də şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb edilmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. X5 tərəfindən Hacıqabul rayon məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 750 manat məbləğində ziyan tamamilə ödənilmiş, hazırda təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs3 tərəfindən Hacıqabul rayon polis şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 245 manat məbləğində ziyan tamamilə ödənilmiş, hazırda təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur. Nümayəndə Nürəddin oğlu tərəfindən Hacıqabul rayon məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 MMC-yə dəymiş 7500 manat məbləğində ziyan tamamilə ödənilmiş, hazırda təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/8766 saylı ekspert rəyindən görünür ki, 03 ədəd “PS3” markalı “CECH-4203C” modelli, 220-240 V, 50/60 Hz, Playstation oyun cihazlarının 2024-cü ilin sentyabr ayına olan orta bazar qiyməti 810 manat (270 manat x 3 ədəd) müəyyən edilir. “Əşyanın maddi sübut kimi tanınmasına dair” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 03 ədəd playstation oyun cihazları maddi sübut kimi tanınmışdır. "xxxx" MMC-dən daxil olmuş 67/K saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən mühafizəçi peşəsi üzrə işə cəlb edilmişdir. Oğurluq hadisəsindən sonra Təqsirləndirilən şəxsla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Hacıqabul rayon məhkəməsinin 4(071)-2/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə vəsatət təmin edilməmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdildiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Həmin Qərarın 18-ci bəndinə əsasən şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Qərarın 20-ci bəndinə əsasən bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 27-ci bəndinə əsasən özgə əmlakının bir neçə dəfə talanması hərəkətləri o zaman Cinayət Məcəlləsinin 177.2.4, 180.2.5, 181.2.4-cü maddələri ilə - “xeyli miqdarda” ziyan vurma əlaməti üzrə, Cinayət Məcəlləsinin 177.3.2, 180.3.2, 181.3.2-ci maddələri ilə - “külli miqdarda” ziyan vurma əlaməti üzrə, Cinayət Məcəlləsinin 177.4, 180.4, 181.4-cü maddələri ilə - “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilə bilər ki, talanmış əmlakın ümumi miqdarı müvafiq olaraq beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan dəyərdə və ya əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan dəyərdə və ya beş yüz min manatdan yuxarı dəyərdə olsun və qəsdin məhz xeyli və ya külli və ya xüsusilə külli miqdar təşkil edən əmlakın ələ keçirilməsinə yönəlməsi təsdiq edilsin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Ödəniş kartında şəxs haqqında və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı kimi qiymətləndirilməli, ondan istifadə edilməklə törədilən oğurluq cinayəti isə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin oğurluq cinayət əməlini törətməsi özünün etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Onun qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması. 59.1.14. cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi. 60.1. Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanı ödəməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. (59.1.12, 59.1.13, 59.2). Məhkəmə törədilmiş cinayət epizodlarının yalnız birinə - 17 noyabr 2024-cü tarixdə Zərərçəkmiş şəxs1 MMC-nə məxsus metaləritmə zavodundan 7500 manat dəyərində 3 ədəd mis materialından hazırlanmış gilizlərin oğurlanması faktına münasibətdə cinayətin qulluq mövqeyinə və ya müqaviləyə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə törədilməsini Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4cü maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə ilk dəfə cinayət əməli törətməsini, əvvəllər məhkum olumamasını cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı göründüyünü, onun şəxsiyyətini xarakterizə edən halları nəzərə alınmaqla, onun barəsində azadlığın məhdudlaşdırılması növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən kifayət qədər halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Qanunun yuxarıda qeyd edilən tələblərinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı və şübhəli şəxs qismində tutulduğu müddətlər Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şirvan ŞPŞ-nin inzibati binasında şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə MSY-dən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Hacıqabul rayon məhkəməsinin 4(071)-70/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 02 ay müddətinə, yəni xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, Hacıqabul rayon məhkəməsinin 4(071)-2/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə vəsatət təmin edilməmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ümumilikdə 2 ay 2 gün müddətinə həbsdə saxlanılmış və şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 60 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i̇ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 2 (iki) ay 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 04 ay 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirmədən saxlanılsın. Cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan 44,2 kq çəkidə, 146*146*812 mm ölçüdə olan 3 ədəd gilizlərin və 3 ədəd playstation oyun cihazlarının qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan bir ədəd DVD disk təqsirləndirilən şəxsə məxsus kart hesabından olan çıxarış cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 15 (on beş) saata görə 90 (doxsan) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********). Hökmdən elan edildiyi gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-45/2025
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-45/2025
21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver